SÖZÜ İÇİNDƏ
Rahatlıq gətirmir, ha danış, ha çöz,
Qəlbində yaralar açılıb göz- göz.
Daha pöhrələmir sözləri söz- söz,
Dindirmə, öləni sözü içində!
Gözləri nursuzdu, baxışları lal,
Dəymişi budaqda, töküləni kal,
Duyğusu kütləşib…soruşma əhval,
Dindirmə, öləni özü içində!
Üzlərdən içincə üzlünün üzü,
Düzlərdə qalıbdı düzlünün düzü,
Odur ki, yerimir sözlünün sözü,
Dindirmə, öləni düzü içində!
Ha çalış köhnədən biçilməz təzə,
Goruslu yorulub, gəlibdi dizə,
Ölənin nəşini bükərlər bezə,
Dindirmə, öləni bezi içində!
2024
Müəllif: Təvəkkül GORUSLU
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru