
PAYIZ PORTRETİ
Həzin nəfəsin var, könül oxşayır,
Selinə – suyuna bələmə bizi.
Hələ qışla gələn ayaza çox var,
Seçib seçmələyib, ələmə bizi.
Sən də bahar kimi hərarətlisən,
İsti qucağına alırsan bəzən.
Elə kin – küdurət basır ki, səni
Sazağın cənginə salırsan bəzən.
Bəzən belə olur… ipək kimisən,
Bahar təravəti axır üzündən.
Bəzən də boğuşan köpək kimisən,
Atəşli ildırım çaxır gözündən.
Payız portreti çəkə bilirsən,
Təbiət al – əlvan rəngə boyanır.
Baharın şəklini elə silirsən,
Mənim gözəlliyə ruhum oyanır…
20.11.2024.
Müəllif: Həqiqət HƏQİQİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru