
GƏZİM GƏZDİYİN YERDƏ
Gedirəm…
Sən ayaq qoyduğun torpaqda, gəzim,
Görüm gözlərinin gördüklərini.
Sən nəfəs aldığın havanı, udum,
Alım gül ətrini hörüklərinin.
Arzu çiçək açar elə arzuda,
Könlü görməyənə gözlər bəhanə.
Bizdən küsüb gedər bəzən arzu da.
Sevinci bölməyə nə ev, nə xanə.
Səmadan göz vurur mənə bir ulduz,
Görüş yerimizə gedirəm yalnız.
Sən gəlməsən gəlmərsən.
Müəllif: QABİL NƏBİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru