Ağcabədidə təqdimat mərasimi baş tutub

Təqdimat mərasimi

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ Bölməsinin təşkilatçılığı ilə Ağcabədıli tanınmış şair Zahid Avşar Eloğlunun yenicə işıq üzü görmüş “Yer ilə göy arasında” kitabının təqdimat mərasimi keçirilib.Tədbirə adıçəkilən bölgədən olan yazarlar, ziyalılar, mədəniyyət işçiləri, müəllim və şagirdlər qatılıblar. Təqdimat mərasimində millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri, şair Tahir Rzayev iştirak edib.


Sözügedən mərasimdə millət vəkili şair Tahir Rzayev, araşdırmaçı yazar Mahir Ağayev, əməkdar müəllim Zəhra İbrahimova, yerli yazarlardan Tofiq Zeynal, Eldar Qarqarçay, Vəli Qurbanoğlu, Eyvaz Avşar, Mübariz Məmışoğlu, ziyalılardan Mürşüd Quliyev, Rövşən Bayramov, Vaqif Qarayev və başqaları çıxış edərək şair Zahid Avşar Eloğlunun “Yerlə göy arasında” kitabı haqqında fikir və mülahizələrini bildirib, səmimi ürək sözlərini bölüşüb, qələm sahibinə yaradıcılıq uğurları arzulayıblar. Mərasim iştirakçılarına Ağcabədi şəhər 1 və 3 saylı tam orta məktəbləri şagirdlərinin ifasında şair Zahid Avşar Eloğlunun şeirlərindən ibarət kompozisiya təqdim olunub. Sonda şair Zahid Avşar Eloğlu söz alaraq təqdimat mərasiminin təşkilatçılarına təşəkkürünü və minnətdarlığını bildirib, sualları cavablandırıb.
Axırda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

– bu məlumatı şair-publisist Yəhya Paşazadə öz sosial şəbəkə hesabında paylaşıb. Təbrik edirik!

A Y B-nin Qarabağ Bölməsi

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir