Caroline Laurent Turunc – İnsan həyatı

İNSAN HAYATI BİR DAMLA SUDUR!

Gözlerim kapalı, hızla koruluğun tepesine yürüyorum,

Aklımda ve kalbimde sadece sen

Başka hiçbir şey düşünmeden, pençeli ayaklarımla hiçbir şeye dokunmadan yürüyorum

Yalanların arasından geçiyorum, sırada bekleyen düşmanları görüyorum.

Kimseyi görmezden gelmedim, arkama bakmadan, kemerli gagam ve kancalı ayaklarımla, emin adımlarla yoluma devam ettim.

Her yerde suyun hışırtısı, yüzümde rüzgarın serin esintisi

Dünya bana bakıyor, ben dünyaya bakıyorum

Aşağı bakıyorum, dallarından kopmuş ve yere doğru sürüklenen sararmış yapraklar var

Hiçbir şey değişmemişti, her şey aynıydı.

Bir kez daha keskin gözlerimle gurur duydum, tek bir ayrıntıyı bile kaçırmamışlardı

Her şeye, her hayale sıkıca tutundum

Doğanın hayatta kalma refleksini harekete geçirmesi gibi ben de hayatta kalma refleksimi harekete geçirdim

Hiçbir şey düşünmeden en güzel hayallere tutundum, umutsuzluktan uzak karanlıkta kaybolan dumanı, hiçliğin ormanındaki üretim alanlarını kaplayan mantarları düşünmeden hareket ediyorum

Hiçlik, hiçliğin dehşetinin verdiği imgelerdeydi

Yürürken çıplak patiler, yağmurdan ıslanmış ayaklar,
Ve çayırlar olmadan bırakılmış uzun çöller görüyorum

Evlerin çatılarına bakıyorum, üst üste yığılmış çöp kutuları, dipleri paslanmış ve delinmiş,

Güneş çok yüksekte asılı duruyordu, istemsiz hareketlerle gözlerini açıp kapatıyordu

Döndüm ve kendime baktım, gördüğüm şeyin kanatlarımı taşıyan bedenim mi yoksa bedenimi taşıyan kanatlarım mı olduğunu anlayamadım

Ağırlıksız bir sessizlikteyim.

Bütün doğa omuzlarımdaydı

Bütün seraplar, bütün rüzgarlar… Donmuş bir nehir gibiydi, donuk ve hareketsiz.

Doğa kendi gücünün farkında mıydı, değil miydi, donukluğu ve kararsızlığıyla neyi vurgulamaya çalışıyordu?

Ölçülü adımlarla yürümeye çalışıyorum

Kurak dünyanın sonsuz özgürlüğü topuklarımın ağır adımlarıyla çığlık çığlığa hareket ediyor.

Ufuklar ayak tabanlarımdan su gibi akıyordu.

Gökyüzü ve doğa gözlerimin denizinde yüzüyordu.

Vücudum, asırlardır paslı bir kafesten kaçmaya çalışan nehirlerin yatağıydı

Kaburgalarım bir pencere pervazına yaslanmıştı, yırtık paltom duvardaki bir askıda sessizce asılı duruyordu.

Çok ıssız bir pencereden dışarı baktım, dışarıda bir yüz vardı, dudaklarında sigara dumanı,

Her yer alacakaranlıktı

İçimdeki karanlığın korkusunu dağıtmak için

Ellerimi çırptım, bir karga gözlerinin arasından bana göz kırptı

Sanki pencere ile ateşin közleri arasında sıkışmış gibi hissettim.

Karga uzun süre etrafına ve bana baktı, sanki kayıp gerçekleri arıyormuş gibi,

Karganın gözlerinde çok güçlü kokan denizi gördüm

Denizin etrafındaki tüm dünya donmuştu ve kıvrımları omurgasından soyuluyordu

Dondurucu bir sabahtan daha soğuk ve daha kıvrımlıydı

Hiçliğe dönüşmüş yıldızlar, otsuz dağlar, soğuk sabahlar ve kalabalığın arasında amaçsızca yürüyen insanlar vardı.

Rüyalarımda çok şey vardı, çok şey gördüm

Gerçekten dikkatimi çeken ne insanın insana düşmanlığıydı ne de yırtıcı bir hayvanın korkutucu görünümü.

İnsanın bir su damlasından yaratıldığını, hayatın bir esinti gibi olduğunu anladım.

Nehirler, ağaçlar, çiçekler, doğadaki tüm canlılar büyük bir kafesteydi, Tanrı’nın koruması altındaydı.

Ve Doğa’yı çevreleyen denizler aslında zehir bir kara yılandı ”..

Işığın Şairi

17/05/2025-Paris


Mənbə və müəllif: Caroline Laurent Turunc

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İsveçdəki Azərbaycanlı Yazıçı Eluca Atalının TURANA baxışı

İsveçdəki Azərbaycanlı Yazıçı Eluca Atalının TURANA baxışı

Sual: Özünüz haqda qısa məlumat verərdiniz.
Cavab: Quzey Azərbaycanın Neftçala bölgəsinin Xolqaraqaşlı kəndində doğulmuşam, Asif Atanın Mütləqə İnam Ocağının Evladıyam. Eluca adını mənə Asif Ata verib, eli ucaldan mənasını daşıyır, Atalı soyadını isə Ata yolunun davamçısı olaraq daşıyıram. Azərbaycan Yazıçılar Birliyinin və İraq-Türkmən Yazarlar birliyinin Fəxri üzvü, PEN Beynəlxalq Yazarlar Birliyinin həqiqi üzvüyəm. Hekayə, fəlsəfi-bədii miniatür, novella, dram, roman, esse və s. ədəbi janrlarda bədii və publisistik əsərlər yazıram. Bu günə qədər 49 kitabım müxtəlif dillərə çevrilib və bir çox ölkələrdə yayımlanıb.

Sual: Nə üçün İsveçdə yaşayırsınız?
Cavab: İsveçə evlilik yolu ilə gəldim. Yəni özüm gəlmədim, aşk məni gətirdi!

Sual: Sizcə, türk nə demək?
Cavab: Birsifətli, qorxmaz, cəsur deməkdir TÜRK! Özündən keçməyi bacaran, fədakar, insansevər, qonaqpərvər. Asif Ata deyir: “Türk ata minər Koroğlulaşar, atdan düşər Füzuliləşər.” Düşünməyin ki, Asif Ata türk olduğu üçün bir növ özündən olana bu qədər yüksək dəyər verir, özündən olanı vəsf edir. Cəvahirlər Nehru deyir: “Türk ölümlə öcəşər, öldürməyi sevməz, məcbur olub öldürdüyünün qarşısında diz çöküb uşaq kimi ağlar.” Türk — zərifliyi və kəskinliyi bir əldə tutmağı bacarandır. Ümumiləşdirsək, yəni, möhtəşəmdir.

Sual: “Ənqa quşu” əsərinizin ilham qaynağı nədir?
Cavab: İnsandır! Hər şeyə qadir olmağa gücü çatan və istədiyinə yetən İNSAN. Yetər ki, insan özünə inansın, onda daxili gücünü aşkarlayıb özünə çata bilər. Bu əsər Asif Atanın Kamil İnsan ideyasının bədii təsviridir, həm də Atanın Mütləqə İnam fəlsəfəsi əsasında yazılıb. “Ənqa quşu” təbiətin fəlsəfəsindən bəhs edir, yəni, insan təbiətin bir hissəsidir, amma dərk edən hissəsidir fikrini burda aşkarlamağa çalışmışam. Nədən insan öz mənasına çata bilər? Çünki onda Ruh var — İnam, İdrak, Mənəviyyat və İradə. Təbiətdə isə bu ruh olmadığı üçün öz üzərində iş görə bilmir.

Sual: Türkiyə haqqında düşüncələriniz?
Cavab: Türkiyə haqda düşüncəmi Asif Atanın bir fikri ilə çatdıracam: “Azərbaycan — Türk Dünyasının beyni və ürəyi. Türkiyə — Türk Dünyasının qolu və kürəyi!” Bir bədən olmaq üçün təbii ki, bədənin bütün üzvüləri bir yerdə olmalıdır.

Sual: Nədən türk birliyi sizcə, yoxdur?
Cavab: Bu məsələdə mən bir o qədər də məyus deyiləm. Bu günkü durumumuz heç də hər şey demək deyil. Çətin məqamda birləşməyi bacarırıq, məndən ötrü bu əlamətdar bir haldır. Çanaqqala savaşındakı əsgər tərkibinə baxın, hardan yardıma gəlmədilər? Quzey Azərbaycandan, Təbrizdən, Kərkükdən, Türküstandan, Əfqanistandan. Lakin bu birliyi rus barmağı 70 il parçaladı. Türkləri müxtəlif adlarla adlandırıb bir-birindən ayrı saldı, sərt qanunlar qoydu, türkçü olan aydınları represiya qurbanları etdi və bu gün də gene fondumuza dəyən ziyanın acı nəticəsini görürük. Eyni zamanda son 44 günlük qələbəmiz olan Qarabağ savaşında Doğma Türkiyəmiz yanımızda oldu. Qarabağ bizim üçün yalnız, torpaq, yurd yeri deyildi, ilk növbədə ləyaqət məsələsi idi. Qarabağ türkün namus və ləyaqət məsələsi idi, bunu yalnız Azərbaycan dərdi bilən türk, dünyada hansı prosesin getdiyini bilmir. Biz Qarabağda yalnız erməni ilə savaşmadıq, dünya ilə savaşdıq. Bütün dünya bizə qarşı idi. Türkiyə ilə birliyimiz bizə ZƏFƏRİ yaşatdı.
Türk Birliyini — indi ona ən çox TURAN Birliyi deyirlər, yaxşı səslənir, niyə də TURAN olmasın. Asif Ata TÜRK BİRLİYİNİ belə görür — hərbi, siyasi, iqtisadi, mədəni, dil birliyi. Diqqət etsəniz, Ata dil birliyini xüsusi deyib, mədəni birliyin içinə salmır. 2017-ci ildə Qırğızıstanın Manas Universitetində oldum, Bişkeşin mərkəzində gördüyüm mənzərə halımı pozdu. Döndükdən sonra Qırğızıstanın müasir halını “Qolundakı zənciri öpən qulun qiyməti nə qədərdir?” qeydlərimin yer aldığı məqalədə ifadə etdim. Marksizm-leninizm ideyası və hər üçünün heykəli Bişkeşin mərkəzində durur.
Rus komunizm adı ilə, Çin ucuz malla, İran din adı altında Türküstana təsir edib. Türk dünyasında yad ideologiyalar çoxdur. Bilgə Xaqan nə deyirdi: “Türk, ayağa qalx, özün ol! Sən özün olanda böyük olursan!” Türk iş adamlarının, yazarların, mədəniyyət sahəsinin fədailərinin Türküstanla işbirliyinə ciddi şəkildə sirayət etməsi lazımdır. İlk növbədə aydınlar bu sahədə iş görməlidirlər. Çünki onlar millətlər arasında RUHANi körpüdürlər. Unutmayaq, ruhla bağlı olan nə varsa əbədidir, qırılmazdır, çünki o inamlı idrakdan doğur, daxilində cəfəngiyyat olmur.
Sual: Əsərləriniz hansı mövzularda olmuşdur?
Cavab: Əsərlərimin mövzusu rəngarəngdir, bir və ya iki deyil, çoxsaylıdır. Nədən? sorsanız, o zaman cavab verəcəm: İnsan və onu əhatə edən bütün dairə mənim yazı mövzuma daxildir. Çünki məndə əsas mövzu İNSANDIR! Bu fövqəlbəşər insan deyil və kimsə tərəfindən idarə edilmir. Mütləqə İnam fəlsəfəsi əsasında yazdığım üçün mənim təsvir etdiyim insan özünə hakimdir, özünü özü doğur. Kimsə onun üzərində hakimlik, sahiblik etmir. “Özünə hakim ol ki, kimsə sənə sahib olmasın. Özgənin sənə hakimliyi sənin özünə sahibsizliyindən başlayır!” “Kendini getir” kitabımı bu fikirlə başladım və məncə, bu hər şeyi bəlli edir. 2014 və 2020-ci ilə qədər məni ən çox tarixi yazar kimi tanındəm, mətbuatda da adımı belə hallandırdılar. Bu da əsassız deyildi, çünki bu illər ərzində “Kərküklülər — yalnız buraxılmış türklər”, “Azadlıq hekayələri”, “Tiqranimz Xocalıda”, “Nalşəkilli mühasirə”, “İran Hizbullah zindanında” kitablarını yazadım. Son beş ildə isə əsasən təbiətin fəlsəfəsi üzərində əsərlər — nəsr və dramlar yazıram. “Ənqa quşu — yenidən doğuş”, “Uzaq səfərin qəribə sonluğu”, “Odunçunun nağılı”, “Ağ Göyərçin”, “Əgər quşlar olmasaydı?”, “Dəvəquşu fermasında”, “Əbədiyyət aşiqləri” və s. yazdım. Bu səbəbdən də son dövr adımı animalist yazar kimi hallandırır və bioloq alim Yusif Dirili “Eluca Atalının təbiət görüşləri” elmi monoqrafiya yazaraq əsərlərimi təhlil edib. Qeyd etdiyim ki, fövqəl insandan yazmaq kimi arzum heç zaman olmayıb. Adi gözün gördüyü insanın içindəki sonsuz imkanı görür və onu aşkarlaya bilməyib özləri ilə qəbrə apardıqlarına heyfislənirəm.

Sual: Türkiyədə yaşamaq istərmisiniz?
Cavab: Əlbəttə, istərdim. Türkiyə bütün türklərə Vətəndir, Elucaya da həmçinin.

Sual: Sizcə, İrandakı türklər yalnız buraxıldımı?
Cavab: 1989-cu il 31 dekabrda Quzeylə Güney Azərbaycan arasındakı sərhəd dirəkləri yıxılana qədər İrandakı türklər təklənmişdilər, keçmiş sovet rejimi dövründə onlardan xəbərsiz idik. Yerigəlmişkən, sizə bir hadisə danışım. Böyük bacımın həyat yoldakı Güney Azərbaycana getmişdi 1990-ci ildə sərhədlər yeni açılanda və ordan döndükdə maşınında iki güneyli dönmüşdü. Mən və kiçik bacım eyvanımızdən pəncərə pərdəsini azca aralayıb onlara oğrun baxdıqda ilk rəyimiz bu oldu: “Onlarda bizə oxşayırlar.” Təsəvvür edirsinizmi, bir-birimizin rəngindən, səsindən belə xəbərsiz idik. Amma indi vəziyyət dəyişib, hər gün Güneydən xəbər tutur və ordakı hadisələri mətbuatda işıqlandırırıq. Güney digər türk toplumlarından çox fərqlənir, ilk növbədə inqilabı ruhu ilə. Saylarının və qurub yaratmaq eşqlərinin böyüklüyünə görə əsarətə boyun əyməyən bir qüvvədir Güney Azərbaycan türkü. Türk Dünyasının türkü tanıma proqramı olmalıdır, o zaman inanıram ki, Güney Azərbaycan türkü güclü bir varlıq kimi ortaya çıxacaq. Dolan bulaq axmaq üçün özünə yer tapdığı kimi Güneyli türklər də dünyada öz sözünü deməyə, gücünü sübut etməyə imkan tapacaqlar. Unutmayaq ki, bu gün onların istinad nöqtəsi, qibləgahı olan Müstəqil Azərbaycan Respublikası var. Belə olan bir halda onları təklənmiş hesab etmək və ya belə qələmə vermək doğru olmazdı. Düzdü, molla rejimi kimi faşist bir qüvvə idarəçiliyindədilər, lakin güneylilərin 46 ildir bu azman rejimə qarşı savaşdığını da görməliyik. Sizin də oxuduğunuz və son günlər sıx-sıx fikir alış-verişi etdiyimiz “İran Hizbullah zindanında” tarixi faktlara əsaslanan romanda güclərin qeyri-bərabər olmadığı bir halda güneylilərin mübarizədən qalmadıqları bəllidir.

Sual: Təbrizli türklər haqqında geniş məlumat verərsinizmi?
Cavab: Təbrizli türklər məndən ötrü türkün ən üsyankar övladlarıdır. Bu mənim şəxsi fikrimdir, razılaşmaya bilərsiniz, amma mən fikrimdə qətiyəm. Açıq dünyagörüşlüyü ilə digər türklərdən çox fərqlənirlər. Bu Təbrizin Güney Azərbaycanın başkəndi olmasından, orda elm, ticarət və mədəniyyətin inkişafından da bu irəli gəlir. Digər tərəfdən inqilabçı ruhu təbrizlilərdə yüksəkdir. İnqilab etmək — köhnəni qəbul etməyib, olanla razılaşmayıb, onu vurub yıxıb yenisini ortaya qoymaqdır ki, bu da təbrizlilərdə bir fitrət kimi var. Yaxın tarixə nəzər salaq, İran tarixinə “Tütün üsyanı” kimi adı düşmüş üsyanı edən təbrizli gənc qadın Zeynəb Paşa idi. Bu üsyan bütün İranı bürüyəndə şah Rusiya, Fransa, İngiltərə ilə bağladığı tütün müqavilələrini pozmalı oldur, o zamankı xarici mətbuat Zeynəb Paşanın başı üçün küllü miqdarda pul qoyulduğunu yazırdılar. Bu haqda “Zeynəb Paşa üsyanı” essemdə yazmışam. Digər bir üsyan Səttarxan üsyanı, təəssüf ki, inqilabı edən türklər olsa da, bəhrəsini fasrlar gördü. 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Milli Hökümət. Təsəvvür edirsiniz, cəmi bir il yaşayan dövlət, bu bir il ərzində nələr etmədi. Torpaq islahatı — İran tarixində ilk dəfə və son dəfə ədalətli torpaq bölgüsü edib. Ordu yaratdı, Anadilli məktəblər açdı, universitet, opera, teatr və s. Bu təbrizlilərin qol və beyin əməlində nə qədər gücə malik olduğunun sübutudur.

Müsahibəni hazırladı: Hacı Beytullah Mutlu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Əbdürrəhim bəy Haqverdiyevin anadan olduğu gündür -155-ci ildönümüdür

Bu gün Əbdürrəhim bəy Haqverdiyevin anadan olduğu gündür -155-ci ildönümüdür

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhərində anadan olub. 1890-cı ildə Şuşa rеalnı məktəbinin altıncı sinfini bitirib, Tiflis rеalnı məktəbinin sonuncu sinfində təhsini davam etdirib. 1891-ci ildə Tiflisdə təhsini başa vurduqdan sonra Peterburq Yоl Mühəndisləri İnstitutuna daxil olub.

Gənc yazıçı özünün ilk pyesləri “Yеyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq”ı (1896) da Peterburqda yazıb. 1899-cu ildə о, Peterburqdan Şuşaya qayıdır. Şuşada iki il qalır və xalq yaradıcılığı nümunələrini toplamaqla məşğul olur. Ədib “Bəxtsiz cavan” pyesini də 1900-cü ildə Şuşada yazır. Pyes elə həmin il tamaşaya qoyulur. 1901-ci ildə Ə.Haqvеrdiyеv Şuşadan Bakıya gəlir və burada “Pəri cadu” pyesini tamamlayır.

Ə.Haqvеrdiyеv 1906-cı ildə Rusiya Dövlət Dumasına Gəncə quberniyası üzrə nümayəndə seçilir və Peterburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında araşdırma aparır. 1907-ci ildə yazıçı yenə həmin faciəyə aid əlavə məlumat toplamaq üçün İrana səfər edir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qoyulub və uzun illər böyük müvəffəqiyyətlə səhnələrdə oynanılıb.

1906-cı ildə “Molla Nəsrəddin” jurnalı nəşrə başlayıb. Ədib dərgidə “Cеyranəli”, “Xоrtdan”, “Həkimi-nuni-səğir”, “Lağlağı”, “Mоzalan”, “Süpürgəsaqqal” və başqa imzalarla hekayə, fеlyеtоn və publisist məqalələr çap etdirir. Ə.Haqvеrdiyеvin jurnalda dərc olunan “Cəhənnəm məktubları”, “Mоzalan bəyin səyahətnaməsi”, “Marallarım” əsərləri böyük maraqla qarşılanıb.

Müəllifin “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vavеyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Sağsağan”, “Yоldaş Kоrоğlu”, “Çоx gözəl” və s. həmçinin “Marallarım” silsiləsindən hekayələri ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Yazıçının hеkayələrinin bir qismi “Marallarım” (1927) və “Hеkayələr” (1940) kitabında toplanıb.

1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq Ə.Haqverdiyevə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib. Böyük ədib 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib, Fəxri xiyaban dəfn olunub.

Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə ədibin anadan olmasının 150 illiyi ölkəmizdə qeyd edilib. Ə.Haqverdiyevin 150 illiyi eyni zamanda UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib.


Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gələcəyin səmasında Azərbaycan imzası

Gələcəyin səmasında Azərbaycan imzası
Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və “EMEDIA GROUP” Media Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə və anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gələcəyin səmasında Azərbaycan imzası” tədbiri keçirilib.
Tədbirdə dövlət nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycan Texniki Universitetinin rəhbər heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Texniki Universitetinin tələbələri tərəfindən hazırlanmış “M.AERO H10” adlı innovativ dron layihəsinin təqdimatı ilə yadda qalıb.
Əvvəlcə tədbir iştirakçıları foyedə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramını ifadə ediblər.
Tədbirin açılışında Ulu Öndərin, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Sonra dronun əsas texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, tam avtoritar rejimdə fəaliyyət göstərə bilən dron kəşfiyyat təyinatlı kamera sistemi, kamikadze funksiyası, yüksək manevr qabiliyyəti və amortizatorlu təkərlərə malikdir. Aerodinamik quruluşu ilə sanki küləklərlə danışa bilən səssiz lakin iradəli bir varlıq kimi havada süzür. Dronun bütün proqram təminatı – süni intellektdən idarəetməyə qədər – tələbələrin öz intellekt məhsuludur.
Qeyd olunub ki, layihə Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısının, onun uzaqgörən siyasətinin bariz nəticəsidir. “H10” adının “Heydər Əliyev 10” kimi seçilməsi də təsadüfi deyil – bu, tələbələrin Ulu Öndərə olan dərin sevgisi və ehtiramının rəmzidir. Onlar bu layihə vasitəsilə yalnız texnoloji yenilik yaratmayıb, Ümummilli Lider Heydər Əliyevin gənclərə aşıladığı siyasəti yaşadaraq, onun ideyalarını real nəticələrə çeviriblər.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bugünkü tədbiri gənclərə olan inam və etimadın təzahürü adlandırıb: “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbirimiz gənclərin potensialının üzə çıxarılması baxımından olduqca vacibdir. Bu cür tədbirlər gənclərin bacarıqlarını, istedadlarını və yaradıcılıqlarını nümayiş etdirmələrinə imkan yaradır. Gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərlik ruhunun, milli kimliyin ötürülməsi bizlərə Ulu Öndər Heydər Əliyevin miras qoyduğu siyasi ideologiyanın əsasını təşkil edir. Buna görə də dahi şəxsiyyətin anadan olmasının 102-ci ildönümü ərəfəsində məhz belə bir tədbirin keçirilməsi xüsusi önəm daşıyır. Gənclərin ictimai, sosial və mədəni sahələrdə daha aktiv iştirak etmələrini təşviq edən hər bir layihə dəstəklənməli və bu sahə davamlı təbliğ olunmalıdır. Bugünkü tədbir dövlətin gənclərə verdiyi dəyərin, onlara olan etimadın və gələcəyin etibarlı əllərdə olduğuna inamın təzahürüdür. Qısaca desək, “Gənclər bizim gələcəyimizdir” devizi altında keçirilən tədbirlər gənclərin inkişafı, cəmiyyətə inteqrasiyası və gələcək liderlər kimi formalaşmasına xidmət edir”.
“EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev tədbirdə çıxışı zamanı qeyd edib ki, təşkilatın nəzdində fəaliyyət göstərən xüsusi gənclər sektoru bacarıqlı və perspektivli gənclərdən ibarətdir. Həmin sektorun əsas hədəfi isə Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasətini dəstəkləmək və bu siyasətin daha da güclənməsinə töhfə verməkdir: “Bugünkü tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin gənclərə aşıladığı dövlətçilik ideyalarının və texnoloji inkişafa yönəlmiş siyasətinin real nəticələrini nümayiş etdirməkdir. Tələbələr bu layihə ilə təkcə bir texniki yenilik təqdim etməyiblər – onlar öz sevgilərini, inamlarını və gələcəyə olan ümidlərini Ulu Öndər Heydər Əliyevin ideyaları ilə harmoniya içində ifadə ediblər. Prezident İlham Əliyevin dediyi kimi gənclər bizim bu günümüzdür, sabahımızdır, gələcəyimizdir. Bu fikirlər gənclərimiz üçün həm istiqamət həm də motivasiya mənbəyidir. Onu da qeyd edim ki, gənclər işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi üçün xüsusi qurğu üzərində işləyirlər. Həmin təşəbbüs dövlətimizə dəstək olmaq, təhlükəsiz gələcək qurmaq yolunda gənclərin məsuliyyətli yanaşmasının bariz nümunəsidir”.
Sonra layihədə əməyi keçən komanda üzvləri səhnəyə dəvət olunaraq ictimaiyyətə təqdim ediliblər: Layihə rəhbəri Rəşvin Şirəlizadə, mühəndis Anar Məmmədov, mexanik Adil Orucov, elektrik və elektronika mütəxəssisi İsmayıl Rəhimli, proqramçı Elmir Nəbiyev. 44 günlük haqq savaşımızda qazanılan şanlı Qələbədən ilhamlandıqlarını bildirən gənclər Vətən müharibəsində əldə edilən Zəfərdə qardaş ölkə Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının rolunun böyük olduğunu xatırladıblar. Bildirilib ki, müasir texnologiyaların tətbiqinin gətirdiyi üstünlükləri nəzərə alaraq iki ay əvvəl layihənin icrasına başlanılıb. Hazırladıqları dron haqqında danışan gənclər qeyd ediblər ki, kameraya xüsusi yazılmış proqramlar sayəsində çəkilişlər daha dəqiq və funksional şəkildə həyata keçirilir. Havadakı sabitliyi və uçuş dəqiqliyi özəl alqoritmlərlə tənzimlənir. Hərəkətləri zərif, amma qətiyyətlidir.
Sonra çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev, Milli Məclisin deputatları – Jalə Əliyeva, Könül Nurullayeva, Aydın Mirzəzadə, Günay Ağamalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini Natiq Məmmədli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin prorektoru Rəşad Əliyev və başqaları Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və gənclər siyasətinin bu gün onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Elə həmin siyasətin nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı ölkə başçısının bir çağırışı ilə minlərlə gənc könüllü şəkildə cəbhəyə axışaraq Vətən uğrunda savaşa atıldı. Bu həm birliyin, həm liderə inamın, həm də vətənpərvərliyin ən ali nümunəsi idi.
Dron və PUA-ların İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların aparılmasında, Silahlı Qüvvələrin hücumuna dəstək verilməsində, yeni mövqelərin əldə olunmasında, həmçinin itkilərin minimuma endirilməsində Azərbaycana çox kömək etdiyini qeyd edən çıxışçılar gənclərin ərsəyə gətirdiyi texnologiyanı və onların peşəkarlığını yüksək dəyərləndirib, onun təkmilləşdirilməsi və yeni texnologiyaların hazırlanması istiqamətində təkliflərini verib, onların daha böyük uğurlar qazanacaqlarına əminliklərini ifadə ediblər.
Sonda komanda üzvləri Fəxri fərmanlarla təltif olunublar. Fotolar:

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru