ÖYÜNÜB DEMƏ Kİ DÜNYA MƏNİMDİR (Varsağı) Bəxtin gətirəndə lovğalanma çox, Öyünüb demə ki dünya mənimdir. Biz gəldi-gedərik, cahan əbədi, Öyünüb demə ki dünya mənimdir.
Uca tut əməlin, sözün yerini, Zülmətə nur saçar fikrin dərini, Ətrafa yaxşı bax, aç gözlərini, Öyünüb demə ki dünya mənimdir.
Valehəm, yolumu zirvədən saldım, Suallar çoxaldı xəyala daldım, Həyatdan bir müdrik cavab da aldım, Öyünüb demə ki dünya mənimdir.
Xalq şairi Xəlil Rza Ulutürk və həyat yoldaşı Firəngiz xanım. Ötən əsrin 60-ci illəri. Görkəmli şair 1990-cı ilin 20 yanvarında baş verən qanlı hadisədən sonra həbs olundu. Bir müddət Moskvanın Lefortovo həbsxanasında saxlanıldı. 1991-ci ildə isə həbsdən azad edildi. Həyat yoldaşı Firəngiz xanım Xəlil Rza Ulutürkün həbsi barədə deyirdi: “…yanvarın 26-da onu tutdular. Ayın 26-da Svetlana İbrahimovanın dəfn mərasimi idi. O da Mikayıl Mirzə ilə həmin dəfnə getmişdi. Dəfn vaxtı bir nəfər ona yaxınlaşıb deyir ki, “Xəlil müəllim, bəlkə siz o biri yolla çıxıb gedəsiz. Əllərində şəkliniz olan adamlar burda sizi axtarır”. Həmin vaxt da o, Qorboçova aid şeir yazmışdı. Həmin o şeiri axıra qədər səsləndirib. Amma orada ikinci bir adam da ona deyir ki, buradan uzaqlaşmalısan. Nə isə bunlar oradan çıxırlar. “Gənclik” metrostansiyasının yaxınlığında maşın saxladırlar, bunlara deyirlər ki, “ikiniz də düşün aşağı”. Onlar maşından düşürlər. Maşından düşən kimi silahları onlara tuşlayırlar, zorla maşına mindirmək istəyirlər. Mikayıl Mirzə deyir ki, onun şəkəri var, xəstə adamdı, özü maşına minəcək, o cür mindirmək lazım deyil. Nə isə aparırlar. Mikayılı bir-iki saatdan sonra buraxırlar, amma Xəlil qalır. Biz də səhərə qədər nigaran qaldıq. Səhər açılar-açılmaz durdum getdim “KQB”yə. Deyirdilər ki, tuthatut başlayıb, adamları yığıb aparırlar ora. Mən də getdim, oradakılara dedim ki, o, şəkər xəstəsidi, səhər ağzına nəsə dəyməlidi. Dərman atmalıdı. Yanında heç nə yoxdu. İstədim “KQB”nin sədri Vaqif müəllimlə danışım. Növbətçi dedi ki, hələ gəlməyib. Xəlili kimdən soruşurdumsa, heç kim bir söz demirdi. Elə bil ki, bir-biri ilə sözləşmişdilər…”
BÜTÜN ULDUZLARIN GÖZÜDÜR TƏBRİZ Sönməyib içimdə vətən həsrəti, Biraz da kök salıb, dərinləşibdir! Teşnə ürəyimdə Təbriz niyyəti, Şükür ki, daha da müdrikləşibdir!
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]
↑“”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
Yay — bu saflığın, sərbəstliyin, qayğısız uşaq sevincinin fəslidir. Onun hər günü ilə mən uşaqlığıma dönürəm. Bu dönüş yalnız zamana qayıdış deyil, həm də qəlbin yeni güc ilə dolması, yeni arzularla daşmasıdır. Yay — qəlbin azad nəfəs aldığı, həyatın ən gözəl sübh çağları, ən parlaq rəngləridir. Uşaqlıqda yaşadığım xoşbəxtlik, yay aylarının dincliyi içimdə daim canlanır. Mən hələ də xatırlayıram: ilk dəfə dağ zirvəsinə qalxdığım anı, leyləklərə əl etdiyimi, küləklərin arxasınca qaçdığımı, onları qucaqladığımı… Bu heyrət, bu saf sevinclər — uşaqlığımın, yay aylarının işıqlı xatirələridir. Mən yayda yaşayıram, yayda darıxıram, yayda sevirəm. Kaş o uşaq yay nağıllarında yaşaya bilsəydim… Bilirəm ki, bu xatirələr heç vaxt köhnəlməyəcək. Çünki onlar qəlbimin sönməz işığıdır… Hər yay gələndə mən yenə uşaqlığıma, o qayğısız, saf arzular dünyasına səyahət edirəm. Yay — mənim ən gözəl nağılımdır. Yay — qəlbimin ən saf nəfəsidir. Yay — mənim saf və qayğısız uşaqlığımın bənzərsiz fəslidir.
Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi. Azerbaycan Jurnalistlar birliyinin üzvü.