Səma Muğannanın “Qeyb olan uşaqlıq” əsəri

Səma Muğannanın “Qeyb olan uşaqlıq” əsəri

Səma Muğannanın “Qeyb olan uşaqlıq” əsəri Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyə malik olan, realizm və romantizmin vəhdətini ustalıqla əks etdirən bir romandır. Əsər oxucunu həm zahiri hadisələrin axarı ilə, həm də insan psixologiyasının dərin qatlarına enməklə cəlb edir. Müəllifin həyat hadisələrinə yanaşma tərzi realist olsa da, bu realizmin içərisində bədii və romantik qatlar öz yerini qoruyur. Bu isə əsəri həm oxunaqlı, həm də çoxqatlı mənalandırmağa şərait yaradır.
Əsərin əsas gücü onun psixoloji dərinliyindədir. Səma Muğanna obrazların daxili aləmini incə müşahidələrlə, duyğusal  keçidlərlə oxucuya təqdim edir. Bu baxımdan, “Qeyb olan uşaqlıq” romanını Azərbaycan ədəbiyyatında psixoloji ədəbiyyatın mühüm nümunələrindən biri hesab etmək olar. Xüsusilə, uşaqlıq dövrünün insan xarakterinin formalaşmasında oynadığı rol, itkilər, xatirələr və bunların yetkinlik çağındakı əksi ustalıqla işlənmişdir. Uşaqlıqda yaşadığımız hadisələrin bugünkü bizə təsirinin böyük olduğunu əsəri oxuduqca bir daha anlayırıq.
Fikrimcə ,Azərbaycan ədəbiyyatında psixoloji yönümlü əsərlərin sayı çox deyil. Bu səbəbdən, “Qeyb olan uşaqlıq” romanı yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Müəllifin dili səlis, obrazların təqdimatı isə çoxşaxəlidir. Bu isə oxucuya yalnız hadisələri izləmək deyil, həm də onları duymaq, yaşamaq imkanı verir.
Nəticə etibarilə, Səma Muğannanın “Qeyb olan uşaqlıq” romanı müasir Azərbaycan ədəbiyyatında həm mövzu, həm üslub, həm də psixoloji dərinlik baxımından diqqətəlayiq və əhəmiyyətli bir əsərdir. Realizmlə romantizmin vəhdətində yazılmış bu roman, oxucunu həm emosional, həm də intelektual baxımdan düşündürür. Oxucunun empatiya hissini qurmasına yardımçı olur. Axı hər kəsin daxilində nə vaxtsa üzləşməli olacağı bir uşaqlığı var…

Müəllif:  Namiq İslamzadə      

Bütün xalqımızı 28 May Müstəqillik Günü münasibətilə təbrik edirəm!

Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov:
“Müstəqillik bir dövlət üçün ən böyük nemətlərdən hesab olunur və bu nemət heç bir dövlətə hədiyyə olunmur. Müstəqillik böyük zəhmət, düzgün və uğurlu siyasətlə yanaşı xalqın qəhrəmanlığı və qanı hesabına əldə olunur.

Müasir müstəqillik tariximizin canlı şahidi və sinəsində “Xalq Cümhuriyyətinin 100 illik medalı”nı daşıyan Eyvaz Hünbətov olaraq deyə bilərəm ki, müstəqilliyimizi dünyada heç bir ölkədə olmadığı qədər çətin, ağır və qanla əldə etmişik. Əlbətdə müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər çətindir. Ona görə də əziz həmvətənlərimiz, bizlər qalib Xalqın nümayəndəsi olaraq əldə etdiklərimizin – müstəqilliyimizin, suverenliyimizin, sabitliyimizin və bütün bunları bizlərə bəxş edən möhtərəm cənab Prezidentimiz İlham Əliyevin qədrini bilməliyik!
Bütün xalqımızı 28 May Müstəqillik Günü münasibətilə təbrik edirəm!”

ÖMRÜ HAVAYA ÜFÜRDÜM

ÖMRÜ HAVAYA ÜFÜRDÜM

Tələsdim, yaman tələsdim,
Yellərə qoşuldum əsdim.
Vaxtın kələyini kəsdim,
Çay kimi daşıb köpürdüm.

Düşdüm sevdalar peşinə,
Dərd məni qatdı döşünə.
Döndüm adam küləşinə,
Özüm-özümü süpürdüm.

Gəzdim Bakı, Şirvan, Şəki,
Cavanlıq ötdü an təki.
Ömür qəlyan, can tənbəki,
Çəkdim havaya üfürdüm.

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Müstəqillik Günümüz mübarək olsun!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəlbimdəki ən gözəl arzuları sizə — cəsur Azərbaycan xalqına diləyirəm

Qəlbimdəki ən gözəl arzuları sizə — cəsur Azərbaycan xalqına diləyirəm

Bugün Azərbaycan tarixində ən önəmli, ən möhtəşəm günlərdən biridir — 28 May Müstəqillik Günüdür. Bu tarix — azadlığa, milli kimliyə olan sevginin bayramıdır.
Bu gün — bir xalqın öz taleyini müəyyən etdiyi gündür. Bu gün — milli qürur, cəsarət və səbrlə yazılmış tariximizin parlaq səhifəsidir.
Mən, Özbəkistandan olan şair kimi, qəlbimdəkı səmimi duyğuları siz — əziz azərbaycanlı qardaşlarımla paylaşmağı öz borcum bilirəm.
Bu gün qəlbim sizinlə döyünür. Gənclik arzuları kimi təmiz, ananın duası kimi saf və səmimi hisslərlə sizi ürəkdən Müstəqillik Günü münasibətilə təbrik edirəm!

Sizin cəsur əcdadlarınız 1918-ci ildə azadlıq bayrağını qaldıranda, bu yalnız tarixi bir hadisə deyildi, həm də bütöv türk dünyası üçün ümid işığı idi. Bu gün də Azərbaycan öz müstəqilliyi, qüruru, güclü dövlət sistemi və dəyərli mədəni irsi ilə bütün dünyaya nümunə göstərir.
Mən sizi uzaqlardan sevirəm. Sizin şairlərinizi — hörmətlə oxuyuram. Sizin xalqınızı — öz qardaşım bilirəm.
Məncə, bu sevgi sözlərimdən, hər bir cümləmdən aydın duyulur. Çünki bu ürək sizi səmimi sevərək dəyərləndirir.

Siz bu gün təkcə müstəqil Vətən qurub onu qorumur, həm də onu yeni zəfərlərə doğru aparırsınız. Hər bir uğur, hər bir quruculuq — xalqınızın qürurudur.
Allah hər zaman sizi qorusun. Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sülhü əbədi olsun!

Arzum budur ki, sizin bayrağınız həmişə uca olsun! Vətən səmanız açıq, torpaqlarınız bərəkətli olsun!
Sizi dost bilən biz — Özbəkistandakı dostlarınız həmişə yanınızda, qəlbdə və hörmətlə qalacağıq.
Qəlbimdəki ən gözəl arzular sizə — cəsur Azərbaycan xalqına həsr olunub.
Əziz qardaşlar!
Birləşmiş, möhkəm, azad və firavan Azərbaycanı görmək — mənim qəlbimdəki dua və arzumdur.

Hörmətlə, Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Azerbaycan Jurnalistlar birliyinin üzvü.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür

Türk Ağsaqqalları İctimai Birliyinin sədri Sudeyif İmamverdiyev:

Müsəlman Şərqində ilk dəfə olaraq demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin
cəmisi 23 ay davam etməsinə baxmayaraq bu qısa dövr ərzində böyük işlər həyata keçirildi: dövlət bayrağı, dövlət himni, dövlət gerbi, dövlət vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı, yüzlərlə mütərəqqi qanun qəbul edildi.

Müstəqillik tariximizin başlanğıcı olan “28 May Müstəqillik Günü” ölkəmizdə milli ruhun formalaşmasında böyük rol oynadı və gələcək inkişafına təkan verdi.
XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində müstəqil Azərbaycanın sürətli inkşaf dövrü başladı. Bu gün isə Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz dünyada nüfuzu günbəgün artmaqda olan, dünya dövlətlərinin hesablaşdığı, imzası imzalar içərisində olan bir dövlətə çevrilib.

Bu gün Azərbaycan Xalqı tariximizin şanlı və parlaq səhifələrindən biri olan 28 May Müstəqillik Günününü heç zaman olmadığı qədər güclü, qüdrətli, nüfuzlu, müstəqil, tam suveren və Qalib xalq olaraq qeyd edir. Bütün xalqımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, xoşbəxtlik arzu edirəm.
Müstəqilliyimiz əbədi və sarsılmazdır. Yaşasın müstəqil Azərbaycan!

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru