
MÖCÜZƏ FIRTINASI
(esse)
Bu gecə qəribsədim qürbət evimdə…
Ay batana qədər ay işığında,Günəş doğandan sonra gün işığında gözümü qırpmadan kölgəmi izlədim.
Kölgəm də nədənsə mənə yad, qərib gəldi,
sonra yenə gözlərimin yağışı başladı,
yenə səngiməyən narahatçılıq…
Beynimdə sanki saat əqrəbi dövr edir,
hər dövrəsində qılınc kimi biçir zamanı..
ümid küləyinin uğultusu qulağımdakı ümidsiz sözlərin səsini batırsa da ,cəsur qorxular heç çəkinmədən ürəyimə şığıyır..
Fikirlər sinəmdə tonqal qalayıb,
duyğularım, düşüncələrim alovlanır o tonqalda.
Tək bir cümlə bağırır ürəyim. .
Bir möcüzə fırtınası olsa….
Mən o fırtınanı gözləyirəm..
Çünki , mənim dünyamın harayına çata biləcək tək şey o möcüzə fırtınasıdır.
MÜƏLLİF: SƏADƏT QƏRİB
- SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
- SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ
- SƏADƏT QƏRİB. YANIQLI BİR BAYATIYAM
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru