
Hədik, Azərbaycanda Aşura günü ilə əlaqəli hazırlanan ənənəvi bir yeməkdir. Bu yeməyin hazırlanmasının tarixi xalq arasında yayılan bir rəvayətə əsaslanır. Rəvayətə görə, Həzrət Zeynəb Şam xarabalığında əsr düşmüş uşaqların ac qalmasına dözməyərək, onların başını yemək bişirmək adı ilə qatmaq üçün qazan qoyub qaynatmağa başlayır və daş-kəsək yığıb qazanın içinə tökür. Uşaqlar başına yığışanda isə onlara yemək hazırladığını deyir. Allahın möcüzəsi ilə qazanın qapağı açılanda müxtəlif dənli bitkilərdən ibarət yemək olduğu məlum olur. Bu rəvayət, hədik bişirilməsinin mənəvi köklərini əks etdirir.
Hədik buğda, noxud, lobya, lərgə, qarğıdalı, mərci və s. bitkilərdən hazırlanır. Aşura günü, müsəlmanlar bu yeməyi bişirərkən İmam Hüseyn və digər şəhidlərin xatirəsini yad edirlər. Hədik, həm də yoxsullara paylanır və bu da bir növ xeyirxahlıq və yardımlaşma nümunəsi sayılır.
Hədik hazırlanması və paylanması, Aşura gününün ənənəvi bir hissəsidir və həm dini, həm də mədəni əhəmiyyət daşıyır. Bu yemək, həm acı həqiqətləri xatırladır, həm də xalq arasında birlik və həmrəylik hissini gücləndirir.
Müxtəlif xalqlar hədiyi fərqı hazırlayırlar. Türkiyədə bu yemək “aşure” adlanır və türklər bu yeməyi Nuh peyğəmbərin adı ilə bağlayırlar. Bizdən fərqli olaraq yeməyin bişirilib paylanılması matəm münasibətilə deyil, bayram əhval-ruhiyyəsi ilə edirlər.
Misirlilərin inancına görə, hədik Musanın xilas olduğu gün bişirilir. Bəzi inanclarına görə isə aşurə həm də Adəm və Həvvanın Yer üzündə görüşdüyü ilk gündən hazırlanıb.
Başqa rəvayətə görə isə Nuh peyğəmbərin gəmisində olanlar quruya ayaq basmağın sevincini həmin günü bayram etmək üçün gəminin anbarında qalan ərzaqlardan bir yemək bişirmişlər. Aşura günü “aşura” bişirmək və bunu paylamaq adəti də, deyilən görə, buradan qalıb.