Ramiz İsmayıl – “Xarı bülbül” jurnalına

“Xarı bülbül” jurnalına

“Xarı bülbül” adlı dərginin nəşrə başlamasını sosial şəbəkələrdən və şair Ziyadxan Budaqa yaxın olan şair və yazıçı dostlarımızdan öyrəndim. Jurnalın nəşri barədə qələm əhli öz ürək söslərini yazdı, jurnala uğurlu ədəbi yol arzuladı. Xoş söz yazanlar arasında “Xəzan” jurnalının baş redaktoru yazıçı Əli bəy Azərinin münasibəti diqqətimi cəlb etdi.
Ədəbi mühitdə qərəzçilikdən, paxıllıqdan uzaq olmaq ləyaqət və cəsarət hissidir. “Xəzan” jurnalının yaradıcı heyəti yarandığı gündən bu missiyanı şərəflə, ləyaqətlə daşıyır. “Xarı bülbül” ədəbi dərgisinin də belə bir yol tutacağına ümid edirəm.
“Xarı bülbül” jurnalına, xüsusən də şair Ziyadxan Budaq və jurnalın təsisçisi Cəmafər xanım Əliyevaya uğurlar və istedadlı, ləyaqətli müəlliflərlə əməkdaşlıq arzulayıram.
Ramiz İsmayıl
şair

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir