Rafael Ağayev haqqında

“Neçə zamandır Rafaelin incik müsahibələri tirajlanır. Gəlin bunu da paylaşaq. Özümüz dəyər verə bilmirik axı. Paxıllıq aman vermir…
Dünya Karate Federasiyası (WKF) Rafael Ağayevlə bağlı paylaşım edib.
Rafael Ağayev təkcə Azərbaycanın deyil, dünya karate tarixinin ən böyük əfsanələrindən biri hesab olunur. Ona bütün dünyada “Karatenin Brilyantı” ləqəbinin verilməsi təsadüfi deyil. Bu adı ona Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos şəxsən vermişdir. Səbəbi isə onun döyüş texnikasının mükəmməlliyi və tatamidəki bənzərsiz sürətidir.

2008-ci ildə Tokioda keçirilən Dünya Çempionatında Rafael qeyri-mümkün olanı bacardı. O, həm öz çəki dərəcəsində (70 kq), həm də açıq (open) çəki dərəcəsində qızıl medal qazanaraq eyni çempionatda ikiqat dünya çempionu olan ilk və yeganə karateçi kimi tarixə düşdü.

Rafaelin karyerası ağır zədələrlə də dolu olub. Bir neçə dəfə ağır diz əməliyyatları keçirməsinə baxmayaraq, hər dəfə tatamiyə daha güclü qayıdıb. O, 36 yaşında ilk dəfə Olimpiya Oyunlarında iştirak edərək gümüş medal qazanmaqla yaşın sadəcə bir rəqəm olduğunu sübut etdi.
Rafael Ağayev karyerası ərzində 5 dəfə dünya çempionu, 11 dəfə isə Avropa çempionu olub”

İlhamiyyə Rza

Rəfail Tağızadə – Yerin durna qatarı

Yerin durna qatarı

Uzaqdan görünən ağ binalar yerin durna qatarına bənzəyir.
Yoxluğu da varlıq kimi görünən, adamı özünə maqnit kimi çəkən, görənlərin, tanıyanların ayrılmaq istəmədiyi Ağdam.

Qoynunda tarix yatan, ilk məskəni Ağdamın Sofulu (Boyəhmədli icra nümayəndəliyi) kəndindəki hündür təpədə – Gavurqalada (Govurqalada) yerləşən -Alban çarının Yay İqamətgahı sayılan Aquen şəhərindən götürən – ərəb tarixçilərinin 1357-ci ildə yazdıqları “Səyahətnamə” kitabında Ağdam olaraq təqdim olunan Ağdam şəhəri. Bu hələ ilk mənbə deyil.
Bərdədən hündürdə yerləşdiyinə görə bu qala şəhər məşhur dilçi alim Mahmud Kaşğarlının “Divanü lügat-it-türk” (Türk dillərinin sözlüyü) əsərində ağ sözünün yuxarı mənasında, yəni “Usa qala”, “Yuxarı qala”, məşhur alim, rus şərqşünası, akademik Vasili Vladimiroviç Bartoldun və bir neçə alimin Ağdam ərazisində apardığı araşdırmalarda Ağdam ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biri olması qənaətindən sonra gəldikləri yekdil qərara görə – Ağdam – Ağ Adəm, İlk İnsan mənasın verir.

Gavurqaladakı Ağdam şəhəri batandan sonra Sofulu kəndindən 16 km-lik məsafədə – bugünkü yerində təzədən salınıb.

Bu gün Ağdam öz içindən yenidən dirilir.
488-ci ildə Gavurqalada çağrılan Aquen məclisini qəbul edən şəhər, indi burda Dövlət Başçılarını qəbul edir. 1402-ci ildə qonağı Temurləng olan Ağdamın burdakı qonaqları Türk Dövlət Başçılarıdır.
Xatirələri an-an xatırlanan, ümidləri çiçək açan, dilsizi dilləndirən, dost üçün əsən, düşmənə qənim kəsilən Ağdam. Səndə hamı tanımadıqları ilə də doğması kimi görüşür. Bu, müqəddəs yerlərin xüsusiyyətidir.
Bilmirsən burda addımmı torpağı qucaqlayır, torpaqmı addımı…
Sənin cazibə qüvvən bambaşqadır.
Səsin səslərdən seçilir, baxışın baxışlardan, adın adlardan, yadın yadlardan. Dost da, düşmən də sənin gücünə bəlli.
Ölüsü də gözəl görünən şəhərim. Səni görənin ruhu dincəlir, ovqatı təzələnir.
Qonaq gələni gedəndə ağdamlı olanım.
Hamıya ev olan şəhərim!
Azərbaycanın bütün ucqar nöqtələri ilə təxminən eyni məsafədə olan Mərkəz şəhərim.
Bu beş ildə beş-beş gözəlləşən, dirilən şəhərim! Ucalan şəhərim – Uca şəhərim.
Sənin haqqında hər kəs sevincini bacardığı formada ifadə edir. Hər sözdə qəlbə yatan, könül oxşayan fikir, düşüncə var. Çünki orda sən varsan.
Bu gün yenə hamı ağdamlıdı. Təzədən ağdamlı olanlar da, qonaqlar da, burdan ötüb keçənlər də.
Var ol, mənim hamını öz əhatə dairəsinə salan şəhərim!
Sükutu danışan şəhərim!
Mənim Baş şəhərim!
Ağappaq Ağdam şəhərim!


20 noyabr 2025-ci il
Ağdam

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTACIN 2025-Cİ İL ÜÇÜN HESABATI – RƏSMİ

2025-Cİ İL ÜÇÜN HESABAT

    ZAUR USTAC MƏTBUATDA  2025

  1. Cahangir Namazov – “Milli dəyərləri qoruyan şair”, “Bütöv Azərbaycan” qəzeti, 10 yanvar  2025-ci il,  say: 01 (550), s.10.
  2. Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 16-22  yanvar  2025-ci il,  say: 02  (3563), s.7.
  3. Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Olaylar” qəzeti, 17-23  yanvar  2025-ci il,  say: 02  (5024), s.19.
  4. Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Yeni təfəkkür” qəzeti, 24  yanvar  2025-ci il,  say: 02  (669), s.3.
  5. “Baş redaktordan”, “Yazarlar” jurnalı, yanvar – 2025,  say: 01 (49), s.3.
  6. Zaur Ustac. Hesabat 2024, “Yazarlar” jurnalı, yanvar – 2025,  say: 01 (49), s.5-12.
  7. Zaur Ustacı təbrik edirlər, “Yazarlar” jurnalı, yanvar – 2025,  say: 01 (49), s.13 -19.
  8. Zaur Ustac haqqında yazırlar, “Yazarlar” jurnalı, yanvar – 2025,  say:  01 (49), s.20-31.
  9. “Baş redaktordan”, “Yazarlar” jurnalı, fevral – 2025,  say: 02 (50), s.3.
  10. “Zaur Ustac haqqında yeni kitab”, “525-ci qəzet”, 19 fevral   2025-ci il,  say: 31  (6561), s.9.
  11. “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb, “Ədəbiyyat qəzeti”, 21 fevral   2025-ci il,  say: 7  (5501), s.29.
  12. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Mart – 2025,  say: 03 (51), s.3.
  13. Zaur Ustac, “Vaqif Dünyası” (sonet), “Yazarlar” jurnalı, Mart – 2025,  say: 03 (51), s.32.
  14. Zaur Ustac, “Vaqif Mustafazadə” (sonet çələngi), “Yazarlar” jurnalı, Mart  – 2025,  say: 03 (51), s.34-48.
  15. Südabə Məmmədova “Debüt”lə debüt edib, “Həftə içi” qəzeti, 13 mart  2025-ci il,  say: 10  (3571), s.8.
  16. Südabə Məmmədova “Debüt”lə debüt edib, “Bütöv Azərbaycan” qəzeti, 14 mart  2025-ci il,  say: 07 (556), s.16.
  17. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Aprel – 2025,  say: 04 (52), s.3.
  18. Südabə Məmmədova “Debüt”lə debüt edib, “Yazarlar” jurnalı, Aprel – 2025,  say: 04 (52), s.84.
  19. Zaur Ustac – “Uğurlu “debüt”” (Südabə Məmmədovanın eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 17-23  aprel  2025-ci il,  say: 14  (3575), s.6
  20. Təhmasib İsayev  – “Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru, “Bütöv Azərbaycan” qəzeti, 18 aprel  2025-ci il,  say: 10 (559), s.13.
  21. Cahangir Namazov – “Katren” duyğuların incə ahəngidir (Zaur Ustac yaradıcılığında sonetlər), “Həftə içi” qəzeti, 24-30  aprel  2025-ci il,  say: 15  (3576), s.7.
  22. “Biz işığa doğru irəliləyirik…”(Zeynəb Mustafazadənin müsahibəsi), “Olaylar” qəzeti, 2-8  may  2025-ci il,  say: 15  (5037), s.18.
  23. “Baş redaktordan”, “Yazarlar” jurnalı, May – 2025,  say: 05 (53), s.3.
  24. Mərziyyə Nəcəfova, “Qucağını geniş aç, gəlirəm, Ana torpaq!” (Zaur Ustacın “40 gün – 40 şeir” kitabı haqqında qeydlər), “525-ci qəzet”, 6 may   2025-ci il,  say: 77  (6607), s.15.
  25. Zaur Ustac – “Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvisində” (Ayətxan Ziyad – İsgəndərovun eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 8-14 may   2025-ci il,  say: 17  (3578), s.7.
  26. Mərziyyə Nəcəfova, “Qucağını geniş aç, gəlirəm, Ana torpaq!” (Zaur Ustacın “40 gün – 40 şeir” kitabı haqqında qeydlər, “Yeni Təfəkkür” qəzeti, 9 may   2025-ci il,  say: 09  (676), s.4.
  27. Ə.Əliyev “40 gün – 40 şeir” kitabı haqqında, “Xalq qəzeti”, 3 iyun   2025-ci il,  say: 114  (30808), s.14.
  28. Akif Abbasov – “Zaur Ustacın balacalarla yeni görüşü” (“A1” uşaqlar üçün şeirlər kitabı haqqında), “Həftə içi” qəzeti, 5-11 iyun   2025-ci il,  say: 17  (3578), s.8.
  29. “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyun – 2025,  say: 06 (54), s.3.
  30. Akif Abbasov – “Zaur Ustacın balacalarla yeni görüşü” (“A1” uşaqlar üçün şeirlər kitabı haqqında), “Olaylar” qəzeti, 6-12 iyun  2025-ci il,  say: 19  (5041), s.23.
  31. “Həyatda olduğum hər an üçün şükür etməyi öyrəndim” (Cahangir Namazovun müsahibəsi), “Həftə içi” qəzeti, 3-9 iyul    2025-ci il,  say: 24  (3585), s.7.
  32. “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyul – 2025,  say: 07 (55), s.3.
  33. Günnur Ağayeva təqdim edir: Zaur Ustac, “Yazarlar” jurnalı, İyul – 2025,  say: 07 (55), s.48-59.
  34. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə birinci yazı), “Olaylar” qəzeti, 11-17 iyul  2025-ci il,  say: 23  (5045), s.17.
  35. Zaur Ustac – “Tarixin borclu olduğu adam” (Yunus Oğuzun 65 yaşına), “Olaylar” qəzeti, 18-24 iyul  2025-ci il,  say: 24  (5046), s.14.
  36. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə ikinci yazı), “Olaylar” qəzeti, 18-24 iyul  2025-ci il,  say: 24  (5046), s.18.
  37. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə üçüncü yazı), “Olaylar” qəzeti, 25-31 iyul  2025-ci il,  say: 25  (5047), s.19.
  38. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə dördüncü yazı), “Olaylar” qəzeti, 1-7 avqust  2025-ci il,  say: 26  (5048), s.17.
  39. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Avqust – 2025,  say: 08 (56), s.3.
  40. Zaur Ustac, “Ağ adam” (Rəşad Məcidin doğum gününə,  “Yazarlar” jurnalı, Avqust – 2025,  say: 08 (56), s.90 – 91 (təbriklər).
  41. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə beşinci yazı), “Olaylar” qəzeti, 8-14 avqust  2025-ci il,  say: 27  (5049), s.19.
  42. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə altıncı yazı), “Olaylar” qəzeti, 15-21 avqust  2025-ci il,  say: 28  (5050), s.18.
  43. Günnur Ağayeva – “Katren” çələnglərdən çələng (Zaur Ustacın sonetləri haqqında), “Həftə içi” qəzeti, 21-27  avqust  2025-ci il,  say:  31  (3592), s.7.
  44. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə yeddinci yazı), “Olaylar” qəzeti, 22-28 avqust  2025-ci il,  say: 29  (5051), s.19.
  45. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə səkkizinci yazı), “Olaylar” qəzeti, 5-11 avqust  2025-ci il,  say: 30  (5052), s.18.
  46. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Sentyabr – 2025,  say: 09 (57), s.3.
  47. Zaur ustac, “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə), “Yazarlar” jurnalı, Sentyabr – 2025,  say: 09 (57), s.48 – 64.
  48. Günnur Ağayeva, “Şeirdə Ana obrazı: Sözün poetik incəlikləri” (Zaur Ustacın “Anam” şeiri haqqında qeydlər), “525-ci qəzet”, 12 sentyabr   2025-ci il,  say: 164  (6694), s.14.
  49. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə doqquzuncu yazı), “Olaylar” qəzeti, 12-18 sentyabr  2025-ci il,  say: 31  (5053), s.19.
  50. “Üzeyir Hacıbəylinin 140 illiyinə yeni töhfə” (Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat), “525-ci qəzet”, 17 sentyabr   2025-ci il,  say: 167  (6697), s.9.
  51. Günnur Ağayeva “Üzeyir Hacıbəyov -140” (Zaur Ustacın xatirə-monoqrafiyasına baxış), “Həftə içi” qəzeti, 18-24 sentyabr   2025-ci il,  say: 35  (3596), s.7.
  52. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə onuncu yazı), “Olaylar” qəzeti, 19-25 sentyabr  2025-ci il,  say: 32  (5054), s.18.
  53. “Üzeyir bəy Hacıbəylinin 140 illiyinə yeni töhfə” (Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat), “Olaylar” qəzeti, 19-25 sentyabr  2025-ci il,  say: 32  (5054), s.22.
  54. Əli Nəcəfxanlı “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat, “Xalq qəzeti”, 19 sentyabr   2025-ci il,  say: 200  (30894), s.10.
  55. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə birinci yazı – giriş),  “Olaylar” qəzeti, 3-9 oktyabr  2025-ci il,  say: 34  (5056), s.19.
  56. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Oktyabr – 2025,  say: 10 (58), s.3.
  57. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə ikinci yazı – bayatılar),  “Olaylar” qəzeti, 10-16 oktyabr  2025-ci il,  say: 35  (5057), s.18.
  58. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə üçüncü yazı – şeirlər),  “Olaylar” qəzeti, 17-23 oktyabr  2025-ci il,  say: 36  (5058), s.19.
  59. Əli Nəcəfxanlı “Böyük Zəfərin poetik salnaməsi” – Zaur Ustacın “Övladıyam” şeiri, “Xalq qəzeti”, 18 oktyabr   2025-ci il,  say: 224  (30918), s.13.
  60. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə dördüncü yazı – hekayələr),  “Olaylar” qəzeti, 24 oktyabr – 6 noyabr  2025-ci il,  say: 37  (5059), s.19.
  61. Флора Наджи, «Война и природа» (Размышления об азербайджанской поэзии, посвященной войне за Карабах), «Мир литературы» № 9 (204), октябрь – ноябрь 2025 г. Стр. 4-5.
  62. Ə.Əliyev “Bir ömrün salnaməsi” – Zaur Ustacın “Mahirə Nağıqızı – 65” (monoqrafiya) kitabı haqqında, “Xalq qəzeti”, 5 noyabr   2025-ci il,  say: 236  (30930), s.15.
  63. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə beşinci yazı – yekun),  “Olaylar” qəzeti, 7-13 noyabr  2025-ci il,  say: 38  (5060), s.19.
  64. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Noyabr – 2025,  say: 11 (59), s.3.
  65. “Zaur Ustac yazır”, “Yazarlar” jurnalı, Noyabr – 2025,  say: 11 (59), s.71-74.
  66. Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – birinci hissə),  “Olaylar” qəzeti, 14-20 noyabr  2025-ci il,  say: 39  (5061), s.18.
  67. Zaur Ustac, ““Qaraqaşlı” – Qarabağ həqiqətlərinin uğurlu bədii salnaməsi  (Vüsal Nurunun “Qaraqşlı” kitabı haqqında qeydlər (ixtisarla)), “525-ci qəzet”, 19 noyabr    2025-ci il,  say: 210  (6740), s.11.
  68. Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – ikinci hissə),  “Olaylar” qəzeti, 21-27 noyabr  2025-ci il,  say: 40  (5062), s.19.
  69. Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – üçüncü hissə),  “Olaylar” qəzeti, 28 noyabr – 4 dekabr  2025-ci il,  say: 41  (5063), s.19 .
  70. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Dekabr – 2025,  say: 12 (60), s.3.
  71. Zaur Ustac – Hekayə, “Yazarlar” jurnalı, Dekabr – 2025,  say: 12 (60), s. 54-63.
  72. Günnur Ağayeva, Zaur Ustacın “Beyin qurdu” hekayəsi… , “Yazarlar” jurnalı, Dekabr – 2025,  say: 12 (60), s. 64-65.
  73. Zaur Ustac “Yunus Oğuz felyeton ustası kimi” (“Səssiz gurultunun gumbultusu” felyetonu haqqında),  “Olaylar” qəzeti, 5-11 dekabr  2025-ci il,  say: 42 (5064), s.13 .
  74. Zaur Ustac “Duyğuların yürüşü” (Vəfa Bağırzadə yaradıcılığında emossianın musiqiyə çevrilişi),  “Olaylar” qəzeti, 5-11 dekabr  2025-ci il,  say: 42 (5064), s.23 .
  75. Zaur Ustac “Şuşa tək ocağın mübarək, dağlar!” (Adilə Nəzərin “Şuşanın azadlığı” əsəri haqqında qeydlər),  “Olaylar” qəzeti, 12-18 dekabr  2025-ci il,  say: 43 (5065), s.19 .
  76. Zaur Ustac “Gözündə tük var” (novella),  “Olaylar” qəzeti, 19-25 dekabr  2025-ci il,  say: 44 (5066), s.22 .
  77. Zaur Ustac “Sonuncu tapşırıq” (Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə),  “Olaylar” qəzeti, 26 dekabr  2025 – 8 yanvar 2026-cı il,  say: 45 (5067), s.23 .
  78. Zaur Ustac – “Şair səmimiyyətinin poetikası” (Ramiz İsmayılın “Ömrün qışına doğru” şeirlər kitabı haqqında qeydlər), “Xəzan” jurnalı, noyabr-dekabr – 2025,  say: 7 (70), s. 74-75.
  79. Zaur Ustac – “Beyin qurdu” (hekayə), “Xəzan” jurnalı, noyabr-dekabr – 2025,  say: 7 (70), s. 79-82.
  80. Zaur Ustac – “Beyin qurdu” (hekayə), “Ədəbi ovqat” jurnalı, 2025,  say: 18  s. 23-26.

*Davamı 2026-cı il siyahısında.

Xarici mətbuatda – 2025

  1. “The MT. KENYA TİMES”, №01333, June 30 2025, pg. 21 Zaur Ustaj.
  2. “Classico opine”, June 2025, pg. 8  Zaur Ustaj.

Antologiyalar – 2025

  1. “Dağlarda izim qaldı”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  368 səh. Zaur Ustac s. 355-358.
  2. “Solmayan çiçək”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  328 səh. Zaur Ustac s. 311-314.
  3. “Qarabağ Zəfərindən Turana doğru”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  400 səh. Zaur Ustac s. 59-61.
  4. “Solmayan çiçək”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  328 səh. Zaur Ustac s. 311-314.
  5. “Mən bir Vətən səsiyəm”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  296 səh. Zaur Ustac s. 276-280.
  6. “Dünya şairləri” (birinci kitab – antologiya), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 102 səh. Zaur Ustac s. 7-18.
  7. “Mənim Vətənim”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  312 səh. Zaur Ustac s. 68-75.

    Müəllif əsərləri – 2025

  1. Zaur Ustac, “Vaqif Mustafazadə”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  32 səh. (I, II, III nəşrlər)
  2. Zaur Ustac, “Katren”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  80 səh.
  3. Zaur Ustac, “Gəzdim”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  50 səh.
  4. Zaur Ustac, “40 gün – 40 şeir”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  70 səh.
  5. Zaur Ustac, “A1”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  68 səh.
  6. Zaur Ustac, “Üzeyir Hacıbəyov – 140” (monoqrafiya), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  96 səh.
  7. Zaur Ustac, “Mahirə Nağıqızı – 65” (monoqrafiya), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  68 səh.
  8. Zaur Ustac, “Qələmdar – 3”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  142 səh.
  9. Zaur Ustac, “Şeir şəkillər”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  22 səh.
  10. Zaur Ustac, “Qələmdar – 4”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  84 səh.

Haqqında yazılanlar (Ədəbiyyat) – 2025

  1. Vaqif İsaqoğlu, “Zaur Ustacın poetik dünyası” (monoqrafiya), Bakı, “İmza” nəşrlər evi,  2025-ci il, 192 səh.
  2. Günnur Ağayeva, “Munis yazılar-2” (Zaur Ustac – 50), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  100 səh. (I, II, III nəşrlər)
  3. Tehran Əlişanoğlu, “Ədəbiyyatda Ali Baş Komandan” (Zaur Ustac səh. 57) Bakı, “Elm”, 2025, – 184 səh.

    Tərtibçilik – 2025

  1. Zaur Ustac, “Sultan Rayev və Azərbaycan” (Birinci Türkoloji Qurultayın 100 illiyinə), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  42 səh. (I, II, III nəşrlər)

Redaktorluq – 2025

  1. Südabə Məmmədova, “Debüt”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  102 səh. (I, II , III nəşrlər)
  2. Günnur Ağayeva, “Munis yazılar-1” (Yunus Oğuz -65), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  86 səh. (I, II nəşrlər)
  3. Gülü, “Munis yazılar-4” (Mahirə Nağıqızının 65 yaşına), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  92 səh. (I, II nəşrlər)
  4. Yunus Oğuz, ““TÜRK” etnonimi və törələri”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  138 səh. (I, II nəşrlər)
  5. Həcər Atakişiyeva, “Əbdürrəhim bəy Haqverdiyev -155”, “Ustac.Az” nəşrləri,  2025-ci il,  98 səh. (I, II nəşrlər)

Layihələr – 2025

  1. “Zaur ustac – 50”
  2. “Üzeyir Hacıbəyov -140”
  3. “Yunus Oğuz – 65”
  4. “Mahirə Nağıqızı – 65”
  5. “Əbdürrəhim bəy Haqverdiyev -155”
  6. “Birinci Türkoloji Qurultayın 100 illiyinə”

27.12.2025. Bakı ş.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əhməd Ağaoğlunun “Sərbəst insanlar ölkəsində”

Əhməd Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsəri azadlıq anlayışını sadəcə hüquqi yox, mənəvi və intellektual məsuliyyət kontekstində təqdim edir. Müəllif ideal bir cəmiyyət modeli quraraq göstərir ki, həqiqi azadlıq yalnız xarici zəncirlərin qırılması deyil, insanın düşüncə vərdişlərinin, qorxu və itaət psixologiyasının aşılmasıdır.
Əsərdə sərbəst insan anlayışı fərdin öz ağlına güvənməsi, tənqidi düşünməsi və ictimai məsuliyyəti dərk etməsi ilə ölçülür. Ağaoğlu azadlığı qanuna, etikaya və vicdana söykənən şüurlu seçim kimi təqdim edir. Bu baxımdan əsər Şərq cəmiyyətlərində kök salmış fatalizmə, kor itaətə, mədhiyyəçiliyə və kollektiv düşüncə tənbəlliyinə yönəlmiş ciddi tənqiddir.
Müəllifin fikrincə azad cəmiyyəti formalaşdıran azad düşünən, məsuliyyət daşıyan fərdlərdir. Əsər Azərbaycan və ümumən Şərq intellektual düşüncəsində modernləşmə, maarifçilik və vətəndaş şüurunun formalaşması yolunda konseptual bir manifestdir.
Əsərin dili publisistik-fəlsəfidir. Mətn bədii təsvirlərdən çox ideya və mülahizələrin aydın ifadəsinə yönəlib. Dil sadə olsa da, səthi deyil, terminoloji və məntiqi dəqiqlik qorunur. Müəllif didaktik tondan məqsədli şəkildə istifadə edir: oxucuya estetik zövqdən çox düşünmək məsuliyyəti yükləyir. Cümlələr əsasən qısa və ya orta uzunluqdadır, arqument quruluşu isə ardıcıl və rasionaldır. Bu, əsərin maarifçi məqsədinə tam uyğundur. Əsər yığcamdır, rahat oxunur.


Ahmad Agaoglu’s “In the Land of Free People” presents the concept of freedom not merely in a legal sense, but within the framework of moral and intellectual responsibility. By constructing an ideal model of society, the author demonstrates that true freedom is not limited to the breaking of external chains, but requires overcoming ingrained habits of thought, fear, and the psychology of submission.
In the work, the notion of a “free individual” is measured by one’s trust in their own reason, capacity for critical thinking, and awareness of social responsibility. Agaoglu portrays freedom as a conscious choice grounded in law, ethics, and conscience. From this perspective, the work constitutes a sharp critique of fatalism, blind obedience, sycophancy, and collective intellectual inertia deeply rooted in Eastern societies.
According to the author, a free society is shaped by individuals who think freely and act with responsibility. The work stands as a conceptual manifesto for modernization, enlightenment, and the formation of civic consciousness in Azerbaijani and broader Eastern intellectual thought.
The language of the work is journalistic-philosophical in nature. The text prioritizes the clear articulation of ideas and arguments rather than artistic description. Although the language is simple, it is not superficial; terminological and logical precision is carefully maintained. The author deliberately employs a didactic tone, placing the burden of reflection on the reader rather than offering aesthetic pleasure. Sentences are generally short to medium in length, and the argumentative structure is coherent and rational, fully aligning with the work’s educational purpose. The text is concise and easy to read.

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AYAZ İMRANOĞLUNUN HEKAYƏSİ

ADINA PROFESSOR DEYİRDİM
(hekayə)
Onun dünyaya gəlişi ilə yeddi illik övlad həsrətində olan cütlüyə sonsuz xoşbəxtlik bəxş olunmuşdu.
Gözəl qız uşağının qəribə gözləri vardı. Sanki göy üzü onun gözlərinə hopmuş, nur saçırdı. Ona görə də adını Göynur qoydular.
Gənc ailə övladları ilə dünya boyda sevinclərini yaşayırdılar ki…
Uşaq ağlayanda boğulma, bayılma halları olduğundan həkimə apardılar. Müasir aparatlarla müayinə edib gördülər ki, ürəyin bir qulaqcığında ciddi problem var.
Göynuru Azərbaycanda aparmadıqları xəstəxana, klinika qalmadı. Buradan əl üzdükdən sonra üz tutdular Türkiyə, İran, Rusyadakı ürək həlimlərinə. Ordakı müalicə nəticələri qənaətbəxş olmadığından geri dönüb ümidlərini Allaha bağladılar.
Dava-dərmanla Göynur gəlib çatmışdı yaş yarıma.
Bir gün nənə evlərinin yaxınlığındakı parkda Göynuru gəzdirərkən yaşlı bir kişi onlara yaxınlaşdı.
-Bağışlayın narahat edirəm. Bayaqdan fikir verirəm uşaq yeridikcə təngənəfəs olur.

-Hə qardaş ürəyində problemi var, – sonra nənə dərdli-dərdli, – Yeddi illik müalicədən sonra bunu tapmışıq, bu da ki, belə.
-Mən ürək həkimiyəm. Sabah qəbuluma gətirin- deyib ünvanını verib getdi.


İki il həmin həkimin müalicəsini alan Göynur demək olar ki, sağalmışdı. Axırıncı dəfə uşağı yoxlayan həkim demişdi ki, vaxtaşırı dəniz qırağında özü də səhərlər gəzdirin:

-Uşaq asma xəstəliyindən əziyyət çəkir. Ona səhərlər dənizdən qalxan yodlu hava gərəkdi.


Bu illər ərzində nənə həkimin adını soruşmamış eləcə professor deyirdi. Həkim daha işləmirdi. Bilmirdi ona necə təşəkkür etsin.
Bir gün yenə dəniz sahilinə gəlmişdulər. Balaca Göynur gah nənəsinin şirin nağıllarına qulaq asır, gah da onun əl-ayağına dolaşırdı. Sonra…
Nənə yaşıl ağacların arasında sakit guşədə qoyulmuş oturacaqda oturub təmiz dəniz havasını ciyərlərinə çəkir, yanında oturmuş qoca qadının danışığına məhəl qoymadan gəlib – gedənləri süzürdü. Balaca Göynur isə nənəsinin gözündən oğurlanıb sahilə yan almışdı. O, totuq əlləri ilə yastı, xırda daşları götürüb qumlu sahilə can atan təşnə ləpələri döyəcləyirdi:
-Al, bu da sənin payın! Mən səndən qorxmuram . Al, ay göy dəniz! Sən məndən qorxursan hə? Al, yenə də…Hirslənməyin ay ləpələr. Yoxsa nənəmi çağıraram…
Göynur ağzı köpüklənən ləpələri məzəmmətləyir, elə bil onları özünə tabe etmək istəyirdi. Dəniz də arabir qızmış nər kimi sinəsini qabardır, sanki qumlu sahilə tələsirdi.
Dalğalardan ətrafa sıçrayan su damcıları balaca Göynurun dizinə dəydikcə o, ayağının birini götürüb o birini qoyurdu. Birdən elə bil dəniz qaynamağa başladı. Şiddətli əsən xəzrinin təsirindən ləpələr bir-birinin üstündən aşırdı. Külək qızın xurmayı saçlarına daraq çəkirdi. O lap irəli yerimişdi. Sanki dalğalara təslim olacaqdı. Onun xəfif pıçıltılarına aldanmışdı. Dəniz isə şıltaqlığını davam etdirirdi. Göynur artıq dalğalara qovuşurdu.
Birdən dünya görmüş bir qocanın nəzərləri sahilə zilləndi. Həyacan onu bürüdü. Burnunun tən yarısına qədər enmiş zəncirli eynəyini gözlərinin ortasına tuşladı. Sonra cəld sahilə yan aldı. Göynur isə heç bir şeyə əhəmiyyət verməyib daha da irəli cumurdu. Dalğalara tərəf. Ağsaçlı qoca təşviş içərisində əllərini geniş açaraq suya atıldı. Dalağalara həmdəm olan qızı bağrına basdı. Lakin müvazinətini itirərək büdrədi. Eynəyi sürüşüb daşın üzərinə düşdü və çilik-çilik oldu. Bir anda qocanın gözlərinə qaranlıq çökdü. Onun əlləri havada qaldı. Özünü köməksiz sanıb həyacanla qışqırdı:
-Qayıt! Boğulursan bala, qayıt!
Göynur dönüb arxaya baxdı. Kömək üçün qocanın qollarından yapışdı. İxtiyar qocanın elə bil gözlərindən zülmət pərdəsi götürüldü.
Onların paltarlarından su süzülürdü. Sahildən uzaqlaşmaq istəyirdilər ki, bayaqdan bəri nəvəsini axtaran nənə təlaş içərisində qışqırdı:
-Necə?!.. Sizsiniz?!.. Professor?!.. Çox sağ olun, siz onu ikinci dəfə həyata qaytardınız.

AYAZ İMRANOĞLU HƏFTƏSİ

Müəllif: AYAZ İMRANOĞLU

AYAZ İMRANOĞLUNUN YAZILARI

ELUCA ATALININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əli Nəcəfxanlı milli mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib

Əli Nəcəfxanlı milli mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib

Tanınmış jurnalist Əli Nəcəfxanlı Azərbaycan milli mətbuatının 150 illik yubiley medalı ilə təltif edilib.

Əli Nəcəfxanlı təltif olunmuş bütün həmkarlarını təbrik edib, Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkür edib.

Əli Nəcəfxanlının yazıları


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan ədəbiyyatı Hindistanda – Eluca Atalının yaradıcılığı doktorluq üzrə tədqiqat işinin mövzusu olub

Azərbaycan ədəbiyyatı Hindistanda – Eluca Atalının yaradıcılığı doktorluq üzrə tədqiqat işinin mövzusu olub

Stokholm, 27 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

İlin sonu Azərbaycan ədəbiyyatı və İsveçdə yaşayan, Vətəndən kənarda onun inkişafı və təbliği istiqamətində mühüm töhfələr verən soydaşlarımız üçün əlamətdar və sevindirici hadisələrlə yadda qalır. Yaxın günlərdə görkəmli Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin “Bakı 1501” romanı ingilis dilində nəşr olunub. Əsəri ingilis dilinə Höteborqda yaşayan soydaşımız, elmlər doktoru Səadət Kərimi tərcümə edib.

Bu mühüm mədəni hadisəni daha bir əlamətdar yenilik tamamlayıb. Stokholmda yaşayan Azərbaycan yazıçısı və şairi, 50-dən çox əsərin müəllifi Eluca Atalının “Xoş gördük, ayrılıq!” adlı kitabı Hindistanda benqal dilində nəşr edilib. Lakin bununla da onun uğurları məhdudlaşmır.

Kəlküttə Universitetində Eluca Atalının fəlsəfi-bədii miniatürləri əsasında doktorluq dissertasiyası yazılıb. “Müasir ədəbi tənqiddə özünü yenidən dərk etmə: Eluca Atalının poeziyasında azadlıq, zaman və müqavimət” mövzusuna həsr olunan bu elmi iş müasir Azərbaycan ədəbiyyatının beynəlxalq akademik və mədəni müstəvidə də tanındığının parlaq göstəricisidir.

Elmi işin müəllifi aparıcı tədqiqatçı Sankar Sarkar, elmi rəhbəri isə Cabalpur şəhərində yerləşən Manqalayatan Universitetinin professoru, elmlər doktoru Vinita Kaur Salucadır.

Tədqiqatçı Sankar Sarkar qeyd edir ki, Eluca Atalının “Özünü gətir”, “Böyükdüm…”, “Yad dildə azadlıq nəğməsi”, “Azadlığın həbsi əllərdən başlayır” və “Özümə həsrət…” şeirlərində yadlaşma, azadlıq, müqavimət, zaman və parçalanmış şəxsiyyət mövzuları ön plana çıxır.

Müəllif yazır ki, Eluca Atalının poeziyası təmkinli, minimalist dili, alleqorik ifadə tərzi və yüksək mənəvi dəyəri ilə seçilir ki, bu da onun yaradıcılığını Uilyam Bleyk, Uilyam Batler Yeyts, Tomas Sternz Eliot, Uistan Hyu Oden, Şeymus Hini, Mahmud Dərviş və Derek Uolkott kimi şairlərin əsərləri ilə müqayisə etməyə imkan verir. İngilis ədəbiyyatının əsas ənənələri ilə dialoqa girən E.Atalı real siyasi mübarizə ilə dərin bağlılığı olan xüsusi etik aydınlığı qoruyub saxlayır. İngilis modernistlərinin yadlaşma halını təsbit etdiyi məqamda o, azadlıq anlayışını formalaşdırır, postmodern poeziyanın mənanı sual altına aldığı nöqtədə isə ədalət, kimlik və azadlıq ideyalarında israr edir.

S.Sarkar vurğulayır ki, E.Atalının poeziyası ədəbiyyatı mənəvi təxəyyül və siyasi şahidlik məkanı kimi təsdiqləyir, poeziyanı təkcə incəsənət deyil, həm də həyat və müqavimət forması kimi dəyərləndirir. Bununla yanaşı, o, şairin poeziyada etik nəsihət funksiyası daşıyan didaktik lirizmi xüsusi qeyd edir. E.Atalının mətnlərindəki güclü müqavimət motivi Hindistan üçün Mahatma Qandi və Rabindranat Taqorun verdiyi mənəvi və mədəni töhfələrlə müqayisə olunur.

AZƏRTAC-ın müxbiri ilə qısa söhbətində Eluca Atalı əsərlərinin beynəlxalq tanınma qazanmasından və benqal dilinə tərcümə olunmasından danışıb.

– Eluca xanım, Hindistanda yaradıcılığınızdan necə xəbər tutublar?

– 2017-ci ildə ABŞ-da mənim “Yad dildə azadlıq nəğməsi” adlı fəlsəfi-bədii miniatürlər kitabım, 2018-ci ildə isə “Heykəllər niyə danışmır” adlı 10 novelladan ibarət kitabım nəşr olundu. Bu nəşrlər “Amazon” da daxil olmaqla, dünyanın 23 platformasında satışa çıxarıldı. Bundan sonra xarici oxuculardan rəy və mesajlar almağa başladım. Onlardan biri Kəlküttə Universitetindən gəlmişdi. Orada əsərlərimin orijinallığı, mövzu və janr xüsusiyyətləri yüksək qiymətləndirildi və kitablarımdan birinin benqal dilinə tərcümə olunması arzusu ifadə edildi. Tərcüməçi benqal şairi Şridhar Sarkar oldu. Əməkdaşlığımız müsbət nəticə verdi, kitab “Xoş gördük, ayrılıq!” adı ilə tərcümə edilərək nəşr olundu. Sonradan əsərlərim Hindistanın bir çox ədəbi jurnallarında dərc edildi və gördüyünüz kimi bu gün elmi tədqiqat obyektinə çevrildi.

İcazə verin, “Xoş gördük, ayrılıq!” kitabının tərcüməçisi, hindistanlı şair Şridhar Sarkarın yaradıcılığımla bağlı fikirlərini də bölüşüm. O, mənim əsərlərimlə tanış olmaqdan və şeir kitabımı tərcümə etməkdən böyük məmnunluq duyduğunu bildirib.

“Yazarın emosional dünyası və məntiqi yanaşması insan təbiətinin dərin qatlarına nüfuz edir. İnsanla təbiət, ağıl ilə şəxsiyyət, həyatla ölüm, yadlaşma ilə birlik arasındakı incə insani bağlar öz-özünə açılır. Onun poeziyasında istifadə etdiyi metaforik dil əsərlərinə yeni ölçü qazandırır. Yaradıcılığı maqnit kimi cəlbedici qüvvəyə malikdir və özündə daşıdığı potensiala görə hələ çox-çox irəli gedə bilər”, – deyə Şridhar Sarkar Eluca Atalının yaradıcılığını dəyərləndirir.

ELUCA ATALININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Asif Yusifcanlı təltif olunub

Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Asif Yusifcanlı “Qəlbimin səsi” adlı yeni kitabın nəşrinə görə “Ziyadar” mükafatı ilə təltif olunub.

Yazarlar cameəsi adından Asif müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

ASİF YUSİFCANLININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şahanə – Sergey Yesenin

Sergey Yeseninin xatirə günüdür- vəfat etdiyi vaxtdan yüz il keçir.
Mən onun az qala bir kitablıq şeirini tərcümə etmişəm. İndi isə şairin çox məşhur olan bircə şeirini təqdim edəcəm.

             Şahanə

Şəhanə, Şəhanə, mənim Şəhanəm!
Bəlkə də şimaldan оlduğum üçün,
Sənə düzənlərdən söz açım bu gün.
Gеcə dalğalanan zəmi bir aləm,
Şəhanə, Şəhanə, mənim Şəhanəm.

Bəlkə də şimaldan оlduğum üçün
Ay böyük görünür yüz dəfə azı,
Nə qədər sеvsəm də gözəl Şirazı
Ryazantək gеniş görünmür bu gün,
Bəlkə də şimaldan оlduğum üçün.

Çоvdar zəmisindən söz açım sənə,
Оrdan götürmüşəm bu saçları mən,
Barmağına dоla əgər istəsən-
Bundan isti-sоyuq оlammaz mənə
Çоvdar zəmisindən söz açım sənə.

Gеcə dalğalanan zəmi bir aləm,
Qıvrım saçlarıma nəzər sal bir az.
Gülüm, zarafat еt, gül, bеlə оlmaz.
Təkcə yaddaşımı оyatma, sənəm,
Gеcə dalğalanan zəmi bir aləm.

Şəhanə, Şəhanə, mənim Şahanəm!
Оrda, Şimalda da bir qız yaşayır,
Bilsən о qız sənə nеcə охşayır.
О, məni düşünür bəlkə də bu dəm…
Şahanə, Şahanə, mənim Şahanəm.
1925
Tərcümə edəni: FİRUZ MUSTAFA

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I