Etibar Həsənzadə ‘Zəfərlərə Doğru’ kitabını Paşa Qəlbinura hədiyyə etdi
E.Həsəzadə Zəfərlərə Doğru kitabını oftalmoloq, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı, Tibb Elmləri doktoru, professor, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Paşa Qəlbinura hədiyyə etdi. Paşa müəllimin Etibar Həsənzadəyə xoş sözləri: ‘Mən Etibar Həsənzadənin Yeni bir ədəbi uğurunu – ‘Zəfərlərə Doğru’ kitabını böyük məmnuniyyətlə oxudum. Onun əvvəlki kitablarına da mən rəy vermişdim, birinə ön söz yazmışdım. Bu illər ərzində onun yaradıcılıq anlamında boy artımını izlədikcə çox xoş hisslər keçirdim. Onun mərhum dayısı, şərq müdriki, çox böyük din alimi Əli Əkbər Həsənzadənin ruhu şad olsun. O, böyük bir istedadlı nəslin, istedadlı şəcərəsindən biridir. Etibar bəyə uğurlar arzulayıram. Arzu edirəm ki,onun yaradıcılıq imkanları daha da genişlənsin. O, özü zəhməti sevən, zəhmətə qatlasmagi sevən qeyrətli bir oğuldur. Bu qeyrət yolunda, yaradıcılıq yolunda ona bir daha uğurlar arzu edirəm.
Çoxumuz səmimiyyətin ehtiva etdiyi dəyərləri dərindən dərk etmədən, mənasına varmadan yeri gəldi, gəlmədi, “mən səmimiyəm”, deyirik. Görəsən, bu ali duyğunu olduğumuz, göründüyümüz yerlərdə insanlarla ünsiyyətimizdə, münasibətimizdə, əməlimizdə göstərə bilirikmi?
Bir anlayış, fikir kimi, maraqlıdır: səmimiyyət nədir, o özünü necə nişan verir…
Səmimiyyətin malik olduğu xüsusiyyətlər də mənəvi gözəlliklə bağlıdır. O, ilk növbədə özünü insanın qəlbinə, varlığına saçılan işıq timsalında göstərir. Səmimiyyət mənəviyyatın kompasıdır, onun istiqamətini tutub yol gedən insanın uğuruna xeyir çıxar, həyatı yaxşılıqlarla, gözəlliklə süslənər…
Səmimiyyət əxlaqdır. Davranışda, ünsiyyətdə bunu duymaq çətin deyil. Yüksək əxlaqi keyfiyyətlərə malik olmaq cəmiyyətdə rəğbətlə, sevgiylə qarşılanır, onun daşıyıcısı tutduğu mövqeyindən, yaşından-başından asılı olmayaraq istinad, nümunə yeri olur: filankəs çox əxlaqlı adamdır…
Səmimiyyət mehribanlıqdır, ülfətdir. Bunlar olan yerdə rahatlıq var. Belədə yaşamaq, həyatı duymaq adama zövq verir.
Səmimiyyət mədəniyyətdir. O, insanlara yüksək zövq, həssaslıq aşılayır. Onları bir-birilə ehtiramlı, sayqılı rəftara sövq edir.
Səmimiyyət nəciblikdir. İnsanın təbiətində olan alicənab, saf, ülvi, müqəddəs hisslərin məcmusudur.
Səmimi insan düzlüyün, ədalətin, həqiqətin aşiqidir. O, yalanı, riyakarlığı sevmir, adamlarla münasibətində, davranışında, əməlində səhvini etiraf etməkdən mənəvi dinclik tapır.
Yaşam boyu səmimiyyətin o qədər çalarları yaranır ki! Mənə görə bütün yaxşılıqların anası səmimiyyətdir, qəlbin aynası səmimiyyət…
15.12.2025. Düz 10 il əvvəl bugünkü gün axşam saatlarında atamın ölüm xəbərini almışdım. İllər necə də sürətlə keçir. Atamla bağlı xoş və bədbin xatirələrim çoxdur. Düzü onun müəyyən səhvlərinə görə ailəmizə çox zərər dəymişdi. Sonuncu dəfə ona “ata” xitabını nə vaxt etmişdim yadımda deyil. Amma düşünürəm ki, indi sağ olsaydı çox maraqlı münasibətimiz olardı. Çünki 17 yaşım olandan artıq bir evdə yaşamırdıq. 26 yaşım olanda isə o həyatda yox idi. Bu 9 il ərzində arada görüşürdük. Amma bu görüşlərin demək olar ki, hamısı formal xarakter daşıdığından aramızda soyuqluq var idi. Mən gözümü açandan onu hərbi formada, çiyinlərində ay və ulduzlarla görmüşəm. Birinci Qarabağ müharibəsi illərində isə heç bir rabitə vasitələri olmadığından bir neçə aydan bir cəbhədən 1-2 saatlıq evə gələndə sağ olduğuna əmin olurdum. Həmin illərdə Gəncədə yaşayırdıq və demək olar ki, hər gün cəbhədən gələn bağlı tabutları görürdüm. Uşaqlıq illərimdə atama çox bağlı olmuşam, onu çox sevmişəm. Amma yeniyetməlik illərində bu hiss 180 dərəcə dəyişmiş oldu. Hətta zahiri görünüşüm ona bənzədiyini üçün güzgüdə özümə çox baxa bilmirdim. Çalışırdım ona oxşamayım. Atam əvvəldən ailəsinə qarşı biganə olsaydı bəlkə də, bu küskünlüyüm olmazdı. Ondan vaxtilə sevgi görüb, sonra bu sevgidən məhrum qalmağımız kinimi artırmışdı. Dünyasını dəyişdiyi gündən etibarən isə ona qarşı zərrə qədər də olsa küskünlüyüm yoxdur. Sadəcə cavabsız qalan suallarım məni hər dəfə narahat edir. Bir də onunla ata-oğul kimi yox, dost kimi vaxt keçirə bilməməyin yanğısı sol tərəfimi incidir. Məncə, çox yaxşı dost ola bilərdir. Həddindən artıq intellektli və savadlı insan iid. Öz işinin ustası idi. Birinci Qarabağ müharibəsi ilə bağlı sadəcə bir neçə xatirəsini danışmışdı. Onlar hələ də xatirimdə danışdığı kimi qalıb. Arada anam atamla bağlı xatirələrini danışır. Düşünürəm ki, bu qədər rəngarəng və gözəl günlər keçirən, bir-birini sevən iki insan necə ola bilər ki, hər şeyi xoşbəxt sonluqla bitirə bilməyiblər. Düzünü desəm atam üçün darıxıram. Onunla olan uşaqlıq dövrümüz üçün darıxırsan. Məncə, insan onu xatırlayan sonuncu yaxını dünyasını dəyişən zaman unudulur və ölür.
“Vurma əl türbətimə, türbəti-Adəm də mənəm. Nə o dünya, nə bu dünya, iki aləm də mənəm”,– deyən Biriyanın hər iki dünyası qəfəsdir. Belə şeirlər Azərbaycan ədəbiyyatında tarixən nadir hallarda yazılıb. Yəqin həm də tarixən elə bir şairimiz də olmayıb ki, Biriya kimi Təbrizdə nazir, Karaqandada məhbus, Şamaxıda molla, Bakıda mürdəşir olsun. Həyatının son günləri də elə yazdığı bu şeirdəki əhvala müvafiq – Təbrizin küçələrində səfil günündə keçsin, ömrü kimsəsizlər evində sona çatsın. Yəni həm o dünyada olsun, həm də bu dünyada olsun. Həm mövcud olsun, həm də mövcud olmasın.
Biriyanın yetmiş illik ömründə insanca yaşadığı illərin sayı çox azdır. Həyatının böyük bir qismi aldanışlar, zillət, məşəqqət və məyusluq içindədir. Biriya sanki bütün ömrü boyu qürub edib… Şah hökuməti bir tərəfdən, Stalin hökuməti digər tərəfdən Biriyanın qürubunu tezləşdirib. Onunla ikili oyun oynayıblar. Pişəvəri Bakıya qayıdandan sonra Cənubi Azərbaycanın ən çətin, kimsəsiz vaxtlarında onu Pişəvərinin yerinə Demokratik Firqəyə sədr seçiblər.
Heç Parisin lənətlənmiş şairləri də Təbrizin qarğınmış şairi Biriyanın yaşadığı taleyi yaşamayıb.
Biriyanın bu şeirində XX yüzil Təbriz neosufizmi XIX yüzil Paris dekadansı ilə iç-içə girib. Belə müstəsna şeirlər predmetləşdirilmədikcə ədəbiyyatşünaslıqda milli cərəyanlar barədə aydın təsəvvür əldə etmək mümkün olmayacaq. Əfsus ki, Biriyanın bu şeiri heç zaman Azərbaycan ədəbiyyatşünaslığının diqqətini ciddi şəkildə cəlb etmədi və indi də etmir.
1944-cü ildə onun Bakıda çıxan ilk kitabına yazdığı Ön sözdə Məmməd Səid Ordubadi nəinki Cənubi Azərbaycanda, hətta bütün İranda – istər Azərbaycan və istərsə də fars dilində yazan şairlər içərisində onun kimi güclü qələmi olan şair tapmaq çətindir – deyirdi. O zaman Biriya Təbrizdə Həmkarlar Təşkilatının sədriydi, o aralar, Pişəvəri hökumətində Azərbaycanın maarif naziri də olacaq, Avropa ölkələrinin diplomatlarını və Amerikanın konsulunu qəbul edəcəkdi. Maarif Naziri kimi, Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkilində yaxından iştirak edəcək, Universitetdə mühazirələr də oxuyacaqdı.
Beş il sonra – 1950-ci ildə isə yenə də Bakıda Qulam Məmmədlinin tərtib etdiyi “Cənubi Azərbaycan şairləri” adlı başqa bir kitab çıxır. Kitabda 5 il əvvəl əmsalsız güclü qələmini vəsf etdikləri Biriya yoxdur. Çünki artıq 1947-ci ilin martında Təbrizdən oğurlanaraq Bakıya gətirilmiş Biriya, dekabrın 28-də burada həbs olunmuş və Karaqanda həbs düşərgəsinə göndərilmişdi. Günahı nəydi? 33 yaşlı Məhəmməd Biriya siyasətdən bezmişdi. Dünyadan doymuşdu. Evinə, xanımına, tək oğluna qovuşmaq istəyirdi. İmkan vermədilər. “Mən dedim, gedirəm vətənimə. Onlar dedi, qoymarıq. Mən dedim, İran konsulu məni aparar. Onlar dedi, konsul da səni aparmaq istəsə, biz konsula yol vermərik. Səni tutub deyərik, bu casusdur. Dedikləri kimi də etdilər…” (M.Biriyanın Malenkova yazdığı məktubdan).
İyirmi il həbsxanalar küncündə qaldı.
Doğrudan da, neçin məhzun olmasın, neçin ürəkdən nalə etməsin? Bir halda ki, taleyi – alın yazısı ona “Hər addımda müəyyəndir, qazılmış bir məzarım var”, yaxud:
Cismimdəki atəş qoy ümidim kimi sönsün…
Dön sən də, vücudum, qara daş parçasına dön –
Qoy məsləkim, amalım, əqidəm külə dönsün!
– deyə yazdırırdı…
Məhəmməd Biriyanın bir kitablıq şeirləri arasında, elə onun öz dövrünün poeziya müstəvisində də, məncə, “Vəsiyyət”dən üstün şeir yoxdur. Baxmayaraq ki, zamanında onu milli və vətənsevər şair adlandırıblar. Amma Biriyanın ən yaxşı şeiri olan “Vəsiyyət”də nə millətdən, nə də vətənsevərlikdən söhbət gedir. Şeir başdan-başa melanxolik mətndir. Biriyanın bu şeirini Təbrizdə Vadiyi Rəhmət məzarlığında epitafiya olaraq ümidsiz, laübalı, məhzun, kimsəsiz şairin sinə daşına yazıblar.
Bu gün görkəmli türkoloq alim, ədəbiyyat və sənət dünyamızın parlaq siması, elmi, ədəbi yaradıcılığı ilə bütün zamanların çağdaşı olan filologiya elmləri doktoru, professor Minaxanım Nuriyeva Təkəlinin doğum günüdür…
Heç bilmirəm, bu kiçik təbrik Sözümdə Onun ömür salnaməsindən hansı səhifəni önə çıxarım. Və ya buna ehtiyac varmı? Türk yurdlarımızın tarixinin araşdırılmasında Minaxanım Təkəlinin adı ünlü elm fədailəri ilə bir sırada dayanmırmı…
Minaxanım Təkəli deyəndə, yaddaşımızdan tədqiqat axtarışlarının bəhrəsi olan “Türk əsilli ruslar”, “Türk sözləri rus dilində”, “Türk kitabı: Unudulan tarix, dəyişdirilən adlar”, “Qafqaz İslam ordusunun xronologiyası” (Mehmet Ruhtunla birgə), “Türk imzası”, “İstilalar, müharibələr: Türk şəhərlərinin taleyi”, “Qərbdən Şərqə ulu türk yurd adlarının dəyişdirilməsi tarixindən”, “Dil-sənət, poetika məsələləri”, “Yaddaş kitabı: Azad və tənha adamlar”… kimi əsərləri boylanır. Elm xadiminin milli ədəbi sərvətimiz statusunda olan kitablarının hər səhifəsində türk dünyası bütün aləmə şəfəq saçır…
Professor Minaxanım Təkəli bu gün də ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri, nəhayət, qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalarını səylə davam etdirir…
Minaxanım Təkəlinin özəl günündə portretinə əzəmət verən elmi ştrixlərlə naxış salmaq bizim ehtiramımız, Onun da halal haqqıdır…
Dünyaya gəlişiniz mübarək, məxmər təbiətli bacım! Qarşıdakı illərdə uğur, fərəh dolu həyat, nağıla bənzər bir ömür nəsibiniz olsun…
“World Turkic Language Family Day” (Dünya Türk Dili Ailəsi Günü)
Məlum olduğu kimi, UNESCO 15 dekabrı “Dünya Türk Dili Ailəsi Günü” elan etmişdir. “Gün”ün adı Azərbaycan dilində rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” adlanır. İngilis dilində – “ World Turkic Language Family Day”.
Rus dilində “Всемирный день тюркских языковых семей”. Amma “Всемирный день тюркских языков” kimi də yazılır (Dünya Türk Dilləri Günü).
Doğrusunu bilək, düzgün yazaq!
Qeyd: Buradakı “Turkic” sözü heç “Turkish” də deyil.
150 AZƏRBAYCANLININ QƏTLƏ YETİRİLMƏSİNDƏN 80 İL ÖTÜR
GÜNƏŞ NƏ ZAMAN DOĞACAQ
1945-ci ildə sosialist bir ölkədən Türkiyəyə sığınan, daha sonra düşmənə təslim edilərkən sərhəddə şəhid edilən 150 türkün əziz xatirəsinə həsr olunur
Bu sözlər Türkiyə istehsalı olan “Günəş nə zaman doğacaq” adlı filmin sonluğudur. Bəli, o sosialist ölkə SSRİ idi. 1945-ci ildə Türkiyəyə sığınan o 150 nəfərsə azərbaycanlıydı. Bu hadisədən 80 il ötür.
Dövlətlər arası münasibətə, kapitalist və sol blok arasında yarana biləcək daha böyük ixtilafların qarşısını almaq üçün azərbaycanlı mühacirlər SSRİ-yə təslim edildi. Halbuki, onların başına nə gələcəyini bilirdilər. Amma dövlət marağı, dərin siyasət o insanların həyatından daha önəmli oldu. Burada Stalin diktaturasının Türkiyəyə böyük basqısını da nəzərə almaq lazımdır.
Bu film Türkiyə siyasi səhnəsində böyük dəyişikliklərə, terrorun daha da artmasına, sonda isə ölkədə hərbi çevrilişə rəvac verən bir amilə çevrildi.
Zaman-zaman bu olay Türkiyədə sol və sağ bloklar arasında bir-birini qınamaq və ya təbliğat maşınına çevrildi. Təsadüfi deyil ki, Türkiyə prezidenti Ərdoğan bu olaya parlamentdə xüsusi toxundu:
“1945-ci ildə 145 azəri ziyalı Stalin zülmündən qaçır və Türkiyəyə sığınır. Azərilər öz qardaşlarının yurduna gəlib, qardaşları ilə qucaqlaşır. Stalin bu mühacirləri geri istəyir. Hökumət sərhəd polisinə teleqraf yollayır və həmin azərilərin geri təhvil verilməsi əmrini verir. Sərhəd polisinin komandiri gözlərinə inanmır. Azərilər türk əsgərlərinin ayaqlarına düşür. “Nə olar bizi siz öldürün, amma onlara təslim etməyin” deyirlər. Azəriləri təslim edirlər. Sərhəddə türk əsgərlərinin gözləri önündə azərilər öldürülürlər. Komandirin də hadisədən sonra intihar etdiyi deyilir. Amma biz Azərbaycana da, Suriyaya da, Qəzzaya da köksümüzü irəli verərək gedə bilərik”.
Həmin azərbaycanlılara həsr edilən film 1977-ci ildə çəkilib. Daha çox şovinist və millətçi ruhda olan kino Türkiyə solçuları arasında böyük narazılıqla qarşılandı və toqquşmalara rəvac verdi.
Hər nə qədər azərbaycanlılara həsr olunsa da, film SSRİ tərkibində olan digər türk xalqlarından – Krım türklərinin həyatından, mücadiləsindən bəhs edir. Filmin Türkiyə siyasətində yer almasına əsas səbəbsə Maraş qətliamıdır. Zatən film kinoteatrda izlənilərkən terror aktı törədilmişdi.
Film sosialist bir ölkədə təzyiqlərə dözməyərək iki türkün həyatını verir. Bunlardan biri Alp Giray Türkiyəyə qaçmaq üçün illərlə öz kimliyini gizlətmiş və dövlət vəzifəsində yüksək mövqeyə sahib olmuşdu. Yavuzla birgə Türkiyəyə qaçmaqlarına baxmayaraq sovet kəşfiyyatı onların izini buraxmır.
Film azan səsiylə başlayır. Görüntüdə isə dini qadağalar və qapısı kilidlənmiş, hasarlanmış məscid. Yavuz kilidi qırır, minbərə çıxır və azan oxuyur. Əslində isə Yavuz azan oxumur, bu simvolik olaraq möcüzə kimi qeybdən oxunan kimi verilmişdir. Gizli azadlıq mücadiləsi aparan Alp Giray Nuriyev KQB-də polkovnik rütbəsinə kimi yüksəlmişdi. Buna baxmayaraq o, əsl kimliyini gizlətməyi bacarmışdı.
Azana görə həbs olunan Yavuz böyük işgəncələr görür, dəli damğası ilə KQB-nin otaqlarında əzab çəkir. Lakin Anqolaya xidmət üçün göndərilən KQB polkovniki Apl Girayın sayəsində qaçaraq Türkiyəyə sığınırlar. Onların Türkiyə sərhədlərinə çatması “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” mahnısı ilə süsləndirilib.
Onlar azad olan Türkiyənin xəyallarındakı kimi cənnət olduqlarını görmürlər. Bir növ yanıldıqlarının fərqinə varırlar. Əxlaqi keyfiyyətlər məhv olmuş, qardaş-qardaşı vəzifə, pul üçün öldürür, cinayətlər törədir. Qəzetlər SSRİ kimi ölkələri vəd edilmiş cənnət kimi təqdim edir. Bununla belə erotik mətbuatlar, aclıq, içki, işsizlik, haqsızlıq bir-birini qarışıq formada əvəz edirdi. Türkiyə kəşfiyyatı tərəfindən agent olub-olmadıqlarını yoxlanılarkən, bir tərəfdən də SSRİ onların geri verilməsini tələb edir. SSRİ-də anasını qorumaq üçün iki sovet əsgərini öldürən Yavuzun geri verilməsi qərara alınır. Bir-birindən ayrılmaq istəməyən Nuriyev və Yavuz bu kərə türk polisindən qaçmağa məcbur olur.
Bu qaçaqaçda onlar qəssab Mehmet və qızı Cəmilə ilə qarşılaşırlar. Solçu və SSRİ tərəfdarı olan Cəmilə Yavuzun sayəsində SSRİ-nin heç də cənnət olmadığını, türklərin əsir və yurdlarının müstəmləkə olduğunu anlayır. Zaman keçdikcə Cəmilə Yavuzun sayəsində millətçiyə çevrilir və dünyanın hər yerində yaşayan türklərin azadlığını hayqıran birinə çevrilir. Alp Giray Türkiyədəki KQB agentləri tərəfindən öldürülür. Yavuz isə tutularaq sərhəddə sovet əsgərinə təslim edilir. O isə, elə körpü üzərində rus əsgərləri tərəfindən güllələnir.
“Yeşilçam” 1970-lərin ikinci yarısında erotik filmləri çəkməyə daha çox meylli olduğundan tam əksinə, bu cür filmin ortaya çıxması ayrı bir detal nümunəsidir. Filmin ingilis alt yazısı ilə ayrıca verilməsi də onun daha çox xarici bazar üçün hesablandığını deməyə əsas verir.
Bu filmdə Türkiyənin məşhur, film tarixində imzasını həkk etdirmiş aktyorlar rol oynayıb. Aydemir Akbaş, Oya Aydoğan və Cüneyt Arkının adlarını çəkmək bunlara bariz sübutdur.
Filmdə Allahsızlığı yaymaq bürosu başqanıyla uşaqların görüşməsi, onların beyninin yuyulması da xüsusi qeyd edilənlər arasındadır. Kommunist rəhbərliyin dəbdəbəli həyatı, zövqlü içkilər, əyləncəli həyatına nisbətən işçi sinfinin aclıq çəkdiyi film boyu göstərilir.
Bu film 1978-ci ilin dekabrında Türkiyə tarixinin ən böyük qətliamlarından biri olan Maraş qətliamının əsas səbəbi kimi göstərilməkdədir. Film göstərildiyi kinoteatrlarda və ya onun ətrafında tez-tez terror aktları baş verirdi. Maraşdakı ilk izlənim zamanı filmin ortasında bomba partladılır.
Filmin göstərildiyi yerlər MHP-nin mitinq və ya təbliğatına çevrilirdi. “Günəş nə zaman doğacaq” filminin ortaya çıxmasından sonra sağ və sol blok arasında dərinləşmə daha da artdı və bir millət fanatikcə bir-birini düşmən görməyə başladı. Terror aktını isə qızılbaş ələvilərin törətdiyi xəbəri tezliklə ölkədə yayılır. Daha sonra bunu digər sol düşüncəli insanların etdiyi də bildirilir. Eyni zamanda Sovet kəşfiyyatının barmağı olduğunu hər kəs bildirməyə başlayır. Amma daha maraqlısı isə 2006-cı ildə Bülənt Ecevitin arxivindən çıxan sənədlərə əsasən, bu qətliamları əslində Milli Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən törədilməsiydi.
Bir il davam edən Maraş toqquşmaları zamanı 111 nəfər ölür, 1000-dən artıq insan yaralanır. Bu hadisədən sonra 13 vilayətdə fövqəladə vəziyyət elan edilir, 835 nəfər ittiham olunaraq məhkəmə önünə çıxardılır.
İki il sonrasa ölkədə hərbi çevriliş baş verdi…
Bu hadisələr zamanı bombadan istifadə etdiyi sübut olunan Ökkeş Şendillerin məhkəmədə edamı istənilir. Qəribədir ki, o, möcüzəvi formada azad edilir və 1991-ci ildə millət vəkili kimi Türkiyə parlamentinə daxil olur.
Filmin rejissoru Mehmet Kılıç, ssenari müəllifi isə Tufan Günerdi.
“Günəş nə zaman doğacaq” sualını verən filmdən 14 il sonra Azərbaycana günəş doğdu. Krımdasa günəş hər zaman buludların arxasında gizləndi.
Əziz dostlar, dekabrın 15-i fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Sülymanovun doğum günüdür.
Süleymanov Nadir Məmməd oğlu 15 dekabr 1932-ci ildə Ucar rayonunun Rəstəcə kəndində anadan olmuş, 1951-ci ildə 1 nömrəli Ucar şəhər orta məktəbini bitirmiş, 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmiş (“İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda buraxılış diplom işinə görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin birinci mükafatı verilib), 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin, 1959-1962-ci illərdə Moskva Dövlət Universitetinin aspirantı (elmi rəhbəri: məşhur alim Georgi Yevgenyeviç Şilov), 1975-1977-ci illərdə doktorantı olub. 1964-cü ildə ADU-da “Diferensial operator tənliklər üçün yarımfəzada korrekt sərhəd məsələləri (01.01.02)” mövzusunda namizədlik, 1982-ci ildə Lomonosov adına MDU-da “Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1965-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi, 1965-1970-ci illərdə həmin institutda baş elmi işçi, 1970-1984-cü illərdə ADU-nun mexanika-riyaziyyat fakültəsinin funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dosenti, 1984-1990-cı illərdə professoru, 1990-2000-ci illərdə ehtimal nəzəriyyəsi kafedrasının müdiri, 2012-ci ildən 2015-ci ilə kimi BDU-nun funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında professor-məsləhətçi vəzifəsində işləmişdir. 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Professor Nadir Süleymanov dəfələrlə Respublika Təhsil Nazirliyinin, Bakı Dövlət Universiteti rektorluğunun fəxri fərmanları ilə təltif olunmuş, 2009-cu ildə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. 2012-ci ildə Moskva Dövlət Universitetinin nəşriyyatında onun “Ehtimal, tam funksiya və evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası çap olunmuşdur. Həmin monoqrafiya haqqında görkəmli riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının akademiki Moskva Dövlət Universitetinin professoru V.A.İlyin geniş resenziya yazıb və onu “Pure and Applied Mathematics” jurnalında çap etdirmişdir. Nadir Süleymanov xüsusi törəməli diferensial tənliklər, funksional analiz və ehtimal nəzəriyyəsi sahələri üzrə mütəxəssisdir. 80-dən çox elmi məqalənin, 2 monoqrafiyanın və bir kitabın müəllifidir. O, 24 oktyabr 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.
Что только я не видел за годы своей жизни, многое услышал. А в последние годы действия людей с узким кругозором, осуществляющие негативные поступки, заставляют задуматься человека, который осознаёт происходящее. Те, кто полагаются на кого-то, думают, что жизнь для них всегда будет идти своим чередом. Но нет, рано или поздно они должны будут ответить за свои поступки, которые осуществляли скрытно. В жизни я встречал немало людей, которые, занимая должности, или спустя несколько лет после ухода с должности, отвечали перед законом. В последние годы аресты нескольких глав исполнительного комитета — тому подтверждение. Кто бы мог подумать, что Рамиз Мехтиев, проработавший многие годы в Администрации Президента, когда-нибудь будет привлечён к ответственности? Конечно, никто. Но что произошло? Даже были допрошены те, кого защищал Рамиз Мехтиев.
…Каждый министр, глава Исполнительного Комитета по каждому району, человек, занимающий ответственную должность, выделяется своей работой, руководительскими способностями. Будь то образованные, или необразованные люди, все они между собой анализируют работу тех, кто находится на должности, и хорошо понимают, кто хороший, а кто плохой, и каких принципов они придерживаются. А назову умным человеком того, кто, занимая должность, относится к своей работе ответственно, не допускает бюрократизма, несправедливости, фальсификации, местничества. Когда беседуешь с людьми разных профессий, становится очевидно, что большинство из них недовольны руководителями учреждений, в которых они работают. Наблюдая жалобы в социальных сетях, у сознательного, честного человека болит сердце. Выясняется, что некоторые чиновники защищают льстецов, тех, кто угождает им, выполняет их приказы, не задавая вопросов. Даже если такие работники совершают ошибки или нарушают закон, руководители всё равно защищают их. А вот если ты далёк от лести, подходишь к своей работе ответственно, говоришь руководству в лицо о его ошибках, то такие люди оказываются в “черном списке” у руководства, и если у тебя будет хотя бы небольшая ошибка, то руководитель постарается унизить тебя, и, если это возможно, разрушит твою репутацию. А иногда случается и так, что правого объявляют виновным, а виновного — правым.
Почему некоторые руководители выходят за пределы дозволенного? Почему они без страха и стеснения воплощают свои грязные принципы в жизнь, которые не вписываются ни в какие моральные нормы? Почему они ищут способы очернить людей, которые умнее, рассудительнее и образованнее их самих, и у них получается это? ПОЧЕМУ? Кто в этом виноват?
Как известно, в учреждениях многие вопросы кадры решают на месте. И поэтому выбор кадров на ответственные должности имеет огромное значение. При назначении кандидатов на должность, нельзя учитывать только их высшее образование. Кадры, занимающие ответственные должности, должны быть не только с высшим образованием, но и культурными, воспитанными, хорошими специалистами, знающими свою работу, а главное — неалчными людьми. А иногда же при назначении кадров на должности эти качества игнорируются. И в результате это наносит ущерб работе. Бывают даже случаи, когда на должность руководителя назначают человека без опыта. Как сказал поэт Габиль:
Мы несчастны тогда, Когда не на своём месте мы…
Когда лицо, занимающее ответственную должность не на своём месте, в этой области появляются фальсификации, взяточничество и несправедливость. При назначении кого-либо на должность не должны учитываться такие факторы, как кумовство, дружеские связи, землячество и другие негативные моменты.
Я очень уважаю людей с чистым сердцем. К сожалению, таких людей мало. Когда я писал эту статью, мне вспомнились строки поэта Хагани Ширвани, который много лет назад написал следующее наставление:
Коль хочешь чистое сердце, как зеркало, Десять пороков должен изгнать из груди: Грех, сплетни, злость, зависть, жадность, Ложь, лицемерие, ненависть, злобу и обман…
Некоторые люди должны изменить свои взгляды. Из памяти некоторых людей следует «стереть» – шантаж, ложь, хитрость, враждебность и мошенничество. Не должно быть допустимо – защищать низших чиновников, которые являются подчиненными высокопоставленных людей.
Məmmədbəyova Sona Arif qızının doğum günü Hər bir insanın ömür yolu onun elmi, əxlaqı, mənəvi dünyası və cəmiyyətə verdiyi töhfələrlə ölçülür. Elə insanlar var ki, onlar tutduqları vəzifədən, daşıdıqları addan daha çox, qəlblərinin işığı ilə tanınırlar. Belə nurlu simalardan biri də Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müəllimi, filoloq, ziyalı xanım Memmedbəyova Sona Arif qızıdır. Sona xanım elmin, sözün və düşüncənin müqəddəsliyinə inanan, filologiyanı sadəcə ixtisas deyil, həyat fəlsəfəsi kimi yaşayan dəyərli ziyalıdır. Onun pedaqoji fəaliyyəti gənc nəslin dünyagörüşünün formalaşmasında, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda qlobal düşüncəyə malik mütəxəssislərin yetişməsində mühüm rol oynayır. Beynəlxalq Əlaqələr kimi məsuliyyətli və strateji sahədə çalışaraq, tələbələrinə yalnız bilik deyil, həm də düşünmə mədəniyyəti, etik yanaşma və humanist baxış aşılayır. Sona Arif qızının filoloq kimi elmi baxışları, sözə verdiyi dəyər, dilin incəliklərinə olan həssas münasibəti onun şəxsiyyətinin əsas cizgilərindəndir. O, dili yalnız ünsiyyət vasitəsi kimi deyil, xalqın ruhu, tarixi yaddaşı və mədəni kodu kimi dərk edir. Bu baxış onun həm elmi, həm də pedaqoji fəaliyyətində özünü aydın şəkildə göstərir. Lakin Sona xanımı fərqləndirən yalnız elmi uğurları deyil. O, eyni zamanda gözəl qəlbə malik, mərhəmətli, səmimi və dərin duyğulu bir insandır. Ana kimi qayğıkeşliyi, dost kimi sədaqəti, insan kimi vicdanı və dürüstlüyü onun ətrafında olan hər kəsin hörmətini qazanıb. Onun varlığı insanlara güvən, sözləri isə ruhlara sakitlik bəxş edir. Doğum günü bir insanın ömür kitabında yeni bir səhifədir. Bu səhifə ötən illərin müdrikliyini, yaşanan təcrübələrin dəyərini və gələcəyə olan ümidləri birləşdirir. Sona Arif qızının bu yeni yaşında da elmi uğurlarının, pedaqoji nailiyyətlərinin və insani keyfiyyətlərinin daha da zənginləşəcəyinə inanırıq. Bu əlamətdar gün münasibətilə dəyərli Sona xanımı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, elmi və yaradıcı fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy onun yolu daim işıqlı, qəlbi daim sevgi ilə dolu olsun, yetişdirdiyi tələbələr və toxunduğu talelər onun adını hər zaman ehtiramla yaşatsın. BU GÜN Bu gün bir günəş doğub yenidən, Adı Sona — nuru düşüb hər kəsə. Qəlbi sevgi, özü mərhəmət dolu, Varlığın rahatlıq gətirir hər kəsə. * * * Ömrün çiçək açsın bahar tək bacım, Kədər yol tapmasın qapına bacım. Sağlıq, səadət, ruzi-bərəkət, Allah qorusun səni hər zaman bacım.