31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçiliyinin əsas sütunlarından biri olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir.
Kərim Tahirov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Kərim Tahirov daha sonra bildirib ki, bu ilki Azərbaycan dili və ədəbiyyat bayramı ona görə əlamətdardır ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının dörd əsas bölməsindən birini Azərbaycan dilinin qorunması və inkişafı məsələləri əhatə edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu istiqamətdə Tədbirlər Planı hazırlayıb və onun icrasının təmin olunması dilimizin inkişafına və qorunmasına töhvələr verəcəkdir. Konsepsiyada Azərbaycan dilinin dövlət dili kimi qorunması və cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycan dilində elmi və bədii nəşrlərin sayının artırılması, rəqəmsal informasiya məkanında istifadəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, dil mədəniyyətinin yüksəldilməsi, gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsi və xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin təbliğinin dəstəklənməsi əsas hədəflər kimi müəyyənləşdirilib.
Direktor çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələrinin latın qrafikası ilə kütləvi tirajla nəşrinə geniş imkan yaradıb. Bu layihə çərçivəsində ölkənin kitabxanaları, məktəbləri, ali təhsil müəssisələri və digər mədəniyyət ocaqları latın qrafikalı nəşrlərlə zənginləşdirilib, gənc nəslin kiril qrafikası ilə çap olunmuş klassik ədəbi irsə çıxışında yaranan çətinliklər aradan qaldırılıb.
Sonra Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, müasir dövrdə qarşıda duran vəzifələrdən, qloballaşma şəraitində ana dilinin saflığının qorunmasının və ədəbi dil normalarına əməl edilməsinin əhəmiyyətindən danışıb. Akademik qeyd edib ki, Azərbaycan dilinin zənginliyinin qorunması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərimizin yaşadılması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xandan çıxış edərək Azərbaycan dilinin müasir inkişaf meyilləri, dil mədəniyyətinin formalaşdırılması, rəqəmsal informasiya mühitində Azərbaycan dilinin tətbiq imkanlarının genişləndirilməsi və ana dilinin gənc nəslə düzgün aşılanmasının vacibliyindən danışıb. O, bildirib ki, qloballaşma, sosial şəbəkələrin geniş yayılması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı Azərbaycan dilinin istifadəsində yeni çağırışlar formalaşdırıb. Xüsusilə gənclər arasında xarici dillərdən alınmış sözlərin lüzumsuz işlədilməsi, internet jarqonundan və ixtisar edilmiş ifadələrdən geniş istifadə, ədəbi dil normalarına tam riayət olunmaması nitq mədəniyyətinə mənfi təsir göstərən amillərdən hesab olunur. Aydan Xandan vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın, xüsusilə də gənc nəslin üzərinə düşən mühüm vəzifələrdəndir.

Sonda tədbir iştirakçıları Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

РЕБЕНОК, КОТОРЫЙ СТЫДИТСЯ СВОЕЙ МАТЕРИ

РЕБЕНОК, КОТОРЫЙ СТЫДИТСЯ СВОЕЙ МАТЕРИ

Иногда происходят события, которые трогают меня, когда я о них слышу или вижу их, и это заставляет меня задуматься. Прежде чем перейти к тому, чему стал свидетелем, хотел бы кратко рассказать об этой семье. И так, (имена условны) Наиля и Эльдар родились в одном из сельских районов Азербайджана. Ещё в молодости они переехали со своими семьями в столицу. А поженились они, когда им было по 25 лет. На данный момент Эльдару с Наилей около 60 лет. У них родились дети – девочка и мальчик.
Семья жила в очень бедных условиях. Хорошо помню, как лет 10–15 назад Наиля ежедневно покупала 20–30 литров молока в одном из бакинских посёлков и возила его в бидонах из своего посёлка в город на продажу. Ей приходилось очень тяжело. В любое время года с утра она ездила на автобусе из посёлка в Баку, и возвращалась ближе к вечеру. Должен отметить, что расстояние от посёлка до Баку составляет примерно 25 километров.
Несмотря на трудности и тяжести, Наиля ханум дала образование обоим своим детям. Дети получили высшее образование. В настоящее время оба трудоустроены…
…Было около 08:30 утра. И я увидел. Не поверил своим глазам. Я остановился, и долго смотрел на них. Мать шла с большим ведром. В ведре было довольно много яиц. Она несла яйца на продажу в соседний посёлок. В 6-7 метрах от Наили ханум её сын шёл на работу. В руках у него ничего не было. Они должны были идти пешком по одной и той же дороге около 15 минут. А затем её сын направился бы на предприятие, где работал. Матери было тяжело, она шла с трудом, так как ведро было тяжелым.
Для ясности должен отметить, что мать и сын живут в одном доме, и сын пока не обзавёлся собственной семьей. У них тихая семья.
Я ещё раз обратил на них внимание. На меня произвело сильное впечатление, когда увидел, что сын не идёт рядом с матерью и не помогает ей. Парню было стыдно, что его мать была небогато одета и несла тяжёлое ведро.
Я обращаюсь к таким детям: не стыдитесь своей бедности, не стесняйтесь того, что ваша одежда старая или дешёвая. Помните ли вы, как вас вырастила мать? Стоит гордиться такими матерями, которые добывают хлеб тяжёлым трудом, готовы отдать жизнь ради своей семьи, детей…

Фархад АСКЕРОВ (РАМИЗОГЛЫ),
писатель-журналист

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI…

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI
(Cəlilabad ədəbi mühitinin 5 balaca xanım nümayəndəsi barədə təqdimat)
Odlar Yurdu Azərbaycanın Muğan bölgəsində yerləşmiş, eyni halda qədim Həməşəranın varisi sayılan Cəlilabad rayonu öz bərəkətli torpağı ilə Azərbaycanın bərəkətli və münbit torpağlı rayonu, 100-dən çox qədim və tarixi abidələri ilə “Tarixi abidələr diyarı”, 267 şəhid ilə “Şəhidlər diyarı”, 2302 qazisi ilə “Qazilər diyarı”, təkcə idmanın Sərbəst və Yunan-Roma güləş növləri üzrə 100-dən çox Azərbaycan, Avropa və Dünya çempionu ilə “Pəhlivanlar diyarı”, həmçinin, 200-ə yaxın yazıçı, şair və ədibləri ilə “Ədiblər diyarı” və ya “Azərbaycanın poeziya paytaxtı” adlanır. Bu gün həm də Cəlilabad ədəbi mühitində yazıb yaradan şair, yazıçı, ədəbi təhlilçi və tənqidçilərdən 40-dan çoxu xanımlardan ibarətdir. Qeyd etmək lazımdır ki, 2025-ci ildə mövzusu və yazılış üslubuna görə rayon, bölgə və eləcə də ölkə səviyyəsində ilk imza sayılan, eyni halda Cəlilabad ədəbi mühitinin xanım yazar və şairlərinin tanıtımına aid olan “Qələm tutan incə əllər” adlı təqdimat əsərimdə bölgəmizin xanım yazarlarından yalnız 20-sinin həyat yolu və poeziya nümunələrindən söz açılmış və bir-bir tanıtdırılmışdır…
Son araşdırmalara görə, ədəbi mühitimizin yaş kateqoriyası baxımından ən yaşlı nümayəndəsi təqaüdçü mədəniyyət işçisi, şair Novruz İbrahim oğlu Məcidli, ən azyaşlı nümayəndəsi isə Aydan Elvin qızı Mənsimlidir.
Bu gün Cəlilabad ədəbi mühitində bəylərlə yanaşı 40-dan çox xanım yazarlar da yazıb-yaradırlar. Onların arasında azyaşlı əzizlərimizin mövcudluğu həm sevindirici, həm də qürurvericidir.
Bu yazıda Cəlilabad ədəbi mühitinin 5 azyaşlı xanım nümayəndəsi barədə qısa təqdimatla tanış oluruq:

I. Aydan Elvin qızı Mənsimli;
Cəlilabad ədəbi mühitinin 8 yaşlı ən kiçik nümayəndəsi olan Aydan Elvin qızı Mənsimli 2018-ci ilin aprel ayının 26-da Cəlilabad şəhərində dünyaya göz açıb. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin II sinif şagirdidir. Həvəskarcasına müxtəlif mövzularda şeirlər yazır.

II. Zəhra Elvin qızı Mənsimli;
Cəlilabad ədəbi mühitinin şeir sahəsində azyaşlı və həvəskar xanım nümayəndələrindən biri də Zəhra Elvin qızı Mənsimlidir. 12 yaşlı Zəhra 2013-cü ilin dekabr ayının 05-də Cəlilabad şəhərində dünyaya gəlib. Hal-hazırda Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin VIII sinif şagirdidir.

III. Zeynəb Elvin qızı Mənsimli;
Cəlilabad ədəbi mühitinin şeir sahəsində azyaşlı və həvəskar xanım nümayəndələrindən olan Zeynəb Mənsimlinim 14 yaşı var.
Zeynəb 2012-ci ilin sentyabr ayının 22-də Cəlilabad şəhərində dünyaya gəlmiş, hazırda Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdidir.
Məlumat üçün qeyd emtək lazımdır ki, yuxarıda adları çəkilmiş Aydan, Zəhra və Zeynəb bir ata-anadan olan doğma bacılardır. Onlar həm də Cəlilabad ədəbi mühitinin dəyərli və istedadlı nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, “TYB-nin xüsusi Ödülü”, “Tomris” Ödülü və “Turan Ödülü” laureatı, şair Sevinc xanım Şirvanlının qızlarıdır. Heç şübhəsiz bu əziz balaların şeir və poeziya sahəsinə üz gətirməsində genetik olaraq əziz analarından təsirləndiyini söyləmək olar…
Hər üç bacının qısa təqdimatı və şeir nümunələri cari ildə ilk dəfə olaraq “Həməşəra” mətbu orqanı tərəfindən yayımlanmışdır.

IV. Mir Fatimə Mir Faiqqızı;
Cəlilabad ədəbi mühitinin ədəbiyyat sahəsində azyaşlı, eyni halda həvəskar xanım nümayəndələrindən biri də Mir Fatimə Mir Faiqqızıdır. 12 yaşlı Mir Fatimə 2014-cü ilin yanvar ayının 04-də Cəlilabad şəhərində dünyaya göz açıb. Hal-hazırda Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbinin VIII sinif şagirdidir.
Ədəbiyyat sahəsində həvəskar addımlarını atan Mir Fatimə Mir Faiqqızı 10 yaşında ikən qısa hekayə və şeirlər yazmağa başlamışdır. Bu sahədə babası (anasının atası) mərhum şair Sultanağa Vəliyevdən, həmçinin, dayısı həmyerlimiz, eyni halda çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” Mükafatı laureatı, tərcüməçi, yazıçı-şair Salam Sarvandan ilham almışdır.

V. Nərgiz Pərviz qızı Əlili;
Cəlilabad ədəbi mühitinin fidanları və azyaşlı nümayəndələrindən biri isə həvəskarcasına maraqlı şeirlər yazan Nərgiz Pərviz qızı Əlilidir. O, 2013-cü ilin fevral ayının 02-də Cəlilabad rayonunun qədim tarixə malik olan Şatırlı kəndində dünyaya göz açıb. Hazırda şəhid Araz Qardaşxanov adına Şatırlı kənd tam orta məktəbinin VII sinif şagirdidir.
Nərgizin yaşı az olsa da ədəbiyyata böyük maraq göstərir. Bu yolda ona ruh verən, sözə olan sevgisini daha da artıran insanlardan biri də “Həməşəra Poeziya Məclisi”nin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi portalının İdarə Heyətinin üzvü, AYB, AJB və TYB-nin üzvü, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin xüsusi ödülü və “Turan Ödülü” laureatı, şair-publisist Arzu xanım Əyyarqızıdır. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, Nərgiz Əlilinin təqdimatı “Qələm tutan incə əllər” adlı ədəbi məcmuənin ikinci çapında yer almış, “Həməşəra” mətbu orqanı və “Ədəbiyyat və incəsənət” portalında barəsində təqdimat yazıları dərc edilmiş, həmçinin, 2025-ci ildə təşviq və həvəsləndirmə məqsədi ilə “Həməşəra” Fəxri Diplomuna layiq görülmüşdür.
Heç şübhəsiz doğma yurdumuz və xüsusilə də Cəlilabad ədəbi mühiti bu əziz fidanları ilə fəxarət hissi duyur, onların gələcəkdə ədəbiyyat sahəsində daha böyük uğurlara imza atacaqlarına inanır. Çünki hər bir insanın bu günü onun sabahının güzgüsüdür. Atalar demişkən, ağac barından, insan isə işindən bilindiyi kimi, əzizlərimiz Aydan, Zəhra, Zeynəb, Mir Fatimə və Nərgizin də ədəbiyyatla bağlı indiki kiçik və həvəskar addımları onların bu sahədə parlaq gələcəyini göstərir. Əlbəttə, heç şübhəsiz bunun üçün düzgün istiqamətləndirməyə və əzmkarlığa da ehtiyac var…
Sonda doğma elimizin, eyni halda ədəbi mühitimizin bu əziz fidanlarına aydın sabahlar, uzun, sağlam və mənalı-məsud ömür, həyatda xoşbəxtlik və yaradıcılıqda uğurlar arzulayıram!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
30.07.2026