KİTAB FİKİR GƏMİSİDİR

KİTAB FİKİR GƏMİSİDİR

Qəbələ şəhərində ehtiyatda olan xüsusi xidmət polkovniki, Qarabağ müharibəsi veteranı, şair publisist Hamlet İsmayılovun Azərbaycan və rus dillərində nəşr olunmuş 3 kitabı “İttiham və siyasi iflas”, “Qarantı qosudarstvennoy bezopacnostu” , və “Xotite verte, xotite net” adlı kitablarının təqdimat mərasimi keçirilmişdir.
Mərasimi yazıçı-publisist Akif Cabbarlı açaraq Hamlet İsmayılovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verdikdən sonra tədbiri aparmaq üçün sözü şair- jurnalist Mübariz Süleymanlıya vermişdir.
Mübariz Süleymanlı Hamlet müəllimin əsərlərinin mövzu diapazonu, bədii-estetik məziyyətləri, qələmə aldığı mövzulara yanaşma üslubu barədə ətraflı söhbət açmışdır.
Bildirib ki,Hamlet İsmayılovun xüsusi xidmət orqanlarında çalışdığı vaxt rastlaşdığı qeyri-məxvi hadisələr barədə bədii sözün qüdrətilə ortaya bir çox şeir və poemalar qoymuşdur.
Müəllif Azərbaycan xüsusi xidmət orqanlarının keçdiyi şanlı yola geniş formatda nəzər salmış ,Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik barədə mövzulara geniş yer ayırmışdır.
Azərbaycan Yazıçılar Birliyinin İsmayıllı ,Qəbələ və Oğuz bölməsinin sədri Vüsal Oğuz, ” Qəbələnin səsi” Yazarlar Birliyinin sədri Şəhla Xəlilqızı, şairlər Mirhəsən Ağayev , Cəlil Xeyirbəy, Simuzər Mustafayeva,”Zim.az” saytının əməkdaşı İlhamə Sabirqızı və digər çıxış edənlər şair Hamlet İsmayılovun şeirlərində zəngin poetik fikirlərin olmasından bəhs etmişlər, vətənpərvərlik mövzusuna daha geniş yer ayırdığından danışmışlar.

Təbdirin sonunda müəllif görüş iştirakçılarına təşəkkürünü bildirmiş və yeni əsərlər üzərində işlədiyini diqqətə çatdırmışdır.
Sonda Hamlet İsmayılov görüşə gələnlərə kitablarını təqdim etmişdir.

Mübariz Ağaxan oğlu Süleymanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir