SƏNİN ADIN YAZILIB

SƏNİN ADIN YAZILIB

Eşqimin ünvanında
Sənin adın yazılıb.
Öz adımın yanında
Sənin adın yazılıb.

Divarların daşında,
Gözlərimin yaşında,
Ürəyimin başında
Sənin adın yazılıb.

Daranan telimdə də,
Bəmimdə, zilimdə də,
Danışan dilimdə də
Sənin adın yazılıb.

Evimdə, eşiyimdə,
Yatdığım döşəyimdə,
Lap uşaq beşiyimdə
Sənin adın yazılıb.

Gəl baxma gileyimə,
Küyümə, kələyimə,
Tanrıdan taleyimə
Sənin adın yazılıb.

Güllətək çax alnıma,
Qanımı yax alnıma,
Aynuram, bax, alnıma
Sənin adın yazılıb.

Müəllif: Aynur Qafarlı

Aynur Qafarlının yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir