Ağa Hacıbəyli – Mərhəmət

Mərhəmət

İmanın ilk təzahürü mərhəmət hissidir. O, ilk öncə qəlbdə kök salar, sonra davranışlarda görünər. Harada mərhəmət varsa, orada iman yaşayır, orada ədalət yaşayır.

Bu həqiqət ilahi kəlamda belə ifadə olunur: فَبِمَا رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ. ” Allahın mərhəməti sayəsində onlara yumşaq davrandın” Ali-İmran, 159
Gerçək iman qəlbi həlimləşdirir. Qulu aliləşdirir. Baxışlarını dəyişdirir. Yaradanın baxışı ilə baxmağı öyrədir.

Mərhəmət imanın sosial təcəssümüdür. Yoxsulu görüb üz çevirən, yetimin başını oxşamayan, dərd sahibinə laqeyd qalan bir qəlbdə iman iddiası sual altında qalar.

İmanımız bizi səcdəyə apardığı kimi yoxsulların da qapısına aparmalıdır. Səcdəyə əyilən baş dəccala əyilməz.

” Mərhəmət etməyənə mərhəmət olunmaz” – deyən Can Peyğəmbərimiz(sav) bizi gözəlliyə dəvət edir. Qul haqqı yeyən deyil, Qul haqqına riayət edən olmamızı istəyir.

Biz insanıq, günah edə bilərik, amma tövbə qapısı açıqdır. Biz zəngin ola bilərik, lakin ətrafımızda yoxsullar yaşayır. Əslində onlara yardım etməklə imanımızı qoruya bilərik. Çünki mərhəmət imanın qalxanıdır.

İman göydən gəlmir, o qəlbin dərinliklərindən zühur edir. Qəlb də Rəhmanın hərəmidir. Hərəm də vərəm yox , mərhəmət olar. Hərəmdə kin yox, sevgi olar.
Allah könül evlərimiz mərhəmət, dünya evlərimizi də hüzur ilə doldursun! Amin deyən dilləriniz var olsun!

Müəllif və mənbə: Ağa Hacıbəyli

AĞA HACIBƏYLİNİN DİGƏR YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir