
ÖZÜN DEYƏRDİN Kİ…
Deyirlər keçmişə qayıtmaq olmaz,
Hər gecə keçmişə qayıdan mənəm…
Hər səhər günəşin şəfəqi olub,
Öpüb gözlərindən oyadan mənəm…
Kədərli anında, qəmli halında
Gözündən süzülən o damcı mənəm.
Deyirsən arada ürəyim sancır,
Bəlkə də o ağrı, o sancı mənəm…
İpək saçlarını tez-tez oxşayan,
Gah sakit, gah dəcəl o külək mənəm.
Nəinki o ağrı…Həsrətdən, gülüm,
Sinəndə sızlayan o ürək mənəm –
Özün deyərdin ki, sən ürəyimsən…
Müəllif: ABBAS İLHAM
Oxuyun >> Gözündə tük var