Nəşr olunmuş yeni monoqrafiya Nəşr olunmuş əsərlərimdən biri də bir neçə il öncə araşdıraraq qələmə aldığım, eyni halda Muğan tarixi və mədəniyyəti ilə sıx əlaqədə olan olduqca maraqlı bir monoqrafiyadır.
Kitabın adı: Maddi-mədəniyyət nümunələrində Svastika simvolu” (Maddi-mədəniyyət nümunələrində mövcud olan Svastika simvolu barədə araşdırma) Müəllif: İlqar İsmayılzadə Naşir: “Həməşəra” Mətbu Orqanı Çapxana: “Qazi” Çap Mərkəzi, Cəlilabad Nəşr olunduğu il: 2025 Çap növbəsi: Birinci Kağız formatı: 60×90 1/16 Səhifə sayı: 44 səhifə.
Kitab barədə: Odlar Yurdu Azərbaycanın bir parçası sayılan sirli Muğan ellərindən tapılmış bir sıra maddi-mədəniyyət nümunələri barədə araşdırma apardıqda, onların üzərində Svastika simvolunun mövcudluğu diqqət və maraq doğurur. Məlum monoqrafiya uyğun mövzuya həsr edilərək aşağıdakı fəsillər əsasında araşdırılmış və təqdim edilmişdir: Birinci fəsil: Svastika simvolu barədə ümumi məlumatlar; İkinci fəsil: Muğan diyarından tapılmış svastika simvolları; Üçüncü fəsil: Svastika simvolu müxtəlif maddi-mədəniyyət nümunələrində. Beləliklə də əziz oxuculara təqdim edilən bu araşdırmada yuxarıda qeyd edilən fəsillər əsasında svastika simvolundan söz açılmış, barəsində əhatəli məlumatlar verilmişdir. Bu monoqrafiyada həm də bu günədək Muğan ellərindən aşkarlanmış dörd Svastika sivmolları barədə fotoşəkillər və lazım olan izahlar da yer almışdır. Bu elmi əsərin qədim və sirli tariximizin qaranlıq səhifələrinə işıq sala biləcəyi ümidi ilə! Sonda indiyədək işıq üzü görmüş sayca 49-cu məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş dəyərli insanlara səmimi minnətdarlığımı bildirir, bu monoqrafiyanın qədim və sirli Muğan tarixi və mədəniyyəti ilə maraqlananlar və uyğun sahədə araşdırma aparan tədqiqatçılar üçün faydalı bir məxəz olacağına inanır, onu bütün səmimi və vətənpərvər insanlara ithaf edirəm. 09.12.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
İnsanı öldürən də, dirildən də elə sevgidir. Bəzən bir insanın bütün həyatı bir şəkilin kölgəsində keçir. Firuzə illərlə sevginin qapısında dayanmış, qapı açılmadıqca öz içində susmuş, susduqca xəstələnmiş bir qadındır. Onu ağır edən taleyi deyil eşidilməyən sevgisi, görülməyən dəyəridir. “Sevilməyən qadın yorulur, amma sevməkdən vaz keçmir.” Firuzə illərlə bir arzuya çevrilir… Bir şəklin kölgəsinə ilişib qalan, amma ruhunda günəş daşıyan qadın. İnsanlar onu görmür, o isə yenə də hamını sevməkdən vaz keçmir. “Bəzən bir qadının dərmanı nə həkimdə, nə zamanın içindədir bircə sevginin toxunuşundadır.” Kitabın saysız dərin qatlarından biri də Ömərin taleyidir. O, sevdiyini itirməyin nə olduğunu anlayan, anasının istəyi ilə girdiyi yanlış ailə içində özünü tükədən bir kişidir. Ömür bəzən insanı iki yolun arasına qoyur: Sevdiyin üçün döyüşmək və ya susub taleyə təslim olmaq. Ömər bu susqunluğun içində illərini itirir… Amma sevgi yenidən yol tapır. Taleyin qırılan yerlərini bəzən bir toxunuş, bəzən bir baxış düzəldir. Bir gün o geri qayıdır bu dəfə gecikərək yox, yetərək. Firuzənin xəstəliyi yalnız bədənində deyildi o ruhunda yaralıydı. Ömərin sevgisi isə o yaraya çəkilən sonuncu məlhəm olur. “Sevdiyin adam səni sağaldırsa, demək sənin taleyin düz yazılıb.” “Əsl sevgi ölümə təslim olmur xəstəni də, ruhu da, taleyi də sağaldır.” Kitabın hər sətrində bir həqiqət gizlidir: İnsan bəzən illərlə yanlış adamların sevgisinə möhtac qalır, amma bir gün doğru adam gəlir və bütün keçmişi tək baxışla silir. Firuzə Ömərin sevgisi ilə təkcə sağalmır yenidən doğulur. Çünki insanı sağaldan dərmanlar deyil doğru insanın dəyəridir. Kitabın bütün fəlsəfəsi bir cümlədə cəmlənir: “Sevgi sağlıqdır çünki sevgi olmadan ruh yaşaya bilmir.” Firuzənin bu hekayəsi oxucunu bir daha düşündürür: Görmədiyimiz qadınların içində nə ağrılar yatır? Çata bilmədiyimiz sevgilər bizi neçə dəfə öldürür? Sevmək insanı necə sağalda bilir? Və ən əsası: Heç bir xəstəlik sevginin gücü qədər möcüzə yaratmır.
“Qaqa” kəlməsini daha çox ağdamlılar işlətsə də, amma uşaqlıqda bütün azərbaycanlılar qardaşına “QAQA”, “QAQAŞ” deyə müraciət edir. Bəli, Səlim mənim qaqamdır, qaqaşımdır…
Hamı bilir ki, Səlim Babullaoğlu mülayim xasiyyətli, nəcib, mehriban insandır. Cəsur və dinamikdir. Zəngin həyat təcrübəsi var- necə deyərlər, hər parıldayan əşyaya tələsib “qızıl” demir…
Səbirlidir, əmin olmayınca hər eşitdiyinə inanmır. Sədaqətli, vəfalı dostdur. Ətrafdakılara qarşı diqqətli və mərhəmətlidir. Son tikəsini bölüşməyi bacarır. İçindəki “MƏN”ə çoxdan qalib gəlib, Allahı sevir. Bir sözlə, obrazlı desək, Səlim bir çox müsbət xüsusiyyətləri özündə ehtiva edən kişilərdəndir…
…O ki, qaldı bir qələm adamı kimi yaradıcılığına Səməd Vurğun, Anar, Çingiz Abdullayev kimi böyük yazarların əsərlərinə irad tutan naşı adamların çoxaldığı bir zamanda bunu demək olar:- Səlim Babullaoğlu bu gün qərb təfəkkürü ilə şərq poeziya nümunələri yarada bilən nadir şairlərdən biridir. Nadanlar narahat olmasınlar, onsuz da onu gələcəkdə daha çox oxuyacaqlar…
Dekabrın 10-nu ömrünün 53-cü təntənəsini qeyd edəcək. Bu münasibətlə Səlimi təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Qaqamın yeni yaşı və qarşıdan gələn yeni təqvim ili mübarək olsun!..
Şehrimizin Türk tarihindeki eşsiz kimliği ve görkemi, sadece sultanların değil, aynı zamanda hayırsever ve güçlü Türk kadınlarının imzasını taşır. Bu kadınlar; sağlık, eğitim, mimari ve hayırseverlik alanlarında yaptıkları eserlerle şehri adeta bir Manevi Başkent haline getirmiştir.
Bu döneme damga vuran kadınların başında, vasiyetiyle insanlığa armağan edilen Gevher Nesibe Sultan’dır. O, sadece bir sultan kızı (Selçuklu Hükümdarlarından II. Kılıçarslan’ın kızıdır) değil, aynı zamanda Dünyanın İlk Tıp Merkezi olan Gevhernesibe Şifahiyesi’nin (1206) kurucusudur. Bu muhteşem Selçuklu eseri, modern sağlık ve eğitimin başlangıç noktası olmakla kalmadı, aynı zamanda Tıp Fakülte’lerinin ambleminde yer alan tıbbi sembolün de doğuş yeri oldu.
Gevher Nesibe Şifahanesi’nde hala görülebilen esasen bu rölyef, 12 dilimli evren çarkını çeviren, düğümlü çift yılan ikonografisidir.
Şifahane’nin Taç Kapısı’na işlenen ancak bugün tahrip olduğu için az bir kısmı görünmekte olan motifin benzeri bir taş üzerine yeniden işlenmiş olup, bugün şifahanede sergilenmektedir. (Ekli görsel) Bu motif, Türk tıp tarihinde Ord. Prof. Dr. Süheyl Ünver tarafından keşfedilip modern tıp amblemine ilham vermesiyle bilinir.
Yılan, doğanın iyileştirici gücünü en iyi bilen yaratık olarak kabul edilmiş ve bu nedenle ona sağlık ve tıbbın simgesi atfedilmiştir. Yılan, ölümcül zehriyle korkulan ve saygı duyulan çift yönlü bir varlıktır. Bu çift yönlülük, hastalığın ve iyileşmenin, yaşam ve ölümün düalizmini temsil eder, İyileşme ve zehir, yaşam ve ölüm gibi zıtlıkları vurgular.
Hanedan gücünü bilgelikle birleştiren Mahperi Hunat Hatun ise, ilme verdiği değerle Hunat Hatun Külliyesi’ni inşa ettirerek Kayseri’nin eğitim ve kültür mirasına büyük katkı sağlamıştır.
Şehrin siluetini süsleyen ve Kayseri’ye “Kümbetler Şehri” kimliğini kazandıran anıtsal mezarların (kümbet) arkasında yine kadınlar vardır
Selçuklu taş sanatının zirvesi sayılan Döner Kümbet’i (1276) yaptıran Şah Cihan Hatun ve Talas’taki Alaca Kümbet’in sahibi Emirci Hatun bu soylu geleneğin temsilcileridir.
Ayrıca MELİKE Adile Hatun gibi güçlü figürler de, mevcut eserlerin (Hacı Kılıç Külliyesi gibi) vakıflarını destekleyerek kültürel mirasın yüzyıllar boyu yaşatılmasını sağlamıştır.
Bu kadınların bıraktığı somut eserler ve manevi miras, Kayseri’nin kimliğini şekillendirmiş ve şehrin ihtişamlı Selçuklu ruhunu bugüne taşımıştır.
MİLLƏTİN YADDAŞINA ÇEVRİLMİŞ ÖMÜR (Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə ithaf olunur)
Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri, xalq şairi Bəxtiyar Vahabzadə 20-ci əsr poeziyasının həm fəlsəfi dərinliyi, həm də milli ruhu ilə seçilən ən böyük söz ustadlarındandır. Onun həyatı bir şair ömrü olmaqdan çox, xalqın taleyinin poeziyada əks olunmuş salnaməsidir. 2025-ci ildə şairin 100 illiyi yalnız bir yubiley ili deyil, bütöv bir əsrin ədəbi, mənəvi yaddaşına yenidən baxış imkanıdır.
HƏYATI – SÖZƏ HƏSR OLUNMUŞ ÖMÜR Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə dünyaya gəlmişdir. Uşaqlıq və gənclik illərindən kitab və poeziyaya bağlı olan Vahabzadə Bakı Dövlət Universitetinin filologiya fakultəsində təhsil almış, sonradan uzun illər həmin universitetdə müəllim və professor kimi fəaliyyət göstərmişdir. Onun pedaqoji fəaliyyəti də yaradıcılığı qədər önəmlidir: bir çox ədəbiyyatşünas,şair və alim onun tələbəsi olub. Şairin həyatı sovet dövrünün ziddiyyətləri, milli kimliyin sıxışdırıldığı illərin ağrıları ilə yoğrulmuşdu. Lakin o,bütün çətinliklərə baxmayaraq, Azərbaycançılıq ideyalarını poeziyada yaşatdı, milli ruhu qorudu, millətinə olan məhəbbətini heç vaxt gizlətmədi.
YARADICILIĞININ ƏSAS XƏTTİ – MİLLƏT, DİL, İNSAN Bəxtiyar Vahabzadənin yaradıcılşğı çoxşaxəli olsa da, onun pieziyasında bir neçə əsas xətt xüsusilə seçilir:
Milli azadlıq, vətənpərvərlik. B.Vahabzadə Azərbaycan milli poeziyasının ən milli şairlırindən biridir. Onun “Gülüstan” poeması sovet senzurasının sərt dövründə xalqın parçalanma faciəsini yüksək cəsarətlə gündəmə gətirdi. Bu əsər təkcə bədii nümunə deyil, həm də milli mübarizənin poeziya manifestidir. “Gülüstan” poeması bütöv bir xalqın ağrısını, qəlb sızıltısını ifadə edən o dövrün ən güclü əsəridir. 1961-ci ildə yazılan poema Azərbaycan poeziyasında bir dönüş nöqtəsidir. Poemada Arazın o tayında və bu tayında parçalanmış bir xalqın həsrəti, bölünmüş torpağın qəlb ağrısı ifadə edilir. O dövr üçün son dərəcə cəsarətli olan bu əsər, yalnız ədəbiyyat nümunəsi deyil, milli yaddaşın poetik böyük əsərlərindən ən birincisidir. Şairin “Ana dili”, “Azərbaycan”, “Millət” və digər bu yönümlü əsərləri milli özünüdərkin ən yüksək ifadəsidir.
İnsan və zaman fəlsəfəsi; Vahabzadə poeziyasında insanın daxili dünyası, zaman qarşısındakı acizliyi, ömrün mənası və əbədiyyat axtarışı geniş yer tutur. “Vicdan”, “Düşüncələr”, “Ömür kitabı” ,”Yerlə göy arasında” kimi şeirlərində şairin dərin fəlsəfi baxışları görünür.
Sevgi lirikasının incə duyğuları; Şair yalnız millət, vətən şairi deyil, həm də incə, zərif hisslərin ustasıdır. Onun sevgi şeirlərində dil sadə olsa da, duyğu qatları çox dərin və təsirlidir. “Gözlərim”, “Eşq odları”, “Sən gəlməz oldun”, “Daha sənsiz”, “Bir salama dəymədi” və daha yüzlərlə belə şeirləri bu xəttin klassik nümunələridir.
Dil və ədəbiyyatın müqəddəsliyi; Bəxtiyar müəllim ana dilini sadəcə ifadə vasitəsi deyil, millətin ruhu adlandırırdı. O, dilin saflığı, milli sözün qorunması uğrunda ciddi mübarizə aparırdı. Şair müəllim idi, ziyalı idi, vicdanı sözə cevirən böyük şəxsiyyət idi. Bəxtiyar Vahabzadə həyatı boyu bu prinsipə sadiq qaldı: söz həqiqətin yanında dayanmalıdır. Bu səbəbdən onun pieziyası zaman keçdikcə köhnəlmir, əksinə, daha da dərinləşir və hər dövrün insanına özünü tapmağa kömək edir.
POEZİYA, DRAMATURGİYA VƏ NƏŞR Vahabzadənin yaradlcılığı yalnız şeirlərlə məhdudlaşmır:
“İkinci səs”, “Fətəki xan”, “Özümüzü kəsən qılınc ” kimi pyeslər teatr səhnəsinin klassik nümunələrinə çevrilib.
Onun publisistik yazıları isə cəmiyyətin sisial-siyasi problemlərinə çevik münasibəti ilə seçilir.
Şair 70-dən çox kitabın müəllifidir və əsərləri dünyanın bir çox dilinə tərcümə edilib.
XALQ ŞAİRİNİN ŞƏXSİYYƏTİ Bəxtiyar müəllimin böyüklüyü yalnız poeziyasında deyil, həm də xarakterindədir. O, son dərəcə məqsədli, prinsipial, millətinə bağlı, eyni zamanda sadə və səmimi bir insan idi. Çoxları onun evinə gedər, bir stəkan çay ilə, bir-iki söz ilə ruh tapardl. Onun ən yadda qalan cəhəti – həqiqəti deməkdən çəkinməməsi idi. Bu xüsusiyyət həm şeirində, həm həyatında özünü göstərirdi.
AZƏRBAYCAN ƏDƏBİYYATINA VƏ TOPLUMUNA TƏSİRİ Bəxtiyar Vahabzadə Azərbaycan poeziyaslnl yalnız zənginləşdirmədi, həm də:
milli şüurun oyanmasına təkan verdi;
gənc nəslə milli kimliyi aşıladı;
Azərbaycan dilinin saflığının qorunmasında böyük rol oynadı;
ədəbi fikri fəlsəfi və milli dərinlik baxımından yenilədi; Onun şeirləri məktəblərdə əzbər söylınilir, xalqın dilinə düşür, müxtəlif yaş qruplarına mənəvi dayaq olur.
100 İLLİYİN MƏNASI Bu yubiley onu göstərir ki, B.Vahabzadə təkcə bir əsrin şairi deyil, həm də gələcək əsrlərin işığını yandıran söz ustadıdır. Onun poeziyası zaman keçdikcə köhnəlmir, əksinə,daim yenidən oxunur, yenidən anlaşılır. Bəxtiyar Vahabzadə Azərbaycan xalqının ruhunu sözə çevirmiş böyük şəxsiyyətdir və onun 100 illiyi milli yaddaşın təntənəsidir. Böyük şairlər zaman üçün deyil,zaman böyük şairlər üçün yetişir. Bəxtiyar müəllim Azərbaycan sözünün ən uca zirvələrindən birinə çevrilərək öz ömrünü xalqın yaddaşında əbədiləşdirdi. Onun poeziyası yaşadıqca, Azərbaycan ruhu yaşayacaq. Bu gün, 100 il sonra, Bəxtiyar Vahabzadə yenə aramızdadır. Xalqın dilində misra kimi, mədəniyyətin yaddaşında zirvə kimi, Azərbaycanın ruhunda isə əbədi bir işıq kimi. B.Vahabzadə – zamanın yox, zamanın dəyişə bilmədiyi böyük şair.
Uşaqlarda müşahidə edilən “çöp qalması” anlayışı uzun illərdir, cəmiyyətdə mövcud olan, lakin tibbi baxımdan heç bir əsası olmayan yanlış inanclardan biridir. Xalq arasında “çöp” adlandırılan hal, əslində, boğazda, udlaqda və ya burunda yaranan adi narahatlıqlara verilən addır. Elə bu haqda daha dəqiq məlumat əldə etmək üçün uşaq həkimi Zülfiyyə Hüseynova ilə həmsöhbət olduq. Zülfiyyə xanım bildirir ki, bu termin müasir tibbdə mövcud deyil və doğru diaqnoz hesab olunmur. Buna baxmayaraq, xüsusilə rayonlarda valideynlər övladlarında iştahasızlıq, halsızlıq, səbəbsiz ağlama, qusma və qızdırma kimi əlamətlər gördükdə onları çöpçülərə aparmağa üstünlük verirlər. Həkimin sözlərinə görə, çöpçülər, adətən, buruna və ya ağıza müdaxilə etməklə guya “çöpü çıxardıqlarını” iddia edirlər. Lakin bu üsul həm tibbi cəhətdən təsdiqlənməyib, həm də ciddi fəsadlara yol aça bilir. Çünki uşaqlarda boğaz və burun boşluqları digər yaş qruplarına nisbətən daha dar, selikli qişaları isə çox həssas olur. Bu, xəstəlik zamanı nəfəsalmanın çətinləşməsinə, badamcıqların tez iltihablanmasına və müxtəlif narahatlıqların yaranmasına səbəb olur. Bəzən boğazda gedən xroniki proseslər nəticəsində qida qırıntılarının müəyyən yerdə ilişib qalması mümkündür. Amma bunların heç biri çöpçülük yolu ilə təhlükəsiz formada aradan qaldırıla biləcək hallar deyil. Zülfiyyə Hüseynova vurğulayır ki, çöpçülərin üfürmə və ya çöp salma üsulu ilə qida qalıqlarını çıxarmağa çalışması nəinki problemin həllinə kömək etmir, əksinə, yeni təhlükələr yaradır. Burun və boğaza edilən bu cür savadsız müdaxilələr nəticəsində uşaqlarda əlavə iltihab, şişkinlik, ağrı, allergik reaksiyalar və travmalar meydana gələ bilər. Çöpçülüyün ən ciddi təhlükələrindən biri boğaz toxumalarının zədələnməsidir. Həkim Zülfiyyə Hüseynovanın sözlərinə görə, badamcıqlar, arxa udlaq divarı və selikli qişa çox həssasdır və mexaniki təsirə qarşı son dərəcə zəifdir: “Çöp salma və ya alətlərlə müdaxilə boğazda cızıq, yara, qızartı və şişkinlik yaradır. Bu isə ağrının artmasına, udma çətinliyinə və mikrobların daha asan nüfuz etməsinə şərait yaradır. Nəticədə irinli iltihab, angina, faringit, hətta peritonsillyar və retrofaringeal abses kimi ağır fəsadlar baş verə bilər. Bundan əlavə, boğazın həssas nöqtələrinə toxunulduqda spazm, güclü öskürək, qusma və boğulma hissi yarana bilər. İxtiyarsız edilən bir yanlış hərəkət qida qırıntılarının qida borusuna və ya nəfəs yoluna düşməsinə səbəb ola bilər ki, bu, uşağın həyatı üçün real təhlükədir. Bu praktikadan sonra uşaqlarda psixoloji travma da rast gəlinir. Qorxu, udmaqdan çəkinmə, qusma refleksinin həssaslaşması kimi”, – deyə o, bildirib. Valideynlərin çöpçülərə müraciət etməsinin əsas səbəblərindən biri ənənələrdir. Bir çox ailə bu üsulun “düzgün” olduğuna inanır. Uşaqda yüngül virus infeksiyası zamanla özü-özünə keçdiyi üçün valideynlər bunu çöpçünün “xidmətinə” bağlayırlar. Həkim bildirir ki, bu, sadəcə, təsadüfi sağalma halıdır. Çöpçünün çıxardığı qida qalıqları isə valideynlərdə yanlış rahatlıq hissi yaradır: “Bəzən uşağın vəziyyətində qısa müddətli yüngülləşmə də müşahidə olunur. Bu çöpçünün müalicəsinə görə yox, mexaniki bir qıcıqlandırıcının qısa müddətlik azalmasına görədir. Əslində isə real yaxşılaşma çox vaxt placebo effekti ilə bağlı olur: uşaq valideynlərinin psixoloji təsiri altında özünü daha rahat hiss edir”. Həkim tibbi savadı olmayan şəxslərin belə müdaxilələr etməsinin qanunla da məhdudlaşdırıldığını bildirir. Lisenziyasız tibbi fəaliyyət göstərmək qanun pozuntusu sayılır və nəticədə, uşağa zərər dəyərsə, bu inzibati və hətta cinayət məsuliyyəti sayılır. Zülfiyyə Hüseynova valideynlərə yalnız etibarlı mənbələrə, yəni Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, pediatrlar və ailə həkimlərinə müraciət etməyi tövsiyə edir. Onun fikrincə, uşağın boğazı və tənəffüs yolları kimi həssas nahiyələrə müdaxilə mütləq tibbi savadı olan mütəxəssislər tərəfindən aparılmalıdır: “Çöpçülük nə effektiv, nə də təhlükəsiz üsuldur. Faydasından çox zərəri var. Valideynlərə tövsiyəm odur ki, uşaqların boğaz və nəfəs yolları ilə bağlı problemlərində çöpçülər yerinə, ixtisaslı pediatrlara müraciət etsinlər”. Valideynlərin hələ də çöpçülüyə üstünlük verməsi daha çox köhnə inanclar, təsadüfi sağalmaların “müalicə effekti” kimi qəbul edilməsi və informasiya çatışmazlığı ilə bağlıdır. Lakin müasir tibbin mövqeyinə görə uşaqların boğaz və tənəffüs yollarına edilən hər bir müdaxilə yalnız ixtisaslı həkimlər tərəfindən aparılmalıdır.
Etibar Həsənzadənin “Zəfərlərə doğru” kitabı işıq üzü gördü Kitab Etibarın “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində nəşr olunan 3- cü ktabıdır və layhə çərçıvəsində Tovuz hadisələrindən başlayaraq Şuşa zəfəri də daxil olmaqla Etibarın yazmış olduğu bütün əsərləri, Azərbaycanın Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları, Baykar şirkətinin qurucusu Özdəmir Bayraktar, “Baykar Savunma” şirkətinin texniki direktoru, Baykar Makinanın ortaq sahibi Selçuk Bayraktar, Türkiyə, Azərbaycan və Pakistanın böyük dostluq və qardaşlığı haqqında geniş məlumatları əhatə edir. Kitabın üz qabığının tərtibatı Hikmət Əliyevə məxsusdur.
BAŞ DAŞINDA SAAT – Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq
Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm…
BAŞ DAŞINDA SAAT
Yazıldı saatsaz məzarı üstdə: «Filan il doğuldu, fi lan il öldü». Mərhumun kimliyi bilinsin deyə Qəbrin baş daşına saat «hörüldü».
Yaşarkən – doğumu keçmiş zamandı, Onun ölümüysə – gələcək zaman. Ölümün özü də onda gümandı, Ölüm gerçəyində dayanır zaman.
Dünyadan köçəndə əslinə baxsan, Qəbrə yox, keçmişə gömülür insan. Elə bil saata gülür qəbir də Nə dönüb dolanır, nə dinir saat.
Vaxtın, hərəkətin donduğu yerdə Nə qədər qəribə görünür saat. Üz-üzə dayanır ölüm həyatla, Zaman üst qatdadır, alt qata sığmır.
Həyatı anbaan ölçdük saatla, Ölümsə zamana, saata sığmır. Burda yatanlara ölüm paylayan Vaxt da onlar kimi ölmüş bu yerdə.
Həmişə öndədir gələcək zaman, Keçmiş zaman isə yatır qəbirdə. Vaxt – yerin üstündə keçəridirsə, Əbədiyyət olur yer altında an.
Yerin üst qatında o, dövr edirsə, Yerin alt qatında nüvədir zaman.
Bəxtiyar Vahabzadə
Şeirin təhlili: Bəxtiyar Vahabzadənin “Baş daşında saat” şeiri zaman, ölüm, həyat və əbədiyyət kimi fundamental fəlsəfi mövzuları dərindən araşdıran, düşündürücü bir əsərdir. Şeir məzar daşına həkk olunmuş saat təsviri vasitəsilə bu anlayışlar arasındakı ziddiyyətləri və bağlılıqları poetik dillə oxucuya çatdırır.
Məzmun və struktur Şeir məzar daşının üzərindəki saat simvolu ilə başlayır. Bu saat mərhumun doğum və ölüm tarixlərini göstərsə də, şair onun funksionallığına şübhə ilə yanaşır. İnsan həyatının zamanla ölçüldüyünü, lakin ölümün zamanın hüdudlarından kənar olduğunu vurğulayır. Şeir zamanın dünyəvi və sonsuzluqdakı vəziyyətini müqayisə edərək, yerin üstündəki keçici vaxtla yerin altındakı əbədiyyət anını qarşılaşdırır.
Əsas temalar və fikirlər Şeirdə mövcud olan əsas tema və fikirlər bunlardır:
Zamanın nisbiliyi və ölüm qarşısında acizliyi; Şeirin əsas ideyalarından biri zamanın həyatda necə vacib olduğu, lakin ölüm qarşısında gücsüzlüyüdür. Şair “Vaxtın, hərəkətin donduğu yerdə nə qədər qəribə görünür saat” deməklə, zamanın maddi dünyadakı əhəmiyyətinin ölümlə sona çatdığını göstərir. Saatın məzar daşında “nə dönüb dolanır, nə dinir” olması, onun funksiyasızlığını və zamanın bu məkanda dayandığını simvolizə edir.
Həyat və ölümün qarşıdurması; “Üz-üzə dayanır ölüm həyatla” misrası, şeirin mərkəzində dayanan ziddiyyəti açıq şəkildə ifadə edir. Həyat anbaan saatla ölçüldüyü halda, ölümün “zamana, saata sığmır” olması, onun insan idrakının və ölçü vahidlərinin fövqündə bir hadisə olduğunu göstərir.
Keçmiş, gələcək və əbədiyyət; Şair doğumu keçmiş, ölümü isə gələcək zamanla əlaqələndirir. “Keçmiş zaman isə yatır qəbirdə” misrası ilə keçmişin ölümlə eyniləşdirilməsi diqqət çəkir. Lakin, “Vaxt – yerin üstündə keçəridirsə, Əbədiyyət olur yer altında an” fikri, ölümdən sonra mövcud olan sonsuz bir anın – əbədiyyətin olduğunu vurğulayır. Bu, zamanın dünyəvi çərçivədən çıxaraq, başqa bir mahiyyət kəsb etdiyini göstərir.
İnsanın ölümlə bütünləşməsi; “Dünyadan köçəndə əslinə baxsan, Qəbrə yox, keçmişə gömülür insan” misrası, insanın fiziki olaraq qəbrə düşsə də, əslində xatirələri və yaşanmışlıqları ilə keçmişə aid olduğunu göstərir. Bu, insanın ölümlə birlikdə öz tarixinin bir hissəsinə çevrildiyi fikrini ortaya qoyur.
Bədii xüsusiyyətlər Şeirdə simvolizm güclü şəkildə istifadə olunur. Saat, zamanın, keçiciliyin və məhdudiyyətlərin simvolu kimi çıxış edir. Məzar isə sonsuzluğun, sükunətin və əbədiyyətin məkanıdır. Şeirdəki dil sadə və aydın olsa da, dərində yatan fəlsəfi mənalarla zəngindir. Bəxtiyar Vahabzadəyə xas olan ritm və ahəngdarlıq şeirin oxunuşunu axıcı və təsirli edir. Metaforalar (“qəbir saata gülür”, “ölüm gerçəyində dayanır zaman”) şeirin bədii dəyərini artırır.
Nəticə: “Baş daşında saat” şeiri, Bəxtiyar Vahabzadənin dərin fəlsəfi düşüncələrə malik bir şair olduğunu bir daha sübut edir. O, bu şeirdə zamanın insan həyatındakı yerini, ölümün zamanı necə üstələdiyini və insanın əbədiyyətlə olan əlaqəsini təsvir edir. Şeir oxucunu həyatın mənasını, zamanın dəyərini və ölümün sirrini düşünməyə vadar edən bir əsərdir. Məzar daşındakı işləməyən saat, insan ömrünün sonunu, lakin ruhun və zamanın başqa bir müstəvidə davam etməsi ehtimalını qəribə bir şəkildə ifadə edir.
Şəhla Rəvan, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair