İlqar İsmayılzadə – Nəşr olunmuş yeni monoqrafiya

Nəşr olunmuş yeni monoqrafiya
Nəşr olunmuş əsərlərimdən biri də bir neçə il öncə araşdıraraq qələmə aldığım, eyni halda Muğan tarixi və mədəniyyəti ilə sıx əlaqədə olan olduqca maraqlı bir monoqrafiyadır.

Kitabın adı: Maddi-mədəniyyət nümunələrində Svastika simvolu” (Maddi-mədəniyyət nümunələrində mövcud olan Svastika simvolu barədə araşdırma)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” Mətbu Orqanı
Çapxana: “Qazi” Çap Mərkəzi, Cəlilabad
Nəşr olunduğu il: 2025
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 44 səhifə.

Kitab barədə:
Odlar Yurdu Azərbaycanın bir parçası sayılan sirli Muğan ellərindən tapılmış bir sıra maddi-mədəniyyət nümunələri barədə araşdırma apardıqda, onların üzərində Svastika simvolunun mövcudluğu diqqət və maraq doğurur.
Məlum monoqrafiya uyğun mövzuya həsr edilərək aşağıdakı fəsillər əsasında araşdırılmış və təqdim edilmişdir:
Birinci fəsil: Svastika simvolu barədə ümumi məlumatlar;
İkinci fəsil: Muğan diyarından tapılmış svastika simvolları;
Üçüncü fəsil: Svastika simvolu müxtəlif maddi-mədəniyyət nümunələrində.
Beləliklə də əziz oxuculara təqdim edilən bu araşdırmada yuxarıda qeyd edilən fəsillər əsasında svastika simvolundan söz açılmış, barəsində əhatəli məlumatlar verilmişdir. Bu monoqrafiyada həm də bu günədək Muğan ellərindən aşkarlanmış dörd Svastika sivmolları barədə fotoşəkillər və lazım olan izahlar da yer almışdır.
Bu elmi əsərin qədim və sirli tariximizin qaranlıq səhifələrinə işıq sala biləcəyi ümidi ilə!
Sonda indiyədək işıq üzü görmüş sayca 49-cu məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş dəyərli insanlara səmimi minnətdarlığımı bildirir, bu monoqrafiyanın qədim və sirli Muğan tarixi və mədəniyyəti ilə maraqlananlar və uyğun sahədə araşdırma aparan tədqiqatçılar üçün faydalı bir məxəz olacağına inanır, onu bütün səmimi və vətənpərvər insanlara ithaf edirəm.
09.12.2025

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist

İLQAR İSMAYILZADƏNİN YAZILARI

ŞƏHLA RƏVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir