Sevgi sağlıqdır

Gülər Nizamiqızı

Sevgi sağlıqdır

İnsanı öldürən də, dirildən də elə sevgidir.
Bəzən bir insanın bütün həyatı bir şəkilin kölgəsində keçir. Firuzə illərlə sevginin qapısında dayanmış, qapı açılmadıqca öz içində susmuş, susduqca xəstələnmiş bir qadındır. Onu ağır edən taleyi deyil eşidilməyən sevgisi, görülməyən dəyəridir.
“Sevilməyən qadın yorulur, amma sevməkdən vaz keçmir.”
Firuzə illərlə bir arzuya çevrilir…
Bir şəklin kölgəsinə ilişib qalan, amma ruhunda günəş daşıyan qadın.
İnsanlar onu görmür, o isə yenə də hamını sevməkdən vaz keçmir.
“Bəzən bir qadının dərmanı nə həkimdə, nə zamanın içindədir bircə sevginin toxunuşundadır.”
Kitabın saysız dərin qatlarından biri də Ömərin taleyidir. O, sevdiyini itirməyin nə olduğunu anlayan, anasının istəyi ilə girdiyi yanlış ailə içində özünü tükədən bir kişidir.
Ömür bəzən insanı iki yolun arasına qoyur:
Sevdiyin üçün döyüşmək və ya susub taleyə təslim olmaq.
Ömər bu susqunluğun içində illərini itirir…
Amma sevgi yenidən yol tapır.
Taleyin qırılan yerlərini bəzən bir toxunuş, bəzən bir baxış düzəldir.
Bir gün o geri qayıdır bu dəfə gecikərək yox, yetərək.
Firuzənin xəstəliyi yalnız bədənində deyildi
o ruhunda yaralıydı.
Ömərin sevgisi isə o yaraya çəkilən sonuncu məlhəm olur.
“Sevdiyin adam səni sağaldırsa, demək sənin taleyin düz yazılıb.”
“Əsl sevgi ölümə təslim olmur xəstəni də, ruhu da, taleyi də sağaldır.”
Kitabın hər sətrində bir həqiqət gizlidir:
İnsan bəzən illərlə yanlış adamların sevgisinə möhtac qalır, amma bir gün doğru adam gəlir və bütün keçmişi tək baxışla silir.
Firuzə Ömərin sevgisi ilə təkcə sağalmır
yenidən doğulur.
Çünki insanı sağaldan dərmanlar deyil
doğru insanın dəyəridir.
Kitabın bütün fəlsəfəsi bir cümlədə cəmlənir:
“Sevgi sağlıqdır çünki sevgi olmadan ruh yaşaya bilmir.”
Firuzənin bu hekayəsi oxucunu bir daha düşündürür:
Görmədiyimiz qadınların içində nə ağrılar yatır?
Çata bilmədiyimiz sevgilər bizi neçə dəfə öldürür?
Sevmək insanı necə sağalda bilir?
Və ən əsası:
Heç bir xəstəlik sevginin gücü qədər möcüzə yaratmır.

Müəllif: Gülər Nizamiqızı

“Sənsizlik” kitabının müəllifi

GÜLƏR NİZAMİQIZININ YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir