In 1979, he adopted nine Black girls that nobody wanted: what they became 46 years later will leave you speechless…
Richard Miller’s world fell silent in 1979 when his wife, Anne, passed away. Their home, once full of dreams of having children, was left empty. His friends suggested he remarry, but he held on to Anne’s last words:
“Don’t let love die with me. Give it somewhere to go.”
On a stormy night, fate led him to St. Mary’s Orphanage. There he found nine little girls, all abandoned together, their small cries echoing down the hallways. No one wanted to take them all. Separation was inevitable.
But Richard bent down, his voice breaking, and whispered:
“I’ll take them. Each and every one.”
The world thought he was crazy. Social workers doubted him. His relatives mocked him. Neighbors whispered: “What is a white man doing raising nine Black girls?”
But Richard sold his belongings, worked double shifts, and built nine cribs by hand. Nights became bottles, lullabies, and braiding hair by the kitchen light. The struggles were heavy, but the laughter, Anne’s stories, and the girls’ growing personalities bound the family together.
Sarah’s contagious laugh. Naomi’s mischief. Leah’s kind heart. One by one, they grew into women—teachers, nurses, mothers—who never forgot the man who chose them.
And now, in 2025, Richard looks at his radiant daughters gathered around the table and sees the miracle Anne asked for.
“A love that changed lives. Discover Richard Miller’s story and how his selfless act transformed a family. Click to read the heartwarming journey!”:
Naxçıvan şəhərində “Füyuzat” jurnalının üz qapaqlarına həsr olunan “Dəyərlərin işığında” sərgisi keçirilir.
Sərgi Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” dərgisi, “SEVİNC-Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Sərgidə “Füyuzat”ın tarixi, bugünkü fəaliyyəti və milli ideologiyası, üz qapaqlarında toxunulan istiqamətverici məsələlər, verilən mesajlar barədə geniş məlumat verilib.
“BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü
Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü görüb. Bu barədə SƏADƏT KƏRİMİ məlumat verib:
“Hörmətli ədəbiyyatsevər yurddaşlar! Qüdrətli Azərbaycan şairi, bütövlükdə Türk dünyasının görkəmli şairi kimi tanınan Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü. Kitabın elmi redaktoru, yayına hazırlayanı və ön sözün müəllifi Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru VAQİF SULTANLIDIR. Xeyirli və uğurlu olsun! Başda Vaqif müəllim olmaqla bütün müəllifləri və Bəxtiyarsevərləri təbrik edirəm.
Kitabda bir bölüm də mənə aiddir. Burada mənim “BƏXTİYAR VAHABZADƏNİN HƏYAT VƏ YARADICILIĞINDA LƏYAQƏT” adlı əsərim yer almışdır, səh. 80- 109. Ləyaqət anlayışı birmənalı deyil. Tədqiqatların (Nordenfelt 2004, 2009, Schroeder 2008, Sulmasy 2013 və b.) nəzəri hissəsində ləyaqətin dörd fərqli anlayışı ortaya çıxır: 1) sosial rütbə və mövqedən asılı ləyaqət (müasir dövrdə isə profesionallıq və kvalifikasiyalarla bağlı), 2) mənəvi mövqe ləyaqəti, 3) şəxsiyyət ləyaqəti 4) insan ləyaqəti. Bu dörd anlayışın hər biri Bəxtiyar Vahabzadə əsərlərində bir-birini tamamlayan, daim inteqrə olunmuş anlayışlar olaraq mövcuddur.”
Kitab haqqında Prof. Dr. VAQİF SULTANLInın (Bakı, Azərbaycan.) fikirləri:
“Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılsa da, onun bənzərsiz bədii irsi hələ də gerçək dəyərini almamışdır. Bu isə şairin yaradıcılığına dəyişən zamanın ədəbi-estetik dəyərləri bağlamında yanaşılması zərurətini şərtləndirir. Müəllifin poetik irsinin sadəcə milli ədəbi sferada deyil, bağlı olduğu böyük Türk mədəniyyəti kontekstində dəyər ləndirilməsi problemi isə fərqli yanaşma tərzi tələb edir. Bəxtiyar Vahabzadənin poeziyası uzun illər güncəlliyini qoruyub saxlayacaq, yeni-yeni nəsillərin mütaliə edəcəyi sənət örnəkləri kimi yaşayacaqdır. Oxucuların mühakiməsi nə verilən, elmi məqalələr toplusundan ibarət olan bu kitab mütəfəkkir şairin bədii portretinin kölgədə qalan bəzi qaranlıq məqamlarının canlandırılması niyyəti ilə yayınlanır.”
Siz də oxuyub fikirlərinizi bildirə bilərsiniz. Qeydlərinizi elə bu məlumatın şərh bölümündə yaza bilərsiniz. Biz dərc edəcəyik.
Hacıyev İman Həsən oğlu (Aqil İman) 1 dekabr 1958-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olmuşdur. VIII sinifə kimi doğma Daşkənd kənd orta məktəbində oxumuşdur. 1974–1976-cı illərdə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun santexnika fakültəsinə qəbul olmuş, 1981-ci ildə həmin institutun “İstilik-qaz təhcizatı və ventilyasiya” ixtisasını bitirmişdir. 1981 ci ildə təyinatla Yevlax Zona Qaz İstehsalat Birliyinə mühəndis göndərilmişdir. 1981–1983-cü illərdə Tambov şəhərində həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildən Yevlax Zona Qaz İstehsalat Birliyində mühəndis, 1987-ci ildən 1993-cü ilə kimi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Dəmir-Beton Məmulatları Zavodunda əvvəlcə Əmək haqqı və kadrlar şöbəsinin rəisi, sonralar isə Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifələrində işləmişdir. İman Hacıyev 1988-ci ildə başlayan azadlıq hərəkatının Bərdə rayonunda öncüllərindən olmuşdur. O, 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində leytenant kimi könüllü iştirak etmiş, döyüş zamanı (1 May 1993 cü il Ağdərə rayonu Talış kəndində) yaralanmışdır. 1995-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Bərdə rayon şöbəsinin sədr müavini işləmişdir. 29 avqust 1996-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində ürək dayanmasından 38 yaşında vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur. Aqil İman zəngin yaddaşa, rəvan təbə, səlis nitqə, şirin natiqliyə malik şair kimi onu sevənlər tərəfindən daim ehtiramla xatırlanır. El məclislərində masabəyi kimi ağır məclislər yola salmış nakam ömürlü Aqil İmanın onlarla şeiri poeziya xiridarlarının yaddaşında yaşayır, aşıqların, xanəndələrin, qiraətçilərin reperturanın bəzəyinə çevrilmişdir. Orta məktəb illərindən yaradıcılığa başlayan Aqil İmanın şeirləri “Bolluq uğrunda”, “İnşaatçı”, “Qızıl bayraq”, “Kommunizm yolu” qəzetlərində işıq üzü görmüşdür. “Bu dünya görüş yeridi” (Bakı, “OL”, 2015) adlı şeirlər kitabı nəşr olunmuşdur.
Bir zamanlar hər havası yaz idi, Çiçək ətri qoxuyurdu canından. Yavaş-yavaş rəngi- ruhu qaralır, Buludlanır gecəsindən, danından, Payız keçir evimizin yanından.
Ürəyində arzulara dəyməsin, Əl uzadıb qapısını döyməsin, Bu şahanə qamətini əyməsin, Qoy düşməsin şöhrətindən, şanından, Payız keçir evimizin yanından.
Demirəm ki, şaxta vurub, qışlayıb, Yanağını həsrətindən yaşlayıb. Soyuq-soyuq küləkləri başlayıb, Yarpaq tökər hər əsimin anından, Payız keçir evimizin yanından.
Üşüməsin nə divarı, nə daşı, Məhəbbətdən mayalanıb yaddaşı. Özümüzük özü, eyni, adaşı, Pay ayırıb iliyindən, qanından, Payız keçir evimizin yanından.
Sevmək üçün bizə baxar qonşular, Canlarını oda yaxar qonşular. Gülməsinlər evi bahar qonşular, Azalmasın sevənlərin sanından, Payız keçir evimizin yanından.
1 dekabr – Xalq şairi Məmməd Arazın anım günüdür. Könlü Vətən torpağını vəsf edərək Azərbaycan dünyasından dünyaya baxan əbədiyaşar-müqtədir Şairimizin ruhuna salam olsun! Ustadın işıqlı xatirəsini sağlığında yazdığım “Təzələnir söz qatı” ithaf şeirim və vəfatından təsirlənərək qələmə aldlığım “Söz kəhkəşanında poeziya bürcü” düşüncələrimin aynasında ehtiramla yad edirəm.Yolum demək olar ki, hər gün “Zabitlər bağı”ndan keçir. Redaksiyamız bu bağın həndəvərində olduğundan əsas gediş-gəlişim də bura təsadüf edir. Bağda gövdəsi yarı yanmış, oyuğu kömürləşən bir tut ağacı var, yanından etinasız ötə bilmirəm. “Əmi” deyə müraciət etdiyimiz bənzərsiz şair Məmməd Arazla bağlı bir xatirə tilsimləyir burdan keçəndə məni.
…Məmməd Arazın solğun, lakin nurani çöhrəsində xəfif bir təbəssüm var idi. Baharın nisan ayının həlimliyi deyəsən, bir az da həlimləşdirmiş, kövrəltmiş, duyğulandırmışdı şairi. Əlindəki əsaya dirsəklənib oyuğu kömürləşən ağaca heyran-heyran tamaş edirdi. (Görən, Məmməd əmi nələr düşünürdü, ilahi?!) Şairin necə deyərlər, “canlı əsası” – daim qayğısını çəkən, “Dədə” deyə müraciət edən Mais dostumuz isə nədənsə şairdən aralı dayanıb fikrə getmişdi. Bəlkə də, şairi düşüncələrindən ayırmaq, “tənhalığına” mane olmaq istəmidi… Məmməd Arazın nəzər – diqqəti tut ağacının “qaysaqlanmış yarasında” idi. Kənardan xeyli seyr etdim şairin bu halətini. Handan-hana yaxınlaşıb ziyarət etdim… Baxışlarında bir nisgil var idi şairin… Baharın cilvəli çağında yaşıllığa bürünmüş bu guşədə görən, niyə məhz bu “yaralı” tut ağacının seyrinə dalmışdı?..
Bəlkə, öz taleyinin oxşarlığını təbiətdə sonuncu dəfə seyr etdiyindən, ömrünün sonuncu ilinə düşən bu baharla vidalaşması idi?.. Bəlkə, onun üçün bu baharın sonuncu olması dammışdı ürəyinə…
…Məmməd Araz ömrünün 72-ci ilində (1 dekabr 2004-cü il) dünyasını dəyişdi. Məmməd Araz dünyası isə əbədidir, dəyişməzdir. Nə qədər ki, ruhumuzun təsəllisi, mənəvi dünyamızın aynası olan poeziya duyğulara sığal çəkirsə, Məmməd Araz ədəbi irsi də zamandan asılı olmayaraq ürəkləri riqqətə gətirəcək, hər nəsil öz ruhunda yaşadacaq və yaşayacaq Məmməd Araz dünyasını.
Şərqin böyük mütəfəkkirlərindən olan Cəlaləddin Rumi demişkən: “Ölümümüzdən sonra məzarımızı yerdə arama,ariflərin könlündədir könlümüz”.
Məmməd Araz haqq nuruna boyanan haqq şairi idi… Şair “Vəsiyyət” şeirində yazır:
Qara cilddə çap eləyin kitabımı, Məndən sonra Tünd qara. Fəqət soy – adımı Süd rəngiylə həkk edin ora. Daha nə deyim, Qoy mən Qara torpaq üstündə Üfüqə doğru gedən Ağ yola bənzəyim.
Qara torpaq üstündə üfüqə doğru gedən ağ yola dönmüş Məmməd Araz poeziyasının məziyyətləri haqqında hələ çox fikirlər söylənəcək və yazılacaq. Mən sadəcə olaraq dəryadan damla timsalında bir məqamı qeyd etmək istəyirəm. Məmməd Araz poeziyasında mövzu zənginliyi vahid struktur bütövlüyünə köklənir. Bu bütövlük şairin “ mizan-tərəzisinin“ haqq pərsəngində olması ilə şərtlənir. Oxucunu psixoloji ətalətdən silkindirir, öz poetk kredosunu – məslək kredosunu aşılayır. Məmməd Araz poeziyası Ulu Sözün poetik məqamında bizi duyğuların zirvəsinə ucaldan bənzərsiz bir dünyadır. Bu dünyanı yaradan şair özü isə dünyaya Azərbaycan dünyasından baxır:
Azərbaycan – qayalarda bitən bir çiçək, Azərbayan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxır dünyaya.
Baxır söz-zöz, misra-misra Azərbaycan xalqının müqtədir oğlu, Xalq şairi. ( təkcə fərmanla verilən təltiflə, fəxri adla deyil, sözün müstəqim mənasında da xalq şairi). Bədi fikir daşıyıcılarından olan İ.Y. Frankonun “ Böyük şairlər xalqın vicdanıdır” deyimi unudulmaz ədəbi sima olan Məmməd Araz şəxsiyyətinin və şeiriyyətinin boyuna biçiilb. Şeiriyyəti duyğularıma məhrəm və məlhəm olan Məmməd Arazın dünyaya “özü kimi” sığal çəkən söz qatına yenməyə çalışıram. Çağdaş ədəbiyyatımızın – söz kəhkəşanımızın poeziya bürcü haqqında vaxtilə (1994) yazdığım “Təzələnir söz qatı “ adlı şeirim Ustadı anım məqamı ilə yaddaşımda bir daha misra-misra yarpaqlanır:
Zaman məkan üstündə çapırdır öz atını, Dolayıb biləyinə dünyanın damarını. Məmməd Araz kəlməsi təzələr söz qatını, Dünyaya özü kimi çəkəndə tumarını.
Aqil sözü-haqq sözü, haqqın olar bir üzü, “Ağızda dil sümüksüz, amma sümük sındırar”. Görəndə bir biçimdə naşı əyriylə düzü, Kor gözlərə şairin sözü çıraq yandırar.
Dünya dəyirman daşı, hərləndikcə hikkəli, Üyütsə neçə kərə, unu olmaz kəpəksiz. “Bir zərrənin işığı milyonlara şərikli”, Nə qədər ki, işıq var, olmayacaq şəriksiz.
“Dünya sənin” deyəndə, dünya mənim deyənlər Yanıldı gümanında duyğusuz, daş ürəklər. Dünyanı evi bilsə bu dünyaya gələnlər, Dünyamızı bəzəyər, açar güllər-çiçəklər.
O “iti bazarında atından baha dünya” “…Taleyin oyununda” neçə kərə kəm oldu. Arazın axarını kəsdi “xırsız əjdaha”, Ürəklər qübarlandı, gözün payı nəm oldu.
Misqal-misqal o nəmi ürəyinin istisi Qurutmağa çalışdı, özü yandı, alışdı. Araz keçdi özündən, doğdu coşmaq həvəsi, Qovuşdular – gur Araz nur Araza qarışdı… Müəllif: Tapdıq ƏLİBƏYLİ