www.bitik.az tərəfindən yazılmış bütün yazılar

PAYIZ OLUR AYRILIĞIN SƏHƏRİ

PAYIZ OLUR AYRILIĞIN SƏHƏRİ

Qəm qoşunu hücum çəkir üstünə,
Viran qoyur könlündəki şəhəri.
Dəyişilir dünəninin havası,
Payız olur ayrılığın səhəri.

Ürəyində dərd özünə yer alır,
Ağ vərəqlər misra-misra qaralır,
Yaşıl-yaşıl arzuların saralır,
Payız olur ayrılığın səhəri.

Eşq sarayın kərpic-kərpic sökülür,
Cismin həsrət bələyinə bükülür,
Budaq-budaq yarpaqların tökülür,
Payız olur ayrılığın səhəri.

Xəyalında ocaq-ocaq yanırsan,
Öz odunu, öz közünü danırsan.
Yazı, yayı keçib getmiş sanırsan,
Payız olur ayrılığın səhəri.

Canın zəmi, səbir dəndi, dözüm dən,
Bulud-bulud yağış yağır gözündən.
Təşnə quşlar su içirlər izindən,
Payız olur ayrılığın səhəri.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

“BÜRHANİ-HƏQİQƏT”in QADIN YAZARLARI

“BÜRHANİ-HƏQİQƏT”in QADIN YAZARLARI

İrəvanın ictimai-siyasi, mədəni həyatında iştirak edən qadınların, zülmətdə tək-tək sayrışan ulduzların öz yaradıcılıqları ilə quberniyanın ədəbi siması olan “Bürhani-həqiqət”-də görünməsi zamanı üçün böyük hadisə idi. Mövhumatın, cəhalətin qatı hökm sürdüyü bir şəhərdə onları jurnalla əməkdaşlığa həvəsləndirmək, xanımların ədəbi düşüncələri ilə xalqı tanış etmək, əslində jurnalın sahibi – müdir və mühərriri Əli Məhzunun adına, şəxsiyyətinə böyük inamın göstəricisi idi. Əli Məhzun cəmiyyət həyatında yaradıcı qadınların da jurnalda iştirakına, ədəbi mühitdə tanınmasına çalışırdı. Cavan olmasına baxmayaraq (“Bürhani-həqiqət”i nəşr edəndə 31 yaşı vardı) xalqın içində müəllim, şair, ədib kimi böyük nüfuza malik idi. Odur ki, qadın yazarlar həm əsərlərinin işıq üzünə çıxmasından fərəhlənir, həm də onunla ideya birliyi nümayiş etdirməyə cəsarətlənirdilər.

Şöhrət xanım, Səri xanım, Nigar xanım, Əbdülhəqq Mehrinnisə, Fatma-Müfidə xanım, Rəmziyyə xanım kimi şair qadınların adlarının, əsərlərindən nümunələrin jurnalın səhifələrində dərci əlbəttə ki, Əli Məhzunun gördüyü işlərin bəhrəsi idi. Jurnalın əksər saylarında “Türk-islam xanımlarının asarından (əsərindən) bir nümunə” başlığı ilə qadınların yaradıcılığından nümunələr təqdim olunub. İnanmaq çətindir ki, həmin dövrdə, bəlkə bir qədər də ondan əvvəl tipik bir müsəlman şəhəri olan İrəvanda kövrək qanadlı düşüncələrini, həyati yaşantılarını ifadə edən sənətkar qadınların adları, yaradıcılıqlarından nümunələr bu gün ədəbiyyat, sənət aləminə bəlli olsun. Onları üzə çıxaran, əsərlərindən seçmələri saralıb xəzana dönmüş səhifələrində yaşadan yalnız “Bürhani-həqiqət”dir. Qadın yazarların əsərlərindən nümunələrə diqqət edək:

Vəcdinin bir qəzəlinə nəzirə

Sanır könlüm ki, dağlardan mənə imdad qabildir,
Mənim alamıma dağlar üçün fəryad qabildir.
Rücusu əslinə mümkün olursa münkəsir canım,
Mükəddər, münkəsir bir qəlbi qılmaq şad qabildir.

                                                             Z.Şöhrət

Eşqin qarşısında məğlub olub, acılar yaşayan, sonda da həyatıyla vidalaşan bir qızcığazın kədərindən aldığı təəssüratını şair xanım Əbdülhəqq Mehrinissə belə ifadə edir:

Bir qız ki, tanırdım

Münqəlib xaka bu baharında,
Duruyor təzəlik məzarında.
Gəzinirkən onun cüvarında,
Bir təəssürlə mən tək-tənha.
Sanıram qəbrdən çıxıb nagah,
Olacaq şövq ilə mənə həmrah.

Zərif təbiətli, incə ruhlu Səri xanım “Mənzumə”sində pərişan qəlbinin yaşantılarını, qızılgülün qanla dolu qönçəsinə bənzədir. Bahar çiçəklərinin də könlünü açmağa gücü çatmadığını, pərvanətək eşqin oduna yandığını belə izhar edir:

Fələk dilxahım üzrə dönmədi, bərgəştə dövrandır,
Nəhali-nazənimdən cüda, halım pərişandır.
Mənim könlüm qızılgül qönçəsivəs dopdolu qandır
Açılmaq ixtiyar etməz, əgər yüz min bahar olsa.

Fatma xanımın “Qadınlar haqqında bəzi əfkar” əsərində qadın qəlbinin fəlsəfi düşüncələri, qadın nurunun, gülüşünün həyatın özü qədər qüdrətə malik olduğu təsvir edilib:

“Bəşər – zən olmasa doğmaz”, demək deyildir bu
Zülami – dərd-bəla aləmə qılınca qülüv,
Qadın gülər, görür adəm o üzdə nuri-fəlah,
Demək budur ki, bu aləmdə varsa, nisvandır.

Bu dövrdə qadınların bir-birinin yaradıcılığını izləməsi, əsərlərindən aldıqları təəssüratları barədə poetik fikirlərini mətbuatda bölüşməsi İrəvanın ictimai-ədəbi mühitində yaradıcı xanımların kifayət qədər tanındıqlarını düşünməyə əsas verir. Əminə Süməyyə xanımın “Tərbiyəyi-ətfala aid üç hekayə” adlı əsərləri üçün şairə Rəmziyyə xanım tərəfindən inşa edilmiş beytlər” əsərindən gətirdiyimiz parçada dediklərimizin ifadəsi aydın görünür:

Ağlatdı bir az gərçi bizi “xovfi -məlamət”,
Güldürdü fəqət sonradakı “qismi-zəkavət”
Tərbiyəyi-ətfalə gözəl bir “model” oldu,
Təbşir edirəm, bu əsərin bibədəl oldu.

Şairə Pəridə xanımın “Eşq və göz yaşları” poetik nümunəsində “şimdi sənsiz” deyib, varlığını çulğamış məhəbbətin romantikası duyulur:

Şimdi sənsiz təhəssüsatımda,
Şimdi sənsiz bütün həyatımda,
“Gülməyən bir ləbi-mərarət var”
Ah, ruhumda bir dərin fəryad,
Hissi-fikrimdə münkəsir bərbad,
Yenə qəlbimdə həp məhəbbət var!

Öz “Təranə”sində təbiətin ecazını, gözəlliklərini, əsrarəngiz nəğmələrini sevdiyi ilə dinləməyi arzulayır Nigar xanım. Çünki o səsin içində məhəbbətin inlədiyini duyur:

Səninlə dinləyəlim, gəl təbiəti tənha
Şu nəğməsaz olan əşcari, ruzigarı, yəmi,
Bütün təranəyi-sevdanı, nəğməyi-ələmi,
Ki eşqə olmada hərdəm nişanəyi-qura
Bu bir ənini-təhəssür kimi məlalavər
Bu bir yəmini-məhəbbət ki, dəmbədəm inlər…

Doğrudur, bu şeirlərin sadə təsvirində ritorika, primitivlik aydın görünür. Sənətkarlıq baxımından əsərin təsir gücü, müəllifin bədii imkanları zəifdir. Lakin XX əsrin əvvəllərində İrəvanın ədəbi mühitində ziyalı qadınların həyati müşahidələri və yaşamları ilə yaradıcılıq aləmində görünməsi bir ədəbi fakt kimi diqqəti çəkir. Başqa bir tərəfdən də bu şeirlərin hər biri həyatı aşiq baxışları ilə görən, duyan və sevən qadınların qəlb pıçıltıları olduğu üçün ruha xoş təsir bağışlayır.

Fatimə-Rasimənin qələmə aldığı “Yetimə bir qız” hekayəsi qadın müəlliflərin əsərləri arasında yeganə nəsr nümunəsidir. Əsər demək olar ki, kövrək notlar üstə köklənib. Müəllif, toyuna 10 gün qalmış yetim bir qızın gəlinlik paltarı olmadığından yaşadığı kədərini, səadətə qovuşacağı günlə bağlı arzularını ifadə edir. İmkansızlıq xoşbəxtliyinin qarşısında sanki keçilməz sədd kimi dayanıb, qızı naümid və pərişan etmişdir. Pəncərə qarşısına çəkilərək göz yaşı tökən qızcığaz toy günü gəlinlik libasını hardan tapacağını düşünür. Elə bu zaman qapı döyülür. Gələn xidmətçi qadın qoltuğundakı boğçanı qıza uzadaraq deyir:
“– Xanım əfəndinin sizə və validənizə salamını təbliğ edirəm. O, sizin üçün həmən boğçadakı libası göndərdi. Lakin biçimi təbdil edilmək lazım. Xərci-məsafirinə sərf olmaq üçün bu paranı dəxi sizə verməyi əmr etdi”.

Ağ ipəkdən qədimi bir dəst libas qızcığazı bəxtəvər etmişdi. Amma həddən ziyada böyük olan bu libas qızın ölçüsünə və zövqünə görə yenidən tikilməliydi. Müəllif qızın bacarığına, qeyrətinə, əl qabiliyyətinə meydan verilən belə bir məqamda ağıllı, işgüzar, hətta “hünərvər modistlərin” belə, bacarmadığı işi zərif qızcığazın məharətlə gördüyünü açıqlayır. Təbiətən də incə ruhlu, yaradıcı təxəyyülə malik olan qız sanki qəlbinin gözəlliyini, sevincini sünbül kimi, gül kimi libasın üstünə düzür.

Bu kiçik hekayədə müəllifin fikrini duymaq çətin deyil. Sevinməyə, xoşbəxt olmağa haqqı çatan yetim bir qızcığazı ovundurmaq, arzusuna qovuşdurmaq əsərin əsas ideyasını ifadə edir. Haqdan gələn kömək kimi, xeyirxah bir qadının onun dadına çatması da bu ideyanı gerçəkləşdirən maraqlı bir detaldır. Bunlar həyat həqiqətləri də ola bilər. Lakin hekayənin nağıl süjeti əsasında işlənməsi daha təsirlidir…

Zənnimizcə, ötən əsrin ikinci onilliyində İrəvanın ədəbi, mədəni mühitinin inkişafına təsir etmiş “Bürhani-həqiqət” (1917) jurnalında görünən yaradıcı qadınlarla bağlı araşdırma-tədqiqatların aparılması bu gün daha aktual, həm də vacib mövzulardan biri olaraq elmi müstəviyə gətirilməlidir…

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏLİM BABULLAOĞLUNUN TÜRKİYƏDƏ YENİ KİTABI ÇAP OLUNUB – TƏBRİK!

Səlim Babullaoğlunun “Maskalı adamların himni. İlyas Göçmənin şəkil dəftəri” /“Maskeli Adamların Marşı. İlyas Göçmen’in Fotoğraf Defteri” şeirlər kitabı İstanbulda, “Ketebe” nəşriyyatında işıq üzü görüb.

Kitabda daxil edilən 40 şeir Türkiyəli fotoqraf İlyas Göçmənin 40 fotosuna yazılıb. Şeirləri türk dilinə Ömər Küçükməhmətoğlu çevirib. Kitabın redaktoru və giriş yazısının müəllifi Əli Oturaklı, seriya redaktoru Aykut Ərtoğruldur. Kitab üzərində Harun Tan, Əray Sarıçam, Nilgün Sönməz çalışıblar. Nəşriyyat rəhbəri Furqan Çalışqandır.

Bu, Səlim Babullaoğlunun Türkiyədə nəşr olunan ikinci şeir kitabıdır.

Səlim Babullaoğlu:

“Bu hadisədən məmnunam və “Ketebe” nəşriyyatına, kitab üzərində bütün çalışanlara, xüsusən Aykut Ertuğrula və Ali Oturaklıya minnətdaram. Eyni zamanda, dostlarımı – fotoqraf İlyas Göçməni və şeirlərin tərcüməçisi Ömər Küçükmehmetoğlunu təbrik edirəm.

Bu kitabı, daha doğrusu kitabdakı 40 şeiri mən 2007-2009-cu illərdə yazmışam. Ümumiyyətlə, kitabın ideyası, necə oldu ki, bu şeirləri yazdım, bütün bunlar haqqında kitabın sonundakı qeydlər bölümündə ətraflı məlumat var.

Kitabların, müəlliflərdən ayrı, müstəqil taleyi var. 18 il əvvəl yazılmağa başlayıb bu şeirlər. Ana dilimizdə 2 nəşri olub. “Mütərcim” nəşriyyatında, sonra isə “Parlaq imzalar”da. Zamanında maraqla qarşılanıb. İranda ayrıca çap olunub. Bu silsiləyə aid olan şeirlərin bir qismi İngiltərədə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Rusiyada və s. ölkələrdə həm ədəbi nəşrlərdə, həm də həmin ölkələrdə işıq üzü görmüş kitablarımda yer alıb. İranda ana dilimizdə ayrıca nəşr olunub.

Zamanında, hələ ana dilimizdə ilk dəfə çap olunanda kitab fərqli ədəbi nəşrlər, tənqidçilər tərəfindən maraqla qarşılanmışdı, haqqında xeyli yazılar yazılmışdı, həm burda, həm xaricdə. 2000-2010-cu illərin uğurlu şeir kitablarından biri kimi kult.az saytının sorğularında, deyəsən üçlükdə yer almışdı.

Dünya şeir tarixində bir fotoya və ya rəsm əsərinə yazılmış şeirlər var. Amma silsilə şəklində fotolara yazılmış şeirlər, bildiyim qədərilə yoxdur.

Söz vaxtına çəkər, 2016-cı ilin noyabr ayında İlyas Göçmənin Bakıda sərgisi, təəssüf, özü xəstəliyi səbəbilə səfərini təxirə salmışdı, Gənc Tamaşacılar Teatrında isə “Viziual poeziya” axşamı keçirilmiş, kitabın ikinci nəşrinin təqdimatı da olmuşdu.

Türkiyə nəşri bəlkə daha tez ola bilərdi. Çünki bu silsilənin türk dilinə daha əvvəl 2 başqa tərcüməsi vardı.

Amma olmadı.

Bu kitabın çapı ilə bağlı Türkiyənin 4 böyük nəşriyyatı ilə danışığım olmuşdu. İkisi nəşrə razılıq vermişdi. Mən “Ketebe”ni seçdim. Çünki, “Ketebe”nin poeziya ilə bağlı nəşrlərinin daha çox bəyənirdim.

Ümid edirəm, oxucusunu tapacaq…”

(Səlim Babullaoğlu İlyas Göçmənlə birlikdə. İstanbul)

Kitabın redaktoru Əli Oturaqlı yazır:

“Babullaoğlunun şeirində, həyatın adi halı sehrli bir şey olaraq ortaya çıxır. Bir simitçinin xəyalları, bir qazinin müharibədən sonrakı səssizliyi, “arxa küçə uşaqları”nın əzbəri pozan coşğusu, bir alma satıcısının torpağa olan sadiqliyi, hamısı bu şeirlərin qəhrəmanlarıdır. Şair o insanların zehninə girir, lakin onların içinə sızmaq üçün didaktik bir yol seçmir. Sadəcə zamanın kənarına ilişir, sadəcə o kadrdakı sükunətin nəbzini tutur. Buna görə bu kitabdakı hər fiqur, hər danışıq, hər daxili monoloq, eyni zamanda şeirin bir forma sınağıdır da. Sərbəst vəzn, qafiyəli misralar, vizual şeir, uşaq nağılının tərzi, ya da epik dillə hörülmüş marşlar…

“İlyas Göçmənin şəkil dəftəri”, sadəcə bir vizual-şeir çalışması deyil; eyni zamanda görmə biçimlərinə, yaddaşa, etik və estetik məsələyə dair əhatəli bir poetik təcrübədir. Şairin öz ifadəsiylə, bu 40 fotoşəkil ən az 40 imkandır; məkansal, duyğusal, zamansal, dil və metafizik müstəvilərdə açılan 40 ayrı şeir qapısı… Hər biri oxucunu həm xarici dünyaya, həm də öz daxili mənzərəsinə çağırır.

Bu kitabda fotoşəkillər danışmaz, amma şeir onları dilə gətirir. Şeirlər, nə sadəcə izah, nə də sadəcə müşayiətdir; hər biri özbaşına, müstəqil nəfəs alan, amma fotoşəkildən də ayrılmayan canlı orqanizmlərdir.

Bu kitab, bir fotoşəkil dəftərinin ötəsinə keçərək, modern şəhər insanının vizual yaddaşına, duyğusal qırılmalarına, etik sorğulamalarına şeirlə cavab verir. Şairin, zamanın içində unutduğumuz əşyaları, üzləri, jestləri, uşaqlıqları, müharibələri, sülhləri birər şeir süzgəcindən keçirərək yenidən qurması, kitabı sadəcə vizual bir arxiv deyil, poetik bir dirəniş mətninə çevirir.

Tərcümə müddətində və redaktə prosesində bu əsərin tərcüməçisi Ömər Küçükməhmətoğlu, hər zaman bizə dəstək oldu. Səlim Babullaoğlu, məhsuldar zəka və müdrik nəzakətiylə əlinizdəki kitabın son halına gəlməsində əhəmiyyətli töhfələr verdi. İlyas Göçmən isə 40 fotoşəkiliylə, necə ki şairimizə və tərcüməçimizə 40-dan çox perspektiv təqdim etmişsə, mənim də həyata qarşı olan perspektivimə 40-dan çox dərinlik əlavə etdi. Həmçinin bu şeirlərlə, türkcəmizdəki ortaq incəlikləri təkrar görmək, 40-dan çox qatın perspektivimə əlavə edilməsini nağılvari bir hala gətirdi. Çünki bu ortaq incəlikləri meydana gətirən bütün kəlmələr, rəhmətlik nənəmin mənə nağıl danışarkən istifadə etdiyi sözlər idi. İndi bu kitabın səhifələrini çevirməyə başladığınızda, yalnız şeirləri deyil, o fotoşəkillərin içindəki kadrxarici gerçəkliyi, hər sətrin arxasındakı etik sualı və hər şeirin içindəki görünməyəni də oxumağa hazır olun.

Çünki bu kitab, sadəcə baxmaqla qalmayanlar üçün yazıldı…”

(Səlim Babullaoğlu kitabın tərcüməçisi Ömər Küçükmehmetoğlu ilə, Bakı)

İlkin mənbə: Səlim Babullaoğlunun Türkiyədə yeni kitabı çap olunub

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İrəvan Xanlığı

REVAN (ERİVAN) HANLIĞI VE TÜRKMENELİ: TÜRK TARİHİNDE DEMOGRAFİK SÜREKLİLİK, YÖNETİM HATALARI VE STRATEJİK ÇÖZÜMLER
Revan (Erivan) Hanlığı ve Türkmeneli coğrafyası, Türk tarihinin ve kültürünün en önemli alanlarıdır. Bu bölgeler, tarih boyunca Türk/Türkmen nüfusunun belirleyici olduğu ve Türk siyasi, kültürel ve toplumsal örgütlenmelerinin temelini oluşturduğu alanlardır. Revan, Kafkasya’nın batısında Türk devlet geleneğinin uzun süre hüküm sürdüğü bir merkezdir. Türkmeneli ise Mezopotamya’nın kuzeyinde, Musul’dan Kerkük’e, Süleymaniye’den Erbil’e, Telafer’den Halep’e kadar uzanan bir alanı kapsayan Türk yurdunun asli parçasıdır.

Bu bölgelerde Türk nüfusu, tarihsel süreklilik içinde asli unsur olarak yaşamış ve bölgenin sosyal, ekonomik ve kültürel dokusunu belirlemiştir. Revan ve Türkmeneli’nin Türk tarihindeki merkezi konumu, sadece geçmişin bir göstergesi değil; günümüz siyasal, kültürel ve akademik tartışmalar için de önemli bir referanstır. Bu çalışma, bu tarihsel sürekliliği, demografik yapıyı ve stratejik önemi ele alırken yönetim hatalarının ve dış müdahalelerin Türk toplulukları üzerindeki etkisini de ortaya koymaktadır.

Tarihsel veriler, Türklerin bu bölgelerdeki sürekliliğini gösterirken, aynı zamanda yönetim zaafları, yönetememe ve dış müdahaleler nedeniyle karşılaşılan stratejik kayıpları da göstermektedir. Bu kayıplar, Revan topraklarının Osmanlı yönetiminin öngörüsüzlüğü, hataları ve dış güçler nedeniyle değişmesi ile Türkmeneli’de “Kürdistan” oluşum girişimlerinin hız kazanması gibi somut örneklerde görülmektedir.

Revan Hanlığı’nın Tarihsel ve Toplumsal Yapısı

Revan Hanlığı, tarih boyunca Türk devlet geleneğinin hüküm sürdüğü bir bölgedir. Hanlığın idari yapısı, askeri teşkilatı ve toplumsal örgütlenmesi tamamen Türk siyasi ve kültürel normlarına dayanmıştır. Bölge nüfusu büyük ölçüde Türk/Türkmenlerden oluşmuş, kültürel, ekonomik ve sosyal yaşamın temel unsurları Türkler tarafından şekillendirilmiştir. Revan, Türklerin Kafkasya’daki tarihi siyasi ve kültürel merkezlerinden biri olarak kabul edilir.

Revan’ın tarihsel kimliği, Selçuklu, İlhanlı, Karakoyunlu ve Akkoyunlu dönemlerinden başlayarak Osmanlı hâkimiyeti döneminde de korunmuştur. Türk toplulukları bölgede hem yerleşik hem göçebe olarak sosyal, ekonomik ve kültürel etkinliklerini sürdürmüş, Revan’ı bir Türk siyasi merkezi olarak pekiştirmiştir. Bölgenin şehirleri, köyleri ve tarımsal alanları, Türk kültürünün ve ekonomik yapısının temelini yansıtmaktadır.

  1. yüzyılda Rus müdahalesi ve Osmanlı yönetim hataları, Revan’ın demografik yapısında önemli değişiklikler yaratmıştır. Rusların bölgeye Ermeni nüfusu yerleştirmesi ve Osmanlı’nın yeterince etkin olamaması sonucunda Revan’ın nüfus dengesi Türkler aleyhine değişmiştir. Buna karşın bölgenin kültürel ve siyasi mirası Türk etkisini taşımaya devam etmektedir.

Revan Hanlığı’nın Türk tarihi açısından önemi, yalnızca coğrafi bir alan olmasıyla sınırlı değildir. Bölgenin kültürel yapısı, ekonomik örgütlenmesi ve toplumsal düzeni, Türk topluluklarının uzun süreli varlığının ve devlet geleneğinin somut göstergesidir. Revan, Türk tarihinin Kafkasya’daki kalıcı ve etkili bir merkezi olarak tarih sahnesindeki yerini korur.

Türkmeneli’nin Tarihsel Sürekliliği

Türkmeneli, tarih boyunca Türk/Türkmen topluluklarının yoğun biçimde yaşadığı ve etkin olduğu bir bölgedir. Bölge, Selçuklular döneminden itibaren Türk yerleşimlerinin sürekliliği ile dikkat çekmiştir. Musul, Kerkük, Erbil, Telafer ve Tuzhurmatu gibi şehirler, Türk yurdunun asli parçalarıdır ve bölgenin sosyal, kültürel ve ekonomik yapısı Türk nüfus temelinde şekillenmiştir.

Türkmeneli’nin nüfusu yüzyıllar boyunca Türk/Türkmen ağırlıklı olmuştur. Türk aşiretleri bölgenin kırsal ve şehir alanlarını şekillendirmiş; ticaret, ziraat, zanaatkârlık ve askerî organizasyon Türk toplumunun belirleyici unsurlarını oluşturmuştur. Türkmeneli, Türk kimliğinin Mezopotamya’daki en yoğun ve güçlü merkezi konumundadır.

Arap, Kürt, Süryani ve Keldani topluluklarının bölgeye yerleşmesi, tarihsel olarak 19. ve 20. yüzyıllarda gerçekleşmiştir. Bu toplulukların göçü, uluslararası müdahaleler, yönetim değişiklikleri ve siyasi düzenlemelerle bağlantılıdır. Ancak Türk nüfusu ve kültürel mirası bölgedeki baskın konumunu kaybetmemiştir.

Osmanlı döneminde Türkmeneli, idari ve ekonomik açıdan Türk topluluklarının yoğun olduğu bir stratejik alan olmuştur. 20. yüzyılda savaşlar ve rejim değişiklikleri bölgedeki Türk topluluklarını etkilemiş olsa da, bölgenin Türk kimliği ve kültürel sürekliliği korunmuştur. Türkmeneli, Türk tarihinin Mezopotamya’daki en eski ve etkili yerleşim merkezlerinden biridir.

Yönetim Hataları ve Dış Müdahaleler

Revan ve Türkmeneli coğrafyalarında yaşanan değişimler, Türk devlet yöneticilerinin hataları ve dış müdahaleler sonucu ortaya çıkmıştır. Revan topraklarında Osmanlı’nın stratejik zaafları, yönetim hataları ve dış müdahaleler, Türk nüfusunun yerinden edilmesine ve bölgenin demografik olarak Ermeni lehine değişmesine yol açmıştır. Türkmeneli’de ise Türkiye Cumhuriyeti’nin son 50 yıllık bazı politik eksiklikleri ve uluslararası müdahaleler, “Kürdistan” oluşum girişimlerine fırsat yaratmıştır.

Bu iki örnek, Türklerin tarihsel coğrafyalarında karşılaştığı stratejik kayıpların yönetim eksikliği ve dış güçlerin işbirliğiyle doğrudan bağlantılı olduğunu göstermektedir. Yönetim zaafları, yalnızca kısa vadeli etkiler yaratmakla kalmamış; uzun vadede etnik, kültürel ve siyasi yapıları köklü biçimde değiştirmiştir.

Tarih, Türk devlet geleneğinde güçlü, öngörülü ve şeffaf bir yönetim kapasitesinin önemini göstermektedir. Revan ve Türkmeneli örnekleri, yönetimsel etkinlik ve stratejik bilincin yokluğunun uzun dönemli sonuçlarını açıkça ortaya koymaktadır.

Çözüm Yolları ve Stratejik Öneriler

Türklerin gelecekte benzer kayıpları önlemesi için kapsamlı stratejiler geliştirmesi şarttır. Öncelikle bölgesel ve uluslararası politikada aktif ve bilinçli bir duruş sağlanmalıdır. Dış müdahalelere karşı önleyici tedbirler, askeri kapasite, diplomatik etkinlik ve ekonomik dayanıklılıkla desteklenmelidir.

Türk topluluklarının yaşadığı bölgelerde siyasi temsil güçlendirilmeli, kültürel ve ekonomik hakları güvence altına alınmalıdır. Yerel yönetim kapasitesi artırılmalı, eğitim ve kültürel sürekliliği destekleyen programlar uygulanmalıdır. Bu, hem sosyal istikrarı hem de Türk kimliğinin korunmasını sağlar.

Tarihsel tecrübelerden ders almak, devletin yönetim kapasitesini artırmak ve stratejik planlama yapmak, Türklerin kendi coğrafyalarındaki varlığını güvence altına almanın temel unsurlarıdır. Türk topluluklarının kültürel ve demografik sürekliliği, yalnızca tarihsel hafızaya dayanmakla kalmayıp, aynı zamanda etkin bir yönetişim ve stratejik politikayla korunmalıdır.

Uzun vadeli stratejiler, kültürel, ekonomik, askeri ve diplomatik alanları kapsamalıdır. Revan ve Türkmeneli örnekleri, Türklerin geçmişte olduğu gibi günümüzde ve gelecekte de kendi coğrafi ve kültürel haklarını korumak için stratejik akıl ve planlamaya ihtiyaç duyduğunu göstermektedir.

Sonuç

Revan Hanlığı ve Türkmeneli, Türk tarihinin köklü ve etkili coğrafyalarıdır. Revan, tarih boyunca Türk siyasi otoritesinin ve kültürel etkinliğinin merkezi olmuştur. Türkmeneli ise Mezopotamya’daki Türk varlığının en eski ve yoğun yerleşim alanıdır. Arap, Kürt, Süryani ve Keldani toplulukları, tarihsel süreçlerde bölgelere göç etmiş olsa da Türk nüfusu ve kültürel mirası bu bölgelerde asli unsuru oluşturmuştur.

Yönetim hataları, işbirlikçilik ve dış müdahaleler, bu bölgelerde stratejik kayıplara yol açmıştır. Revan topraklarında Osmanlı yönetiminin hataları ve dış müdahaleler, Ermenistan devletinin kurulmasını sağlamış; Türkmeneli’de ise Türkiye Cumhuriyeti politikalarının eksiklikleri, hataları, işbirlikçilik ve dış müdahalelerle “Kürdistan” kurulmasına doğru bir süreç başlatmıştır. Bu durum, dün olduğu gibi bugün de tarihsel bedelleri ortaya çıkarmaktadır. Bu kayıplar, Türk devletlerinin yönetim kapasitesinin ve stratejik öngörüsünün önemini göstermektedir.

Türklerin gelecekte benzer kayıpları önlemesi için kapsamlı stratejiler geliştirmesi şarttır. Kültürel, ekonomik, askeri ve diplomatik alanlarda güçlü politikalar uygulanmalı, yerel yönetimler ve topluluklar güçlendirilmelidir. Tarihsel tecrübeler, Türklerin hem geçmişte hem de günümüzde kendi coğrafyalarındaki varlığını korumak için stratejik planlama ve bilinçli yönetişime ihtiyaç duyduğunu göstermektedir.

Sefa Yürükel

Kaynakça
• Minorsky, V. Studies in Caucasian History.
• Fisher, A. The Russian Annexation of the Caucasus.
• Svanberg, I., & Wheeler, T. Turkey and the Turks.
• Bruinessen, M. Agha, Shaikh and State: The Social and Political Structures of Kurdistan.
• Olson, R. The Emergence of Kurdish Nationalism and the Sheikh Said Rebellion.
• Çetinsaya, G. Musul Vilayeti ve Osmanlı Siyaseti.
• Yıldırım, B. Irak Türkmenleri Tarihi.
• Yamada, M. Imperial Policies and Ethnic Structure in the Late Ottoman and Mandate Periods.

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÜLEYMAN ABDULLA – HAL-ƏHVAL

HAL-ƏHVAL

Oralarda nə var, nə yox, əziz dost,
Çox soyuqdur hava burda, desəmmi?
Zəhlə tökür itdirsəyi yağışlar,
Salam vermir quzu qurda, desəmmi?

Yaraşmadı heç kədər-qəm dağlara,
Üz tuturam buludu nəm dağlara.
Neçə ildi gedəmmirəm dağlara,
Nə Şorağa, nə Tikyurda, desəmmi?

Kimin üçün ha hərifik, ha xamız,
Dərd odur ki, rast gələ mız, baxa mız.
Cırılacaq əldə qalan yaxamız,
Darthadartda, vurhavurda, desəmmi?

Him-cim edən cimi üçün him istər,
Sarısından toxunmağa sim istər.
Qurdla qalmaq qiyamətə kim istər,
Düzələcək bəlkə surda, desəmmi?

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN DİGƏR YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəzənfər Məsimoğlu – DOSTLARIN

DOSTLARIN

Varlığı dünyada xoş arzu-dilək,
Ruhu halallıqdan gələn dostların.
Göz üstə saxlayaq, qədrini bilək,
Şirin tikəsini bölən dostların.

Hər vaxt soraqlayıb, sədasın allam,
Cəfasını çəkib, ədasın allam.
Başına dolanıb, qadasın allam,
Dostluğu müqəddəs bilən dostların.

Ağrısı, acısı elə xoş düşsün,
Ömrünə qar yağsın, şaxta, qış düşsün,
Göydən təpəsinə yekə daş düşsün,
Dostuna badalaq gələn dostların.

Qəzənfər, lal qəlbin nəvası olmaz,
Görməyə bir zərrə səfası olmaz.
Olmaz etibarı, vəfası olmaz,
Dostun eyibinə gülən dostların.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

Qabil Nəbi – AYRILIĞIN SƏSİ

AYRILIĞIN SƏSİ
Buludlar gizləndi saçlarında,
Ay batdı gözlərinin qarasında.
Soyuq külək əsdi nəfəsindən,
üşüdüm,
iliyimə işləlirdi sözlərinin sərtliyi.
Xəncər kimi kəsirdi üz-gözümü baxışların.
Hicranın ölçüsünü bildirdi
mənə arxanı çevirməyin.
Ayrılığın səsi eşidilirdi addımlarının tappıltısından…
Yanıq iyi gəlirdi ürəyimin çatından.
26.11.2025

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

Fəridə Ləmanı ad günü münasibətilə təbrik edirik

Fəridə Ləmanı ad günü münasibətilə təbrik edirik

Bu gün şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, “Məhsəti” jurnalının təsisçisi və baş redaktoru, “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin qurucusu və ilk sədri Fəridə Ləmanın doğum günüdür.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Fəridə Ləmanı ad günü münasibətilə təbrik edir. Ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.
Fəridə xanımın ictimai fəaliyyəti, yaradıcılığı “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən həmişə yüksək qiymətləndirilib. 3 dekabr 2023-cü ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində Fəridə Ləmanının 70 illik yubileyi keçirilmişdir. Həmçinin Fəridə xanımın 70 illik yubileyi münasibətilə İctimai Birliyin mətbu orqanı olan “Dəli Kür” qəzetinin xüsusi jurnal buraxılışı nəşr olunmuşdur.
“Qazax” Xeyriyyə İctimai Birliyi yaranan ilk illərdən İctimai Birlikdə fəaliyyəti və 70 illik yubileyi münasibətilə Fəridə Ləman “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Xalq şairi Səməd Vurğun adına Diplomla təltif olunmuşdur.

2024-cü ildə “Qazax” Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Onu zaman seçib” poeması (həm Azərbaycan, həm də ingilis dilində) çap olunub.

Hörmətli Fəridə xanım, biz sizinlə fəxr edirik.

Müəllif və mənbə: Səbinə Yusif

FƏRİDƏ LƏMANIN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

ŞÜKRANLIQ – NEMƏTLƏRIN AÇARI

ŞÜKRANLIQ – NEMƏTLƏRIN AÇARI

Qəlb rahatlığı, dinclik və səadət, can sağlığı və xoşbəxtlik – insan üçün verilən ən böyük nemətlərdir. Bu nemətlərə şükr etmək isə alicənablığın, kamilliyin və daha gözəl nemətlərə səsləyən bir dəvət deməkdir. Saf niyyətlə yaşamaq, mənalı və qibtə ediləcək bir ömür sürmək, ruzi-bərəkətə minnətdarlıqla şükr etmək – bunlar insanın ruhani tərbiyəsinin, daxili kamilliyinin ən gözəl nümunəsidir.
Zaman keçir, gün ötür və bir göz qırpımında il də tamamlanır. Həyat dəyişir, yaşayış səviyyəsi yüksəlir, imkanlar genişlənir. Bütün bunlar biz insanlara verilmiş ilahi bir bəxşdir. Bu böyük nemətə şükr etmək isə yetkinliyin və mükəmməlliyin mühüm göstəricisidir.
Dini təlimlərə nəzər saldıqda görürük ki, istər haqq, istər nahəqq olsun, verilən nemətlərə şükr etmək, bunun ardınca gələcək mükafatlara layiq olmaq barədə çoxlu tövsiyələr vardır. “Nihayə” kitabında belə bir kəlam qeyd olunur:
“Bəndə, insanlar tərəfindən edilən yaxşılıq üçün onlara təşəkkür etməzsə, Allahın nemətlərinə etdiyi şükr də qəbul olunmaz.”
Doğrudan da, həm insaniyyət, həm də dindarlıq yolunda şükr etmək eyni dərəcədə mühümdür.
Ağbirçək nənə-babalarla söhbətlərimizdə daha yaxşı anladım ki, “Yeni Özbəkistan” bizim təsəvvürümüzdən qat-qat geniş imkanlar qapısı açmışdır. Hər sahədə yenilik, hər sahədə dəyişiklik – bütün bunlar nemətə gətirilən şükrün və daha böyük uğurlara aparan minnətdarlığın göstəricisidir.
Dövlət başçımızın uzaqgörən siyasəti xalqımızın, millətimizin və yurdumuzun gələcəyi üçündür. Prezidentimizin irəli sürdüyü əsas tələblərdən biri qadınların cəmiyyətin inkişafında layiqli yer tutması, öz bilik və bacarıqlarını tam şəkildə ortaya qoya bilməsidir. Bu məqsədlə qadınların ali təhsilə qəbulunda xüsusi kvotaların ayrılması, onların evdə boş vaxt keçirməyib sahibkarlıqla məşğul olmaları üçün imtiyazlı kredit və subsidiyaların verilməsi mühüm addımdır.
Bu gün evdə boş oturan qadın demək olar ki, yoxdur: biri oxuyur, biri çalışır, biri öz biznesini qurur, digəri isə tikiş sexində fəaliyyət göstərir. Bu ötəri dünyada verilən hər bir imkandan istifadə edib şükr etmək ən böyük səadətdir.

Nəticə olaraq demək lazımdır ki, dünyada baş verən qarışıqlıqlar, siyasi-iqtisadi böhranlar, qeyri-insani zorakılıqlar və millətlərarası gərginliklər fonunda, eləcə də bəzi bölgələrdə xalqların bir tikə çörəyə möhtac olduğu bir zamanda, biz Özbəkistandakı əmin-aman, firavan həyatımız və bolluq içindəki süfrələrimiz üçün Uca Allaha sonsuz şükr etməliyik.

Dostonbək Abdurahmanov,
“Qoş qanad” şair–yazıçılar birliyinin üzvü

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

I>Mustafa Müseyiboğlu adına kitabxana<I