www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Abidəyə bir də bu tərəfdən baxanda…

Susuz Qırğız çöllərindəki yovşanların ətrini qələmlə ağ kağıza köçürüb qoxusunu sınırlar aşırı çatdıra bilən qüdrətli əttar-yazar, obrazlarının iç dünyasının dərinliklərindən boylanan insan portretlərini canlandıra bilən mahir rəssam-yazar, Manasla “Cəmilə” arasında mənəvi körpü quran memar-yazar, İssık-Kulun göz yaşıtək dupduru sularıda üzən günəş şəfəqlərinin hərarətini Dəşti-Qıpçağın Xəzər civarlarına daşıyan rüzgarlara nəğmə qoşan akın-yazar, gırğız qopuzunun ecazkar səsinin Tyanşan əzəmətində əks-sədası nəğməkar-yazar Çingiz Ayıtmatov! Çoxdan “Ağ gəmi” nlə Xəzər adlı nəhri üzüb keçmişdin Qərb sahillərə, o “gəminin” duyğu yükündə “Köşək gözü” vardı. “Qırmızı yaylıqlı qovağım mənim”da heç qərib olmadı bu sahildə. “Ölüm kötüyü” də bəyənildi, “Gün var əsrə bərabər” də düşündürdü. Əsərlərinə təbliği, sevgini əsirgəmədi Azərbaycan xalqı. Türkün böyük oğlu deyib səni doğma Qırğıstanından kənarda ən çox biz təbliğ etdik. Dərsliklərimiz bol-bol yaradıcılığından söhbət açdı, nəşr evlərimiz əsərlərini cild-cild tirajladı. Və zaman gəldi dara düşdük, doxsanları yanvar dəhşətini yaşadıq. Yazarlarımız, ziyalılarımız dost qapısı döydü, susqunluğunu görüb dəvət göndərdi. Haqq səsimizə səs, mənəvi dəstək umduq. Cavabsız qaldı umacaqlarımız. Xocalı qətliamının fəryadı da eşidilmədi. Süküt və susqunluqla qarşılandı. Bu azmış kimi hələ bir saxta erməni əzabkeşliyi barədə dost dilindən ürəkyanğılı ifadələr də eşitdik.
20 yanvarı da, qətliamları da, torpaq itkisini də yaşadıq. Amma məğlub olmadıq, toparlandıq haqq etdiyimizi düşməndən geri aldıq. Güclü dövlət də qurduq, səsimizə səs verən dostlar da qazandıq.
Həmişə Bakıya gələndə pişvazına çıxıb qarşıladığımız kimi bu gün də baş kəndimizə gəlişini alqışlayırıq. Bu dəfə sağlığındakından fərqli çiçəkləri abidənin önünə qoyuruq. Bu abidə də qüdrətli bir nasir üçün Azərbaycan xalqının ucaltdığı töhfədir. Biz ədəbiyyata, mədəniyyətə, istedada qiymət veririk. Hətta dost olmasa belə.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün görkəmli yazıçı, ədəbiyyatşünas MİR CƏLAL PAŞAYEVİN ANADAN OLMASINDAN 116 İL ÖTÜR.

Bu gün görkəmli yazıçı,ədəbiyyatşünas MİR CƏLAL PAŞAYEVİN ANADAN OLMASINDAN 116 İL ÖTÜR.
Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə İranın Ərdəbil ostanının Əndəbil kəndində anadan olmuşdur.Mən uşaqlıqdan Mir Cəlal yaradıcılığını öyrənməyə çalışıram. “Bir gəncin manifesti”, “Gülbəsləyən qız”,”İki rəssam “,”Ləyaqət” və s. hekayələrini hamımız yaxşı tanıyırıq.
Mir Cəlal Paşayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Görkəmli ədibimizə yazdığım “MİR CƏLAL-FƏXR, QÜRUR ZİRVƏSİ” adlı məqaləm 2020-ci ildə “Kredo” qəzetində dərc olunmuşdur.Həmçinin “Mir Cəlal xatirələrdə”kitabı haqqında 12 dəqiqəlik video şərhim sosial şəbəkələrdə izləyicilərə təqdim olunmuşdur.Mir Cəlal Paşayev ev Muzeyinin rəhbəri hörmətli İradə xanım İbayevaya biz gənclərə daima mənəvi dəstək olduğuna görə dərin minnətdarlığımı bildirirəm.
Görkəmli ədibimizin xatirəsin hörmətlə yad edirəm.Allah rəhmət eləsin.Amin.
Məqaləmi bir daha nəzərinizə çatdırıram.

MİR CƏLAL-FƏXR ZİRVƏSİ
(Görkəmli yazıçımız Mir Cəlal Paşayevin işıqlı xatirəsinə həsr edirəm)

Mən Mir Cəlalı 5 yaşımdan tanıyırdım. Onun üzü mənə çox ciddi və zəhmli gəlirdi.Gözlərindəki hikməti elə o yaşlarımdan sezmişdim.Elə həmin anlardan onu çox araşdırmağa başlamışdım.Hətta 8 yaşımda ona “Mir Cəlala” adlı şeir də həsr etmişdim.Həmin şeirim “Hırdən uçmaq istəyirəm” adlı şeir kitabımda çap olunmuşdur.
Mir Cəlala
Müdrik oldu,oldu onda cah-cəlal
Ona ad verdilər gözəl Mir Cəlal.
Xeyriyyə yardımı edildi ona,
Verdilər dərin bilik Mir Cəlala.

Car çəkdi,car çəkdi əsərləriylə,
“Şeytana,böhtana inanma!”-dedi.
Özünü sevdirdi,vətənini də,
“Kasıbı-kusubu qoruyun!”-dedi.

Birdən o,cibindın qələm çıxardı,
Kağızın üstündə nə isə yazdı.
Ona çox söz dedi,”Anket Anketov”
Mir Cəlal “anket”ə milyon söz yazdı.

Dedi:”Yalana və böhtana” nifrət,
Yaxşı adamlara min dəfə hörmət,
Zavallı,yazığa olsun mərhəmət,
Özü öz sözünə o, əməl etdi.

Qəlbimdə neçə nəğmə var deyirəm,
Mir Cəlal haqqında mən söyləyirəm,
Ədibin haqqında bunu bilirəm,
O, çox nadir şəxsiyyətdir deyirəm.
01.01.2017.

İndi isə bu məqalə ilə qarşınızdayam. Bunu uğurum hesab edirəm. Çünki, arzuma çatmışam. Mənim artıq Mir Cəlal Paşayev ev muzeyi ilə əlaqəm var. Adına layiq işlər görən muzeylə əlaqəmdən çox şadam. Muzeyin gənclərin maariflənməsində və Mir Cəlalın tanınması yolunda gördüyü işlər danılmazdır.
2020-ci ildə Mir Cəlal ev muzeyi “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” hekayəsi ilə bağlı müsabiqə keçirirdi.Mən də bu müsabiqədə gənc natiqlərlə tanış oldum. Bir neçəsini isə özüm təqdim etdim.Muzey çox uğurlu bir müsabiqə həyata keçirdi və xeyli sayda uşaqlar bu müsabiqədə iştirak etdilər.Çox sevindim ki,mənim tövsiyəmlə müsabiqəyə qatılan uşaqlar müsabiqənin qalibləri oldular.
Mən isə həm muzeyə həm də müsabiqənin qaliblərinə müəllifi olduğum kitablarımı poçt vasitəsi ilə hədiyyə göndərdim.İnanın ki, çox xoşbəxtəm. 6 il əvvəl sadəcə üzündə zəhm aradığım bir şəxsiyyət barədə bu il həm məqalə yazdım, həm də kitablarımı ev-muzeyinə hədiyyə etdim.
Belə bir şəxsiyyət barədə yazmaq mənim borcumdur.
Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə İranın Ərdəbil şəhərinin Əndəbil ostanında anadan olmuşdur. Onların nəsli ağır seyid nəsli olmuşdur.
Əndəbil kəndində bu gün hava çox gözəl idi. Əndəbil hər fəsildə gözəl idi, lakin, bu fəsillərdə və bu günlərdə çox gözəl idi. Paşayevlər bu günü çox gözləmişdilər. Əndəbilin gözəldən gözəl olduğu bir günü çox gözləmişdilər. Lakin, həmin gün onlar Əndəbildən köçməli idilər. Əli kişi, xanımı, oğulları heç ayrılmaq istəmirdilər buradan. Onlar çox fikirləşirdilər,hələlik getməyi dayandırmaq istəyirdilər.Lakin, artıq gün gəlmişdi. Onlar köçməli idilər. İstəməsələr də, köçməli idilər. Çox lüzumlu idi köçmək. Onlar bu şəraitdə yaşaya bilməzdilər. Qacarlar heç də türkləri sevmirdilər. Halbuki, özləri türk idilər, Yozqatdan gəlmişdilər. Ağaməhəmmədin kini nəsildən-nəsilə keçmişdi. Qacarlar yerli türklərin hamısını Vaqif gözündə görürdülər. Halbuki, onların özləri də Vaqif sayılırdı. Yəni, Vaqifin milliyətindən olanlar. Hökumətdə xidmət edən minlərlə türklər andaman etsələr də, Qacarlar çox qəddar idilər. Firon qədər qəddar.
Ona görə də, artıq buralarda yaşamağın bir anlamı qalmamışdı. Onlar şimal barədə çox eşitmişdilər. Şimaldan qayıdan və şimala gedən tacirlər Əli kişi ilə də əlaqə saxlayırdılar.
-A kişi, ora bir aləmdir ey, aləm.
-Düz deyir a kişi, düz deyir.
-Orada hamı üçün şərait yaradırlar.
-Ruslar farslar qədər qəddar deyillər.-Yəqin ki, üçüncü tacirin diplomatik əqli yox idi.- Onlar türklərin pul qazanmasına səy göstərirlər.
-Nefti bir aləmdir ey, Əli, Hacı Zeynalabdin olarsan.
Əli isə Hacı Zeynalabdin olmaq fikrində deyildi:
-A kişilər, mən ki, Bakıda doğulmamışam. Mən doğmaca Əndəbilimdə doğulmuşam. Bura mənim üçün doğmadır. Mən buradan ayrılsam, anamdan ayrılaram. Həm də, burada da Hacı Zeynalabdin olanlar var. Özü də şimaldakından çox.
-A kişi, buradakı milyonçular farslardır, farslar!
-Şimalda da milyonçular yox e, milyarderlər ruslardır, ruslar!
-Özün bilərsən, mən dedim, mən eşitdim. Görəsən sənin qulağına nə vaxt çatacaq.
Əli kişi artıq bütün tacirlərlə razılaşırdı. Təbii ki, üçüncü tacirdən başqa. Ona görə də, bu gün şimala getməyə qərar vermişdi. Əndəbilin ən gözəl günündə kim Əndəbili tərk edər? Heç kim. Ancaq, o, tərk edirdi. Bəlkə də, şimalda cənubdan daha da gözəl günlər görəcəkdi. Nə olsun, Əndəbili o, heç hara dəyişməzdi. Dəyişə bilməzdi.
Həm də o, buradan getsə, Əndəbilin bərəkəti azalardı. Çünki, o, Seyid idi. Seyid Əli hamıya kömək edirdi. O, əlini kimin başına qoysa, həmin insan yenidən doğulardı.
Seyid Əlinin buradan getməsini heç kəs istəmirdi. Lakin, o, buradan getməliydi. Buranı tərk etməliydi.
Seyid Əli içəriyə keçdi və ölgün ruhda dedi:
-Gedirik, Xanım?
Xanım gülümsünərək dedi:
-Kişi, Mir Xəlili, Mir Vəlini bilmirəm, amma, Mir Cəlalla Mir Cəlilin çox həvəsi var. Uçmağa qanadları yoxdur bircə.
Seyid Əli Mir Cəlilə baxan kimi Mir Cəlil özünü yığışdırdı:
-Oğlanlarım ata yurdlarını istəmirmişlər, hə?
Mir Cəlal dedi:
-Xeyr, niyə ki? Atacan, sən niyə elə bilirsən ki, bizim yurdumuz Əndəbildir?
Mir Cəlil davam etdirdi:
-Qardaşım düz deyir.Bizim yurdumuz var!
İki qardaş birdən dedi:
-AZƏRBAYCAN!
Seyid Əli gülümsündü:
-Hey Maşallah! Mir Cəlil Osmanlımız olub, Mir Cəlal isə Azərbaycanımız. İkisi də əsl qardaşdılar. Atalarına iki kəlməylə böyük dərs keçdilər. Yaxşı, yaxşı, yubanmayın, hazırlaşın, təcili!
Seyid Əli Mir Cəlalla Mir Cəlilin sözünə görə çox təsirləndi və içindəki ölgünlüyü öldürdü. Təcili şəkildə Əndəbildən Gəncəyə köçdülər. Paşayevlər ailəsinin həyatında yeni fəsili yazılırdı!
Gəncəyə köçdükdən sonra 1918-ci ildə Mir Cəlalın atası vəfat edir. Çox kasıb olduqlarına görə xeyriyyə cəmiyyətinin məktəbində təhsil alır. Həmin məktəbdə Əhməd Cavad da təhsil alırdı.
1928-ci ildə Gəncə Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində müəllimlik etmişdir.O, Gədəbəydə bir çox ziyalıların üzə çıxmasına köməklik edir. Sonradan həmin ziyalılar Azərbaycan ədəbiyyatının tanınmış simalarından olurlar. Oradakı müəllimlərin arasında hamımızın yaxşı tanıdığımız Mirzə İbrahimov da olur. Mirzə İbrahimov Mir Cəlal kimi Cənubi Azərbaycandan idi. O, Sərab rayonun Evə kəndində anadan olmuşdur.
Mir Cəlal 1929-1930 -cu illərdə Gəncə şəhər 1 saylı orta məktəbində direktor vəzifəsində işləmişdir.
1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil almışdır. 1932- ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur, – “Kommunist”, “Gənc işçi” qəzetlərində işləmişdir. İlk kitabı “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxmışdır. Mir Cəlal sonra Bakıya gəlir. Burada “Bakı görüşləri” adlı xatirə kitabı yazır. Bu kitabda Gəncədəki vəziyyətlərindən də bəhs edir. Gəncədə onun bir dostu vardı. Adı Səməd Məsrur idi. Səməd Məsrur yeni-yeni və gözəl şeirlər yazaraq haqqın tərəfində olub. Onlar get-gedə dostlaşırlar və bu dostluğun adı Mir Cəlal-Səməd Vurğun dostluğu olur. Mir Cəlal “Kommunist” qəzetinə işə düzəlir. O həm oxuyur, həm də qəzetdə məqalələr yazırdı. “Kommunist” qəzetinin rəhbərliyi onun əmək haqqını ödəmədiyindən, İbrahim Eminbəyli işləri sərtləşdirdiyindən o, bir sıra çətinliklərlə üzləşir. Bu səbəbdən Mir Cəlal “Kommunist” qəzetini məhkəməyə verir. Məhkəmənin həmin işə baxan hakimi Rəsizadə soyadlı bir xanım idi. Mir Cəlal həmin məhkəməni Rəsizadənin işə ədalətli, qərəzsiz yanaşması sayəsində qazanır. O, yenidən “Kommunist” qəzetində işləmək istəmir və “Gənc İşçi” qəzetinə işə düzəlir.
İşlədiyi vaxtlarda Mir Cəlal Hüseyn Cavidlə görüşür və bu görüşdən sonra onlar arasında dostluq yaranır. Cavid əfəndi Mir Cəlala həmişə “Ağa Mir Cəlal” deyə müraciət edərmiş.Hüseyn Cavid bir dəfə Mir Cəlalı Şərq qadınları ədəbiyyatını araşdırarkən görür. Cavid ona bu işi məsləhət görmür.Hüseyn Cavid belə məsləhət görür ki, daha yaxşı mövzular seçməyə çalış.Daha çox Füzuli, Mirzə Cəlilin yaradıcılığını araşdır. Hüseyn Cavidin yönləndirməsi nəticəsində həm Füzulinin, həm də Mirzə Cəlilin poeziyasının vurğunu olur.İllər sonra yəni 1940-cınildı “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası yazır.
1937-ci il represiya tufanı dönəmində Mir Cəlal Hüseyn Cavidin evində qonaq olur və Mir Cəlal öz evinə qayıtdıqdan yarım saat sonra Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin həbs olunma xəbərini eşidir çox pis olur.Bu xəbərdən sonra o, özünə görə yox, ailəsinə görə qorxur ki, birdən o da həbs olunar və ailəsi xalq düşmənin ailəsi adı ilə sürgün olunar.
Mir Cəlal “Sağlam yollarda” adlı ilk oçerk kitabını 1932-ci ildə yazmışdır. Əslində, tam Mir Cəlalın olmayan və “Sağlam yollarda”dan əvvəl çap olunan bir kitab da var. “İlk addımlar” almanaxı. Bu almanax Gəncədə yazıb-yaratmış azərbaycanlı və digər millətlərin yazıçılarının almanaxıdır. Seyfulla Şamilov tərəfindən tərtib olunmuş bu kitabda Mir Cəlalın “Müxbir”, “Anamın vəsiyyəti” şeirlərindən başqa, Cəfər Xəndanın, Səməd Məsrurun (Səməd Vurğun) , Cəfər Xəndanın və digər şair və yazıçıların yazıları çap edilmişdir.
Mir Cəlalın həmin şeirləri bunlardır: (çox maraqlıdır ki, hekayə yox, şeirlərdir, bəlkə də, çoxu oxumayıb)
Anamın vəsiyyəti
Saralırkən 60 illik, nigaran gözləri,
Həyatdan tök gözlərini yuxarı
Qaldıraraq susmuşdu:
Son nəfəsi ilə ölərkən, bğuq səsilə,
Demişdi: Tələbə ol, tələbə…
Gir məktəbə, fəqət… unutma sən,
Qızıl saqqalında mələklər dərgah yapan,
Yaşıl şallı, allı, cəlallı Şəhid babanın
Bir çocuğusan…
Baban gedən yolu, daha qayım addımla getməlisən.

Səslər azaldı, çınqırak çaldı,
Maddiyyət gündən-günə silkələdi qafamı,
Duyaraq düşünməyə çoxaldı iştaham.
Açıldı önümdə inqilabi təsəvvürlərin lentası.
Maddiyyətlə dolu qafamın kasası,
Mənimsədim mücadiləni,
Oxudum bu müadiləni:
“Həyat daimi mübarizədir!”
İçimdə bir yürüş, yaşayışı bilməyə
Oyandı, çalxalandı, “Ayıq ol!” deyə – deyə.
Məsləyimdən eşitdim gurultulu bir xitab:
-Məfkurəvi inqilab, Məfkurəvi inqilab!
Müxbir
Əlində qızıldan bir qələmi var,
Masaya söykənib hey… yazar-pozar,
Hərdən səssiz olur, dalır, düşünür,
Hərdən çöhrəsində bir sevinc doğar.

Boş vaxtında gedər idarələrə,
Gördüyü nöqsanı yazar dəftərə,
Qızıl neştər ilə getdiyi yerə,
Tənqid odu vurub, yandırar, yaxar.

Bu ellərin var bir qəzetəçisi,
Aləmə göstərir yaxşını, pisi.
İnqilab yavrusu, sülhün pərisi,
Alnında silinməz, şanlı bir vəqar.

Ey gözəl ellərin gənc kontrolu,
Sən ki, xoşbəxt oldun, tutdun bu yolu,
Alqışlar, uğurlar sənə, nə mutlu,
Tarixə yaraşan adın var ki, var!

Mir Cəlal ikinci müstəqil kitabı olan “Boy” oçerkini isə 1935-ci ildə qələmə almışdır. O, ədəbiyyata oçerk əsərləri ilə başlayıb. Mir Cəlal “Dirilən adam” romanını 1936-cı ildə yazmışdır, lakin bu roman heç bəyənilmir və “Kommunist”qəzetində roman barədə sərt tənqidi məqalə yazırlar. O vaxt , bir qayda olaraq, “Kommunist” qəzetində tənqid olunan əsərlərin və onun müəlliflərinin “kitabı bağlanırdı”, hətta represiyaya bdlə səbəb ola bilərdi. Lakin bu ərəfədə Mir Cəlal yazıçı Mehdi Hüseynlə görüşür, Mehdi Hüseyn bu tənqidi məqalə barədə tənqidi məqalə yazır və Mir Cəlalı represiya tufanından xilas edə bilir.
1939-1945-ci illərdə baş vermiş II Dünya müharibəsi bitəndən sonra Mir Cəlal bir qrup yazıçılarla birlikdə Parisə getməyə qərar verir. Fransada onları yaxşı qarşılayırlar, deyirlər ki, siz bizi ölümün cəngindən qurtaran, xilas edən Sovetlər birliyinin yazıçılarısınız, biz sizə qayğı göstərməyə borcluyuq.
Vətənə qayıtdıqdan sonra filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyev Mir Cəlal haqqında “Müəllimlər müəllimi” adlı xatirə kitabı yazır.Mən bu kitabı oxudum və çox təsirləndim.Xalid müəllim həmin yazısında qeyd edir ki, 1969-cu ildə Ulu öndərimiz Heydər Əliyev Mərkəzi Komitəyə rəhbərlik edən vaxt Azərbaycan Dövlət Universitetinə (indiki BDU) gəlir və burada görüş keçirilir. Zalda olanların arasında Mir Cəlal Paşayev də olur. Görüşdə çıxış edənlərdən biri Mir Cəlalı sərt tənqid atəşinə tutur, ona böhtanlar atır və bildirir ki, o, sadəcə Cəlil Məmmədquluzadə ilə bağlı dissertasiya yazmağı təklif edir, sanki Azərbaycan ədəbiyyatında sadəcə bir yazıçı var ki, o da Cəlil Məmmədquluzadədir. Həmçinin xüsusilə vurğulayır ki, Mir Cəlal rəhbərlik etdiyi kafedrada qohumbazlıq edir, yaxınlarını orada işə düzəldir.Tamamilə onun haqqında haqsız fikirlər irəli sürülür.Mir Cəlal çox pis olur.Buna dözməyən Xalid Əlimirzəyev söz alaraq tribunaya qalxır və Mir Cəlalı haqlı olaraq müdafiə edir.Sonra isə digər alimlər haqqın tərəfin tutaraq Mir Cəlala iftira atılmasının qarşısını alırlar.
Yəni, onu demək istəyirəm ki, tale həmişə yaxşı insanların üzünə gülür. Eynən Mir Cəlal kimi. O, ömrünün sonuna qədər xeyirxahlıq etdi və qarşılığı da oldu.
Sözümü Mir Cəlalın idealı olan Cəlil Məmmədquluzadənin məşhur sözü ilə bitirmək istəyirəm: “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın mənası yalnız budur.”
Mir Cəlal da əməllərinə görə bizim qəlbimizdə yaşayır, o, ölməyib!
Cəddin köməyimiz olsun, Ağa Mir Cəlal!

Ehtiramla: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QAZAX RAYONUNUN GERİ QAYTARILMIŞ “AŞAĞI ƏSKİPARA” KƏND ADININ ETİMOLOGİYASI.

QAZAX RAYONUNUN GERİ QAYTARILMIŞ “AŞAĞI ƏSKİPARA” KƏND ADININ ETİMOLOGİYASI.

Bu günlərdə Ermənistanla Azərbaycan arasında razılaşmaya əsasən 1990-cı ildə ermənilər tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının 4 kəndi:Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri geri qaytarılır.
Bu kəndlərdə 1990-cı ildən qanunsuz olaraq məskunlaşdırılmış erməni əhalisi Ermənistan dövlətinin bu qərarına etiraz edərək, İrəvan-Tiflis yolunu bağlamışlar.Bu görüntülər efir və digər vasitələrlə yayımlanmışdır.
Mən bu yayımlara baxarkən arxa planda kənddə qədim alban kilsəsinin olduğunu müşahidə etdim.Məhz bu alban kilsəsi Aşağı Əskipara kəndinin adının etimologiyasının öyrənilməsində açar rolunu oynadı.
Ta qədimdən Oğuz ellərində dini inanc yerləri olan pirlər vardır.Pirlərin əski forması ağac kuitu əsasında formalaşmışdır.Bu kulta qarağac, əncir, dağdağan, çinar və s. ağaclar daxil idi.Əslində bu ağacların müqəddəs hesab edilməsi təsadüfi olmamışdır.Bu ağaclar odda yanarkən onların kösövündən od qığılcımları çıxdığından onu od tarısının rəmzi hesab etmişlər.Əslində bu ağaclar yanarkən ondan çıxan qığılcımlar çox vaxt insanların gözünə sıçrayaraq onları kor etmişdir.Məhz bu səbəbdən də müqəddəs sayılan ağacları yandırmaq qadağan edilmişdir.Hətta qəbirüstü nişanalarda da qarağacdan istifadə olunmuşdur.Bu gün işğaldan azad olunmuş Ağdamın məhşur Qarağacı qəbirsanlığının adı da qarağac ağacının qədim inancının adından yaranmışdır.Orada ən qədim qəbirlərin baş tərəfində qarağac ağacından hazırlanmış nişanə olmuşdur.
Təsvirlə yozulan iki qardaş Sarıhacı və Qarahacı adı ilə Qarağacı qəbirsanlığının adı xalq etimologiyasıdır.
Zaman keçdikcə pirlər ağac kultundan daş kultuna keçmişdir.Buna səbəb təbiət hadisələri zamanı göydən yerə düşmüş qara daşları müqəddəs hesab edilərək, onları Göy Tanrısının insanlara göndərdiyi inancı kimi qəbul edilməsi idi.Onlar bu qara daşları da ziyarət edərək dini ayinləri orada icra etmişlər.Kəbədə olan müqəddəs Qara Daş da dünyəvi dini inancın atributudur.
Hələ islamdən əvvəl Roma imperiyasının xristianlıq dinini qəbul etməsindən sonra onun idarəsində olan Azərbaycan torpaqlarında da alban kilsələri tikilmiş və onlar müqəddəs yerlər hesab edilmişdir.Ziyarətlər və dini ayinlər bu daş tikililərdə icra edilmişdir.Ta qədimdən bu kilsələr daş kilsələr kimi adlanmışdır.Zəngin tayfa başçıları, sərkərdələrin, müqəddəs hesab olunan adamların qəbirüstü türbələri də daş tikili şəklində olmuşdur.
Qədim Oğuz tayfalarının dillərində “daş” sözü “bərk” sözü kimi də işlənmişdir.”Daşlaşmış” sözü türklərdə “birikmiş” kimi də işlənməkdədir.”Bir” sözünün “daş” sözü ilə semantikası qədim insan təxəyyülünün ibtidai formasının təzahürüdür.Məhz dilimizdə sinonim sözlərin zənginliyi, çoxsaylı türk tayfaların dilindəki olan sözlərin hesabınadır.
Araşdırmadan aydın olur ki, dilimizdə olan “pir” sözü də bəzi tayfaların dilində “daş” sözünün “bərk, birk, bir” və s. sözlərinin assimlatik formasıdır.Yəni “b” səsinin “p” səsi ilə əvəzlənməsindən “bir” sözü “pir” şəklini almışdır.
O ki qaldı Qazax rayonunu “Aşağı Əskipara” kəndinin adına, sözdəki “para” sözü də yerli xalqın dialektində “pir” sözünün deformatik şəklidir.
Həqiqətən də “əskipara” sözü “qədim pir” sözündən alınmadır.
Tarixi mənbələrdən məlumdur ki, qədim dini tikililər yerli əhalinin müqəddəs sandığı pir yerləşən yerlərdə tikilmişdir.
Qazaxın “Yuxarı Əskipara” kəndinin görüntüsünü görməsəm də inanıram ki, orada da qədim alban kilsəsi mövcuddur.Qismət olar oranı da görərik.(əminəm)
P.S.Əslində toponimik adlar həmin ərazidə yaşayan (və yaxud yaşamış) ərazinin vətəndaşlıq pasportudur.1969 cu ildə Uzaq Şərqdə Çin Xalq Respublikası ilə SSRİ arasında torpaq iddiası zəminində silahlı toqquşma olmuşdur.Çinlilər iddia edirdilər ki, bu torpaqlar onlara məxsusdur.SSRİ EA-nın Dilçilik İnstitutunun mütəxəssisləri çinlilərlə görüşü zamanı sübut
etdilər ki, həmin ərazilərin toponimik yer adları orada yaşayan türkköklü xalqların dilində olan sözlərdən yaranmadır.Bununla da bu hərbi münaqişəyə son qoyulmuşdur.
Erməni ideoloqları da əllərinə imkan keçən zaman arxivlərdə saxlanılmış xəritələri saxtalaşdırıb, erməni adları ilə adlandırırlar.Hətta 30 il əvvəl işğal etdiyi “Aşağı Əskipara” kəndinin adını da “Voskepar” qoymuşlar.
Baxmayaraq ki, “Toponimika” elmi coğrafiya elminin bir sahəsidir, onun öyrənilməsi əslində dilçilik elmindən keçir.Toponimik adlar xalqın dilinin mirasıdır.Adın mənasının dilçilər tərəfindən öyrənilməməsi səbəbindən tarixi yer adları yeni adlarla əvəzlənir.Qıraqdan azmış kimi, özümüzünkülər də tariximizi özümüzə yaddaşdırırlar…

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıda abidəsi ucaldılıb.

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıda abidəsi ucaldılıb.

Abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parkda yerləşir.

Görkəmli ədibi rəhmətlə anırıq.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Allah rəhmət eləsin.

Yazarlar Jurnalınn baş redaktoru Zaur Ustac reaksiya heyəti və üzvləri adından Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, yazıçı, tərcüməçi Hacı Vahid Çəmənliyə qardaşı

Zülfüqar bəyin

vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

VAHİD ÇƏMƏNLİNİN YAZILARI

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (3)

Günlərdən Mədinə Gülgün!

(Babam İsmayıl Paydarın və güneylilərimizin ruhuna ithafən)
Mədinə Gülgün və Xəlil Rzanın söhbətlərindən:
7 iyul 1965-ci il.

Mən Bakıda doğulmuşam.1926-cı ildə.Birinci-ikinci siniflərə burada getmişəm.O günlər dumanlı bir xatirə kimi ürəyimdə yaşayır.Şors küçəsində, 13 nömrəli məktəbdə latın əlifbası ilə dərs keçmişik.Atam Nurulla Ələkbərzadə dəmiryol işçisi olub.Dəmir yolu ilə pulsuz gəzərmişik.Əslində, atam ərdəbilli idi.Biz Xətainin həmvətənləriyik.Dörd qardaş, bir ana burada qərar tutur.1936-cı ildə üç qardaşı anamla, nənəmlə birgə sürgün edirlər.Biz Pəhləvidən köçüb Ərdəbilə getmişik.İş dalınca.1941-ci ildə sovet ordusu Cənubi Azərbaycan torpağına qədəm basanda atam həbsdən azad edildi.Karxanada işləyirdim.Bizə əməkhaqqı yerinə qəpik-quruş verirdilər.Təbrizdə sovet məktəbi açıldı.İlk şeirlərimi mən “Yeni şəfəq” qəzetində çap etdirdim.
-Mədinə xanım, Təbrizlə bağlı yadınızda nələr qalıb?
-Yadımda bir roman qalıb, bir dünya qalıb.Hər iki tərəfdən su axan gözəl xiyabanlar, gözəl Ərk qalası, “Şiri-xurşid” i devirib “Milli teatr” adlandırdığımız binanın arxasından yüksələn möhtəşəm abidə, vağzalla şəhəri birləşdirən konka yolu, qızılgüllər içində alışıb-yanan “Gülüstan bağı” qalıb.Mən partiya sıralarına 1945-ci ildə keçmişəm.Adamın öz xalqı, öz dövləti olması ən böyük səadətdir.Onda irticaçılar S.C.Pişəvərinin əleyhinə təbliğat aparırdılar ki, səs çoxluğu qazanmasın.Biz var qüvvə ilə çalışıb məqsədimizə nail olduq.Pişəvəri Milli Məclisə baş vəzir seçildi, Milli hökumətin rəhbəri, Mərkəzi Komitənin sədri oldu…

Ardı var

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Coşqun XƏLİLOĞLU: – Yulğun çiçəkləri

Yulğun çiçəkləri
(hekayə)

Adətim üzrə boş vaxtlarımda yaşadığım Sahil qəsəbəsinin dəniz kənarındakı parkında gəzməyi çox sevirəm. Parkda əsasən dekorativ bəzək ağacları əkilib. Lakin burada təbii şəkildə bitən yulğuna da rast gəlinir. Yulğun kolları saysız-hesabsız ağaclar arasında itib-bataraq diqqəti o qədər də çəkmir.
Aran zonasnda doğulanlara yulğun yaxşı tanışdır. Bir zaman yulğun hər şeydən əvvəl evlərin istisi idi, ağız dadımız olan çörəyin bişirildiyi təndirdə ən çox yandırılan oduncaq idi. Yulğun mal-qaranın, qoyun-quzunun qardan, yağışdan, istidən-küləkdən daldalanacağıdır, onların qidasının tərkib hissəsidir. Bir sözlə, aran kəndlisinin həyatının ayrlmaz hissəsidir yulğun… Kürəyimi, çiynimi yağır edə-edə nə qədər yulğun şələsini daşımışam… Yulğunun saysız -hesabsız növü var. Bunlardan bir çoxu artıq Qırmızı kitaba düşüb və bu çox yaxşı haldır.
…May ayının əvvəlləri idi. Dəniz kənarında gəzdiyim zaman təxminən 50-55 yaşı olan tanış bir kişinin yulğun kolunun təzəcə açılmış, bir az ağımtıla çalan qonur-qırmızı çiçəklərini necə böyük sevgi ilə, məhəbbətlə qoxuladığının, az qala onun başına fırlandığının şahidi oldum. Ona yaxınlaşdım və salam verərək hal-əhval tutdum:

-Deyəsən, yulğun üçün darıxmısan. Yəqin təndir odununuz qurtarıb? – zarafatla soruşdum. Kişi salamımı alıb, yulğundan bir az aralanaraq mənə yaxınlaşdı. Onunla üzbəsurət gələndə nəmli baxışları diqqətimdən yayınmadı. Düşündüm ki, yəqin, ya ailəsində, ya da yaxınlarında nəsə xoşagəlməz bir hadisə baş verib. O, cib yaylığını çıxararıb gözlərini sildi və danışmağa başladı:

-Söz vaxtına çəkər. Onda da bahar idi. Hər tərəf yaşıllığa bürünmüşdü. Kür çayı burula-burula axır, çayın sahilində mal-qara, qoyun-quzu otlayırdı. Quşların civiltisi, cırcıramaların vızıltısi bir-birinə qarışaraq insanın qəlbində xoş duyğular oyadırdı. Tuğay meşəsi sanki nazlı bir gəlin kimi bəzənmişdi. Biz uşaqlar qayğısız-qayğısız oynayır, dünyanın dərdindən-sərindən xəbərsiz halda xoşbəxt günlərimizi yaşayırdıq. Birdən uşaqlardan biri qışqırdı:

-İkarus, ikarus!
Hamı, o vaxtlar bəlkə də çoxumuzun birinci dəfə gördüyü avtobusa baxdı. İkarus sürətini azaldaraq bizdən 10-15 metr aralıda dayandı. Avtobusdan təxminən qırxa yaxın sərnişin düşdü. İndiyə kimi kəndimizə turistlərin gəldiyini görən olmasa da, geyimlərindən, əl çantalarından, üz cizgilərindən onların xaricdən gələn qonaqlar olduqlarını başa düşdük. Gülümsər çöhrəli insanlar bizə yaxınlaşıb azərbaycanca salam verdilər. Əvvəlcə rus dilində, sonra da öz dillərində nəsə dedilər. Rusca sözlərin bəzisini başa düşsək də heç birimiz bu dildə danışa bilmirdik. Birdən ağlıma gəldi ki, atamı çağırım, gəlsin qonaqlarla söhbət eləsin. O, əsgərlikdə Moskvada olmuşdu, rus dilini yaxşı bilirdi. İstirahət günü olduğundan atam evdə idi. Evimiz Kür çayının lap yaxınlığında yerləşirdi. On-on beş dəqiqə keçməmiş atam bizim yanımızda idi və qonaqlarla söhbətə başlamışdı. Əcnəbilər atama suallar verir, atam da gah Kür çayına, gah kəndimizə, gah da Tuğay meşəsinə baxaraq onların suallarına cavab verirdi. Birdən turist qadınlardan biri yaxınlıqdakı yulğun topasına yaxınlaşaraq onun budağını aşağı əyib çiçəklərini qoxulamağa başladı. Üzünə qonan sevinc hissini gizlətməyərək rəfiqəsini çağırdı. Rəfiqəsi tez gəlib həmin yulğun çiçəklərini sığalladı və gülümsündü. Onlar atamdan yenə də nəsə soruşdular. Atam gülərək cavab verdi. Qonaqlar dəfinə tapmış kimi sevinərək yulğun çiçəklərindən üç-dörd böyük dəstə bağladılar. Necə də gözəl görünürdü… Sonra əllərini Kür çayında yudular, çaya xeyli vaxt tamaşa etdilər. Baxışlarından çox məmmnun olduqları duyulurdu. Gülə-gülə atama təşəkkür və bizə əl edərək maşına mindilər.
Adətən Aranda yerləşən bizim kəndimizə turistlərin, o da ola başqa ölkədən olan turistlərin, gəlməsi, bu bəlkə də nadir hadisə idi və indi də mənə həmin hadisə yuxu kimi gəlir. Amma həmin gündən əvvəllər heç bir əhəmiyyət vermədiyim yulğunu həm də çiçəklərinə görə sevdim. İndi də yulğun çiçəklərini qoxulamaqla kəndimizin ətrini duyur, Kürün səsini eşidir, anamı, atamı, uşaqlıq dostlarımı və həmin günü xatırlayıram.
Kişi sözlərini qurtardı. Xudahafizləşib ayrıldıq. Az qala bir neçə dəqiqə onun söhbətinin təsirindən çıxa bilmədim. İlk dəfə görürəmmiş kimi yulğun kollarına, onun çiçəklərinə diqqətlə baxdım. Doğrudan da yulğun kolu, onun çiçəkləri necə də gözəldir…

25.05.2012.

Müəllif: Coşqun XƏLİLOĞLU

COŞQUN XƏLİLOĞLUNUN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin bu il anadan olmasının 530 ili tamam olur.

Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin bu il anadan olmasının 530 ili tamam olur. Ruhu şad olsun.

Mövlanə Füzulinin sevdiyim qəzəllərindən biri
(Feysbuk xatırladır)

Bağə girdim, səri-kuyin anıb əfğan etdim,
Gül görüb, yadın ilə çaki-giriban etdim.

Baxuban nərgisə, əyyar gözün qıldım yad,
Nərgisi naləvü əfğanıma heyran etdim.

Qönçəvü lalə demə, dağ qarasın qoparıb,
Alü alayə sarıb səbzədə pünhan etdim.

Güli-tər üzrə düşən şəbnəmə düşdü nəzərim,
Gözümü şövqi-cəmalında dürəfşan etdim.

Bərgi-gül sanma ki, xunabə tökən dəmdə gözüm,
Neçə yaprağə ciyər qanı silib, qan etdim.

Görücək sünbülü, andım şikəni-kakilini,
Sünbülü giryəvü ahilə pərişan etdim.

Ey Füzuli, rəvişi-əql məlul etdi məni,
Səhv qıldım ki, cünun dərdinə dərman etdim.

SADƏLƏŞDİRMƏYƏ ÇALIŞMIŞAM. XƏTALARIMI MÖVLANƏ FÜZULİ VƏ SÖZ XİRİDARLARI BAĞIŞLASIN.

  1. Bağa girdim, getdiyim o küçənin başı yadıma düşdü, fəryad etməyə başladım. Gülün açıldığını, yəni köynəyini yırtdığını görüb yaxamı cırdım.

Aşiq küçənin başını gülün qönçə, buta halı ilə, ah-nalə etməsini, yaxasını cırmasını isə gülün köynəyini yırtması, yəni açması ilə müqayisə edir.

  1. Nərgiz gülünə baxanda sevdiyimin gözləri yadıma düşdü,
    Fəryad qoparan o gözlərə heyran oldum.
  2. Bunu açılmamış gül zənn etmə, üstündəki dağ qarasını qopararaq bir alaq otuna büküb yaşıllıqda xəlvət bir yerdə gizlədim.
  3. Tər gülün üstünə düşən şehə gözüm düşdü,
    Məni özünə çəkən o gözəllikdən gözlərim inci saçdı.
  4. Qanlı yaş tökən gözümü gül yarpağı sanma, çünki neçə yarpağa ürəyimin qanını silib qan elədim.
  5. Sünbülü görəndə üzünə düşən o buruq saçın yadıma düşdü. Sünbülü ağlamağımla kədərləndirdim.
  6. Füzuli, ağlımın belə olması məni şikəst elədi, yaman günə qoydu,
    Səhv elədim ki, ağlını itirmiş birinin dərdinə əlac elədim.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Esmira Günəşin Kürdəmirdə kitab təqdimtı oldu

Esmira Günəşin Kürdəmirdə kitab təqdimtı oldu

AYB-nin üzvü şairə Esmira Günəşin Kürdəmirdə 4 saylı uşaq-körpələr evində “Cəsur Qəhrəmanlar” kitabının təqdimatı keçirilib. Kürdəmirin qəhrəman şəhidlərindən Yaşar Seyidovun ad gününə təsadüf edən tədbir şəhidin xatirəsinə həsr olunub. Tədbirdə baxça müəllimləri, balaca körpələrlə yanaşı, İcra nümayəndəsi, rayon ziyalılarından “Ölümü ömür seçənlər” kitabının müəllifi Yaqut Bahadurqızı, şəhid ailələri, Kürdəmir rayon 6 saylı məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbiri baxçanın direktoru Yunusova Nahidə müəllim açıq elan etdikdən sonra Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir qonaqların çıxışları ilə davam edib. Tədbirdə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirlər səsləndirilib. Tədbirin sonunda şairə Esmira Günəş şəhid Yaşar Seyidovun həyat yoldaşına, Adəm Əliyevin anasına və məktəb müdriyyətinə kitab hədiyyə edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb. Daha sonra qonaqlar Kürdəmir şəhidlər xiyabanını ziyarət ediblər. Fotolar:

MƏNBƏ: ESMİRA GÜNƏŞ

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

ESMİRA GÜNƏŞİN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞAHLAR GÖYTÜRK: -HƏMİNKİDİR!

HƏMİNKİDİR

Sən yoxu, yoxluğu varda arama,
Ağa həminkidir, qul həminkidir.
Bu boyda qələbə çalmışıq, amma
Dəyişən zamandır, el həminkidir.

Bu dərd harda bitir, haradan çıxır?
Buradan qovursan, oradan çıxır.
Köpəklər yallanıb aradan çıxır,
Horra həminkidir, yal həminkidir.

Haqqı üstümüzdə ər oğulların,
Dəyərini bilməz, anlamaz harın.
Başını gizlədən qırqovulların
Quyruğu çöldədir, kol həminkidir.

Bilməz doğru nədir, ya yalan nədir,
Anlamaz çıxılan, azalan nədir.
Eşşək hardan bilsin, zərpalan nədir,
Üstündəki palan, çul həminkidir.

Şeytanın sözünə kim qulaq asdı?
Bir gözdə sevincdir, bir gözdə yasdır,
Yenə köhnə hamam, bir köhnə tasdır,
Fırlanır yerində, val həminkidir.

Şahlar, gözəl olur dünyanın axrı,
Getsin ürəyindən iztirab, ağrı…
Bircə yolumuz var — Turana doğru!
Ayrı yolumuz yox, yol həminkidir.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru