www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Torpaq ona səcdə edən varsa –Vətəndir!

Torpaq ona səcdə edən varsa –Vətəndir!
Və ya Vətən adam-sənə səcdə edirəm!..
Sosial şəbəkədə qarşıma çıxan bir videonun təsirindən günlərdir çıxa bilmirəm. Sevimli müəllimim, Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin erməni işğalından azad olunmuş doğma kəndi Novruzluya ilk gedişini əks etdirən videosüjetdən danışıram. Bu kiçik videomaterial vətənpərvərlik mövzusunda yazılan qalın-qalın kitablardan, çəkilən filmlərdən daha təsirli gəldi mənə. “Hardan başlanır Vətən? sualının cəcdəli cavabı kimi…
Cahangir Məmmədli 30 il erməni tapdağında qalan doğma kəndi Novruzlunun ziyarətində nə alim idi, nə müəllim, nə də ictimai xadim. Doğma yurd yeri üçün burnunun ucu göynəyən 84 yaşlı bir uşaq idi, üzünü vətən torpağına sürtüb hönkür-hönkür ağlayırdı, heç paltarlarının batması da eyninə deyildi, ötənlərini, doğmalarının ruhlarını haraylayaraq burda olduğunu bildirirdi. Cahangir müəllimin ilahi səcdədə möhürü də, təyəmmümü də Novruzlu torpağı idi, alnını ona dayamışdı, dəstəmazını bu torpaqla almışdı. Novruzlu torpağı müqəddəs qiblə idi, Kəbə idi, iki dünyanın iç-içə qovuşduğu, zaman-məkan vəhdətinin tarazlaşdığı ziyaratgah idi, ahıl çağında uca həqqin lütf edərək yaşatdığı xoşbəxtlik payı idi. Sevinirdi ki, bu gəlimli-gedimli, son ucu ölümlü dünyada, ömrünün ahıl çağında uca yaradan ona fürsət verib ata-baba yurdunu görməyə, havasını sinəsinə çəkməyə, torpağına səcdə etməyə, suyundan içməyə, xatirələrini təzələməyə.
…Sözlə nəzmə çəkə bilməyəcəyim ilahi bir mənzərə izlədim, ilahi duyğu yaşadım, səssiz, ürəkdən ağladım-özümdən ixtiyarsız. Vətənə qovuşmaq necə ilahi sehr, güc, həm də böyük xoşbəxtlik imiş! Cahangir müəllim uşaq olmuşdu, özünü, çəkiliş getdiyini, ətrafdakıları belə unutmuşdu, təkrar-təkrar kəndin ətrafına dövrə vururdu, daşları, ağacları sığallayırdı, məzar daşlarına toxunurdu, kəndliləri yanındaymış kimi onlarla danışırdı, haylayırdı, üzərində olan zəhmətə görə halallıq istəyirdi. Novruzlunu, doğma kəndi bundan artıq sevmək mümkünmü? Çətin! Hardasa oxumuşam ki, insan üçün ən əziz yer doğmalarını torpağa tapşırdığı məkandır. O məkandakı ruhlar insanı bütün ömrü boyu özünə çəkir, unutmağa qoymur. İnsan unutmaq istəsə də, ruhu axtarıb tapır, daşına, torpağına bağlanır, ora sığınır.
…Cahangir müəllimin Novruzluya qovuşmaq səadətini onunla bir bölüşən, yanında olan jurnalist həmkarım Mirşahin Ağayevə, bu görüntüləri lentə alan çəkiliş qrupuna həsəd apardım-bu ilahi görüşə şahid olduqlarına, sevinc paylarını aldıqlarına, ruhən, içən təmizləndiklərinə görə. O anlarda Mirşahin nə televizia rəhbəri idi, nə də bu xeyirxah görüşün təşkilatçısı, təşəbbüsçüsü. Cahangir müəllimin yüzlərlə tələbəsindən biri olduğunu da unutmuşdu Mirşahin. Bəlkə Cahangir müəllimin özünü də. Həmkarım öz ruh aləmində idi, gözlərini torpağa zilləmişdi, illərin həsrətlisi olan, yurdu üçün körpə kimi ağlayan insanın torpağı ilə görüşü onu da kövrətmişdi. Amma, həm də xoşbəxt etmişdi, çöhrəsindən bəlli idi. Amma bir şey mənə təəccüblü qaldı- nə üçün Mirşahin həmin anlarda Cahangir müəllimlə birgə cəcdəyə getmədi, torpağa əyilmədi? Həyəcandanmı unutdu? Axı o torpaq təkcə Novruzlu deyildi, Ağdam deyildi, bütöv Azərbaycan idi, Vətən idi, doğma yurd idi və ona cəcdəyə getmək ilahi bir BORC idi!
“Dünyada mənim üçün ən əziz torpaq olan Novruzlu kəndindəyəm. Novruzlu kəndi mənim üçün ideal bir məkandır, makro vətənimin makro bir nöqtəsidir. Burda mən özümü bu gün dünyanın ən xoşbəxt adamı hesab edirəm. Elə özümü dünyanın ən xoşbəxt insanı kimi də hiss edirəm”. Novruzluda, doğma kəndində ona olan sevgisini belə dilə gətirir Cahangir müəllim. “Bu kənd mənə çox şey verib” deyir. Dünyadan vaxtsız köçən anasının, cəhbədən qayıtmayan, üzünü heç vaxt görmədiyi atasının, əzizlərinin ruhu bu yurdun torpağına, havasına, suyuna qarışıb, hopub, daşına, qayasına həkk olunub. Cahangir müəllim üçün yurd yerinin yetimliyi valideyn yoxluğundan da ağır dərd imiş. Doğulduğu torpağın 30 ildən çox erməni tapdağında qalması yetimlik ağrısını da üstələyibmiş. “Dağ olsaydım əriyərdim, torpaq idim dayandım” deyimi sanki Novruzlu üçün deyilibmiş.
… Daşı daş üstə qalmayan, evləri viran edilən, məzarıstanı belə dağıdılan Novruzlu səcdəsinə qapanan övladına nə danışdı, uzun illərin ağrısını necə anlatdı, o da göz yaşı töküb ürəyini boşaltdımı?-bu sualların cavabını Cahangir müəllimdən elə soruşmaq istəyirəm ki. “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim”in səbəbini də…
Bu, bir yubiley yazısı deyil. Cahangir müəllimin elmi, bədii, pedaqoji fəaliyyəti haqqında o qədər yazılıb ki… Bu esse 30 ildən sonra torpağına səcdəyə gedən müəllimi haqqında keçmiş tələbəsinin duyğularının sözlə izharıdır-bu görüşün özü kimi kövrək, duyğulu.
Cahangir müəllim, “Novruzluda evlər tikilsə, ilk köçənlərdən biri mən olacağam” demisiniz. İnşallah! Qoy Novruzluda yeni evlər inşa olunsun, köç başlasın, sizə də təzə ev verilsin. Və təzə evinizdə sizi ziyarətə mən də gələcəyəm, əziz müəllimim.
Allah arzularımızı çin etsin! Amin!
Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru

Esmira İsmayılovanın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ажиб ҳислар кечар нозик кўнгилда


Саҳар гул юзига қўнаркан шабнам,
Баҳорий кайфият уйғонар дилда.
Зангор табиатнинг ҳавоси малҳам,
Ажиб ҳислар кечар нозик кўнгилда.

Атиргул ифори таралар хушбўй,
Нафосат оламин безаги бўлиб.
Булбулнинг тилида таралади куй.
Юрагим шодланар илҳомга тўлиб.

Маърифат боғининг гул хонасида,
Жам бўлиб бирлашар самовий ўйлар.
Шеърият оламин нурхонасида,
Мангуга битилар нафис туйғулар.

Қалбим ул гулшанга бўлиб маҳлиё,
Тонгда қарши олар саҳиҳ онларни.
Гўзаллик жо бўлган масканда зиё,
Мазмунли яшашга ундар жонларни.

Озарбайжон. Нафталан.
4.06.2026

Müəllif: Зуҳра Бегим

Zuhra Begim <<<< >>>> Зуҳра Бегим

Mustafa Müseyiboğlu adına kitabxana

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vaqif Hüseynov – 90

3 iyun 2026-cı il tarixdə AYB -nin NATƏVAN KLUBUNDA mərhum şair Vaqif Hüseynovun anadan olmasının 90 illiyi münasibətilə anım tədbiri keçirildi.
Tədbirdə AYB rəhbərliyi və əməkdaşları, MM- nin deputatları, alimlər, ziyalılar, yazıçı və şairlər,yubilyarın ailə üzvləri və qohumları iştirak etdilər.
Tədbiri giriş sözü ilə AYB sədrinin müavini Rəşad Məcid açdı. O tədbir iştirakçılarını salamladı,Vaqif Hüseynovun ədəbi yaradıcılığını yüksək qiymətləndirdi.
Tədbir AR MM-nin deputatı,şair,yubilyarın bacısı oğlu Elçin Mirzəbəylinin moderatorluğu ilə davam etdi.
Tədbirdə MM-nin deputatı,komitə sədri Anar İsgəndərov, tanınmış yazıçılar Hüseynbala Mirələmov və Yaşar Rzayev,AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli,MM-nin deputatları Vasif Qafarov,Elman Nəsirov və Fariz İsmayılzadə, professor İslam Qəribli, tanınmış şair Ağacəfər Həsənli, tanınmış yazıçı Nurəddin Ədiloğlu çıxış edərək yubilyarla bağlı xatirələrini, ürək sözlərini bölüşdülər.
Yubilyarın nəvəsi, Moskva Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Nigar Məsimova babası ilə bağlı arzu və istəklərini ifadə etdi.
Tədbirdə tanınmış qiraətçı Müşfiqə Baləddinqızının və təqaüdçü müəllim Nübar Abiyevanın ifasında yubilyara məxsus şeirlər alqışlarla qarşılandı.
Yubilyarın qızı Xalidə Vaqifqızı çıxıs edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Tədbir Elçin Mirzəbəylinin yekun sözü ilə başa çatdı.
Sonda xatirə şəkilləri çəkildi. Fotolar:

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<]

Könül Nuriyeva – İşsiz

İşsiz

Şair deyilsən ki, şeir yaza bilməyəndə
səni sərxoş edəcək qadın axtarasan,
sonra da içdiyin o qadınların
ayılanda adlarını tapmayasan…

Yoqa müəllimi deyilsən ki,
hər gün dərsə gecikəsən,
bəhanəni zamana tabe olmamaqla bağlayasan…
Sən heç cəbhədə dostunu itirən əsgər də deyilsən,
illər sonra onu xatırlayıb ağlayasan…

Aşbaz deyilsən, yeməklərin dadı ilə
ocağın istisini qarışdırasan,
başqalarını boyat, özünü təzə təama alışdırasan…
Gecələri də tez yatırsan,
heç olmasa bir işə yarayıb,
ayla günəşi barışdırasan…

Ata deyilsən, bir dərdin ola,
o da övlad…
Ona öyrədəsən necə qazanılır
şərəfli ad.
Bəzən uşaqlarının adını qarışdırasan…
Yaxşı ki, ata deyilsən,
çətin zamandır— hamısına verəmməzdin savad.

Sən heç bir iş bacarmayan,
anasının şikayət etdiyi adamsan.
Mənimçun birlikdə gedəcəyimiz yol,
başqaları üçün zəhlətökən dumansan…
Bu boyda şəhərdə yer tapılmır
sənə madam ki,
deməli, mənə lazımsan,
mənim qəlbimdəki kamansan…

İş taparam mən sənə:
Buludları rəngləmək gəlirmi əlindən?
insanlardan küsəndə şirin söz çıxarmı dilindən?
Məlikməmməd üçün yandırarsanmı telindən?
Hamı üz döndərəndə bu şəhərin dənizindən,
sən tutarsanmı onun biləyindən?

Bitirəndə bu işləri
bir çobanyastığı ləçəyi qopararsanmı diləyimdən?
Sənin sıxmaram ürəyini
birlikdə içərik yağış suyunu
tez öyrəşərik bir-birimizə
bir gündə tanıyaram
sənin huyunu…
Yaşadıqlarının açığını çıxmazsan ki taleyimdən?

Sonra, böyük, çox böyük işlər görərik
Hər axşam günəş batmasın deyə
qalın kəndir hörərik…
Axı adamlar kədərlənir,
nə olsun ki, arada ay bədirlənir.
Onlara lazımdır günəş
hər axşam yanğınsöndürən olarıq
dərdli qəlblərə çiləyərik atəş…

Şəhərin tənhalıq çəkdiyi gecələri salarıq tələyə,
bir sevgili taparıq gecəyə!..
Ölümü aldadarıq,
mat qoyarıq onu qurduğunuz kələyə…
Onu göndərərik gedər-gəlməzə,
ikimiz birlikdə olanda, o nə edə bilər bizə?!
Körpələrin, cavanların mərəzlərini verərik küləyə,
doyunca gülərik, rişxəng edərik xəstəliyə…
Yetim uşaqları analara verərik,
yaşanmayan uşaqlığı yenidən bələyə…
Yetimlərin adları olmur ki,
analar onlara “laylay” deyib səsləyə…

Görəsən, sənə niyə işsiz deyirdilər,
Bilmirsən, niyə?!

Müəllif: Könül Nuriyeva

Könül Nuriyevanın digər yazıları

ABBAS İLHAMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

ƏDƏBİYYAT.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

HƏQİQƏT AXTARAN ŞAİRİN QÜRBƏT DUYĞULARI – ABBAS İLHAM



HƏQİQƏT AXTARAN ŞAİRİN QÜRBƏT DUYĞULARI – ABBAS İLHAM

Poeziya hisslərin, duyğuların, insanın emosional halının, ovqatının bədii obrazlarla ifadəsidir. Amerikan şair Cek Gilbertin bir fikri həmişə məni dərindən düşündürüb. Müsahibələrinin birində o, deyir ki, poeziya həyata meydan oxumaq imkanıdır.
19 yaşında Vətəndən ayrılıb Rusiyanın Rostov, Moskva kimi böyük şəhərlərində qürbət həyatı keçirməyə məcbur olan Abbas İlham qürbət duyğularını nəzmə çəkərək həsrətə, nisgilə, xiffətə, Vətəndən, doğmalardan ayrılığa üsyan edərək, həyata meydan oxuyub. Bu gün də cəsarətlə meydan oxuyur, könül duyğularını nəzmə çevirir. O, Moskvada sehirli bir dünya yaradır – şeir dünyası. Yenə Gilbertə müraciət etsək, poeziya sehirli dünyaya yaxın olmağın ən zərif yoludur. Abbasın şeir dünyası, sehirlidir, işıqlıdır, təxəyyülü genişdir, 40 ildən çox başqa yerdə yaşasa da, milli ruhu, milli kimliyi, milli məvəvi dəyərlərə sayğısı öz yerindədir, lirik dünyası qəlbəyatandır.
Bütün istedadlı, həqiqi sözə vurulan, könül verən insanlar kimi Abbasın da özünün, sözünün, özü demişkən, “xəmiri sevgidən yoğrulub”. O, qürbətin soyuğuna, soyuqluğuna, biganəliyinə, nisgilinə, xiffətinə məhz bu sınanmış, güvənli sevgi ilə qalib gəlir, lirik düşüncələri onu heç vaxt darda qoymur. Bu sevgi notlarında önəmli obrazlar Vətəndi, xalqdı, el-obadı, elin qəhrəman övladlarıdı, vəfalı el gözəlidi.
Vətən nisğilindən yanıb-yaxılanda özünə munis çoşqun dalğalı, kövrək ləpəli Xəzəri haraylayır. Onun sızıldayan ürəyinə doğma Xəzərin şəfalı suları məlhəm olur. Nostalji duyğularla qolboyun olan “Yenə də yanılıram” şeirində Abbas “xəyal dənizi”ndə üzə-üzə uşaqlığına, gəncliyinə qayıdır:

Xəzər! Bir daha qoynuna alaydın bizi…
İlk dəfə o iki gənci alan kimi…
Utana-utana ilk dəfə biri-birini
yarıcılpaq görən,
Əl-ələ tutub, qaça-qaça,
sənə qovuşmağa can atan,
Sevgisini sənlə bölmək üçün
qoynuna atılan
o iki gənci deyirəm…
Yanar baxışlı, od nəfəsli,
şirin məhəbbətli, vüsal həvəsli…
biri-birinə dəlicəsinə vurulan
o iki “dəli”ni deyirəm…

İllər keçdikdən sonra şairin təsəllisi də qeyri-adidir, özünəməxsusdur. Yenə də ilahi sevgi, yenə də Xəzər: “Biz ancaq Xəzər dənizində üzə bilərik, axı hər ikimizin sahildə sevdiklərimiz var”.
“Aralarında ayrılıq Araz olan” iki aşiq necə də bir-birinə oxşayırlar – “biri Bakı, o biri Təbriz olur”. Bəli, sevginin qüdrətindən nə qədər yazılsa da, doğmalığın o qədər ilahi çalarları var ki. Onu ancaq həqiqi sevgililər yarada, anlaya bilər.
Abbas “sevgilisinin saçlarını darayan küləyə, sevən ürəyə, əynini isladan yağışa, onu uzaqdan-uzağa isidən Günəşə həsəd aparır”, son anda bu həsədin elə mübhəmliyini tapir ki, bu lirik tapıntı səni səndən alır:

Həsəd aparıram, gülüm, sənə də –

Əzəldən Məcnuntək bir sevənin var.
Həsəd aparasan bəlkə mənə də? –
Mənim də sənintək bir sevənim var

Lirik obraz yaradan söz adamına bəzən çox ciddi axtarış lazım olmur, söz geniş qanadlarını gərib elə bir yerəmi deyim, varlığamı deyim, qonur ki, sahibini də sehirləyir, oxucusunu da.
Abbasın bir şeirinin lirik obrazı qələmdi, bəli, qələm. Niyə bu qələm şair üçün belə dəyərlidir? Sevgilisinin hədiyyə verdiyi, qürbətdə sirdaşı olduğu qələmin yaşı otuzu ötsə də, “ağlamaqdan” gözünün yaşı qurusa da, Abbasın dərdlərinin loğmanıdır. O qələmin yazdığı “sevmə!” də “sev!”dir. O qələmlə yazılan, ürəkdən gələn ərkyana sözlər yuxular kimi “tərsinə yozulur” deyir şair.

Vərəqlər dözərdi bütün dərdlərə,
Qələmsə həsrətdən hey ağlayardı.
Boşaldıb göz yaşın pak vərəqlərə
Hər gecə qəlbimi o dağlayardı…

Abbas İlhamın elə misraları var ki, həssas oxucu onun lirik pıçıltılarına həsəd ararır. Belə “həsəd”lərdən biri:

Əsir xəzan yeli… Əsir durmadan,
Saraldır…bozardır… qoparır, gülüm.
Ömür yarpaqlarım tökülür bir-bir,
Külək qapınıza aparır, gülüm.

Təsadüfi deyil ki, Abbasla qürbət duyğularını bölüşən, soyuq, həmfikirləri çox olmayan diyarda bir-birinin ürəklərini isidən, hayan olan, Vətən həsrətini bölüşən dostu-sirdaşı, həm də söz həmkarı, şair Hikmət Muğaloğlu onu “Azərbaycanın Yesenini” kimi dəyərləndirir.
“Vətən həsrətinə çətindi dözmək” deyən şairi özü qədər anlayan çətin tapılar. Ona görə də o, “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” deyimini öz fikir süzgəcindən keçirib bizə ismarış yollayır, Vətəni tərk etməməyə çağırır, qürbətin elə anlarını önə çəkir, və bizi yüz faiz inandırır. Vətənin sol yanına, ürəyə yaxın yerə “Ana” kimi müqəddəs varlığı qoyanda bu iki kəlmənin dəyəri ikiqat artır. Ona görə də Abbasin lirik düşüncəsi inandırıcıdır. Harda Vətən ətri yoxdursa, orada yaşamaq asan deyil, həsrət çəkməkdir. Babalarımız əbəs yerə deməyiblər ki, Vətənin bircə qış günü qürbətin yüz baharından yaxşıdır.
Qürbətdə bitən bənövşəni “dərməyə əli gəlməyən, ona itaət edirmiş kimi əyilib, dizini yerə dirəyib qoxulayan şair, nədənsə, onun ətrini hiss etmir. Yox, onun ətirbilmə, dadbilmə hissi öz yerindədir. Bəs bənövşə niyə qoxusunu gizlədib? Demə, bənövşə də Abbas kimi qəribmiş, qürbət nisgili yaşadığına görə ətrini yadlara qıymır. Şair onu doğması ilə əzizləyəndən sonra bənövşə Abbasa ətrini ərmağan edir. Buna görə də bəzən Abbas lirik qəhrəmanı yalqız, bonubükük bənövşə kimi kövrəkdir:

Yadımdadır…Vətəndə
ətrin bürüyərdi aləmi…
Nə olub sənə burda?…
Qürbət eldə bəlkə sən də
qəribsən?
Qəribsən mənim kimi…
Bəlkə səni də küləklər gətirib,
o vaxt məni gətirən kimi?
Bəlkə özün burdasan,
kökün Qarabağdadır?
Güman ki, orda da
bənövşələrin ətri çəkilib…

Abbas İlham bu gün qürbətdə də məğrurdur. Çünki ərənlərimiz 44 gün ərzində düşməni torpaqlarımızdan qovdu, şanlı zəfər qazandı. Artıq biz müzəffər, qalib xalqıq. Vətənimizin hər yerində üçrəngli bayrağımız məğrur-məğrur dalğalanır:

Üçrəngli bayraqda nurlu Ayımız,
Üçrəngli bayraqda Ulduzumuz var.
Əzəldən dartılıb bizim yayımız,
İndisə sərt “Dəmir Yumruğumuz” var.

Abbas dünyanın hər işləklərini görsə də, dediyim kimi, dünyaya meydan oxuyur. Bununla belə o, mərhəmətlidi, xeyirxahdı, dərdləri bəşəridir, insanların, dünyanın dərdini çəkir. Söz adamının ən “dadlı” mənəvi qidasının dərd olduğunu desəm, heç də yeni Amerika kəşf etmərəm. Əsl şairin, ulu babamız Füzuli kimi, duyğularının dadı-duzu dərddir. Şair dərdi ilahiləşdirən fikir adamı olmasa, mənəvi övladları əbədiyaşar olmaz.
Abbasın bu misralarını oxuyandan sonra belə qənaətə gəldim ki, o, həm də sözlə peyzaj yaradan istedadlı rəssamdır. Onun şeirlərindəki lirik hisslərin rəng çalarları bunu deməyə əsas verir. Əslində sözün rəngləri ilə təbiətin rəngləri bir-biri ilə qolboyun olanda bir bütövlük yaradır. Bölünmək yaralı yerimizdir. Biz neçə yüzillərdir Vətənin də, ilahi söz mülkümüzün də bütövlüyünün həsrətindəyik.

Bahardır…
Dağların ətəyi lalə,
Sanki bu lalələr
verib əl-ələ.
Görən Günəşdənmi
rəng alıb onlar,
Yoxsa utanırlar
dağlardan belə…

Abbasın ana haqqında həzin misralarını oxuyanda Şahmar Əkbərzadənin anasının itkisinə yazdığı “laylam laylasına qovuşub daha” misrasını pıçıldadım. Abbasin şeiri də anasına laylasıdı – oğul laylası:

Anam şirin-şirin yatır, bilməyir
Bilməyir oyağam…oyaq qalardı…
Əgər bilsəydi ki, yuxum gəlməyir,
Bu gecə o mənə layla çalardı…

Nəcib Fazil Kısakürəyə görə, şeir mütləq həqiqəti axtarış işidir. Həqiqət bəzilərinin bəyənmədiyi gözəldir. Bər-bəzəkli yalandan fərqli olaraq zər-zibasız, bər-bəzəksiz gözəl, yalana vurulanların gözündə isə “eybəcər” gözəl. Abbas bax belə gözəlin axtarışındadır, ona görə də şeirlərində sünilik, pafos yoxdur. İlahi axtarışdı. Uğurlar! may 2026

Müəllif:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

ABBAS İLHAMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

ƏDƏBİYYAT.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Muratcan Hayıtov (1987)

Muratcan Hayıtov

Muratcan Hayıtov, 29 Ağustos 1987 tarihinde Özbekistan’ın Sirderya vilayeti Mirzaobod ilçesinde doğmuştur. Hâlen Cumhuriyet Maneviyat ve Maarif Merkezi Sirdaryo Vilayet Şubesi Başkanı olarak görev yapmaktadır. Gülistan Devlet Üniversitesini tamamlamiş. “Manevi Âlem” gazetesinin kurucusudur.
“Kıymetlim”, “Söyle, Kalbim…”, “Mavi Mevsim” ortak yazarlı, “Sirderya Dalgaları” ortak yazarlı, “Cennetimsin, Sirderya” ortak yazarlı eserleri yayımlanmış.
Özbekistan Yazarlar Birliği üyesidir. Ayrıca Kırgızistan ve Kazakistan yaratıcı birliklerinin üyesi olup, Özbekistan Sanatsal Yaratıcılar Birliği üyeliğine de sahiptir. Edebiyat ve kültür alanındaki hizmetleri nedeniyle “Abay” Uluslararası Madalyası ile “Gençlerin Vatanseverlik Ruhuyla Yetiştirilmesi İçin” Madalyasına layık görülmüştür. Ayrıca “Özbekistan Cumhuriyeti Anayasasının 30. Yılı” hatıra nişanı ve “Manevi Adanmış” göğüs rozeti ile ödüllendirilmiştir.
Onun öyküsünü Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öǧretmeni Hüsniddin Hayıt tercümesinden okuyacaksınız.
 
MERHAMETE SADAKAT
 
(gerçek hikâye)
 
Özbeklerin misafirperverliğini bir kuş bile anlar ve kendisine gösterilen merhamete sadakatle karşılık verir.
…Baharın son ayıydı, hava sıcaktı. Öğle vakti herkes sofra etrafında toplanmıştı. Beklenmedik bir anda pencere pervazına küçük bir serçe kondu. Selam verir gibi başını eğdi ve pencere kenarında bir o yana bir bu yana yürümeye başladı. Çocukluğuma verip “kışt” diyerek kovmak istemiştim ki, pencerenin biraz ilerisinde mindere yaslanıp çay içen babam beni azarladı.
–Neden “kışt” diyorsun? O da misafir, Allah’ın yarattığı bir canlı, dedi ve sofradaki kırıntıları toplayıp pencere pervazına döktü.
Serçe kırıntıları hızlı hızlı gagalıyor, etrafına tedirgin bakışlar atıyordu. Çünkü masanın altında gözleri parlayan ve pusuya yatmış bir kedi onu her an yakalayabilirdi…Serçe karnını doyurduktan sonra minnet ifadesi olarak başını eğip eğip, balık gibi yuvarlak gözlerini hızlı hızlı açıp kapatarak kanat çırptı ve uçup gitti.
Bu olay kısa sürede aklımdan çıktı. Bir gün pencere yine açıktı. Babam tarladan yorgun gelmişti. Astarları sökülmüş, pamuğu dışarı çıkmış ceketini pencere kenarına bıraktı. Kendisi de babaannemin uzattığı yastığa yaslandı. Gelin yengem hazırlanmış öğle yemeğini sofraya koydu. Herkes sofra etrafında toplandı. Babaannem sicak çayı bir daha kimse dökmesin diye önüne çekmişti va çayı piyaleye koyup, sonra tekrar çaydanlığa geri döküyordu. Birden bağırdı:
–Vay, vay! Şuna bakınlar!
Sonra yüzü solmaya başladı. Hepimiz önce babaanneme, sonra onun baktığı yere, babamın pamukları didiklenmiş, tarladan giyilmeden geri getirilmiş kaftanına baktık. Babam, sanki zehirli bir böceği ‘nasıl olsa öldüreceğim’ dercesine elindeki sinek öldürücüyü alıp pencereden başını uzattı. Kaftanın üzerinde, ördek yavrusunun pençesi kadar küçük bir örümcek kıpırdanıp duruyordu. Hepimiz birden bağırdık.Küçük kız kardeşim “öldürün!” –  diye yalvaran gözlerle bakarak babaannemin arkasına sığındı.
Gelin yengemin kucağındaki dört yaşındaki çocuk hiçbir şey anlamıyordu. “O “böcce” diyecek gibi gözlerini devirip inlemeye başladı. Tam o sırada babam sinek öldürücüyü alıp yerinden kalkmıştı ki, örümcek bazen zıplayarak, bazen hızlı yürüyerek, pencereden dışarıya duvarın üzerinden çıkarak, çatıya doğru tırmanarak yukarıya doğru sürünerek gitti. O çekildi.
Çatının köşesinde nöbet tutar gibi dikkatle duran serçe, böceği hızla gagalarının arasına alıp biraz sıktı ve yuttu.
Babam, pencereden dışarıya bakar halde başını evin içine çekti, nefesini toparladıktan sonra “ey hayret!” dediler, serçenin dikkatine ve cesaretine hayran kaldılar. Aslında kuşların temel avı böcekler olsa da, babam serçenın şu anki davranışından çok memnundu.”Bizden sevgi gördüğü için, zararsız bir kuşun zararlı bir böceği yok etmede bize yardım etmesi hepimizi memnun etmişti.
O zaman babam bize, iyiliğin insanı her türlü felaketten kurtardığı hakkında birçok rivayet anlatmıştı.

Müəllif: Muratcan Hayıtov
Çevirdi və təqdim etdi: Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğretmeni

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

Xoş gəldin, ŞEİR!

Xoş gəldin, ŞEİR!

Gündüz bir neçə saat yatdığım üçün gecəni ilanvuranlar təki yata bilmədim. “Facebook” sosial platformasında gəzişirdim ki, birdən qarşıma bir şeir çıxdı. Oxuyandan sonra müəllifinin səhifəsinə girib paylaşımlarını nəzərdən keçirdim. Bəli, adı Könül, soyadı isə Nuriyeva olan bu xanımın səhifəsində çox maraqlı yazılara rast gəldim. Kimliyini ədəbiyyatşünas, kitab təhlilçisi, məqalə, hekayə yazarı, ingilis və fransız dili müəllimi kimi təqdim edən Könül xanım özünü şair kimi təqdim etməsə də, onu həm də şair adlandırmaq olar. Çünki şair olmasaydı belə gözəl şeiri yaza bilməzdi, mümkün deyil. Könül xanımın haqqında bu sözləri söyləməyə məni vadar edən həmin şeiri sizə də təqdim edirəm…

İşsiz…

Şair deyilsən ki, şeir yaza bilməyəndə
səni sərxoş edəcək qadın axtarasan,
sonra da içdiyin o qadınların
ayılanda adlarını tapmayasan…

Yoqa müəllimi deyilsən ki,
hər gün dərsə gecikəsən,
bəhanəni zamana tabe olmamaqla bağlayasan…
Sən heç cəbhədə dostunu itirən əsgər də deyilsən,
illər sonra onu xatırlayıb ağlayasan…

Aşbaz deyilsən, yeməklərin dadı ilə
ocağın istisini qarışdırasan,
başqalarını boyat, özünü təzə təama alışdırasan…
Gecələri də tez yatırsan,
heç olmasa bir işə yarayıb,
ayla günəşi barışdırasan…

Ata deyilsən, bir dərdin ola,
o da övlad…
Ona öyrədəsən necə qazanılır
şərəfli ad.
Bəzən uşaqlarının adını qarışdırasan…

Yaxşı ki, ata deyilsən,
çətin zamandır— hamısına verəmməzdin savad.
Sən heç bir iş bacarmayan,
anasının şikayət etdiyi adamsan.
Mənimçun birlikdə gedəcəyimiz yol,
başqaları üçün zəhlətökən dumansan…

Bu boyda şəhərdə yer tapılmır
sənə madam ki,
deməli, mənə lazımsan,
mənim qəlbimdəki kamansan…

İş taparam mən sənə:
Buludları rəngləmək gəlirmi əlindən?
insanlardan küsəndə şirin söz çıxarmı dilindən?
Məlikməmməd üçün yandırarsanmı telindən?
Hamı üz döndərəndə bu şəhərin dənizindən,
sən tutarsanmı onun biləyindən?
Bitirəndə bu işləri
bir çobanyastığı ləçəyi qopararsanmı diləyimdən?
Sənin sıxmaram ürəyini
birlikdə içərik yağış suyunu
tez öyrəşərik bir-birimizə
bir gündə tanıyaram
sənin huyunu…

Yaşadıqlarının açığını çıxmazsan ki taleyimdən?
Sonra, böyük, çox böyük işlər görərik
Hər axşam günəş batmasın deyə
qalın kəndir hörərik…

Axı adamlar kədərlənir,
nə olsun ki, arada ay bədirlənir.
Onlara lazımdır günəş
hər axşam yanğınsöndürən olarıq
dərdli qəlblərə çiləyərik atəş
Şəhərin tənhalıq çəkdiyi gecələri salarıq tələyə,
bir sevgili taparıq gecəyə!..

Ölümü aldadarıq,
mat qoyarıq onu qurduğunuz kələyə…
Onu göndərərik gedər-gəlməzə,
ikimiz birlikdə olanda, o nə edə bilər bizə?!
Körpələrin, cavanların mərəzlərini verərik küləyə,
doyunca gülərik, rişxəng edərik xəstəliyə…

Yetim uşaqları analara verərik,
yaşanmayan uşaqlığı yenidən bələyə…
Yetimlərin adları olmur ki,
analar onlara “laylay” deyib səsləyə…
Görəsən, sənə niyə işsiz deyirdilər,
Bilmirsən, niyə?!

Könül xanıma uğurlar arzulayıram.

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac yaradıcılığıda vətənpərvərlik, milli ruh və Bütöv Azərbaycan ideologiyası

Zaur Ustac yaradıcılığının əsas sütununu vətənpərvərlik, milli ruh və Bütöv Azərbaycan ideologiyası təşkil edir. Müəllif həm lirik şeirlərində, həm də nəsr və publisistikasında vətən sevgisini sadəcə emosional hiss kimi deyil, fəal vətəndaşlıq borcu və mübarizə ruhu kimi təbliğ edir. [1, 2, 3]

Yazarın yaradıcılığında vətənpərvərlik mövzusunun əsas istiqamətləri və bədii xüsusiyyətləri aşağıdakılardır:

1. Hərbi-Vətənpərvərlik Nəsri və Uşaq Ədəbiyyatı

Zaur Ustac xüsusilə yeniyetmə və gənclərin milli ruhda böyüməsi üçün hərbi-vətənpərvərlik mövzusunda silsilə nəsr əsərləri ərsəyə gətirmişdir. Onun müəllifi olduğu populyar povest və hekayələr bunlardır: [1]

  • “Oriyentir ulduzu”: Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun xatirəsinə və qəhrəmanlığına həsr olunmuş ən məşhur povestidir. [1]
  • “Sonuncu tapşırıq”: Gənclərdə hərbi intizam və döyüş ruhu formalaşdıran əsərlərindəndir. [1]
  • “Heydər və Azad”: Milli yaddaş və vətəndaş məsuliyyəti aşılayan tərbiyəvi nəsr nümunəsidir. [1]
  • Digər əsərləri: “Sonuncu döyüş”, “Xüsusi təyinatlı” və “Sonuncu uçuş” kimi kitabları gənc nəsildə hərb sənətinə maraq və torpağa bağlılıq yaradır. [1]

2. Qarabağ Mövzusu və Şəhidlik Zirvəsi

Müəllifin həm işğal dövründə, həm də Zəfərdən sonra qələmə aldığı yazılarda Qarabağ ağrısı və qələbə sevinci geniş yer tutur. [1, 2]

  • Yurd həsrəti: İşğal illərində yazılan əsərlərində torpaq itkisinin gətirdiyi mənəvi sarsıntılar emosional şəkildə ifadə olunur.
  • Şəhidlərin tərənnümü: Müəllif şəhidləri yalnız qurban deyil, xalqın əbədi yaddaşına çevrilən müqəddəs zirvə və milli qürur mənbəyi kimi təqdim edir.
  • Milli birlik ideyası: Əsərlərində xalqın “bir yumruq” kimi birləşməsini Azərbaycanın ən böyük gücü və qələbənin rəmzi olaraq göstərir. [1, 2, 3]

3. Bütöv Azərbaycan və Tarixi Yaddaş

Zaur Ustac üçün vətən anlayışı yalnız müəyyən coğrafi sərhədlərlə məhdudlaşmır. [1, 2]

  • Mədəni irsə bağlılıq: O, vətəni Nizaminin sözü, Üzeyirin musiqisi, Vaqifin nəfəsi və şəhidlərin qanı ilə bütövləşən mənəvi bir abidə kimi təsvir edir. [1]
  • İdeoloji əhəmiyyət: Yazıçının əsərləri müasir cəmiyyətdə milli kimliyin qorunması və gələcək nəsillərə qüsur uzaq, səmimi bir dillə ötürülməsi baxımından mühüm ideoloji əhəmiyyət daşıyır. [1, 2]

Ədəbi tənqidçilər (məsələn, Vaqif İsaqoğlu, Vaqif Yusifli, Həcər Atakişiyeva, Günnur Ağayeva, Mərziyyə Nəcəfova və Elnur Qərari) onun yaradıcılığını qloballaşan dünyada milli köklərə tapınmağın və vətənpərvərlik işığını qorumağın uğurlu bir nümunəsi kimi dəyərləndirirlər. [1, 2]

  • Zaur Ustac yaradıcılığında vətənpərvərlik mövzusuMay 18, 2026 — Zaur Ustac yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında vətənpərvərlik ideyasının yaşadılması və təbliği baxımından mühüm əhəmiyyə…ERAmedia.az
  • “Həftə içi” qəzetinin N: 18 (3628) Cümə axşamı / 21 May 2026 …May 21, 2026 — “Kredo” qəzetinin ( Yazarlar.az ) N: 18 (1312) 22 may 2026-cı il sayında, səhifə 7 və 14-də Həcər xanım Atakişiyevanın “Zaur Ustac…Facebook·Zaur Ustac
  • ZAUR USTAC YARADICILIĞINDA BÜTÖV AZƏRBAYCAN …May 31, 2026 — Zaur Ustacın uşaq və yeniyetmələr üçün yazdığı hərbi vətənpərvərlik mövzusunda olan “Oriyentir ulduzu”, “Sonuncu tapşırıq”, “Heydə…Olaylar.Az

“Zabitlər” şeiri Zaur Ustacın hərbi-vətənpərvərlik lirikasının ən təsirli və xarakterik nümunələrindən biridir. Özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabit olan müəllif bu əsərdə peşə fəaliyyətini daxildən gələn bir səmimiyyətlə tərənnüm etmişdir. [1, 2, 3, 4]

Şeirin ideya-bədii xüsusiyyətləri və əsas məqamları aşağıdakılardan ibarətdir:

1. Şərəfli və Çətin Peşənin Tərənnümü

Müəllif zabit ömrünü adi bir peşə deyil, hər ürəyin duya bilməyəcəyi “həssas bir hekayə” və müqəddəs bir tale yolu kimi təqdim edir: [1, 2]

“Bu çox həssas hekayə;
Duymaz onu hər ürək.
Duymaq üçün bu qəlbi,
O yoldan keçmən gərək!” [1, 2]

2. Zabit və Vətən Eyniləşdirilməsi

Şeirin ən güclü bədii tapıntısı və ideoloji xətti “Zabit” sözünün birbaşa “Vətən” anlayışı ilə eyniləşdirilməsidir. Müəllif bəyan edir ki, bu sözün əsl lüğəvi mənası və sinonimi elə Vətənin özüdür: [1]

“Bu sözün anlamını
Bilməz hər yoldan ötən.
Bu sözün sinonimi
Gərək yazılsın Vətən!” [1]

3. Zabit Ömrünün Çətinlikləri və Təbiət Metaforaları

Əsərdə zabitlərin çiyinlərində daşıdıqları ağır məsuliyyət, qarşılaşdıqları fiziki və mənəvi çətinliklər real detallarla və bədii bənzətmələrlə təsvir olunur: [1, 2]

  • Təbiət ünsürləri: Zabit həm havanın, suyun, torpağın özü qədər zəruri bir varlıq, həm də zirvədə dalğalanan məğrur bayraq kimi uca tutulur. [1]
  • Hərbi həyatın çətinlikləri: Sərt iqlim şəraiti, şaxtalı havalar və palçıqlı çəkmələrlə yurdun keşiyini çəkmək zabit cəsarətinin göstəricisi kimi verilir: [1]

“Zabit hava, zabit su,
Zabit yol, zabit torpaq.
Zabit tənha bir ağac,
Zabit zirvədə bayraq!” [1]

“Şaxtada sınar şaxı,
Gündə çıxar cızdağı.
Palçıqlı çəkmələri
Daşıyır Yurd torpağı…” [1]

4. Gənc Nəslə Çağırış və Sədaqət Andı

Ədəbi tənqidçilərin (məsələn, Həfətəiçi qəzetində dərc olunan rəylərdə) qeyd etdiyi kimi, bu şeir sadəcə bir statusun tərənnümü deyil, eyni zamanda gələcək nəslin peşə seçiminə yönəlmiş poetik çağırışdır. Şeirdə uşaqlıq və yeniyetməlik çağlarından vətənə xidmət yolunu seçənlərin mənəvi ucalığı ön plana çəkilir: [1, 2]

“Hələ lap körpəlikdən
Uşaqlıqdan vaz keçər.
Yeniyetmə olanda
Sədaqət andı içər!” [1]

Əsər həm ritmik quruluşu (sadə, axıcı dördlüklər), həm də daşıdığı yüksək milli-mənəvi yük baxımından Azərbaycan ordusunun hərbçilərinə, xüsusən də bu şərəfli formanı daşıyan zabitlərə həsr olunmuş ən uğurlu çağdaş poeziya nümunələrindəndir. [1, 2]

Zaur Ustacın bu şeiri ilə bağlı daha çox ədəbi tənqid rəyləri ilə maraqlanırsınız, yoxsa onun digər hərbi şeirləri (məsələn, əsgər haqqında balladası) barədə öyrənmək istərdiniz? [1

  • “Qucağını geniş aç, gəlirəm, Ana torpaq!” – 525.azMay 6, 2025 — “Zabitlər” şeiri gələcək nəslin peşə seçiminə yönələn bir çağırışdır. Qeyd edim ki, bu, “Zabitlər” ismi ilə rastlaşdığım ilk şeird…525.az
  • Zaur Ustac – Zabitlər – Zəfər NewsMay 23, 2025 — Zabit hava, zabit su, Zabit yol, zabit torpaq. Zabit tənha bir ağac, Zabit zirvədə bayraq! Hələ lap körpəlikdən. Uşaqlıqdan vaz ke…zefernews.az
  • Zaur Ustac #Yazarlar #ZaurUstac #Zabit #Zabitlər – FacebookApr 28, 2026 — ZABİTLƏR Bu çox həssas hekayə; Duymaz onu hər ürək. Duymaq üçün bu qəlbi, O yoldan keçmən gərək! Bu sözün anlamını Bilməz hər yold…Facebook·Zaur Ustac

Zaur Ustacın “Əsgər haqqında ballada” (və ya “Zəfər yolunda”) əsəri hərbi-vətənpərvərlik mövzusunda lirik-psixoloji dərinliyə malik fəlsəfi bir şeirdir. 1995-ci ildə qələmə alınan bu əsər, vətən keşiyində duran əsgərin daxili təlatümlərini, yurd sevgisini və fədakarlıq hisslərini tərənnüm edir. [1, 2]

Əsərdə lirik qəhrəman öz daxili dünyası ilə dialoq quraraq, həsrət və nisgil hisslərini ifadə edir, eyni zamanda vətən naminə şəxsi rahatlığından keçən fədakar bir obraz çəkir. Şeirin kulminasiyasında, torpağa bağlılıq və müqəddəs borc hissi ön plana çıxaraq, Vətən xidmətinin hər şeydən uca olduğu vurğulanır. [1]

  • ZAUR USTAC – ƏSGƏR HAQQINDA BALLADA – ŞEİRMar 4, 2022 — ZAUR USTAC – ƏSGƏR HAQQINDA BALLADA – ŞEİR. Mart 4, 2022 www.yazarlar.az Bir şərh yazın. ZAUR USTAC. BU BELƏDİR… (Əsgər haqqında b…yazarlar.az

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<]

Tural Cəfərlinin “Elə ki darıxdın” şeirlər kitabı haqqında qeydlər

POEZİYADA FƏLSƏFİ DÜŞÜNCƏ VƏ ONUN BƏDİİ TƏCƏSSÜMÜ

(Tural Cəfərlinin “Elə ki darıxdın” şeirlər kitabı haqqında qeydlər)

     Hər bir ədəbi təhlil öncə obyektivliyini qoruyub saxlamalıdır. Bu mənada ədəbi tənqidin üzərinə böyük iş düşür. Çağdaş poeziyamızın gənc və istedadlı nümayəndəsi, şair, publisist Tural Cəfərlinin yeni çap olunmuş “Elə ki darıxdın” adlı şeirlər kitabını oxuyandan sonra ilk qeydlərimi elə müəllifin özünə bildirdim. Demədiklərimi isə oxuculara yazı ilə çatdırmaq istədim.

      Ədəbiyyat, həmçinin poeziya həyatın özüdür, yaşamın duyğularla təsviridir, hisslərin sözlə ümumiləşdirilməsidir. Tural Cəfərlinin “Elə ki darıxdın” adlı kitabında yer alan şeirləri oxuyanda təkcə poetik əhval-ruhiyyədə qalmaq olmur. Müəllifin həyata, insanlara, təbiətə olan “baxış bucağı” yenidir, fərqlidir və daha çox fəlsəfidir. Tural Cəfərlinin şeirlərində hisslərin ifadəsi sadə dillə çatdırılır, konkretlik ön plana keçir, oxucu dərin məna axtarışlarına cəlb olunur, müəllifin şeirlərində həyatı araşdırmağa, öyrənməyə  imkan tapır.

    Şair yazdıqlarından öncə yazmadıqları haqqında düşünməlidir. Bu zaman onun nə istədiyi və nə istəmədiyi daha aydın olur. Bu baxımdan müəllif nə istədiyini yaxşı bilir, oxucunun da nə istəmədiyini dəqiq anlayır. Çünki şairin yazdığı şeirlərdə oxucunun yeri və rolu çox önəmlidir. Tural Cəfərli oxucuları reallıqla qarşılaşdırmaqdan çəkinmir. Həmçinin xəyalən getdiyi yerləri oxucular üçün daha təbii və canlı təsvir etməyə çalışır:

Elə ki darıxdın, heç kimə demə,

Bir az xəyal götür, özünlə danış.

Yığıb bir araya xatirələri,

Sahildə oturub dənizlə danış.

    Tural Cəfərli çağdaş poeziyamızda “darıxmaq” anlayışına fərqli yanaşır. O, darıxmağın fəlsəfəsinə diqqət çəkmək istəyir. Şair müasir insanın darıxdığı zaman təbiətlə qarşılaşmağa, özünə üz tutmağa və beləliklə nə üçün darıxdığını anlamağına kömək edir. Özünlə danışan adam əslində həqiqətlə tanış olur. Həqiqət isə hər kəsin öz içindədir. Sadəcə olaraq içindəki dünyanı tanımaq və onu kəşf etmək lazımdır:

Danış, ürəyini boşalt beləcə,

Ləpələr dərdini yuyub-aparsın.

İçində sızlayan yaralarını

Külək yarpaq kimi bir-bir qoparsın.

    Külək və dəniz, xatirələr və yaralar, keçmiş və gələcək, inam və ümid… Tural Cəfərli küləyin, dənizin və ümidin fonunda insanı mərkəzə gətirir. Bütün baş verənlərin mərkəzində insan dayanır. Ümidin insan həyatına təsiri də şeirdə aydın görünür:

Uzaqdan əl edib özün-özünə,

Hamını bir axşam bağışla getsin.

Gözündən asılan yorğun baxışlar,

Son dəfə islanıb yağışla getsin.

    Tural Cəfərli yaradıcılığında “bağışlamaq” və “bağışlanmaq” ifadələrinə tez-tez rast gəlinir. Bu da onun həyata və dünyaya baxışını, yanaşmasını anlamaq üçün ipucu verir. Hamını bağışlamaq-bəlkə də hamıdan uzaqlaşmaqdır, yaxud hamını anlamaqdır. Uzaqlarda özünü görmək, özünə kənardan baxmaq, özünlə vidalaşa bilmək, nələrisə dəyişmək və yeni görüşlərə sahib olmaq… Və yağış… Yağışın yorğun baxışları yuyub aparması…  Şair sonuncu bənddə dünyanın faniliyini, zamanın su kimi axıb getdiyini və yaşananların bir daha olduğu kimi yaşanmayacağına işarə edir…

   Həyata bir az fəlsəfi yöndən baxsaq, ölümün nə qədər vacib və zəruri olduğunu dərk edərik. Ölüm nədir?-sualı insanı hər zaman düşündürüb. Şairləri də həmçinin Tural Cəfərli “Mən də” şeirində ölümün fəlsəfəsini belə izah edir:

Gördüm ki, ağlayan yoxdur halıma,

Başladım halıma gülməyə mən də.

Əbədi deyiləm, arxayın olun,

Dünyaya gəlmişəm ölməyə mən də.

     Bəzən halımıza ağlayanımız olmur, bu vaxt anlayırık ki, bəlkə də halımıza ağlamaq yox, elə şükr etməli, sevinməli, gülməliyik. Tural Cəfərli halına ağlayanın olmadığını görüb, halına şükr etməli olduğunu, sevinməli olduğunu bildirir. Daha sonra isə ədəbi olmadığını və bununla da həyatın faniliyini yada salmış olur. Şeirin növbəti bəndlərində həyat təcrübəsindən doğan prinsiplərə, hərəkətlərə və addımlara diqqət çəkir. Duyğunu obyektiv gerçəkliklə qarşılaşdırır, həqiqətin inikasını təsvir edir:

Dünənki qəmimi sabah bildilər,

Susdum, sükutumu bir ah bildilər.

Savab işimi də günah bildilər,

Başladım onları silməyə mən də.

     Sükütun mahiyyətinə varan şairin sonuncu bənddə oxucuya çatdırmaq istədiyi bir mesaj var: Bəzən yanlış anlaşılmaq təhlükəli deyil, ümüumiyyətlə anlaşılmamaq da olar, ancaq özünü anlamaq və özünü dinləmək daha çox önəmlidir. 

     Şair burada sükutu sadəcə susmaq kimi deyil, daxili dialoq, ruhunu dinləmək, özünə dönüş və mənəvi aydınlanma vasitəsi kimi təqdim edir. Sonuncu bənddə verilən əsas fikir budur ki, insan daim başqalarının onu anlamasını gözlədikcə öz daxilindən uzaqlaşa bilər. Cəmiyyət tərəfindən qəbul olunmaq, təsdiq edilmək və anlaşılmaq istəyi təbiidir, lakin bunlardan daha vacibi insanın özünü tanıması, hisslərini dərk etməsi və iç səsinə qulaq asmasıdır.

     Bəzən insanı hamı başa düşməyə bilər, hətta heç kim anlamaya da bilər. Amma insan özünü anlayırsa, daxili rahatlığını qoruyursa, bu daha zəruridir, daha mənalıdır.Tural Cəfərli oxucuya demək istəyir ki, həqiqi səssizlik kənardakı səs-küyün dayanması deyil, insanın öz içində dinclik tapmasıdır. Özünü dinləyən insan həm həyatı, həm də öz varlığını daha dərindən dərk edir…

     “Elə ki darıxdın” kitabında müəllifin dünyagörüşü oxucuya müəyyən istiqamətlər verir. Bu istiqamətlər həyatın müxtəlif sahələri ilə bağlıdır. Həmçinin müəllif oxucuya qarşılaşa biləcəyi çətinliklərə necə fərqli münasibət göstərə biləcəyini maraqlı tərzdə təqdim edir:

Ay mənim yoluma daş düzən adam,

Nə gözəl etmisən, daşına şükür.

Ayağım bərkidi sənin sayəndə,

Düşünən beyninə, başına şükür.

     Bu şeirdə müəllif həyatdakı maneələrə adi insanlardan fərqli rakursdan baxır. Adətən insanın yoluna daş düzən, ona əngəl törədən şəxs mənfi obraz kimi qəbul olunur. Lakin şair burada həmin maneəni nifrətlə deyil, təşəkkürlə qarşılayır. Bu yanaşma müəllifin həyat fəlsəfəsində hadisələrə müsbət yanaşmağın zəruruliyindən xəbər verir.  “Düşünən beyninə, başına şükür” deyən müəllif həm qarşı tərəfin davranışını düşündürücü hesab edir, həm də yaşananlardan nəticə çıxarmağın vacibliyini vurğulayır. Şair demək istəyir ki, hər çətinlik insanı müxtəlif formada böyüdür. Necə böyümək, yaxud da inkişaf etmək isə insanın baxış bucağından asılıdır…

Sənin sağlığına, həmin daşları,

Yığıb mən özümə ev düzəltmişəm.

Sonra nağıllarda olduğu kimi,

Səninçün qorxulu div düzəltmişəm.

     Bəzən qarşılaşdığımız çətinliklər bizi irəli aparır, daha da uğurlu edir, bəlkə də hansısa məqamda bunun fərqinə varmırıq, yaxud da hadisənin mahiyyətini varmaqda gecikirik. Müəllif oxucuya çətinliklərdən özünə rahatlıq tapmağın yolunu göstərir.

Ay mənim yoluma daş düzən adam,

Daş saxla, nə vaxtsa satarsan mənə.

Bir gün əlindəki qalan daşları

Günahsız olanda atarsan mənə.

     Şeirin sonuncu bəndində müəllif məşhur bir deyimə göndərmə edir: “İlk daşı günahsız olan atsın.” Bu göndərmə vasitəsilə şair insanın başqalarını mühakimə etməzdən əvvəl öz vicdanına və davranışlarına nəzər salmalı olduğunu xatırladır.

    Burada əsas mesaj budur ki, insanlar çox zaman öz qüsurlarını görmədən başqalarının yanlışlarını böyüdürlər. Müəllif oxucuya ədalətli, mərhəmətli və vicdanlı olmağı tövsiyə edir. Başqasını qınamaq asandır, lakin özünü dəyərləndirmək daha çətindir.

   “Elə ki darıxdın” şeirlər kitabı müəllifin on beş ildən sonra nəşr olunan ikinci şeirlər kitabıdır. Aradan ötən on beş ildə Tural Cəfərli oxucuların qarşısına özünəməxsus ədəbi düçüncəsi ilə, fərqli poetik yanaşması ilə çıxıb. İnanıram ki, müəllifin yeni kitabı ona uğur gətirəcək, oxucuların inamını və  sevgisini qazanacaqdır.

Vahid Əlioğlu

AYB-nin üzvü, şair, Prezident təqaüdçüsü

Sergey Borodin və Əliş Kərəmli

Sergey Borodinin “Dmitri Donskoy” romanındakı bədii təsvirlər və Kremlin inşasının tarixi xronologiyası iki fərqli, lakin bir-birini tamamlayan mənbə qrupundan — rəsmi tarixi salnamələrdən və müəllif təxəyyülü ilə zənginləşmiş ədəbi qaynaqlardan qaynaqlanır. [1]

Bu məlumatların real və bədii kökləri aşağıdakı mənbələrə əsaslanır:

1. Tarixi Xronologiyanın Mənbəyi: Rus Salnamələri (Letopislər)

Kremlin 1367-ci ildə taxta divarlardan ağ daş divarlarla əvəz olunması xronologiyası tamamilə real tarixi sənədlərə söykənir. Yazıçı Sergey Borodin romanı yazarkən bu arxiv sənədlərini dərindən öyrənmişdir. Əsas tarixi qaynaqlar bunlardır: [1, 2, 3]

  • “Böyük Knyaz Dmitri İvanoviçin həyatı haqqında söz” (Повесть o житии…): XIV əsrə aid bu anonim rus ədəbi-tarixi abidəsi Dmitri Donskoyun hakimiyyətini, o cümlədən Kremlin inşasını və Kulikovo döyüşünü ətraflı təsvir edir. [1]
  • Rogojkin və Voskresensk salnamələri: Bu rəsmi orta əsr dövlət qeydlərində dəqiq tarix göstərilir: 1367-ci ilin qışında, knyaz Dmitrinin əmri ilə Moskvada daş qalanın əsası qoyuldu və daşları Moskva ətrafındakı Myaçkovo kəndindən gətirməyə başladılar. [1, 2]

2. “Əliş Kərəmli” Obrazının Qaynağı: Sergey Borodinin Romanı

Tarixi salnamələrdə tikintinin xronologiyası və knyazın fəaliyyəti dəqiq əks olunsa da, “Əliş Kərəmli” adında bir azərbaycanlı memarın adı rəsmi rus dövlət sənədlərində keçmir. Bu xəttin qaynağı birbaşa Sergey Borodinin “Dmitri Donskoy” (1941) tarixi romanıdır. Yazıçı bu obrazı yaradarkən aşağıdakı amillərdən qaynaqlana bilərdi: [1, 2]

  • Şərq mədəniyyətinə bələdlik və rəmzi obraz: Sergey Borodin (əsl təxəllüsü Amir Sarqican olmuşdur) Özbəkistanda yaşamış, Şərq və İslam mədəniyyətini, eləcə də Qızıl Orda dövrü tarixini çox yaxşı bilən bir yazıçı idi. O, orta əsrlərdə rus knyazlıqları ilə Şərq dövlətləri (məsələn, Şirvanşahlar) arasındakı mədəni-ticarət əlaqələrindən ilhamlanaraq romanda belə bir güclü Şərq memarı obrazı yaratmışdır. [1, 2, 3, 4]
  • “Kreml” sözünün etimologiyası: Dilçilikdə “Kreml” sözünün mənşəyi barədə müxtəlif fərziyyələr var (məsələn, qədim rus dilində quru meşə mənasını verən “kremnik” sözü). Lakin yazıçı xalq etimologiyasına və bədii bənzetməyə əsaslanaraq, bu adı türk mənşəli “Kərəmli” nəsli və ya qalanın “kərəm” (böyük sənət, lütf) silsiləsi ilə əlaqələndirmiş, bunu bədii süjetə çevirmişdir. [1]

3. Azərbaycan Publisistikasının Qaynaqları: Şifahi Rəvayətlər və Alternativ Tarix

Azərbaycan mənbələrində (məsələn, Zaur Ustacın yaradıcılığında və publisistik məqalələrdə) Əliş Kərəmlinin 5 yanvar 1367-ci ildə Şamaxıya gələn elçilərlə getməsi, Moskvada müqavilə bağlaması və faciəvi ölümü barədə olduqca detallaşdırılmış məlumatlar yer alır. Bu detallar iki mənbədən qidalanır: [1, 2, 3]

  • Bədii təxəyyülün tarixiləşməsi: Sergey Borodinin romanındakı bədii lövhələr zaman keçdikcə oxucular və bəzi publisistlər tərəfindən “unudulmuş rəsmi tarix” kimi qəbul edilmiş və üzərinə yeni şifahi rəvayətlər əlavə olunmuşdur.
  • Alternativ tarix və məxfilik fərziyyəsi: Azərbaycan araşdırmaçılarının bir qismi iddia edir ki, rus şovinizmi və çar/sovet tarixşünaslığı müsəlman bir memarın Kremli tikməsi faktını qəbul etmədiyi üçün onun haqqındakı sənədləri arxivlərdə məhv etmiş və ya “məxfi” qrif altında gizlətmişdir. Bu səbəbdən, bu məlumatlar rəsmi elmi kitablarda deyil, daha çox xalq yaddaşında və publisistik mənbələrdə qorunub saxlanmışdır. [1]

Nəticə etibarilə; xronologiya tamamilə real orta əsr rus salnamələrinə, Əliş Kərəmli obrazı və sevgi hekayəsi isə Sergey Borodinin bədii dühasına və sonradan bu obrazı mənimsəyib inkişaf etdirən Azərbaycan ədəbi mühitinə əsaslanır. [1]

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

HACI ƏLƏKBƏR ŞƏHRİLİ

ARAZ ŞƏHRİLİNİN YAZILARI

TUNCAY ƏHRİLNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I