Əziz oxucularım,haqqında söhbət açacaģım yaradıcı gəncin poeziyasını, maraqlı çıxışlarını çoxdan izləyirdim.Onun gündən- günə inkişaf edən ədəbi ugurları məni çox sevindirirdi.Belə yaradıcı gənclərimizə olan sevgimdən onunla görüşmək istəyimi reallaşdırmaq istədim və buna nail oldum. Bu görüşdən aldıgım təəssüratlarımı sizinlə bölüşməyi lazım bildim…. —Sevindik Nəsib oglu kimdir? —Mən,Əliyev Sevindik Nəsib oģlu 26 iyul 2008- ci ildə Imişli şəhərində anadan olmuşam.Əslən Agcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənik.Hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbin 9-cu sinfində oxuyuram. –Həm də bildiyim kimi dərs əlaçısısan? –Bəli.Yazıb oxumaģa həvəsim hələ beş yaşımdan olub.Həm də kompüter proqramlarını öyrənmişəm.Bu ,sonralar mənim vikipediya vasitəsilə bir çox məlumatları toplamaģıma yardımçım olub. –-Səni ən çox hansı məlumatlar maraqlandırırdı ? –Azərbaycanımızın keçmişi,tanınmış şəxsiyyətlərimiz,sərkərdələrimiz,zənətkarlar,şair və yazıçılarımız…… –Və sən oxuyub öyrəndiklərini yazmaģa başladın…. —Bəli,elə həmin vaxtlardan kiçikhəcmli hekayələr, şeirlər yazmaģa başladım.Artıq 500-dən çox şeirim və 100-dən çox publisistik məqalələrim var. —Şeir və yazılarının əsas mövzusu hansı sahələri əhatə edir? –Əsasən Vətən,torpaq həsrəti təşkil edir. –Mətbuatda yazılàrın nə vaxtdan dərc olunur? –2015-ci ildən şeirlərim”Abşeron təhsili”,” Respublika xəbərləri”,qəzetlərində,”Söz”,”Kəpənək”,”Göy qurşagı” və s.jurnallarda dərc olunub.Milli Radiomuzun “Navalça”,televiziya kanallarımızın”Pillə”,”Çixış yolu”, “Məhəbbət nəgmələri”,”Qarabaģ Azərbaycandır” verilişlərində şeirlərim səsləndirilmişdir… –Bildiyimiz kimi, sənin yazıların Azərbaycan Milli Kitabxanasının Elektron Kataloqunda onlayn oxumaq üçün də yer almışdır.Bu haqda nə deyərdin? — Dogrudur,müəllifi olduģum 5 kitab,160 -dan çox publisistik məqalə və araşdırmalarım dediyiniz ünvanda yer alıb. –Sevindik,yəqin ki ,bu yaşda qazandıģın ugurların öz qiymətini, dəyərini də almamış deyil….. —Mən dəfələrlə müxtəlif tədbirlərin iştirakçısı və mükafatçısı olmuşam. Bele ki, Abşeron rayon Təhsil Şöbəsinin keçirdiyi ictimai- kütləvi tədbirlərdə çıxışlar etmış,məktəb tərəfindən çoxsaylı tərifnamə və diplomlarla təltif olunmuşam. 2017 – ci ildə “Həqiqət” Tarixi Araşdiırmalar Ictimai Birliyinin “Gənc Istedad”fəxri diplomuna,2019 -cu ildə”Asiya–fakt”Informasiya Agentliyinin” Sizi tanıyaq” layihəsində iştirakıma görə.uşaqlar arasında” Ən yaxşı yazar”diplomuna və “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad”diplomuna layiq ģörülmüşəm. Belə ki,”Zəfərin nişanəsi”adlı şeirim l yerə layiq görülərək Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılmışam –“”Sənə Zəfər yaraşır”müsabiqəsində də iştirak etmiş olarsan…. –Bəli,həmin məqaləm Respublika UGIM üzvləri arasında lll yerə layiq ģörüldü….Bu qədər saysız hesabsız təltifllər, mükafatlar səndə arxayınçılıq yaratmadı ki? –Əksinə, mən öz üzərimdə daha məsuliyyətlə çalışmaģa başladım… 2018-ci ildə”Dünyamsan Azərbaycan”və “Hərdən ucmaw istəyirəm” adlı şeirlər kitablarım,2020 -ci ildə”Ulu Naxçıvanım”adlı publisistik,”Könüllərə yol gəzirəm” adli şeir kitablarım və şəhidlətimizə həsr olunmuş ” Möhtəşəm Zəfərin Nişanəsi”(2021) adlı kitabım nəşr edilmişdir. –Sən həm də”Kredo” qəzetinin redaksiya heyətinin üzvü olmaqla,ən gənc ictimai müxbirisən. Məncə,2019-cu ildən bu qəzetin üzvü,2021 -ci ildən AJB-nin də üzvüsən… —Sevindik ,mənə məlumdur ki,sən Vətən müharibəsi qurtarandan bu günə kimi vikipediyada565 şəhidimiz haqqında səhifə açaraq ,şəhidlərimiz qarşısında mənəvi borcunu yerinə yetirməklə onların ailələrinə dəstək olmusan.Onların təskinlik tapmalarına nail olduguna görə özünü xoşbəxt hesab etmisən…. –Əlbəttə,44 gün davam edib möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsinin ilk anlarından başladıgım və 11 aya yazdıgım kitabda işgaldan azad edilmiş,kəndlərimizə, şəhərllərimizə,yaşayış məntəqələrimizə,qəhrəman şəhidlərimizə,müzəffər Azərbaycan əsgərinə,qazi və mərd,qeyrətli döyüşçülərìmiz barədə şeirlər, məqalələr yazmaqla kütləvi tədbirlərdə bu mövzularda söylədiyim nitqləri ,şəhidlərimiz barədə vikipediyada acdıgım səhifələri müqəddəs Zəfərimizin ildönümündə – 2021-ci ildə”Möhtəşəm Zəfərin Nişanəsi”adı ilə 1 cild,708 səhifə olmaqla kitab halında çap etdirmişəm.Bu kitabı Şəhidlərimizin müqəddəs ruhuna hədiyyə olaraq respublikamuzin 60-dan çox rayonundakı şəhid ünvanlarına göndərmişəm. Söhbət əsnasinda masanın üzərindəki yazılar diqqətimi cəlb etdi.. –Bunlar həmin kitabımın – 2ci cildinin davamıdır, -dedi …bu günkü qəhrəmanım —Sevindik,sənin ədəbi-bədii yaradıcıllıq ugurlarını müntəzəm izlədiyimə görə səninlə görüşmək mənim üçün maraqlı idi.Və bu kitabının yüksək səviyyədə keçirilən təqdimatlarını sosial şəbəkələrdə izləmişəm…..
—Bu il Bakıda bəmin kitabımın təqdimatı F.b.Köçərli adına kitabxanada,Yasamal rayon müharibə veteranları birliyində,bölgələrin 7 rayonunun sakinlərinin iştirakı ilə Şəki şəhərində H.Əliyev mərkəzində şəhid ailələrinin və məktəbli gənclərin iştirakı ilə keçirildi.Təqdimatda respublikamızın tanınmış alimləri, şəhid valideynləri öz gözəl fikirllərini söyləmişlər…. —Sevindik sənin bitib tükənməyən ugurların hem bir müəllim kimi,həm bir jurnalist kimi,həm də bir sosial şəbəkələrin izləyicisi kimi məni ürəkdən sevindirir.Sən və sənin kimi bir neçə yaradicı gənc var ki,sizinlə fəxr edir və qürur hissi keçirirəm.(Guman ki, onlar haqda da növbəti yazılarim olacaq…)Bütün ugurlarında şübhəsiz ki, valideynlərinin də rolu böyükdür. Onlar haqda məlumat verə bilərsən ? –Atam Əliyev Nəsib Salah oglu qeyd etdiyim kimi, Agcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur.ADU- nun hüquq fakultəsini bitirib .Uzun müddət daxili işlər orqanlarında çalişmışdır.Qarabag müharibəsi veterani istefada olan polkovnikdir.Hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Anam-Həsənova Vüsalə Saleh qızı Xocavənd rayonunun Muganlı kəndində anadan olmuşdùr tibb işçisidir…. Bacim Tərlan da ADU- nun hüqüq fakultesini bitirib…. Imtahanlarını müvəffəqiyyətlə verib, vakant yer olmadığından hazirda isləmir –Ot kökü üstə bitər demiş babalar..Indi qətiyyətlə demək olar ki,istedadin geni məlum!!Atanın peşəsi ,Tərlanın da atanın yolunun davamçisi olması senin mövqeyinin istiqamətini aydınlaşdırdı… –Gələcəkdə şübhəsiz ki, ədəbi yaradıcılığınla yanaşi hansi sahəni seçməyi arzulayirsan?
–Ən böyük arzum diplomat olmaqdir… Nəhayət,gələcəyin diplomatı olacaq gənc yazarımla müsahibəmi bitirirem…… –Sənə bütün istəklərinə çatmaqda yeni-yeni ugurlar arzulamaqla diplomat kimi növbəti görüşümüzədək sagollaşıram…
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.
Qurban olum qayıt, gəl Səni sevirəm hələ… Boş – boşuna dalaşıb Saf – çürüklük eləmə…. Mən həminki mənəm elə, Dur gəl, çayın soyuyub Dur gəl, təzə dəmləyim, Gecə səhərə kimi Danış, səni dinləyim. Uşaqlıqdan bu yana Nələr yaşamısan de, Mən də elə belə də… Günü günə satıram. Bir gözüm saatdadır, Bir gözüm də qapıda Bax elə indicə Bax elə bu saatca Gələcəksən, bilirəm… Bircə dəfə zəng etsən Nömrəm də həminkidir. Deyəsən ki, nə alım? Aç qapını gəlirəm… Vallah qapım da açıq Hərdən külək də döyür Elə bilirəm sənsən… Bəs yaxşı, denən görüm, Mən öləndə gələrsən?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli sənətkar, humanist ideallar çarçısı, böyük söz ustadı, pedaqoji fikrin inkişafında müstəsna rolu olan Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünün qeyd olunması ilə bağlı 24 sentyabr 2022-ci ildə Sərəncam imzalamışdır.
Vətən, vətənə sevgi, vətənə bağlı olmaq ideyası Hüseyn Cavidin həyatı və yaradıcılığında böyük önəm kəsb etmişdir. Vətənpərvər şair H.Cavid özünün məslək eşqinə, əqidəsinə müvafiq bütün həyatı və yaradıcılığı boyu izlədiyi vətənpərvərlik ideyasını yeni forma, yeni məzmunla ifadə etmişdir. O, vətənpərvərlik haqqında söylənilən fikirləri daha da zənginləşdirmiş, sözün əsl mənasında onu ən yüksək mərhələyə qaldırmışdır. Hüseyn Cavidin vətənpərvərlik ideyası demokratizm nöqteyi-nəzərindən də düzgün istiqamətləndirilmişdir. Çünki o, həmişə ictimai mübarizədə məhkum siniflərin tərəfində olmuş, onda zəhmətkeş siniflərə dərin rəğbət, vətənin mütərəqqi qüvvələrinə böyük inam, başqa xalqların mədəni nailiyyətlərini yüksək qiymətləndirməklə yanaşı, istismarçılara, hakim siniflərə qarşı dərin nifrət hissi çox qüvvətli olmuşdur. Bu keyfiyyətlər arzu və ideallarının sinfi səciyyəsini müəyyənləşdirməkdə, vətənpərvərlik ideyasını aydınlaşdırmaqda rəhbər rol oynayan demokratizm təliminə uyğundur. Hüseyn Cavidin vətənpərvər qayəli əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təhlili sübut edir ki, onun vətənpərvərlik ideyaları zorakılığa, istismara, ədalətsizliyə, cəhalətə, nadanlığa qarşı çevrilmiş, doğma vətənin, xalqının taleyi və həyatı ilə bağlı olan, sinfi səciyyə etibarilə mütərəqqi məna daşıyan həqiqi vətənpərvər duyğulardır. H.Cavidin 1907 və 1917-ci illərdə «Vətən» mövzusuna müraciət etməsi məhz dövrün ictimai-siyasi hadisələri ilə bağlı idi. Bu şeir və əsərlərin mətbuatda dərc edilməsi («Füyuzat», «Açıq söz», «Qardaş köməyi» və s.) onu sübut edir ki, şair-müəllim gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük əhəmiyyət vermişdir. Onun vətənpərvərlik hissləri aşılayan əsərlərinin tədqiqi göstərir ki, vətənpərvərlik H.Cavidə görə gənc nəslin Vətənin tərəqqisinə, səadətinə, onun əməkçi insanlarına, dilinə, mədəniyyətinə şüurlu sədaqət və məhəbbət, əgər lazım gələrsə canını belə vətən uğrunda əsirgəməmək ruhunda tərbiyə olunmasından ibarətdir. Lakin o, əsərlərində sadəcə tərənnüm yolu ilə getməmiş, bu müqəddəs hissin mahiyyətini araşdırmaq, gənc nəslə çatdırmaq imkanlarını göstərmişdir. Odur ki, qarşıya belə bir təbii sual çıxır: Bəs H.Cavid vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması işində hansı metodlardan istifadə etmişdir? H.Cavidin vətənpərvər ruhlu əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təhlili xalq şairinin vətənpərvərlik hissləri aşılayacaq əsərlər qarşısında qoyduğu müasir tələblərə tamamilə uyğun gəldiyini sübut edir.
Gülüşür pəmbə, al, bəyaz güllər,
Ötüşür hər tərəfdə bülbüllər.
Ninni söylər küçük sular xəndan,
Görünür hər tərəfdə bir orman.
Qarlı, qartallı bir yığın dağlar,
Ta uzaqlarda bəmbəyaz parlar.
…Burda qızğın günəş də pək munis
Gecələr büsbütün nədimeyi-hiss…
Hələ Kür nəhri başqa bir aləm!
Gecə mehtabə qarşı pək həmdəm
Yaxud:
Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən
misraları ilə başlayan şeirlərdə odlar diyarı Azərbaycan özünün zəngin təbiəti, dumduru, göz yaşı kimi axan sərin bulaqları, qövsi-qüzeh, otları, çiçəkləri, gülləri, ağacları, nəhrlər, hətta kiçik suları, gözəl ormanları, əməksevər insanları ilə hər bir yeniyetmə və yaşlı oxucunun gözü qarşısında canlanır. H.Cavidin «Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə» şeiri gənclərin pedaqoji prinsipə əsaslanan vətənpərvərlik tərbiyəsinə xidmətin bariz nümunəsidir. Şair bu şeirdə hər bir namuslu şəxsi öz vətənini sevməyə, onu qorumağa çağırır:
Mayeyi-iftixarı ər kişinin
Vətən uğrunda bəzli-himmətdir.
Lafə baqmazlar, iştə hər kişinin
İşi ayinəsində müsbətdir.
Qeyrət istər ki, can nisar edəlim,
Mədəniyyətlə iftixar edəlim.
Cavid o zamankı vəziyyəti Azərbaycan üçün dözülməz sayırdı. O, vətən övladlarını ana vətənin tərəqqisi uğrunda çalışmağa, vüsət tapmağa dəvət edir. Vətənin mədəni, ictimai-siyasi inkişafdan geridə qalması (XIX əsrin axırları – XX əsrin əvvəlləri) və Azərbaycan xalqının məhkum bir millət halına düşməsini şair ağır dərd kimi qarşılayırdı. Vətən onun nəzərində «zəvalə uğramış», «böyük bəlalara düçar olmuş», «ayaq altında payimal olmuş», «dərmansız dərdə giriftar olmuş» kimi görünürdü. Əlbəttə, H.Cavidin «zavallı vətən» deməsi rus imperiyasının Azərbaycanda amansız surətdə apardığı mənfur milli siyasətdən doğurdu. Ümumiyyətlə, bütün türk qövmünə qarşı Rusiya imperiyası pis nəzərlə baxır və «istər çeçen, istər tatar, hər ikisi bir şeytandır. Hər ikisini də yer üzündən silmək gərəkdir. Tatar, türk, pers, çeçen və s. gərəksiz zir-zibillərin əlindən biz rus milləti çox qanlar udmuşuq. İndi böyük Rusiyada onlardan ötrü yer yoxdur» – deyirdi. Buna rəğmən məktəblərimizin vəziyyəti olduqca ağır idi. Azərbaycanın hər bir guşəsində fəaliyyət göstərən milli məktəblərimiz ya qapadılır, ya da adı dəyişdirilərək «Rus-tatar» məktəbi adı altında təsis edilirdi. H.Cavid bu acınacaqlı vəziyyətdən bəhs edərək yazırdı: «Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə arş irəli!.. Hərəkət etməyə başladı. Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi. Hər addım başında məşhur Napolyonun (dünyada olmaz-olmaz) düsturi-cəsuranəsi sərməşq (nümunə, örnək – K.C.) ittixaz (qəbul etmə, dərk etmə – K.C.) edilmişdi. Öyrənmək, bilmək, dev adamları ilə irəliləmək, əfkari (fikirlər – K.C.) milliyəyi aydınlatmaq ən birinci məqsəd sayılırdı. Bu hal beş-altı il qədər davam etdi. Sonra zavallı Sidqi getdi (ölümünə işarədir – K.C.), məktəbin məktəbliyi də onunla bərabər bitdi. Sonra nə oldu… Məktəb qapandımı? Xeyr, qapanmadı… Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu ruhu oxşar idi, insanı məşğul edərdi. Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu. Məktəbdə əvvəldən hökumət barmağı var idi (rus imperiyası nəzərdə tutulur – K.C.). Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavall sönər-sönməz istibdadın qara bulutları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün dəyişdi. Nəhayət işin sonu bir heçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxanə da fərağətxanəyə təbdil etdi». H.Cavid vətənin bu dözülməz hala salındığını görərək:
Bana gəl! Gəl bana, zavallı vətən!
Hiç unutmam səni bu halilə bən – deyirdi.
H.Cavid qeyd edir ki, hər bir vətənpərvər şəxs vətənin, xalqın azad, xoş gələcəyi uğrunda fəal, ciddi mübarizə aparmalıdır. Onun məqsədi məhz vətən övladlarından vətəni, xalqı müdafiə edən mərd, mübariz vətənpərvər yetişdirmək idi. Cavid qeyd edir ki, vətənimizə göz tikənlərə layiqincə cavab verən igid, qəhrəman mübariz oğullar az deyil. O, «Səyavuş» əsərində yazırdı:
Yurdumuzu çignəyən
Sayğısız hər kim olsa.
İnan ki, çoq sürmədən,
Diz çökəcək qarşıda.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil;
Saldırıcı, hünərvər
Mərd oğullar az deyil.
Bütün şüurlu fəaliyyətini ədəbi yaradıcılığa, şeirə, sənətə, maarifə, məktəbə, təlim və tərbiyəyə həsr edən yüksək amallar sahibi H.Cavid istər doğma vətənində, istərsə də onun hüdudlarından kənarda olsa belə, doğma yurdunu ana kimi, ata kimi sevmiş, onun nəfəsiylə, oduyla isinmişdir. Şair vətən övladlarına deyir ki, «bu vətən bir sevimli validədir». Hələ vətənimiz Azərbaycanda ulduz parlayanda, Qərb əhli cahillik dövrü keçirirdi. Bəs, necə oldu ki, indi Azərbaycan tənəzzülə uğradı!?
Ey vətən!Səndə parlayanda ziya
Büsbütün əhli-qərb cahilimiş.
Ştmdi bulmuş vüqu əksi-qəza,
Əcəba bu nasıl təqafilimiş?
Kim təsəvvür edərsə bu hali,
Varlığı hissdən olur xali.
H.Cavid bunun səbəbini nankor övladlarda, biganə, əhlikef ziyayılarda görərək bədbinləşirdi. Lakin gələcəyə nikbin gözlə baxan şair vətənin xoşbəxt sabahına inanır və bu inamını belə ifadə edirdi:
Hər şita bir baharı mevcib olur,
Vardır əmniyyətim bu hala bənim,
Yenə onlar ən əski halı bulur,
Heç maraq etmə, nazənin vətənim.
Vətəni sonsuz məhəbbətlə sevən, vətən eşqiylə alovlanan H.Cavid onun sevincini öz sevinci, kədərini öz kədəri bilirdi. Hələ yaradıcılığının ilk çağlarında «Salik» təxəllüsü ilə yazdığı bir qəzəlində vətənə olan odlu məhəbbətini, alovlu sevgisini poetik dildə belə izhar edirdi:
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.
Vətən, vətən deyərək hər diyara səs salıram.
Düşərmi bircə dilimdən mənim məqali-vətən?
Əgər sual edələr Salikin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub məali-vətən.
H.Cavid qabaqcıl maarif xadimi kimi, xalqın maariflənməsi, cəhalətdən xilas olması yollarını gənc nəsildə görür və gənclərdə axtararaq «Topal Teymur» əsərində fateh Teymurun dilindən xitabən qeyd edirdi: «Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda məmləkətimiz aslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaratmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız heç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım, gələcək üçün bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər üçün birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək… ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir». Bütün böyük sənətkarlar kimi, H.Cavid üçün də həqiqətin ancaq bircə mənası vardır ki, bu da öz doğma xalqını azad, xoşbəxt və mədəni görmək, vətənə xidmət etmək arzusudur. Cavidin romantik qəlbi nəcib əməllərlə döyünürdü. Şair «ayaq altında pamal olmuş» vətənin dərdlərinə acıyır, dəhşətə gəlib belə fəryad qoparırdı:
Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər… Dəyişdi zaman;
… Çoq əzildin, yetər, ər oğlu, ər ol!
Çırpınıb çareyi-xilas ara, bul!
Şair bu imtahanın uzaqda olmadığını görür və inanırdı ki, hər hansı bir yenilməz qüvvə meydana atılıb həyatda hökm sürən rəzalətlərə son qoyacaqdır.
Ey şanlı əmək ordusu, ey şanlı mübariz!
Çoqlar səni zənn etsə də aciz,
Sən yüksələcək, parlayacaq, parladacaqsın,
Hər qütbə şətarət qatacaqsın.
Hüseyn Cavidin əsərləri orta və ali məktəblərdə tədris edilir. Orta məktəbin təkmilləşdirilmiş proqramlarında onun əsərlərinin geniş yer tutması da vətənpərvər şairin yaradıcılığına verilən yüksək qiymətdir.
Fikrimizi Hüseyn Cavid irsinin əbədi var olmasında tək səbəbkar ümumilli lider Heydər Əliyevin fikri ilə tamamlamaq istəyirik. Ulu öndər Heydər Əliyev Hüseyn Cavid və Cavid irsi ilə bağlı belə deyirdi: «Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur».
Soyuq qış axşamı idi. Roterdam şəhərinə ağ-appaq qar yorğan kimi örtülmüşdü. Soyuqdan paltosuna bürünən Sorel Yakov depressiv halda evə qayıdırdı. Qulağında airpods, əlində siqaret ağlaya-ağlaya evə gedən Sorel istədiyi qız Lusianı düşünürdü. O, bütün yaradıcılığını Lusiaya həsr etmiş, ədəbiyyatın bütün növ, janr, vəzn və cərəyanlarında şeirlər yazmışdır. Sorel özü deyirdi ki, “fəlsəfənin mərkəzində insan dayanır və bütün fəlsəfi cərəyanlar o insanın problematikası üstündə cərəyan edir, mənim fəlsəfəmin mərkəzində isə Lusia dayanırdı”. Lakin, Lusiya Soreli sevmir, sevməməklə yanaşı onu insan yerinə qoyub, saymırdı. Roterdam universitetində Yakov Sorel şair kimi tanınırdı, Lusianın gözündə isə heçkim idi.
Evinə çatan Sorel bir stəkan kofe dəmlədi və kofe içə-içə şeir yazmağa başladı. Yazdığı şeir əruz vəzninin vafir bəhrində olduğu üçün 5 saat onun üstündə işlədi,lakin sonuncu bəndi tamamlaya bilmədi. Həm ruh düşkünlüyü, həm zehni yorğunluqdan əziyyət çəkən gənc şair elə stolun üstündə də yuxuya getdi. Yuxuda olan zaman gözünün önünə mefistofel gəldi və Sorelin əlini qandalladı. Sorel mefistofeli görən kimi tanıdı. Dedi ki, sən Doktor Faustla görüşən mefistofel deyilsənmi ey şeytan?!
Mefistofel Sorel Yakovun üzünə dərin baxışlarla baxdı və “Bəli” cavabını verdi. Ardınca dedi ki, “Sorel sən öz ruhunu Lusiyaya görə məhv etmisən, səni ilahi fəlsəfə və ədəbiyyat məhkəməsinə aparıram orda sən mühakimə olunmalısam!” Sorel səssiz qaldı, heçbir şey demədi. Bir müddət sonra məhkəməyə gəldilər. Məhkəmə Renessans ədəbiyyatının mərkəzi Florensiya şəhərində idi. Və məhkəmənin hakimi Şah İsmayıl Xətayi, köməkçiləri isə Viliyam Şekspir və Hafiz Şirazi idi. Məhkəmə zalında isə həm şərq intibahı həm qərb renesansının ədibləri eyni zamanda fəlsəfi cərəyanların ataları əyləşmişdilər. Bunlardan ən önəmlisi Cəlaləddin Rumi, Soren Kyerkeqor, Aristotel, Konfutsi və.s dahilər var idi. Məhkəmə başladı.
Hafiz Şirazi ayağa qalxdı və söylədi :
Müddəhim bildiyimiz kimi gənc şairdir və rəngarəng şeirlər yazıb, yaradır, lakin o öz şeirlərini Tanrıya deyil, öz istədiyi qıza edir. Söz yox kimə vəsf edir, etsin. Lakin, onun sevdiyi qız onu sevmir. Məhz bitərəf məhəbbətə görə iztirab çəkib, şeir yazmaq dəyməz. Təklif edirəm ki, Sorelin əlindən şairlik məqamını alaq!
Hafizin çıxışından sonra Şekspir danışmağa başlayır. O, söyləyir ki, Sorelin əlindən şairlik məqamını almaq lazım deyil, lakin sevgi bucağını dəyişmək lazımdır. Getsin daşı- divarı sevsin, lakin Lusiadan əl çəksin.
Yerdən məsələyə Məhəmməd Füzuli müdaxilə edir. O qeyd edir ki, heç kimin əlindən şairlik məqamını almaq mümkün deyil, ey Hafiz və heç kimin sevgisini dəyişmək mümkün deyil, ey Şekspir. Vaxtında mənə də dəli deyirdilər və cavab olaraq mən belə əsər yazdım:
Füzuli rindü-şeydadır xəlqə həmişə rüsfadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan uzanmazmı?!
Məhkəmə zalında Leonardo Da Vinçi Füzulinin sözünü ayaq üstə alqışladı, lakin Sorelə üz tutub söylədi ki, “oğlum mümkün olmayan şeyi arzulama”.
Sorel Hafizə üz tutub dedi ki, ustad vaxtında sən bir Şiraz gözəli üçün Səmərqəndi və Buxaranı qurban verirdin, nə oldu?!
Əgər on tork-e şirazi bedǝst ared del-e mara
Bexal-e hinduyǝş baxşəm Səmərqəndu Buxarara.
Sən Şiraz gözəlinə şərqin iki böyük şəhərini bağışlayırsan, ancaq mənim sevgimə qarşı çıxırsan.
Bu sözdən sonra Hafiz Şirazi bir söz demədi.
Sorel üzünü Şekspirə tutub dedi, ey şair bəs sən?! 66-cı sonetdə yazırsan ki,
Ölüm istəyirəm çarə budur bax
Səni tək qoymağa qorxuram ancaq
Sən öz sevdiyini tək qoymamaq üçün ölümdən imtina edirsən? Niyə izin vermirsən mən də belə eşqi Luisa ilə yaşayım?!
Şekspir gözündən yaşı silərək üzünü dekadentist Aleksandr Bloka və absurdist Kamyuya tutdu.
Kamyu dedi ki, “sənin sevgin mənasızdır, Lusia səni sevmir. Yadda saxla sənin onun üçün ölüb, ölməməyinin Lusiaya heç bir təsiri yoxdur, o yenə öz həyatını yaşayacaq.
Blok da Kamyunu təstiqlədi və söylədi ki, Sorel sənin dostun Tanrıdır, ondan qardaşyana məsləhət al, ancaq sənə bir söz deyim sənin problemin həll olası deyil, tək çarə ölümdür, lakin Lusiaya üçün yox, eşq əzabından qurtulmaq üçün öl!
Xətayi Blokun sözünü qəbul eləmədi. Dedi ki, vaxtında mən Taclıya deyirdim ki,
Qızılgül bağı-bustanım nə dersən
Fəda olsun sənə canım nə desən?!
Biz aşiqlərin fitrətində yarımız üçün canımızdan keçmək var, o bizi saysa da saymasa da.
Məhkəmə də aləm bir-birinə dəyir. Hər bir alim, filosof, ədib öz cərəyanını müdafiə edir. Cəlaləddin Rumi deyir ki, Sorel, sən Tanrıya görə sev, çünki hər bir yaranmış Tanrıdan qopan nişanədir. Nəsimi Rumiyə təstiq olaraq deyir ki, Sorel əslində nə sən varsan nə də Lusiaya, siz ikiniz də Tanrını aşkar etmək üçün yaranmışlarsınız, sən isə Lusiyaya bağlanmısan. Olmaz. Sən Tanrıda fənafillah olub, vəhdətə qovuşmalısan, Lusiyanın ruhunda yox.
Mən o vaxtı demişdim:
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.
Yerdən Benedik Spinoza Nəsimiyə təstiq olaraq fikrini bildirir. Daha sonra Puşkin çıxış edir. Deyir ki, ay Sorel özün bilirsən ki, qəlblə beyin qum saatı kimidi, məhəbbət qəlbə dolanda baş boşalır, gəl ağlını başına yığ, qardaş…
Sözü Lermontov kəsir. Deyir ki, Sorel, hörmətin müəyyən hüdudu olur, məhəbbətin isə hüdudu yoxdur. Sən hüdudlu olan dünyada hüdudsuz bir şeyi necə sevirsən?!
Sözü Aristotel tamamlayır. Deyir, ey balaca Yakov, xoşbəxtliyi bu məhdud dünyada və məhdud ömürlü olan insanlarda axtarma…
Emmanuel Kant Aristoteli təstiq edir, deyir. Əxlaq. Əxlaq. Əxlaq. Əsas məsələ budur! Sorel sən çalışmalısan ki, əxlaqlı olasan, öz əxlaqın ilə kamillik səviyyəsinə çatasan, bəlkə hansısa əxlaqsız bir hərəkət etmisən deyə Lusiyanın səndən zəhləsi gedir?! Ona görə əxlaqlı ol, ilk öncə özünün etikasını və estetikasını düşün. Etikan gözəl olsa, estetikan gözəl olar.
Məsələyə Füzuli müdaxilə edir və Kantı bu sözlərlə təstiq edir. “Gözəllik olmasa,eşqin mənası yoxdur. Eşq olmasa gözəlliyin mənası yoxdur.
Sorel yavaş-yavaş bu çaxnaşmaya əsəbləşir. Lakin, sözünü deyə bilmir.
Şəms Təbrizi ayağa qalxaraq buyurur ki,” Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha qaytarar “. Və eşq yolu ilə Allahda əriyər. Mürşidim Sorel, sən gərək Allaha məvəddət et! Onun ruhunda vahid ol. Lusiyada yox. Çünki sən və Lusiya Allahın müqəddəs ruhundan gəlmisiniz və Allaha da geri dönüb ruhları təhvil verəcəksiniz. Sən Lusiyadan aslı deyilsən, Tanrıdan aslısan.
Təbrizinin sözünə Soren Kyerkoqard müsbət rəy bildirir o deyir ki, mən Təbrizlinin sufi fəlsəfəsini bilmirəm, lakin mən öz eksiztensializm fəlsəfəmə görə deyə bilərəm ki, sən Tanrıya aşiq olsan, azad olarsan, Lusiyaya aşiq olsan dustaq olarsan. Azadlıq Tanrının yaratdığı muxtariyyət daxilindədir və sən o muxtariyyəti aşsan, başqasının azadlığını əlindən alarsan. Bu Tanrının qoyduğu qanundur, Lusiyanın yox, sən ondan aslı deyilsən!
Məhkəmədə bir anlıq səssizlik olur. Dante Algeyri və Nizami Gəncəvi danışmağa başlayırlar.
Nizami deyir ki, Sorel, sən Lusiyanın xarici görünüşünə vurulmusan. Şekspirin dediyi kimi, xoşunuza gələn görünüşdə olan insana təsəvvürünüzəki xasiyyətləri yükləyirsiniz elə bilirsiniz ki, aşiqsiz. Halbuki, sən aşiq deyilsən, sən sadecə bağlanmısan. Sən Lusiyanın xasiyyətinə bələ olsan, onu sevməzsən. Ümumiyyətlə, məhəbbət saf birşeyə yapışır, sən də Lusiyanı öz beynində saflaşdırmısan. Qınamıram! Çünki bu xasiyyətin Allahdan gəlir. Sən Allahı saf olduğu üçün bütöv qəbul edirsən, Lusiyanı da elə qəbul etmək istəyirsən.
Yadda saxla.
Aldanma insanın gözəlliyinə
Gözəllik insanın daxilindədir.
Nizami yerinə əyləşdi və Dante ayağa qalxdı və nitqə başladı :
Sorel, oğlum sən Lusiyanı ilahiləşdirdin! Az qala ona Allah deyəsən. Ona görə də Allah onu sənin əlindən aldı və elə bir hala gətirdi ki, sevdiyin insan sənə nifrətlə baxır. Sənin bütpərəstlərdən fərqin yoxdur! Sadecə bir fərqin var onlar 1000 bütə sitayiş edirlər, sən 1 bütə. Ehtiyyatlı ol, Allahı Allah,Lusiyanı insan kimi qəbul et! Allaha olan eşqin ilə Lusiyaya olan məhəbbəti ayır!
Məhkəmə zalında iştirakçılar razılığa gəlirlər ki, Sorel Yakov tədricən Lusiyanı unutsun! Lakin, şeir yazmağa davam etsin. Bir tək irrasionalistlər bu fikirlə razı olmurlar. Onlar deyirlər ki, qəlb beyin deyil ki, bir şeyi ora yerləşdirəsən,ona uyğun hərəkət edəsən.
Sonda Sorel əsəbi halda ayağa qalxır və möhkəm səslə monoloqa başlayır.
Siz bütün ədiblər hamınız yalançısınız! İşiniz gücünüz bizi aldatmaqdır, özünüz yaşaya bilmədiyiniz sevgini optimist olaraq əsərlərə yazırsınız və bizə ümid verirsiniz! Biriniz sevgini ilahi formada tanıdırsınız, biriniz eşqi beyindən ayırırsınız, hələ sürreallara bax, realistlərdən üst baxırlar guya. Romantiklər ümumiyyətlə danışılası deyil. Aralarında normal olan realistlərdi, lakin onlar da çox vaxt ağını çıxardırlar. Siz filosoflar hamınız sevginin necəliyini izah edirsiniz. Heç birinizin savadınız çatmadı ki, izah edəsiniz ki, kimi sevək?!
Mənim bu günə qalmağımın səbəbkarı sizlərsiz. Siz şairlər bu gənc şairi öz kitablarınızla aldatdınız! Elə deyilmi Servantes?! Sən bunu yaxşı bilirsən. Don Alonso cəngavər kitablarının hesabına Don Kixot olmadımı?!
Mən də sizin əsərləri oxudum bir gün özümü Romeo kimi , bir gün də Məcnun kimi hiss elədim. Ümidlərim var idi ki, Lusiyam da ya Leyli ya da Cüliyyetta olar. Lakin, olmadı… Siz söz ustadları mənim psixologiyamı alt-üst etdiniz.
Sorel dərin nəfəs alır və monoloquni bitirir. İki dəqiqə hamı sakit qalır, heçkim danışmır. Sonra hakim Xətayi, Sorelə üzünü tutub deyir ki, Sorel, bəlkə sən də hər hansısa bir ədibin qələmindən axan bir mürəkkəbin məhsulusan?!
Sorel qəfil gözünü açır və yuxudan dik atılır. Saat 6:35-idi. Əl – üzünü yuyur, soyuq su içir. Şeirini tamamlayır və yuxuda gördüyü məhkəməni qələmə almağa başlayır. Xətayinin dediyi söz Sorelə təsir etmişdi və o söz gənc şairin həyatında geri dönüş nöqtəsi etdi, Sorel özü üstündə çalışmağa başladı və püxtələşmiş şair oldu. Kim bilir bəlkə Xətayi o sözü Sorelə bilərəkdən dedi…
“XƏZAN” ədəbi-bədii jurnalının yeni (sentyabr-oktyabr, 2022) sayı çapdan çıxıb. Dərginin sözügedən sayı Əli bəy Azərinin redaktor guşəsində yerləşdirilən “Ədəbiyyatda QAZİ obrazı” məqaləsi ilə başlayır. Sıra sayına görə 43-cü hesab olunan 112 səhifəlik jurnalın yeni sayı da poeziya, nəsr nümunələri və publisistik yazılarla zəngindir.
Publisistika
Fərhad ƏSGƏROV – “Tələbkarlıq və ədalətli yol tutduqda”
Xaliq AZADİ – “İslam dünyasında elm və təhsil”
Mətanət DUYĞULU – “Polad ruhlu leytenant” (Şəhid Həmid Qasımovun əziz xatirəsinə)
Vaqif OSMANOV – “Qarğıdalı və qarpız” (xatirə-yumoreska)
Poeziya
Ələsgər TALIBOĞLU – “Dərələyəzdə”, “Gəlmişdim, gedirəm, ay ata yurdum”, “Çağırır”, “Ayın şirin gülüşü”, “Şad ol, könül”, “Necə əl çəkim”, “Qərib-qərib”, “Həsrətin dünən çağı”, “Nəyini sevmədim ki…”, “Yazıqlar olsun”, “Hər gün bir az da”, “Ayrılıq çiçəkləyib gözlərimdə” (şeirlər)
Hafiz ƏLİMƏRDANLI – “Qəsidə, rübai, qəzəl və məsnəvilər”
«Parerga und Paralipomena» XVII başlıq: Qadınlar haqqında A. Şopenhauerdən tərcümə Mətnlə müxalifət təşkil edən fikirlərimi “Psixoloji anlaşmazlığın bədii ədəbiyyata təsiri” məqaləmdə göstərmişəm. Mənbə: “Məhəbbət və doqquz görüş” kitabı. Mütərcimdən § 362 Viktor-Jozef Eten de Juidən bir neçə söz: “Sans les femmes, le commencement de notre vie serait prive de secours, de milieu de plaisirs, et la fin de consolation”[1] ifadəsi daha yaxşıdır, nəinki Şillerin antiteza və ziddiyyət əsasında yazılmış “Wurde der Fraue”[2] şeiri ki, qadınları ürəkdən tərifləyir. Bundan daha təsirli şəkildə Bayron “Sardanapal” [akt 1, səhnə 2] pyesində deyir: The very first Of human life must spring from woman’s breast, Your first small words are thought you from her lips, Your first tears quench’d by her, and your last sighs Too often breathed out in a woman’s hearing, When men have shrunk from the ignoble care Of watching the last hour of him who led them. [3] Bu və ya digər parçalarda qadının qiyməti düzgün tərənnüm olunmuşdur. § 363 Qadının görünüşündən nə böyük zehni, nə də fiziki əmək üçün yaranmadığı bəllidir. O, həyati borcunu müəyyən fəaliyyətlə yox, doğuş əzab-əziyyətilə, uşağa baxmaqla, ərinə tabe olmaqla, hansı ki, ona səbr və ruhlandırıcı həmrahlıq etməlidir, ödəyir. Böyük sevinc və kədər, güc nümayişi qadın təbiətinə uyğun deyil; onun ömrü kişiyə nisbətən sakitcə, nəzərə çarpmadan, mahiyyətcə, nə çox xoşbəxt, nə də çox bədbəxt, iddiasız axıb keçməlidir. § 364 İlk uşaqlıq illərimizdən qayğımıza qalmaq və bizi tərbiyə etmək qadına xas xüsusiyyətdir, məhz ona görə ki, özləri də uşaq kimidir: deyingən və korafəhm, bir sözlə, ömürləri boyu uşaqla əsl insan olan kişinin arasında uşaq kimi də qalırlar. Bir qızın bütün günü uşaqla necə oynayıb, əylənib mahnı oxumağına nəzər salın və sonra da onun yerində, ən xoş niyyətli olsa belə, bir kişini təsəvvür edin. § 365 Təbiət qızların, buna dramaturq dillə “gurultulu effekt” də deyirlər, ömürlərinin bir neçə ilini qalan illəri müqabilində gözəllik, məlahət, füsunkarlıqla bolluca təmin edib ki, bu illər ərzində kişi təxəyyülünü əhatə edib doldursunlar və onları bir ömür öz qayğılarına qalacaq qədər həvəsləndirsənlər: görünür, bu addım düşüncənin məhsulu deyil, əks halda bu qədər zəmanətlə təmin ola bilməzdi. Beləliklə, təbiət qadını da ehtiyacı olduğu müddətcə öz varlığını qorumaqdan ötrü başqa varlıqlar kimi silah və vasitələrlə yaradıb, əks halda özlərinəməxsus qənaətcillikləri olardı. Eynilə döllənmədən sonra dişi qarışqalar artıq onlara lazım olmayan və yumurtalara qulluq göstərməyə maneə yaradan qanadlarını itirir, çox güman ki, eyni səbəbdən, qadınların da əksəriyyəti bir, ya iki doğuşdan sonra gözəlliklərini qoruyub saxlaya bilmirlər. Buna görə də, gənc qızlar ürəklərinin dərinliklərində ev və əl işlərinə nəsə ikinci dərəcəli münasibət bəsləyir, ola bilsin, hətta onları bir əyləncə hesab edirlər, yeganə olaraq üstünlüyü, məhəbbəti, ancaq bunlarla bağlı olan hər şeyi ciddi qəbul edirlər, məsələn, geyim, rəqs və s. § 366 Hər hansı yaradılış nə qədər alicənab və nöqsansız olarsa, o qədər də gec kamilləşər. Kişi zehni yetkinliyə və mənəvi qüdrətə iyirmi səkkiz yaşında güclə çatır, qadın isə on səkkiz. Lakin onun bu yetginliyi son dərəcə zəif ölçülü ağla mütabiq olur. Bu səbəbdən qadınlar bütün ömürləri boyu uşaq kimi qalırlar, ancaq yaxını görürlər, bu gündən yapışırlar, şeylərin mahiyyətinə varmaqdansa, mühüm hesab etdikləri xırdalıqlara üstünlük verirlər. Ağıl məhz odur ki, sayəsində insan heyvandan fərqli olaraq yalnız indiki zamanda yaşamır, diqqətlə keçmişi və gələcəyi də düşünür; onun ehtiyatlılığı, qayğıkeşliyi, vaxtaşırı narahatlığı da bununla bağlıdır. Qadın öz ağlınin zəifliyindən bu kimi üstünlük və ya çatışmazlıqlarda nisbətən az iştirak edir; amma mənəvi cəhətdən korafəhm varlıq sayılsa da, hissi qavrama və onun məntiqi əsasında yaxını yaxşı görür, əlbəttə, görüş dairəsi məhdud olur, uzaq hədəfi nişan ala bilmir, buna görə də, bütün yerində olmayanlar, keçmişdə qalanlar, gələcəkdə olacaqlar onlara bizlərdən az təsir edir; zərif cinsdə tez-tez, bəzən ağılsızlıq həddinə qədər baş verən israfçılıq həvəsi də eyni Δαπανηρά φύσει γυνή [4] mənşədən qaynaqlanır. Qadınlar ürəklərinin dərinliklərində əmindirlər ki, kişinin təyinatı pul qazanmaq, özlərinin işi, əksinə, mümkün olduğu qədər ərinin sağlığında, olmasa, ölümündən sonra onları xərcləməkdir. Kişinin təsərrüfatın idarəçiliyi üçün pul ayırması onlardakı bu inamı daha da qüvvətləndirir. Bütün bunlar özlüyündə ziyanla nəticələnsə də, hər halda üstün cəhəti də var: onlara zamandan daha çox istifadə etmək imkanı yaranır, nəinki bizə və buna görə də, qadınlar bir az ehtiyatla tərpənsələr, daha çox zövqə sahib olarlar ki, ehtiyac zamanı narahat bir kişiyə istirahət vermək, təsəlli bəxş etmək kimi işə yarayan qadın sevincinin əsasını məhz bu təşkil edir. Qədim almanların çətin vəziyyətlərdə qadınları məşvərətə çağırmaları kimi adətlərinə laqeyd yanaşmaq olmaz: sonuncuların gerçək hadisələri qavramaq qabiliyyəti bizim eyni cəhətimizdən fərqlidir, ən əsası da odur ki, qadınlar məqsədə yaxın yolu tez mənimsəyirlər, ümumiyyətlə, yaxında olana diqqət yetirirlər, halbuki biz burnumuzun ucunda baş verən hadisələrin böyük hissəsini görə bilmirik, sadə və uyğun nöqteyi-nəzər əldə etməkdən ötrü yenidən geriyə qayıtmağımız lazım gəlir. Nəticə etibarı ilə qadınlar gerçəkliyi bizdən daha ayıq seyr edirlər, eyni vaxtda biz baş verənləri, ya ayıq ehtirasla böyüdür, ya da asanlıqla təxəyyülümüzün məhsuluna çeviririk. Eyni səbəbdən qadınlar, kişilərə nisbətən, daha çox rəhmli, insansevər və bədbəxtlərə qarşı mərhəmətli olurlar, əlbəttə, ləyaqətli, düzgün, vicdanlı olmaq məsələsində ikincilərdən geri qalmaq şərtilə. Ona görə ki, düşüncə qabiliyyətinin zəifliyinə görə onların üzərində bu günki, əyani, vasitəsiz gerçəkliklər daha çox hökmə sahibdir; mücərrəd fikirlər, daimi məqsədlər, qəti qəbul edilmiş qərarlar, ümumiyyətlə, keçmiş və gələcək, gözlə görünməyən, uzaqda olanlar haqqında düşüncələr nadir hallarda uyğun təsirə malik olur. Buna görə də, qadınlar yaxşılıqlar üçün əsl mövcudiyyət olaraq birinci yeri tutsalar da, ikinci dərəcəli, lazımi vasitələrdən məhrumdurlar. Uyğun səbəbə görə onları ödü olmayan qaraciyərə bənzətmək olar. Bu məsələyə görə oxuculara “Əxlaqın əsasları haqqında” yazımın 17-ci paraqrafına nəzər salmağı məsləhət görürəm. Qadın xüsusiyyətinin əsas çatışmazlıqlarından biri də ədalət hissinin yoxluğudur. O, dərrakəli və düşüncəli olmamaqla yanaşı zəif təbiətinə uyğun xüsusiyyətilə güc göstərməyə yox, hiyləgərliyə meyilidir ki, instinktiv məkrliliyə və dəf olunmayan yalana səy göstərməsi məhz bu cəhətindən qaynaqlanır. Necə ki, təbiət şiri caynaq və dişlə, fili xortumla, qabanı çığırtı ilə, öküzü buynuzlarıyla, mürəkkəbbalığını suyu bulandıran maye ilə təchiz edib, buna oxşar olaraq qadını da qorunma və özünümüdafiə üçün hiyləgər yaradıb və bütün bu qabiliyyətlər kişidə cismani möhkəmlik və dərrakə şəklində təzahür edirsə, qadında danışmaq istedadı ilə özünü göstərir. Demək olar ki, riyakarlıq qadının təbiətindədir, ağılsızında olduğu qədər də ağıllısındadır. Ondan hər fürsətdə istifadə etmələri hücum qaşısında heyvanların öz müdafiə silahlarını işə salmaları qədər təbiidir və bu anlarda özlərini hüquqlarından müəyyən həddə qədər yararlanırmış kimi hiss edirlər. Bu mənada qadının tamamilə ədalətli, yaxud səmimi olması kafi həddə deyil. Bəlkə də bu səbəbdən qadınlar yalanı daha asan aşkarlayırlar; hər kəs ki, aidatmaq kimi cəhdlərlə onlara yaxın düşmək istəyir, nəticəsi yaxşı olmur. Yalançılıq, sədaqətsizlik, xəyanət, nankorluq və s. kimi cəhətlər yuxarıda göstərilən dezavantajdan irəli gəlir. Qadınlar, kişilərlə müqayisədə andlarını daha çox pozurlar. Vaxtaşırı şahidi olduğumuz hadisələrdən biri də qadının ehtiyacı olmadığı təqdirdə mağazadan gizli (Əlbəttə, kişilər oğurluq etməyəcək qədər müqəddəsdir. G. K) nəsə götürməsidir. §367 Təbiət insan nəslinin davam etməsi, degenerasiyanın əngəllənməsi üçün gənc, sağlam və gözəl kişilər yaradır. Təbiətin qəti iradəsi bununla izah olunur; qadın ehtirası isə bu iradəyə xidmət edir. Bu qanun güc və uzunömürlülüyünə görə digərlərindən üstündür. Kədərlisi odur ki, qadınlar qarşılarında kimin haqq və maraqlarını hiss etsələr, nə təəssüf, ola-olmaya, danışıla-danışılmaya, onu ilk lazımi şəraitdə rəhmsizcəsinə ayaq altına alırlar. Çünki qadının gizli, ağlasığmaz, düşünülməmiş fitri əxlaqı belədir: “Fərd olaraq bir az qayğımıza qaldıqlarına görə növün üzərində ağalıq etmək fikrinə düşənləri aldatmaqda haqlıyıq. Qohumluq və bu səbəbə görə növün doğmalar vasitəsilə rifahı baxımından özümüzdən əmələ gələn nəsli bizim ixtiyarımıza, qayğımıza əmanət edirlər: biz onu vicdanla yerinə yetiririk”. Lakin qadınlar bu yüksək əsas qanunu in conkreto olaraq dərk edir, heç bir halda in absrtacto kimi başa düşmürlər, münasib şəraitlərdə baş verən davranışlarını nəzərə almasaq, ifadə etməyə ayrıca sözləri belə yoxdur; buna baxmayaraq vicdanları bizim təsəvvür etdiyimizdən daha rahatdır, yəni onlar ürəklərinin dərinliyində anlayırlar ki, individə münasibətdə öz öhdəliyinə laqeydlik göstərməklə daha geniş hüquqa sahib olan növə nisbətən öz işlərini yaxşı yerinə yetirirlər. Bu barədə daha ətraflı məlumatı mənim əsas sayılan əsərimin ikinci cildinin 44-cü paraqrafından əldə etmək olar. Qadınlar mahiyyətcə nəslin çoxalması üçün nəzərdə tutulublar, hansı ki, təyinatları bununla da tamamlanır, eyni səbəbdən də onlar həmişə individdən çox, nəsil üçün yaşayırlar, nəslin tələblərini özlərinə daha yaxın hiss edirlər, nəinki fərdin. Bu isə onların bütün mövcuddiyyətinə, özlərini sadələövh aparmalarına kişidən əsaslı şəkildə fərqlənən bir istiqamət verir ki, hətta normal hesab edilən çoxsaylı boşanmaların və kəbin mübahisələrinin əmələ gəlməsinə də səbəb yaradır. §368 Kişilər arasında təbiətən laqeydlik, qadınlar arasında anadangəlmə düşmənçilik hökm sürür. Yəqin ki, bunun səbəbi odium figulinum [5] (peşəkar bədxahlıq) sənətinə sahib insanların kişilər arasında məhdud olmasıdır, qadınlarda isə bu bütün cinsi əhatə edir, çünki onların hamısı eyni peşəlidir. Artıq küçədə görüşdükləri zaman onlar bir-birinə gvelflər və gibelinlər (İtaliyada XII–XV əsrlərdə müxalif siyasi hərəkatlar) kimi nəzər salırlar. Dəqiqi belədir ki, birinci tanışlıqda iki qadından biri digərinə tam sərhəd çərçivəsində və artıq dərəcədə qeyri-səmimi yanaşır, nəinki uyğun şəraitdə iki kişi. Eyni səbəbdən iki qadın arasında qarşılıqlı komplementlər də gülməli alınır, kişilər arasında təbii. Digər tərəfdən istənilən kişi, hətta fərq olunacaq qədər özündən aşağı olan birilə humanizm və qaydalara uyğun hörmətlə danışır, lakin əksər hadisələrdə kübar qadının özündən aşağıda olanla, xidmətçiləri olmadıqlarına rəğmən, dözülməz şəkildə təkəbbür və nifrətlə danışmasının şahidi oluruq. Bu, ona görə baş verir ki, mövqe sahibi olmaq kişilərə rəğmən qadınlar üçün daha çətindir; mövcud fərq çox tez-tez dəyişə, yox da ola bilər, çünki bizim fikrimizi yüzlərlə məsələnin miqyası dolduran vaxt onlarda həlledici amil kimi hansı kişinin xoşuna gəlmək istəyi çıxış edir; xanımlar mövqe fərqliliyini əqidələ baxımından bir-birinə kişilərdən daha yaxın olduqları üçün qabardırlar. §369 Balacaboy, çiyni dar, genişombalı, qısa qıçlı cinsi ancaq cinsi instinktdən beyni dumanlanmış bir kişi gözəl adlandıra bilər: elə bu instinktlə də qadının keyfiyyəti tamamlanır. Qadın cinsini ecazkar və qeyri-estetik adlandırmamaq böyük haqla mümkündür. Onlar musiqiyə, poeziyaya, heykəltəraşlığa həqiqi meyil və həssaslıqla yanaşmırlar; əgər incəsənətin növlərindən həyəcana gəldiklərini göstərməyə çalışırlarsa, bu ədabazlıq, gözə kül üfürmək istəyindən savayı heç nə deyil. Nəticə etibarı ilə qadınlar, nə olursa, olsun, obyektiv düşünə bilmirlər, bunun səbəbini, fikrimcə, növbəti cümlədə axtarmaq olar. Kişi, həqiqətən, hər kəsin və hər şeyin üzərində onları başa düşdüyünə, yaxud üstün olduğuna görə ağalıq etməyə cəhd göstərir. Qadın isə həmişə və hər yerdə dolayısı, yəni məhz kişinin köməyilə ağalıq etməyə məcburdur, çünki yalnız onlar vasitəsiz göstərişlər verə bilirlər. Buna görə də qadınlar təbiətən hər şeyə kişiləri fəth etmək vasitəsi kimi nəzər salmağa meyillidir; onların başqalarına maraqları istehzalı, ikibaşlıdır və s. Həmişə də naz-qəmzə, əzilib-büzülməklə başa gəlir. Artıq Russonun da qeyd etdiyi kimi: “Les femmes, en général, n’aiment aucun art, ne se connaissent à aucun, et n’ont aucun génie” [6] (letter à d’Alembert, note XX). Hər kəs ki, aldadıcı görkəmdən uzaq görür, yəqin ki, söylənənlərin fərqindədir. Fikrin doğruluğunu bilmək üçün onların konsertdə, operada və teatrdakı davranışına, əsərlərin çox gözəl yerində uşaqcasına söhbət aparmalarına nəzər salmaq kifayət edər. Əgər yunanlar, həqiqətən, öz teatrlarına qadınları buraxmırdılarsa, onlar tərəfindən bu, çox müsbət hərəkət sayılmalıdır, azından sözü gedən tamaşalarda nəsə eşitmək mümkün olurmuş. Bizim zəmanəmizdə «Taceat mulier in ecdesia» [7] cümləsi «Taceat mulier in theatro» [8] cümləsilə əvəz edilməli və böyük hərflərlə səhnənin pərdəsi üzərinə həkk olunmalıdır. Diqqət etsək ki, qadınların ən zəkalıları belə incəsənət sahəsində gerçəkdən gözəl, orijinal, həqiqi heç nə yaratmayıblar, ümumiyyətlə, dünyaya bir dəfə də olsa, ölməz əsər bəxş etməyiblər, deməli onlardan bundan artıq nəsə gözləmək düzgün deyil; hətta səylə məşğul olduqları və sənət texnikası baxımından kişilərdən o qədər də geri qalmadıqları nəqqaşlıqda belə, ortaya böyük rəsm əsəri çıxarmayıblar; çünki subyektivlikdən uzaqlaşa bilmədiklərindən rəssamlıqda daha çox tələb olunan obyektivlik hissindən məhrumdurlar. Buna uyğun olaraq kütləşüurlu qadınların, hətta rəssamlığı dəyərləndirmək qabiiyyəti də yoxdur: çünki natura non facit saltus. [9] Budur, Huarte üç yüz il bundan əvvəl məhşurlaşan “Examen de ingenios para las sdendas” (Amberes, 1603) kitabında qadınların ali qabiliyyətə malik olmalarına mübahisəli yanaşır. Hətta giriş (p.6) hissədə o, deyir: “La compostura natural, que la mujer tiene en el celebro, no es capaz de mudio ingenio ni de mucha sabiduria”. [10] Daha sonra 15-ci başlıqda filosof davam edir(p. 382): “Quedando la mujer en su disposition natural, todo genero de letras y sabiduria, es repugnante a su ingenio” [11]; (p. 397, 398) : “Las hembras (por razoh de la frialdad y humedd de su sexo) profundo: solo veemos que hablan con alguna aparencia de habilidad, en materias livianas y faciles” etc.[12] Tək-tək, natamam istisnalar məsələni dəyişmir, belə ki, qadınlar ən dərin və sağalmayan münafiqlərimiz olaraq qalırlar. Bu səbəbdən də onlar qüvvədə olan son dərəcə axmaq qanuna görə adını və mövqeyini bölüşməklə kişilərin layiq olmadıqları şöhrətpərəstliyin həmişəlik törədicisinə çevrilirlər; uyğun xüsusiyyətlər baxımından müasir cəmiyyətdə qazandıqları ağalıq və ton sonradan həmin cəmiyyətlərin korlanmasına bais olur. Bir qayda olaraq mövcud olana nisbətən Napoleonun hökmünə riayət etmək lazım gəlir: “Les femmes n`ont pas de rang”[13], amma Şamfor bu məsələyə daha ədalətli yanaşır: “Elles sont faites pour commercer aves nos faiblesses, avec notre folie, mais non aves notre raison”. II existe entre elles et les hommes des sympathies d`epiderme, et trés-peu de sympathies d`esprit, d`ame et de caractére6.[14] Onlar sexus sequior, [15] bütün münasibətlərdə geri qalmış ikinci cinsdirlər, hansı ki, zəifliklərinə ehtiyatla yanaşmalıyıq, lakin qadınlara nə zaman həddən çox ehtiram bəsləyirik, bu bizi gülməli edir və onların gözündə alçaldır. İnsan cinsini ikiyə ayıranda təbiət xətti ortadan çəkməyib. Bütün əksliklərdə müsbət qütb ilə mənfi arasındakı fərq təkcə keyfiyyət deyil, həm də kəmiyyət baxımından inkişaf edir. Bu keyfiyyətləri nəzərə alaraq həm qədim xalqlar, həm də Şərq əks cinsin nümayəndələrinə layiq olduqları yeri daha düzgün göstəriblər, nəinki qədim fransız nəzakəti və gülünc qadın ehtiramı ilə biz; xristian-alman səfehliyinin belə yüksək şəkildə çiçəklənməsi onların daha da xudbin və təkəbbürlü olmasına xidmət göstərib ki, yadımıza tez-tez ülvilik, toxunulmazlıq düşüncəsilə özlərinə hər işi rəva bilən müqəddəs Benares meymunları düşür. Qadın Qərbdə, xüsusilə də, “xanım” fause position [16], çünki onlar qədimilərin haqlı olaraq adlandırdıqları kimi ancaq sexus sequior cinsdir, heç vəchlə şərəf və hörmətimizin predmeti olmamalı, başlarını kişilərdən uca tutmamalı, bizimlə eyni hüquqları bölüşməməlidirər. Biz bu fausse position ifadəsinin nəticəsini kifayət qədər görürük. Buna görə yaxşı olardı ki, ikinci dərəcəli hesab edilən insan cinsinin Avropada da təbii yerini təyin edib, qadın ifratçılığına son qoysunlar; hansı ki, buna nəinki bütün Asiya, hətta Yunanıstan, Roma da gülər, təklif olunan tədbir ictimai yerlərdə, mülki və siyasi münasibətlərdə saysız-hesabsız fayda verə bilər. Necə ki, sali qanunlarında artıq truism`e [17] tamamilə ehtiyac yoxdur. Əslində avropa qadınları adlandırılan varlıqlar belə tanınmalı deyillər, ev sahibəsi, yaxud ev sahibəsi olmaq istəyən qızlar olmalıdırlar ki, onlara da təkəbbür yox, evdarlıq, təvəzökarlıq öyrətmək lazımdır. Xüsusilə, ona görə ki, Avropada aşağı sinifdən olan xanımların, daha doğrusu, qadınların əksəriyyəti Şərqə nisbətən müqayisə olunmaz dərəcədə pis şəraitdə yaşayırlar. Lord Bayrona (Letters and Journals – Məktub və jurnallar by Th. Moore, vol.2, p. 399) diqqət edək: “Thought of the state of üomen under the ancient Greeks – convenient enough. Present state, a remmant of the barbarism of the chivarlry and feudal ages – artificial and unnatural. They ought to mind home – and be üell fed and clothed – but not mixed in society. Well educated, too in religion – but to read neither poetru nor politics – nothing but books of piety and cookery. I have seen them mending the roads in Epirus with good success. Why not, as well as hay-making and milking?” [18] §370 Evlənmək bizim dünyanın təkarvadlılıq hissəsində hüquqların yarıya bölünməsi, cavabdehliyin iki dəfə çoxalması deməkdir. Bir halda ki, qadına kişilə eyni hüquq verilir, o zaman onlar kişi zehni ilə də təmin olunmalıdır. Təcrübədə isə qadınlar üçün qəbul edilmiş qanunlar şərəf və hüquqdan çox onların təbiətini üstələyir, xüsüsilə də, bu öz üstünlüklərdən həqiqi mənada istifadə edənlərin sayını o dərəcədə azaldır ki, layiq olmayanlar layiq olanların haqqını mənimsəmiş olurlar. Çünki qadının qeyri-təbii tək arvadlılıq, yaxud qanuni nigahla ona əlavə olunan əlverişli mövqeyi, hansı ki, kişilə qadına eyni prizmadan yanaşılır, uyğun əlaqədə olmayan ağıllı və ehtiyatlı kişiləri qeyri-bərabər şərtlərlə yekunlaşan böyük qurbanvermələrdən çəkindirir. [19] Çoxarvadlılığın geniş yayıldığı xalqlarda istənilən qadın özünə müdafiəçi tapa bilir, lakin təkarvadlılığın hökm sürdüyü xalqlarda nigahlı qadınların sayı məhduddur və bu mənada nigahda olmayan çoxluq köməksiz qalır, hansılar ki, yuxarı təbəqələrdə qarımış qız timsalında məqsədsiz ömür sürür, aşağılarda ağır zəhmət, ya da onun ağırlığı qədər çətin olan fahişəliklə məşğul olurlar; şərəfsiz olduğu qədər də sevincsiz, lakin eyni səbəbdən mötəbər sinif kimi tanınan, xüsusilə də, taleyin məhvolma təhlükəsilə üz-üzə qalan ərli, ya da özünə ər seçmək ümidində olan xoşbəxt qadınları mühafizə etmək məqsədilə rəsmi şəkildə kişilərə lazım olan həyatı yaşayırlar. Təkcə elə Londonda 80 min fahişə var. Onlar qadın kimi yox, monoqamiyanın dəhşətli şəkildə cəzalandırdığı məhkumlar kimi təmsil olunurlar; bunlar monoqomiya qurbangahına gətirilmiş həqiqi qurbanlardır. Qeyd edildiyi kimi, belə axmaq vəziyyətə düşən qadınlar avropa qadınlarına qarşı onların təkəbbür və iddiaları ilə yanaşı qaçılmaz müxalifət yaradırlar. Ümumiyyətlə, poliqamiya qadın cinsinə qarşı xeyirxah əməldir. Digər tərəfdən, bunun ağlabatan izahı yoxdur ki, arvadı xroniki xəstəlikdən əziyyət çəkən, yaxud sonsuz olan, yaxud da onun üçün tədrici qocalığa məruz qalan kişi nəyə görə ikinci qadınla evlənə bilməz? Mənim fikrimə görə, mormonluğu qəbul edənlər başqa tərəfdarları kimi qeyri-təbii saydıqları monoqomiyanı aradan qaldırmağa çalışırlar. [20] Eləcə də, qadınlara qeyri-təbii hüquqların tətbiqi onların üzərinə qeyri-təbii ökdəliklərin qoyulması deməkdir ki, pozulması, heç nəyə baxmadan, bədbəxtliyə səbəb olur. Bu mənada əksəriyyət kişilər üçün nigah, əgər vəziyyəti yüngülləşdirən hər hansı amil yoxdursa, sinfi və maddi baxımdan arzuedilən deyil. Bu sayaq kişilər şəxsi imkanlarına münasib – ehtiyaclarını ödəyən, özünün və uşaqlarının yaxşı təmin olunması şərtlərinə uyğun gələn qadınla bir arada olmağa çalışırlar. Tutaq ki, bu şərtlər ədalətli, münasib, ağıllı olsun, yaxud qadın nigahın onlara vəd etdiyi əndazəsiz hüquqlardan istifadə etməsin, yenə də vətəndaş cəmiyyətinin əsasını təşkil edən evlilik şərəfsiz bir şəkildə sevincsiz bir həyata gətirib çıxaracaq; axı insan başqalarının fikrinə həddən ziyadə əhəmiyyət verəcək bir təbiətdə doğulub. Əgər qadın nigahdan kənar münasibətlərlə razılaşmasa, onu qanuni şəkildə sevmədiyi kişiyə arvad olmaq, ya da qarımış qız kimi qocalmaq təhlükəsi gözləyir: çünki mövqeni müəyyənləşdirmək üçün tələb olunan vaxt çox qısadır. Bu cəhətin təfsilatına varmaqdan ötrü bizim monoqamiya institunun böyük alimi Tomazinin yüksək səviyyədə yazılmış “De conncubinatu” əsərini oxumaq lazımdır: oradan görünür ki, konkubinat bütün mədəni xalqlarda həmişə olmuş, lüter Reformasiyasına qədər qanuni sayılmışdır, yəni qanunla tanınmışdır və institut tərəfindən şərəfsizlik kimi dəyərləndirilməmişdir, lakin lüter Reformasiyası onu öz pilləsindən aşağı endirmişdir, Lüter bunu din xadimlərinin evliliyinə haqq qazandırmaq kimi qəbul etdiyindən katolik tərəf öz işini onun əksinə davam etdirməyi münasib saymamışdı. Poliqamiyanı müzakirə etmək yox, hər yerdə baş verən fakt kimi qəbul etmək lazımdır; məsələ onun düzgün tənzim olunmasındadır. Həqiqətən, monoqom olan kimsə varmı? Biz hamımız həmişə əsas hissəsini poliqamiya təşkil edən müəyyən vaxtlarda yaşayırıq. Əgər kişi çox qadınla münasibətdə olursa, bu onlara verilən azadlıq, hətta çox qadının qayğısına qalmaq vəzifəsi kimi ədalətli işdir. Bu zaman qadın da öz təbii və həqiqi – tabe olan varlıq vəziyyətini bərpa edəcək ki, avropa sivilizasiyasın möcüzəsi və xristian-alman səfehliyinin nəticəsində yaranan ehtiram və hörmətlə bağlı gülünc iddialı xanımlar yer üzündən yox olacaq, ancaq qadınlar qalacaq, daha bütün Avropanı ağzına alan bədbəxt qadınlar olmayacaq. Mormonlar haqlıdır. § 371 Hindistanda asılı olmayan qadın yoxdur, orada istənilən qadın, Manu, başlıq 5, səh.148 qanununa uyğun olaraq atasının, qardaşının, oğlunun, yaxud ərinin himayəsində yaşayır. Əlbəttə, qadınların ərlərinin cəsədi ilə birlikdə yandırılması zalımanədir, daha dəhşətlisi isə onların sevgililərilə ölmüş ərlərinin sərvətini israf etmələridir ki, ömürləri boyu çətin zəhmət hesabına uşaqları üçün toplayıblar. Mediam tenuere beati. [21] Ana məhəbbəti ilkin vəziyyətində eynən heyvanlarda olduğu kimi instinktivdir və bu o zamana qədər davam edir ki, uşaqlarda fiziki cəhətdən köməksizlik başa çatır. Bu vaxtdan başlayaraq onun yerini vərdiş və zehnə əsaslanan məhəbbət tutur ki, bu da öz növbəsində ərini sevməyən qadınla həmişə baş vermir. Atanın övladına sevgisi onu öz daxili varlığı kimi tanıdığı üçün tamamilə fərqli və müqayisəedilməz dərəcədə möhkəmdir: metafizikidir. Demək olar ki, bütün qədim və müasir xalaqlarda, hətta hottentotlarda da [22] torpaq, mülkiyyət məhz kişi irsilə mirasa yetişir; zadəganlıq xaric, təkcə Avropa bu adətdən yayınmışdır. Beləliklə, kişilər tərəfindən ağır, davamlı və acınacaqlı zəhmət hesabına toplanmış vəsait qadınların əlinə keçir, onlar da ağılsızlıqları ucbatından az müddət içində onu havaya sovururlar, ya da hansısa başqa üsulla xərcləyirlər ki, bu, ədalətsizlik qədər mühüm hadisədir, hansı ki, qadının miras və mülkiyyət hüququnu məhdudlaşdırmaqla bunun qarşısını almaq olar. Mənə belə gəlir ki, ən yaxşısı dul qadınlar və qızlar üçün, əgər kişi cinsindən varis yoxdursa, qayda tətbiq olunmalıdır ki, mirası ömürlərinin sonuna qədər qətiyyən mülkiyyət və kapital formasında yox, ipoteka ilə təyin olunmuş gəlir şəklində alsınlar. Vəsait qazananlar kişilərdir, qadınlar deyil, bu mənada sonuncuların qeyri-şərtsiz sahiblik və əmlakı idarə etmək hüququ da olmamalıdır. Qadınlar heç vaxt sərbəst şəkildə miras kimi əldə etdiklər vəsaiti, o cümlədən, evi, kapitalı, əmlakı, sözün həqiqi mənasında, idarə etməli deyillər. Həmişə mühafizəçiyə ehtiyacları var deyə onlara heç öz uşaqlarının da qəyyumluğunu etibar etmək olmaz. Qadınlarda şöhrətpərəstlik, hətta kişilərdən çox olmasa da, tamamilə maddiyatla əlaqəli olduğu üçün pis cəhətdir, onların gözəllikləri, o cümlədən, cazibələri, geyimləri, bər-bəzəkləri də məhz bu keyfiyyətdən qaynaqlanır. Buna görə də cəmiyyət qadın üçün əsl stixiyadır. Onların, xüsisilə, israfçılıq meyilləri düşüncəli olmadıqlarından irəli gəlir ki, artıq bu barədə qədim müdriklər söyləyiblər: Δαπάνηρόν φύσει γυνή. [4] Şöhrətpərəst kişi isə, əksinə, maddiyata həvəs göstərmədən ağla, biliyə, qətiyyətə və s. doğru ictiqamətlənir. Aristotel Politika kitabının II hissəsinin 9-cu başlığında qadınlara həddən ziyadə hüquq verdikləri (Onlar mirasdan, cehizdən və azad fəaliyyətdən yararlanırdılar.) üçün spatanların böyük ziyana uğradıqlarını söyləyir, hətta izah edir ki, bu hal Spartalıların tənəzzülünə də öz güclü təsirini göctərmişdir. Bəlkə də Fransada saray və hökümətin tədricən dağılmasına səbəb XIII Lüdovikin vaxtından başlayaraq artan qadın nüfuzudur ki, əvvəl inqilaba və sonra da çevrilişə gətirib çıxardı. Hər halda qadın cinsinin xanım qismində öz parlaq ifadəsini tapan yalançı mövqeyi cəmiyyətin orqanik qüsurudur və ölümcül təsirini onun ürəyindən başlayıb qalan hissələrə də yayır. Qadının itaətə məhkum təbiəti hər məsələdə özünü göstərir; onlardan kimsə təbiətlərinə xas olmayan tam müstəqil mövqeyə yetişsə belə, dərhal özünə idarəçi və hakim ola biləcək kişi tapmağa çalışır, çünki rəhbərə ehtiyacı var. Əgər qadın cavandırsa, bu rəhbər onun üçün sevgili, yaşlıdırsa, rahib olacaq. Mündəricat: 1. Qadınlarsız həyatımızın əvvəlində köməkdən, yarısında zövqdən, sonunda təsəllidən məhrum olardıq. 2. «Qadın ləyaqəti» 3. «İnsan həyatına ilk güc bəsləyən – qadın sinəsidir, Birinci sözləri sizə öyrədən – onun dodağıdır. İlk göz yaşlarınız, son ahlarınız Qadın tərəfindən aram olunur. Nəfəsinizi ən yaxından hiss edən – onun qulağıdır. Həvəslə olmasa da, idarəçi kişilərə axır anlarında gözətçidirlər». 4. Bədxərclik qadının təbiətindədir. (yun.) 5. Peşəkar bədxahlıq, yaxşı qazananlara paxıllıq. (lat.) 6. Ümumiyyətlə, qadınlar incəsənəti başa düşmədikləri üçün sevmirlər, onların arasından dahi çıxmır.(fr.) 7. Kilsədə qadınlar susmalıdır. (lat.) 8. Teatrda qadınlar susmalıdır. (lat.) 9. Təbiət sıçrayışlar etmir. (lat.) 10. Qadın beyninin təbii quruluşu onun ağıllı qərarlar verməsinə və əksər elmlərə yiyələnməsinə qarşılıq vermir. 11. Qadın təbiətinə məxsus meyillər saxlandığı qədərilə elmin və ədəbiyyatın istənilən növü onun ruhuna yaddır. 12. Qadınlar öz yarısoyuqluq və gözyaşlarına görə ruhun bütün dərinliklərini əhatə edə bilməzlər, onların əhəmiyyətsiz və çətin olmayan hadisələr və s. haqqında hansı iddia və bacarıqla danışdıqlarını görürük. (isp.) 13. Qadınların rütbəsi və dərəcəsi olmur. (fr.) 14. Qadınlar bizim zəifliklərimiz və dəliliklərimizдə uyğun gələ bilərlər, lakin ağlımızla yox. Qadınlarla kişilər arasında ancaq zahiri rəğbət var, əqli, ruhi, xüsusiyyət baxımından oxşarlıq cüzidir. 15. Onlar dəyərsiz cinsdirlər. 16. Kinayəli vəziyyətdədirlər. (ώr.) ? 17. Qarışmış, çeynənmiş frazadır. (φr.)? 18. Qadınların vəziyyəti qədim Yunanıstanda normal olmuşdur, lakin bizdə hələ də cəngavər və feodal barbarlığının qalıqları kimidir: – süni, qeyri-təbii; qadının yeri evdir, cəmiyyət yox. Qadın ev işlərini idarə etməli, gözəl geyinməli, yaxşı tərbiyə almalı, sağlam və dindar olmalıdır; siyasət və poeziya zərif cinsin işi deyil, əvəzində mətbəx və dinə aid kitabları qiraət etməli, musiqi, rəsm, rəqs, bir az da əkinçilik və bağçılıq öyrənməlidir; Epirdə onlar yolları müvəffəqqiyyətlə təmir edirlərsə, bu işə bərabər tutulan saman yığımı və inək sağımı ilə niyə məşğul olmasınlar?(ing.) 19. Lakin nigaha girmək imkanı olmayanların sayı da kifayət qədər çoxdur. Bu kimi kişilər yaşlı qızların sayını da artırırlar: sonuncular, əsas etibarı ilə, təchizatsız qalırlar və böyük ehtimalla, öz cinsinin həqiqi nümayəndəsi olmaq arzularına yetişmirlər, az, ya çox, fərqi yoxdur, onlar bədbəxtdirlər. Digər tərəfdən evlənəndən sonra bəzi kişilərin arvadları 30 il davam edən xroniki xəstəliyə tutlur, belələri nə etməlidir? Başqalarının arvadları çox qocalır, daha başqalarının ki, əsaslı nifrətə səbəb olur. Asiya və Afrikadan fərqli olaraq Avropada ikinci arvad almaq mümkün deyil. Və əgər təkarvadlı cəmiyyətlərdə sağlam və güclü kişinin cinsi instikti həmişə… Наес nimis vulgaria et omnibus nota sunt [Həm də bayağı olmaqdan çox, hamıya məlum şəkildə. (lat.)] 20. Diqqət yetirsək, görərik ki, cinsi əlaqə qeyri-təbii təkarvadlılığa görə dünyanın bir hissəsi olan Avropa kimi amoraldır, başqa heç nə. 21. Qızıl orta qaydasına əməl edənlər xoşbəxtdir. (lat.) 22. “Chez les Hottentots, tous les biens d’un père descendent a l’aîné des fils, ou passent dans la même famille au plus proche des mâles. Jamais ils ne sont divisés, jamais les femmes ne sont appelées à la succession”. Hottentotlarda atanın bütün mülkiyyəti böyük oğula, yaxud da həmin ailənin ən yaşlı kişisinə yetişir. Heç vaxt əmlak bölgüsü və qadınların miras hüququ olmur.(fr.) [Ch. G. Leroy. Lettres philosophiques sur l’intelligence et la perfectibilité des animaux, avec quelques lettres sur l’homme. Nouvelle édit. Paris, an X (1802), p. 298)] Mütərcim:Göyərçin KƏRİMİ
Yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad İsgəndərov Hacıqabul rayon Şəhidlər Xiyabanını ziyarət edib. Hacı Ağaməli Baxşəliyev şəhadət zirvəsini fəth etmiş Hacıqabullular haqqında ziyarətdə olanları məlumatlandırmışdır.