Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq
24.01.2024-cü il (saat 12:00) tarixində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunacaq. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutacaq tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular dəvətlidir.
Ünvan: Azərbaycan Yazıçılar Birliyi, (Bakı, Xaqani 25)
Ana təbiət, daş oğul və kitab Ana. (Zəlimxan Yaqubun doğum gününə) Təqvimin bu günü Azərbaycanın şair oğlu Zəlimxan Yaqubun doğum günüdür… Böyük söz ustadı məzarı başında anıldı… Eşq olsun sazı, sözü sayıb, şairin ziyarətinə gələnlərə! Salam olsun şair Zəlimxan Yaquba!!! Gələnlərin içərisində bir nəfər də var idi… Ulu bir ulusa dədə oğul bəxş etmiş Güllü ana… Əvvəlcə dilində qırıq-qırıq bayatı daş oğula xeyli tamaşa etdi… Sonra dədə oğlundan “…baş yastığa gələndə…” misrasını təkrar-təkrar sitat gətirə-gətirə daş oğula yaxınlaşdı… Oğlunun dizinin dibində oturub, dillərə dastan olacaq (əlbəttə onu anlaya bilənlər üçün) yalnız bircə kəlmədən ibarət olan kitabını yazdı: – “…Balam…”!!!
Dünən, yanvarın 19-da İVED Başkanı, yazar Etibar Həsənzadənin də Türkiyədəki Könül Elçisi olan sayın Mustafa Nazilli bəy Etibarın Daşkəsən rayonunun şəhid və qazilərinə həsr etdiyi “Vətən uğrunda” kitabını Azərbaycan Ankara Böyük Elçiliyinin Müsteşeri sayın Elham Zeynalova təqdim etmişdir.
“Yazarlar” jurnalı olaraq Etibar Həsənzadəyə gələcək yaradıcılığında daha böyük uğurlar arzulayırıq.
Hava sakit idi o gecə… Ulduzlar sayrışır, Ay gecəylə yarışır, yorğun bulud sərin mehlə barışır, topa-topa üzürdü dənizə sarı. Çəkilmişdi qınına Xəzərin dalğaları…