
TƏBİƏTİN NAXIŞI
Bir sabah gördüm ki, ana təbiət,
Ağ libas geyinib, örpəyi naxış.
Bəlkə bir mükafat, bəlkə qənimət,
Bəlkə başqa aləm gətirib naxış.
Elə ki, yayılır soyuq nəfəsi,
Sanki bir saflığa bürünür hər yan.
Bu müthiş fəsilin var fəlsəfəsi,
Deyir;” bu duyğunun sehrinə boyan”!
Ağaclar ele bil pambıq koludur,
Zərif bir quşcığaz “çik-çik” oxuyur.
Görünən hər ulduz işıq yoludur,
Səmadan torpağa kilim toxuyur.
Bu sirli aləmin içindəykən mən,
Tələsmərəm, tapam isti yuva, yer.
Gecə ay da gələr, bəyazlar və mən,
Üç isti can olar, mən, kainat, yer.
Qorxmuram tufandan, soyuq havadan,
Biz olmaz, ruhumda qaynar ürəyim.
Olmasa bir ümid donar bayaqdan,
Sazağı da bahar sanan ürəyim.
Müəllif: Rəna Həsən
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Rənax anımın ‘Təbiətin naxışı’ adlı şeirini çöx bəyəndim. Qış fəslini,qarın, fəslin adı çəkilmədən necə mükəmməl ,poetik təsvir edibQış fəslinin fəlsəfəsini açmaqla,qışı sevməyənlərə də qışı sevdirməyi bacarıb.Əhsən ,şair.Təbrik edirəm.Poeziya mükəmməlləri sevir.