Allah taala saf əxlaqa, mənəvi kamilliyə, xeyirxah əməllərə malik insanlara uzun ömür versəydi, dünya cənnətə dönərdi, bəşəriyyət stresdən, gərginlikdən, mərdimazarlıqdan, məhrumiyyətlərdən yaxa qurtarardı. Amma nə etmək olar? Hərənin öz taleyi, öz ömür payı var. Kamal Xəlilov kimi. Kamal vur-tut 54 il yaşadı. 1942-ci ildə Əli Bayramlı (hazırda Şirvan) şəhərində doğuldu, 1996-cı ildə Bakıda dünyasını dəyişdi. Onu tanıyanların hamısı yaxşı bilir ki, o, mənalı həyat yaşadı, özündən sonra xoş, ürəkaçan xatirələr qoyub getdi. Anılanda ona rəhmət oxunur, yaxşı əməlləri yada düşür. Kamal əslən Şirvan (keçmiş Əli Bayramlı) şəhərindən idi. Orta təhsilini şəhər 1 nömrəli məktəbdə başa vurub Azərbaycan Pedaqoji Dillər İnstitutuna (hazırda ADU) daxil olmuşdu. İngilis dili müəllimliyini seçmişdi. Onda dil öyrənməyə maraq güclü idi. Rus dilini bilir, ingilis dilinə mükəmməl yiyələnməyə çalışırdı. İdmanı da sevirdi. Sərbəst güləşlə məşğul idi. Şəhər (respublika) birinciliklərinə qatılırdı. Hətta respublika çempionu da olmuşdu.
Kamal dərslərinə ciddi yanaşmaqla bərabər ali təhsil müəssisəsinin ictimai həyatında da yaxından iştirak edirdi. Müəllimlərinin hörmətini saxlayır, nüfuzlarını qoruyurdu. Tələbə yoldaşları ilə mehriban dolanırdı, lazım gələndə onlara öz köməyini göstərir, onların dəstəklərindən də faydalanırdı. Kəsəsi, Kamal həm pedaqoji kollektivin, həm də tələbələrin sevimlisi idi.
Həm institutda, həm kənarda, həm də Əli Bayramlıda Kamalın çoxlu dostları vardı. Yaxşı dostları ilə öyünür, onlara bel bağlayır, onlarla özünü güclü hiss edirdi. Kamal görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymenovla (1936-cı ildə anadan olub) da dost münasibətindəydi. Oljas Kamalın dəvəti ilə Bakıya gəlmişdi. Kamal onu götürüb Əli Bayramlıya aparmışdı.
Kamalın bir qardaşı (Möhsüm) şəhərdə çıxan “İşıq” qəzetinin redaktoru, o biri qardaşı (Tofiq) şəhər idman komitəsinin sədri idi. Qardaşları Rasimlə Valeh, bacıları Validə Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda ADU) ingilis dili fakültəsini bitirmişdilər.
Tofiq mahir güləşçi olmaqla yanaşı, yaxşı ovçu idi. Kamal qardaşı Tofiqin təşkilatçılığı ilə Oljası ova da aparmışdı.
Kamal III kursda oxuyurdu. İngilis dilini yaxşı mənimsəmişdi. Bir gün onu respublika Maarif Nazirliyinə – nazirliyin xarici əlaqələr şöbəsinə çağırdılar. Onun ingilis və rus dilləri üzrə bacarıqlarını yoxladılar. Sorğu-sualdan sonra bildirdilər ki, tərcüməçi qismində onu xarici ölkəyə göndərmək fikirləri var. İnstitut məsləhət bilib. Beləliklə, az sonra Kamal Moskvaya yola düşdü. SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyində oldu. Onu Misir Ərəb Respublikasına göndərirdilər. Sovet mütəxəssislərinin yaxından iştirakı və köməyi ilə Asuan bəndinin tikintisində tərcüməçi kimi fəaliyyət göstərəcəkdi.
O zamanlar SSRİ adlanan imperiyaya daxil idik. Digər sahələrdə olduğu kimi, xaricdə işləməyə gedən mütəxəssislər Moskva tərəfindən müəyyən edilir, göndərilirdi. Müsəlman ölkələrinə tərcüməçilər bir sıra hallarda ittifaqa daxil olan müsəlman respublikalarından seçilirdi. Xaricdə işləyəcək mütəxəssislər əsasən ruslardan, xristianlardan ibarət olurdu. Bəzən də müsəlman ölkələrinə azərbaycanlılar, özbək, qırğız, tacik, qazax, türkmənlər də neft, energetika və s. sahələr üzrə mütəxəssis kimi cəlb edilirdilər.
Çox qədim dövlət olan Misir dünya sivilizasiyasının ilk məskənlərindən idi. Kamal Xəlilov Misirə yola düşməmişdən əvvəl bu ölkə haqqında ətraflı məlumat toplamış, onun tarixini, mədəniyyətini, xalqın adət-ənənələrini öyrənmişdi. İngilis dili vasitəsi ilə tərcüməçilik vəzifəsini uğurla yerinə yetirməklə bərabər ərəb dilini öyrənməyə səy göstərirdi.
Nəhayət, Kamalın Misir Ərəb Respublikasındakı tərcüməçilik fəaliyyəti başa çatdı. O, doğsa Vətənə qayıtdı. Evdəkilər, tələbə dostları, müəllimləri onu çox yaxşı qarşıladılar. Kamal III kursda təhsil alarkən Misirə getmişdi. Tələbə yoldaşları artıq V kursda idilər. Məsləhət oldu ki, Kamal eksternat (sərbəst) imtahan verib III kursdan V kursa keçsin. Elə də oldu.
V kursu başa vurub təhsil aldığı institutda müəllim kimi işə başladı. Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun dissertanturasına qəbul olundu. Fəlsəfə elmləri üzrə namizədlik dissertasiyası üzərində işləməli oldu. Misir Ərəb Respublikasında alarkən ərəb dilini öyrənmişdi. Bu dəfə ərəb dili üzrə tərcüməçi kimi xaricə, ərəb ölkələrinə getmək fikri vardı. Fəqət ərəb dili üzrə mütəxəssis olmasını təsdiqləyən sənədi yox idi. Odur ki, Azərbaycan Pedaqoji Dillər İnstitutunun nəzdində fəaliyyət göstərən xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsinə yazıldı, diplom aldı. O zamanlar mən də Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsində təhsil alırdım, eyni zamanda xarici dilləri öyrənən ikiillik kursun ərəb dili kursunda oxuyurdum. Bu kursda dərslər axşam növbəsində həftədə üç dəfə, hər dəfə iki qoşa saat olmaqla keçilirdi. Başqa qrupda olsa da, kursun məşğələlərində Kamalla tez-tez rastlaşırdım. Kamal Xəlilov eyni zamanda Azərbaycan Dövlət Universitetinin (hazırda BQU) şərqşünaslıq fakültəsində görkəmli şərqşünas, məşhur ərəbşünas professor Ələsgər Məmmədovun rəhbərlik etdiyi komissiya qarşısında imtahan verərək, ərəb dili üzrə tərcüməçilik sertifikatı aldı.
Günlər, həftələr, aylar ötdü. Kamal Xəlilov yenə səfərə çıxmalı oldu. Bu dəfə yolu Suriya Ərəb Respublikasına idi. SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin xəttilə Dəməşqdə ərəb dili üzrə tərcüməçi işləyəcəkdi. Sovet İttifaqından gələn mütəxəssislər və suriyalı mütəxəssisləri arasında danışıqları tərcümə edəcəkdi. Ailəli idi. Bu dəfə tək yola düşmürdü. Həyat yoldaşı Zərifə xanım və azyaşlı oğlu Tamerlan da onunla idi. Həyat yoldaşı Zərifə Ağabəyova tibb elmləri doktoru, professor Hüseyn Ağabəyovun qızı idi. O, Kamalla eyni qrupda oxumuşd. Zərifə xanım da ingilis və rus dillərini yaxşı bilirdi. Tamerlan sonralar ingilis, rus, ərəb və fars dillərinə yiyələndi. Diplomatik işdə (respublikamızın Küveytdəki səfirliyində və s.) çalışdı.
Tərcüməçilərlə, adətən 2 illik müqavilə bağlanılırdı. Məharətli tərcüməçi olduğu, öz işinin öhdəsindən bacarıqla gəldiyi nəzərə alınaraq, Kamalla müqavilənin müddəti uzadılmaqda idi. Beləliklə, o, 5 il Dəməşqdə tərcüməçi kimi fəaliyyət göstərdi. Kamal Suriyadan qayıtdıqdan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunda (ADU) müəllimlik fəaliyyətini davam etdirməyə başladı. İngilis dilini tədris edirdi. Auditoriyanı, tələbələri və təlim prosesini uğurla idarə edirdi. Müəllim-tələbə münasibətlərini səmərəli şəkildə qururdu. Pedaqoji əməkdaşlığın yüksək səviyyədə olmasına çalışırdı.
Dissertasiya müdafiə etməyə hazırlaşırdı. Fəqət, atalarımız demişkən, “Sən saydığını say, gör fələk nə sayır”. Ömrünün bahar çağında Kamalın ürəyi döyünməkdən qaldı. Çox təəssüf! Bir təsəllimiz var: Kamal Miriş oğlu Xəlilov həyatda olmasa da, həmişə böyük hörmət və məhəbbətlə xatırlanır! Allah rəhmət eləsin!!!
Mən onu hələ 9- cu sinifdə (1989 – Agdam, Yusifcanlı) oxuyanda 9-cu siniflər üçün “Ailə” adlanan dərsliyin müəllifi kimi tanımışam. Sonralar Ali və orta ixtisas təhsili müəssisələrində tədris olunan pedaqogika kitablarının müəllifi də məhz mənim sevimli qiyabi müəllim olduğunu öyrəndim. Bu gün bu gözəl insanın; böyük alim, sevimli yazıçı, peşəkar pedaqoq, əsl ziyalı Akif Abbasovun doğum günüdür!!! Təbrik edirəm, Müəllim!!! “Hər kənddə, hər şəhərdə Sənin meyvələrin var!” Var olun!!! Allah Sizi qorusun!!! Allah uzun ömür, can sağlığı versin ki, yazın, yaradın!!! Biz də oxuyaq, öyrənk!!! Hörmətlə: Zaur Ustac
Miriş hər dəfə lotereya bileti alanda Səkinə deyinir: “Sən də özünə iş tapmısan? – deyirdi. -Neynirsən bu bileti? İşhatandan maşın keçir? Yox bir, təyyarə, helikopter, bəlkə də dron udacaqsan. Bu lotereya biletlərinə verdiyin pullara get ət, toyuq al, nuş-canlıqla yeyək. Qoz, badam ləpəsi, püstə, ərik qurusu götür. v
Miriş də əlini yelləyərək:
-Birdən-birə Amerika kəşf etmirlər, – deyə cavab verirdi. -Vaxt lazımdır, bəxt lazımdır.
-Vaxtı bilmirəm, bəxtdən yarımamışıq.
Miriş ciddi görkəm alaraq:
-Yoxsa peşman olmusan? – dedi.
Səkinə özünü yığışdırdı:
-Nədən peşman olmuşam?
Miriş cavabında dedi:
-Mənə ərə gətməyindən.
Səkinə ərinə sığındı:
-Gör hara gedib çıxdın?! Peşman niyə oluram. O mənada demirəm. Yəni haradadır o bəxt bizdə ki, bir minik maşını udaq. Paltar maşını udsaq belə, sənin papağını göyə ataram.
Miriş arvadının saçlarından öpərək:
-Ay mənim ağıllı xanımım. Yaxşı, daha lotereya bileti almaram. İndiyə qədər bəxtimizə bir kibrit çöpü də düşməyib.
Səkinə dilləndi:
– Vallahi-billahı maşını öz adamları udur. Qurma, qondarma oyunlardsır. Minik maşın olan lotereya biletini verirlər öz qohum-əqrəbalarına, dost-tanışlarına. Belədə guya minik maşınını o udur. Sonra onun əlindən alıb, bir az pulla – bilmirəm 200-300 manat, ya da 500-1000 manatla onun ağzını yumurlar. Həm bu lotereya oyunbazları, həm də yalandan maşın udan qazanır.
Miriş arvadı ilə razılaşdı:
-Əslinə baxanda sən düz deyirsən, ay Səkinə. Daha lotereya biletinə pul verən deyiləm.
Bir müddət keçdi. Miriş yenicə işdən gəlmişdi, vanna otağında yuyunurdu. Səkinə onun çayını-xörəyini hazırlayırdı. Əlində çay qonaq otağına gələndə stolun üstündə lotereya biletlərini görüb təəccübləndi:
-Miriş köhnə xasiyyətindən əl çəkmir ki, çəkmir.
Əlindəki fincanı stolun üstünə qoyub səsləndi:
-Ay Miriş, yenə başladın?
Mirişin səsi gəldi:
-Yenə nə olub, ay Səkinə? Səsini başına atmısan.
Miriş qonaq otağına gəldi.
-Ay kişi, bu nədir? Yenə lotereya bileti almısan. Ötən dəfə danışmadıq?!
Miriş özünə haqq qazandırmağa çalışdı:
-Vallah təsadüfən oldu. Səninçin ətir alırdım…
“Ətir” sözünü eşidən Səkinənin üzünə təbəssüm qondu:
-Ətir?
-Hə, ətir.
-Bəs hanı ətir? Çaşıb ətir yerinə lotereya bileti almısan?
-Ətrini verəcəyəm. Hövsələni bas. Hə, ətir alırdım, xırdaları olmadı. Əvəzində bir neçə lotereya bileti təklif etdilər. Mən də fikirləşdim ki, bəlkə xeyir bundadır. Etiraz etməyib götürdüm.
Səkinə daha çox da dərinə getmədi. 5-10 manatdan ötrü ərinin ətini yeməyəcəkdi ki…
Az keçdi, çox keçdi. Ər-arvad televizorun qabağını kəsdirdilər. Bəxtlərini sınamaq qərarına gəlmişdilər. Lotoreya oyunu başladı. Bir az sonra Səkinə səsini qaldırdı:
-Vay, görürsən, bir rəqəm çatmadı. Belədir də bunlar. İndi də minik maşını hansısa hazıryeyənə qismət olacaq.
Miriş ayağa qalxdı:
-Sən düz deyirsən, fırıldaqdır hamısı.
O, mətbəxə keçib özünə çay süzdü. Fincanı götürüb qonaq otağına keçmək istəyirdi ki, ayaq saxladı. Geri dönüb Səkinə üçün də çay gətirdi. Lağla arvadından soruşdu:
-Hə, nə oldu? Maşın uddun?
Səkinə ağzını əyərək:
-Tökülüb elə, bu dəqiqə maşın udacağam, özü də Mersedes, Toyota, Nissan… Yatar yuxuma da girməz. Amma pis olmazdı…
-Nə?
-Bir tikiş maşını udmaq. Başqa heç nə istəmirəm. Minik maşınını verdim onlara.
Birdən hər ikisi dik ayağa sıçradılar. Miriş Səkinəni qucaqlayaraq:
-Udduq, Səkinə, udduq. Tikiş maşını yox, minik maşını.
Səkinə inanmır, gözlərini döyürdü. Miriş onu silkələrək:
-Arvad, özünə gəl, həqiqətən udmuşuq. Mən də nə gözümə, nə də qulağıma inanıram. Amma həqiqət budur.
Ər-arvadın səsi mənzili başına götürdü: “Urra!!!”
Səkinənin gözləri dolmuşdu. Ağlamağa başladı:
-Ay Miriş, bu lap möcüzə oldu! Nə yaxşı satıcıların xırda pulu olmayıb, sən də nə yaxşı pul tələb etməyib lotereya biletlərini götürmüsən. Qismət beləymiş.
Az sonra qohum-əqrəba, dost-tanış, qonşular bundan xəbər tutdular.
Mirişlə Səkinənən sevinci yerə-göyə sığmırdı. O gecəni diri açdılar. Gözlərinə yuxu getməmişdi.
Nəinki ertəsi gün, hətta sonrakl bir neçə günü də minik maşınının dalınca gedə bilmədilər. Evləri təbrikə, gözaydınlığına gələnlərlə dolub-boşalırdı. Miriş gedib bazarlıq edirdi. Gələnləri çayla yola salmayacaqlardılar ki. Xeyli pul xərclənmişdi.
Axır ki, dörd gün sonra vaxt tapıb minik maşınını rəsmiləşdirmək üçün yola çıxdılar. Miriş şəxsiyyət vəsiqəsini də götürmüşdü.
İşçilər – cavab oğlanlar, qızlar onların başına yığışdılar, bu xoşbəxt cütlüyü təbrik etdilər. Miriş şəxsiyyət vəsiqəsini uzatdı. Onlara xidmət edən qız nədənsə minik maşınını rəsmiləşdirməyə tələsmirdi:
-Maşının sərəncamınıza verilməsi üçün bəzi şərtləri yerinə yetirməlisiniz.
Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Sonra hər ikisi gözlərini dolandırıb cavan qızın sifətinə dikdilər. Səkinə dilləndi:
-Nə şərt, ay xanım? Lotoreyaya minik maşını düşüb. Bizdən tələb olunan şəxsiyyət vəsiqəsidir, yazıb-pozub maşının açarını verəcəksiniz bizə. Biz də sizə şirnilik verərik.
Qızı gülmək tutdu. Aydınlaşdırmağa başladı:
-Məsələ sizin düşündüyünüz kimi heç də asan deyil. Maşına sahib olmağınız üçün gərək bizdən bir qaraj, bir də qarajı qoymaq üçün torpaq sahəsi alasınız. Onların pulu ödəniləndən sonra maşının açarını sizə verəcəyik. Şərtlər bunlardır.
Səkinə Mirişə, Miriş də Səkinəyə, sonra hər ikisi cavan qıza baxdılar. Bu dəfə Miriş dilləndi:
-Yaxşı, qəşəng qız, indi deyin görək, o torpaq sahəsi ilə qarajı neçəyə satırsınız.
Qız dedi:
-Qarajin qiyməti – 3 min manat, torpaq sahəsinin qiyməti isə, 5 min manat.
Ər-arvad başlarını tutdular. Yenə bir-birlərinə baxdılar, çiyinlərini çəkdilər. O qədər pulları harada idi? Borc götürməyə də dəyməzdi. Borcu gec-tez ödəməli olacaqdılar. Hansı pulla? Qənaət edib bir qədər dala pul atmışdılar. Onu da udulan maşının təbrikinə gələnləri qarşılayıb-yola salmaq üçün xərcləmişdilər.
Miriş ağır-ağır dilləndi:
-3 min, 5 min… Deməli sizə 8 min pul ödəməliyik. Bundan sonra minik maşını bizim olacaq?
Qız başı ilə təsdiq elədi. Ər-arvadın sevincindən əsər-əlamət qalmamışdı. Dilxor idilər. Miriş hələ də nəyəsə ümid edirdi. Odur ki:
-Yaxşı, qarajı bildik. Bəs qaraj üçün torpaq sahəsini harada verəcəksiniz?
-Harada?
Qız qarşısındakı kağıza baxaraq:
-Zabratda, – dedi.
Yenə də Səkinə Mirişə, Miriş də Səkinəyə baxdı. Bu dəfə Səkinə dilləndi:
-Xanım, biz Yasamalda yaşayırıq.
-Yasamalda yer ayıra bilmirik.
Miriş səsini qaldırdı:
-Tutaq ki sizinlə razılaşdıq və 8 min manat ödədik. Demək, maşını Zabratdakı qaraja qoyacağıq. Hər gün səhər tezdən tıxacın bol olduğu vaxtlarda ya marşrut avtobusla, yaxud da taksi ilə Zabrata gedib maşını götürməli, axşamüstü də aparıb qaraja qoymalı, yenə də marşrut avtobus, yaxud taksi ilə geri qayıtmalı olacağıq?
-Hə, bizim imkanımız buna çatır. Amma maşın sizə havayı başa gəlir.
-Ay xanım, belədə maşın havayı başa gəlmir. Özümüz öz pulumuzla gedib minik maşınını alsaq, bundan ucuz düşər, həm də onu yaşadığımız binanın həyətində saxlaya bilərik. Heç qaraj da lazım olmaz. Nə çoxdur həyət-bacada maşın saxlayanlar. Boynunuza alın ki, düz oynamırsınız. Belə lotereya oyunu olmaz. Bu oyunun bir adı var: fırıldaq oyunu.
Miriş əlində tutduğu lotereyanı dörd yerə böldü. Səkinənin qolundan tutub, qapıya sarı irəlilədi.
Bazarda yenə də qələbəlik idi. Bazar günü olduğundan çoxları bir həftəlik bazarlıqlarını edib aparıb başlarının altına qoyurdular. Ağız deyəni qulaq eşitmirdi. Hər bir kəs öz malını tərifləyirdi: “Gəl ay müştəri, qızıldandır dişləri! …Soğan deyil, baldır, ey bal! Kartof deyil, almadır, alma!”
Sənətkar dükanları da bazarın müxtəlif tərəflərinə səpələnmişdi. Səhərlər işə başlar, axşamüstülər – bazar bağlananda dükanlarının ağzına qıfıl vurub ya evlərinə yolanardılar, ya da “ümumu qazana pul düşüb” ucuz yeməkxanaların birinə yeyib-içməyə, özlərinin dedikləri kimi, “vurmağa” gedərdilər.
Əlqərəz, bazar hamıya lazım olan bir yer idi. Kimisi burada çörəyini çıxarırdı, kimisi də bazarlığını edirdi.
Həsən 14-15 yaşlarında idi. O da arada bazara gələrdi. Qardaşı Fazil saatsaz idi. Balaca bir dükanı vardı. Gəliri başından aşmasa da, dolanırdı. Fazil onun ögey qardaşı idi, ayrı yaşayırdı, arvad-uşağı vardı. Hərdən Həsəngilə də əl tutardı. İmkan olanda.
İndi onu bazara Fazil özü çağırmışdı. Həsənin rəssamlıq qabiliyyəti vardı. Rənglərdən yaxşı baş çıxarırdı. Arada oxuduğu məktəbin foyesində onun çəkdiyi mənzərə rəsmlərindən ibarət sərgi də təşkil olunurdu. Hamı baxır, bəyənirdi. Ona hədiyyələr də verilirdi.
Fazil çağırmışdı onu ki, gəlib onun dükanına əl gəzdirsin, dükanı abıra salsın. Həsən də boya aldırmışdı, indi zövqlə qapı-pəncərəni, dükanın divarlarını bəzəyirdi. Öz işindən özü də zövq alırdı.
Həsən tələsmədən, səylə kistanı boyaya batırıb qapıya yaraşıq verirdi.
Fazildən başqa Həsənin işinə uzaqdan bir nəfər də göz qoyurdu. Həmin şəxs Qayib kişi idi. Həsənin işini çox bəyənmişdi. Ona yaxınlaşdı:
-Ay oğul, işin irəli! Gördüyün iş xoşuma gəldi. Gərək əminin evini də abıra salasan.
Həsən təəccüblə ona baxdı. Bu rayonda, bazarda gör nə qədər rəngsaz vardı. Həsən heç onların yanından yel olub da keçə bilməzdi. Bu əmi nə əcəb ona ağız açır?!
-Oğul, hər adamı evinə apara bilmirsən. Sənətkar olmaqdan başqa həm də gərək namuslu insan olasan. Kəsəsi, səni bəyəndim. Zəhmət haqqı olaraq sənə 150 manat da pul verəcəyəm.
Həsən qulaqlarına inanmadı:
-Nə qədər?
-150 manat.
Həsən əl saxladı. Cibində siçanlar oynayırdı. 150 manat nədir, heç 15 qəpiyi də yox idi, gedib su alsın. Susuzluqdan ciyəri yanırdı. Həsənin dayanıb key-key baxdığını görən Qayib kişi onun qolundan tutdu:
-Hə, nə deyirsən?
Yüz əlli manat Həsən kimi atasız bir uşaq üçün, onun ailəsi, anası və bacısı üçün böyük pul idi. Çox böyük. Qardaşının yanında nə qədər boynunu büküb durmaq olardı? O da ya azdan-çoxdan pul verər, ya da ağlaşma qurardı ki, “vallah, mən də elə siz gündəyəm” – deyərdi.
Həsən məktəbli idi. Evdə bir qardaş, bir bacı idilər. Anaları hərbi komissarlıqda xadimə işləyirdi. Bir ayda aldığı pul vur-tut 80 manat idi.
Qayib kişinin isə, bazarın gözəgəlimli yerində iri bit təsərrüfat mağazası vardı. Qaz vurub, qazan doldururdu. 150 manat onuncun qəpik-quruş sayılırdı.
Həsən tez razılaşdı və işə başladı. Hər gün dərsdən sonra gəlir, evin rəngsazlıq işlərini görürdü. Günorta qabağına yemək də qoyurdular. O, ev sahiblərindən, onlar da Həsəndən razı idilər. Həsən başını aşağı salıb öz işini görürdü.
Qayib kişi hər dəfə yaxınlaşanda Həsən hiss edirdi ki, o, həvəslə onun işinə baxır və işdən qazı qalır. Həsən hər dəfə Qayib kişinin əlini cibinə salaraq boyun olduğu pulun müəyyən qədərini ona verəcəyini gözləyirdi. Lap 10 manat, iyirmi manat, otuz-qırx manat olsun!
Həsən anasına da, bacısına da aldığı sifariş barədə məluma vermişdi. Evdəkilər buna çox sevinmişdilər.150 manat kasıb ailə üçün böyük pul idi. Evdə işləyən yalnız ana idi. Birisinin ayaqqabısı, donu, o birinin corabı, jaketi, plaşı, özünün də hər bir geyimi nimdaş idi.
Lakin Həsən hər dəfə baxa-baxa qalır, deyə bilmirdi ki, Qayib kişi pulun bir hissəsini avans kimi ona versin. Qayib kişinin tərpənmədiyini görəndə isə fikirləşirdi ki, görünür, Qayib kişi işin tamam-kamal qurtarmasını gözləyir. Pulun hamısını onda, lap axırda verəcək.
Beləliklə, Həsən ruhdan düşməyib işini davam etdirirdi.
…Bu gün Həsənin sevimli günü idi. Evdəkilər də xoş xəbər gözləyirdilər.
Həsən öz işini başa çatdırmışdı. İki göz lazım idi ki, tamaşasına dura. Qayib kişi, arvadı Tavat, qızı Şəhla, oğulları Sabirlə Cabir heyran-heyran baxırdılar. Sonra Sabirlə Cabir çıxıb getdilər iş-güclərinin dalınca. Şəhla da otağına çəkildi. Qaldılar üçü – Həsən, Qayib kişi, bir də Tavat.
Qayib kişi əlini Həsənin kürəyinə vuraraq:
-Halal olsun, bala, yaşın az olsa da, qabiliyyətlisən, əsl sənətkarsan.
Sonra Tavata sarı dönərək:
-Arvad, o dəftəri gətir bura.
Tavat getdi, az sonra dəftər qələmlə qayıtdı. Qayib kişi dəftərdəki qeydlərə baxa-baxa:
-Həsən, deməli, belə. Diqqətin məndə olsun.
Həsən diqqət kəsildi.
-Bir aydır işləyirsən, elədir?
Həsən cəld:
-Elədir, – dedi.
-Hər gün nahara oturmusan. Elədir?
-Elədir, Qayib dayı.
-Günorta yeməyi zamanı sənin qabağına gah yarpaq dolması, gah döşəmə pilov, bəzən də səbzə pilov, gah küftə bozbaş, cücə ətilə çığırtma, gah kələm dolması qoyublar. Nuş canla yemisən?
-Yemişəm.
-Arada bir neçə dəfə qonaqlarım gəlib. Kabab çəkmişəm. Sən də yemisən. Şirə, kompot, göy-göyərti, salat da öz yerində. Hər gün neçə dəfə limonlu çay içmisən. Bəzən axşamüstülər də mən işdən tez gələndə səni yanımda oturtmuş, Allahın verdiyindən sənə də vermişəm. Olub belə şey?
-Olub.
Həsən udqunmaqda idi. Öz-özünə düşünürdü: “Bu nə söz-söhbət idi?! Yeyib içdiklərimi başıma niyə qaxır? Adam adamın çörəyini yeyər. Pulumu ver çıxıb gedim də. Bizimkilər150 manatın haraya xərclənəcəyini çoxdan müəyyənləşdiriblər”.
Qayib kişi sözünə davam etdi:
-Hə, Həsən bala, deməli, sənə çatacaq 150 manatdan gözünü çək. Bu, bir. İkincisi, mən hesablamışam. Hələ üstəlik sənin mənə yüz manat borcun var. Onun 50 manatını keçirəm. Qalır 50 manatı…
Həsən quruyub qalmışdı. Bu nə iş idi düşmüşdü?! Bir aydan çoxdur gəlib-gedib. Əlləşib, boyanın kəskin iyini udub, başı ağrayıb. Bu bir ay ərzində gördüyü işlər bir yana qalsın, sən demə, hələ özünün də bu Qayib kişiyə borcu varmış!!!
Anası ilə, bacısını gözləri önünə gətirdi. Onlar Həsənin gətirəcəyi 150 manatı səbirsizliklə gözləyirdilər.
Axşam idi. Atatürk qərargahda əyləşib dərin fikirlərə qərq olmuşdu. Çöldə səs-küy eşidib diqqət kəsildi. Kimsə içəri girmək istəyirdi. Mühafizəçilər onun qarşısını kəsib qoymurdular. Baş komandan qapıya yaxınlaşdı. Büründüyü çarşabından yalnız gözləri görünən bir qadın dayanıb əsgərlərlə mübahisə edirdi:
– Sizə dedim ki, Baş komandanın, Mustafa Kamal paşanın özünü görmək istəyirəm.
Atatürk dilləndi:
– İşiniz olmasın, qoyun gəlsin.
Əsgər əmrə müntəzir halda mil dayandı və qadına işarə etdi ki, yol açıqdır. Qadın qərargaha daxil olub göstərilən yeri tutdu və çarşabını sərbəst buraxıb üzündən götürdü. Baş komandan lampanın solğun işığında diqqət yetirib gördü ki, bu, 15-16 yaşlarında gözəl və məsum bir qız uşağıdır. Onun yaraşıqlı üzü saralmış, gözləri çuxura düşmüşdü. Atatürkün ürəyi ağrıdı: “Xalq əziyyət çəkir, millətin dincliyi, günü-güzəranı yoxdur”. Sonra qıza müraciətlə dedi:
– Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qızğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın düşmən əlinə keçərsən?
Qız qorxmadığını bildirmək üçün cəsarətlə danışmağa başladı:
– Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?
Bunun cavabında Atatürk dedi:
– Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vuruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qadınlarımızı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü onsuz da çoxdur.
– Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əşya kimi evin küncünə atmısınız?
Atatürk qızın məntiqinə heyran qaldı. Doğrudan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kölə və hüquqsuz vəziyyətə salmışdı.
– Sən haqlısınız, yavrum. Türk qadını çarşabdan azad olmalı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə çalışmalıdır.
Mustafa Kamal sonralar ölkə prezidenti olarkən dəfələrlə türk qadını və qadın hüquqları məsələlərinə diqqət yetirirdi. Çıxışlarının birində deyirdi: “Görürəm ki, bəzi yerlərdə qadınlar başına bir bez, yaxud önlük və ya buna oxşar başqa şeylər ataraq üzünü-gözünü gizlədir, yanından keçən kişilərə qarşı ya arxasını çevirir və ya yerə oturaraq yumulur. Mədəni bir millətin anası, millət qızı bu qəribə şəklə, bu vəhşi vəziyyətə düşərmi?”
Sonralar Atatürk türk qadınlarına millət vəkili seçmə və seçilmə hüququ verən Konstitusiya dəyişikliyi aparılmasına nail oldu.
Baş komandan üzünü qıza tutaraq:
– Qızım, gecə vaxtı buraya bunları söyləməyə gəldin?
Qızı qəhər boğdu, ağlamsınaraq dedi:
– Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Müharibə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn etmişik. Atam da Kütahya-Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yeddi yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya yazılacaq, atamın, qardaşımın, millətimin döyüşlərdə ölən oğullarının qanını alacağam. Gəlmişəm ki, mənə silah verəsiniz.
Atatürk qızın fədakarlığından, vətənpərvərliyindən, düşmənə sonsuz nifrət bəsləməsindən riqqətə gəlmişdi. Lakin bu bənizi solğun, gözəl türk qızının, gələcək türk anasının döyüş meydanında həlak olmasına yol verə bilməzdi. Qızın xətrinə də dəymək istəmirdi, onu yola gətirib bir bəhanə ilə evə qaytarmaq lazım idi.
– Qızım, adın nə oldu?
– Aydandır adım.
– Aydan, heç əlinə silah almısan?
Qız bu sualı gözləmədiyindən duruxdu, sonra özünü ələ alaraq çarşabını göstərdi:
– Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yoxdur. Ayıya rəqs etməyi, cürbəcür oyunlar göstərməyi öyrədirlər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni deyirsiniz bir-iki saata nişan alıb güllə atmağı da öyrənə bilmərəm?!
Atatürkü gülmək tutdu. Bunu görən qız yalvarmağa başladı:
– Paşam, siz Allah məni naümid etməyin, qoyun vuruşum. Onsuz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Təpənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb atacağam. Təkbaşına partizan müharibəsi aparacağam.
Baş komandan qızın iradəsinə, inad və cəsarətinə get-gedə heyran qalırdı. Onun öz inadından dönməyəcəyini görüb dilə tutmağa çalışdı:
– Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sənin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qardaşını təzəcə itirib. O, qəm-qüssə, dərd-ələm içərisindədir. Qəlbinə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Bu gecə elə bilirsən gözlərinə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz verirəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar həmişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Əsgərlər səni ötürərlər.
Qız Baş komandanın razılıq vermədiyini görüb ağladı. Mustafa Kamal paşa irəli yeriyib onu sakitləşdirməyə çalışdı:
– Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə başına bir iş gəlsə, onun dərdinin üstünə dərd gələcək. Buna o, tablaşa bilməyəcək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edəcək?!
Qız göz yaşlarını saxlayıb məsum baxışlarla Mustafa Kamala baxdı. Baş komandan sözlərində səmimi idi, bu çətin anlarda Aydanın, onun ailəsinin taleyini fikirləşir, buna görə narahat olur, qızın qayğısına qalırdı. Aydan fikrə getdi. Doğrudan da, xəstə və dərdli anasını, qardaşsız və atadan yetim qalmış köməksiz bacısını düşünməmişdi.
Aydan sakitcə ayağa qalxdı və qapıya sarı addımladı. Mustafa Kamal əsgərlərdən iki nəfərini çağırıb tapşırıq verdi ki, qızı aparıb evlərinə ötürsünlər.
Sakara Meydan Müharibəsi Mustafa Kamal cəbhəyə gələndən on bir gün sonra başlandı və qələbə ilə başa çatdı.
* * *
…Döyüş meydanını gəzən Atatürk itkiləri hesablayır, cəsədlərin dəfn edilməsi, yaralılara yardım göstərilməsi və xəstəxanalarda yerləşdirilməsi barədə əmr və sərəncamlar verirdi. Qələbə onda xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əsgərlərin halına acıyır, onların ailələri, övladları, valideynləri barədə ürək ağrısı ilə düşünürdü. Acı təəssüf hissi İlə addımlayan Baş komandan birdən ayaq saxladı. Yanı üstə düşmüş cəsədin sifəti ona tanış gəlirdi. Elə cavan və məsum görünüşü vardı ki… Onun əlində tələsik xətlə yazılmış bir kağız vardı. Mustafa Kamal paşanın işarəsi ilə qana bulaşmış kağızı açıb oxudular: «Əgər döyüş meydanında ölsəm, bu məktub əlinizə keçəcək. Baş komandana söz verib evə qayıtmışdım. Anam, bacım və mən döyüşləri izləyir, ordumuzun qalib gələcəyi günü gözləyirdik. Atamı, qardaşımı yada salıb ağlayır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, cansağlığı arzulayırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evimizin top mərmisindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gördüm deyən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çıxardılar. Evsiz-eşiksiz idim. Xalam mənə təklif etdi ki, onlarda qalım. Xalamgildə gecələyib, səhər ertə yuxudan qalxdım. Saçlarımı qayçı ilə oğlan saçı kimi kəsdim ki, məni tanımayıb oğlan bilsinlər. Xalam oğlunun paltarlarından birini geyib cəbhəyə yollandım. Partizanlara qoşuldum. Düşməni öldürdükcə onların sayını göstərirəm: 1+1+1+1+2…Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hələlik döyüşürəm, qələbə gününü gözləyirəm. Baş komandana, ordumuza böyük ümidim var…»
Mustafa Kamal paşa cəsədə bir daha diqqətlə baxdı. Onun sifəti toz-torpağa bulaşsa da, saçları oğlansayağı kəsilsə də, qızı tanıdı. Bu, Aydan idi. Köynəyinin üst düyməsi açıq olduğundan sinəsi bir balaca açıq qalmışdı. Atatürkün işarəsilə şəfqət bacısı tez aşağı əyilib onun köynəyinin yaxasını düzəltdi…
Aydanın ölümü Baş komandanın qanını qaraltmış, ona ağır təsir bağışlamışdı. Qıza, onun taleyinə acıdı: «Yazıq qızcığaz. Onun həyatı hələ öndə idi. Fəqət bu dünyadan erkən və nakam getdi. Yaşasaydı, bir gəlin, ana olacaqdı. Təəssüf, çox təəssüf… Gələcəyin bir qadını, türk anası az sonra torpağa gömüləcək…» Atatürkün gözləri yaşarmışdı. O, qızı dəfn etməyi tapşırıb qərargaha qayıtdı …
* * *
… Atatürk Karacahisara yola düşdü. O, Sakarya Meydan müharibəsindən fərqli olaraq sərkərdə libasında idi. Yaxalığında marşal fərqlənmə nişanı parıldayırdı. O, Baş qərargahın qarşısında avtomobildən düşən kimi zabitlər və əsgərlər Baş komandanın cəbhəyə gəlişini bir bayram kimi qarşıladılar. Marşal hərbi rütbəsi və qazi titulu alması münasibətilə ona təbriklərini çatdırdılar. Atatürk onlara təşəkkürünü bildirdi. Baş qərargahın yerləşdiyi otağa yenicə keçmişdi ki, qapının ağzından gələn bir səs eşitdi:
– Paşam, əfv edin, olarmı?
Atatürk geri dönüb baxdı. Döyüşçü geyimində bir qız idi. Qızın sifəti Baş komandana tanış gəlirdi, lakin xatırlaya bilmirdi. Qız gülümsəyərək:
– Cənab Baş komandan, deyəsən, tanımadınız?
Qızın səsi də tanış idi. Qız Atatürkü çox da intizarda saxlamadı. Adını dedi:
– Aydanam. Poladlıdan.
Mustafa Kamal heyrətdən yerində dondu. O, Aydanı ölmüş bilir və buna görə çox təəssüflənirdi. Aydan tez:
– Paşam, ölmədim, kəfəni yırtıb çıxdım. Ölmədim ki, düşmənlə axıra qədər vuruşum. Onları ölkəmizdən qovana kimi…
Atatürk irəli yeriyib qızı bağrına basdı. O, sevindiyindən az qalırdı qanad açıb uçsun:
– Bu gün nə gözəl gündür, qızım. Nə yaxşı sənə xətər toxunmayıb.
Bu zaman Lətifə içəri girdi. O, Mustafa Kamalı Aydanı qucaqlamış vəziyyətdə görüb bir anlığa yerində dondu.
Mustafa Kamal son dərəcə böyük sevinclə deyirdi:
– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.
Aydan da şad-xürrəm dedi:
– Heç məni demirsiniz, böyük insan!
Aydan bir az da böyümüş, ətə-cana dolmuş, gözəlləşmişdi. Əsgər paltarı ona çox yaraşırdı. Həm də Aydanın qəddi-qaməti elə idi ki, indiki görkəmində nə geysəydi, ona yaraşacaqdı. Mustafa Kamal bu gözəl yaranışa heyran qalaraq, həm də ona bir ata məhəbbəti bəsləyərək dedi:
– Bir danış görüm…
Nə Atatürk, nə də Aydan Lətifəni görürdü. Qarşılaşdığı səhnə Lətifəni çıxılmaz vəziyyətdə qoydu. Əvvəlcə istədi özünün içəridə olduğunu onlara bildirsin, lakin bu fikrindən vaz keçdi, təhqir olunmuş və pərt halda otaqdan çıxdı. Bir Allah bilir bu gün buraya necə sevinc və fərəhlə, böyük ümidlə gəlmişdi.
Lətifə göz yaşlarını saxlaya bilmədi. O, açıqfikirli, gözü açıq, müstəqil, çətinliklərdən qorxmayan, qürurlu bir qız idi. Hər adamla oturub-durmazdı. Çoxları ona həsəd aparardı. Ona öz ürəyini açan da çox olmuşdu. Fəqət heç kimə könül verməmişdi. Məhəbbətini illərlə qəlbində yaşatdığı və böyütdüyü birisi – Mustafa Kamal üçün qoruyub saxlamışdı. Ötən dəfə onunla görüşmüş, ürəyini açmışdı. Həmin görüş onda ümidlər yaratmış, eşqinə cavab aldığını düşünmüşdü. Böyük sərkərdə niyə belə hərəkət edirdi?! Gərək o zaman fikrini açıq bildirərdi. Sevgilisi olduğunu səmimi şəkildə etiraf edərdi. Nə qədər acı olsa da, Lətifə taleyin hökmü ilə barışardı. Lətifə xanım onların söhbətini yadına saldı:
“– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.
– Heç məni demirsiniz, böyük insan!”
Mustafa Kamal qızı sinəsinə sıxmışdı. Böyük sevgi və məhəbbətlə qızın gözlərinə baxırdı. Lətifə hönkürdü və ötüb keçənlərin diqqətini cəlb etdi. Bir zabit yaxın gəlib soruşdu:
– Xanım, bəlkə köməyə ehtiyacınız var.
Lətifə tez özünü ələ alıb:
– Narahat olmayın, əfəndi, hər şey qaydasındadır. Bir balaca sıxıldım… – dedi və qaçaraq uzaqlaşdı.
* * *
Aydan başına gələnləri danışmağa başladı. Hadisə belə olmuşdu. Aydanı ölmüş bilən Atatürk göstəriş verdi ki, onu aparıb fədakar və qəhrəman döyüşçülərə xas olan bir təntənə ilə dəfn etsinlər. Baş komandan gedəndən sonra əsgərlər cəsədi xərəyə qoymaq istəyəndə sanitar qız nə isə hiss edib ona sarı əyildi və qəflətən geri çəkildi. Çantasından bir güzgü çıxarıb Aydanın ağzına tutdu. Güzgünün tərlədiyini görüb qəddini düzəltdi:
– Təəccüblüdür, qızın nəfəsi gəlir.
Bunu eşidən döyüşçülər tez qızı hərbi xəstəxanaya çatdırdılar. Aydanın vəziyyəti ağır idi, ölümlə həyat arasında xeyli müddət çarpışdı. Nəhayət, ölümə qalib gəlib ayaq üstə durdu. Bu əhvalatı eşidən Mustafa Kamalın sifəti işıqlandı. O, qayğı ilə və bir ata məhəbbətilə dolu baxışlarını ona zilləyərək:
– Aydan, görürsən, bizi yenə müharibəyə sürükləyirlər. Ehtiyatlı ol, özünü qoru, – dedi.
-Oldu, paşa həzrətləri!..
* * *
Qurtuluş savaşı 1922-ci il iyulun 22-də İzmirin azad olunması və oktyabrın 11-də Mudanya müqaviləsinin imzalanması ilə başa çatdı. İstanbul hələ oktyabrın 6-da Türkiyə milli ordusu tərəfindən Antanta dövlətlərinin caynağından qoparılmışdı. Bu əməliyyatı Rafət paşanın (Bele) komandası altında olan qoşun hissələri uğurla həyata keçirmişdi.
Atatürk qərargahda idi. Lətifə xanım daxil oldu. Mustafa Kamalonu görüb ayağa qalxdı. Lətifəni son dərəcə mehriban qarşıladı. İrəli yeriyib əl uzatdı:
– Bir görün kim gəlib?! Sizdən nə əcəb, Lətifə xanım. Ürəyimizi yerindən oynadıb, yoxa çıxırsınız!
Lətifə təqsirini boynuna aldı:
– Gərək məni bağışlayasınız, paşam. Qısqandım və sinirləndim.
Atatürk maraq içərisində:
– Kimi kimə qısqandınız, Lətifə xanım? – deyə xəbər aldı.
Lətifə bir qədər sıxılaraq:
– Sizi Aydana, – dedi və Atatürkün gözlərinin içərisinə baxdı. Eyni zamanda öz-özünə düşündü: “Marşal forması Mustafa Kamala gör necə də yaraşır. Sifətinin rəngini açır. Mavi gözlü, qızılı telli bu kişi başqasının deyil, yalnız mənim olmalıdır! Həyatımdır!”
Atatürk sanki onun fikrini oxuyaraq hiyləgərliklə:
– Aydanı harada görmüsünüz? – deyə soruşdu.
Lətifə həddən artıq bəzəyərək:
– Burada, sizin qucağınızda, – dedi və güldü.
Atatürk də qəh-qəhə çəkdi:
– Bir görürsünüz?! Aydan mənim qızım. Heç olurmu?!
O zamankı hadisənin təsirindən hələ də ayrılmayan Lətifə aydınlıq gətirməyə çalışdı:
– Qərargaha girəndə sizi qucaqlaşan gördüm, dərhal halım dəyişdi.
Atatürk aydınlaşdırmağa başladı:
– Başqa cür olardımı? Aydan ikinci dəfə dünyaya gəlmişdi. Onu sevincimdən qucaqlamışdım.
Lətifə xanım səsində üzrxahlıq əlaməti olaraq:
– Hər şeydən xəbərim var, əfəndim, -dedi. -Məni əfv edin. Xalidə Edib hər şeyi anlatdı. Başımı götürüb buralardan uzaqlaşdığıma peşman oldum.
Atatürk Xalidə Edib Adıvara minnətdarlıq olaraq:
– Ah, Xalidə! Mənim dostum, silahdaşım, xeyirxahım! Yenə öz köməyini göstərdi. Lətifə xanım, bir görün nə deyirəm. Düşmənləri ölkəmizdən qovduq. Dinc günlərimiz başlayacaq. Dünənə qədər bu barədə fikirləşmirdim. İndi qərara gəlmişəm. İstəyirəm ailə qurum.
Lətifə diksindi: “Görəsən fikri nədir?” deyə öz-özünə sual verdi. Cavab tapmadığından üzünü Mustafa Kamala tutdu:
– Əlbəttə, yaxşı fikirdir. Ömrünüz boyu subay qalmayacaqsınız ki… – Ehtiyatla: – Heç olmasa namizədiniz var?
– Təbii… Namizədim də var.
Bunu eşidən Lətifənin rəngi ağardı, bədəninə soyuq tər gəldi. Birtəhər özünü ələ alaraq soruşdu:
– O bəxtəvər kimdir?
Atatürk:
– Bu sizsiniz, Lətifə xanım! – dedi. – Həyatımı sizinlə bağlamağa qərar verdim. İstəyirəm sizinlə evlənim. Nə deyirsiniz?
Atatürk Lətifənin əllərindən yapışaraq, onun gözlərinin dərinliklərinə nüfuz etdi.
Lətifəgizli bir sevinc içərisində:
– Belə mühüm işlərdə biz türklər böyüklərin xeyir-duasını alarlar, əfəndim, – dedi. – Gərək evdəkilərlə məsləhətləşim. Amma onları yaxşı tanıyıram, mənim iradəmin ziddinə getməzlər. Mən sizin təklifinizi qəbul edir və «hə» deyirəm.
Atatürk onu qucaqladı. Lətifə sözünə davam etdi:
– Bir arzum var. Bu həm mənim, həm də atamın arzusudur. Əhd etmişik, İzmir alınanda Mustafa Kamala başının dəstəsi ilə qonaqlıq verək. İndi evimizdə səni və dostlarını gözləyirlər.
Atatürk:
– Mən də sənin təklifini qəbul edir və “hə” deyirəm.
Lətifə getməyə hazırlaşaraq:
– Elə isə gedib atamı sevindirim, həm də süfrəni hazırlatdırım.
ALİM, YAZIÇI, DRAMATURQ, TƏRCÜMƏÇİ, JURNALİST, DƏYƏRLİ İNSAN
Akif Nurağa oğlu Abbasov çağdaş pedaqogika elminin və Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biridir. 1950-ci il mayın 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində müəllim ailəsində anadan olmuşdur. Pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının (Moskva) həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Əli Bayramlı şəhər 1 və 2 nömrəli məktəblərində (1957- 1967), Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda Azərbaycan Dillər Universiteti, 1968-1973) təhsil almışdır. Əli Bayramlı şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında müxbir (1967-1968), Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi (1973-1975), Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri (1975-2001), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər və tərbiyə işlər üzrə prorektor vəzifələrində işləmişdir. Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibidir. Professor Akif Abbasovun yaradıcılığı çoxistiqamətlidir. Hər şeydən əvvəl müəllimdir, orta məktəbdə ingilis dili, ali məktəbdə pedaqogika fənnindən dərs deyib. İkinci istiqamət elmi fəaliyyətidir. Akif Abbasov elmlər doktoru, professor, akademik olmaqla yanaşı onun elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 35 nəfər elmlər doktoru və fəlsəfə doktoru yetişib. Elmlər doktoru (11 nəfər) və fəlsəfə doktoru (32 nəfər) proqramları üzrə çoxsaylı dissertasiyaların müdafiəsi zamanı rəsmi opponent kimi çıxış etmişdir. Akif Abbasov ümumtəhsil məktəbləri üçün 5 dərslik və dərs vəsaitinin [“Ailə”, “Ailə həyatının etika və psixologiyası”, ”Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (prof. Ə. Əlizadə ilə); “ABC Book”: I sinif üçün ingilis dili dərs vəsaiti (M. Məmmədova ilə); “İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi” (V-XI siniflər üçün)]; ali məktəblər üçün 3 dərsliyin [“Pedaqogika”, “Ailə pedaqogikası”, “Milli əxlaq və ailə etikası”] və 2 dərs vəsaitinin [“Pedaqogika: müxtəsər konspekt və sxemlər”, “İxtisasa giriş”], xüsusi məktəblər üçün 4 dərsliyin (“Oxu-2”, “Oxu-3”, “Oxu-4”, “Oxu-5”)], kolleclər üçün “Milli əxlaq və ailə etikası” və “Pedaqogika” dərsliklərinin və proqramlarının, 40-dan artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin, çoxsaylı konfrans materiallarının müəllifidir. Akif Abbasovun yaradıcılığında diqqəti cəlb edən digər istiqamət lüğətçilik fəaliyyətidir. O, “İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət” [1999] və “Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti” [2006, 2019] tərtib edərək nəşrinə nail olmuşdur. Akif Abbasov elmi yaradıcılıqda olduğu kimi, bədii yaradıcılıqda da eyni uğurla fəaliyyət göstərir. Bir yazıçı kimi də özünü təsdiq etmişdir. O, “Atatürk” “Yaxşı dost” pyeslərinin; “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr” və “Sultan II Murad”, “Fateh Sultan Məhmət” və “Fəth” romanlarının müəllifidir. Onun qələmindən “Lələşin ayaqqabısı”, “Qız gəlin köçür”, “Xəyanət”, “Qaş düzəltdiyi yerdə”, “Dədəmə oxşayırsan”, “Gəl Məliyin dovğasına”, “Gəlin”, “Xallı kəpənək”, “Müdirin ayağı”, “Bir qıçlı öz atasıdır”, “Dar günün dostu”, “Geydirmə araq”, “Banu və babası”, “Pyeslər”, “Əsərləri. 10 cilddə. 1-10-cu cildlər”, “Roman, povest və hekayələr”, “Atilla və babası”, “Yumruq”, “Yumurta”, “Sənə quzu kəsim”, “Pensiya pulu”, “Hekayələr”, “Uşaqlar üçün hekayələr”, “Töhmət”, “Taxta qaşıq” kimi hekayə kitabları çıxmışdır. Atatürk mövzusu Akif Abbasov yaradıcılığını qırmızı xətlə kəsib keçir. O, türk dünyasının şərəfi və iftixarı, əfsanəvi sərkərdə, dövlət xadimi, Türkiyə Respublikasının yaradıcısı və ilk Prezidenti Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən bəhs edən 6 kitab qələmə almışdır. Onlardan “Samsundan başlanan yol” romanının, “Atatürk haqqında hekayələr”in (birinci və ikinci kitab), “Atatürk” pyesinin, “Böyük türk” (uşaqlar üçün hekayələr) və “Xallı kəpənək” hekayələr kitabının adları qeyd oluna bilər. Babək Abbaszadə “Atatürk” pyesi əsasında libretto yazmış, bəstəkar, professor, Prezident təqaüdçüsü Oqtay Rəcəbov “Atatürk” operasını bəstələmişdir. Bundan başqa, “Atatürk” pyesi türk dilinə çevrilmiş, 2015-ci ildə Ankarada nəşr edilmişdir [Akif Abbasov. Atatürk (piyes). Ankara: Özel Der Yayınları, 2015]. Akif Abbasovun yaradıcılığını məhsuldar edən həm də tərcüməçilik sahəsindəki fəaliyyətidir. O, ingilis, Amerika, İrlandiya, Kanada, Keniya, rus, Moldova, qırğız, türkmən, gürcü, osetin ədəbiyyatından diqqətəlayiq tərcümələr edir. Onun həm ingilis, həm də rus dilindən etdiyi bədii tərcümələr istər orijinala yaxınlıq və istərsə də bədiilik baxımından önəmlidir. Tərcümələri “Azərbaycan” və “Mütərcim” jurnallarında, “Dünya” və “Bağban” bədii toplularında; “Ədəbiyyat”, “Sovet kəndi”, “İdman”, “Təhsil problemləri”, “Azərbaycan müəllimi”, “525-ci qəzet”, “Təhsil və zaman”, “İşıq” (Şirvan şəhərində çıxan), “Muğan” (Sabirabadda çıxan) və b. qəzetlərdə dərc olunmuşdur. İngilis və rus dillərindən tərcümələri 11 kitabda toplanmış və nəşr edilmişdir. “Kristi Tökerin ölümü”, “Yağış altında pişik”, “Tiflissayağı boşanma”, “Küçə tinində hadisə”, “Andro və Sandro” (müəllif: G. Xuqayev), “Ali təhsilli arvad” (müəllif: T. Esenova), “Duel” (müəllif: M. Bayciyev), “Yolagəlməz qadın” (müəllif: U.S. Moem), “Yağış” (müəllif: U.S. Moem) və “Edvard Barnardın ruh düşkünlüyü” (müəllif: U.S. Moem) kimi pyes, povest və hekayələrdən ibarət tərcümə kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. İngilis yazıçısı Qrehem Qrinin “Canlılar yaşayan otaq” pyesini də London nəşrindən dilimizə Akif Abbasov çevirmişdir. Bundan başqa, onun tərcümə etdiyi 6 pyes (“Səhra”, “Nənə gələndə”, “Uğurlu skamya”, “Buzda ehtiyatlı ol”, “İstəkli adamlar üçün hədiyyə”, “Duel”, “Andro və Sandro” və s.) respublika radiosunda tanınmış aktyorların, Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında səslənmişdir. “Andro və Sandro” pyesi Həsən Əblucun 11 rejissorluğu ilə radioda səslənmiş [1987], əsas rolları Sofa Bəsirzadə, İlham Namiq Kamal, Bürcəli Əsgərov, Məhluqə Sadıqova, Muxtar Avşarov ifa etmişlər. Akif Abbasovun jurnalistik fəaliyyəti də diqqət mərkəzində dayanır. O, 1967-68-ci illərdə Əli Bayramlı (hazırda Şirvan) şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında müxbir kimi fəaliyyətə başlamış, ilk jurnalistlik, ilk qələm təcrübəsini bu qəzetin redaksiyasında keçmişdir. Bir jurnalist kimi formalaşmasında həmin qəzetin yaradıcı heyətinin üzvlərindən Möhsün Xəlilovun (redaktor), Tapdıq Xudayevin, Sabir Gözəlovun, Çingiz Ələkbərzadənin, Fərmail Əsədovun, Tofiq Hüseynin, Vaqif Abbasovun rolu olmuşdur. Akif Abbasov hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərləri”nin baş redaktoru, Bakı Qızlar Universitetinin “Elmi əsərləri”nin baş redaktorunun müavinidir. 2000-2006-cı illərdə həm də “Təhsil, mədəniyyət, incəsənət” jurnalının redaktoru olmuşdur. Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərləri” beynəlxalq qrif almışdır, ildə 6 nömrəsi işıq üzü görür. Professor hazırda Ukrayna Milli Müdafiə Universitetinin orqanı olan “Viiskova osvita” jurnalının, Azərbaycanda nəşr olunan “Mütərcim” ədəbi-bədii və tərcümə jurnalının, “Humanitar fənlərin öyrənilməsinin aktual problemləri”, “Pedaqogika”, Naxçıvan Müəllimlər İnstitutunun “Elmi xəbərlər”inin, “Azərbaycanda xarici dillər” jurnallarının redaksiya heyətlərinin üzvüdür. Akif müəllim Azərbaycan Respublikasının Təhsil İnstitutunun xətti ilə keçirilən respublika və beynəlxalq səviyyəli elmi konfransların materiallarının redaktə olunub çapa hazırlanmasında xüsusi fəallıq göstərir, konfrans materiallarını özündə birləşdirən toplunun ya elmi redaktoru, yaxud da buraxılışına məsul olur. Professorun tərtibçilik istiqamətindəki fəaliyyəti də diqqəti cəlb edir. İyirmi çap vərəqi həcmində olan “Az söylə, söz söylə” (Şərqin şifahi və yazılı abidələrində tərbiyəvi fikirlər”, həmçinin “Qız gəlin köçür”, “Toydan əvvəl və sonra” və s. nəşrlər də pedaqoji ictimaiyyətin stolüstü kitablarına çevrilmişdir. Akif Abbasovun “Portret cizgiləri”, “Müqəddəs şəxslərin tərbiyəvi fikirləri”, “Pedaqoji internatura”, “Şagirdlərin hüquq tərbiyəsi” və s. bir çox kitabları maraqla oxunur. Professorun elmi redaktorluq fəaliyyəti də önəmlidir. O, 150-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və kitabçanın, metodik vəsaitin, tədris proqramının elmi redaktoru, bir çox bədii əsərin redaktoru, onlarla əsərin rəyçisi olmuş, çoxsaylı dissertasiyalara, avtoreferatlara rəy vermişdir. Professor Akif Abbasovun yaradıcılığının bir istiqaməti də kino yaradıcılığı ilə bağlıdır. O, “Canavar balası” (1997) və “Qırmızı qar” (1998) bədii filmlərinin redaktorudur (hər iki filmin ssenari müəllifi Ağarəhim, quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəylidir). Qəzet və jurnallarda, “Pedaqogika”dan dərsliklərdə, kitablarda A.N. Abbasovun əsərlərinə istinad edilib, özü və əsərləri barədə materiallar dərc olunub. Azərbaycan Milli Ensiklopediyanın birinci cildində haqqında yazı verilib. Bundan başqa, Sahib Sailovun “Muğanın övladları”, Əjdər Olun “Şirvana binə gəlləm” və b. kitablarda, prof. Teymur Əhmədovun “XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat” və “Azərbaycan yazıçıları XX-XXI yüzilliklərdə: ensiklopedik məlumat” kitablarında dəyərli bir şəxsiyyət, istedadlı alim və yazıçı kimi onun həyat və fəaliyyəti işıqlandırılıb. Professor A.N. Abbasovun tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılması, ümumtəhsil və ali məktəblərdə pedaqoji prosesinin səmərəli təşkili və idarəolunması, pedaqoji diaqnostika və pedaqoji ekspertiza, interaktiv metodların tətbiqi, təhsil alanların mənəvi və hüquq tərbiyəsi, gənc nəslin ailə həyatına və uğurlu nikaha mənəvi və psixoloji baxımdan hazırlanması, təlim və tərbiyə texnologiyalarından istifadə və s. problemlərinə həsr olunmuşdur. Yaradıcı insanın həyatı qaynar qazana bənzəyir. Onun rahatlığı, dincliyi olmur, bitib-tükənməyən yuxusuz gecələr, narahat gündüzlər keçirir. Belə çətinliklər, məhrumiyyətlər professor Akif Abbasovun da payına düşüb. Lakin insana təsəlli verən budur ki, həmin günlər, anlar hədər keçməyib, nəticəsi fərəhli və xoş, sevindirici olub. Özü üçün, ailəsi üçün, dost-tanışları üçün, cəmiyyətimiz üçün, xalqımız üçün. Akif müəllimin əməyinə də qiymət verilib. Əməkdar müəllim fəxri adına, “Tərəqqi” medalına, “Qızıl qələm” mükafatına, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Müəllif: İNTİQAM CƏBRAYILOV , pedaqogika üzrə elmlər doktoru, professor
Levonla Sərkis əllərini iplə sarıdıqları türk zabitini gətirirlər.
Onun saçları qarışıq, sir-sifəti qan içindədir.
Hərbi geyimi bəzi yerlərdən cırılıb.
Levon. Sən Baş komandanın mühafizəçisən. Yaxşı bilirsən ki, indi sənin taleyin bizim əlimizdədir, bizim mərhəmətimizdən asılıdır. İstəsək, buraxarıq, çıxıb gedərsən evinə-eşiyinə. Sən ağılsız deyilsən. Bilirsən, dediklərim ayrı-ayrı şeylərdir. Birinci halda gorbagor olacaqsan. Torpağın altında sümüklərin də çürüyəcək. İkinci halda sağ qalacaq, arvad-uşağının yanına gedəcəksən. Yunan ordusu sizdən güclüdür. Bu orduya başqa dövlətlər də dəstək verirlər. Mustafa Kamal başınızı piyləyib, siz də düşmüsünüz əli yalın ortaya ki, biz də vuruşuruq. Heç nəyə nail ola bilməyəcəksiniz. Yunanlar sizi qırıb axırınıza çıxacaqlar. İnanmırsan mənə?
Türk zabiti. Siz türk əsgərlərini yaxşı tanımırsınız. Son damla qanlarına qədər vuruşacaqlar.
Sərkis.Bəs sonra? Hamınız qırılandan sonra ağlınız başınıza gələcək? Ankaranın yolu açılacaq. Buna əmin ola bilərsən. Belə məlum olacaq ki, siz nahaq yerə döyüşmüsünüz. Onda yerdə qalanlar sizin orduya da, Baş komandanınıza da lənət yağdıracaqlar.
Türk zabiti. Bu sizin xam xəyallarınızdır. Qələbə həmişə bizimlə olub! Türk ordusuna da, Baş komandanımıza da həmişə alqış deyiblər!
Sərkis.Çal Dağı əldə saxlamaq üçün dəridən-qabıqdan çıxdınız. Nə oldu axırı? Haymanaya doğru çəkildiniz.
Türk zabiti. Bizdə belə bir atalar sözü var: «Bir işin önünə baxma, sonuna bax». Geri çəkilmək hələ məğlubiyyət deyil.
Sərkis. Sözümü kəsmə, qulaq as. Yunan ordusu fürsəti əldən verməyib Haymana üzərinə hücuma keçdi. Hərbi sursatınız çatmır. Ərzaq sarıdan da qıtlıqdır. Az qalırsınız bir-birinizin ətini yeyəsiniz. İndi yunanlar Haymana dağını da tutublar. Döyüşlərdə, bilirsən, nə qədər canlı qüvvə itirmisiniz?
Levon (qəh-qəhə çəkərək).Sayı yox, hesabı yox. Min nəfərə yaxın əsgər, səksəndən artıq zabit. Elə bilirsiniz itkilərinizdən xəbərimiz yoxdur?
Türk zabiti. Təklifiniz nədir?
Sərkis. Bizə sizin baş komandanın ölüsü, ya da dirisi lazımdır (bir kisə çıxararaq göstərir). Bu, qızıl kisəsidir. Sənə çatır. Biz deyənlə durub-otursan əlavə mükafatın da olacaq.
Türk zabiti. Sizin millətin qanında var bu satqınlıq, yaramazlıq, şər toxumu səpmək, ara qarışdırmaq, ara düzəltmək. Sizin xəmiriniz pis-pis işlərlə, hiylə və məkirlə, xəyanətlə yoğrulub. Həmişə yediyiniz qaba tüpürmüsünüz.
Levon(əlini qaldırıb onu vurmaq istəyir, Sərkis qoymur. Mühafizəçiyə). Ömründə bir dəfə sən də yediyin qaba tüpür. Qorxma, dünya dağılmaz. Əvəzində azadlığa, var-dövlətə çatarsan.
Türk zabiti. Onda mən türk yox, erməni olardım. Məni öldürə bilərsiniz. Fəqət qulağınızda sırğa edin. Biz Çanaqqala müharibəsi, İnönü döyüşləri kimi Sakarya meydan müharibəsini də udacağıq. Vətənimizi düşmənlərə verən deyilik! Ölkəmizə sahib çıxmaq arzunuz da gözünüzdə qalacaq! Torpağımıza soxulan, soxulmaq istəyən soxulcanların, ilanların biri də cəzasız qalmayacaq! Yadınızda saxlayın: yırtıcı quşun ömrü az olar!
Sərkis (sinirli). Gəl daşı tök ətəyindən, tərslik eləmə. (Levona) Ara, bu musurman həmişə belədir. Xeyrini bilmir, sonra peşman olur.
Türkzabiti. Yanılırsan.
Sərkis. Gecə qara, cücə qara. Axşam düşəndə fürsət tap, bıçağı sapla Mustafa Kamalın ürəyinin başına, ol dünyanın xoşbəxti.
Türkzabiti. Xəyanətkar millətin verdiyi vəd də yalan olur.
Sərkis. Levon, eşitdin, o bizə inanmır. Elə isə mükafatını qabaqcadan veririk (ikincikisənidəçıxarıb, hərikikisənionunayaqlarıaltınaatır).
Türkzabiti (ayağıiləkisələrivurubkənaraatır). Hər dəfə ermənilərə rast gələndə onların nə qədər rəzil və murdar olduqlarına bir daha əmin oluram. Yunanlar, Çal Dağı və Haymananı ələ keçirsələr də, onların durumu heç də ürəkaçan deyil. Bizim də bunlardan xəbərimiz var. Bizim bir həmləmiz yetər ki, yunanlar geri çəkilsinlər. Siz erməniləri insan yox, şeytan doğub. Doğan yerdə onun qarnına şiş bataydı. Mən sizə nifrət edirəm (türkzabitiLevonunüstünəatılır, ayağıilədəSərkisivurur). LevonlaSərkistürkzabitiniyerəyıxıbəzişdirirlər. Onunmüqavimətgöstərdiyinigörübbıçağısinəsinəvururlar.
Türkzabiti (yerindəqıvrılaraq). Məhv olsun düşmən! Yaşasın Baş komandan! Mustafa Kamal paşaya, türk ordusuna eşq olsun! Yaşasın azad və müstəqil Türkiyə! (ölür).
Sərkis. Mən bu türkləri yaxşı tanıyıram. Bunlar öz rəhbərlərinə xəyanət etməzlər. Ölənə kimi vuruşacaqlar. Zabitin dediklərində həqiqət var. Əlac özümüzə qalıb. Qızılları götür, əkilək. Gəlib çıxan olar, atamızı yandırarlar (gedirlər).
Uğur. Bu yunanlar yaman baş aparır ha! Qovuruq, fırlanıb yenə üstümüzə gəlirlər.
Özgün. Baş aparmaq üçün baş lazımdır. Başları olsaydı, gəlib buralara çıxmazdılar.
Fərhad. Sənin sözlərin yadıma bizim Molla Nəsrəddini saldı. Yaman baməzə kişi olub. Sizlərdə ona Xoca Nəsrəddin deyirlər. Bir dəfə Molla evinə gələndə görür ki, qonşular onun həyətinə yığışıblar. Birisi Mollaya deyir: «Arvadın yıxılıb ağlı başından çıxıb». Molla halını pozmur. Deyir: «Mən öz arvadımı hamıdan yaxşı tanıyıram. Onun ağlı heç əvvəldən yox idi. Görəsən başından çıxan nədir?!» İndi, ay uşaqlar, bu düşmənin başındakı ağıldır, yoxsa bizim Molla demişkən, nədir? Bilmirəm.
Əsgərlərgülürlər. Özgünsiqaretçıxarıbyandırır.
Uğur. O gün Fevzi Çakmak paşa deyirdi ki, bu müharibə yunanlarla son müharibə olacaq. Onları Ağdənizə tökəcəyik!
Fərhad. Uğur, deyirsən yunanları yuyub sonra asacağıq ki, qurusunlar?! Necə fikirləşirsən, onları dənizə töksək, günahları yuyular?
Özgün. Fərhad, onların günahını heç nə yumaz. Nə su, nə güllə, nə də od!
Samətçiynindətüfənggəlir.
Uğur. Gəl, Çərkəz Ədhəmin gül balası.
Samət. Uğur, yenə başladın? Allah Çərkəzin başına daş salsın. Başımızı piyləyib ağlımızı almışdı.
Özgün. Türk ozanları bilirsən sənin kimilər barəsində nə deyiblər? Qulaq as (tüfəngigötürübsazkimiçalır):
Qaracaoğlan, gəz mərd ilə,
Ülfət qılma namərd ilə.
Fələk bizi bu dərd ilə
Qoyar qaçar, demədimmi?
Üğur.Ay Samət, bəs bilmirdin ki, Çərkəz Ədhəm bərkə düşəndə, öz canının hayına qalacaq, sizi qoyub qaçacaq? Ay canım, adam qoşulanda da bir fərlisinə qoşular.
Samət. Xəcalətimdən az qalır yerə girim. Arvad-uşaq da üz döndərmişdi. Nə yaxşı ki, Mustafa Kamal paşa ilə İsmət paşa məni bağışladılar. Günahımı yumaq üçün fürsət verdilər. Daha ağlım başıma gəlib, narahat olmayın. Ancaq sizdən bir xahişim var: keçmişimi xatırladıb mənə əzab verməyin.
Özgün (Uğura). Eşitdin? Doğru deyir. Daha düşükləmə. Samət, əslində biz səni dolamaq üçün yox, döyüşqabağı kefimizi açmaq üçün zarafat edirik. Fərhad, başla. Molla nə deyir?
Fərhad. Mollanın evinə oğru gəlir.
Fevzi Çakmak paşa sakitcə gəlib qulaq asır.
Oğru otağın birindəki şeyləri yığışdırıb çölə çıxır. Molla da əyləşdiyi otaqdakı şeylərdən əlinə keçəni bir çamadana yığıb onun dalınca düşür. Gəlib çıxırlar oğrunun evinə. Oğru baxır ki, Molla onun yanında dayanıb. Ondan soruşur: «Sən mənim evimdə nə edirsən?» Molla cavabında deyir: «Bəs bura köçmürük?»
Əsgərlər gülürlür. Fevzi Çakmak paşanı da gülmək tutur. Fərhadonugörübpərtolur.
FevziÇakmakpaşa. Fərhad, oğlum, narahat olma. Hər şey qaydasındadır. Mən çox sevinirəm ki, döyüşqabağı deyib-gülürsünüz. Savaşa belə nikbin ruhla, üzügülər gedərlər. Onda qələbə də asan qazanılır. Molla Nəsrəddinin lətifəsi idi?
Fərhad. Bəli, paşam.
FevziÇakmakpaşa. Ağız ədəbiyyatında türk xalqlarının ortaq nümunələri çoxdur. Atalar sözlərimiz, bayatılarımız, «Koroğlu», «Dədə Qorqud» dastanlarımız…
Fərhad(atəşaçır). Al gəldi… Düz sinəsindən vurdum. Aşdı.
Samət. Birini də mən vurdum.
Şəkildəyişir. FevziÇakmakpaşaqərargahdaəyləşib. Yunanordusundanəsiralınmışikiəsgərdayanıbgözləyir. Əlisilahlıüçəsgəronlaranəzarətedir. Yorğunluqdan və bir də vaxtlı-vaxtında yemədiklərindən əsirlərin sifətlərinin əti çəkilib. Qorxudan gözlərinə qaranlıq və vahimə çöküb.
Fevzi Çakmakt paşa(hündürboylu əsirə üzünü tutaraq). Buyur, görüm.
Əsir(çəkinə-çəkinə). Desəm, inanmayacaqsınız. Əslində biz əsgərlər bu müharibəyə öz xoşuna qoşulmamışıq. Mən kəndli babayam. Başımızı əkin-biçinlə zorla dolandırırıq. Bir çətən külfətik… Yalvarıram, məni öldürüb anamı gözü yaşlı qoymayın.
Fevzi Çakmak paşa (sinirlənib ayağa qalxır, siqarını yandıraraq). Bəs bu yayın istisində öldürdüyünüz cavanların anası yoxmu?
Əsir (başını aşağı salaraqgözlərinin yaşını axıdır). Mən əvvəldən Allahıma yalvarırdım ki, müharibə tez qurtarsın. Müharibəyə gələnə qədər heç toyuq başı da kəsməmişəm. Adam öldürmək mənlik deyil. Gülləni də qorxa-qorxa atıram. İlk günlər atəş səsindən diksinirdim, elə bilirdim güllə mənə dəyib. Əlimlə bədəni yoxlayıb salamat qaldığımı görəndə bir təhər sakitləşirdim… Üstümüzə pulemyotları tuşlayaraq bizi məcbur edirdilər ki, vuruşaq. Hansı təpəyə hücum əmri verilirdisə deyirdilər: bu təpənin arxasında Ankaradır. On altı gün ötdü. Ankara görünmədi… «Türklərin əlinə keçsəniz, hər tikənizi qulağınız boyda edəcəklər» deyib bizi qorxudurdular …
Fevzi Çakmak paşa (o biri əsirə müraciətlə). Buyur, görüm, yəqin səni də zorla müharibəyə göndəriblər?! (əsirin dinmədiyini görüb). Sən könüllüyə oxşayırsan Yəqin öz xoşunla müharibəyə qatılmısan?!.
Əsir dillənmir. Bayırda canlanma. Mühafizəçinin səsi eşidilir: «Farağat!» Fevzi Çakmak paşa qalxıb çölə çıxır. Atatürk görünür.
Atatürk (komanda verir). «Azad!» (görüşürlər).
Fevzi Çakmakpaşa. Paşa həzrətləri, xoş gördük!
Atatürk. Gün aydın! Nə var, nə yox?
FevziÇakmakpaşa. Əsirləri dindirirdim.
Atatürk. Gedək, sorğu-sualı davam etdir.
AtatürkvəFevziÇakmakpaşaqərargahadaxil olurlar.
FevziÇakmakpaşa (sualınıtəkraredərək). Sən də məcburən müharibəyə gətirilibsən?
Atatürk (əsirinsusduğunugörərək). Hara vətəndaşısan?
Atatürk. Demək, sənin vətənin Türkiyədir. Millətindən asılı olmayaraq hamı vətəni qoruyur. Sən isə vətənə qarşı vuruşursan. Bilirsən səni necə bir aqibət gözləyir?! (xəyanətkaranifrətləbaxaraq). Türkiyənin, türk xalqının siz rumlulara nə pisliyi keçib ki, onu sevmirsiniz, bu ölkəyə, bu millətə qarşı belə namərdlik, nankorluq edir, xəyanətkar mövqe tutursunuz? (əsirinsusduğunugörərək). 1919-cu ildə yunanlar İzmirə girəndə sənin doğulduğun, boya-başa çatdığın, çörəyini yediyin, suyunu içdiyin, havasını udduğun bu şəhərdə daşı-daş üstə qoymur, dinc sakinləri öldürür, uşaqların başlarını kəsirdilər. Siz rumlular da sevinc içərisində onların qabağına qaçır, düşmənlərimizi duz-çörəklə qarşılayırdınız…
FevziÇakmakpaşa. Yadına düşmür? Yəqin İzmirin işğalı zamanı rumluların yunan ordusunu sevinclə, coşqun hərarətlə qarşıladığının, döyüşçüləri qucaqlayıb öpdüklərinin sən də şahidi olmusan. Yəqin sən özün də o birilərə qoşulub işğalçılara gül-çiçək dəstəsi gətiribsən.
Atatürk. İzmir mitropoliti Xristostomas çağırılmamış qonaqlara, işğalçılara xeyir-dua verirdi.
FevziÇakmakpaşa. Rumlular yunan taburunun qarşısına çıxaraq: ZitoVenizelos! Zitayunanəsgərləri! – deyə qışqırırdılar.
Atatürk. Yunanlar türklərə divan tutmağa başlayanda yerli rumlular da onlara qoşulmuşdu. Onlar da türkləri öldürür, evlərini yandırır, talançılıq edirdilər. Bunların heç biri yadına düşmür? İnanmaq olmur.
Əsir. Doğru deyirsiniz, komandir, bu əslində biz gənclərin deyil, bizim böyüklərimizin, ağsaqqallarımızın, ağbirçəklərimizin günahıdır.
Atatürk. Öz səhvini başa düşdüyün üçün, yoxsa canını qurtarmaq üçün belə deyisən? Bunu bilmədik. Amma həqiqəti söylədin.
FevziÇakmakpaşa. Əsirləri aparın.
AtatürkFevziÇakmakpaşanınqulağınanə isəpıçıldayır. Fevzi Çakmak paşa əli ilə işarə verir. Türk əsgərləri dayanırlar.
(əsgərlərə). Rumlu əsiri aparın, o biri isə qalsın.
Atatürk (əsirə).Mən belə başa düşdüm ki, sən siyasi oyunların qurbanısan, istəmədiyin halda müharibəyə qatılmısan.
Əsir (sevincək). Doğru buyurursunuz, qurbanın olum.
Atatürk. De, görüm, yunan ordusunun durumu necədir?
Əsir. Onların gücü tükənməkdədir. Ciddi ərzaq qıtlığı ilə üzləşiblər. Bir tərəfdən bu, digər tərəfdən fasiləsiz döyüşlər əsgərləri yorub əldən salıb. Daha pisi, mərmi ehtiyatı azalıb. İtkiləri elə çoxdur ki, yüz əlli nəfər əsgərdən təşkil olunmuş bölüyün hər birində indi vur-tut 25-30 döyüşçü qalıb. Müharibə döyüşçüləri təngə gətirib. Bir himə bənddirlər ki, aradan çıxsınlar. Geri çəkilmək barədə söz-söhbət gəzir.
Atatürk(ayağaqalxaraq). Bunu buraxın, çıxıb evinə-eşiyinə getsin.
(Fevzi Çakmak paşaya). İndi müharibə bir dönüş nöqtəsinə gəlib çıxıb. Tərəflər geri çəkilmək üzrədirlər. Türklər daha qətiyyətli və dözümlü çıxdılar. Biz müdafiə xətlərində açılan gədikləri qapamaq üçün əlavə qüvvələrdən istifadə etdik. İndi əks-hücuma keçə bilərik. Ancaq nəzərə almaq lazımdır ki, qarşıdakı savaş heç də asan olmayacaq. Sol cinahda yunan qüvvələrinin qarşısı alınıb. Ankaranı gözləyən təhlükə sovuşub. Lakin hələlik bu azdır. Düşmən Orta Anadoludan da qovulmalıdır. Fevzi Çakmak paşa, bütün komandirlərə çatdırın: əks həmlə zamanı əsas diqqət sağ və orta cinahlara yönələcək!
Fevzi Çakmak paşa. Yunanlar geriləmək fikrində deyillər. Əksinə, Sakarya çayının qərbində səngər qazırlar.
Atatürk. Ona görə əmr edirəm: Solumuzdakı ən yüksək təpəyə – Dua Təpəyə hücum! (gedirlər).
Levon və Sərkis gəlirlər.
Levon. Ara, bu Türkiyənin padşahı lap keyquludur. Bütün torpağı əcnəbilərə pay-bölüş edib… İndi dəbdə Mustafa Kamaldır. İşlərimiz yalnız onda düzələcək ki, o, ortadan götürülsün. Türk zabitini dilə tuta bilmədik. Zalım oğlu ölümünə razı oldu, ancaq dediyindən dönmədi. Belə yerdə türklər özləri deyiblər: «Ağıl olmayınca başda, nə quruda bitər, nə yaşda». Hə, aşna, əlac özümüzə qaldı. Mustafa Kamalı öldürsək, tarixə düşərik.
Sərkis. Nə danışdığını bilirsən. Mən də istərəm ki, o öldürülsün. Onun axırına öz əllərimlə çıxardım. Amma Mustafa Kamalı öldürmək mümkün olan şey deyil. Əvvəla, türk milləti, türk xalqı onu çox sevir, ona inanır, onun ardınca ölümə belə desən gedir. Həm də bu adam tilsimlidir. Padşah onun ölümünə fərman vermişdi, bacarmadı. Neçə dəfə sui-qəsd təşkil olundu, alınmadı. Vəziyyətdən çıxmağı bacarır. Zalım oğluna güllə də batmır. Lap möcüzədir. Yəqin xəbərin var.
Levon. Var.
Sərkis. 1915-ci il Conkbayır döyüşlərində ingilis snayperi onun ürəyinin başını nişan alıbmış. Əlləri titrəmədən tətiyi də çəkib. Atəş açılıb, ancaq Mustafa Kamal sağ qalıb. Musurmanlar belə qəribə hadisələr baş verəndə deyirlər: “Anası namaz üstündə imiş!” Eşitmisən yəqin niyə ölməyib. Cib saatını döş cibinə qoyubmuş. Vallah möcüzədir. Elə bil əvvəldən ürəyinə damıbmış. Həmin saat onu ölümün pəncəsindən qurtarıb. Güllə saata dəyib yerə düşüb.
Levon. Bu müharibədə türklər məğlub olsa, bizim işlərimiz düzələcək, qalib gəlsələr – bütün ümidlərimiz puça çıxacaq. Bu Mustafa Kamal olmasaydı, Türkiyə çoxdan batmışdı.
Sərkiz. Bilməmiş olmazsan. Çoxdandır Türkiyə torpaqlarında ingilislərin də gözü var. Fəqət nə qədər müharibə aparsalar da, istəklərinə çata bilməyiblər. Çanaqqala, Arıburnu, Anfartalar, Conkbayır döyüşlərində Mustafa Kamal ingilislərə aman verməyib. Onlar İstanbulu tutmuşdular. Oradan da çıxarıldılar. Londonda parlament üzvləri bir yerə toplaşıb tələb ediblər ki, Böyük Britaniyanın baş naziri Herbart Henri Askvit gəlib bizə anlatsın ki, bu nə məsələdir? Bu qədər xərc niyə havaya sovrulub, heç bir qələbə qazanılmayıb? Baş nazir, bilirsən, nə deyib?
Levon. Sən də özünü çox bilən göstərmə. Mən bilirəm nə deyib. Deyib: Cənablar, burada mənim təqsirim yoxdur. Dünyada tarixi şəxsiyyətlər yüz ildə bir dəfə doğulur. İndi mən nə edim ki, bu xoşbəxtlik Türkiyəyə nəsib olub. Mustafa Kamal paşa meydana çıxıb. Günah məndə yox, onda, onun qabiliyyətində, gücündədir.
Sərkiz. Mustafa Kamalı məhv etmək üçün onun ətrafındakı adamları, ona sadiq şəxsləri bir-bir dənləmək lazımdır.
Levon. Birincisi Fevzi Çakmak paşadan, sonra İsmət paşadan başlamaq lazımdır. Yunanları İnönüdə darmadağın etdilər. Mustafa Kamal bu döyüşü uğurla başa çatdırdığına görə İsmət paşaya İnönü ləqəbi verib.
Sərkiz. Mustafa Kamal at belində döyüşün ən təhlükəli yerlərini gəzir. İmkan olsa onu, olmasa ya Fevzi paşanı, ya da İsmət paşanı aradan götürməli, bu xalqa dağ çəkməliyik. Gəlsənə paltarımızı dəyişib türklərin içərilərinə girək. Müharibədir, it yiyəsini tanımır.
Levon. Paltarlarımızı dəyişdik, bəs burnumuzla nə edək? Əyri badımcan kimi adamın gözünə girir. O saat biləcəklər ki, erməniyik.
Sərkiz. Düz deyirsən. Onların arasında olsaq, sui-qəsd həyata keçən kimi bizi parça-parça edərlər. Yaxşısı budur, daşın, ağacın arxasında gizlənib məqam gözləyək.
İsmətpaşa. Neçə gündür Mustafa Kamal paşa dinclik nədir bilmir. Yenə döyüş meydanındadır. Atla təhlükəli yerləri gəzir. Rəsmi fəaliyyətimdə olduğu kimi, şəxsi həyatımda da Mustafa Kamal paşa mənimvəlinemətimdir. Bütün hadisələrdə uğurlara yiyələnməyimdə onun çox böyük zəhməti olub. O özündən daha çox mənim uğur qazanmağıma çalışıb… Biz hamılıqla onu qorumalı, sağlamlığı qayğısına qalmalıyıq.
LevonvəSərkisxəlvətigəlibgizlənirlər.
XalidəEdibAdıvar. Paşa həzrətləri mənim xətrimi istəyir. Odur ki, sözlərimdən incimir. Hərdən onunla ərklə danışıram. Hər dəfə ona deyirəm ki, özünə fikir versin. Qulaq asmır. Yorğunluqdan və yuxusuzluqdan gözlərinin ətrafını tünd mavi dairələr bürüyüb. Gözünün acısını çox vaxt əyləşdiyi kresloda alır. Bu da olur onun yuxusu, istirahəti. Müharibələr də bitib-tükənmək bilmir. Deyəsən paşa həzrətləri gəldi. Mən gedim (çıxır).
Türkzabitiİsmətpaşayayaxınlaşır.
Zabit. Baş komandan sizi soruşurdu.
İsmətpaşa. Qərargahdan bəzi sənədləri götürüm, gedək.
İsmətpaşaqərargahadaxilolur, zabitgözləyir.
(çıxır). Gedək.
Levon(astacaSərkisə). Hərəmiz birinə atəş açaq. Hədəfə təkcə İsmət paşa alınsa, yanındakı zabit bizi vura bilər.
Atatürk(gəlir, yerdəsərələqalmışSərkisəbaxaraq).Burada nə hadisə baş verib?
Əsgər. Dığalar İsmət paşaya güllə atıblar..
Atatürk(İsmətpaşaya). Yaralandın?
İsmətpaşa. Xeyr, əfəndim. Xoşbəxtlikdən güllə açılmadı. Amma bir zabitimiz yaralanıb.
Atatürk(ətrafınabaxaraq). Yarası ağır idi?
İsmətpaşa. Məncə, yüngül yaralanıb.
Atatürk(yaxınlaşaraqSərkisəbaxır). Atəş açan budur? Ermənidir…
İsmətpaşa. Elədir, paşam.
Atatürk. Ehtiyatlı olmaq lazımdır. Bu ermənilər bizimkilərə xətər toxundurmaq üçün həmişə fürsət axtarırlar. Tələt paşanı da, Ənvər paşanı da, Camal paşanı da öz qanlarına qəltan edən də bunlar oldu.
İsmətpaşa. Doğru buyurursunuz, paşam. İki nəfər idi. O biri qaça bildi (əsgərlərə). Bu yaramazı buradan rədd edin.
XalidəEdib. Şükür allaha, pis deyil. Hamı qələbə gününü gözləyir. O isə uzaqda deyil.
Atatürk(uzaqlarabaxaraq, XalidəEdibə). O təpələri görürsünüz?! Ora Qaradağdır Bir baxın, yunanlar geri çəkilirlər.
Atışma. Yaralılar, çiyni tüfəngli əsgərlər gəlib səhnədən keçirlər. Atatürk və Xalidə Edib söhbəti kəsib onlara baxırlar.
Xalidə Edib. Paşa həzrətləri, əməliyyat uğurlu gedir. Bu məni çox sevindirir.
Atatürk. Planımız baş tutdu, xanım əfəndi. Qaradağ az sonra geri qaytarılacaq. Amma itkilərimiz çox oldu. Bax, bu məni ağrıdır. Tümənlərimizin birində əsgərlərin tən yarısı həlak olub.
XalidəEdib. Döyüş itkisiz ötüşmür, əfəndim. Əsas məsələ odur ki, düşmənə yaxşı dərs verdik.
(tanıyaraq). Nəm-nişanından İsmət paşaya atəş açıb qaçan dığaya oxşayır.
Atatürk. Azər, oğlum,onu necə ələ keçirdiniz?
Azər. Döyüş ara vermişdi. Səngərə yatıb dincimizi alırdıq. Xəbər gəldi ki, bir nəfər yerə yata-yata ağaclığa sarı gedir. Ehtiyatla başımı qaldırıb baxdım. Gördüm həmin bu yaramazdır. Yoldaşlarıma dedim ki, istəyirəm onun ardınca gedim. Baycan tək yola çıxmağıma razı olmadı. Birlikdə bu dığanın ardınca düşdük. Öldürə bilərdik, fikirləşdik ki, əsir götürək. Demə, döyüş meydanından aralanmaqda məqsədi varmış (gülməktutur). Cənab Baş komandan, gərək bağışlayasınız. Özünü ağaclığa təzəcə vermişdi ki, başının üstünü aldıq. Ələ keçdiyini görüb sarısını uddu. Qorxusundan ağaclığa nə üçün çəkildiyi də yadından çıxdı. Dərhal tərk-silah etdik.
Baycan. Yolda bizə yalvarıb-yaxarırdı ki, onu buraxaq. Hərəmizə bir kisə qızıl boyun oldu. Qızılları aldıq, özünü isə bura gətirdik. İsmət paşaya atəş açan ermənidir. Bu da qızıllar… (kisələriuzadır).
XalidəEdib (qızıllarıalaraq). Ordunun ehtiyaclarına sərf olunar.
Azər. Bu ermənilər harada olsalar, ziyankarlıqla, qan tökməklə, xəyanətlə məşğul olurlar. Dəsxətt hər yerdə eynidir.
Baycan. Ötən əsrin əvvəllərində Cavad xan Gəncədə rus qoşunu ilə döyüşəndə şəhərin erməni sakinləri rus generalı Sisyanova bələdçilik edirdilər.
Azər. Bunlar 1905-ci ildə, 1915-ci ildə, 1918-ci ilin martında Bakıda, başqa bölgələrimizdə saysız-hesabsız qırğınlar törədib, azəri türklərini qətlə yetiriblər. Türklərə qarşı nanklorluq və xəyanət etdiyinə görə qulağı kəsilən Andronik, bir Allah bilir, Qarabağda saysız-hesabsız dinc əhalini qılıncdan keçirdi.
Baycan. Yaxşı ki, türk ordusu köməyimizə gəldi. Qafqaz İslam ordusu, Nuru paşa ilə Kazım Qarabəkr paşa imdadımıza çatmasaydı, ermənilər Azərbaycanda daşı daş üstə qoymazdılar.
Atatürk. Biz – türklər və azərilər qardaş millətik. Bir-birimizə arxa, dayaq durmalıyıq. O zamanlar Azərbaycana kömək əlimizi uzatdıq, Azərbaycan Demokratik Cümhuriyyəti də dar günümüzdə bizə dəstək durdu. İndi budur, siz azərbaycanlılar burada – Anadoluda bizim yanımızdasınız, bizimlə çiyin-çiyinə düşmənlərimizə qarşı vuruşursunuz. İgidlər, bu köməyə görə sağ olun! Mən sizdən çox razıyam. Neçə-neçə Anadolu türkü Azərbaycanda, azəri türkləri Anadoluda şəhid olub. Onların ruhu şad olsun!
XalidəEdib. Azərbaycan rusların, ermənilərin caynağından xilas olub öz dövlətini qurdu. Fəqət qoymadılar ki, bu dövlət yaşasın. Ruslar gəlib yenidən işğal etdilər.
Atatürk. Xalidə xanım, sabah nə olacağını heç kim qabaqcadan söyləyə bilməz. Sovetlər birliyi də Osmanlı dövləti kimi, Avstriya-Macarıstan kimi parçalana bilər. Bu gün əlində möhkəm tutduğu müttəfiqlər ovuclarından qaça bilər, o zaman Türkiyə nə edəcəyini bilməlidir!
FevziÇakmakpaşavəİsmətpaşagəlirlər.
FevziÇakmakpaşa. Güclü top atəşindən, təyyarəçilərimizin bombardmanından düşmən özünü itirib, pərən-pərən düşüb. Türklər irəliləyirlər. Qaradağ geri alınıb.
Atatürk. Baş qərargahı azad olunmuş yerə köçürün!
İsmətpaşa. Oldu, cənab Baş komandan! (gedir).
Azər. Paşa həzrətləri, əfv edin. Biz gedək (gedirlər).
FevziÇakmakpaşa. Düşmən hələ Türkiyə ərazisini tərk etməyib. Yunanlar geriləyir. Görəsən, bu, ümumi geriləmədir, yoxsa düşmən haradasa mövqe tutub yenə döyüşə girəcək?
Atatürk(əliiləgöstərərək).Türk süvari kolordusu Sakarya çayının o biri sahilinə adlayıb yunanların nicat yollarını kəssin!
İsmətpaşa. Aldığım məlumata görə, türk partizanları dağlardan enib düşmənin arxasına keçiblər. Onlar qəfil həmlələr edir, nəqliyyat yollarını, dəmir yol stansiyalarını tutur, relsləri sökürlər. Bununla yunan qüvvələrinin rahatca geri çəkilməsini çətinləşdirir, onlara itkiləri verirlər.
Atatürk. Düşmənin müqaviməti qırılıb. İndi onlar öz başlarının hayındadırlar. Afinadan ümumi geriçəkilmə əmri verilib. Yunanlar məğlubiyyətə uğrayıb qaçırlar.
FevziÇakmakpaşa. Lakin ağıla gəlmək, tutduqları əməllərdən peşman olmaq, xəcalət çəkmək əvəzinə ötüb keçdikləri yerləri viran qoyurlar. Bununla həm bizimkilərdən qisas alır, həm də qəzəblərini söndürməyə çalışırlar. Necə edək? Yorulub əldən düşmüş türk ordusu indi onları təqib edəcək halda deyil.
Atatürk. Sivrihisap üzərinə bir süvari həmləsi yapsanız kifayətdir.
Əsgərvəzabitlərgəlirlər. Səhnəyətürkbayrağıgətirilir (onlara mürajiətlə). Türk xalqının mərd oğul və qızları! Ananızın südü, doğma vətənin çörəyi Sizə halal olsun! Zəfər münasibətilə Sizi təbrik edirəm!
Atatürk. Milli ordumuz düşmənə layiqli dərs verdi. Mən qələbəyə inanırdım. Zabitlərimiz də, əsgərlərimiz də özlərinə arxayın idilər, bilirdilər ki zəfər onlarındır. Yaralıları xəstəxanalarda yerləşdirin. Onların müalicəsi üçün əllərindən gələni əsirgəməsinlər. Xəstəxanalar dava-dərmanla və ərzaqla təmin edilsin. Həlak olanlar qəhrəmanlara layiq şan-şöhrətlə dəfn edilsinlər. Qələbə məndə xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əsgərlərin halına acıyır, onların ailələri, övladları, valideynləri barədə ürək ağrısı ilə düşünürəm (birdənayaqsaxlayaraqfikrəgedir). Bu qəhrəman sağdırmı?
Şəfqətbacısı. Xeyr, əfəndim, həlak olub.
Atatürk. Onun sifəti mənə tanış gəlir. Fəqət, yadıma sala bilmirəm. Əlində kağız var. Yəqin məktubdur. Xahiş edirəm, açıb oxuyun. Bəlkə məktubdan bir şey öyrənə bildik.
Zabit(məktubugötürüboxuyur). «Əgər döyüş meydanında ölsəm, bu məktub əlinizə keçəcək. Baş komandana söz verib evə qayıtmışdım. Anam, bacım, bir də mən döyüşləri izləyir, ordumuzun qalib gələcəyi günü gözləyirdik. Atamı, qardaşımı yada salıb ağlayır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, cansağlığı arzulayırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evimizin top mərmisindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gördüm deyən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çıxardılar. Evsiz-eşiksiz idim.
Atatürk (acıtəəssüflə). Zavallı…
Zabit (məktubuoxumaqdadavamedir). Xalamın xahişi ilə onlarda gecələməli oldum. Səhər ertə yuxudan qalxdım. Saçlarımı qayçı ilə kəsdim ki, məni oğlan bilsinlər. Xalam oğlunun paltarlarından birini geyib cəbhəyə yollandım. Partizanlara qoşuldum. Düşməni öldürdükcə onların sayını göstərirəm: 1+1+1+1+2…Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hələlik döyüşürəm, qələbə gününü gözləyirəm. Baş komandana, ordumuza böyük ümidim var…»
Atatürk (aşağıəyilibbirdahadiqqətləcəsədəbaxır). Bu ki Aydandır (kövrələrək). Təəssüf, çox təəssüf. Çox qeyrətli, vətənpərvər və igid qız idi. Qanlı müharibə bu məsum, bənizi solğun, gözəl türk qızının, gələcək türk anasının həyatını aldı. Onu qoruya bilmədik. Aparın, Aydan qızımızı dəfn edin.
Aydanıxərəyəqoyubaparırlar. Fevzi Çakmak paşa, İsmət paşa və Salih Bozok gəlirlər.
Salih Bozok. Sakarya meydan müharibəsi başa çatdı. Yunan kralı Konstantinin gecəsi-gündüzü yox idi. Müharibənin başlanğıcında kefi kök idi. Türklərə tutulacaq divandan, ölkəsinin qüdrətindən, ordusunun gücündən və yenilməzliyindən dəm vurur, cəbhədən gələn xoş xəbərlərin eşqi ilə badə qaldırırdı. Tezliklə krallığının ərazisini genişləndirəcəyini düşünən Konstantin taxtına dirsəklənərək saatlarla incə belli yunan qızlarının şəhvət oyadan rəqslərinə tamaşa edirdi.
FevziÇakmakpaşa. Salih bəy, siz bilən, rəqqasə qızlar onda bir maraq və ehtiras yaradırdımı? Əsla. O, sadəcə onların rəqslərinə baxmaqla vaxtını öldürür, başını qatırdı. Onun bütün vücudunu cavan və gözəl, yarıçılpaq qızlara ehtirasdan daha güclü bir ehtiras və hərislik bürümüşdü: türk torpaqlarına yiyələnmək, ələ keçirdiyi yerlərdə türkləri qul, kölə vəziyyətinə salmaq!
SalihBozok. Xəyalındakılar yuxuda da ona dinclik vermirdi. Bir gün yuxusunun çin olacağını düşünür, zəfər gününü səbirsizliklə gözləyirdi.
İsmətpaşa. Konstantin orduya «Ankaraya!» əmrini verib cəbhəyə yola salanda ingilis rabitə zabitlərini qələbə münasibətilə Ankarada açılacaq böyük zəfər süfrəsinə dəvət etmişdi. Kral Konstantin asan bir işə qol qoyduğunu düşünürdü. Fəqət zənni onu aldatdı.
FevziÇakmakpaşa. İndi o öz taxtında qanıqara və yorğun əyləşərək böyük itkilər verib, beli qırılmış ordusunun biabırcasına geri qayıtmasını gözləyir.
Atatürk. Ankarada zəfər münasibətilə böyük ziyafət təşkil edin. Fəqət süfrənin başında yunanlar deyil, bu torpağın sahibləri – türklər özləri əyləşəcəklər!!!
Müəllif: Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.
Atatürk atın tərkində Akşəhərə gəzintiyə çıxmışdı. Dr. Helmi Oytac onu görcək təəccübünü gizlətmədi:
-Qazi əfəndi, nə əcəb səhər erkən gəzintidəsiniz. Bu təmiz havadan sinə dolusu nəfəs almağın yerini heç nə verməz.
Atatürk gülümsəyərək:
-Bilirəm, Helmi əfəndi. Amma məqsədim bu deyil. Mədrəsələrə baş çəkmək istəyirəm. Deyirəm, görüm uşaqlarımızın dərsi nə vəziyyətdədir, nə oxuyurlar, nə keçirlər, hansı şəraitdə məşğul olurlar.
Dr. Helmi Oytac onun fikrini təqdir etdi. O öz evinin qarşısındakı küçədə dayanmışdı.
Qazinin yavəri də onunla gəlmişdi. Dr. Helmi onları evə dəvət etdi. Nəzakətlə boyun qaçırdılar. Görüləsi işlər vardı. Atatürk dr. Helmidən soruşdu:
-Yaxınlıqda mədrəsə varmı?
Dr. Helmi cavabında dedi:
-Vardır, qazi əfəndi.
Mustafa Kamal soruşdu:
-Onlardan neçəsi fəaliyyət göstərir?
Atatürk respublika elan olunduğu ilk vaxtlardan Qərb modelinə uyğun vahid, dünyəvi Türkiyə yaratmaq istəyirdi. Ölkədə dini məktəblər, mollaxanalar, mədrəsələr baş alıb gedirdi. Atatürk dünyəvi təhsilə, dünyəvi mədəniyyətə geniş yer verməyi əhəmiyyətli sayırdı. Odur ki, dini məktəblərin və mədrəsələrin əksəriyyəti bağlanmışdı.
Dr. Helmi dedi:
-Məndə olan məlumata görə, Akşəhərdə haradasa qırx mədrəsə vardı. İndi onlardan bir neçəsi işləyir. Birisi lap yaxınlıqdadır.
Atatürk atdan endi. Mədrəsəyə baş səkmək istədiyini bildirdi. Onlar gəzə-gəzə mədrəsəyə gəldilər. Atatürk əvvəlcə bir-bir otaqları gəzdi. Onların çoxu mədrəsənin zirzəmisində yerləşmişdi. Kiçik, qaranlıq otaqlar idi. Hərəsində bir soba vardı. Bu sobalar güc-bəla ilə otaqları qızdırırdı. Buna qızdırmaq demək mümkün idisə.
Otaqların bir çoxu bom-boş idi, kimsə gözə dəymirdi. Bu otaqlardan yataqxana kimi istifadə olunurdu. Burada kəndlərdən oxumağa gələn şagirdlər qalırdılar. Onlar sobaları yandırıb həm qızınır, həm də sobanın üstündə yemək hazırlayırdılar. Otaqlar pis vəziyyətdə idi, yemək qoxusu ətrafı başına götürmüşdü. Adamın ürəyini bulandırırdı. Helmi hətta əli ilə burnunu tutmuşdu.
Dərs otaqları zirzəminin üstündəki mərtəbədə yerləşirdi. Atatürk, dr. Helmi və qazinin yavəri üst mərtəbəyə qalxdılar. Buradakı mənzərə də ürəkaçan deyildi. Şagirdlərin ayaqqabıları sinif otağının qarşısında düzülmüşdü. Gələnlər otağa keçdilər. Dərsi qafqazlı Nüman əfəndi aparırdı. O, qəsəbənin müftisi idi. Şagirdlər bir qara taxtanın ətrafında dizi üstə əyləşmişdilər. Gələnləri görüb ayağa qalxdılar. Atatürk içəridəkilərlə salamlaşdıqdan sonra üzünü müəllimə tutaraq xəbər aldı:
-Xoca əfəndi, dərsiniz nədir?
Müfti cavab verdi:
-Lisan-ül- ərəbi.
Atatürk təəccüblə müftiyə baxaraq:
-Deməli, şagirdlərə ərəb dili öyrədirsiniz.
Müsbət cavab alıb uşaqlardan birinə müraciətlə dedi:
-Tabaşiri götür, yazı lövhəsinin qarşısına keç.
Şagird deyilənlərə əməl etdi. Atatürk sözünə davam etdi:
-Mən deyənləri yazıb ərəb dilinə çevir.
Şagird əlində tabaşir yazı taxtasının önündə dayandı və Atatürkün nə buyuracağını gözlədi. Atatürk aramla aşağıdakı cümlələri dedi:
-Keçmiş Osmanlı imperatorluğu sərhədləri içində bir çox azınlığı ilə yanaşı ərəb azınlığı da vardı. Bu günkü milli sərhədlərimiz daxilində ərəb azınlığı yoxdur.
Oğlan böyük Atatürkün diktə etdiyi cümlələri yazı lövhəsində yazdı, sonra dayanıb gözlərini döydü. O deməsə də, hiss olunurdu ki, cümlələri ərəb dilinə tərcümə edə bilmir. Bunu görən Atatürk ikinci, üçüncü şagirdə müraciət etdi. Bir şey çıxmadı.
Şagirdlərdən birinin 19-20 yaşı olardı. Atatürk onu gözdən keçirib başını buladı. Şagirdlərlə xudahafizləşib çölə çıxdılar. Atatürk yavərini göndərib müəllimi çağırtdırdı. Şagirdlərin yanında deyə bilmədiklərini ona çatdırdı:
-Xoca əfəndi, düşündüm ki, sinif otağında desəm, bu pedaqoji mərifətdən kənar olar. Odur ki, burada, təklikdə görün sizə nə deyirəm. Ölkəmiz əlləşib-vuruşur, ayaq üstə qalxmaq istəyir. Belə ağır günlərdə məktəb yaşları keçmiş uşaqları hərbi xidmətə yola salmaq əvəzinə bu qaranlıq otaqlara doldurub ərəb dili öyrədirsiniz. Belə də dil öyrənərlər? Dil öyrənmək üçün mühit lazımdır, ünsiyyət lazımdır. Buradan deyirsiniz, oradan unudurlar. Bizdə ərəbcə danışan adamlar varmı ki bunlara ərəb dili dərsi keçirsiniz? İndi bu dili öyrətməyin mənası yoxdur. Hazırda ərəb dili bir elm və fənn dili deyil, xocam.
Müfti lal-dinməz dayanıb baxır, nə cavab verəcəyini bilmirdi. Atatürk ona həqiqəti anlatmışdı.
Atatürkün təklifi ilə milli təhsil məktəblərinə də baş çəkdilər. Ağır addımlarla, söhbət edə-edə gedirdilər. Atatürk ətrafı gözdən keçirirdi. Yollar qaydaya salınmalı idi. Yağış, qar yağanda çala-çuxura su yığılır, palçıq əmələ gəlir, gediş-gəlişi çətinləşdirirdi. Yay aylarında da küçələr toz-torpaqlı olurdu. Bir balaca külək qalxanda toz adamın gözünə dolur, saçlarına, üst-başına otururdu. Yan-yörə daş-kəsəkli idi, bəzi yerlərə zir-zibil atılmışdı.
Atatürk ayaq saxlayıb bu mənzərəni ürək ağrısı ilə seyr edib köksünü ötürdü:
-Bizim tərəfimizdən hələ görüləsi işlər də çoxdur. İnsanların özləri tərəfindən görüləsi işlər də. Yığılıb bu zir-zibili, daş-kəsəyi yığışdırsalar nə olar? Dünya dağılar? Bunlar bir yana. Heç olmasa, zibilləməyələr. Səliqə-sahman, hər şeydən əvvəl bu adamların özlərindən ötrü lazımdır.
Dr. Helmi Oytac:
-Doğru buyurursunuz, əfəndim. Səliqə-sahmanı özümüz gözləməliyik. Bunu da bizim əvəzimizdə dövlət görməyəcək ki…
Atatürk söhbətin mövzusunu dəyişdi:
-Mədrəsədəki vəziyyət qanımı qaraltdı. Bax bu yoldakı, küçədəki qarmaqarışığı, nizamsızlığı və səliqəsizliyi mən mədrəsədə gördüm. Məktəblərimiz o gündə olanda, yolumuz, küçəmiz, hələ evimiz də bu gündə olar. Mədəniyyət məktəbdən nəşət tapır. Mədəniyyət oxumaq, anlamaq, görə bilmək, gördüyündən nəticə çıxarmaq, ayıq yaşamaq, düşünmək, zəkanı maarifləndirməkdir.
Onlar milli təhsil məktəblərinin birinin qarşısında ayaq saxladılar. Bu, “İdadi” adlandırılan bir məktəb idi. Atatürk və onu müşayiət edənlər sinif otaqlarından birinə daxil oldular. Yazı masalarının üzərində dərs kitabları qoyulmuşdu. Kitablardan biri “Qiraət-gözəl yazı”, digəri “Məlumati-mədəniyyə mədəni bilgilər” adlanırdı. Atatürk sinfi salamladı.
Böyük Atatürkün qəfil gəlişindən müəllim həyəcanlandı. Cəld ayağa durdu, şagirdlər də yerlərindən qalxdılar. Atatürk əli ilə işarə etdi ki, narahat olmasınlar, məşğələni davam etdirsinlər. Lakin sinfə dərin sükut çökmüşdü. Müəllim dillənmir, şagirdlər də dayanıb baxırdılar. Atatürk partalardan birinə yaxınlaşıb kitabı vərəqlədi. İstədiyi səhifəni tapdı. İtidala aid bir mövzuya rast gəlmişdi. O, şagirdə müraciətlə soruşdu:
-Oğlum, itidal nə deməkdir?
Sual cavabsız qaldı. Məlum oldu ki, bu mövzu hələ keçilməyib.
Atatürk üzünü müəllimə tutdu:
-Əfəndim, bəlkə bu sözün izahını siz verəsiniz.
Müəllim dedi:
-İtidal ədalətdən gələn bir məsələ olur, qazi əfəndi.
Atatürk onun cavabından narazı qaldı:
-Xoca əfəndi, mən sizdən soruşmuram ki, itidal haradan gəlib, hara gedir. İstəyirəm itidalın mənasına aydınlıq gətirəsiniz.
Müəllim susdu. O, başı çalmalı bir kişi idi. Bu vəziyyətdə sinifdə dərs keçirdi. Həm onun geyimi, həm də savadı Atatürkü haldan çıxarırdı. O, müəllimə tərs-tərs baxıb əlini yellədi:
-Bu da bizim milli təhsil verən məktəbimiz!
Atatürk bunları deyib sinfi tərk etdi.
O biri sinif otağındakı vəziyyət heç də bundan yaxşı deyildi. Buradakı müəllim də çalmalı idi. Divardan bir neçə xəritə asılmışdı. Partaların üstündə Quran kitabları vardı. Atatürk şagirdlərdən birinə yaxınlaşıb soruşdu:
-Oğlum, dərsiniz nədir?
-Coğrafiya.
Müəllim Atatürkün məktəbə gəldiyindən xəbər tutmuş, baş aldatmaq üçün Quran kitablarını partaların üstünə düzdürmüşdü ki, ona irad tutulmasın.
Uşağın cavabından hər şey məlum oldu. Məlum oldu ki, Quranın qiraəti yox, əslində coğrafiya dərsidir.
Müəllimin bu hərəkətini görən Atatürk özünü saxlaya bilmədi:
-Xoca əfəndi, uşaqların gözləri qarşısında yalana, saxtakarlığa əl atırsınız. Bunlar sizdən hansı nümunəni götürsünlər?! Sizdən bir şey soruşmayım deyə Quranı ortaya gətirmisiniz. Ayıb deyilmi?
Müəllim deməyə söz tapmadı, gözlərini döyüb key-key Atatürkə baxa-baxa qaldı.
Məktəbi acı təəssüflə tərk etdilər. Atatürkün qanı qaralmışdı:
-Dr. Helmi, biz milli məktəblər yaradırıq. Bir görürsən, köhnə məktəblərlə – mədrəsələrlə bu yeni məktəblər arasında hələ ki bir fərq görünmür. Bilirsiniz niyə? Bu məktəblərə də mədrəsələrin ruhu hopub. Biz müəllim hazırlığını diqqət mərkəzində saxlamalıyıq. Yeni məktəblərə yeni müəllimlər, yaxşı təhsil görmüş, elmi dünyagörüşə malik müəllimlər ayaq açmalıdır. Dünyada hər şey üçün, maddi işlər üçün, mənəviyyat üçün, həyat üçün, müvəffəqiyyət üçün ən gerçək yol göstəricisi elmdir, texnikadır. Həm də milli məktəblər üçün binalar inşa etməliyik. Balalarımız, türk övladları təhsilə, elmə, mədəniyyətə qovuşmalıdır. Ən mühüm və ən məhsuldar işlərimiz milli maarif sahəsində olmalıdır. Millətin həqiqi qurtuluşu yalnız və yalnız bu yolla ola bilər.
Atatürk ayaq saxlayıb əlini dr. Helmi Oyataca uzatdı:
-Dr. Helmi, mənimlə birgə məktəbləri gəzdiyinizə görə təşəkkür edirəm. Məni vəziyyət maraqlandırırdı. Getdim, baxdım. Vəziyyəti öyrəndim. Tədbir görərik. Hələlik.
Onlar görüşüb ayrıldılar.
Atatürk atın tərkinə qalxdı.
Müəllif: Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.
Bəşir Abbas oğlu Əhmədov Azərbaycanın görkəmli filoloq-dilşünas alimi, istedadlı metodisti və pedaqoqu, xeyirxah bir insan kimi tanınıb. Hazırda da o, böyük hörmət və məhəbbətlə yad edilir.
Bu görkəmli alim, gözəl insan1932-ci il may ayının 5-də Tovuz rayonunun Alakol kəndində dünyaya gəlmiş, 2007-ci ilin iyun ayının 19-da Bakı şəhərində dünyasını dəyişmişdi.
Bu il pedaqoji elmlər doktoru, professor Bəşir Abbas oğlu Əhmədovun 90 illik yubileyidir. Bu məqalə həmin yubiley münasibətilə qələmə alınıb.
SEVİMLİ MÜƏLLİMİM
1973-cü ilə qədər hazırkı Azərbaycan Dillər Universiteti M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu adlanırdı. O zaman rus dili də bu institutu da bir fakültə kimi fəaliyyət göstərirdi. 1973-cü ilin birinci yarımilində institut iki ali məktəbə ayrıldı: SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu və M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (hazırda Bakı Slavyan Universiteti).
Mən ingilis-Azərbaycan dilləri fakültəsində təhsil alırdım və elə həmin ilin yayında ali təhsilimi başa vurub Sabirabad rayonuna təyinat aldım. İnstitutun adı dəyişilsə də, diplomumuzsa əvvəlki adı yazıldı: M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu.
O vaxtdan illər keçib, fəqət ali məktəb illərinin xoş və unudulmaz xatirələri heç zaman məni tərk etməyib. Tələbə yoldaşlarım (Rafiq Salahov, Mirzə Cəfərzadə, Nadir Babayev, Dünyamin Yunusov, Kazım Əzimov, Akif Qasımov, Cavanşir Şibliyev, Muxtar Şiriyev, Sabir Həmidov, Azər Mustafayev və b.), müəllimlərim (professorlar Mirzəağa Quluzadə, Şərif Haqverdiyev, İsmixan Rəhimov, L.Y. Barsuk, Vilayət Əliyev, Zeynal Tağızadə, Fikrət Seyidov, Qəzənfər Paşayev, dosentlər Paşa Əliyev, Minirə Qarayeva, Leyla Rəhimova, Sima xanım, Xavər xanım və b.) daim anılır.
Müəllimlərimin sırasında, pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovun həm bir xeyirxah insan, həm də istedadlı alim və pedaqoq kimi xüsusi yeri vardı və sonralar onunla ünsiyyətimiz, əlaqələrimiz, əməkdaşlığımız genişləndi.
Professor Bəşir Əhmədov bizə Azərbaycan dilinin tədrisi metodikasından mühazirələr oxuyurdu. 35-36 yaşlarında dissertasiya müdafiə edib elmlər doktoru alimlik dərəcəsi, professor elmi adı almışdı.
B.A. Əhmədov Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspirantı olmuş, AMEA-nın müxbir üzvü, professor Ə. Dəmirçizadənin elmi rəhbərliyi ilə “V sinifdə Azərbaycan dili fonetikasının tədrisi” mövzusunda namizədlik (1961), prof. Ə. Abdullayevin elmi məsləhətçiliyi ilə “Məzmunla formanın vəhdəti nitq inkişafı metodikasının əsası kimi” mövzusunda doktorluq dissertasiyası (1961) müdafiə etmişdi.
Bizə mühazirə oxuyan professorların əksəriyyəti yaşlı adamlar idilər. Hətta dosentlərin bir çoxu da müəyyən yaş həddinə çatmışdılar. Bəşir müəllim isə onlardan fərqli olaraq cavan və enerjili idi, mühazirələrini bəziləri kimi saralmış vərəqlərdən demir, canlı və son dərəcə maraqlı qururdu. Mühazirənin gedişində tələbələrin diqqətinin yayınmasına, onların yorulmasına imkan vermirdi. Nəzərdən keçirilən mövzuya aid suallarla auditoriyaya müraciət edir, eyni zamanda tələbə oğlan və qızların da sual vermələrinə çalışırdı.
Bəşir müəllim auditoriyada mənəvi və psixoloji iqlimin saf və səmərəli olması üçün, yeri gəldikcə, haşiyə çıxır, zarafatlarından da qalmazdı. Odur ki, tələbə-müəllim münasibətləri uğurlu qurulurdu, gənclər professorun simasında bir hamini, dostu, həmfikri, yaxın məsləhətçini görür, bəzi müəllimlərdən fərqli olaraq ondan çəkinmirdilər.
Bəşir müəllimin imtahanları da qorxusuz-hürküsüz keçir, tələbələr həvəslə imtahanlara hazırlaşır, müstəqillik, yüksək bilik nümayiş etdirirdilər. Təmənnasızlığın, obyektivliyin olması tələbələrin biliklərinin düzgün qiymətləndirilməsinə imkan verirdi. Bəşir Əhmədov tələbələrin, xüsusən mənim sevimli müəllimim idi.
Professor Azərbaycan dilinin tədrisi metodikası sahəsində çalışırdı. Namizədlik və doktorluq dissertasiyalarını bu ixtisas üzrə müdafiə etmişdi. Əsərləri, məqalələri Azərbaycan dilinin tədrisi metodikasına aid idi. Lakin Bəşir müəllim ümumi pedaqogika, didaktika, məktəbşünaslıq, məktəb və pedaqoji fikir tarixinə dair də bir çox əsərlərin müəllifi idi. Pedaqogikanın qanunlarına və prinsiplərinə dair kitabı vardı, 1983-cü ildə “Pedaqogikadan mühazirə konspektləri” dərs vəsaitini nəşr etdirmişdi. Pedaqogikanın aktual məsələləri ilə əlaqədar dövri mətbuatda, qəzet və jurnallarda müntəzəm çıxışlar edirdi. Heç də təsadüfi deyildir ki, Bəşir müəllim bir müddət APİ-də (hazırda) Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqogika kafedrasının müdiri vəzifəsində işləmişdi. Sonradan isə, Bakı Slavyan Universitetində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının (ömrünün sonuna kimi) müdiri oldu.
Professor Bəşir Əhmədov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə dissertasiya şuralarının, Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun, AMEA-nın Terminologiya Komitəsinin, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Şurası Rəyasət heyətinin, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının üzvü idi.
O, 33 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 650-dən artıq elmi məqalənin müəllifi idi.
Bəşir Əhmədovun əsərlərində fonetikanın, eyni zamanda sadə cümlənin tədrisi, Azərbaycan dili təliminin qanunları, prinsip və metodları, rabitəli nitq vərdişlərini inkişaf etdirməyin səmərəli yolları, Azərbaycan dili dərslikləri ilə işləməyə dair metodik göstərişlər, nitq inkişafında ayrı-ayrı fənlərin rolu və s. məsələlər işıqlandırılmışdır.
Professorun bəzi əsərlərini (monoqrafiya, dərslik və dərs vəsaitlərinin) diqqət mərkəzinə gətirək: “İbtidai məktəbdə ana dilinin tədrisi təcrübəsindən” (T. Kərimov və b. ilə), “Beşinci sinifdə Azərbaycan dili fonetikasının tədrisinə dair”, “Azərbaycan dili”: Rus məktəblərinin 5-ci sinfi üçün dərslik (Y. Əfəndiyevlə), “V-VIII sinif şagirdlərinin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları haqqında”, “Sadə cümlənin tədrisi prosesində nitq inkişafı üzrə aparılan işlər”, “Azərbaycan dili tədrisi” I hissə və II hissə (həmmüəlliflərlə), “Ana dili dərslərində şagirdlərin nitqini inkişaf etdirmək yolları (V-VIII siniflər)”, “Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları”, “V sinifdə Azərbaycan dili dərsləri. Dərsliklə işləməyə dair metodik göstərişlər”, “Azərbaycan dili: Rus məktəblərinin V sinfi üçün dərslik” (A. Abdullayevlə), “Azərbaycan dili. V-VI siniflər üçün dərslik (A. Axundovla), “Pedaqogikanın qanunları və prinsipləri” (A. Hacıyevlə), “Türk dili: VI sinif üçün dərslik” (A.Axundovla)., “Türk dili. V sinif üçün dərslik (Ə. Əfəndizadə ilə), “Azərbaycan dilinin qısa etimoloji lüğəti”, “Etimoloji mülahizələr”.
“Pedaqogika” dərsliyi sonuncu dəfə 1964-cü ildə professor Mərdan Muradxanovun həmmüəllifliyi və elmi redaktorluğu ilə nəşr olunmuşdu. İllər keçirdi. Lakin yeni “Pedaqogika” dərsliyinə tələbat artsa da, bu barədə düşünən yox idi. Dərsliyin təkrar nəşri də diqqətdən kənarda qalırdı. Tələbə və müəllimlər dərslik sarıdam çətinlik çəkirdilər. Dərslik dəfələrlə, illərlə istifadədə olduğundan bir çox nüsxələri sıradan çıxmışdı. Az qismi istifadəyə yararlı idi. O zamanlar surətçıxardan avadanlıqlar da yox idi ki, onlardan faydalanmaq mümkün olsun. Həm də onda nəşr işi indiki kimi asan deyildi. Bir neçə nəşriyyat vardı. Kitablar, dərsliklər yazılandan sonra bir çox distansiyalardan keçirilirdi. Mətbuatda Dövlət Sirlərini Mühafizə elən İdarədən, Mətbuat Nazirliyindən, Mərkəzi Komitənin mətbuat bölməsindən keçəndən sonra nəşriyyatın planına salınır və hələ bundan sonra illərlə nəşri yubanırdı. Bəzən adamın zəhməti hədərə gedir, yazdığın ortada qalırdı. Bir çoxları bu çətinlik səbəbindən yaxın gəlmək istəmirdi.
Belə bir vaxtda professor Bəşir Əhmədov qələmə sarıldı. Dərsliyin nəşri uzunsa da, 1983-cü ildə, bundan əvvəlki dərslikdən təxminən 20 il sonra “Pedaqogikadan mühazirə konspektləri” meydana gəldi və duyulan ehtiyacı ödədi. Sonradan “Pedaqogika” dərslikləri müxtəlif alimlərin müəllifliyi ilə işıq üzü gördü: [Y.R. Talıbov, Ə.Ə. Ağayev, İ.N. İsayev və A.İ. Eminov (1993-cü ildə), N.M. Kazımov və Ə.Ş. Həşimov (1996), A.N. Abbasov və H.Ə. Əlizadə (2000), N. Kazımov (2002), Ə.X. Paşayev və F.A. Rüstəmov (2002), L.N. Qasımova və R. M.Mahmudova (2003), A. M. Həsənov və Ə.Ə. Ağayev (2007), A.N. Abbasov (2010), F.B. Sadıqov (2009), H.H. Əhmədov (2006), F.N. İbrahimov və R.L. Hüseynzadə (2013), M.A. İsmixanov (2006)].
Bəşir müəllim həm pedaqoji, həm də elmi kadrların yetişdirilməsində yorulmadan çalışıb, böyük zəhmət çəkib. İstər Azərbaycan dilinin tədrisi metodikası, istərsə də ümumi pedaqogika sahəsində onlarla aspirant və dissertanta elmi rəhbərlik edib. Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə neçə-neçə iddiaçının müdafiəsində rəsmi opponent kimi çıxış edib. Bir çox dissertasiya şuralarının üzvü olub.
Pedaqoji ictimaiyyət pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovu həmişə görkəmli pedaqoq, istedadlı alim, sözün həqiqi mənasında gözəl, xeyirxah və qayğıkeş insan kimi yad edir.
Mən müxtəlif elmi məclislərdə, müşavirə və konfranslarda, dissertasiya şuralarının iclaslarda professor Bəşir Əhmədovun çıxışlarını dinləmiş və valeh olmuşam. Öz fikri, öz sözü vardı. Məntiqi və tənqidi təfəkkürü təkmil idi. Tənqiddən inciməz, özü də tənqid etməyi xoşlardı, lakin bunu qərəzli etməzdi. Görəndə ki, sözləri müsahibinin xətrinə dəyib, bəzən zarafata salar, vəziyyətin gərginləşməsinə imkan verməzdi.
Bəşir müəllim ilk pedaqoji fəaliyyətə Əli Bayramlı rayonunun (hazırda Şirvan şəhəri) kəndlərində başlayıb. Əli Bayramlı mənim dünyaya göz açdığım, böyüyüb boya-başa çatdığım, orta təhsil aldığım və ali məktəbə qəbul olunana qədər ilk əmək fəaliyyətinə başladığım (“İşıq” qəzeti redaksiyasında) doğma şəhərimdir. Bəşir müəllim Əli Bayramlıda müəllim işləyərkən mən ya rayon mərkəzindəki məktəbdə təhsil alırmışam, yaşım az olub. Yaxud da hələ heç məktəbə getməyirəmmiş. Hansı illərdə burada işlədiyini dəqiq bilmirəm. Sonra o, Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda öz fəaliyyətini davam etdirib. Mən də Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi kimi işləyəndən sonra bu instituta gəlib çıxmışam. Kiçik elmi işçi kimi. Bəşir müəllim daha bu institutda işləmirdi. Professor institutumuzun elmi katibi olub, indi mən (onun yetirməsi) institutun elmi katibiyəm.
Bəşir müəllim ömrünün son illərində bizim institutda pedaqoji elmlər üzrə fəaliyyət göstərən (2006-2008) dissertasiya şurasının üzvü idi. Şuranın iclaslarında öz sözünü deyər, gənc tədqiqatçılara öz köməyini göstərərdi.
Professor Bəşir Əhmədov deyəndə Səməd Vurğunun aşağıdakı sözləri yadıma düşür: “Ölüm sevinməsin qoy…”. Bəşir müəllim hazırda aramızda olmasa da, yenə hörmət və böyük məhəbbətlə xatırlanır. Bu da təsadüfi deyildir. O, öz xoşniyyətli əməllərinə, pedaqogika elmindəki əhəmiyyətli roluna, xeyirxahlığına görə yaddaşlarda qalıb. Anadan olmasının 90 illiyi ərəfəsində sevimli müəllimimi anır, ona “Allah rəhmət eləsin!” deyirəm.
Müəllif: Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.
Fatma ilə Gözəl yorulub əldən düşmüşdülər. Bərk qaça bil¬mədiklərindən uzağa getmək mümkün olmadı. Maşınlarda gələnlər meşəyə dağılışdılar. Az sonra qaçqınların izinə düşüb Nizam kişini yaraladılar. Sonra hər üçünü əsr götürdülər. İki pəzəvəng erməni Nizam kişinin ayaqlarından yapışıb sürüyə-sürüyə gətirib ağaca sarıdı. Qolu sarıqlı Sergey yaxınlaşıb onun üzünə tüpürdü: – Ara, qoca tülkü, sənə adam kimi söz dedik, qulaq asmadın. Elə bilirdin əlimizdən qurtaracaqsan?! Ay sən öləsən! Sən bir ermənini öldürmüsən, məni də yaralamısan. Cəzan ağır olacaq. Özün fikirləş, sənə nə cəza verək?. Sonra Sergey Gözələ yaxınlaşdı: – Ay qancıq, sən niyə bu ağılsızlara qoşulub qaçırdın? Çətin idi səninçin? Sergey bunu deyərək dartıb zorla gəlinin plaşını əynindən çıxartdı. Donunu parçalayıb döşlərinə əl atdı. Qayınatasının gözləri qarşısında döşləri açıq qalmış Gözəl dəli nərə çəkdi. Hələ indiyədək o, evdə corabsız, yaylıqsız belə gəzməmişdi. Gözəl həyasından qıpqırmızı qızarmışdı. O, Sergeyin əlini cırmaqlamağa, dişləməyə başladı. Ermənilər hərəsi bir tərəfdən gəlinə yaxınlaşdılar. Fatmanın fəryadı qalxdı. Nizamın bağırtısı meşəni götürdü: – Alçaqlar! Binamuslar! Əclaflar Heç olmasa, məni öldürün sonra. Onu eşidən olmadı. Gözəli yerə yıxdılar. Kim isə özünü onun üstünə saldı. Fatma arvadın ürəyi gedib yerə sərildi. Nizam kişi gözlərini yumub, başını ağacın gövdəsinə çırpmağa başladı. Gözəl çırpınır, ermənilərin əlindən qurtulmağa çalışırdı. Bir¬dən o, əlində tutduğu lezvanı ermənilərdən birinin – Surenin üzünə çəkdi. Suren əli ilə sifətini tutub bağırdı və ayağa qalxdı. Aşot təpiklə Gözəlin əlindən vurdu, lezva yerə düşdü, gəlin ağrıdan qıvrıldı. – Qancıq! Bunu Suren dedi. Ermənilər qalan paltarlarını da dartıb əynindən çıxarmaq istə¬yəndə Gözəl imkan tapıb birtəhər ayağa qalxdı. Geri çəkilib əlində olan balaca şüşədəki mayeni başına çəkdi: – Alçaqlar, əclaflar! Bizim ismətimiz yox, meyitimiz sizə qis¬mət olar! – deyib yerə yıxıldı və ilan kimi qıvrılmağa başladı. Ser¬gey təpiyi ilə şüşəni vurub kənara atdı: – Qancıq sirkə içdi… Fatma özünə gəlmişdi. Yerdə uzanıqlı qalıb, Gözəlin meyitinə key-key baxırdı. Sonra saçlarını yolmağa başladı:
Bala dağı, Göy dağı, Bala dağı. Oy, xain. Balan ölsün, Yamandır bala dağı.
Nizam kişi için-için ağlayırdı. Sergeylə yoldaşları ona yanaş¬dılar. Sergey üzünü Nizam kişiyə tutaraq dedi: – dincəldin, Nizam? Bunu istəyirdin? Öz əlinlə gəlini verdin güdaza… sonra: rişxəndlə soruşdu: – Ara, dinmirsən? İndi pikirləş indi sənə hansı cəzanı verək?… Dilin yoxdur?… Onda özümüz seçərik… Deyin, görək, ay uşaqlar… – Başını kəsək. – Yandıraq. – Gözlərini çıxardaq. – Dilini, qulaqlarını, burnunu kəsək, ovub gözlərini çıxaraq, sonra buraxaq, getsin… – Qollarını, qıçlarını baltalayaq… – Diri-diri yerə basdıraq. – Ağaca mismarlayaq. – Qarnını yaraq… Ermənilər saydıqca Fatma fəryad qoparır, ağı deyir, göz yaşı axıdırdı. Suren ona acıqlandı: – Səsini kəs qancıq! Bu gündən sizin hamınız üçün var. Növbənizi gözləyin. Sergey: – Mənim fikrimdə tutduğun heç birinizin ağlına gəlməyib. Bu əclaf erməni qanı axıdıb, ən ağır cəzaya layiqdir. Sergey ağacın aşağıya enən budağına müştəri gözü ilə baxıb qımışdı: – Ara, Nizam, sən məni yaraladın, Samveli öldürdün. Adamı elə öldürməzlər. Sənə elə cəza verəcəyəm ki, bu, tarixə düşsün. Açın onu… Vazgen, Albert, yapışın bu murdar oğlu murdarın ayaq¬larından. Aqambek, Zori, siz də qollarından yapışın. İndi ar¬xası üstə atın bunu ağacın üstünə. Ermənilər Nizamın çabalamasına məhəl qoymayıb onu bu¬da¬ğın üstünə aşırdılar. İki nəfər ayaqlarından, iki nəfər qolla¬rın¬dan yapışıb növbəti əmri gözlədilər. Sergey qaliblərə məxsus əda ilə: – İndi isə sındırın bu əbləhin belini… Əmr yerinə yetirildi. Qırılan belin xırçıltısı aydın eşidildi və eyni zamanda dəhşətli ağrıya tablaşa bilməyən Nizam kişinin bağırtısı bütün meşəni başına götürdü, yeri-göyü lərzəyə gətirdi. Fatma arvad çığıraraq bayıldı. Bir erməni yaxın gəlib ayağı ilə onu o tərəf, bu tərəfə itələdi, tərpənmədiyini görüb: – Bu da mundar oldu, – dedi. Sergey irəli yeriyib ayağı ilə yoxladı: – Düz deyirsən, gəbərib. Sergey dəstəni başına yığıb təntənə ilə: – Samvelin qanını aldıq, – dedi. – Qoy bu türklər görsünlər ki, erməniyə əl qaldırmaq olmaz. İndi isə, haydı, gedək. Ermənilər hay-küylə, düşmən ordusu üzərində zəfər çalmış adamlar kimi maşınlara doluşdular. Sergey də maşına sarı addım¬ladı. Birdən Nizam kişinin sözlərini yadına salaraq ayaq saxladı: “Bütün kənd bilir ki, Samvel arvadın Siranuşun aşnasıdır”. Sergey sanki yatmışdı, ayıldı. Bayaqkı, şən əhval-ruhiyyə yoxa çıxdı, qanı qaraldı: “Mənim qancığımı görürsən?! İndi yadıma düşür. Hərdən bəzənib-düzənib yekə dalını yelləyə-yelləyə hara isə gedirdi. Məni də aldadıb. “Bir dükan-bazara dəyim” deyirdi. Samvelin artıq öldüyünü xatırlayıb yenidən kefi kökəldi: “Amma Nizam Samvelin anasını yaman ağlatdı. Yoxsa, gərək onunla mən haqq-hesab çürüdəydim. Bu da başağrısı olacaqdı. Bu gün iki düşmənimin dalından dəydim”
Müəllif: Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.