Kateqoriya arxivləri: Atatürk

29 oktyabr Türkiyə Cümhuriyyəti Günüdür

Türkiyə Cümhuriyyətinin yaranmasından 100 il keçdi

(“Samsundan başlanan yol” romanından)

TÜRKİYƏ DƏ

I DÜNYA MÜHARİBƏSİNƏ QOŞULDU 

Uşaqların “dava-dava” oyunu bir əyləncədir, oyundur. Oyun olmasa da, bir-birlərinə bir-iki yumruq vurub, bir-iki söyüş söyüb çəkilib gedir, olsa-olsa bir-birilə küsür, sonra da barışırlar.

Böyüklərin dava-dalaşı bir-birinin gözünün altını fanarlamaqla, bir-birini xurd-xəşil etməklə qurtarır. Bəd ayaqda biri o birini vurub öldürür. Biri canını tapşırır, o birini tutub basırlar dama.

Dövlətlərin bir-birilə düşmənçiliyi və müharibə etməsi böyük fəsadlar verir, fəlakətlər, kütləvi qırğınlar törədir, ailələr başsız qalır, şəhərlər, kəndlər, yaşayış məskənləri yerlə yeksən olur.

İyirminci yüzilliyin ikinci onilliyində bəzi ölkələr qana qan deyir, heç cür sakitləşmək bilmirdilər. Hakim dairələr öz vətən-daşlarının dərdi-səri, problemləri, yaşayış tərzi, ölkələrinin abadlaşdırılması üçün iş görmək əvəzinə dünyanın yenidən bölüşdürülməsi uğrunda planlar qururdular..

Bir yanda Rusiya, İngiltərə və Fransa bir araya gəlib xosunlaşır, digər tərəfdə Almaniya Avstriya-Macarıstanla məşvərət edir-di.

Ehtirasların coşduğu, bu Avropa dövlətlərinin bir-birinə diş qıcadığı günlərdə Bosniyada manevrlərdə iştirak edən Avstriya-Macarıstan ordusunun baş komandanı, taxt-tacın vəliəhdi Arşidük Frans Ferdinand qətlə yetirildi. O, “Mlada Bosna” təşkilatının üzvü Q. Prinsipin zavalına gəldi. Sui-qəsd Sarayevoda baş tutdu. Qatil Serbiyalı olduğu üçün Serbiya təqsirləndirildi və Almaniya ona ultimatum göndərdi.

Beləliklə, birinci dünya müharibəsi Almaniya və Avstriya-Macarıstan tərəfindən başlandı. Bu dövlətlər başqa ölkələrlə müqayisədə müharibəyə daha yaxşı hazırlaşmışdılar və özlərinə çox arxayın idilər.

Birinci dünya müharibəsinin baş verməsinin səbəbkarı olan dövlətlərin hərəsinin bu savaşda öz marağı vardı. Rusiya Bosfor və Dardanel boğazlarına, Balkanlara yiyələnmək, Almaniyanı iqtisadi baxımdan sarsıtmaq, Balkanlarda Avstriya-Macarıstan hökmranlığının baş tutmasına mane olmaq məqsədi güdürdü.

I Dünya müharibəsi ərəfəsində yaranmış ziddiyyətlərin səbəbkarı əslində Almaniya və İngiltərə idi. Bu ziddiyyətlər soyğunçuluq və işğalçılıq müharibəsinin baş verməsində və inkişafında həlledici rola malik oldu. İngiltərə də Rusiya kimi, Almaniyanı zəiflətmək xəyalına düşmüşdü. Bununla onun müstəmləkələrinin hamısına da olmasa, bir çoxuna sahib durmaq, Osmanlı imperiyasını bölüşdürmək niyyətində idi. Hələ bunlar azmış kimi, Elzası və Şərqi Lotaringiyanı da qaytarmaq, Almaniyanın Reyn vilayətinin müəyyən hissəsinə yiyələnmək istəyirdi.

Almaniyanın məqsədi nə idi? Fransa və Rusiyanı zəiflətmək, onların müstəmləkələrinin bir qismini ələ keçirmək, İngiltərə və Fransanın hesabına yeni müstəmləkələr qazanmaq. Avstriya-Macarıstan da Balkanlarda öz nüfuzunu saxlamaq və artırmaq, Rusiyanı Balkanlardan birdəfəlik kənarlaşdırmaq, rus Polşasının bir hissəsini qoparmaq, Serbiyanı öz əsarəti altına almaq istəyirdi.

1914-cü ilin iyul ayının sonlarında Avstriya-Macarıstan ordusu Serbiya torpaqlarına ayaq basdı. Belqrad bomba yağışına tuş oldu. Almaniya hökuməti həmin ilin avqust ayının 1-də – Rusiyaya, 3-də – Fransaya; avqustun 4- də isə İngiltərə Almaniyaya müharibə elan etdi.

Digər ölkələr də bir-birinin ardınca müharibəyə qoşuldular. Türkiyə bu savaşa 1914-ci il noyabrın 11-də cəlb olundu. Müxtəlif qitələrdən olan 36 dövlətin iştirak etdiyi müharibədə 70 milyondan artıq əsgəri qüvvə döyüşlərə qatıldı.

Birinci dünya müharibəsinin cəbhələrində döyüşlər səngimək bilmir, get-gedə coşub-çağlayırdı. Almaniya imperatoru II Vilhelm Osmanlı hökuməti ilə danışıqlar aparıb Türkiyəni də öz tərəfinə çəkdi. Nəticədə 1914-jü ilin oktyabr ayının 29-da Osmanlı dövləti Antanta dövlətlərinin əleyhinə müharibəyə qoşuldu.

Mustafa Kamal hərbi təhsilini Salonikdə və Monastırda (Bitolda), ali təhsilini İstanbulda – Baş qərargah Akademiyasında (1905) almışdı. Gərc türkçülər hərəkatına qoşulmuş, “İttihad və tərəqqi” təşkilatının üzvü olmuşdur. 1908-ci il gənc türkçülər inqilabından sonra “İttihad və tərəqqi” təşkilatından uzaqlaşmış, yalnız hərbi işlə məşğul olmuşdur. İtaliya-türk (1911-1912) və II Balkan (1913) cəbhələrində vuruşmuşdur.

Mustafa Kamal Türkiyənin addımını tələsik və düşünülməmiş bir hərəkət kimi qiymətləndirdi və bərk narahat oldu. 33 yaşlı bu gənc siyasət aləmində naşı deyildi, hadisələrin gedişini təhlil süzgəcindən keçirməyi, düzgün qərar qəbul etməyi yaxşı bacarır və Türkiyənin nahaq yerə bu müharibəyə qoşulduğunu söyləməkdən çəkinmirdi. Bu barədə sadəcə fikirləşmir, öz-özünə hesabat verməklə kifayətlənmirdi.

Türkiyə taxt-tacının sahibi Sultan və Xəlifə V Mehməd Rəşad xana bu haqda məlumat vermək, öz qənaətlərini bölüşmək, fikir mübadiləsi aparmaq imkanı xaricində idi. Hərbi Nazirliyin səlahiyyətli işçiləri də onun dediklərini qulaq ardına vururdular. Sultan və Xəlifə V Mehməd Rəşad xan da, ölkənin müdafiəsinə cavabdeh şəxslər də inandırırdılar ki, Almaniya və Avstriya-Macarıstan bu müharibədən qalib çıxacaq, Antanta dövlətlərini – Rusiya, İngiltərə və Fransanı məğlub edəcəklər. Dünya bölüşdürülərkən Türkiyəyə də yaxşı pay düşəcək.

 Almaniya ordusu Fransanın üzərinə iri addımlarla yeriyirdi. Qoşunlar Belçika silahlı qüvvələrini əzişdirib, Fransaya daxil olmuşdu. Fransızlar və Fransanın şimal sahillərinə çıxarılan ingilis korpusu almanların güclü təzyiqinə tablaşa bilməyib geri çəkilmişdilər.

Almaniya silahlı qüvvələrinin uğurlar qazandığı bu günlərdə Mustafa Kamalın müharibənin taleyi, Almaniyanın və onun müttəfiqi Osmanlı Türkiyəsinin aqibəti barədə bədbin fikir söyləməsi, təbii ki, qəbul olunmur, yaxşı qarşılanmırdı. Vəzifəli şəxslər, yüksək rütbəli hərbçilər başlarını bulayıb gedirdilər. Mustafa Kamal baxa-baxa qalır, lakin heç cür sakitləşə bilmirdi. Nəhayət, o, imkan tapıb Baş komandanlıqda məsul vəzifədə çalışan bir zabitlə öz qənaətlərini bölüşdürdü:

– Mən ölkəmizin taleyi üçün çox narahatam.

Həmin şəxs də onun fikrini təsdiq etdi:

– Buna görə hamımız narahatıq. Bu müharibədən biz zəfərlə çıxmalıyıq.

Onun nə demək istədiyini başa düşməyən müsahibi tələsik, özü də yanlış nəticə çıxarmışdı. Bunu görən Mustafa Kamal aydınlaşdırmalı oldu:

– Halva-halva deməklə ağız şirin olmaz. Mən ölkəmizin bu müharibəyə qoşulmasını pisləyirəm. Almaniya tərəfindən döyüşlərə qatılmasından bərk narazıyam.

Müsahibi onun sözlərindən təşvişə düşüb yan-yörəsinə baxdı ki, görsün onların söhbətinə qulaq asan varmı. Sonra öz-özünə: “Bunun ağzından qan iyi gəlir. Eşidən-bilən olar. Məni də zibilə salar. Bu nə danışır?!” – deyə düşünüb dilləndi:

– Əfəndim, sən yanılırsan. Müttəfiq kimi müharibəyə qatılmağımız çox düzgün addımdır, bu bizim üçün şərəfdir. Tezliklə Al-maniya və Avstriya-Macarıstan orduları, təbii ki, bizim köməyimiz sayəsində düşmən qüvvələrini diz üstə çökdürəcək..

Yüksək vəzifəli zabit aralanmaq istəyəndə Mustafa Kamal qolundan tutub onu saxladı və xahiş etdi ki, onu axıra qədər dinləsin:

– Mənim narazılığım Türkiyənin müharibəyə qoşulmasından ibarət deyil. Ən dəhşətlisi budur ki, bu savaşda Almaniya uduzacaq və aqibəti  pis gələcək. Özü ilə birgə bizi də fəlakətə sürükləyəcək. Necə deyərlər, qurunun oduna yaş da yanacaq.

Müsahibinin ona acığı tutdu:

– Nə danışdığını heç bilirsən?! Müttəfiqimiz qüvvətlidir, yenilməzdir. Müharibəyə yaxşı hazırlaşıb. Həm hərbi sursat, həm də canlı qüvvə sarıdan güclüdür, qarşısına çıxanı dəyirman kimi üyüdür, yolunun üstündən süpürüb atır…

Mustafa Kamalı inamından döndərmək çətin idi. Odur ki dedi:

– Söylədiklərim gəlişi gözəl sözlər deyil. Şəxsi qənaətlərim olsa da, həqiqətdir. Zaman göstərəcək ki, mən yanılmıram.

Zabit bir daha ətrafına göz gəzdirə-gəzdirə:

– Hər halda düzgün qənaətlər deyil, – dedi. – Hissə qapılırsan, vəziyyəti qiymətləndirə bilmirsən. Sənin təcrübən azdır. Səni başa düşürəm: səni belə danışmağa vadar edən şey ölkənə və millətinə olan eşqindir.

Mustafa Kamal davam etdi:

– Çox istərdim ki, buna bənzər eşq başqalarında da olaydı…

Onun müsahibi qaş-qabağını tökdü. Acıqla:

– Kamal, bizi rahat burax, – dedi. – Sonra vicdanın qarşısında məsuliyyət daşımalı olarsan. Biz elə hərəkət edəcəyik ki, sən də razı qalacaqsan, dünya da heyrət içərisində olacaq.

Mustafa Kamal təslim olmaq fikrində deyildi:

– Doğru buyurursan, fəqət görəcəyiniz işlər, qorxuram ki, məmləkəti qaçılmaz bir girdaba sürükləyə.

Mustafa Kamalın müsahibi get-gedə sinirlənirdi:

– Sənə tövsiyə edirəm: bu təbliğatını yığışdır. Mən səni istəyən adamam və deyirəm: bu sözlərinlə ordumuzun döyüş ruhunu qıra bilərsən. Müharibənin öz qanunları var. Müharibə dövründə əks təbliğat aparanların aqibəti pis olur. Bu sənə baha başa gələ bilər. Səni həbs edə, güllələyə, sürgün edə bilərlər.

Mustafa Kamal qorxaq adam deyildi. Odur ki, onun sözlərindən qətiyyən sıxılmayaraq cəsarətlə dedi:

– Əfəndim, bil və agah ol, səninlə söhbətdən də kar aşmayacağını qabaqcadan bilirdim. Çoxları ilə danışıqlarım olub. Mənim narazılığım onlar tərəfindən çox etinasız və mənasız qarşılanıb. Mən öz fikrimdə qalıram, eyni zamanda, sənin tövsiyənlə, artıq bu mövzuda danışığı yığışdırıram. Çünki özüm də cəbhəyə yollanmaq istəyirəm. Qəlbində inam olmadan, inamı itirərək vuruşmaq mümkün deyil. Səndən bir ricam var. Ölkəmiz açıq bir fəlakətə sürüklənir. Mən bunu görürəm. Heç olmasa, bu fəlakətin qarşısını almaq üçün mənim qüvvəmdən də istifadə edin. Mən Vətənimin bu ağır günündə Sofiyada – hərbi attaşedə rahat salon həyatı yaşaya bilmərəm. Deyin mənə də bir vəzifə versinlər ki, cəbhəyə yollanım.

Müsahibi onunla razılaşdı və onu əmin etdi:

– Yaxşı, hərbi nazirlə bu barədə danışaram.

Mustafa Kamal Sofiya hərbi attaşesindəki iş yerində əyləşib ürək döyüntüsü ilə onun cavabını gözləməyə başladı. O buraya Balkan müharibəsindən bir müddət keçmiş, 1913-cü ilin oktyabr ayında təyinat almışdı. 1914-cü ilin yanvarında Belqrad və Çətinə hərbi attaşelərini idarə etmək də ona tapşırılmışdı.

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

30 AVQUST – TÜRKİYƏNİN ZƏFƏR BAYRAMI GÜNÜ!!!

30 AVQUST – TÜRKİYƏNİN ZƏFƏR BAYRAMI GÜNÜ!!!

MUSTAFA KAMAL ATATÜRKÜN TƏHSİL İLLƏRİ

Mustafa məktəb yaşına çatmışdı. Salonikidə bir neçə məktəb vardı. Əli Rza əfəndi açıqgözlü bir şəxs idi. İstəyirdi ki, oğlunu yeni tipli, dünyəvi təhsil verən məktəblərdən birinə qoysun. Amma Zübeydə xanımın da öz planları vardı. Ər və arvad xeyli məşvərət-məsləhət etdilər.

Əli Rza əfəndi Mustafanı müasir təhsili təlim edən Şəmsi əfəndinin məktəbinə göndərmək fikrində olduğunu Zübeydə xanıma bildirdi. Zübeydə xanım daş atıb başını tutdu, dediyindən dönmədi. Axırda Əli Rza əfəndi güzəştə getdi və Mustafa diniyönlü Molla Fatmanın məhəllə məktəbinə qoyuldu.

Zübeydə xanım Mustafanı məktəbə yola salarkən ona ağ bir xalat geyindirdi, başına da qızılı işləməli çalma qoydu. Mustafa məktəbə getmək istəyirdi ki, bir də gördülər müəllim məktəbdəki şagirdləri də başına toplayıb özü onların məhəlləsinə gəlir. Yaşıllıqlarla əhatə olunmuş məhəllədə dua oxundu. Mustafa anasının, atasının və müəlliminin əllərini öpdü. Sonra Mustafa yeni yoldaşlarının alqışları altında sevinc içərisində şəhərin küçələrindən keçərək məscidin yanındakı məktəbə gəldi.

Onlar məktəbə çatar-çatmaz yenə dualar oxudular. Sonra müəllim Mustafanın əlindən tutaraq onu boş və tağlı otağa apardı. Burada Mustafaya Quranın müqəddəs kəlamlarını aydınlaşdırmağa başladı.

Oğlunu bu məktəbə qoyduğu üçün Zübeydə xanım çox məmnun idi. Mustafa da məktəbdə yaxşı ad çıxarmışdı. Lakin dini dərslər onun ürəyincə deyildi. Məşğələlər quru, cansıxıcı keçir, müəllim otaqda zəhmli gəzişir, tələbləri günü-gündən artırdı. Bir sözlə, yeknəsək dərs uşaqları sıxır, həyatın fərəhli anlarından onları  məhrum edirdi. Müəllim uşaqları  bardaş quraraq döşəmədə oturmağa, çətin tələffüz olunan ərəb sözlərini, cümlələrini dizlərinin üstündə  yazmağa məcbur edirdi.

Mustafa əcnəbi uşaqlarının necə dərs keçdiklərini görmüşdü. Onlar  kimi bardaş qurub oturmur, stulda əyləşərək, dəftərlərini qarşılarındakı  partaların üzərinə qoyaraq verilən tapşırığı yazırdılar.

Axırda döşəmədə oturmaqdan təngə gələn Mustafa qalxıb ayaq üstə dayandı. Müəllim bunu görüb ona oturmağı buyurdu. Mustafa onun dediklərinə qulaq asmayaraq:

-Ayaqlarım ağrıyır, – dedi.

Bunu eşidən müəllimi təəccüb bürüdü. Mustafanın itaətsizlik göstərməsindən acıqlandı:

-Nə dedi? Nə dedin? Mənim buyruğuma əməl etmirsən?

Mustafa cəsarətlə:

-Mən yerdə əyləşə bilmirəm. Ona görə də bardaş qurub oturmayacağam! Bu şəkildə dərs keçilməsinin əleyhinəyəm!

Müəllim irəli yeridi. O, sözə baxmayan şagirdinə qulaqburması vermək istəyirdi. Lakin onun cəhdi baş tutmadı. Uşaqlar Mustafanın müdafiəsinə qalxdılar. Səslər eşidildi:

-Biz də Mustafa kimi fikirləşirik. Bardaş qurub yerdə oturmaqdan, ərəb sözlərini əzbərləməkdən biz də bezmişik.

Müəllim deməyə söz tapmadı. Hamı ona qarşı çıxmışdı.

Mustafa, onun ardınca da o biri uşaqlar sinif otağını tərk etdilər. Mustafa ağır-ağır evə sarı gedir və öz-özünə fikirləşirdi ki, ata-anası baş verən hadisədən xəbər tutanda onun aşını-suyunu verəcəklər. Müəllim əlüstü əhvalatı müdirə, Mustafanın ailəsinə çatdıracaq, onu günahkar sayacaqdılar. Mustafa başlamasaydı, o biri uşaqlar da üzə durmazdılar. Məsələ belə qoyulacaqdı. Ən çox Zübeydə xanım dilxor olacaqdı.

Bunları fikirləşən Mustafa birdən əlini yelləyib belini dikəltdi:

-Hər nə olur-olsun. Belə məktəbdə oxumağın faydası yoxdur!

O heç nə olmayıbmış kimi addımlarını yeyinlətdi. Evə gəlib sakitcə yeməyini yedi. Həyətə çıxıb uşaqlara qoşuldu. Az keçmiş Zübeydə xanımın səsi gəldi. Oğlunu səsləyirdi:

-Mustafa! Mustafa!

Mustafa hay verdi. Anası onu evə çağırırdı. Mustafa öz-özünə: “İndi divan qurulacaq, sorğu-sual başlanacaq!” – deyə düşünüb cəld evə gəldi.

Əli Rza əfəndi stulda oturmuş, Zübeydə xanım isə otaqda gəzişirdi. Mustafa diqqət yetirdi. Atası sakit görünürdü. Zübeydə xanım qaş-qabağını töksə də, bir elə acıqlı deyildi. Görünür, Əli Rza əfəndi ilə aralarında söhbət olmuş, məsələni aydınlaşdırmağa çalışmışdılar. Əli Rza əfəndi Zübeydə xanımın acığını soyutmağa müvəffəq olmuşdu. Zübeydə xanım susurdu.

Əli Rza əfəndi soruşdu:

-Mustafa, indi fikrin nədir?

Mustafa:

-Ata, – dedi, – o məktəbdən, o müəllimdən faydalı bir şey götürmək qeyri-mümkündür. Mən biləni, məktəbə elm öyrənməyə gedirlər…

Əli Rza əfəndi dönüb Zübeydə xanıma baxdı. Yəni: “Gördün?! Uşaq olsa da, ağıllı danışır. Mustafa da mən deyəni deyir.

Zübeydə xanım dilləndi:

-Madam belədir, öz bildiyiniz kimi hərəkət edin.

Zübeydə xanım qalxıb mətbəxə keçdi. Onun acığı soyumasa da, hiss olunurdu ki, onların fikrinə şərikdir. Yoxsa, təkid edərdi.

Ertəsi gün Əli Rza əfəndi Mustafanın əlindən tutub Şəmsi əfəndinin məktəbinə apardı. Məktəb Mustafanın xoşuna gəldi. Bu arada – 1871-ci ildə ailədə bədbəxt hadisə baş verdi. Əli Rza əfəndi 47 yaşında dünyasını dəyişdi. Ağır itki Mustafaya pis təsir göstərdi. Yeddi yaşında ikən atanı, ailənin başçısını itirməyin nə demək olduğunu hamı bilir.

Ailənin bütün ağırlığı Zübeydə xanımın üzərinə düşdü. Mustafanın qardaş-bacılarından bəziləri  rəhmətə getmişdi. Əli Rza əfəndi həyatdan köçəndə ailədə üç uşaq qalmışdı. Məqbulə bir yaşında, Naciyə qırxgünlük idi. Az keçmədi Naciyə də dünyadan köçdü. Qaldı Mustafa ilə Məqbulə.

Ailənin maddi durumu pisləşdiyindən Zübeydə xanım uşaqlarını götürüb Raplada yaşayan qardaşı Hüseynin yanına yollandı. Rapla Salonikidən təxminən otuz kilometrlik bir məsafədə yerləşirdi. Hüseyn əfəndi təsərrüfatda subaşı olaraq çalışırdı.

Yazı quraqlıq, qışı yağmurlu olan bu yerlər qırmızı torpaqlı  və məhsuldar idi.  Məhsul yığılandan sonra mal-heyvanı tarlaya buraxırdılar ki, otlasın.

Dayısının məskən saldığı bu yerlər Mustafanın çox xoşuna gəlirdi. Ətrafı gözdən keçirən, bu yerlərdə gəzişən Mustafa ətrafdakı yaşıl dünyadan vəcdə gəlir, gül-çiçəyin ətrindən xoş-hal olur, təmiz havasından sinə dolusu alırdı.

O, təsərrüfat işlərində Hüseyn əfəndiyə kömək edir, işlədikcə fərəhi köksünə sığmırdı.

Buralar Məqbulənin də xoşuna gəlirdi. O hələ balaca idi. Məhəllədəki tay-tuşlarına  qaynayıb-qarışmışdı. Onlarla oynayır, atılıb-düşürdü.

Zübeydə xanım övladlarının xoşbəxt, qayğısız günlər keçirdiyini görüb şadlanır, arada hətta kövrəlirdi. Yemək-içmək sarıdan korluq çəkmirdilər. Ev-eşik də geniş idi. Hüseyn əfəndi allah adamı idi. Bacısını da, onun uşaqlarını da çox sevir, onların darıxmamaları, xoş gün keçirmələri üçün əlindən gələni əsirgəmirdi. Hüseyn əfəndinin ailə üzvləri də xoş məramlı idilər.

Mustafa ciddi idi, uşaqlarla oyunlara çox da qatılmazdı. Vaxtını mənalı keçirməyi xoşlar, yaşıdlarından fərqli olaraq əyləncələrlə başını qatmaq əvəzinə bilik, məlumat almağa üstünlük verərdi. Oxuyur, düşünür, öyrənirdi.

Dayısının yanında günü nə qədər xoş keçsə də, başa düşürdü ki, artıq belə həyat onu təmin etmir. Əlindən kitab düşməsə də, hiss edirdi ki, məktəbə ehtiyacı var. Dərs almaq, elm kəsb etmək həsrətindədir.

Oğlunun son vaxtlar qayğılı gəzib-dolaşdığı Zübeydə xanımın diqqətindən yayınmadı. Mustafanı yanına çağırıb:

-Oğlum, gözümə birtəhər dəyirsən, – dedi. – Nə olub?

Mustafa ürəyini anasına açdı:

-Anacan, burada hər şey gözəldir. Allah dayımın canını sağ eləsin. Ailəsi də bizdən ötrü əldən-ayaqdan gedir. Bunu qiymətləndirməmək nankorluq olar. Məqbulənin xoşbəxt, şad-xürrəm gəzib-dolaşdığını görüb sevinirəm. Fəqət, anacan, hiss edirəm ki, dərslərimdə geri qalmışam. Doğrudur, oxuyuram, çalışıram, ancaq məktəbin, müəllimin öz yeri var. Məktəbin, müəllimin köməyinə ehtiyacım var.

Zübeydə xanım oğlunun haqlı olduğunu, həm də ondakı təhsilə, savad almağa yanğını görüb dedi:

-Oğlum, narahat olma. Burada məktəb də, müəllim də var. Yaxın vaxtda təhsilini davam etdirərsən.

Kənddə bir müsəlman müəllimi, bir də Rum papası vardı. Zübeydə xanım əvvəlcə Mustafanı Rum papasının, sonra da müsəlman müəlliminin yanına dərs almağa göndərdi. Mustafa ona yabançı olan Rum dilini xoşlamırdı. Həm də xristian uşaqlar özlərini iddialı aparır, onunla soyuq davranırdılar. Ona görə də Mustafa daha həmin məktəbə getmədi.

O özünə qarşı necə tələbkar idisə, müəllimə qarşı da elə tələbkar idi.. Ona görə də bir neçə gün mədrəsəyə getdikdən sonra təkidlə anasına dedi:

-Mən bundan belə mədrəsəyə getməyəcəyəm!

Zübeydə xanım təəccüblə oğluna baxdı:

-Ay bala, sənə nə məktəb bəyəndirmək olur, nə də müəllim! Bu nə işdir?!

Mustafa dedi:

-Anacan, mən mükəmməl təhsil almaq istəyirəm. İstəyirəm ki, bildiklərimi yox, bilmədiklərimi mənə çatdırsınlar. Sonra da hər cür cəfəngiyyatı yox, həyat üçün lazım olan bilikləri almaq istəyirəm.

Zübeydə xanım bir söz deməyib fikrə getdi. Sonra:

-Yaxşı, oğlum, – dedi. – Öyrənim, görüm səni hansı müəllimin yanına göndərə bilərəm.

Zübeydə xanım bu dəfə Mustafanı özəl bir müəllimin yanına qoydu. Bir-iki gün ötmüş Mustafa yenə anasına müraciət etməli oldu. Onun qırımından Zübeydə xanım başa düşdü ki, bu müəllim də Mustafanın xoşuna gəlməyib. Odur ki soruşdu:

-Hə, oğlum, sözlü adama oxşayırsan!..

Mustafa dilləndi:

-Anacan, məni qınama. Bu müəllimin savadı yetərli deyil.

Zübeydə xanım anladı ki, buralarda Mustafanı təmin edəcək nə məktəb var, nə də müəllim. Oğlu isə oxumaq, biliklərə yiyələnmək ehtirası ilə yanır.

Beləliklə, onlar Salonikiyə qayıtmalı oldular. Burada Mustafa Mülkiyyə məktəbində oxumağa başladı…

Müstəqil qərar qəbul etmək, vaxtını bihudə yerə keçirməmək, seçimdə sərbəstlik, mənəvi tələbatını ödəmək cəhdi hələ uşaqlıqdan Mustafada baş qaldırmışdı və ömrü boyu onu tərk etmədi.

Mustafa necə Mustafa Kamal oldu? Mustafa hərb sənətinin vurğunu idi. Sağlam görkəmli, çevik, düz qamətli, səliqə ilə geyinən hərbiçiləri görəndə onlara həsəd aparırdı. Türk sərkərdələrinin həyatından bəhs edən əsərləri oxumaqdan doymazdı. Türk hökmdarları Alp Ər Tunqa, Ərtoğrul, Osman qazi, Mətə, Atilla, Bilgə xaqan, Uzun Həsən, İldırım Bəyazid, Fateh Sultan Məhmət, Sültan Süleyman onun sevimli qəhrəmanları idi. Bəzən özünü onların yerində görürdü.

Qonşu Əhməd hərbi rüştiyyədə oxuyurdu. O,  əsgər forması geyinir və özünü dartırdı.

7 yaşında olarkən Mustafanın atası Əli Rza əfəndi dünyasını dəyişmiş, ailə Zübeydə xanımın ümidinə qalmışdı. Mustafa çoxdan qəlbində gəzdirdiyi arzusunu anasına bildirmək qərarına gəldi. Oğlunun dini təhsil almasını istəyən Zübeydə xanımın nə cavab verəcəyi bəlli deyildi.

O, oğlunu dinləyib dedi:

– Oğlum, mən isə deyirəm, Peyğəmbərimizin yolunu tut. Bir uca olan Allah da səndən razı qalar.

Mustafa cavabında dedi:

– Ana, Peyğəmbərimizin yolu haqq yoludur. Böyük Allaha da, Həzrəti Məhəmməd əleyihissəlama da dərin hörmətim və sayqılarım var. Amma arzum din xadimi olmaq deyil. Mən hərbi rüştiyyədə oxumaq istəyirəm.

Zübeydə xanım oğlunu öz fikrindən daşındırmaq istəyirdi. O, Mustafanın gələcəyini düşünür, onun sakit, dinc bir peşə seçməsini arzulayırdı. Hərb sənətinin çətinliklərindən, əsgərlərin narahat həyat sürmələrindən xəbəri vardı. Zübeydə xanım Mustafadan başqa daha beş övlad dünyaya gətirmişdi: Əhməd, Ömər, Naciyə, Fatma və Məqbulə. Mustafa ilə Məqbulədən başqa qalan uşaqlar kiçik yaşlarında ikən ölmüşdülər. Hərb meydanı ölümlü-itimli idi. Osmanlı əsgəri çox vaxt sürgünlərə məruz qalırdı. Odur ki, oğlunu dilə tutmağa çalışırdı:

– Heç olmasa, atanın yolu ilə get. Atan ticarətə başladı – bacarmadı, yarımçıq qoydu. Yox, a bala, üz vurma. Sənin hərbi rüştiyyədə oxumağına razılıq verə bilmərəm. Mənə, körpə bacına rəhmin gəlsin…

Mustafa anası ilə söhbətdən bir kar aşmadığını görüb küçəyə çıxdı. Fikirli-fikirli məhəllədə gəzişirdi ki, qonşu Əhmədə rast gəldi. Dayanıb söhbət etdilər. Əhməd hal-əhval tutdu, sonra isə Mustafadan xəbər aldı ki, nə üçün əhvalı pozğundur. Mustafa əvvəlcə demək istəmədi, sonra fikirləşdi ki, necə olsa Əhmədin atası hərbiçidir, bəlkə ona köməyi dəydi. O, anası ilə aralarında olan söhbəti Əhmədə danışdı, xahiş etdi ki, bu barədə atası ilə məsləhətləşsin.

Əhvalatı öyrənəndən sonra Əhmədin minbaşı (mayor) vəzifəsində çalışan atası həqiqətən ona öz köməyini göstərdi. Mustafa anasından xəlvəti hərbi rüştiyyədə keçirilən məşğələlərə davam etməyə başladı. Lakin az keçmiş ona bildirdilər ki, məktəbdə oxumaq üçün anasının yazılı razılığı lazımdır.

Mustafa bir daha Zübeydə xanımla söhbət etməli oldu. Anası dedi:

– Ay oğul, başa düş. Sənə etiraz etməyimin səbəbi o deyil ki, hərb sənətindən acığım gəlir. Bizə yaxşı əsgərlər lazımdır. Vətən darda olanda bu bəladan bizi onlar qurtarır. Kimsə ilə işimiz olmasa da, ölkəmizə göz dikənin sayı çoxdur. Səni gözümdən uzağa qoymaq istəmirəm. Əsgərin həyatı ağırdır. Bu gün burada, sabah Allah bilir harada. Çamadanını yığıb hazır qoyur, əmr verilən kimi götürüb düzəlir yola.

Mustafa sonuncu dəfə cəhd etdi:

– Anacan, yadındadır, mən doğulanda beşiyimin başından qılınc asmışdınız. Onu mənə kim hədiyyə etmişdi? Atam. O məni bir əsgər, bir komandan görmək istəyirdi. Demək, hərbiçi olmaq tək mənim yox, onun da arzusu olub. Xahiş edirəm, bunu da nəzərə al.

Zübeydə xanım fikrə getdi. Oğlu ilə belə danışsa da əslində tərəddüd içərisində idi. Onun arzusunu gözündə qoymaq istəmirdi. Ötən söhbətdən sonra bütün günü hey bu barədə fikirləşirdi. Bu söhbət yuxuda da onu rahat buraxmırdı. Mustafanın xatırlatdığı qılınc əhvalatı Zübeydə xanımın yadına srağagünkü yuxusunu saldı. Yuxuda görmüşdü ki, Türkiyənin başı üzərini qara buludlar alıb. Əsgərlər düşməni yerində oturtmaq üçün toplaşıblar. Hamı gözləyir ki, bir komandir gəlib onları döyüşə aparsın. Bunu görən balaca Mustafa cəld evə qaçıb uşaq vaxtı atasının onunçun aldığı qılıncı götürür. Geri qayıdıb qoşunun qabağına keçir. Komandiri gözləyən yəhərli kəhər atın belinə qalxır.

Zübeydə xanım baxıb görür ki, Mustafa tamam dəyişib. Birdən-birə böyüyüb, geyimi də başqadır. Hərbi forma ona özgə əzəmət verib. Mustafa birdən qılıncını çəkib irəli doğru uzadır. Zübeydə xanım görür ki, bu qılınc da atasının Mustafaya bağışladığı balaca, oyuncaq qılınc deyil. Günəşin altında par-par yanan Koroğlu qılıncıdır. Mustafa qılıncı havada oynadaraq döyüşçülərə: “Ya istiqlal, ya ölüm!” deyib atını çapır. Əsgərlər də öz növbələrində: “Türkiyənin azadlığı uğrunda irəli!” deyə qışqırıb atlarını Mustafanın ardınca çapırlar.

Bunları xatırlayan Zübeydə xanım ayağa qalxıb Mustafaya sarı getdi və onun alnından öpərək:

– Oğlum, əgər qərarında belə israrlısansa, sənə    xeyir-dua verirəm.

Ertəsi gün Mustafa artıq hərbi rüştiyyədə oxuyurdu. Sarışın saçlı, mavi gözlü Mustafa hərbi formada daha əzəmətli, daha yaraşıqlı görünürdü. Dərslərinə səylə hazırlaşırdı. İti zəkaya və təfəkkürə, aydın nitqə, dərin məntiqə malik idi. İntizamı gözləyir, müəllimləri və yoldaşları ilə nəzakət və hörmətlə davranırdı. O, hərb sənətinin sirlərinə həvəslə yiyələnirdi. Rüştiyyədə hərbi fənlərdən başqa fəlsəfə, riyaziyyat, tarix, iqtisadiyyat da keçilirdi. Mustafa başa düşürdü ki, yaxşı mütəxəssis olmaq üçün gecəsini-gündüzünə qatmalı, çox oxumalı, oxuduqlarından faydalanmağı bacarmalıdır.

Riyaziyyat Mustafanın sevdiyi və uğur qazandığı dərslərdən idi. Riyaziyyat dərslərini yüzbaşı Mustafa əfəndi aparırdı. O, yaxşı insan və savadlı müəllim idi. Şagirdləri onu çox sevirdilər. Yüzbaşı şagirdi Mustafanın qabiliyyətinə heyran qalmışdı. Oğlan təfəkkürünün çevikliyi və itiliyi ilə başqa uşaqlardan çox fərqlənirdi.

Riyaziyyat müəlliminin adı da Mustafa idi. Bundan başqa, sinifdə Mustafa adında bir neçə şagird vardı. Bir dəfə Mustafa yoldaşlarının yerinə yetirə bilmədiyi bir məsələni həll etdikdən sonra yüzbaşı Mustafa Əfəndi əllərini bir-birinə vurub heyrət içərisində ayağa qalxdı:

– Əhsən, mənim balam! Əhsən! Ağlıma bir fikir gəlib. Sinifdəki başqa Mustafalardan səni fərqləndirmək üçün adına bir “Kamal” sözünü də artırıram. Bundan sonra səni Mustafa Kamal çağıracağam. “Kamal” sözünün mənasını, yəqin ki, bilirsən – kamillik, bitkinlik, ağıl, idrak, mükəmməllik deməkdir. Sən bu ada layiqsən!

İllər keçdi. Mustafa bu adı ömrünün axırına kimi şərəflə daşıdı.

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

3 May – Dünya Türkçülük Günüdür

 ATATÜRK VƏ AYDAN

                            (“Samsundan başlanan yolromanından) 

Axşam idi. Atatürk qərargahda əyləşib dərin fi­kirlərə qərq olmuşdu. Çöldə səs-küy eşidib diqqət kəsildi. Kimsə içə­r­i girmək istəyirdi. Mühafizəçilər onun qarşısını kəsib qoy­mur­du­­lar. Baş komandan qapıya yaxınlaşdı. Büründüyü çarşabından yal­nız gözləri görünən bir qadın dayanıb əsgərlərlə mübahisə edir­di:

– Sizə dedim ki, Baş komandanın, Mustafa Kamal paşanın öz­ünü görmək istəyirəm.

Atatürk dilləndi:

– İşiniz olmasın, qoyun gəlsin.

Əsgər əmrə müntəzir halda mil dayandı və qadına işarə etdi ki, yol açıqdır. Qadın qərargaha daxil olub göstərilən yeri tut­du və çarşabını sərbəst buraxıb üzündən götürdü. Baş ko­man­dan lampanın solğun işığında diqqət yetirib gördü ki, bu, 15-16 yaş­larında gözəl və məsum bir qız uşağıdır. Onun yaraşıqlı üzü sa­ral­mış, gözləri çuxura düşmüşdü. Atatürkün ürəyi ağ­rı­dı: “Xalq əziyyət çəkir, millətin dincliyi, günü-güzəranı yoxdur”. Son­ra qıza müraciətlə dedi:

– Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qız­ğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın düş­mən əlinə keçərsən?

Qız qorxmadığını bildirmək üçün cəsarətlə danışmağa baş­la­dı:

– Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?

Bunun cavabında Atatürk dedi:

– Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vu­ruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qa­dın­la­rı­mı­zı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü on­suz­ da çoxdur.

– Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əş­­ya kimi evin küncünə atmısınız?

Atatürk qızın məntiqinə heyran qaldı. Doğ­ru­dan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kö­lə və hüquqsuz vəziyyətə salmışdı.

– Sən haqlısınız, yavrum. Türk qadını çarşabdan azad ol­malı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə ça­lış­malıdır.

Mustafa Kamal sonralar ölkə prezidenti olarkən dəfələrlə türk qadını və qadın hüquqları məsələlərinə diqqət yetirirdi. Çı­xış­larının birində deyirdi: “Görürəm ki, bəzi yerlərdə qadınlar ba­şı­na bir bez, yaxud önlük və ya buna oxşar başqa şeylər ataraq üzü­nü-gözünü gizlədir, yanından keçən kişilərə qarşı ya arxasını çe­virir və ya yerə oturaraq yumulur. Mədəni bir millətin anası, mil­lət qızı bu qəribə şəklə, bu vəhşi vəziyyətə düşərmi?”

Sonralar Atatürk türk qadınlarına millət vəkili seçmə və seçilmə hü­qu­qu verən Konstitusiya dəyişikliyi aparılmasına nail oldu.

Baş komandan üzünü qıza tutaraq:

– Qızım, gecə vaxtı buraya bunları söyləməyə gəldin?

Qızı qəhər boğdu, ağlamsınaraq dedi:

– Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Mü­haribə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn et­mişik. Atam da Kütahya-Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yed­di yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya ya­zı­lacaq, atamın, qardaşımın, millətimin döyüşlərdə ölən oğulları­nın qanını alacağam. Gəlmişəm ki, mə­nə silah verəsiniz.

Atatürk qızın fədakarlığından, vətən­pər­vər­li­yin­dən, düşmənə sonsuz nifrət bəsləməsindən riq­qətə gəlmişdi. La­kin bu bənizi solğun, gözəl türk qızının, gələcək türk anasının dö­yüş meydanında həlak olmasına yol verə bilməzdi. Qızın xət­ri­nə də dəymək istəmirdi, onu yola gətirib bir bəhanə ilə evə qay­tar­maq lazım idi.

– Qızım, adın nə oldu?

– Aydandır adım.

– Aydan, heç əlinə silah almısan?

Qız bu sualı gözləmədiyindən duruxdu, sonra özünü ələ ala­raq çarşabını göstərdi:

– Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yox­dur. Ayıya rəqs etməyi, cürbəcür oyunlar göstərməyi öyrə­dir­lər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni de­yir­siniz bir-iki saata nişan alıb güllə atmağı da öyrənə bil­mə­rəm?!

Atatürkü gülmək tutdu. Bunu  görən qız yal­var­ma­ğa başladı:

– Paşam, siz Allah məni naümid etməyin, qoyun vuruşum. On­suz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Tə­pənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb ata­ca­ğam. Təkbaşına partizan müharibəsi aparacağam.

Baş komandan qızın iradəsinə, inad və cəsarətinə get-gedə hey­ran qalırdı. Onun öz inadından dönməyəcəyini görüb dilə tut­ma­ğa çalışdı:

– Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sə­nin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qar­da­şını təzəcə itirib. O, qəm-qüssə, dərd-ələm içərisindədir. Qəl­bi­nə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Bu gecə elə bilirsən göz­lə­ri­nə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz ve­ri­rəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar hə­mişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Əsgərlər sə­ni ötürərlər.

Qız Baş komandanın razılıq vermədiyini görüb ağladı. Mus­tafa Kamal paşa irəli yeriyib onu sakitləşdirməyə çalışdı:

– Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə başına bir iş gəl­sə, onun dərdinin üstünə dərd gələcək. Buna o, tablaşa bil­mə­yə­cək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edə­cək?!

Qız göz yaşlarını saxlayıb məsum baxışlarla Mustafa Ka­ma­la baxdı. Baş komandan sözlərində səmimi idi, bu çətin anlarda Ay­danın, onun ailəsinin taleyini fikirləşir, buna görə narahat olur, qızın qayğısına qalırdı. Aydan fikrə getdi. Doğrudan da, xəs­tə və dərdli anasını, qardaşsız və atadan yetim qalmış kö­mək­siz bacısını düşünməmişdi.

Aydan sakitcə ayağa qalxdı və qapıya sarı addımladı. Mus­ta­fa Kamal əsgərlərdən iki nəfərini çağırıb tapşırıq verdi ki, qızı apa­rıb evlərinə ötürsünlər.

Sakara  Meydan Müharibəsi Mustafa Kamal cəbhəyə gələndən on bir gün sonra başlandı və qələbə ilə başa çatdı.

* * *

…Döyüş meydanını gəzən Atatürk itkiləri hesab­la­yır, cəsədlərin dəfn edilməsi, yaralılara yardım göstərilməsi və xəs­­təxanalarda yerləşdirilməsi barədə əmr və sərəncamlar verirdi. Qə­ləbə onda xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əs­gərlərin halına acıyır, onların ailələri, övladları, valideynləri ba­rədə ürək ağrısı ilə düşünürdü. Acı təəssüf hissi İlə addımlayan Baş komandan birdən ayaq saxladı. Yanı üstə düşmüş cəsədin si­fə­ti ona tanış gəlirdi. Elə cavan və məsum görünüşü vardı ki… Onun əlində tələsik xətlə yazılmış bir kağız vardı. Mustafa Ka­mal paşanın işarəsi ilə qana bulaşmış kağızı açıb oxudular: «Əgər dö­yüş meydanında ölsəm, bu məktub əlinizə keçəcək. Baş koman­da­na söz verib evə qayıtmışdım. Anam, bacım və mən döyüşləri iz­lə­yir, ordumuzun qalib gələcəyi günü gözləyirdik. Atamı, qar­da­şı­mı yada salıb ağlayır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, can­sağ­lığı arzulayırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evi­mi­zin top mərmisindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gör­düm deyən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çı­xar­dılar. Evsiz-eşiksiz idim. Xalam mənə təklif etdi ki, onlarda qa­lım. Xalamgildə gecələyib, səhər ertə yuxudan qalxdım. Saç­la­rı­mı qayçı ilə oğlan saçı kimi kəsdim ki, məni tanımayıb oğlan bil­sin­lər. Xalam oğlunun paltarlarından birini geyib cəbhəyə yollandım. Par­­tizanlara qoşuldum. Düşməni öldürdükcə onların sayını gös­tə­ri­rəm: 1+1+1+1+2…Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hə­ləlik döyüşürəm, qələbə gününü gözləyirəm. Baş komandana, or­du­­muza böyük ümidim var…»

Mustafa Kamal paşa cəsədə bir daha diqqətlə baxdı. Onun si­fəti toz-torpağa bulaşsa da, saçları oğlansayağı kəsilsə də, qızı ta­nıdı. Bu, Aydan idi. Köynəyinin üst düyməsi açıq olduğundan si­nəsi bir balaca açıq qalmışdı. Atatürkün işarəsilə şəfqət ba­cısı tez aşağı əyilib onun köynəyinin yaxasını düzəltdi…

Aydanın ölümü Baş komandanın qanını qaraltmış, ona ağır tə­sir bağışlamışdı. Qıza, onun taleyinə acıdı: «Yazıq qızcığaz. Onun həyatı hələ öndə idi. Fəqət bu dünyadan erkən və nakam get­di. Yaşasaydı, bir gəlin, ana olacaqdı. Təəssüf, çox təəssüf… Gə­ləcəyin bir qadını, türk anası az sonra torpağa gömüləcək…» Atatürkün gözləri yaşarmışdı. O, qızı dəfn etməyi tapşırıb qə­rargaha qayıtdı …

                                      * * *

… Atatürk Karacahisara yola düşdü. O,  Sakarya Meydan müharibəsindən fərqli ola­raq sərkərdə libasında idi. Yaxalığında marşal fərqlənmə ni­şanı parıldayırdı. O, Baş qərargahın qarşısında avtomobildən dü­şən kimi zabitlər və əsgərlər Baş komandanın cəbhəyə gəlişini bir bayram kimi qarşıladılar. Marşal hərbi rütbəsi və qazi titulu al­ması münasibətilə ona təbriklərini çatdırdılar. Atatürk on­lara təşəkkürünü bildirdi. Baş qərargahın yerləşdiyi otağa ye­ni­cə keçmişdi ki, qapının ağzından gələn bir səs eşitdi:

– Paşam, əfv edin, olarmı?

Atatürk geri dönüb baxdı. Döyüşçü geyimində bir qız idi. Qızın sifəti Baş komandana tanış gəlirdi, lakin xatırlaya bil­mirdi. Qız gülümsəyərək:

– Cənab Baş komandan, deyəsən, tanımadınız?

Qızın səsi də tanış idi. Qız Atatürkü çox da intizarda sax­lamadı. Adını dedi:

– Aydanam. Poladlıdan.

Mustafa Kamal heyrətdən yerində dondu. O, Aydanı ölmüş bi­l­ir və buna görə çox təəssüflənirdi. Aydan tez:

– Paşam, ölmədim, kəfəni yırtıb çıxdım. Ölmədim ki, düş­mən­lə axıra qədər vuruşum. Onları ölkəmizdən qovana kimi…

Atatürk irəli yeriyib qızı bağrına basdı. O, se­vin­di­yin­dən az qalırdı qanad açıb uçsun:

– Bu gün nə gözəl gündür, qızım. Nə yaxşı sənə xətər toxun­ma­­yıb.

Bu zaman Lətifə içəri girdi. O, Mustafa Kamalı Aydanı qucaqlamış vəziyyətdə görüb bir anlığa yerində dondu.

Mustafa Kamal son dərəcə böyük sevinclə deyirdi:

– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.

Aydan da şad-xürrəm dedi:

– Heç məni demirsiniz, böyük insan!

Aydan bir az da böyümüş, ətə-cana dolmuş, gözəlləşmişdi. Əsgər paltarı ona çox yaraşırdı. Həm də Aydanın qəddi-qaməti elə idi ki, indiki görkəmində nə geysəydi, ona yaraşacaqdı. Mustafa Kamal bu gözəl yaranışa heyran qalaraq, həm də ona bir ata məhəbbəti bəsləyərək dedi:

– Bir danış görüm…

Nə Atatürk, nə də Aydan Lətifəni görürdü. Qarşılaşdığı səhnə Lətifəni çıxılmaz vəziyyətdə qoydu. Əvvəlcə istədi özünün içəridə olduğunu onlara bildirsin, lakin bu fikrindən vaz keçdi, təhqir olunmuş və pərt halda otaqdan çıxdı. Bir Allah bilir bu gün buraya necə sevinc və fərəhlə, böyük ümidlə gəlmişdi.

Lətifə göz yaşlarını saxlaya bilmədi. O, açıqfikirli, gözü açıq, müstəqil, çətinliklərdən qorxmayan, qürurlu bir qız idi. Hər adamla oturub-durmazdı. Çoxları ona həsəd aparardı. Ona öz ürəyini açan da çox olmuşdu. Fəqət heç kimə könül verməmişdi. Məhəbbətini illərlə qəlbində yaşatdığı və böyütdüyü birisi – Mustafa Kamal üçün qoruyub saxlamışdı. Ötən dəfə onunla görüşmüş, ürəyini açmışdı. Həmin görüş onda ümidlər yaratmış, eşqinə cavab aldığını düşünmüşdü. Böyük sərkərdə niyə belə hərəkət edirdi?! Gərək o zaman fikrini açıq bildirərdi. Sevgilisi olduğu­nu səmimi şəkildə etiraf edərdi. Nə qədər acı olsa da, Lətifə tale­yin hökmü ilə barışardı. Lətifə xanım onların söhbətini yadına saldı:

“– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.

– Heç məni demirsiniz, böyük insan!”

Mustafa Kamal qızı sinəsinə sıxmışdı. Böyük sevgi və məhəbbətlə qızın gözlərinə baxırdı. Lətifə hönkürdü və ötüb ke­çən­lə­rin diqqətini cəlb etdi. Bir zabit yaxın gəlib soruşdu:

– Xanım, bəlkə köməyə ehtiyacınız var.

Lətifə tez özünü ələ alıb:

– Narahat olmayın, əfəndi, hər şey qaydasındadır. Bir balaca sıxıldım… – dedi və qaçaraq uzaqlaşdı.

                              * * *

Aydan başına gələnləri danışmağa başladı. Hadisə belə olmuşdu. Aydanı ölmüş bi­lən Atatürk göstəriş verdi ki, onu aparıb fədakar və qəh­rə­man döyüşçülərə xas olan bir təntənə ilə dəfn etsinlər. Baş ko­man­dan gedəndən sonra əsgərlər cəsədi xərəyə qoymaq istəyəndə sa­ni­tar qız nə isə hiss edib ona sarı əyildi və qəflətən geri çəkildi. Çan­ta­sından bir güzgü çıxarıb Aydanın ağzına tutdu. Güzgünün tər­lədiyini görüb qəddini düzəltdi:

– Təəccüblüdür, qızın nəfəsi gəlir.

Bunu eşidən döyüşçülər tez qızı hərbi xəstəxanaya çat­dır­dı­lar. Aydanın vəziyyəti ağır idi, ölümlə həyat arasında xeyli müd­dət çarpışdı. Nəhayət, ölümə qalib gəlib ayaq üstə durdu. Bu əh­va­latı eşidən Mustafa Kamalın sifəti işıqlandı. O, qayğı ilə və bir ata məhəbbətilə dolu ba­xış­la­rı­nı ona zilləyərək:

– Aydan, görürsən, bizi yenə müharibəyə sürükləyirlər. Eh­ti­yatlı ol, özünü qoru, – dedi.

-Oldu, paşa həzrətləri!..

* * *

Qurtuluş savaşı 1922-ci il iyulun 22-də İzmirin azad olun­ma­sı və oktyabrın 11-də Mudanya müqaviləsinin imzalanması ilə ba­şa çatdı. İstanbul hələ oktyabrın 6-da Türkiyə milli ordusu tə­rə­­findən Antanta dövlətlərinin caynağından qoparılmışdı. Bu əmə­­liyyatı Rafət paşanın (Bele) komandası altında olan qoşun his­­sələri uğurla həyata keçirmişdi.

Atatürk qərargahda idi. Lətifə xanım daxil oldu. Mustafa Kamalonu görüb ayağa qalxdı. Lətifəni son dərəcə mehriban qarşıladı. İrəli yeriyib əl uzatdı:

– Bir görün kim gəlib?! Sizdən nə əcəb, Lətifə xanım. Ürəyimizi yerindən oynadıb, yoxa çıxırsınız!

Lətifə təqsirini boynuna aldı:

– Gərək məni bağışlayasınız, paşam. Qısqandım və sinirlən­dim.

Atatürk maraq içərisində:

– Kimi kimə qısqandınız, Lətifə xanım? – deyə xəbər aldı.

Lətifə bir qədər sıxılaraq:

– Sizi Aydana, – dedi və Atatürkün gözlərinin içəri­si­nə baxdı. Eyni zamanda öz-özünə düşündü: “Marşal forması Mustafa Kamala gör necə də yaraşır. Sifətinin rəngini açır. Mavi gözlü, qızılı telli bu kişi başqasının deyil, yalnız mənim olmalıdır! Həyatımdır!”

Atatürk sanki onun fikrini oxuyaraq hiyləgərliklə:

– Aydanı harada görmüsünüz? – deyə soruşdu.

Lətifə həddən artıq bəzəyərək:

– Burada, sizin qucağınızda, – dedi və güldü.

Atatürk də qəh-qəhə çəkdi:

          – Bir görürsünüz?! Aydan mənim qızım. Heç olurmu?!

O zamankı hadisənin təsirindən hələ də ayrılmayan Lətifə aydınlıq gətirməyə çalışdı:

– Qərargaha girəndə sizi qucaqlaşan gördüm, dərhal halım dəyişdi.

           Atatürk aydınlaşdırmağa başladı:

– Başqa cür olardımı? Aydan ikinci dəfə dünyaya gəlmişdi. Onu sevincimdən qucaqlamışdım.

Lətifə xanım səsində üzrxahlıq əlaməti olaraq:

– Hər şeydən xəbərim var, əfəndim, -dedi. -Məni əfv edin. Xalidə Edib hər şeyi anlatdı. Başımı götürüb buralardan uzaqlaşdığıma peşman oldum.

Atatürk Xalidə Edib Adıvara minnətdarlıq olaraq:

– Ah, Xalidə! Mənim dostum, silahdaşım, xeyirxahım! Yenə öz köməyini göstərdi. Lətifə xanım, bir görün nə deyirəm. Düşmənləri ölkəmizdən qovduq. Dinc günlərimiz başlayacaq. Dünənə qədər bu barədə fikirləşmirdim. İndi qərara gəlmişəm. İstəyirəm ailə qurum.

Lətifə diksindi: “Görəsən fikri nədir?” deyə öz-özünə sual verdi. Cavab tapmadığından üzünü Mustafa Kamala tutdu:

– Əlbəttə, yaxşı fikirdir. Ömrünüz boyu subay qalmayacaq­sı­nız ki… – Ehtiyatla: – Heç olmasa namizədiniz var?

– Təbii… Namizədim də var.

Bunu eşidən Lətifənin rəngi ağardı, bədəninə soyuq tər gəldi. Birtəhər özünü ələ alaraq soruşdu:

– O bəxtəvər kimdir?

Atatürk:

– Bu sizsiniz, Lətifə xanım! – dedi. – Həyatımı sizinlə bağlamağa qərar verdim. İstəyirəm sizinlə evlənim. Nə deyirsiniz?

Atatürk Lətifənin əllərindən yapışaraq, onun göz­lə­ri­­nin dərinliklərinə nüfuz etdi.

Lətifəgizli bir sevinc içərisində:

Belə mühüm işlərdə biz türklər böyüklərin xeyir-duasını alarlar, əfəndim, – dedi. – Gərək evdəkilərlə məsləhətləşim. Amma onları yaxşı tanıyıram, mənim iradəmin ziddinə getməzlər. Mən sizin təklifinizi qəbul edir və «hə» deyirəm.

Atatürk onu qucaqladı. Lətifə sözünə davam etdi:

Bir arzum var. Bu həm mənim, həm də atamın arzusudur. Əhd etmişik, İzmir alınanda Mustafa Kamala başının dəstəsi ilə qonaqlıq verək. İndi evimizdə səni və dostlarını gözləyirlər.

Atatürk:

– Mən də sənin təklifini qəbul edir və “hə” deyirəm.

Lətifə getməyə hazırlaşaraq:

– Elə isə gedib atamı sevindirim, həm də süfrəni hazırlatdırım.

Atatürk onu yola saldı.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – ATATÜRK

AKİF ABBASOVUN YAZILARI

19 MAY – MUSTAFA KAMAL ATATÜRKÜN ANIM GÜNÜDÜR!

ATATÜRK

(pyes)

II PƏRDƏ

Üçüncü şəkil

Levonla Sərkis əllərini iplə sarıdıqları türk zabitini gətirirlər.

Onun saçları qarışıq, sir-sifəti qan içindədir.

Hərbi geyimi bəzi yer­lər­­dən cırılıb.

Levon. Sən Baş komandanın mühafizəçisən. Yaxşı bilirsən ki, indi sənin taleyin bizim əlimizdədir, bizim mərhəmətimizdən ası­­lıdır. İstəsək, buraxarıq, çıxıb gedərsən evinə-eşiyinə. Sən ağıl­sız deyilsən. Bilirsən, dediklərim ayrı-ayrı şeylərdir. Birinci halda gor­­bagor olacaqsan. Torpağın altında sümüklərin də çürüyəcək. İkin­­ci halda sağ qalacaq, arvad-uşağının yanına gedəcəksən. Yu­nan ordusu sizdən güclüdür. Bu orduya başqa dövlətlər də dəstək ve­rir­lər. Mustafa Kamal başınızı piyləyib, siz də düşmüsünüz əli ya­lın ortaya ki, biz də vuruşuruq. Heç nəyə nail ola bil­mə­yə­cək­si­niz. Yunanlar sizi qırıb axırınıza çıxacaqlar. İnanmırsan mənə?

Türk zabiti. Siz türk əsgərlərini yaxşı tanımırsınız. Son dam­la qanlarına qədər vuruşacaqlar.

Sərkis.Bəs sonra? Hamınız qırılandan sonra ağlınız ba­şı­nı­za gələcək? Ankaranın yolu açılacaq. Buna əmin ola bilərsən. Be­lə məlum olacaq ki, siz nahaq yerə döyüşmüsünüz. Onda yerdə qa­lan­lar sizin orduya da, Baş komandanınıza da lənət yağ­dı­ra­caq­lar.

Türk zabiti. Bu sizin xam xəyallarınızdır. Qələbə həmişə bi­zim­­lə olub! Türk ordusuna da, Baş komandanımıza da həmişə al­qış deyiblər!

Sərkis.Çal Dağı əldə saxlamaq üçün dəridən-qabıqdan çıx­dı­nız. Nə oldu axırı? Haymanaya doğru çəkildiniz.

Türk zabiti. Bizdə belə bir atalar sözü var: «Bir işin önünə bax­ma, sonuna bax». Geri çəkilmək hələ məğlubiyyət deyil.

Sərkis. Sözümü kəsmə, qulaq as. Yunan ordusu fürsəti əl­dən verməyib Haymana üzərinə hücuma keçdi. Hərbi sursatınız çat­mır. Ərzaq sarıdan da qıtlıqdır. Az qalırsınız bir-birinizin ətini ye­yə­siniz. İndi yunanlar Haymana dağını da tutublar. Dö­yüş­lər­də, bilirsən, nə qədər canlı qüvvə itirmisiniz?

Levon (qəh-qəhə çəkərək).Sayı yox, hesabı yox. Min nəfərə ya­xın əsgər, səksəndən artıq zabit. Elə bilirsiniz itkilərinizdən xə­bə­­rimiz yoxdur?

Türk zabiti. Təklifiniz nədir?

Sərkis. Bizə sizin baş komandanın ölüsü, ya da dirisi la­zım­­dır (bir kisə çıxararaq göstərir). Bu, qızıl kisəsidir. Sənə çatır. Biz deyənlə durub-otursan əlavə mükafatın da olacaq.

Türk zabiti. Sizin millətin qanında var bu satqınlıq, ya­ra­maz­lıq, şər toxumu səpmək, ara qarışdırmaq, ara düzəltmək. Si­zin xəmiriniz pis-pis işlərlə, hiylə və məkirlə, xəyanətlə yoğrulub. Hə­­mişə yediyiniz qaba tüpürmüsünüz.

Levon (əlini qaldırıb onu vurmaq istəyir, Sərkis qoymur. Mü­ha­­fizəçiyə). Ömründə bir dəfə sən də yediyin qaba tüpür. Qorx­ma, dünya dağılmaz. Əvəzində azadlığa, var-dövlətə çatarsan.

Türk zabiti. Onda mən türk yox, erməni olardım. Məni öl­dü­­rə bilərsiniz. Fəqət qulağınızda sırğa edin. Biz Çanaqqala mü­ha­­ribəsi, İnönü döyüşləri kimi Sakarya meydan müharibəsini də uda­cağıq. Vətənimizi düşmənlərə verən deyilik! Ölkəmizə sahib çıx­maq arzunuz da gözünüzdə qalacaq! Torpağımıza soxulan, so­xul­maq istəyən soxulcanların, ilanların biri də cəzasız qal­ma­ya­caq! Yadınızda saxlayın: yırtıcı quşun ömrü az olar!

Sərkis (sinirli). Gəl daşı tök ətəyindən, tərslik eləmə. (Le­vo­na) Ara, bu musurman həmişə belədir. Xeyrini bilmir, sonra peş­­man olur.

Türk zabiti. Yanılırsan.

Sərkis. Gecə qara, cücə qara. Axşam düşəndə fürsət tap, bı­ça­­ğı sapla Mustafa Kamalın ürəyinin başına, ol dünyanın xoş­bəx­ti.

Türk zabiti. Xəyanətkar millətin verdiyi vəd də yalan olur.

Sərkis. Levon, eşitdin, o bizə inanmır. Elə isə mükafatını qa­baqcadan veririk (ikinci kisəni çıxarıb, hər iki kisəni onun ayaq­ları altına atır).

Türk zabiti (ayağı ilə kisələri vurub kənara atır). Hər dəfə er­mə­nilərə rast gələndə onların nə qədər rəzil və murdar old­uq­la­rı­na bir daha əmin oluram. Yunanlar, Çal Dağı və Haymananı ələ ke­çir­sələr də, onların durumu heç də ürəkaçan deyil. Bizim də bun­lar­dan xəbərimiz var. Bizim bir həmləmiz yetər ki, yunanlar geri çə­kilsinlər. Siz erməniləri insan yox, şeytan doğub. Doğan yerdə onun qarnına şiş bataydı. Mən sizə nifrət edirəm (türk zabiti Le­vo­nun üstünə atılır, ayağı ilə Sərkisi vurur). Levonla Sərkis türk za­bitini yerə yıxıb əzişdirirlər. Onun müqavimət göstərdiyini görüb b­ıça­ğı sinəsinə vururlar.

Türk zabiti (yerində qıvrılaraq). Məhv olsun düşmən! Ya­şa­sın Baş komandan! Mustafa Kamal paşaya, türk ordusuna eşq ol­sun! Yaşasın azad və müstəqil Türkiyə! (ölür).

Sərkis. Mən bu türkləri yaxşı tanıyıram. Bunlar öz rəh­bər­lə­ri­­nə xəyanət etməzlər. Ölənə kimi vuruşacaqlar. Zabitin de­dik­lə­rin­də həqiqət var. Əlac özümüzə qalıb. Qızılları götür, əkilək. Gə­lib çıxan olar, atamızı yandırarlar (gedirlər).

 Şəkil dəyişir. Təpə. Ətraf yaşıllığa qərq olub. Ağacların arxasından pu­­lem­yotların lülələri görünür. Bir neçə türk əsgəri əyləşib söhbət edir. Onların arasında Azərbaycandan gəlmiş könüllü Fərhad da var.

Uğur. Bu yunanlar yaman baş aparır ha! Qovuruq, fırlanıb ye­­nə üstümüzə gəlirlər.

Özgün. Baş aparmaq üçün baş lazımdır. Başları olsaydı, gə­lib buralara çıxmazdılar.

Fərhad. Sənin sözlərin yadıma bizim Molla Nəsrəddini sal­dı. Yaman baməzə kişi olub. Sizlərdə ona Xoca Nəsrəddin deyir­lər. Bir dəfə Molla evinə gələndə görür ki, qonşular onun həyətinə yı­ğı­şıblar. Birisi Mollaya deyir: «Arvadın yıxılıb ağlı başından çı­xıb». Molla halını pozmur. Deyir: «Mən öz arvadımı hamıdan yax­şı tanıyıram. Onun ağlı heç əvvəldən yox idi. Görəsən ba­şın­dan çıxan nədir?!» İndi, ay uşaqlar, bu düşmənin başındakı ağıl­dır, yoxsa bizim Molla demişkən, nədir? Bilmirəm.

 Əsgərlər gülürlər. Özgün siqaret çıxarıb yandırır.

Uğur. O gün Fevzi Çakmak paşa deyirdi ki, bu müharibə yu­nan­larla son müharibə olacaq. Onları Ağdənizə tökəcəyik!

Fərhad. Uğur, deyirsən yunanları yuyub sonra asacağıq ki, qu­rusunlar?! Necə fikirləşirsən, onları dənizə töksək, günahları yu­yular?

Özgün. Fərhad, onların günahını heç nə yumaz. Nə su, nə gül­lə, nə də od!

Samət çiynində tüfəng gəlir.

Uğur. Gəl, Çərkəz Ədhəmin gül balası.

Samət. Uğur, yenə başladın? Allah Çərkəzin başına daş sal­sın. Başımızı piyləyib ağlımızı almışdı.

Özgün. Türk ozanları bilirsən sənin kimilər barəsində nə de­yib­lər? Qulaq as (tüfəngi götürüb saz kimi çalır):

Qaracaoğlan, gəz mərd ilə,

Ülfət qılma namərd ilə.

Fələk bizi bu dərd ilə

Qoyar qaçar, demədimmi?

Üğur. Ay Samət, bəs bilmirdin ki, Çərkəz Ədhəm bərkə dü­şən­də, öz canının hayına qalacaq, sizi qoyub qaçacaq? Ay canım, adam qoşulanda da bir fərlisinə qoşular.

Samət. Xəcalətimdən az qalır yerə girim. Arvad-uşaq da üz dön­­dərmişdi. Nə yaxşı ki, Mustafa Kamal paşa ilə İsmət paşa mə­ni bağışladılar. Günahımı yumaq üçün fürsət verdilər. Daha ağ­lım başıma gəlib, narahat olmayın. Ancaq sizdən bir xahişim var: keç­mişimi xatırladıb mənə əzab verməyin.

Özgün (Uğura). Eşitdin? Doğru deyir. Daha düşükləmə. Sa­mət, əslində biz səni dolamaq üçün yox, döyüşqabağı kefimizi aç­maq üçün zarafat edirik. Fərhad, başla. Molla nə deyir?

Fərhad. Mollanın evinə oğru gəlir.

Fevzi Çakmak paşa sakitcə gəlib qulaq asır.

Oğru otağın birindəki şeyləri yığışdırıb çölə çıxır. Molla da əy­ləş­diyi otaqdakı şeylərdən əlinə keçəni bir çamadana yığıb onun dalınca düşür. Gəlib çıxırlar oğrunun evinə. Oğru baxır ki, Mol­la onun yanında dayanıb. Ondan soruşur: «Sən mənim evim­də nə edirsən?» Molla cavabında deyir: «Bəs bura köçmürük?»

 Əsgərlər gülürlür. Fevzi Çakmak paşanı da gülmək tutur. Fər­­had onu görüb pərt olur.

 Fevzi Çakmak paşa. Fərhad, oğlum, narahat olma. Hər şey qay­da­sındadır. Mən çox sevinirəm ki, döyüşqabağı deyib-gü­lür­sü­nüz. Savaşa belə nikbin ruhla, üzügülər gedərlər. Onda qələbə də asan qazanılır. Molla Nəsrəddinin lətifəsi idi?

 Fərhad. Bəli, paşam.

Fevzi Çakmak paşa. Ağız ədəbiyyatında türk xalqlarının or­taq nümunələri çoxdur. Atalar sözlərimiz, bayatılarımız, «Ko­roğ­lu», «Dədə Qorqud» dastanlarımız…

Döyüş başlanır. Pulemyot, top səsləri. Əsgərlər silah başına ke­çir­lər.

(əsgərlərə) İgidlər, uğurlar sizə!

Fərhad (atəş açır). Al gəldi… Düz sinəsindən vurdum. Aş­dı.

Samət. Birini də mən vurdum.

Şəkil dəyişir. Fevzi Çakmak paşa qərargahda əyləşib. Yunan or­du­sundan əsir alınmış iki əsgər dayanıb gözləyir. Əli silahlı üç əs­gər onlara nəzarət edir. Yorğunluqdan və bir də vaxtlı-vaxtında ye­mə­­­diklərindən əsirlərin sifətlərinin əti çəkilib. Qorxudan gözlərinə qa­ran­lıq və vahimə çöküb.

Fevzi Çakmakt paşa (hündürboylu əsirə üzünü tutaraq). Bu­yur, görüm.

Əsir (çəkinə-çəkinə). Desəm, inanmayacaqsınız. Əslində biz əs­­gərlər bu müharibəyə öz xoşuna qoşulmamışıq. Mən kəndli ba­ba­yam. Başımızı əkin-biçinlə zorla dolandırırıq. Bir çətən kül­fə­tik… Yalvarıram, məni öldürüb anamı gözü yaşlı qoymayın.

Fevzi Çakmak paşa (sinirlənib ayağa qalxır, siqarını yan­dı­ra­raq). Bəs bu yayın istisində öldürdüyünüz cavanların anası yox­mu?

Əsir (başını aşağı salaraq gözlərinin yaşını axıdır). Mən əv­vəl­dən Allahıma yalvarırdım ki, müharibə tez qurtarsın. Mü­ha­ri­bə­yə gələnə qədər heç toyuq başı da kəsməmişəm. Adam öldür­mək mənlik deyil. Gülləni də qorxa-qorxa atıram. İlk günlər atəş sə­sin­dən diksinirdim, elə bilirdim güllə mənə dəyib. Əlimlə bədəni yox­layıb salamat qaldığımı görəndə bir təhər sakitləşirdim… Üs­tü­­müzə pulemyotları tuşlayaraq bizi məcbur edirdilər ki, vu­ru­şaq. Hansı təpəyə hücum əmri verilirdisə deyirdilər: bu təpənin ar­xa­sında Ankaradır. On altı gün ötdü. Ankara görünmədi… «Türk­­lərin əlinə keçsəniz, hər tikənizi qulağınız boyda edəcəklər» de­­yib bizi qorxudurdular …

Fevzi Çakmak paşa (o biri əsirə müraciətlə). Buyur, görüm, yə­qin səni də zorla müharibəyə göndəriblər?! (əsirin dinmədiyini gö­rüb). Sən könüllüyə oxşayırsan Yəqin öz xoşunla müharibəyə qa­tıl­mısan?!.

Əsir dillənmir. Bayırda canlanma. Mühafizəçinin səsi eşi­di­lir: «Farağat!» Fevzi Çakmak paşa qalxıb çölə çıxır. Atatürk görünür.

Atatürk (komanda verir). «Azad!» (görüşürlər).

Fevzi Çakmak paşa. Paşa həzrətləri, xoş gördük!

Atatürk. Gün aydın! Nə var, nə yox?

Fevzi Çakmak paşa. Əsirləri dindirirdim.

Atatürk. Gedək, sorğu-sualı davam etdir.

Atatürk Fevzi Çakmak paşa qərargaha daxil olurlar.

Fevzi Çakmak paşa (sualını təkrar edərək). Sən də məcburən mü­­haribəyə gətirilibsən?

Atatürk (əsirin susduğunu görərək). Hara vətəndaşısan?

Əsir (başını qaldırmadan). Türkiyə.

Atatürk. Harada doğulmusan, müharibəyədək harada ya­şa­mı­san?

Əsir. İstanbulda.

Atatürk. Demək, sənin vətənin Türkiyədir. Millətindən asılı ol­­mayaraq hamı vətəni qoruyur. Sən isə vətənə qarşı vuruşursan. Bi­lir­sən səni necə bir aqibət gözləyir?! (xəyanətkara nifrətlə ba­xa­raq). Türkiyənin, türk xalqının siz rumlulara nə pisliyi keçib ki, onu sevmirsiniz, bu ölkəyə, bu millətə qarşı belə namərdlik, nan­kor­luq edir, xəyanətkar mövqe tutursunuz? (əsirin susduğunu gö­rə­rək). 1919-cu ildə yunanlar İzmirə girəndə sənin doğulduğun, bo­ya-başa çatdığın, çörəyini yediyin, suyunu içdiyin, havasını ud­du­ğun bu şəhərdə daşı-daş üstə qoymur, dinc sakinləri öldürür, uşaq­la­rın başlarını kəsirdilər. Siz rumlular da sevinc içərisində onların qa­bağına qaçır, düşmənlərimizi duz-çörəklə qarşılayırdınız…

Fevzi Çakmak paşa. Yadına düşmür? Yəqin İzmirin işğalı za­­manı rumluların yunan ordusunu sevinclə, coşqun hərarətlə qar­şıladığının, döyüşçüləri qucaqlayıb öpdüklərinin sən də şahidi ol­musan. Yəqin sən özün də o birilərə qoşulub işğalçılara gül-çi­çək dəstəsi gətiribsən.

Atatürk. İzmir mitropoliti Xristostomas çağırılmamış qo­naq­­lara, işğalçılara xeyir-dua verirdi.

Fevzi Çakmak paşa. Rumlular yunan taburunun qarşısına çı­xaraq: Zito Venizelos! Zita yunan əsgərləri! – deyə qışqırırdılar.

Atatürk. Yunanlar türklərə divan tutmağa başlayanda yerli rum­lular da onlara qoşulmuşdu. Onlar da türkləri öldürür, ev­lə­ri­ni yandırır, talançılıq edirdilər. Bunların heç biri yadına düş­mür? İnanmaq olmur.

Əsir. Doğru deyirsiniz, komandir, bu əslində biz gənclərin de­yil, bizim böyüklərimizin, ağsaqqallarımızın, ağbirçəklərimizin gü­nahıdır.

Atatürk. Öz səhvini başa düşdüyün üçün, yoxsa canını qur­tar­maq üçün belə deyisən? Bunu bilmədik. Amma həqiqəti söy­lə­din.

Fevzi Çakmak paşa. Əsirləri aparın.

Atatürk Fevzi Çakmak paşanın qulağına nə isə pıçıldayır. Fevzi Çakmak paşa əli­ ilə işarə verir. Türk əsgərləri dayanırlar.

(əsgərlərə). Rumlu əsiri aparın, o biri isə qalsın.

Atatürk (əsirə).Mən belə başa düşdüm ki, sən siyasi oyun­la­rın qurbanısan, istəmədiyin halda müharibəyə qatılmısan.

Əsir (sevincək). Doğru buyurursunuz, qurbanın olum.

Atatürk. De, görüm, yunan ordusunun durumu necədir?

Əsir. Onların gücü tükənməkdədir. Ciddi ərzaq qıtlığı ilə üz­lə­şib­lər. Bir tərəfdən bu, digər tərəfdən fasiləsiz döyüşlər əsgərləri yo­rub əldən salıb. Daha pisi, mərmi ehtiyatı azalıb. İtkiləri elə çoxdur ki, yüz əlli nəfər əsgərdən təşkil olunmuş bölüyün hər birində indi vur-tut 25-30 döyüşçü qalıb. Müharibə döyüşçüləri təngə gətirib. Bir himə bənddirlər ki, aradan çıxsınlar. Geri çəkilmək barədə söz-söhbət gəzir.

Atatürk (ayağa qalxaraq). Bunu buraxın, çıxıb evinə-eşi­yi­nə getsin.

Əsirin gözlərinə işıq gəlir. Atatürkün ayaqlarına düşüb çək­mə­­lərini öpür. Əsiri aparırlar. Fevzi Çakmak paşa Atatürkü ötürür. Üz-gözlərindən yorğunluq tökülən sanitarlar yaralanmış əsgərləri gül­­lə altından çıxarıb kimisini xərəkdə, kimisinin qoluna girərək dal­da yerə aparırlar.

(Fevzi Çakmak paşaya). İndi müharibə bir dönüş nöqtəsinə gəlib çı­xıb. Tərəflər geri çəkilmək üzrədirlər. Türklər daha qətiyyətli və dö­zümlü çıxdılar. Biz müdafiə xətlərində açılan gədikləri qa­pa­maq üçün əlavə qüvvələrdən istifadə etdik. İndi əks-hücuma keçə bi­­lərik. Ancaq nəzərə almaq lazımdır ki, qarşıdakı savaş heç də asan olmayacaq. Sol cinahda yunan qüvvələrinin qarşısı alınıb. An­­karanı gözləyən təhlükə sovuşub. Lakin hələlik bu azdır. Düş­mən Orta Anadoludan da qovulmalıdır. Fevzi Çakmak paşa, bütün ko­man­dirlərə çatdırın: əks həmlə zamanı əsas diqqət sağ və orta ci­nah­­lara yönələcək!

Fevzi Çakmak paşa. Yunanlar geriləmək fikrində deyillər. Ək­sinə, Sakarya çayının qərbində səngər qazırlar.

Atatürk. Ona görə əmr edirəm: Solumuzdakı ən yüksək tə­pə­yə – Dua Təpəyə hücum! (gedirlər).

Levon və Sərkis gəlirlər.

Levon. Ara, bu Türkiyənin padşahı lap keyquludur. Bütün tor­pağı əcnəbilərə pay-bölüş edib… İndi dəbdə Mustafa Ka­mal­dır. İşlərimiz yalnız onda düzələcək ki, o, ortadan götürülsün. Türk zabitini dilə tuta bilmədik. Zalım oğlu ölümünə razı oldu, an­caq dediyindən dönmədi. Belə yerdə türklər özləri deyiblər: «Ağıl olmayınca başda, nə quruda bitər, nə yaşda». Hə, aşna, əlac özümüzə qaldı. Mustafa Kamalı öldürsək, tarixə düşərik.

Sərkis. Nə danışdığını bilirsən. Mən də istərəm ki, o öl­dü­rül­sün. Onun axırına öz əllərimlə çıxardım. Amma Mustafa Ka­ma­lı öldürmək mümkün olan şey deyil. Əvvəla, türk milləti, türk xal­qı onu çox sevir, ona inanır, onun ardınca ölümə belə desən ge­dir. Həm də bu adam tilsimlidir. Padşah onun ölümünə fərman ver­mişdi, bacarmadı. Neçə dəfə sui-qəsd təşkil olundu, alınmadı. Və­ziyyətdən çıxmağı bacarır. Zalım oğluna güllə də batmır. Lap mö­­cüzədir. Yəqin xəbərin var.

Levon. Var.

Sərkis. 1915-ci il Conkbayır döyüşlərində ingilis snayperi onun ürəyinin başını nişan alıbmış. Əlləri titrəmədən tətiyi də çə­kib. Atəş açılıb, ancaq Mustafa Kamal sağ qalıb. Musurmanlar be­lə qəribə hadisələr baş verəndə deyirlər: “Anası namaz üstündə imiş!” Eşitmisən yəqin niyə ölməyib. Cib saatını döş cibinə qo­yub­muş. Vallah möcüzədir. Elə bil əvvəldən ürəyinə damıbmış. Hə­min saat onu ölümün pəncəsindən qurtarıb. Güllə saata dəyib ye­rə düşüb.

Levon. Bu müharibədə türklər məğlub olsa, bizim işlərimiz dü­zələcək, qalib gəlsələr – bütün ümidlərimiz puça çıxacaq. Bu Mus­tafa Kamal olmasaydı, Türkiyə çoxdan batmışdı.

Sərkiz. Bilməmiş olmazsan. Çoxdandır Türkiyə tor­paq­la­rın­da ingilislərin də gözü var. Fəqət nə qədər müharibə aparsalar da, istəklərinə çata bilməyiblər. Çanaqqala, Arıburnu, Anfar­­­ta­lar, Conkbayır döyüşlərində Mustafa Kamal ingilislərə aman ver­mə­yib. Onlar İstanbulu tutmuşdular. Oradan da çıxarıldılar. Lon­don­­da parlament üzvləri bir yerə toplaşıb tələb ediblər ki, Bö­yük Britaniyanın baş naziri Herbart Henri Askvit gəlib bizə an­lat­sın ki, bu nə məsələdir? Bu qədər xərc niyə havaya sovrulub, heç bir qələbə qazanılmayıb? Baş nazir, bilirsən, nə deyib?

Levon. Sən də özünü çox bilən göstərmə. Mən bilirəm nə de­yib. Deyib: Cənablar, burada mənim təqsirim yoxdur. Dünyada ta­rixi şəxsiyyətlər yüz ildə bir dəfə doğulur. İndi mən nə edim ki, bu xoşbəxtlik Türkiyəyə nəsib olub. Mustafa Kamal paşa mey­da­na çıxıb. Günah məndə yox, onda, onun qabiliyyətində, gü­cün­də­dir.

Sərkiz. Mustafa Kamalı məhv etmək üçün onun ətrafındakı adam­ları, ona sadiq şəxsləri bir-bir dənləmək lazımdır.

Levon. Birincisi Fev­zi Çakmak paşadan, sonra İsmət paşadan başlamaq lazımdır. Yu­nanları İnönüdə darmadağın etdilər. Mustafa Kamal bu dö­yü­şü uğurla başa çatdırdığına görə İsmət paşaya İnönü ləqəbi ve­rib.

Sərkiz. Mustafa Kamal at belində döyüşün ən təhlükəli yer­lə­rini gəzir. İmkan olsa onu, olmasa ya Fevzi paşanı, ya da İsmət paşanı aradan gö­tür­mə­li, bu xalqa dağ çəkməliyik. Gəlsənə paltarımızı dəyişib türk­lə­rin içərilərinə girək. Müharibədir, it yiyəsini tanımır.

Levon. Paltarlarımızı dəyişdik, bəs burnumuzla nə edək? Əy­ri badımcan kimi adamın gözünə girir. O saat biləcəklər ki, er­mə­niyik.

Sərkiz. Düz deyirsən. Onların arasında olsaq, sui-qəsd hə­ya­ta keçən kimi bizi parça-parça edərlər. Yaxşısı budur, daşın, ağa­cın arxasında gizlənib məqam gözləyək.

Gedirlər. İsmət paşa onbaşı Xalidə Edib Adıvar gəlirlər.

İsmət paşa. Neçə gündür Mustafa Kamal paşa dinclik nədir bil­mir. Yenə döyüş meydanındadır. Atla təhlükəli yerləri gəzir. Rəs­mi fəaliyyətimdə olduğu kimi, şəxsi həyatımda da Mustafa Ka­mal paşa mənim vəlinemətimdir. Bütün hadisələrdə uğurlara yi­yələnməyimdə onun çox böyük zəhməti olub. O özündən daha çox mənim uğur qazanmağıma çalışıb… Biz hamılıqla onu qo­ru­ma­lı, sağlamlığı qayğısına qalmalıyıq.

Levon Sərkis xəlvəti gəlib gizlənirlər.

Xalidə Edib Adıvar. Paşa həzrətləri mənim xətrimi istəyir. Odur ki, sözlərimdən incimir. Hərdən onunla ərklə danışıram. Hər dəfə ona deyirəm ki, özünə fikir versin. Qulaq asmır. Yor­ğun­luqdan və yuxusuzluqdan gözlərinin ətrafını tünd mavi da­irə­lər bürüyüb. Gözünün acısını çox vaxt əyləşdiyi kresloda alır. Bu da olur onun yuxusu, istirahəti. Müharibələr də bitib-tükənmək bil­­­mir. Deyəsən paşa həzrətləri gəldi. Mən gedim (çıxır).

Türk zabiti İsmət paşaya yaxınlaşır.

Zabit. Baş komandan sizi soruşurdu.

İsmət paşa. Qərargahdan bəzi sənədləri götürüm, gedək.

İsmət paşa qərargaha daxil olur, zabit gözləyir.

(çıxır). Gedək.

Levon (astaca Sərkisə). Hərəmiz birinə atəş açaq. Hədəfə tək­cə İsmət paşa alınsa, yanındakı zabit bizi vura bilər.

 Levon İsmət paşanı, Sərkis zabiti nişan alır. Atəş açılır. Le­vo­­nun gülləsi açılmır. Türk zabiti yıxılır. İsmət paşa cəld yerə yatır, ta­­pançasını çıxarır Sərkisi vurur. Levon qaçır. Milli ordunun bir ne­çə əsgəri qaçaraq gəlir. Yaralı zabitin qoluna girərək qaldırıb apa­rırlar.

Atatürk (gəlir, yerdə sərələ qalmış Sərkisə baxaraq). Burada nə hadisə baş verib?

Əsgər. Dığalar İsmət paşaya güllə atıblar..

Atatürk (İsmət paşaya). Yaralandın?

İsmət paşa. Xeyr, əfəndim. Xoşbəxtlikdən güllə açılmadı. Am­ma bir zabitimiz yaralanıb.

Atatürk (ətrafına baxaraq). Yarası ağır idi?

İsmət paşa. Məncə, yüngül yaralanıb.

Atatürk (yaxınlaşaraq Sərkisə baxır). Atəş açan budur? Er­mə­nidir…

İsmət paşa. Elədir, paşam.

Atatürk. Ehtiyatlı olmaq lazımdır. Bu ermənilər bizimkilərə xə­tər toxundurmaq üçün həmişə fürsət axtarırlar. Tələt paşanı da, Ənvər paşanı da, Camal paşanı da öz qa­nlarına qəltan edən də bunlar oldu.

İsmət paşa. Doğru buyurursunuz, paşam. İki nəfər idi. O bi­ri qaça bildi (əsgərlərə). Bu yaramazı buradan rədd edin.

 Sərkisi xərəyə qoyub aparırlar. İsmət paşa da gedir. Onbaşı Xa­­lidə Edib Adıvar gəlir.

Atatürk (Xalidə Edibə). Xoş gördük, xanım əfəndi!

Xalidə Edib. Xoş gününüz olsun, paşam.

Atatürk. Xalidə xanım, işlər necədir?

Xalidə Edib. Şükür allaha, pis deyil. Hamı qələbə gününü göz­ləyir. O isə uzaqda deyil.

 Atatürk (uzaqlara baxaraq, Xalidə Edibə). O təpələri gö­rür­sünüz?! Ora Qaradağdır Bir baxın, yunanlar geri çəkilirlər.

 Atışma. Yaralılar, çiyni tüfəngli əsgərlər gəlib səhnədən ke­çir­­lər. Atatürk və Xalidə Edib söhbəti kəsib onlara baxırlar.

 Xalidə Edib. Paşa həzrətləri, əməliyyat uğurlu gedir. Bu mə­ni çox sevindirir.

Atatürk. Planımız baş tutdu, xanım əfəndi. Qaradağ az son­ra geri qaytarılacaq. Amma itkilərimiz çox oldu. Bax, bu məni ağ­­rıdır. Tümənlərimizin birində əsgərlərin tən yarısı həlak olub.

Xalidə Edib. Döyüş itkisiz ötüşmür, əfəndim. Əsas məsələ odur ki, düşmənə yaxşı dərs verdik.

 Azər Baycan Levonu gətirirlər. Levon yunan zabiti for­ma­sın­da, əliqolu bağlanmış son dərəcə pərişan.

(tanıyaraq). Nəm-ni­şa­nından İsmət paşaya atəş açıb qaçan dığaya oxşayır.

Atatürk. Azər, oğlum,onu necə ələ keçirdiniz?

Azər. Döyüş ara vermişdi. Səngərə yatıb dincimizi alırdıq. Xə­bər gəldi ki, bir nəfər yerə yata-yata ağaclığa sarı gedir. Eh­ti­yat­la başımı qaldırıb baxdım. Gördüm həmin bu yaramazdır. Yol­­daşlarıma dedim ki, istəyirəm onun ardınca gedim. Baycan tək yola çıxmağıma razı olmadı. Birlikdə bu dığanın ardınca düş­dük. Öldürə bilərdik, fikirləşdik ki, əsir götürək. Demə, döyüş mey­­danından aralanmaqda məqsədi varmış (gülmək tutur). Cə­nab Baş komandan, gərək bağışlayasınız. Özünü ağaclığa təzəcə ver­­mişdi ki, başının üstünü aldıq. Ələ keçdiyini görüb sarısını ud­du. Qorxusundan ağaclığa nə üçün çəkildiyi də yadından çıxdı. Dər­­hal tərk-silah etdik.

Baycan. Yolda bizə yalvarıb-yaxarırdı ki, onu buraxaq. Hə­rə­­mizə bir kisə qızıl boyun oldu. Qızılları aldıq, özünü isə bura gə­tirdik. İsmət paşaya atəş açan ermənidir. Bu da qızıllar… (kisələri uzadır).

 Xalidə Edib (qızılları alaraq). Ordunun ehtiyaclarına sərf olu­nar.

Azər. Bu ermənilər harada olsalar, ziyankarlıqla, qan tök­mək­lə, xəyanətlə məşğul olurlar. Dəsxətt hər yerdə eynidir.

Baycan. Ötən əsrin əvvəllərində Cavad xan Gəncədə rus qo­şu­­nu ilə döyüşəndə şəhərin erməni sakinləri rus generalı Sis­ya­no­va bələdçilik edirdilər.

Azər. Bunlar 1905-ci ildə, 1915-ci ildə, 1918-ci ilin martında Ba­kı­da, başqa bölgələrimizdə saysız-hesabsız qırğınlar törədib, azə­ri türklərini qətlə yetiriblər. Türklərə qarşı nanklorluq və xə­ya­nət etdiyinə görə qulağı kəsilən Andronik, bir Allah bilir, Qara­bağ­da saysız-hesabsız dinc əhalini qılıncdan keçirdi.

Baycan. Yaxşı ki, türk ordusu köməyimizə gəldi. Qafqaz İs­lam ordusu, Nuru paşa ilə Kazım Qarabəkr paşa imdadımıza çat­ma­­saydı, ermənilər Azərbaycanda daşı daş üstə qoymazdılar.

Atatürk. Biz – türklər və azərilər qardaş millətik. Bir-bi­ri­mi­zə arxa, dayaq durmalıyıq. O zamanlar Azərbaycana kömək əli­mi­zi uzatdıq, Azərbaycan Demokratik Cümhuriyyəti də dar gü­nü­­müzdə bizə dəstək durdu. İndi budur, siz azərbaycanlılar  burada – Ana­­doluda bizim yanımızdasınız, bizimlə çiyin-çiyinə düş­mən­lə­ri­mizə qarşı vuruşursunuz. İgidlər, bu köməyə görə sağ olun! Mən sizdən çox razıyam. Neçə-neçə Anadolu türkü Azər­bay­can­da, azəri türkləri Anadoluda şəhid olub. Onların ruhu şad olsun!

Xalidə Edib. Azərbaycan rusların, ermənilərin caynağından xi­­las olub öz dövlətini qurdu. Fəqət qoymadılar ki, bu dövlət ya­şa­sın. Ruslar gəlib yenidən işğal etdilər.

Atatürk. Xalidə xanım, sabah nə olacağını heç kim qa­baq­ca­­­dan söyləyə bilməz. Sovetlər birliyi də Osmanlı dövləti kimi, Av­­striya-Macarıstan kimi parçalana bilər. Bu gün əlində möh­kəm tutduğu müttəfiqlər ovuclarından qaça bilər, o zaman Tür­ki­yə nə edəcəyini bilməlidir!

Fevzi Çakmak paşa İsmət paşa gəlirlər.

Fevzi Çakmak paşa. Güclü top atəşindən, təyyarəçilərimizin bom­­bardmanından düşmən özünü itirib, pərən-pərən düşüb. Türk­lər irəliləyirlər. Qaradağ geri alınıb.

Atatürk. Baş qərargahı azad olunmuş yerə köçürün!

İsmət paşa. Oldu, cənab Baş komandan! (gedir).

Azər. Paşa həzrətləri, əfv edin. Biz gedək (gedirlər).

Fevzi Çakmak paşa. Düşmən hələ Türkiyə ərazisini tərk et­mə­yib. Yunanlar geriləyir. Görəsən, bu, ümumi geriləmədir, yox­sa düşmən haradasa mövqe tutub yenə döyüşə girəcək?

Atatürk (əli ilə göstərərək). Türk süvari kolordusu Sakarya ça­yı­nın o biri sahilinə adlayıb yunanların nicat yollarını kəssin!

İsmət paşa. Aldığım məlumata görə, türk partizanları dağ­lar­dan enib düşmənin arxasına keçiblər. Onlar qəfil həmlələr edir, nəq­­liyyat yollarını, dəmir yol stansiyalarını tutur, relsləri sö­kür­lər. Bununla yunan qüvvələrinin rahatca geri çəkilməsini çətin­ləş­di­rir, onlara itkiləri verirlər.

Atatürk. Düşmənin müqaviməti qırılıb. İndi onlar öz baş­la­rı­nın hayındadırlar. Afinadan ümumi geriçəkilmə əmri verilib. Yu­­nanlar məğlubiyyətə uğrayıb qaçırlar.

Fevzi Çakmak paşa. Lakin ağıla gəlmək, tutduqları əməl­lər­dən peşman olmaq, xəcalət çəkmək əvəzinə ötüb keçdikləri yerləri vi­ran qoyurlar. Bununla həm bizimkilərdən qisas alır, həm də qə­zəb­lərini söndürməyə çalışırlar. Necə edək? Yorulub əldən düş­müş türk ordusu indi onları təqib edəcək halda deyil.

Atatürk. Sivrihisap üzərinə bir süvari həmləsi yapsanız kifa­yət­dir.

 Əsgər zabitlər gəlirlər. Səhnəyə türk bayrağı gətirilir (on­­lara mürajiətlə). Türk xalqının mərd oğul və qızları! Ananızın sü­dü, doğma vətənin çörəyi Sizə halal olsun! Zəfər münasibətilə Si­zi təbrik edirəm!

Əsgər və zabitlər. Baş komandana eşq olsun!

 Alqışlar qopur. İstiqlal marşı səslənir:

 Qorxma, sönməz bu şəfəqlərdə süzən al sancaq,

 Sönmədən yurdumun üstündə tütən ən son ocaq.

 O bənim millətimin yıldızıdır, parlayacaq.

 O bənimdir, o bənim millətimindir ancaq!

 Çatma, qurban olayım, çöhrəni, ey nazlı hilal,

 Qəhrəman irqimə bir gül, bu şiddət, bu cəlal?

 Sana olmaz dökülən qanlarımız sonra həlal

 Haqqıdır, haqqa tapan millətimin istiqlal!

 Səhnə qaranlıqlaşır. Şəkil dəyişir.Döyüş meydanı.

 Yerdə bir neçə yaralı cəsəd var. Atatürk döyüş meydanını gə­­zir.

Atatürk. Milli ordumuz düşmənə layiqli dərs verdi. Mən qə­lə­­bəyə inanırdım. Zabitlərimiz də, əsgərlərimiz də özlərinə ar­xa­yın idilər, bilirdilər ki zəfər onlarındır. Yaralıları xəstəxanalarda yer­­ləşdirin. Onların müalicəsi üçün əllərindən gələni əsir­gə­mə­sin­lər. Xəstəxanalar dava-dərmanla və ərzaqla təmin edilsin. Həlak olan­lar qəhrəmanlara layiq şan-şöhrətlə dəfn edilsinlər. Qələbə mən­də xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əsgər­lə­rin halına acıyır, onların ailələri, övladları, valideynləri barədə ürək ağrısı ilə düşünürəm (birdən ayaq saxlayaraq fikrə gedir). Bu qəhrəman sağdırmı?

Şəfqət bacısı. Xeyr, əfəndim, həlak olub.

Atatürk. Onun sifəti mənə tanış gəlir. Fəqət, yadıma sala bil­­mi­rəm. Əlində kağız var. Yəqin məktubdur. Xahiş edirəm, açıb oxu­­­­yun. Bəlkə məktubdan bir şey öyrənə bildik.

Zabit (məktubu götürüb oxuyur). «Əgər döyüş meydanında öl­səm, bu məktub əlinizə keçəcək. Baş komandana söz verib evə qa­yıt­mışdım. Anam, bacım, bir də mən döyüşləri izləyir, or­du­mu­zun qalib gələcəyi günü gözləyirdik. Atamı, qardaşımı yada salıb ağ­la­­yır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, cansağlığı ar­zu­layırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evimizin top mər­mi­­sindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gördüm de­yən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çıxar­dı­lar. Evsiz-eşiksiz idim.

Atatürk (acı təəssüflə). Zavallı…

Zabit (məktubu oxumaqda davam edir). Xalamın xahişi ilə on­lar­da gecələməli oldum. Səhər ertə yuxudan qalxdım. Saçlarımı qay­çı ilə kəsdim ki, məni oğlan bilsinlər. Xalam oğlunun pal­tarla­rın­dan birini geyib cəbhəyə yollandım. Partizanlara qoşuldum. Düş­­məni öldürdükcə onların sayını göstərirəm: 1+1+1­+1+2­…­Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hə­lə­­lik dö­yü­şü­rəm,­ qələbə gününü gözləyirəm. Baş komandana, ordumuza bö­yük ümidim var…»

Atatürk (aşağı əyilib bir daha diqqətlə cəsədə baxır). Bu ki Ay­dandır (kövrələrək). Təəssüf, çox təəssüf. Çox qeyrətli, vətən­pər­vər və igid qız idi. Qanlı müharibə bu məsum, bənizi solğun, gö­zəl türk qızının, gələcək türk anasının həyatını aldı. Onu qo­ru­ya bilmədik. Aparın, Aydan qızımızı dəfn edin.

 Aydanı xərəyə qoyub aparırlar. Fevzi Çakmak paşa, İsmət pa­­­­şa və Salih Bozok gəlirlər.

Salih Bozok. Sakarya meydan müharibəsi başa çatdı. Yu­nan kralı Konstantinin gecəsi-gündüzü yox idi. Müharibənin baş­lan­­ğıcında kefi kök idi. Türklərə tutulacaq divandan, ölkəsinin qüd­rətindən, ordusunun gücündən və yenilməzliyindən dəm vu­rur, cəbhədən gələn xoş xəbərlərin eşqi ilə badə qaldırırdı. Tezliklə kral­lığının ərazisini genişləndirəcəyini düşünən Konstantin tax­tı­na dirsəklənərək saatlarla incə belli yunan qızlarının şəhvət oya­dan rəqslərinə tamaşa edirdi.

Fevzi Çakmak paşa. Salih bəy, siz bilən, rəqqasə qızlar onda bir maraq və ehtiras yaradırdımı? Əsla. O, sadəcə onların rəqs­lə­ri­nə baxmaqla vaxtını öldürür, başını qatırdı. Onun bütün vücu­du­nu cavan və gözəl, yarıçılpaq qızlara ehtirasdan daha güclü bir eh­ti­ras və hərislik bürümüşdü: türk torpaqlarına yiyələnmək, ələ ke­ç­ir­diyi yerlərdə türkləri qul, kölə vəziyyətinə salmaq!

Salih Bozok. Xəyalındakılar yuxuda da ona dinclik ver­mir­di. Bir gün yuxusunun çin olacağını düşünür, zəfər gününü səbir­siz­­liklə gözləyirdi.

İsmət paşa. Konstantin orduya «Ankaraya!» əmrini verib cəb­həyə yola salanda ingilis rabitə zabitlərini qələbə mü­na­si­bətilə Ankarada açılacaq böyük zəfər süfrəsinə dəvət etmişdi. Kral Konstantin asan bir işə qol qoyduğunu düşünürdü. Fəqət zən­ni onu aldatdı.

Fevzi Çakmak paşa. İndi o öz taxtında qanıqara və yorğun əy­lə­şərək böyük itkilər verib, beli qırılmış ordusunun biabırcasına ge­ri qayıtmasını gözləyir.

Atatürk. Ankarada zəfər münasibətilə böyük ziyafət təşkil edin. Fəqət süfrənin başında yunanlar deyil, bu torpağın sahibləri – türk­lər özləri əyləşəcəklər!!!

MüəllifAkif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

3 MAY – TÜRKÇÜLÜK GÜNÜDÜR

AKİF ABBASOVUN YAZILARI

3 MAY – TÜRKÇÜLÜK GÜNÜDÜR

MƏKTƏBLƏRLƏ TANIŞLIQ

(“Samsundan başlanan yol” romanından)

Atatürk atın tərkində Akşəhərə gəzintiyə çıxmışdı. Dr. Helmi Oytac onu görcək təəccübünü gizlətmədi:

-Qazi əfəndi, nə əcəb səhər erkən gəzintidəsiniz. Bu təmiz havadan sinə dolusu nəfəs almağın yerini heç nə verməz.

Atatürk gülümsəyərək:

-Bilirəm, Helmi əfəndi. Amma məqsədim bu deyil. Mədrəsələrə baş çəkmək istəyirəm. Deyirəm, görüm uşaqlarımızın dərsi nə vəziyyətdədir, nə oxuyurlar, nə keçirlər, hansı şəraitdə məşğul olurlar.

Dr. Helmi Oytac onun fikrini təqdir etdi. O öz evinin qarşısındakı küçədə dayanmışdı.

Qazinin yavəri də onunla gəlmişdi. Dr. Helmi onları evə dəvət etdi. Nəzakətlə boyun qaçırdılar. Görüləsi işlər vardı. Atatürk dr. Helmidən soruşdu:

-Yaxınlıqda mədrəsə varmı?

Dr. Helmi cavabında dedi:

-Vardır, qazi əfəndi.

Mustafa Kamal soruşdu:

-Onlardan neçəsi fəaliyyət göstərir?

Atatürk respublika elan olunduğu ilk vaxtlardan Qərb modelinə uyğun vahid, dünyəvi Türkiyə yaratmaq istəyirdi. Ölkədə dini məktəblər, mollaxanalar, mədrəsələr baş alıb gedirdi. Atatürk dünyəvi təhsilə, dünyəvi mədəniyyətə geniş yer verməyi əhəmiyyətli sayırdı. Odur ki, dini məktəblərin və mədrəsələrin əksəriyyəti bağlanmışdı.

Dr. Helmi dedi:

-Məndə olan məlumata görə, Akşəhərdə haradasa qırx mədrəsə vardı. İndi onlardan bir neçəsi işləyir. Birisi lap yaxınlıqdadır.

Atatürk atdan endi. Mədrəsəyə baş səkmək istədiyini bildirdi. Onlar gəzə-gəzə mədrəsəyə gəldilər. Atatürk əvvəlcə bir-bir otaqları gəzdi. Onların çoxu mədrəsənin zirzəmisində yerləşmişdi. Kiçik, qaranlıq otaqlar idi. Hərəsində bir soba vardı. Bu sobalar güc-bəla ilə otaqları qızdırırdı. Buna qızdırmaq demək mümkün idisə.

Otaqların bir çoxu bom-boş idi, kimsə gözə dəymirdi. Bu otaqlardan yataqxana kimi istifadə olunurdu. Burada kəndlərdən oxumağa gələn şagirdlər qalırdılar. Onlar sobaları yandırıb həm qızınır, həm də sobanın üstündə yemək hazırlayırdılar. Otaqlar pis vəziyyətdə idi, yemək qoxusu ətrafı başına götürmüşdü. Adamın ürəyini bulandırırdı. Helmi hətta əli ilə burnunu tutmuşdu.

Dərs otaqları zirzəminin üstündəki mərtəbədə yerləşirdi. Atatürk, dr. Helmi və qazinin yavəri üst mərtəbəyə qalxdılar. Buradakı mənzərə də ürəkaçan deyildi. Şagirdlərin ayaqqabıları sinif otağının qarşısında düzülmüşdü. Gələnlər otağa keçdilər. Dərsi qafqazlı Nüman əfəndi aparırdı. O, qəsəbənin müftisi idi. Şagirdlər bir qara taxtanın ətrafında dizi üstə əyləşmişdilər. Gələnləri görüb ayağa qalxdılar. Atatürk içəridəkilərlə salamlaşdıqdan sonra üzünü müəllimə tutaraq xəbər aldı:

-Xoca əfəndi, dərsiniz nədir?

Müfti cavab verdi:

-Lisan-ül- ərəbi.

Atatürk təəccüblə müftiyə baxaraq:

-Deməli, şagirdlərə ərəb dili öyrədirsiniz.

Müsbət cavab alıb uşaqlardan birinə müraciətlə dedi:

-Tabaşiri götür, yazı lövhəsinin qarşısına keç.

Şagird deyilənlərə əməl etdi. Atatürk sözünə davam etdi:

-Mən deyənləri yazıb ərəb dilinə çevir.

Şagird əlində tabaşir yazı taxtasının önündə dayandı və Atatürkün nə buyuracağını gözlədi. Atatürk aramla aşağıdakı cümlələri dedi:

-Keçmiş Osmanlı imperatorluğu sərhədləri içində bir çox azınlığı ilə yanaşı ərəb azınlığı da vardı. Bu günkü milli sərhədlərimiz daxilində ərəb azınlığı yoxdur.

Oğlan böyük Atatürkün diktə etdiyi cümlələri yazı lövhəsində yazdı, sonra dayanıb gözlərini döydü. O deməsə də, hiss olunurdu ki, cümlələri ərəb dilinə tərcümə edə bilmir. Bunu görən Atatürk ikinci, üçüncü şagirdə müraciət etdi. Bir şey çıxmadı.

Şagirdlərdən birinin 19-20 yaşı olardı. Atatürk onu gözdən keçirib başını buladı. Şagirdlərlə xudahafizləşib çölə çıxdılar. Atatürk yavərini göndərib müəllimi çağırtdırdı. Şagirdlərin yanında deyə bilmədiklərini ona çatdırdı:

-Xoca əfəndi, düşündüm ki, sinif otağında desəm, bu pedaqoji mərifətdən kənar olar. Odur ki, burada, təklikdə görün sizə nə deyirəm. Ölkəmiz əlləşib-vuruşur, ayaq üstə qalxmaq istəyir. Belə ağır günlərdə məktəb yaşları keçmiş uşaqları hərbi xidmətə yola salmaq əvəzinə bu qaranlıq otaqlara doldurub ərəb dili öyrədirsiniz. Belə də dil öyrənərlər? Dil öyrənmək üçün mühit lazımdır, ünsiyyət lazımdır. Buradan deyirsiniz, oradan unudurlar. Bizdə ərəbcə danışan adamlar varmı ki bunlara ərəb dili dərsi keçirsiniz? İndi bu dili öyrətməyin mənası yoxdur. Hazırda ərəb dili bir elm və fənn dili deyil, xocam.

Müfti lal-dinməz dayanıb baxır, nə cavab verəcəyini bilmirdi. Atatürk ona həqiqəti anlatmışdı.

Atatürkün təklifi ilə milli təhsil məktəblərinə də baş çəkdilər. Ağır addımlarla, söhbət edə-edə gedirdilər. Atatürk ətrafı gözdən keçirirdi. Yollar qaydaya salınmalı idi. Yağış, qar yağanda çala-çuxura su yığılır, palçıq əmələ gəlir, gediş-gəlişi çətinləşdirirdi. Yay aylarında da küçələr toz-torpaqlı olurdu. Bir balaca külək qalxanda toz adamın gözünə dolur, saçlarına, üst-başına otururdu.  Yan-yörə daş-kəsəkli idi, bəzi yerlərə zir-zibil atılmışdı.

Atatürk ayaq saxlayıb bu mənzərəni ürək ağrısı ilə seyr edib köksünü ötürdü:

-Bizim tərəfimizdən hələ görüləsi işlər də çoxdur. İnsanların özləri tərəfindən görüləsi işlər də. Yığılıb bu zir-zibili, daş-kəsəyi yığışdırsalar nə olar? Dünya dağılar? Bunlar bir yana. Heç olmasa, zibilləməyələr. Səliqə-sahman, hər şeydən əvvəl bu adamların özlərindən ötrü lazımdır.

Dr. Helmi Oytac:

-Doğru buyurursunuz, əfəndim. Səliqə-sahmanı özümüz gözləməliyik. Bunu da bizim əvəzimizdə dövlət görməyəcək ki…

Atatürk söhbətin mövzusunu dəyişdi:

-Mədrəsədəki vəziyyət qanımı qaraltdı. Bax bu yoldakı, küçədəki qarmaqarışığı, nizamsızlığı və səliqəsizliyi mən mədrəsədə gördüm. Məktəblərimiz o gündə olanda, yolumuz, küçəmiz, hələ evimiz də bu gündə olar. Mədəniyyət məktəbdən nəşət tapır. Mədəniyyət oxumaq, anlamaq, görə bilmək, gördüyündən nəticə çıxarmaq, ayıq yaşamaq, düşünmək, zəkanı maarifləndirməkdir.

Onlar milli təhsil məktəblərinin birinin qarşısında ayaq saxladılar. Bu, “İdadi” adlandırılan bir məktəb idi. Atatürk və onu müşayiət edənlər sinif otaqlarından birinə daxil oldular. Yazı masalarının üzərində dərs kitabları qoyulmuşdu. Kitablardan biri “Qiraət-gözəl yazı”, digəri “Məlumati-mədəniyyə mədəni bilgilər” adlanırdı. Atatürk sinfi salamladı.

Böyük Atatürkün qəfil gəlişindən müəllim həyəcanlandı. Cəld ayağa durdu, şagirdlər də yerlərindən qalxdılar. Atatürk əli ilə işarə etdi ki, narahat olmasınlar, məşğələni davam etdirsinlər. Lakin sinfə dərin sükut çökmüşdü. Müəllim dillənmir, şagirdlər də dayanıb baxırdılar. Atatürk partalardan birinə yaxınlaşıb kitabı vərəqlədi. İstədiyi səhifəni tapdı. İtidala aid bir mövzuya rast gəlmişdi. O, şagirdə müraciətlə soruşdu:

-Oğlum, itidal nə deməkdir?

Sual cavabsız qaldı. Məlum oldu ki, bu mövzu hələ keçilməyib.

Atatürk üzünü müəllimə tutdu:

-Əfəndim, bəlkə bu sözün izahını siz verəsiniz.

Müəllim dedi:

-İtidal ədalətdən gələn bir məsələ olur, qazi əfəndi.

Atatürk onun cavabından narazı qaldı:

-Xoca əfəndi, mən sizdən soruşmuram ki, itidal haradan gəlib, hara gedir. İstəyirəm itidalın mənasına aydınlıq gətirəsiniz.

Müəllim susdu. O, başı çalmalı bir kişi idi. Bu vəziyyətdə sinifdə dərs keçirdi. Həm onun geyimi, həm də savadı Atatürkü haldan çıxarırdı. O, müəllimə tərs-tərs baxıb əlini yellədi:

-Bu da bizim milli təhsil verən məktəbimiz!

Atatürk bunları deyib sinfi tərk etdi.

O biri sinif otağındakı vəziyyət heç də bundan yaxşı deyildi. Buradakı müəllim də çalmalı idi. Divardan bir neçə xəritə asılmışdı. Partaların üstündə Quran kitabları vardı. Atatürk şagirdlərdən birinə yaxınlaşıb soruşdu:

-Oğlum, dərsiniz nədir?

-Coğrafiya.

Müəllim Atatürkün məktəbə gəldiyindən xəbər tutmuş, baş aldatmaq üçün Quran kitablarını partaların üstünə düzdürmüşdü ki, ona irad tutulmasın.

Uşağın cavabından hər şey məlum oldu. Məlum oldu ki, Quranın qiraəti yox, əslində coğrafiya dərsidir.

Müəllimin bu hərəkətini görən Atatürk özünü saxlaya bilmədi:

-Xoca əfəndi, uşaqların gözləri qarşısında yalana, saxtakarlığa əl atırsınız. Bunlar sizdən hansı nümunəni götürsünlər?! Sizdən bir şey soruşmayım deyə Quranı ortaya gətirmisiniz. Ayıb deyilmi?

Müəllim deməyə söz tapmadı, gözlərini döyüb key-key Atatürkə baxa-baxa qaldı.

Məktəbi acı təəssüflə tərk etdilər. Atatürkün qanı qaralmışdı:

-Dr. Helmi, biz milli məktəblər yaradırıq. Bir görürsən, köhnə məktəblərlə – mədrəsələrlə bu yeni məktəblər arasında hələ ki bir fərq görünmür. Bilirsiniz niyə? Bu məktəblərə də mədrəsələrin ruhu hopub. Biz müəllim hazırlığını diqqət mərkəzində saxlamalıyıq. Yeni məktəblərə yeni müəllimlər, yaxşı təhsil görmüş, elmi dünyagörüşə malik müəllimlər ayaq açmalıdır. Dünyada hər şey üçün, maddi işlər üçün, mənəviyyat üçün, həyat üçün, müvəffəqiyyət üçün ən gerçək yol göstəricisi elmdir, texnikadır. Həm də milli məktəblər üçün binalar inşa etməliyik. Balalarımız, türk övladları təhsilə, elmə, mədəniyyətə qovuşmalıdır. Ən mühüm və ən məhsuldar işlərimiz milli maarif sahəsində olmalıdır. Millətin həqiqi qurtuluşu yalnız və yalnız bu yolla ola bilər.

Atatürk ayaq saxlayıb əlini dr. Helmi Oyataca uzatdı:

-Dr. Helmi, mənimlə birgə məktəbləri gəzdiyinizə görə təşəkkür edirəm. Məni vəziyyət maraqlandırırdı. Getdim, baxdım. Vəziyyəti öyrəndim. Tədbir görərik. Hələlik.

Onlar görüşüb ayrıldılar.

Atatürk atın tərkinə qalxdı.

MüəllifAkif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru