Kateqoriya arxivləri: MEDALLAR

MİNA RƏŞİD – ƏSGƏR ANASI

Mina RƏŞİD – şair, yazar.

MİNA RƏŞİDİN ŞEİRLƏRİ

ƏSGƏR ANASI

“Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmiş əsgər Murad Hüseynovun anası Şəhla xanımın timsalında bütün əsgər analarına həsr olunur…

Evi isti olsa da,

özünü soyuq səngərdə sanar,

əsgər anası.

Xörəyi soyuyar qarşısında,

keçmişə boylanar,

qüssə içində gülümsəyər və

öz-özünə söylənər:

“-Ac deyilsən ki, balası?”

Yığar, bükər, bağlayar,

hər şeyin ən yaxşısını

ona saxlayar…

Bir gözü gülər, bir gözü ağlayar,

həmişə narahat, səksəkədə olar,

əsgər anası.

Hər kəsdən əvvəl oyanar,

Yaradana dua edər uzun-uzun,

balasını tapşırar, əsgər anası.

Telefonu həmişə yanında saxlayar,

gecələr baş ucuna qoyar,

bütün zəngləri onunku sanar və

zəng gəlincə ürəyi çırpınar,

səsini duyunca sanki, yenidən doğular,

əsgər anası.

Günləri sayar, təqvimi vərəqləyər,

yağışda üşüyər, qarda titrəyər,

əsgər anası.

…O bir vəfalı qadın, cəfakeş ana,

Vətən üçün oğul böyüdər,

Buna görə adı Vətənlə qoşa öyülər

Ana Vətən olar,

Vətən Ana,

Cənnət ayağının altında,

Mübarək qadındı

əsgər anası…

BİR PAYIZDI, BİR DƏ MƏN

Baxıram heç bənzəmir

Fəsillər adamlara.

Payıza bax, möhtəşəm!

Bir də, yaşananlara…

Payız nə mehribandı

Günəşi gülümsəyir.

Yağışın damlaları

Könlümdə rəqs eləyir…

Külək mənə bənzəyir

Gah küsür, gah da gülür.

Həzin-həzin əsəndə

Heyva qoxusu gəlir.

Sanki dünya boş qalıb

Bir payızdı, bir də mən.

Yarpaq qonur çiynimə

Pıçıldayır: “Çəkmə qəm!”

QUŞLAR HİMNİ OXUYUR

Yuxudan oyanıb görəm

Bir möcüzə baş verib.

Görəm qapımın ağzına

Çiçəklər xalı sərib.

Hər bir tərəf ağaclardı

Quşlar himni oxuyur.

Dünya elə qəribədi,

Hava çox xoş qoxulu.

Tut tökülür ot üstünə

Uşaqlar, quşlar yeyir.

Tut satan qonşu yox deyə,

Anam dua eləyir…

QAR DƏNƏSİ

Gəl, bir türkü söyləyək,

Qar dənəsi, səninlə.

Qəlbim sınıq-sınıqdı

Apar məni özünlə.

Billəm, yox olacaqsan

Varlığa gülə-gülə.

Mən də yoxam onsuz da

Əridim gilə-gilə.

Bu ağ-qara dünyada

Buz bağlayıb qapılar.

Kimsəm yox, qar dənəsi

Məni özünlə apar…

KÜLƏK

Ay külək, sən də mənimtək

Bərk hirslisən, deyəsən.

Yerə-göyə sığışmırsan

Ağacları döyürsən.

Əsəbimi sərtliyinlə

Ora-bura çırpırsan.

Görürsən ki, dincəlmədim

Bir segah qaldırırsan.

Nə yaxşı ki, varsan, külək

Ürəyimdə əsirsən.

Mənimlə nəğmə deyirsən,

Mənimlə bir küsürsən. 

BİR CÜT QUŞ KİMİ…

Bir cüt quş kimi

İki balam var.

Səs-səsə verib

Hey oxuşurlar.

Kimsə qəlb qırır

Gülməyə qoymur.

Bu nəğmə məni

Olməyə qoymur.

BİR KƏLMƏ ÇAY

…Hərdən hər şey sözə dönür

 dilində

Bir də gördün çaşıb deyir:

 “Ay uşaqlar, icazə verin,

bir kəlmə çay süzüm özümə…” 

YAĞIŞ YUYAR KƏDƏRİMİ

Yağış yağır… çox sevirəm

Yağışı seyr etməyi.

Yağışın sehrinə düşüb

Uzaqlara getməyi…

Balaca bir dünya qurub

Oynaram uşaq kimi.

Yağış yuyar kədərimi,

Görən tanımaz məni.

Həyat necə ürək yaxan

Qəmli nəğmə, hey kədər.

Hərdən bəxtəvər oluram

Yağışın ömrü qədər…

Bax, yenə də bir div gəlib,

Gözəl dünyamı yıxır.

Başım elə qarışıb ki,

Bir də görrəm od yağır…

NƏ YAXŞI

Nə yaxşı qonaq oluruq

Çox qalmırıq dünyada.

Üstü bəzək, içi soyuq,

Ürəyi buz dünyada.

Adamlar niyə ağlayır

Görən ondan ötəri?

Hər gün ölüb-dirildiyi

Bir aləmdən ötəri.

Şənbə günü sıxılıram

Nə yaxşı ki, bazar var.

Nə yaxşı bazardan sonra

Həm həyat, həm məzar var.

ADAM İSTƏSƏ…

…Avtobusa bənövşə mindi, deyəsən

Bənövşə qoxusu bürüdü aləmi…

Demək, adam istəsə bənövşə olar,

qızılgül olar, günəş olar, bulud olar…

Adam istəsə dünyanı dəyişər –

Müharibələr olmaz, uşaqlar ölməz…

Amma o, dünyaya kin bəsləyir…

Adam İNSAN olmaq istəmir hələ

robot olmaq istəyir…

Müəllif: Mina RƏŞİD


MİNA RƏŞİDİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAİBƏ YUSİF “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Bu gün Bakı şəhərində yerləşən Azərkitab Kitab təbliğatı mərkəzində Naibə Yusif yeni nəşr olunmuş “Gülün yarpıza dönsün” kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Diplomu yazarlar adından “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac müəllifə təqdim edib:

Müəllif: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİNA RƏŞİD

Mina RƏŞİD (ŞIXOVA) – şair, yazar.

Mina Rəşid (Şıxova)

1972-ci il mayın 4-də Ağdamın Qiyaslı kəndində doğulub.

Ali təhsillidi, AYB-nin üzvü, Prezident mükafatçısıdır. 5 kitab müəllifidir, onlardan 3-ü uşaqlar üçün yazılıb. Ailəlidir, 2 övladı var.

AYB və “Ulduz” jurnalının birgə keçirdiyi “Ən yaxşı uşaq şeiri” (2017) və “3-cü M.Araz Poeziya Günü” (2018) müsabiqələrində 2-ci, Mədəniyyət Nazirliyinin keçirdiyi (2020) “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə esse janrı üzrə 1-ci yerin qalibidir.

MİNA RƏŞİDİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC “ÇAĞDAŞ ÖRNƏK YAZARLAR”A GÖRƏ TƏLTİF OLUNDU

Müəllif: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜNAY ÜMİD “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Bu gün Xırdalan şəhərində yerləşən Abşeron rayon Heydər Əliyev Mərkəzində tanınmış söz adamlarının iştirakı ilə şair Günay Ümidin “Acı şokalad” adlı yeni kitabının təqdimat mərasimi baş tutdu. Tədbirin gedişində “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac müəllifə “Ziyadar” diplomunu təqdim etdi. FOTOLAR:

Müəllif: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA – LAL ŞƏHƏRİM

Səma MUĞANNA – gənc yazar.

Lal şəhərim…

Bu şəhər çox böyük,əzizim.

Bu şəhər çox dəhşətli,hətta bir körpünü tən böləcək qədər qəddardır.

Bu şəhər xatirələrimizi yaşatmayacaq qədər duyğusuz,son sözlərimizi ağ kağıza tökməyəcək qədər də susqundur.

Bu şəhər əlbət bir gün məni unudacaq,həyat sevgimi əlimdən alıb,bir suçlunun qaçdığı kimi qorxaq olacaq..Zatən qorxaq…

Sən nə məni,nə də onu dinlə.Bu bu lal-kar,kor-koranə şəhəri böyüdən sevgini düşün.

Sən sevginlə yaşa,mənimsə məzar daşımla…

Adsız,başsız,kor olacaq gözlərimdən öpüb bu şəhəri öz əllərinlə öldür!

Öldür o şəhəri! Öldür ki,ruhum bədənimdən qopan an o şəhərin əlləriylə işgəncə çəkib ölməsin…

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELVİN MİRZƏYEV ƏSGƏRƏ GEDİR

Elvin Mirzəyev – İlqar  Mirzəyevin oğlu.

Azərbəycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar  Mirzəyevin oğlu Elvin Mirzəyev sabah hərbi xidmətə yola düşür. Uğurlu yol!!!


ELVİN MİRZƏYEV HAQQINDA DİGƏR XƏBƏRLƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ATALAR” ŞEİRİ SƏMA MUĞANNANIN TƏQDİMATINDA

ATALAR
Atalar Yer üzündə Allahın kölgəsidir,
Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.
Həm arxa, həm dayaqdı övlada varlı ata,
Uşaq var ata istər, uşaq da varlı ata…
İstəyirəm gorəsən, mümkün deyil danışmaq,
Belə olur atanın ətəyindən yapışmaq…
Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq,
Balaca yumruqlarla, allahlarla vuruşmaq …
Həm arxa, həm dayaqdı övlada varlı ata,
Uşaq var ata istər, uşaq da varlı ata…
13.06.2021.- Bakı.

SƏMA MUĞANNANIN TƏQDİMATINDA:

https://www.youtube.com/watch?v=m0H-Rv_mBiE


Müəllif: Zaur Ustac



Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC BURAXILIŞ GÜNÜ

Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu) p-k Şahverdiyevdən diplom alarkən BABKM

Zaur Ustac 24 İyul 1999-cu il. Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin buraxılış günü. Bakı ş.

Əlavə məlumat: 

Zaur Ustac haqqında


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNANIN TƏQDİMATINDA “CAN AY ANA”

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.

SƏMA MUĞANNANIN TƏQDİMATINDA:

Şeirin müəllifi: Zaur USTAC

POLAD HƏŞİMOV VƏ İLQAR MİRZƏYEV HAQQINDA OLAN DİGƏR YAZILARLA KEÇİD ETMƏKLƏ TANIŞ OLA BİLƏRSİNİZ, BUYURUN


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru