Kateqoriya arxivləri: RESENZİYALAR

LEYLA ƏLİYEVA – ŞEİR DÜNYAM…

Leyla Əliyeva – Şeir dünyam,…

Şeir dünyam, mən səni
sevirəm, çünki safsan.
Cövhərindən doğmasan,
doğrusan, yalanın yox! 

(Leyla Əliyeva)

Elə indicə min ilin dostu, istedadlı yazıçı-publisist Mahir Qabiloğlunun yaradıcılıq “təndir”indən isti-isti çıxan və onun təqdim-tərcüməsində “Poeziya” adlandırdığı rus dilində yazıb-yaradan Leyla Əliyevanın şeirlərindən ibarət zərif və lətif, abstrakt-kollaj dizayında bir kitabı aldım və isti-isti vərəqlədim…

Kitabın redaktoru şair-publisist Əkbər Qoşalı, dizayneri Zaur Qafarzadə, bədii tərtibçisi Cəlil Qaryağdıdı. Kitaba şairə Leyla Əliyevanın müxtəlif illərdə yazdığı, 2014-2015-ci ildə tərcümə edilən 55 şeiri daxil edilmişdir. Bu şeirlərin hər biri müasir insanın daxili çarpışmalarını, ruhi sarsıntılarını, psixoloji durumunu əks etdirən  portretləridir…
Leyla Əliyevanın şeirlərinin müxtəlif dillərə tərcümələri məlumdur. Bu kitab onun şeirlərinin Azərbaycan dilində kitab şəklində çap edilməsinin ikinci faktıdır…  Leyla Əliyevanın Azərbaycan dilində birinci kitabı tanınmış yazıçı-tərcüməçi Afaq Məsudun tərcüməsində “Dünya yuxu tək əriyir” (2016) adlanır.
“Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə ədəbi mühitə qədəm qoymuş gənc, istedadlı Leyla Əliyeva ilk qələm təcürbələrindən başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən bir şair kimi artıq neçə illərdən bəridir ki, (Leyla Əliyeva orta məktəb illərindən, 10 yaşından şeir yazmış, hazırda  20 ilən artıq bir yaradıcılıq yoluna malikdir) geniş, intellektual, həssas oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb…
Buna baxmayaraq,  onun orjinalda “Если б звезды ступеньками стали” (“Ulduzlar pillə-pillə düzülsəydi səmaya”) adlanan  ilk kitabı da, keçən il məşhur rus şairi Andrey Dementiyev Poeziya evinin təşəbbüsü ilə Moskvada işıq üzü görüb.

Məlumat üçün deyək ki, kitabın Moskvada  23 aprel 2016-cı ildə məşhur, tanınmış ədəbi, siyasi, mədəni xadimlərin və ictimaiyyətin iştirakı ilə geniş təqdimatı keçirilmişdir).

Bu kitabda toplanan şeirlər Leylanın bu günə qədər kecdiyi olduqca maraqlı və cazibadar yaradıcılıq yolunun “yol xəritəsi”dir. Bu şeirlər mayasını həqiqətlərdən almış həyat mənzərələrinin ruhla yoğrulmuş  poetik ifadəsidir…

Burada müəllifin ən böyük uğuru və qələbəsi, yaşadığı mühitdə baş verən hissi-psixoloji hadisələri – ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın sehrində və ovqatında səmimi bir şəkildə poeziyaya çevirmək bacarığıdır. Bu şeirlər insanı düşündürən, heyrətləndirən, qeyri-adi hissləri axarına salan, həyata marağı və diqqəti artıran dinamik bir enerjiyə malikdir. Burada ən başlıcası,  sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən, ancaq bəsirət gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq da, qüssə də, kədər də, tənhalıq və səmavilik də şəfqət dolu poetik lövhələrdən ibarətdir:

…Allahımı sevirəm,

ona yaxın olanda göylərə ucalıram;

Əllərimlə astaca qübbəni oxşayıram.

Möcüzəyə inamı könüllərdən qoparan

həyəcanı atıram; Sadəcə unuduram.

İncikliyi, təlaşı, həsədi, paxıllığı

silirəm ürəyimdən,

çətinə düşənlərə kömək, arxa olmaqçun

Allahdan yalnız qüvvət, bir də güc diləyirəm.

Mahir Qabiloğlunun tərcümələrini xeyli müddətdir ki, Modern.az saytından (yeri gəlmişkən, bildirim ki, ədəbiyyatımızın, mədəniyyətimizin təbliğində və yayılmasında bu saytın böyük xidmətləri var) izləyirəm, oxuyuram, tənqid və təqdir (təqdir daha çox olub) dolu şərhlərimi bildirmişəm. “Vaxt”  şeirinə şərhdə (11.08.2014) yazmışdım: “Bəlkə də bu həyatda çox az şey bilirəm mən. Bəzən də düşünrəm: “Allah, nələr bilirəm..! Baxırsan hər şeyim var, Ruhumsa itir-batır. Dörd yanım adam dolu, Təklikdən qulaq batır…” Həqiqəti və müasir insanın ruhi vəziyyətini bu dərəcədə real və yüksək poetik tərzdə təqdimatı məni olduqca təsirləndirdi…”

Və yaxud,  “Ana, nə olar, getmə!” (“Мама, не уходи!”) şeirinə yazdığım (05.06.2014) şərh: “Şeir də, tərcüməsi də, xoşuma gəldi! Orjinalın da oxumuşdum. Şeirin mövzusü yenidir, təzədir, hisslər incə və zərifdir. Bir körpənin dilindən böyüklərə dərsdir: Anacan, inan ki, mən, ” Danışmağı bilsəydim, bu fani dünyamızda, Necə yaşamaq lazım. – Öyrənərdin sən həmən, Öz körpənin dilindən..” – gözəldir, təsirlidir!! Şeirdə psixologizm güclüdür, həm də elmi əsaslara söykənir. Hamı bilmir ki, uşaqların təfəkkürü, psixologiyası dörd yaşına qədər formalaşır… Tərcümə anlaşıqlıdır, müəllifin duyğları, hissi qorunub.”Özgüvənim” sözü tapıntıdır… Şairəyə də, tərcüməçiyə də təşəkkürlər! Mahir müəllim, bu işi davam etdirsəniz, olduqca yaxşı olar… “

Yeri gəlmişkən qeyd edim ki, sosial şəbəkələrdə Leyla Əliyevanın elə bir şeiri yoxdur ki, ona oxucu münasibəti, oxucu rəyi bildirilməsin. Bu cəhətdən Leyla ən oxunaqlı, deyərdim ki, xoşbəxt şairdir və onun yaradıcılığına geniş oxucu marağı və rəğbəti var ki, bunu təsadüf saymaq olmaz…  Şəxsən mən, Mahirin yerinə olsaydım, bu kitabda ictimaiyyətin fikri və münasibəti kimi həmin şərhləri ünvanlı-tarixli, sənədli-sübutlu şəkildə bu kitabda verərdim…

Bir var şeirləri ayrıayrı vaxtlarda, tək-tək oxuyasan, bir də var toplu halında…  Şeirləri toplu şəkildə, kitabda oxumağın da, özgə bir aləmi var…  Bu tərcümələrdə hər şey orjinaldır, təzədir-tərdir… Əslində bu tərcümə deyil, beyinə, hissə qoşulmaqdır. Tərcüməçi o vaxt müvəffəq olur ki, o şairin hissini, duyğusunu, düşüncəsini özününkü edir, “özəlləşdirir”, ümumi bir ladda ahəng, harmoniya tapılır… Mahir Qabiloğlu buna müvəffəq olubdur…

Mənə elə gəlir ki, nə şairə Leyla Əliyevanı, nə də yazıçı-publisist, indi isə tamamilə yeni bir ampluada özünü təqdim edən poeziya tərcüməçisi (məhz tərcüməçi yox, poeziya tərcüməçisi)  Mahir Qabiloğlunu müasir oxuculara təqdim etmək lüzumu yoxdur… Onları ədəbi ictimaiyyət əladan-əla tanıyır! Qoy olsun! Amma yenə də yaddaşı təzələmək lazımdır və ola bilər ki, bilməyənlər də olsun…

Şair Leyla Əliyeva haqqında qısa məlumat: Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub, orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb, burada da, ictimai fəaliyyətə başlayıb, Azərbaycanlılar Klubunun sədri olub. Sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Moskvada “Baku” jurnalınını təsisçisi və baş redaktoru, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifələrində fədakarcasına çalışıb, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb, Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib.

Onun azərbaycançılığa, dövlətimizə, mədəniyyətimizə səmərəli xidmətləri həmişə diqqət mərkəzində olmuş və qiymətləndirilib. Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layiq görülüb, BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub, Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb, III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb, Rusiya Federasiyasının “Puşkin” medalı ilə təltif edilib və nəhayət 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb, və s. və s.

Bu, Leyla Əliyevanın ictimai xadim kimi işini və fəaliyyətini qismən əks etdirən rəsmi təqdimatdır və doğrusu, mənim özüm də, bu təqdimatın bir çox faktları ilə indi tanış oldum… Bu ictimai fəaliyyət, demək olar ki, müasir həyatın bütün sahələrini, xüsusən də, təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə, ekologiya məsələlərini əhatə edir. Bu, xeyirxahlıqla dolu, olduqca humanist, milli-beynəlmiləl miqyaslı, dünya çapında olan masştablı, bəşəri səviyyədə faydalı bir fəaliyyətdir… Əslində insanlığa tövhə verən bir fəaliyyətdir… Onu da deyim ki, Leyla Əliyevanın ictimai-siyasi fəaliyyətinə onun şairlik xarakteri, şairliyinə isə ictimai fəaliyyəti bir-birinə yaxşı mənada olduqca yaxından kömək edir, yeni ifadə ilə desək yansıyır..
Amma indilikdə, bunların heç birisinin bizim mövzumuza dəxli yoxdur. Bizim mövzumuz ictimai xadim Leyla Əliyevanın fəaliyyəti deyil, şairə Leyla Əliyevanın yaradıcılığıdır. Yaradıcı istedada malik və daxili dünyasını qələmlə, fırça ilə realizə edən Lyla Əliyevadır və rus dilində qələmə alınmış bu poetik yaradıcılığın Azərbaycan dilinə Mahir Qabiloğlunun tərcümə faktıdır…  Bu artıq ictimailəşmiş ədəbi faktdır və ədəbi fakta münasibət bildirməksə vacibdir… Görülən işi, özü də vicdanla, ürəklə, istedadla görülən işi müəyyən “səbəblər” üzündən görməməzliyə vurmaq günahdır…

Məsələ burasındadır ki, tənqidimiz bu maraqlı şairin əsərlərini indiyə qədər vaxtında görüb qiymətləndirə bilməyib və ayrı-ayrı fikirlər, münasibətlər, şərhlər yazılsa da, Leyla Əliyevanın yaradıcılığı bütövlükdə təhlil edilməyib, bu yaradıcılığın bədii-estetik xüsusiyyətləri, məxsusiliyi müəyyənləşdirilməyib, halbuki bunu onun əsərlərinin səviyyəsi və ədəbiyyatımızın maraqları tələb edir… Leylanın şeirlərini oxuyanda, buradakı kənardan gəlməyən, təsirlənmələrdən uzaq canlı insan xarakterləri, bu xarakterlərin yaşadıqları psixoloji hallar, heç kimdə olmayan kolorit və bu yaradıcılığın müasir Azərbaycan ədəbiyyatına məxsusluğu könlümü rahatlayır…
Belə bir ifadə var – “Dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı taleyi var” və mən indiki məqamda deyə bilərəm ki, Leylanın özünəməxsus  şair taleyi ədəbi mühitdə artıq özünü təsdiqləmişdir… Leylanın poeziyasındakı təbiilik, sadəlik, özünəməxsusluq, sadə və iddiasız poetik təhkiyyə estetik kateqoriya səviyyəsində təqdim edilir. Bu sadəlik, təbiilik insan mənəviyyatındakı mürəkkəb situasiyaları, psixoloji məqamları aça və göstərə bilir. Leyla öz daxilində üzləşdiyi gerçəklikdən gələn impulsların cilovanmasını həyatının ən çətin sınağı kimi görür və yuxusuzluq və narahatlıq dolu gecələrin duyğularını, hislərini, emosiyalarını şeirə çevirir, bununla da mənəvi rahatlıq tapır… Aşağıdakı misralar onun estetik kredosudur:

Söylə görüm, haradasan?
Dünyanın ən yaxşısı –
təmizqəlbli insanı..?
Hansı uzaq qitədə,
hansı məmləkətdəsən?
Bir görüşün xətrinə
dənizlər, çaylar keçim,
təki sənə rast gəlim…
Leylanın şeirlərində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə sanki söhbət edir və elə söhbət edir ki, demədikləri, dediklərindən artıq olur və sən o deyilməyənləri təhtəl-şüurla  hiss edirsən, hissin, duyğunu  alt qatları səni özünə çəkir, ikinci bir şüuraltı lirik-psixoloji, assosiativ axın yaranır və bu axın səni öz ağuşuna alıb, sanki sonsuzluğa aparır…
Leylanın yaradıcılığı qoşa qanaddan ibarətdir. O, həm rəssamdır, həm də şairdir… Leyla rəssamlığı barədə fikrini, münasibətini belə bildirir: “Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir. Çünki bu iş insanı sakitləşdirir – nəticə isə uğurlu ola da bilər, olmaya da. Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir. Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir”.
Göründüyü kimi, Leyla xanım özü rəssamlığına xobbi kimi baxır… Əslində, belə deyildir. Onun çox nüfuzlu, məşhur beynəlxalq rəsm sərgilərində nümayiş etdirilən və bəyənilən, məşhur sənətkarlar tərəfindən yüksək qiymətləndirilən rəssamlıq işləri göstərir ki, Leyla xanım bu sahədə də bacarıqlıdır, istedadlıdır… Yenə də, qeyd edək ki, bu onun öz seçimidir və bəlkə də, haqlıdır…
Lakin şair Leyla Əliyevanın şeir, poeziya yaradıcılığı heç cürə xobbi deyildir, bu yaradıcılıq stixiyası, istedadın təlabatı, qəlbin ehtiyacıdır, bədii-estetik missiyadır. Ürəyin döyüntülərindən doğan hissin, duyğunun poetik etiraflarıdır:

Gedim bir az ağlayım,

elə-belə… astaca.

Ürəyimi gizlədim

yastığımın altında.

Pəncərəi açaraq

kövrəlmiş ürəyimi

bəlkə həyətə atım?!

Həyatın ağuşuna…

Yox, yaxşısı budur ki,

gedim bir az ağlayım,

elə-belə… astaca.

Bu səmimi, duyğulu hisslərlə yoğrulub-yapılmış şeiri qəlbi poeziya ilə döyünən, əsil təbii istedada malik şair yaza bilər və yazıbdır… Leylanın orta məktəb illərindən şeir yazdığı məlumdur. Bu o dövrdə poeziya yoluna gedən cığırda hələ məsum, bərkiməmiş, kövrək addımlar idi… lakin bu zərif poetik  addımların özü də inandırırdı ki, Leyla poeziyanın şahrah yoluna əzmlə çıxacaq, heç kimin yazmadığı, bəlkə də yaza bilmədiyi şeirləri yazacaq…
Məncə, bu addımlar hələ də, “kövrəkliyində”  qalır və getdikcə  mövzu və janr imkanlarını genişləndirərək məsul və çətin poeziya marafonunda öz möhtəşəmliyini nümayiş etdirəcək, yeni-yeni poetik rekordlara imza atacaq…

Leylanın şeirlərinin mövzuları olduqca fərqlidir və rəngarəngdir, lap rəssamın rəng qutusunda olan rənglərin, palitranın çalarları kimi… Burada ictimai mühit, ətraf mühit və bəşəri-psixoloji mühit cox maraqlı, cazibədar, təkrarsız, müəllifə məxsus çalarları ilə ifadə edilir və poeziya formatında əksini tapır. Onun şeirlərində adi insani münasibətlər – onların hissləri, həyəcanları, məhəbbətləri, kədərləri, duyğuları reoromantik (realist-romantik) üslubda, amma ictimai məzmunda təqdim edilir ki, bu hər müəllifə müyəssər olmur. Fərdi, şəxsi insani hisslər sonda ümumbəşəri məna tülündə cilvələnir…
Leyla xanım dünya və Avropa, bu sıradan da, rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilir. Dünyanın  bir sıra məlum-məşhur xarici dillərinə mükəmməl yiyələnibdir. Həmçinin, nümunəvi ailə religiyasından süzülüb gələn dəyərlər…  Bütün bunlar onun poeziyasının hissi-intellektual layında özünü bariz bir şəkildə göstərir.
Leylanın şeirlərinin hissi-informasiya axarı gurdur, coşğundur və polifondur… Leyla bir şair kimi təbii hissin tərcümanıdır, hissin, emosiyanın sözlə bəstəçisidir… Başqa bir keyfiyyəti də qeyd edək, onun şeirlərində mövzuya və məzmuna, hətta hiss və duyğuya bir kreativ yanaşma münasibəti var. Və bu latent deyil, açıq-aşkar görsənir… Kimsəsizlər evində müşahidə etdiyi acı lövhədə olduğu kimi:

Ana, nə olar, getmə!
Məni atıb, tərk etmə!
Təlatümlü həyata
Əbədiyyən qərq etmə.

Al isti qucağına,
Öp məni… Məni oxşa.
Göydə ulduzlar yansın
Bir ani baxışınla…

…Anacan, inan ki, mən,
Danışmağı bilsəydim,
bu fani dünyamızda
Necə yaşamaq lazım. –
Öyrənərdin sən həmən
Öz körpənin dilindən…
Ana, məni tərk etmə,
Sənə üz tuturam mən.
Eşit, inan və anla,
Səninlə nəfəs alır
Bu məsum, gözəl körpən…

Herman Hessin sözüdür: “Ağıllı insan xoşbəxtlik, bolluq və rəngarənglik içində keçirdiyi həyatla deyil, sadiqliyi və öz tələblərini məhdudlaşdırmağı ilə xoşbəxt ola bilər.”  Mən Leylanın poeziyasının lirik qəhrəmanını  Mahrin təqdim etdiyi tərcümələrdə belə xoşbəxtlərdən birini gördüm!

Leylanın şeirlərinin arasında ortabab şeir yoxdur… Olsa da, İnsani hissin təbii və səmimi, sakit, həlim axarının yaratdığı ovqat bu ortabablığı görməyə imkan yaratmır… Həyat onun üçün tənhalığı sevən məbəd deyil, tənhalığı müqəddəsliyə çevirən məbəddir… Bu tənhalıq ölüm uçrumuna aparmır, bu tənhalıq uçrumdan atlanan və önündə əsrarəngiz həyat-təbiət mənzərələri açılan tənha idmançının planerlə ənginliyə uçuşuna bənzəyir…

Onun şeirləri təkbaşına hisslər dünyasına səyahətdir və bu səyahətə oxucusunu da dəvət edir. Onun lirik qəhrəmanı  burulğanlı hisslərlə dolu bir həyat yaşayan, qəlbində  insanlığa, ətraf mühitə sevgi yükü daşıyan, pessimizmidən uzaq ərköyün əzabkeşdir və sanki ürəyinin ətraf aləmlə həmahəngliyi üçün lazım olan hisslərin axtarışındadır:

Я пойду чуть-чуть поплачу,

не скажу как мне печально.

Сердце отвезу на дачу,

в море утоплю нечаянно.

Выброшу его на ветер,

ветер в даль его несет.

Не смогло оно ответить,

почему так душу рвет.

Tərcüməsi:

Kimsə duyuq düşməsin

kədərimdən, qəmimdən,

Durub yol lım bağa —

astaca ağlamağa…

Götürüm ürəyimi

atım coşan ümmana —

dalğaların qoynuna.

heç dinə də bilməsin —

“Niyə sığmır sinəmə?”

Gah tufan, gah rüzgar

apardıqca uzağa.

Bütün bu hissi dilemmlara baxmayaraq birdən-birə lirik qəhrəman acı çəkən ürəyinə elə bil yazığı gəlir, birdən-birə minor hisslər mojor tülə bürünür, qəmginliyin içində şən auranı tapa bilir. Mənə elə gəlir ki, leyla  güclü emosialara malik bir insan kimi, həyatda bu emosialarını boğmağı bacaran, amma poeziyasında bu emosiyalara sərbəstlik verən bir şəxsiyyət tipidir:

Yox! Yaxşısı budur Ki,

Qoy dirrikdə basdırım,

dirilib (cücərib) çiçək olsun.

Ya da ki, bla tutum, acısın unutdurum.

Özümü aldatsam da.

qoy ruhu ovundurum,

acısın unutdurum…

Leylanın “Gedim bir az ağlayım” şeiri Mahirin ilk poetik tərcüməsidir. Və Mahirin də özünün dediyi kimi, bu şeirin heyrətamiz məzmunu, lirik ovqatı onu elə tutubdur, elə ovsnlayıbdır ki, Mahir bütün yerdə qalan tərcümələrində də bu ovsundan xilas ola bilməyib…
Fransız şair və tərcüməçi Eтyенн Dole (1509-1546) hesab edirdi ki, tərcüməçi aşağıdakı beş əsas prinsipə tərcümədə riayət etməlidir:
“Tərcümə edilən mətnin məzmunu mükəmməl şəkildə mənimsəmək və müəllifin niyyətini dürüst başa düşmək; Tərcüməçi hər iki dili – həm tərcümə etdiyi dili, həm tərcüməni etdiyi dili  mükəmməl bilməlidir; Sözbəsöz tərcümədən qaçmalı, buna  meyil etməməli, çünki bu orijinalın  məzmununu pozur, mənanı təhrif  edir, mahiyyəti korlayır, sözün bədii-semantik mənasını dəyişdirir; Tərcümədə mümkün qədər sözün, nitqin ümumişlək formalarından istifadə etmək; Sözləri düzgün seçib, düzgün yerləşdirməklə   orijinala müvafiq, uyğun gələn “tonallıq” barədə ümumi təəssürat yaratmalıdır.”

İngilis tərcümə nəzəriyyəçisi A.F.Taytler isə “Tərcümənin prinsipləri” (1790) kitabında tərcüməyə verilən əsas tələbləri aşağıdakı şəkildə şərh edib: “Tərcümə orijinalın ideyasını tam şəkildə, olduğu kimi əks etdirməlidir; Tərcümənin üslub və ifadə tərzi orijinaldakı kimi olmalıdır; Tərcümə orjinal kimi asan oxunmalı və mənimsənilməlidir, yəni, mümkün qədər  tərcümə edildiyi bilinməməlidir.”
Aradan yüz illər keçsə də, bu prinsiplərə indi də əməl edilir… Mahirin özü də bu prinsiplərin əsas olanlarına əsaslı şəkildə əməl edibdir…
Ümumiyyətlə, tərcümə nəzəriyyəsində sətri tərcümə, bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə və s. təkin anlayışlar var. Bəs, Mahirin tərcüməsi bunların hansına uyğun gəlir? Belə götürəndə heç birinə. Lap “nəzəriyyələşdirsək” Mahirin tərcümə üslubu, manerası bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə formalarının sintezindən ibarətdir. Başqa sözlə, bu tərcümələrin öz vahid, orjinal üslubu var. Mahirdə, demək olar ki, bütün şeirlər eyni üslubda, ritmdə, bölgüdə, eyni melodik ladda tərcümə edilibdir. Bunlar tərcümə praktikasında yoxdur. Leylanın şeirləri sillabik və sillabik-tonik vəzndədir və vəznin kompoziyası — ritm, qafiyələnmə, bəndləmə, şeirin qrafik strukturu da bu vəznlərə uyğundur. Bunların heç birisi Mahirin tərcümələrində qorunmur. Amma Leylanın şeirlərinin Mahirin tərcüməsində Etyen Dolennin və A.F.Taytlerin tövsiyyə etdikləri tərcümə prinsipləri əksərən əksini tapıbdır.
Mahir Qabiloğlu bu məsuliyyətin daşıyıcısı kimi virtuoz tərcüməçi imicində çıxış edə bilib… Tərcümələrində təkcə fikri deyil, hissi də verə bilibdir ki, bu  tərcüməçilik praktikasında ən çətin bir işdir, demək olar ki, mümkünsüzü mümkün edə bilməkdir!! Yəni bu sözlə edilən tərcümə deyil, latent tərcümədir, mətndə gizlənən, sözlə ifadə edilməyən, yaxud söz içində gizlənəni aşkarlayan tərcümədir… Bütün bunları tərcümədə qoruyub saxlamaq, ifadə etmək təkcə  səriştə məsələsi deyil, həm də tərtəmiz istedad məsələsidir…

Yalan, gəl tövbə edək –
Uydurma, yalan sözə
bu gündən vida edək.
Axı kimə və nəyi
utanırıq deməkdən?
Yalan meyvə qurdu tək
qəlbi yeyir içindən.
Düzdən niyə qorxaq ki? –
dili düz söz tutmayan
əyrilər qorxsun ondan…

Leylanın şeirlərində insanın keçirdiyi gündəlik təbii hisslər qəribə bir tərzdə ictimai məzmuna çevrilir və müəllifin də ictimai mövqeyini sərgiləyir. Ona görə də, onun sırf fərdi motivli şeirlərində də ictimai mövqe qabarıq görsənir…
Leylanın lirik qəhrəmanı həyat dolu insandır, qəmi qəm kimi, sevinci sevinc kimi özünəməxsus bir tərzdə, gizləmədən, ört-basdır etmədən yaşaya bilir… Ən yaxşısı budur ki, gənc şairə Leyla indi tüğyan edən psevdoədəbiyyatdan min mil uzaqdır… Leylanın şeirlərində həyatın təzadlarını əks etdirən hiss, duyğu, fikir bulaq suyu qədər duru, səhər səması qədər aydındır. İroniya,  örtülü, gizli heç nə yoxdur… Leylanın şeirlərində hissin sərbəstliyi yox, öz lətafəti, sahmanı olan hissin, ruhun təbii azadlığı var və yaxud bütün bunları görmək arzusu var…  O bir şair kimi, deyərdim ki, narahat ruh daşıyıcısıdır və bu narahat ruhu sahmanlamaqla məşğuldur. Onun şeirlərində bəşər övladının üzləşdiyi ziddiyətli tendensiyaların reallığına, hətta  müəllifinin yaşına uyğun gəlməyən daha yetkin, daha gözüaçıq bir yanaşma sərgilənmişdir. Onun poeziya fəzasında hiss, ruh, duyğu pərvanələri uçuşmaqda, öz şəmini aramaqdadır… Onun, poetik arsenalını hələlik belə görürəm… Onun, bütöv bir sərgi otağına ölü gözəlliyi ilə gözəllik verən “Ölü kəpənək” şeirində canlandırdığı dramatik, faciəvi pərvanə obrazında da, mən bu arsenalın tükənməz diriliyini görürəm:

Çərçivəyə salınıb
Bir bəzəkli kəpənək. –
Qanadları çırpınmır…
Ürəyindən iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə…
Ölü gözəlliyiylə
bəzək verir divara… –
Boş, yalqız bir otağa…
Özü ölüb,
gözəlliyi ölməyib…
Bunu duyur hər görən.
Görəsən  ağrısını
varmı bir duyub-bilən?..

Bu şeirdə ölü gözəlliyindən zövq alan zəmanə insanlarının soyuq mənəviyyatları,  heç kimin görmədiyi, duymadığı, gözəlliyinə görə ölüm hökmü kəsilmiş, ürəyindən çərçivəyə pərçimlənmiş pərvanənin timsalında bəşəri gözəlliyin faciəsi, kədəri təsvir edilir:
…Şüşənin arxasında
eləcə donub qalır;
Kədərini bir kimsə
nə hiss edir, nə yanır…

Bu gözəlliyi süzüb
ötüb keçən insanlar
həzz alır bu lövhədən –
kəpənək ölüsündən…
Gözəl sözlər səslənir
kəpənəyin şəninə,
ölü gözəlliyinə… –
Yayılır boş kəlmələr
xudbinlərin dilindən…

Şüşənin arxasından
baxırlar çırpınmayan,
döyünməyən varlığa –
ö ölü gözəlliyə…

Poetik hissin psixoloji-dramatik dinmikası davam edir, lirik süjetə ürəyi humanizmlə dolu, sosial faciəyə üsyankar etirazla qəlbi döyünən  müəllif obrazı daxil olur və onun köməyinə nikbin yuxuların mistikası gəlir:

İynəylə bir lövhəyə
sancılmış lal kəpənək,
Gözəlliyinə görə…
Həyətla təmənnasız…
vidalaşan kəpənək…
Ey ruhları, qəlbləri
“sığallayan” kəpənək..!
Yuxumdaydın bu gecə,
Ancaq tamam başqaydın:
Gözoxşayan güllərin
üfüqündə qanadın…
min bir rəngə çalırdı,
Yanırdın… sayrışırdın.
Çox böyük heyranlıqla
Mən səni seyr edirdim.
Həm də ki, ayağımla
şüşəli çərçivəni
sındırırdım, əzirdim…

O, bu əzabı, çirkinlyi, eybəcərliyi, dərdi anlaya bilməməyi qəbul edə bilmir, xəyalən olsa da bu mənəvi – “ölü gözəllik” nümayiş etdirən şüşəli çərçivələri ayaqları altına salıb sındırır, əzir, məhv edir…
Onun “Pərvanə” şeirində isə başqa bir psixoloji məqam əksini tapır. Məlumdur ki, “pərvanə” min illərdir ki, klassik poeziyanın ən məşhur obrazlarındandır və Pərvanə – Şam ideal məhəbbətin Leyli – Məcnun kimi əbədi-ədəbi simvollarındandır. Leyla xanım bu əbədi və əzəli klassik poetik simvola tamamilə yeni bucaqdan, yeni rakursdan yanaşır, xüsusən, Pərvanənin Şama olan məhəbbətini və bu məhəbbət uğrunda özünüfəda, özünü odda yandırması süjetinə, mövzusuna indiyənə qədər heç kimin etmədiyi sosial-ictimai məna və məzmun aşılayır, məhəbbət və sevginin təkcə mənəvi deyil, həm də sosial hadisə olduğunu göstərir:

…Bir qanad saxla, dayan,

Mənim xəfif pərvanəm.

Tənhalıqdan qorxmursan? —

Yalan demə, ay sənəm!

Təkliklə döyüşürsən

Ömür boyu, bir danəm,

Neyləyək ki, özünə

Odu seçmisən həmdəm.

Mənim balaca dostum,

İncimə, sadəlövhsən.

Ürəyin gül yarpağı,

Ümid nədir bilmirsən.

Dörd yanın kin və nifrət,

Bunları görməyirsən.

“Qibləgahım — məhəbbət,

Tanrım — sevgi” deyirsən.

Pərvanəm, sən isə uç!
Bilsən ki, öləcəksən,
Lap külə dönəcəksən,
Uç! Uç! Alovunu quc!
Məhəbbət misraları,
Hədiyyə et bizlərə
Əsl yaşamaq budur,
Yaysın bütün qəlblərə.
XXI əsrin nanotexnologiyalar dövründə, ətrafda insan sıxlığının məqbul hədləri keçdiyi bir zamanda adama elə gəlir ki, darıxmaq, sıxılmaq absurddur… Amma əksinə, elə insanı mənən də, fizikalca da sıxan bu sıxlıqdır. Bu sıxlıq insanı darıxdırır və özünə uyğun bir mühit tapmayanda isə mənəvi-psixoloji faciəyə çevrilir. Leylanın “Vaxt” adlı “Ey ulu Vaxt, unutma!” nidalı monoloq-müraciəti, lirik xitabı var. Bu şeirdə həyatın yaşam fəlsəfəsi ilmələnir:

Vaxt! Dayan, yalvarıram,
hara uçursan yenə?
…Tələsirsən de, hara?
Böl dərdini mənimlə.

…Bəlkə də bu həyatda
çox az şey bilirəm mən.
Bəzən də düşünrəm:
Allah, nələr bilirəm..!
Baxırsan hər şeyim var,
Ruhumsa itir-batır.
Dörd yanım adam dolu,
Təklikdən qulaq batır…

Gözlərimi bir anlıq
Açmağımı görürəm,
Ətrafa, insanlara
Acıyıram, yanıram.
Başa düşəndə ki, mən,
Özüm də çarəsizəm.
Qalmayır başqa çarəm,
Gözümü tez yumuram…

Bu və bu qəbildən olan “Ana, nə olar getmə”, “Sevgi və nifrət”, “Səni atmaq istəmirəm”, “İnsanlar”, “Hardasan, dünyanın yaxşı adamı”, “Üç qoca balıqçı və qızıl balıq”, “Çərçivəyə sığmaram”, “İnsanlar”, “Romada. tozlu otracaqda”, “Yalan”, “Tanrım, sən mənə güc ver”, “Uşaqlarım” təkin şeirlərin hərəsi insanın dərin, dramatik psixoloji hisslərinin lirik süjetdə təqdim olunmüş hekayətləridir və mini lirik poemalar təsiri bağışlayır. Bunu əsas tutaraq umarıq ki, Leyla poeziyasının janr imkanlarını genişləndirəcək və insan talelərinin hekayətindən ibarət silsilə poemalar qələmə alacaqdır…
Ümumiyyətlə, Leylanın mövzuları həddən ziyadə həssas mövzulardır, yəni, bir növ, tale məsələsidir, burada həm müəllif taleyi,  həm də oxucu taleyi qəribə bir tərzdə ya paralelləşir,  ya da qovuşur…  Yaxşı olan budur ki, Leylanın poetik mətnləri öz taleyini öz doğma müəllifiylə və öz doğma oxucusu ilə birlikdə yaşayır. Onun şeirlərinin süjetində dramatik dinamikada bir teatrallıq, hadisənin vizual görüntüsü var… Fikrimcə, Leylanın poeziyasında gercəkliyin təlqin elədiyi gerçəkliklə manipulyasiya yoxdur… Gercək var və bu gerçəyə gerçək  hissi-emosional gerçək münasibət var… Uydurma yoxdur… Uydurma həmişə yalanın cəzbedici sarayına qapılar açır… Leylanın poeziyasında isə gerçəyin cazibədar sarayının qapıları oxucularının üzünə daima taybataydır…
Mənə elə gəlir ki, onun ictimai mesajla dolu lirikası təyinatlı poeziyadır və həyati əhəmiyyət kəsb edir…  Leyla bir xeyirxah ictimai xadim kimi əldə etdiyini qürrələnmədən, səxavətlə ehtiyacı olanlarla paylaşdığı kimi, hissi-emosional duyğularını, düşüncələrini, mərhəm hislərini də, oxucuları ilə poeziya məkanında tam səmimiyyətlə paylaşır… Oxucularını özünə ortaq, mərhəm dost bilir… “Ürək” şeirində olduğu kimi, bütün səmimiyyətilə ürəyinin gizlinlərini oxucusu ilə bölüşür, bu məqamda “qəm də xoşbəxt görünür” :

Ürəyim, ay ürəyim,
axı sənlə neyləyim?
Dəsmalmı verim sənə –
göz yaşımı siləsən?
Ürəyim, bil ki, səni
bütün ruhum, qəlbimlə,
anlamaq istəyirəm.
Nə vaxtdır bir yerdəyik
bir can-qəlbik əzəldən;
Mənsə hələ də səni
Tanımıram… bilmirəm…

Təkcə sənə çatmaqçun
səni əldə etməkçün,
insanlar yalın əllə
köksümü parça-parça
dağıdıb uçurarlar…
Sən onlardan incimə. –
Bu qəmdən, qüssədəndir
ürəklərin səninlə
böləndə, bölüşəndə
qəm də xoşbəxt görünür…

Orjinalın bütün ideya-estetik effekti, göründüyü kimi, tərcümə mətninə bacarıqla transformasiya edilib. Çünki Mahir Qabiloğlu bir tərcüməçi kimi şair Leyla Əliyevanın poetik arsenalını mənimsəyib, istedadının potensialını bilir,  onun şeirinin intonasiyasını, daxili ritmini, harmoniyasını tapıb və bütün bunları öz içinin nəğməsinə çevirə bilib…
Belə bir termin var: “Qanın milləti yoxur!” Bu anlayışı da, ictimai mühitə ictimai xadim Leyla Əliyeva bu adla həyata keçirdiyi aksiya ilə gətiribdir. Uğurlu və orjinal anlayışdır. Tətbiq edəsi olsaq poeziyanın əks elədiyi hissi-emosional layın da milləti yoxdur! Varsa da, Leylanın poetik yaradıcılığında belədir. Bunu isə tərcümə etmək olmur. Hiss tərcüməyə gəlmir, gərək onu poetik  mətnə yerləşdirə, kipləşdirə biləsən və Mahir Qabiloğlu bunun öhdəsindən məharətlə gəlibdir… Bu da, ona görə baş tutubdur ki,  Mahir Qabiloğlu da orjinal üsluba malik, əksəriyyət tərəfindən oxunan və qəbul edilən istedadlı, yaradıcı  yazıçıdır.
Qısa arayış:  Mahir Qabil oğlu İmamverdiyev (Mahir Qabiloğlu) — yazıçı-jurnalist, publisist, tərcüməçi. 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı 190 saylı məktəbdə təhsil alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin “Dədə Qorqud” ensiklopediyasında ədəbi işçi, AzTV-nin “Xəbərlər” redaksiyasında redaktor, “Space” televiziyasının “Hər gün” İnformasiya proqramında redaktor, baş redaktorun müavini, “Xalq qəzeti” qəzetinin Redaksiya Heyətinin üzvü, İnformasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hazırda sərbəst yaradıcılıqla məşğuldur. Modern.az saytında müəllif kimi bədii-publisistik yazıları və tərcümələri yayımlanır. “Atam Qabilin məzəli əhvalatları”(2011), “Ərmən-Şuşanikin sevgisi” (2014),“Cəncəhim”(2014), “Qurd yağı” (2015), “Sandıq”(2015), “50 yaşında mən…” (2016)  təkin kitabların, 500-dən çox, tamamilə orjinal üslubda, yeni janrda yazılmış bədii-publisist operativ oçerklərin müəlifidir…
Özü də, elə bir imza siferası qazanıbdır ki, bu günmüzün oxucu qıtlığında, öz oxucu auditoriyası olan yeganələrdəndir…   Yuxarıda qeyd etdiyim kimi, Leylanın özü də,  bir şair kimi intellekt səviyyəli oxucu simpatiyası qazanmış bəxtəvərlərlərdəndir… Onun şeirləri gücünə, qüvvətinə, daşıdığı Tanrı sirrinə görə həmişə sevilir və inanırıq ki, həmişə də seviləcəkdir:

Şeirimi çox sevirəm

güc-qüvvətinə görə…

O, bir Tanrı sirridir

anlamağım imkansız…

Şeirimdəki hər kəlmə

mənə əziz doğmadır;

istər gündüzlər yazım,

istərsə də yuxuda…

Leyla Əliyeva dəyərli bir şair taleyi yaşayan, perspektivli gənc şairlərimizdəndir. Mahir Qabiloğlu da, yaradıcıya məxsus maraqlı tale yolunu seçibdir. Və bura bir poeziya tərcüməçisi taleyi də qoşulubdur… Bu iki yaradıcı taleyin dəyərli meyvəsi isə Leyla Əliyevanın  Mahir Qabiloğlunun tərcümə-təqdimatında azərbaycandilli oxucuları sevindirəcək “Poeziya” kitabıdır. Bizə o qalır ki, hər iki istedadlı qələm sahibini təbrik edək, bu uğurlu əməkdaşlığa yenə də uğurlar arzulayaq…

Qurban BAYRAMOV – Professor, ədəbiyyatşünas-tənqidçi.

Müəllif: Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURBAN BAYRAMOV

QURBAN BAYRAMOV HAQQINDA

Qurban BAYRAMOV – Bayramov Qurban Fərman oğlu — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.

==================================================

QURBAN BAYRAMOV HAQQINDA :


QURBAN BAYRAMOV – 75

QRABAĞ AZƏRBAYCANDIR…

 QURBAN BAYRAMOV – 75

QURBAN BAYRAMOV – 75

QURBAN BAYRAMOV – 70

QURBAN BAYRAMOV – 65

==================================================

QURBAN BAYRAMOVUN BƏZİ YAZILARI :

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi…

“Elmin və şeirin övladı – Hamlet İsaxanlı…”

LEYLA ƏLİYEVA – ŞEİR DÜNYAM…

ZAUR USTAC – QƏLƏMDAR OLMAQ MİSSİYASI

QURBAN BAYRAMOV – MAHİRƏ NAĞIQIZININ POEPORTRETİ

QURBAN BAYRAMOV – “ERMƏNİ MƏSƏLƏSİ” ƏDƏBİ-BƏDİİ MÜSTƏVİDƏ…

BAYRAM BAYRAMOV HAQQINDA – QURBAN BAYRAMOV YAZIR

==================================================



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

AĞAYANA SÖZ – SEYRAN SƏXAVƏT SÖZÜ

Özü, sözü ağayana Seyran Səxavət.

ÖZÜ, SÖZÜ AĞAYANA SEYRAN SƏXAVƏT – 75

Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur… Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Seyran Səxavət məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının – millətinin, məmləkətinin Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla cəmiyyətinin maariflənməsinə həsr edən vətəndaş ziyalı…

Qələminin yazdığı hər bir əsər də elə bu böyük İnsanın özü kimi mənəvi işığa körpü olmaq üçün hesablanıb sanki…

Təəssüflər olsun ki, “biz indi diş məcunundan tutmuş qəbir daşına kimi hər şeyin reklam olunduğu bir zəmanədə yaşayırıq. Ona görə də bu mexanikiləşmiş, robotlaşmış bir dövrdə” ümumiyyətlə, dəyər anlayışını – mənəviyyatı, sevgini, saflığı, əxlaqı, vicdanı, doğrunu, istedadı, bütün korşalmış, aşınmış hissləri, duyğuları və s. təbliğ etmək lazımdı. O hissləri, həqiqətən də, təbliğ eləməyin vaxtıdı. Yoxsa, bir də görəcəyik ki, hamısını tamamən unutmuşuq.

Seyran Səxavət unutduğumuz bütün dəyərlərimizi, tariximizi, milli kimliyimizi, keçmişimizi əsərləri vasitəsilə oxuculara çatdıran maarifpərvər bir yazıçıdır. Ədibin həm “Nekroloq”, “Yəhudi əlifbası”, “Daş evlər”, “Qaçhaqaç” “Palıd toxumu” kimi irihəcmli romanları, həm də “Qızıl teşt”, “Sanatoriya”, “Ocaq daşı”, “Bir stəkan hava”, “Gözü işığa düşmüş adam”, “Dar köynək”, “Qapıların o üzündə qalan dünya”, “Ağrı” və s. kimi povestləri, eləcə də “İt intervüsü”,   insanın ruhən paklaşması, mənəvi-əxlaqi cəhətdən kamilləşməsinə həsr olunmuş ümumbəşəri problemləri özündə əks etdirir.

Seyran Səxavətin qələminin orijinallığı həm də ondadır ki, o əsərlərində qoyduğu özünüdərk problemini, əxlaqi dəyər anlayışını təkcə insan cəmiyyətinin – insan həqiqətlərinin fonunda deyil, o cümlədən, heyvan əxlaqı ilə müqayisədə  təsvir edir.

  Hələ XIX əsrdə fransız yazıçısı Balzak özünün məşhur “Bəşəri komediyası”nın giriş sözündə yazırdı ki, bu əsərin ideyası insanlarla heyvanların müqayisəsindən yaranıb. O deyirdi ki, cəmiyyət də təbiət kimi rəngarəngdi. Soldatın, fəhlənin, alimin, dənizçinin, dilənçinin, şairin, keşişin biri-birindən fərqi şirin, canavarın, qarğanın, köpək balığının, maralın bir-biriylə fərqindən heç də az deyil. Amma Balzakın dediyi kimi, heyvanlar aləmindəki müxtəlifliyə təbiət müəyyən sərhədlər qoysa da, cəmiyyət insanlar üçün o sərhədləri qoruyub saxlaya bilmir.

Quranı, İncili, Tövratı, dövlət konstitusiyasını, cinayət məcəlləsini  əzbər bilən Adəm övladı cəmiyyətin insan üçün müəyyənləşdirdiyi davranış qaydalarına qətiyyən riayət etmir. İnsanlardan fərqli olaraq heyvanların nə öz konstitusiyası, nə də cinayət məcəlləsi var. Cəmiyyətin yazılmış qanunlarına insanlar riayət eləməsə də, təbiətin yazılmamış qanunlarına bütün heyvanlar riayət eləyir.

Robert Hayndın “Heyvanların davranışı” əsərində bütün faunanın – qarışqasından filinəcən, istisnasız olaraq heyvanların hamısının davranış qaydaları – hansı situasiyada necə hərəkət etdiyi təsvir olunur. Yəni, bu kitabı oxuyan adam hər hansı bir heyvanla, məsələn, fillə  qarşılaşsa, xortumunun və qulaqlarının hərəkətindən onun qorxduğunu və ya qəzəbləndiyini hiss edə bilər. Çünki təbiətin heyvanlara qoyduğu qaydaları heç bir heyvan dəyişməyə cəhd etmir, otyeyən heyvan heç vaxt ət yemir və s. Amma gəlin diqqətimizi insanlara yönəldək: dünən topluma özünü quzu kimi sırıyan adam bu gün canavara dönüb onların qanını içir, sabah dovşan kimi qaçıb aradan çıxır.

 İnsan cəmiyyəti ilə heyvanlar aləmi arasındakı müqayisəyə gəlməz dərəcədə böyük olan bu kimi uçurumları Seyran Səxavətin əsərlərindəki zoomorfik obrazların timsalında müşahidə etmək mümkündür. Bu baxımdan yazıçının “İt intervüsü” hekayəsi sözün həqiqi mənasında fəlsəfi pritça təsiri bağışlayır. “İt intervüsü” hekayəsi bütövlükdə Azərbaycan nəsrində yeni və cəsarətli bədii fikrə qoyulmuş söz abidəsidir. Əsərdə “it dilini bilən” jurnalistlə it arasında gedən davamlı dialoqlarda “it həqiqəti” ilə “adam həqiqəti” arasındakı münasibətlər bütün çılpaqlığı ilə ortaya qoyulur. Və itin verdiyi cavablar insanın indiki durumunu, hardan hara gəldiyini, mənfi vərdişlərini, insan cəmiyyətinin faciə qarşısında dayandığını yumoristik dillə gözlərimiz önündə canlandırır. Müxbirin “Adamlara münasibətiniz” sualına itin verdiyi cavablar oxucunu həm güldürür, həm də düşündürür. İt “Adamlar qudurub” – deyə cavab verir.

  • Axı qudurmaq it peşəsidir. İt qudurar, adam yox.
  • Qudurmuş adam qudurmuş itdən min dəfə quduz olur. Biz itlər tək-tük qudururuq. Siz isə… bir də gördün bir ölkənin adamları qudurdu, cumdu o biri ölkənin üstünə. Siz bizi də aldatmısınız. Biz canavar nəslindənik. Qabağımıza sür-sümük atdınız, öyrəşdirdiniz özünüzə. Sonra da yiyə durmadınız, saldınız bizi çöllərə. Yal verdiniz. Biz də başladıq yala hürməyə. Yala hürə-hürə qurd oğlu qurd dönüb oldu it oğlu it”.

Bu cavab tərs şillə kimi adamın üzünə dəyir. Bəxtiyar Vahabzadə Seyran Səxavətin bu hekayəsi ilə bağlı təəssüratlarını “Ədəbiyyat” qəzetində “Oxudum, heyran oldum” başlıqlı məqaləsində belə ifadə edir: “Axı it düzünü deyir: itin əcdadı, doğrudan da, qurd idi. Bəs necə oldu ki, it öz qurd babasını inkar edib itə döndü? Bəli, insanlar qurdu yala öyrədib onun qurdluğunu, mərdliyini əlindən aldı. Düşündükcə adamı dəhşət götürür. Və bu sətirlərin arxasında çox məchullar məluma dönür. İkinci tərəfdən insanın quduzu itin quduzundan daha qorxulu deyilmi? Bir itin qudurması o qədər dəhşətli deyil,  vay o günə ki, bütöv bir millət qudurub başqa bir millətin dədə-baba torpaqlarına sahib çıxa”.

Sonrakı səhifələrdə it insana xas olan eybəcər sifətləri – yaltaqlığı, oğurluğu, tamahkarlığı çox kəskin və ibrətamiz faktlarla lənətləyir. İt sözünə davam edir:

– Burun iy bilmək üçündür, qulaq eşitmək üçün. Ayaqlar təhlükədən qaçmaq üçündür. Bəs quyruq nə üçündür? –sualına özü cavab verir.

– Quyruq da bulamaq üçündür. Mən itəm quyruğumu bulayıram, ay adam, sənin ki, quyruğun yoxdur. Sən niyə olmayan quyruğunu bulayırsan?.

 “İtin həqiqətində” adamın ikili xislətinin, daha doğrusu, onun insana çevrilməsini əngəlləyən dağıdıcı təbiətin naqislikləri açıqlanır. İtin açıqlamasında qrotesk səviyyəsinə qaldırılmış bir acı və yandırıcı sarkazm duyulmaqdadır: “İndiki itlər oğurluq eləmir ee, sümsünür. İndi özün de, hansı görkəmli oğrudu, – it yoxsa adam? Canavar hər şeyi təbiətdən öyrənir, it isə adamdan… Əgər itlər adamların tökdüyünün hamısını götürsəydi, -adamxasiyyət, adamxislət olsaydılar, dünya çoxdan dağılmışdı. İt olduğuma görə demirəm, bu mənim it həqiqətimdi”.

Yazıçının quyruq məsələsinə münasibəti də ibrətamiz və düşündürücüdür. İtin öz sahibi qarşısında quyruq bulaması bu həssas və kövrək məxluqun instiktiv vərdişlərindəndir. “Mən itəm, quyruğum var, bulayıram, sənin ki, quyruğun yoxdur, sən niyə olmayan quyruğunu bulayırsan, həə, ay adam? Quyruq bulayan it də, yaltaq adam da eyni şeydi, ikisi də nəfsinin quludu. Nəfs itin ancaq quyruğunu tərpədirsə, adam çönüb olur bütöv bir quyruq, yəni adam şəklindən çıxır” – deməklə it adamlıqdan çıxmağın ağır mənəvi fəsadlarını dilə gətirmiş olur.

Əsər boyu yazıçının üslubunda diqqəti cəlb edən lakonizm fikri ifadə etmək üçün istifadə etdiyi boyaların rəngarəngliyi, fikir zənginliyi, sözlərin assosiativ məna çalarlarının bolluğu “İt intervüsü” hekayəsini, ümumiyyətlə, bədii nəsrin çox böyük uğurlarından biri kimi qiymətləndirməyə əsas verir.

Mərhum professor Mürşüd Məmmədli yazırdı ki: “Əgər bu əsər P.Koelyo, X.Borxes və yaxud dünya ədəbiyyatının digər nümayəndələrindən biri tərəfindən yazılsaydı, gerçəkliyə postmodernist baxışın tərəfdarları onu çoxdan bütün dövrlərin unikal bədii şedevrlərindən biri hesab edərdilər”.

  Seyran Səxavət sosial-psixoloji təhlilin dərinliyi, bədii psixoloji məqam və momentlərə xüsusi diqqət yetirməsi ilə öz oxucu auditoriyasını daim      genişləndirməkdə və zənginləşdirməkdədir. Sənət əsərinin psixoloji və bədii əhəmiyyətinin vacibliyini dərk edən müəllif əsərlərində dərin psixologizmə, psixoloji təhlilə böyük əhəmiyyət və yer verir.

Çox təssüflər olsun ki, Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının, İsa Muğannanın, Yusif Səmədoğlunun, Vaqif Sultanlının, eləcə də Seyran Səxavətin insanın özünüdərki, milli-mənəvi yaddaş məsələsi, cəmiyyətdə özgələşmə, yadlaşma, şəxsiyyətin deformasiyası problemi və s. mövzularda əsərlər yazmasından illər keçməsinə baxmayaraq cəmiyyət hələ də irəliyə, inkişafa doğru heç bir addım atmamış, mövcud sosial-siyasi problemlər öz aktuallığını qoruyub-saxlamış, hələ də öz həllini tapmamışdır. Toplumun içində yaltaqlığın lirikası olan yalan və qorxaqlıq, zülm və ədalətsizlik hökm sürməkdədir. Əsarətdə olan insanların getdikcə yaddaşsızlaşdığını, yaddaşsızlaşan insanın manqurtlaşmaq təhlükəsi gözlədiyini, manqurtlaşan insanın isə tamamən Vətən, millət və mənəviyyat duyğusundan uzaqlaşdığını, milli düşüncəsi olmayan millətin isə ölü millət olduğunu vurğulayan yazıçılar əsərləri vasitəsilə insanları özünüdərkə çağırır.

Katarsis nəzəriyyəsini Aristotel antik faciələrin təsiri ilə tamaşaçıların ruhən təmizlənməsi prosesi kimi səciyyələndirmişdir. Daha geniş mənada, katarsis real həyatda istər ayrı – ayrı insanların, istərsə də cəmiyyətin milli əzablardan, sarsıntılardan keçib öz günahlarını – tarixi səhvlərini dərk edib ruhən saflaşması, təmizlənməsi, durulması prosesidir. Əslində, hər bir şəxsin mənəvi yüksəlişində və ya milli intibahın kökündə bir katarsis vardır. Böyük elmi kəşflər, böyük sənət əsərləri, əslində, katarsisin məhsulu olan böyük ehtirasların təzahürləridir. Hər hansı bir şəxs və ya millət əzablı yollar keçib səbəb və nəticələri dərindən dərk etmirsə, günahları və səhvləri səmimi etiraf etmirsə, o, katarsisə yetişmir və nəticədə yeni – yeni sarsıntılara məruz qalır.

Ədəbiyyat, vicdanlı yazıçı, şair cəmiyyətə sadəcə olaraq xəbərdarlıq etməyi və düzgün olan yolu göstərməyi bacarır. Əgər ziyalıların, yazıçıların həyəcan siqnalı eşidilmirsə, yaxud eşidilib etinasızcasına qulaqardına vurulursa, bu artıq yazıçının yox, cəmiyyətin günahıdır.

Biz ayna bizi çirkin göstərəndə özümüzü – eyiblərimizi düzəltmək əvəzinə aynaları sındıran adamlarıq, Ustad!…

Bizi məzur qıl…

Bir gün nə zamansa Səni anlayacağıq, mütləq anlayacağıq… Sən yaz… Yaz ki, yolumuzu itirəndə korafəhim səndələməyək, gözümüzə işıq gəlsin… Qələmin yolumuza çıraq olsun!

Sən Özün Sözün böyüklükdə Dəyərsən, Ustad!

Dediklərin Söz bizə əmanətdir – Tanrının əmanəti…

Yaxşı ki, Varsan, Ustad! Yüz yaşa! Var ol!

Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə – anlayanda Biz təmizlənəcəyik…

Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik…

“İt həqiqətləri” ilə “adam həqiqətləri” arasındakı sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik…

Biz o müqəddəs yola – Aydınlığa, aydınlanmağa doğru gedirik.

Biz Səni anlayanda, Səndən keçib durulanda Həqiqətə çatacağıq, Ustad! Yolumuz Aydınlanacaq…

Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!

Yolçu yolda gərək!

Yolumuz aydın olsun!

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – RÖVŞƏN ABDULLAOĞLU KİMDİR?

Zaur Ustac – şair – publisist.

YEDDINCI  YAZI

Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda  yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.

  Bu  müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT  VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı.  Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI  KÖRPÜLƏRİ  YANDIRIN”  kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.

Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım.  Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….

 Bu fikr, əminlik  məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən  sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.

  Nəhayət, bir gün sosial şəbəkələrdə  müəllifin yeni  kitabını gördüm, artıq  tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU  “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız  olmayıb.

Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində  onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında  bizə göstərmək istədiyi tipindən irəli gələn xarakter və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən  başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda  melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin  hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından  hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus  yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən)  bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.

Rövşən Abdullaoğlu – yazar, psixoloq, tərcüməçi, səyyah.

Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???

17.10.2016.   Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında yeddinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

“YAZARLAR” JURNALI PDF:

“YAZARLAR” JURNALININ BÜTÜN SAYLARI BURADA >>>“YAZARLAR” PDF

Salam olsun! Siz bu yazını oxuduğunuz zaman indiyə qədər çap olunmuş “Yazarlar” jurnalının istənilən nömrəsini sifariş etməklə əldə edə bilərsiniz. Əlaqə vasitələri:

Mob (WhatsApp): 070-390-39-93
Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26

Eyni zamanda yazılarınızı dərc olunmaq üçün “Yazarlar” jurnalına göndərə bilərsiniz. Əlaqə vasitələri:

E-mail: zauryazar@mail.ru və ya WhatsApp: 070-390-39-93

===============================================

“YAZARLAR” JURNALININ BÜTÜN SAYLARI BURADA:

>>>>>>>>>>>>>>“YAZARLAR” PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ MART SAYI İŞIQ ÜZÜ GÖRÜB – YAZARLAR

YAZARLAR JURNALININ MART SAYI

JURNALIN BU SAYI DƏDƏ ƏLƏSGƏRƏ HƏSR OLUNUB

BU  SAYDA YER  ALAN  YAZARLAR:

Azərbaycan Respublikası Prezidentinin  

                Sərəncamı      – 3

Zaur Ustac -6.                            Adil Cəfakeş – 18

Mövlud Ağamməd  -20             Təvəkkül Goruslu – 22

 Mayıl Dostu –  24                   Sona Abbasəliqızı  – 28

 Tuncay Şəhrili-31                      Təranə Arifqızı – 33

Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 36 səh.                Çapa imzalanıb: 05.03.2021.

YAZARLAR JURNALININ MART NÖMRƏSİ

YAZARLAR JURNALININ MART SAYI PDF:

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTACIN ŞEİRLƏRİNDƏ UŞAQ OBRAZLARI – AYƏTXAN ZİYAD – İSGƏNDƏROV

Zaur Ustacın kitabı.

ZAUR USTACIN ŞEİRLƏRİNDƏ

UŞAQ OBRAZLARI

(“Sətirlərdə uşaq obrazları” bölümü

(“Gülüzənin şeirləri” kitabından) tədqiqat müstəvisində)

  Elmi rəhbər:

Ramazan Qafarlı,

filologiya üzrə elmlər doktoru, professor

GİRİŞ: Uşaq ömrü öz dəcəlliyi, ərköyünlüyü, yaşının kiçik illərində bizi “əsəbiləşdirdiyi” məqamları ilə zaman ötdükscə şirinləşib əz əziz xatirəyə çevrilib yaddaşlara həkk olan bir dünyadır. Artıq baba, nənə olduğumuz illərdə övladımızın körpə yaşlarında “başımıza açdığı oyunlara”indiki günlərimizdə bir az bal-şəkər şirinliyi, bir az da məzə qatıb danışıb-gülür, həzz alır, xoşlanırıq.

Məsələn, qəfil yadımıza düşə bilər ki… Oğlumla dostlaşmış iki sərçə vardı, hansı ki adına “Babəkin sərçələri” deyirdik. Oğlum eyvana çıxdımı, sərçələr əvvəlcə onun çiyinlərinə qonar, sonra qollarının üstü ilə yeriyə-yeriyə gəlib ovcundakı çörək qırıntılarından birini götürüb “pırr” edib havaya qalxardılar. Bu hal Babəkin ovcundakı çörək qırıntıları qurtarana qədər davam edərdi.

Yaxşı dil açmadığı vaxtlardı. Bir də görürdün gözləri sevincdən parıldaya-parıldaya nəyi isə göstərirdi: “Bax, çənbərənin yanında çepin üstündə mətənək donub”. Pəncərənin yanındakı çöpün üstünə kəpənək qonduğunu bizə belə başa salırdı.

Yaxud, ilk dəfə işıqforun işığının yanıb-sönməsini görəndən sonra nəinki işıqforun, evdəki lampaların da yanıb-sönməsi onun üçün “danq” kəlməsilə ifadə olunurdu. Deyək ki demək istəyirdi ki, “lampanı yandırın”. Bu fikrini belə ifadə edirdi: “danq”. “Lampanı söndürün” tələbi də onun üçün “danq” idi.

Olurdu ki, mənzilin girişindəki lampa unudulub söndürülməyib. Mənzilin girişində qoyulmuş şkafın sol qapısını açıb ustufca divara çırpırdı. Və qürurla bizə baxırdı: “danq”. Yəni ki, gördüz, işığı söndürdüm.

O illərdən 40 ilə qədər zaman ötüb. İndi nəvələrimdə bunabənzər şirinlikləri müşahidə edəndə, 40 il  əvvəl oğlumda gördüklərimiz yada düşür və bu xatiratları xatırlayıb ürək dolusu həzz alırıq.

ARAŞDIRMA: Z.Ustacın yeni təqdimatda və yeni tərtibatda işıq üzü görən “Gülüzənin şeirləri”ndəki “Sətirlərdə uşaq obrazları” bölümünə [4. s.83-96]daxil edilən şeirlər də beləcə real həyat hadisələrindən qələmə alınan əsərlər, bu əsərlərin qəhrəmanları isə özlüyündə müxtəlif xarakter bilməcələrilə yaddaşlara hopası təxminən bir-birinin eyni olan oxşar təbiətli azyaşlılardır. Biri sadəlövh, digəri çoxbilmiş, üçüncüsü yox yerdən dava qoparan, sonrakı nəfsinə yiyəlik etməyi bacarmayan… Fakt olanı isə budur ki, onların hər biri həyatdan bizlərə tanışdır, adını xatırlaya bilmədiyimiz haçanca “qarşılaşdığımız” uşaqlardan biridir.

Məsələn, Etibarla Ehtiram bir-birini başa düşən, bir-birilə hesablaşan uşaqlardır. Hansı işi necə yerinə yetirmək lazımdırsa, hər ikisi eyni düşüncədə olur. Belə ki, qaranquşların hansı səbəbdən görünmədiklərindən anlaqsız olan uşaqlar havaların soyumasından, qarlı-şaxtalı günlərdə quşların ac qala, yaxud xəstələnə biləcəklərindən narahatdırlar. Odur elan yazıb divara yağışdırırlar ki, kim qaranquşların yerini bilirsə, onlara desin:

Etibarla Ehtiram

Yazdılar belə elan:

“Qaranquşlar itibdir,

Varmı xəbəri olan?”           

(“Etibar və Ehtiram”)

Şeiri oxuyan hər hansı azyaşlı elə o andaca özünə sual edir ki, görəsən quşlar niyə qəfil yoxa çıxıblar? Təbii ki, uşaq (burada, Etibarla Ehtiram) sualı cavablandırmaq imkanında olsaydılar, qaranquşları elan vasitəsilə axtarmaq məcburiyətində qalmazdılar. Sualın cavabı müəllim, yaxud valideyn tərəfindən aydınlaşdırılır. Məlum olur ki, quşların başında heç bir qəzavü-qədər yoxdur, onlar itməyiblər, sadəcə havalar soyuduğundan uçub isti ölkələrə gediblər, qaranquşların təbiəti belədir, onlar bu xislətdədirlər.

Belə olan halda “o hansı quşdur ki, yaşadığı yeri heç vaxt tərk etmir” sualı meydana çıxa bilir. Sualın cavablandırılması məktəbliyə əlavə bilgi vermək şansı yaradır. Azyaşlı müəlliminin, yaxud valideynin köməyilə öyrənir ki, sən demə havalar soyuyanda yaşadığı yeri tərk etməyən quş da varmış və bu quşun adı sərçədir

Müəllif Etibar və Ehtiram obrazlarını yaratmaqla eyni zamanda bəzi dəcəl uşaqlara onu da başa salmaq istəyir ki, quşları sevmək, onlara qarşı qayğıkeş olmaq lazımdır.

Balaca qəhrəmanlar öz saflıqları, səmimiyyətləri ilə bir-birlərinə bənzər olduqları kimi, fərqlilikləri də var. Məhz bu və bunabənzər xarakterə malik olmaqlarıdır əsəri oxucuya sevdirən, gündəmdə qalmasına yardımçı olan, yoruculuq, usanmaq kimi bir haldan oxucunun yaxasını qurtaran. Bu isə xüsusilə uşaq ədəbiyyatı üçün vacib şərtlərdəndir.

Məsələn,

Jalə, Damla və Şəbnəm

Yola getmirdi heç vaxt.

Bir gün Yağmur dillənib,

Hamısını qoydu mat.         

(“Jalə, Damla, Şəbnəm və Yağmur”)

Yaxud, Zümrüdlə Zamin  heç vəhclə yola getmirlər. Problem isə Zümrüdün hərisliyindədir, gözü hər gördüyündən kirə istəyir. Hər dəfə də onların mübahisəsini n üstünə su səpmək, yoluna qoymaq Zəhranın öhdəsinə düşür:

Zanbağı görən kimi,

Zümrüd  dedi Zaminə,

Paxıl deyilsən əgər,

Zanbağını ver mənə.

Zəhra  qarışdı  işə,

Sonra dedi, bu qədər

Tənbəl deyilsən əgər,

Zəhmət çək, özün becər!             

(“Zümrüd, Zamin və Zəhra”)

Mirzə İbrahimovun “Sənət, sənətkar və zəmanə” məqaləsində yazdığı kimi.  obraz real həyat hadisələrinə əsasən yaranır, “həmişə təbiətin, varlığın, canlı insanın bədii inikasıdır, onun əsas, tipik xüsusiyyətlərini saxlamaqla həm mənasını, həm də formasını doğru əks etdirir” [3. s.74]. Bu fikri bir qədər başqa tərzdə ifadə edən Xalid Əlimirzəyevə görə, “Yazıçının şəxsiyyəti, əqli mühakimələri və mənəvi dünyası onun yaratdığı obrazların, xarakterlərin ruhuna, varlığına hopur. Bu obrazlar ictimai varlığı, həyat həqiqətini əks etdirməklə bərabər, həm də sənətkarın zəkasının, dünyagörüşünün, ictimai ideal və amalının, vətəndaşlıq mövqeyinin, milli bəşəri duyğularının süzgəcindən keçərək formalaşır, onun dühasının, bədii təxəllüyünün işığında canlanır, həyata vəsiqə alır” [1. s.17].

Bölümə uşaq obrazlarına aidliyi yetən 28 şeir daxil edilib. Ancaq bu o demək deyil ki, “Sətirlərdə uşaq obrazları”nın qəhrəmanları cəmi 28 nəfərdir, xeyr. Elə şeir var onda iki, bəzən üç obrazla qarşılaşırıq. X.Əlimirzə­yevin yazdığı kimi, yazıçı şəxsiyyətinin, əqli mühakimə­sinin və mənəvi dünyasının məhsulu olan bu ədəbi qəhrəmanlar arasında təbiət etibarı ilə bir-birinin oxşarı olub bir-birilə yola gedənlər də var, xaraktercə bir-birindən fərqli olanlar da. Ancaq başlıca məziyyət bundadır ki, bu “İnsan xarakterlərinə, ehtiraslarına, fikir və arzularına biz hər şeydən qabaq həyatda rast gəlirik” [3. s.76].

Məsələn, “Vahid” şeiri I Qarabağ müharibəsində  şəhadət zirvəsinə ucalmış Vahid Abbasovun xatirəsinə həsr olunub.  Cəmi dörd misradan ibarət şeirdə müəllif qətiyyətli, sözünün sahibi, vətənpərvər bir Azərbaycan övladının obrazını yaratmağa müvəffəq olub. Azərbaycanlı xarakterinə sahib kişi obrazı,

Vahid getdi əsgərə,

Həmişə dedi: – “Oldu!”

Postunu tərk etmədi,

Vətənçün şəhid oldu.

Əsərdə ““Vahid” adı hansı hərflə başlayır”, “V” hərfi ilə başlayan daha hansı insan adı bilirsiniz”, “Əsgər niyə həmişə “Oldu!” deyə cavab verməlidir”, “Vahid Abbasov kimdir, kimlərlə döyüşdə və hansı cəbhədə şəhid olub”, “Şəhid olmaq nə deməkdir və kimlərə “şəhid” deyilir”, “Vətən uğrunda şəhid olan hansı Milli Qəhrəmanlarımızı tanıyırsınız” sualları qoyulmaqla şagirddə düşünmək qabiliyyəti formalaşdırmaq və onun əlavə bilgi əldə etməsi üçün tələbat doğuran şərait yaradılmış olur.

Yetişməkdə olan nəsildə vətənpərvərlik duyğuları aşılayan başqa bir şeir isə “Ömər və Əsmər” adlanır.  Şeirdə vətənpərlik və vətəndaşlıq duyğularının Ömərin qanında-canında olduğu diqqətə çatdırılır:

Söhbət edirdi,

Ömərlə Əsmər.

Ömər dedi ki,

Olacaq əsgər!

Yetişməkdə olan nəsildə vətənsevərlik duyğularının aşılanmasını qarşıya məqsəd qoyan müəllif yeniyetməyə aşağıdakı sualları ünvanlayıb: “Səncə əsgər olmaq nə deməkdir”, “Sən  böyüyəndə kim olacaqsan?”

Azyaşlıya bu kimi duyğuların ruhən hakim kəsilməsi üçün əsgərlərin orduda istifadə etdiyi və uşaqlara da oyunlardan, cizgi filimlərindən, filimlərdən tanış olan  “tapança”,  “tank” kimi vasitələrdən  bəhrələnilir.

Natiq tutdu Tofiqi,

Əlində tapançası.

Tofiq təslim olmuşdu,

Yer yox idi qaçası.                  

(“Natiq  və Tofiq”)

Yaxud,

Tuncay topu tulladı,

Tutu, topu tut görək!

Top-top mənə yaraşmaz,

Mən tankçı olum gərək!        

(“Tuncay”)

“Sətirlərdə uşaq obrazları” bölümünə daxil edilən şeirlər üç yarımsərlövhə altında qruplaşdırılıb: 1 – “Bir ad bir şeir”; 2 –  “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər; 3 – “Tam və bitkin şeirlər”.

“Bir ad bir şeir” yarımbaşlığı altında 16 şeir (“Tuncay”, “Nağı”, “Yusif”, “Leyla”, “Raul”, “Rəna”, “Malik”, “Qaşay”…), “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər”də 9 şeir (“Natiq və Tofiq”, “Rahib və Əkbər”, “Fuad və Fərid”, “Jalə, Damla, Şəbnəm və Yağmur”…), “Tam və bitkin şeirlər”də isə 3 şeir (“Ağıllı Gülər”, “Oyanın, bahar gəlib”, “Balaca reklamçı”) daxil edilmişdir.

“Bir ad bir şeir” və “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər” bölgülərinə uşaq adlarına yazılan şeirlər daxil edilib. Həmin adın daşıyıcısı olan uşağın hansı təbiətdə olması, orta təhsilini başa çatdırandan sonra həyatda kim olacağı haqda düşüncələri gündəmə gətirilir. Şeirlərin sonluğunda hərflər və adlarla əlaqəli suallar, yaxud tapşırıqlar da verilir ki, bütün bunlar azyaşlının dünyagörüşünün genişlənməsinə, iti düşünmə qabiliyyətinin formalaşmasına xidmət edən xüsusatlardır.

 “Bir ad bir şeir” yarımbaşlığı altında qruplaşdırılan şeirlər əsasən dörd misradan ibarət olub birbəndlik şeirlərdir. Məsələn, “Uğur”, “Jalə”, yaxud “Zahir”. Adları çəkilən uşaqların hər biri özünəməxsus təbiətə malikdir. Müəllifin qarşıya qoyduğu məqsəd də elə budur: qəhrəmanının hansı isə bir cəhəti, yaxud məşğuliyyəti ilə oxucusunu tanış etmək.

Məsələn, “Uğur” mühəndis, “Jalə” jurnalist olmaq arzusundadır. Uğur bu arzusunu göylərlə bölüşür, Jalə isə babası ilə:

Uğur baxıb göylərə,

Dedi, usta olacam!

Uca bir qüllə tikib,

Ulduzlara çatacam!

“Jalə” şeirində isə oxuyuruq:

Jalə aldı jurnalı,

Baba, ver baxacağam!

Böyüyəndə istəsəm,

Jurnalist olacağam!

Zahir isə, öz kəlmələri ilə ifadə etsək, gəmiçi olmaq arzusundadır:

Zahir düzəltdi,

Balaca gəmi.

Dedi: – Bu gəmi,

Mən də gəmiçi.      

Tədris prosesi zamanı məktəbliyə “Uğur böyüyəndə usta, yaxud mühəndis, Jalə jurnalist, Zahir gəmiçi olmaq arzusundadır, sən böyüyəndə kim olmaq, yaxud hansı sənətə yiyələnmək istəyirsən” suallarını ünvanlamaqla (şair Uğur, Jalə və Zahir obrazlarını şeiriyyət müstəvisinə gətirməklə) azyaşlı oxucusuna demək istəyir ki, heç də hamının ali təhsil alması vacib deyil, həyatda başqa peşələr, sənətlər də var.

Təqdim olunan şeirin mövzusuna uyğun sualların tərtib edilməsi məktəblinin dünyagörüşünün genişlənmə­sinə diqqət çəkən vacib cəhətlərdən biridir. Məqamı ikən xatırlamaq yerinə düşər ki, XX əsri 60-70-ci illərində ümumtəhsil məktəblərində əlavə məşğələ saatları təşkil olunardı ki, bu proqram çərçivəsində məktəblilər əlavə biliklərə yiyələnmək imkanı əldə edərdilər. “Ülkər” adlandırılan şeirdə bu anlayışı şeir mövzusu seçməklə müəllifin nəyə işarə etdiyi, Ülkər və Günəş adlarının haradan götürüldüyü, “Jalə, Damla, Şəbnəm və Yağmur” şeirində “mat qoymaq nə deməkdir” sorğusunun qoyulması, “Hümmət”dən bəhs edən şeirdə “hümmət” istilahının hansı məna daşıdığı, Azərbaycanda hansı zaman kəsiyində “Hümmət” adında təşkilat olduğu və bu təşkilatın hansı məqsədlərə xidmət göstərdiyi  (və s.) şagirdin əlavə bilgi əldə etməsinə, nəticə etibarı ilə dünyagörüşünü genişləndirməyə yönəlmiş imkanlardır.

Hümmətin beş yaşı var,

Hazırcavab uşaqdır.

Həvəsi var yazmağa,

Oxumaqda qoçaqdır.

Şeirin sonunda məktəbliyə “Hümmət” kəlməsinə uyarlığı yetən suallar ünvanlanıb. Bu sualların cavablandırılması sayəsində şagird öyrənir ki, “Hümmət” sözü “cəhd”, “səy”, “qeyrət”, “əl-ələ verib çalışmaq”, “təşəbbüs” mənalarını verir. “Hümmət etmək” kömək etmək, yardım etmək, əlindən tutmaq anlamlarında işlənir. “Hümmət” sözü vasitəsilə şagird başqa informasiya da əldə etmək imkanı qazanır. Məlum olur ki, 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun dostları tərəfindən “Hümmət” Sosial-Demokrat Müsəlman Təşkilatı yaradılıb. Təşkilatın rəhbəri əvvəlcə M.Ə.Rəsulzadə olub, sonra Nəriman Nərimanov. Bundan əlavə, təşkilatın “Hümmət” adında qəzeti də çıxıb. İlk nömrəsi 1904-cü ilin oktyabrında nəşr olunub. Qəzetin cəmi 6 nömrəsi işıq üzü görüb. Qəzet 1905-ci lin fevralında bağlanıb…

Ədəbiyyatşünasların ümumi qənaətinə görə, qafiyə şeirin gözəlliyini artıran, poetik nümunəyə musiqilik, oynaqlıq, rövnəqlik gətirən vasitə, Rafiq Yusifoğluya görə, hər hansı fikri ifadə edən misraların bədii, emosional təsirini artıran, poetik əsəri zənginləşdirən bədii ünsürdür. “Qafiyə şeirin məzmununun açılmasını, bədii-məntiqi və obrazlılığın güclənməsini şərtləndirir” [2. s.222]. Bu məzmunda “Ağıllı Gülər” şeirində “sərçəcik”, “cik-cik”  təkrar səsləri diqqət çəkir. Müəllif “sərçəcik” (4 dəfə) və “cik-cik” (4 dəfə) epiforalarından istifadə etməklə şeiri emosional tələffüz axarına salmış, təkrar yox, təkrir sayəsində yaranan ritm, intonasiya və bunların ahəngindən formalaşan ümumi ahəng təqdim olunan əsərə poetiklik bəxş etmiş, oxucunun (burada məktəblinin) yaddaşına asanlıqla “yazılmasına” yardımçı olmuşdur.

Bizim balaca Gülər,

Həm ağlayar, həm gülər.

Günlərin bir günündə,

Soyuq  qış səhərində,

Gülər çölə çıxanda,

Əl-üzünü yuyanda

Gördü kiçik sərçəcik.

Sərçə edirdi “cik-cik”.

Gördü üşüyür sərçə,

Bayırda qalıb təkcə.

Gülər istədi getsin,

Gedib çörək gətirsin.

Elə bu an sərçəcik,

Yenə elədi:

“Cik-cik”.

Gülər tez evə qaçıb,

Anadan çörək alıb

Gəlib eyvana, ovdu.

Yanına su da qoydu.                                                

Yenidən  edib cik-cik,

Ora qondu sərçəcik.

Əvvəl çörəyi yedi,

Sonra da suyu içdi.

Bir dəfə sağa baxdı,

Bir dəfə sola baxdı.

Təşəkkür etdi:

“Cik-cik”

Uçub getdi sərçəcik.

***

Nəticə: Z.Ustacın uşaq şeirləri haqda son olaraq bu qənaətə gəlmək olar ki, nədən, yaxud kimdən yazmasından asılı olmayaraq təqdim etdikləri yeni görünür, diqqətə çatdırılanlar təbiidir, səmimidir, ürəyəyatımlıdır, obrazlar elə xarakterizə olunur ki, onlar haqqında deyilənlərin həqiqət olduğuna şəkk-şübhən qalmır. Bunun bir səbəbi əgər yazıçının intellektidən irəli gəlirsə, digər səbəbi müəllifin ixtisas, peşə yönümü ilə izah oluna bilər. Axı Zaur Ustac müəllimdir, uşaq dünyasına hamıdan çox bələdliyi yetən bir ixtisas sahibi.

Ədəbiyyat siyahısı:

1. Əlimirzəyev Xalid. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları. Bakı-“Elm və təhsil” 2011, 416 səh.

2. Hacıyev Abbas. Ədəbiyyatşünaslığın əsasları. Bakı-2009, 370 səh.

3. İbrahimov Mirzə. Ədəbi qeydlər. Bakı-Azərbaycan Dövlət nəşriyyatı-1970, 300 səh.

4. Ustac Zaur. Gülüzənin şeirləri. Bakı-2021, 114 səh.

Ayətxan Ziyad – yazıçı-jurnalist, tədqiqatçı.

Ayətxan Ziyad (İsgəndərov)

Azərbaycan Yazıçılar

və Jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnalist, tədqiqatçı.

Dərc  olunub:

1.yazyarat.com 27 yanvar 2021.

https://yazyarat.com/yazi/tədqiqat-zaur-ustacin şeirlerinde-uşsü – problemleri;

2.İlk xəbər. 27 yanvar 2021.

https://ilkxəbər.orq/news/php?id=51389;

2. Müstəqil.Az 27.01.2021.

3. FEDAİ.AZ

https://fedai.az/?p=27097&embed=true#?secret=fB3mkL3sWi

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TALEH XƏLİLOV – GƏNC TƏDQİQATÇININ İLK ƏSƏRİ

Oğuzhan Uzarın kitabı.

GƏNC TƏDQİQATÇININ İLK ƏSƏRİ

Özünəməxsus sənət yolu keçmiş Hüseyn Cavid əsərlərində daim həyati problemləri, insan talelərini, milli və bəşəri məsələləri əks etdirmişdir. O, əsərlərində xalqa və vətənə olan sədaqət hisslərini ifadə etmişdir. Cavid ziddiyyətli bir zamanda daha çox Şərq tarixinə müraciət etmiş və yeni milli obrazlar yaratmışdır.

Maarifpərvər ziyalı hər zaman yaradıcılığında milli, tarixi, pedaqoji və siyasi dəyərləri sistemli şəkildə əks etdirmişdir. Mütəfəkkirin həyat və yaradıcılığının hələ sağlığından öyrənilməsinə baxmayaraq, onun məfkurəsi, ictimai-siyasi və pedaqoji ideyaları günümüz üçün aktuallığını itirməmişdir. Onun yaradıcılığının milli müstəqillik kontekstində daim araşdırılmasına və yeni-yeni tədqiqat əsərlərinin yazılmasına ehtiyac yaranmışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin doktorantı Oğuzhan Uzarın türk dilində yazdığı “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyası da çox aktualdır.

Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında mündəricat üzrə nəzərdə tutulmuş türkçülük, turançılıq, siyasət və hüquq anlayışlarını, onların mahiyyətini, məzmununu və prinsiplərini metodiki baxımdan düzgün təhlil etmişdir.

Elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Behbudov, rəyçiləri isə fəlsəfə üzrə elmlər doktoru, professor Qərib Allahverdiyev və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Abbas Əhmədov olan monoqrafiya Naxçıvan şəhərində “Əcəmi” nəşriyyatında çap olunmuşdur.

Giriş, iki fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan 97 səhifəlik monoqrafiya elmi-pedaqoji baxımından düzgün işlənmişdir.

Monoqrafiyanın “Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının formalaşması” adlı  I fəslində XIX əsrin sonu XX əsrin əvvəllərində siyasi-hüquqi ideologiyanın istiqamətlərinin xarekteristikası öyrənilmiş, Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mühüm faktorlar araşdırılmış və Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mütəfəkkirlərin fikirləri tədqiqə cəlb olunmuşdur.

Monoqrafiyanın II fəsli “Hüseyn Cavidin siyasi idealı, dövlət və dövlətin formaları haqqında ideyaların təkamülü” adlanır. Bu fəsildə isə Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ilkin dövrü tədqiq edilmiş, Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ideya mənbələri araşdırılmış Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının inkişaf istiqamətləri tədqiq olunmuş, Hüseyn Cavid və yaradıcılığına siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolu öyrənilmişdir.

Monoqrafiyanın “Nəticə” hissəsində tədqiqata yekun vurulmuş, məqsəd və vəzifələrin yerinə yetirilməsi haqqında ümumiləşdirici məlumatlar verilmiş və tədqiqatın əsas yekunları müddəalar şəklində sadalanmışdır.

“İstifadə edilmiş ədəbiyyat” hissəsində isə monoqrafiyanın yazılmasında istifadə olunmuş mənbələr göstərilmişdir. Müəllifin problemlə bağlı elmi ədəbiyyatla, və dövrü mətbuat kolleksiyaları ilə tanışlığı da xüsusi qeyd olunmalıdır.

Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında bəhs etdiyi məsələni diqqətlə öyrənmiş və təhlil etmişdir. Müəllifin problemə baxışı, yanaşması, tədqiqi tam sistemli və yenidir.

      TALEH XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin dosenti,

       pedaqogika üzrə fəlsəfə doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTACIN UŞAQ DÜNYASI… – AYƏTXAN ZİYAD

Zaur Ustac – şair, publisist.

ZAUR USTACIN UŞAQ DÜNYAS VƏ

BU DÜNYANIN “GÜLLÜNÜN ŞEİRLƏRİ”

  SÖZ ÇƏLƏNGİ

     Elmi rəhbər: Ramazan Qafarlı,

filologiya üzrə elmlər doktoru,

professor

Zaur Ustaj’ın çocuk dünyası

ve bu dünyanın kelime çelengi

“Güllü’nün şiirleri”

ÖZET: Oluşum tarihine dikkat edersek, çocuk edebiyatımızda her dönemin özgün örneklerinin “altın fon” kadar korunduğu açıktır.

Gelecek neslimizin egitimi ve oluşumunda Abbas Sahhat, Abdulla Shaig, Mirza Alakbar Sabir, Suleyman Sani Akhundov, Mohammad Taghi Sidgi, Rashid bey Efendiyev, Samad Vurgun, Resul Rza, Mirvarid Dilbazi, Zeynal Khalil, Hikmet Ziya, Mikayil Rzaguluzade, İlyas Tapdig, Mikayıl Alibeyli, Rafig Yusifoğlu, Zahid Halil, Gasham İsabeyli gibi edebi mücahitlerin paha biçilmez hizmetleri vardı. XX yüzyılın 50`li yılların ikinci yarısından itibaren belirtilen dönemler içinde sonraki dönem özel bir öneme sahiptir. Geçmiş dönemlere kıyasla bu dönemin edebiyatı (çocuk edebiyatı dahil) tarih sahnesinde sosyo-politik bilinçte ilerici eğilimler kalite degişim ile unutulmaz oldu. Korney Chukovsky, Samuel Marshak, Arkady Gaidar ve Sergei Mikhalkov gibi mücahidler sayesinde edebiyat yeni bir aşamaya girdi ve sovyet ideolojisinden çok uzak yaratıcı kalıplar şekillenmeye başladı. Azerbaycan edebiyatı bu “savaştan” uzak duramadı. Kelimeye yeni bir bakış açısı göstererek, önceki zamanlara göre farklılıklarıyla dikkat çekiyor “Altmışlar” ve “yetmişler”, bu zaman süzgecinden ayrılan­lardır.

Şimdi Azerbaycan çocuk edebiyatı yeni gerek­sinim­lerle dolu XXI.Yüzyıl sahnesini yaşıyor. Degişen dünya­mız, çocuğun toplumdaki yenilikleri kavramasına yardımcı olacak örknekler oluşturmayı kaçınılmaz bir görev haline getirmiş, zamanın gerçekleri, çocuk edebiyatı da dahil olmak üzere bir bütün olarak edebiyatı sürekli güncelleyen ve zenginleştiren yeni bir edebiyat türü yaratmayı zorunlu kılmıştır. Edebiyat eleştirmeni Zahid Khalil’in “Çocuk edebiyatının temel görevleri” başlıklı makalesinde belirttiği gibi, bu önemli görevlerin çözümü, yirminci yüzyılın 90’lı yıllarından sonra edebiyatla uğraşan kuşağa düştü.

 Bu tür kalemlerin sahiplerinden biri, “60’lar” ve “70’ler” in yenilikçi yolunu başarıyla sürdüren, ancak ne yazık ki çocuk edebiyatı camiasına sadece bir kitapla (“Güllü Şiirleri”) giren 26 kitabın yazarı Zaur Ustac’dır.

Makale, Z.Ustac’ın “60’lar” ve “70’ler” kuşağını sürdürmesinin özelliklerini tartışıyor.

ANAHTAR KELİMELER: Azerbaycan çocuk edebiyatı; “Altmışlar”, “yetmişler” kursağı; edebi mücahitler; zamanın gerçekleri; “Güllünün şiirleri” kitapı.

Təşəkkül tarixinə diqqət yetirsək, uşaq ədə­­­­­biy­­­­­­yatı­­mızda hər dövrün özünəməxsus nümunələrinin “qızıl fond” cövhəri qədərində qorunduğu aşkardır.

Gələcəyimiz olan nəslin təlim-tərbiyəsində və formalaşmasında Abbas Səhhət, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Məhəmməd Tağı Sidqi,  Rəşid bəy Əfəndiyev, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Zeynal Xəlil, Hikmət Ziya, Mikayıl Rzaquluzadə, İlyas Tapdıq, Xanımana Əlibəyli, Məstan Günər, Rafiq Yusifoğlu, Zahid Xəlil, Qəşəm İsabəyli kimi ədəbiyyat mücahidlərinin əvəzsiz xidmətləri olmuşdur. Qeyd edilən zamanlar çərçivəsində XX əsrin 50-ci illərinin II yarısından sonrakı dövr xüsusi önəm daşıyır. Əvvəlki zamanlarla müqayisədə bu dövr ədəbiyyatı (uşaq ədəbiyyatı da həmçinin) tarix səhnəsində ictimai-siyasi şüurda mütərəqqi meyllərin keyfiyyət dəyişikliyi ilə yaddaqalan olmuşdur. Korney Çukovski, Samuil Marşak, Arkadi Qaydar, Serqey Mixalkov kimi mücahidlərin sayəsində ədəbiyyat yeni mərhələyə qədəm qoymuş, sovet məfkurəsindən uzaq yaradıcılıq nümunələri formalaşmağa başlamışdı. Azərbaycan ədəbiyyatı da bu “savaşdan” qıraq qala bilməzdi. Əvvəlki zamanlarla müqayisədə fərqliliyi ilə diqqət çəkən, sözə yeni baxış sərgiləyən “altımışıncılar”, “yetmişincilər” nəsli zamanın məhz bu süzgəcindən ayrılıb seçilənlərdir.

İndi Azərbaycan uşaq ədəbiyyatı da özünün yeni tələblərlə dolu XXI əsr mərhələsini yaşayır. Dəyişən dünyamız cəmiyyəti əhatəsində sıxan yenilikləri uşağın qavramasına, dərk etməsinə kömək edən nümunələr yaradılmasını qaçılmaz vəzifə olaraq qarşıya qoymuş, zamanın reallıqları yeni tipli ədəbiyyat yaradılmasını, bütövlükdə ədəbiyyatın, o cümlədən uşaq ədəbiyyatının da daim yenilənməsi və zənginləşdirilməsi tələbini qaçılmaz etmişdir. Bu həllivacib vəzifələrin həlli isə, ədəbiyyatşünas-şair Zahid Xəlilin “Uşaq ədəbiyyatının başlıca vəzifələri” məqaləsində xüsusi vurğuladığı kimi, XX əsrin 90-cı illərindən sonra ədəbiyyatda mövqe sərgiləyən nəslin öhdəsinə düşmüşdür.

Belə qələm sahiblərindən biri “60-cılar” və “70-cilər” nəslinin yenilikçilik yolunu müvəffəqiyyətlə davam etdirən 26 kitab müəllifi, ancaq, təəssüf ki, uşaq ədəbiyyatı cameəsinə yalnız bir kitabı ilə (“Güllünün şeirləri”) daxil olan Zaur Ustacdır.

Məqalədə Z.Ustacın “60-cılar” və “70-cilər” nəslinin  yolunu hansı özünəməxsusluqları ilə davam etdirdiyindən bəhs olunur.

***

O qələm sahibi xoşbəxtdir ki, onun ədəbiyyata gətirdikləri qeyri qələm sahibləri tərəfindən də qəbul oluna, yaşadıla. Necə ki biz Z.Xəlil yaradıcılığında xalq ədəbiyyatı ruhunu, folklorun ilıq nəfəsini, Abdulla Şaiq üslubunu aşkar görürük,uşaq ədəbiyyatına eynilə Z.Xəlil tərzində yanaşma Zaur Ustacın da yaradıcılığında (uşaq şeirlərində) müşahidə edilir.

Hansı tərzdə?

Təqdim olunan məqalədə bu məqamlar zaman-zaman mühakimənizdə.

***

Əvvəlcə uşaq ədəbiyyatı nümunəsi

və bu müstəvidə Z.Ustacın mövqeyi haqqında

Uşaq əsəri, yoxsa uşaqlar üçün yazılan əsər?

Bu mövzu illərlə qələm sahibləri, o cümlədən ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən birmənalı qarşılanmamışdır.

Ədəbiyyatşünas Zahid Xəlil, Füzuli Əsgərli və Bilal Həsənli bu qənaətdədirlər ki, “uşaq ədəbiyyatı” dedikdə 3-17,18 yaşadək oxucular üçün yazılan ədəbiyyat nəzərdə tutulur. Həm də yazıçı hansı yaş mərhələsi üçün yazdığını, deyək ki, məktəbəqədər yaşda uşaqlar üçün (3-6 yaş); kiçik məktəb yaşı dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-14 yaş); yoxsa ilkin gənclik yaş həddi üçünmü (14-17 yaş) yazdığını irəlicədən nəzərə almalıdır [3. s.13; 2. s.3]. “Balaca oxucu çox tələbkardır, onun zəif əsərə maraq göstərməsi mümkün deyildir. Uşaq əsəri yaratmaq üşün sənətkarda istedad, əməksevərliklə yanaşı dünyaya uşaq gözləri ilə baxmaq, uşaq dünyasının incəliklərindən baş çıxarmaq bacarığı lazımdır. Yüksək sənət nümunəsi olan, uşaqların bəyəndiyi əsəri yazmaq üçün sənətkarda bədii sözdən istifadə məharəti ilə yanaşı, uşaq qəlbinin, hiss və duyğularının təbiiliyi, sadəliyi, təvazöğkarlığı, saflığı olmalıdır” [2. s.7].

Z.Ustaca görə, o əsər hamı tərəfindən qəbul edilir ki, hər kəs oxuduğu “hər kəlmədə öz hiss və duyğularını görə bilir. Bir bənd şeiri min əhvallı oxucu oxuyur, hamısı da düşünür ki, məhz bu sözlər onun üçün deyilib. Söz sənətində ustalıq, ədəbiyyatda təqdimetmə bacarığı – obrazlılıq – məhz budur,  obrazli desək, obrazin özüdür …” [8. s.123.”Obrazın özü” məqaləsi].

“Uşaq yazıçısı necə və kimlər ola bilər?” sualını V.Q.Belinski belə cavablandırıb: “Uşaq yazıçısının yaranması üçün olduqca çox şərtıər vardır: nəcib, sevən, diqqətli, sakit, körpəcə sadədil bir qəlb, yüksək məlumatlı bir idrak, predmetlərə aydın bir baxış, yalnız canlı bir təsəvvür deyil, həm də şairanə bir xəyal, hər şeyi canlı, zəngin surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır” [1. s.12].

Tədqiqatçı Hədiyyə Şəfaqət haqlı olaraq yazır ki, “… biz uşağı nə vaxt görə biliriksə, uşaq ədəbiyyatı o zaman yaranır. Uşağı görmək üçün gərək uşağın özü ola. Yəni əyani material” [5.].

Fikrimizcə, mülahizənin daha dəqiq ifadə tərzi də mümkündür. Biz də bu mülahizəni təqdirəlayiq hesab edirik ki, hansı qələm nümunəsinin içində uşaq dünyası görünürsə, həmin əsəri uşaq ədəbiyyatı nümunəsi qəbul etmək olar.

Təbii ki, qələm sahibi ədəbi qəhrəmanını necə görürsə, hansı tərzdə qəbul edirsə, düşüncələrini o yöndə də qələmə alır.

Hədiyyə Şəfaqət “Problem” rubrikalı məqaləsində uşaq ədəbiyyatının qəhrəmanları haqqında mülahizələrinin ardını belə ifadə edir: “uşaq çaşmalıdır, ayağı işləməlidir, “2” almalıdır, yeməyini dağıtmalıdır, süd içəndə ağzının böyür-başı bulanmalıdır. Uşaqdır axı” … “Beləcə uşaq ədəbiyyatı yarada bilərik” [5.].

 Biz XXI əsrin uşağına bunlarımı təlqin etməliyik? Pinti, XIX, yaxud XX əsrin birinci yarısında qalmış uşaq obrazınımı? Azyaşlıya bu təbiətli ədəbi qəhrəmanı təqdim etməklə onu bu simadamı görmək istəyirik?

Bəs azyaşlının özü necə? Bununla barışacaqmı?

Belə olan halda gəlin görək bu günün uşağı kimdir?

Mən XX əsrin II yarısında dünyaya gəlmiş nəslin nümayəndəsiyəm, bu yaşımda da mənə qaranlıq hər hansı işə əlimi bulaşdırmıram. Oğlum XX əsrin 80-ci illərinin əvvəlində dünyaya gəlib. Bir əlinin barmağının gücü çatmadığından iki əlinin barmaqlarını cütləşdirib televizorun pultunun düyməsini basıb uşaq filmlərinə baxırdı. Onun oğlu XXI əsrin əvvəllərində doğulub. Hələ əməlli danışmağı, qaydasınca yeriməyi bacarmadığı vaxtlardı, diski götürüb mənə uzadırdı ki, “baba, qoy”. Deyirdim ki, “mən bacarmıram, ata gəlib diski qoyar, sən də baxarsan”. Sizcə mənə cavabı nə olsa yaxşıdır? “Məni qucağına götür, boyum çatsın, özüm qoyum”.

Mülahizəmi süd qardaşım Ariflə bölüşəndə gülümsədi: sən XX əsrn 20-ci illərində dünyaya gəlmiş kişinin, Böyük Vətən müharibəsinin ağrı-acılarını, sarsıntılarını görmüş təfəkkür sahibinin oğlusan, oğlun XX əsrin 80-ci illərinin əvvəlində dünyaya gəlmiş nəslin övladıdır, nəvən isə oğlunun oğludur, XXI əsrin əvvəllərində dünyaya gəlmiş nəslin nümayəndəsi.

Təxminən 80 illik zaman hüdudunda doğulan üç nəslin nümayədəsinin təfəkkür tərzinə, hansı inkişaf yolu keçdiyinə diqqət yetirdinizmi? 

XXI əsrin nümayəndəsi budur: qamışdan, qarğıdan “at” düzəldib çapan yox, səhərdən axşama qədər planşetlə, mobil telefonla, kompüterlə əlləşən!

Deməli, bu günün uşaq ədəbiyyatı da kimlər üçün yazıldığı ilə hesablaşmalıdır. Yazıçı “süd içəndə ağzının böyür-başını bulaşdıran” uşaq üçün yox, planşetlə oyuncaq kimi davranan uşaq üçün yazdığını ruhən qəbul etməlidir.

Əlbəttə, bunu da təbii qəbul etməliyik ki, uşaq – öz uşaq ömrünü yaşamalıdır. Amma unutmamalıyıq ki, bu günün dərsdən “2” alan uşağı kimdənsə kömək uman deyil, dərslərinə özü hazırlaşıb “2”-sini “5”-lə özü əvəz etməyi bacaran uşaqdır.

Türkiyə, Rusiya, Avropa, Amerika filmlərində uşaq obrazlarını xatırlayaq: uşaq böyük bacı-qardaşı kimi danışır, iri adam düşüncəsi ilə mühakimə yürüdür, üzləşdiyi vəziyyətdən çıxış yolunu özü arayır.

Biz “hansı qələm nümunəsinin içində uşaq dünyası görünürsə, həmin əsəri uşaq ədəbiyyatı nümunəsi olaraq qəbul etmək olar” deyəndə, bu təbiətli uşaqlar üçün yazılan əsərləri nəzərdə tuturuq. Başqa sözlə, XXI əsrin uşağı XX əsr vətəndaşının tanıyıb-bildiyi uşaq deyil, tamamilə özgə təfəkkürə malik uşaqdır.

Biz bunu qəbul etməyə, zamanın bu diktəsi ilə barışmağa məhkumuq.

Ədəbiiyyatşünas Z.Xəlil “Uşaq ədəbiyyatının başlıca vəzifələri” məqaləsində yazır: “90-cı illərin əvvəllərində (XX əsrin 90-cı illəri nəzərdə tutulur – A.İ.) uşaq ədəbiyyatı bütövlükdə yaşlı sənətkarların ümidinə qaldı. Sonralar yavaş-yavaş yeni qüvvələr yarandı” [4. s.10].

Z.Xəlilin ünvan göstərmədən ümumi qeyd etdiyi qələm sahiblərindən biri də, mənim qənaətimə görə, imzası 1988-ci ildən mətbuatda özünə pərəstişkarlar qazanan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, 2019-cu ildən Prezident təqaüdçüsü, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru Zaur Ustacdır. Bu çağacan 26  kitabı nəşr edilib. Onlardan yalnız biri uşaq kitabıdır: “Güllünün şeirləri”. Və “Güllünün şeirləri” “uşaq ədəbiyyatı” istilahının tələblərinə cavab verdiyindən oxucu mühakiməsinə çıxarırıq.

Zaur Ustac – “Güllünün şeirləri” kitabı

İlk dəfə sosial şəbəkədə rəqəmlərdən bəhs edən şeirləri ilə rastlaşdım. Bu şeirlər “Güllünün şeirləri” kitabından imiş. Və həmin əsərlər, içində uşaq dünyası görünən ədəbiyyat nümunəsi olduğundan diqqətimi cəlb etdi.

İlk görüşümüzdə işlətdiyi cümlə əsərləri ilə ünsiyyət bağlamağım üçün bir növ “açar” oldu: “Vur-tut bir uşaq kitabım var: “Güllünün şeirləri”. O şeirlərin ilk nümunələrini 2004-cü il dekabrın 12-də dünyaya gələn qızım Gülüzə 6-7 yaşda olanda yazmışam. Məktəbəqədər hazırlıq qrupları üçün metodik vəsait kimi də təsdiq olunub… Bir də özüm uşaq yaşımda yazdığım bir-iki uşaq şeirim var, vəssalam. Güman ki, bir də yəqin gələcəkdə nəvəm üçün yazmış olaram”.

Z.Ustac bundan sonra həqiqətən uşaqlar üçün yazmayacaqsa, təəssüf! Niyə təəssüf? Bu sorğumuza cavab “Güllünün şeirləri” haqqında düşüncələrimiz bitən yerəcən zaman-zaman mühakimənizdə.

***

Diqqət yetirdinizmi, hər üç zaman kəsiyi uşaq yaşının içində görünür: 1. Özü uşaq yaşında olanda yazdığı şeirlər; 2. Beş-altı yaşlı qızı üçün yazdığı şeirlər; 3. Nəvəsi körpə yaşında olacağı illərdə onun üçün yazacağı şeirlər.  

Beləliklə, qətiyyətli olaraq qəbul etməyimiz gərəkir ki, uşaq ədəbiyyatı – uşaqlar haqqında yazılan əsərlər deyil, içində uşaq dünyası görünən əsərlərdir.

Uşaq ədəbiyyatı – uşağı dərk etdiyimiz andan, uşaq dünyasını içimizə hopdurub onu təzədən yaşadığımız anlar qələmə alınan əsərlərdir. Körpəsinə əluifbanı necə öyrətmək, bütün elmlərin açarı olan riyazi biliklərə övladını necə isinişdirmək istəyi ataya Gülüzənin uşaq dünyasını təzədən yaşadıb. Ata altı yaşlı körpəsinin həyata baxışı ilə Azərbaycan əlifbasının söz dünyasına baş vurub, riyazi biliklərin cəngəlliklərinin hələ bəsit mərhələsində o sirli dünyaya sahib durmağın mətləblərini anlatmağa səy göstərib övladına.

“Güllünün şeirləri” bu zərurətdən yaranıb. Müəllif kitabın 2011-ci ildəki nəşrinin “Ön söz”ündə bu barədə yazıb: “Gülü xanım təzə-təzə birinci sinfə gedirdi. Mən də həmişəki kimi işdə idim. Evdən zəng gəldi, cavab verəndə Gülü mənə sevinə-sevinə dedi ki, ata, “ A” hərfini keçdik, müəllim evə “A”-ya aid şeir tapşırıb, gələndə hərflərə aid şeir kitabı al gətir. Dedim ki, oldu. Məhdud vaxt içərisində ora-bura baxdım. Belə bir kitab tapa bilmədim. Çox maraqlıdır ki, bütün köşklərdə başqa dillərdə belə maraqlı, əyləncəli uşaq şeir kitabları olsa da, bizim dilimizdə yox idi” [8. s.126].

Zaur Ustac – “Gülünün şeirləri” kitabı.

Daha sonra müəllif yazır: “…birinci, ikinci sinif şagirdlərinin böyük əksəriyyəti hərfləri ayrı-ayrılıqda tanısalar da, ilkin vaxtda hecadan sözə keçəndə böyük çətinliklə üzləşirlər. Sayı çox, sanbalı yox dərsliklər və iş dəftərləri uşaqları həddindən artıq yükləsə də bu tələbatı qarşılamır. Üstəgəl, ilk gündən başlayaraq hər gün ildırım sürətli proqramla irəliləyən tədris yükü uşaqları sıxır, yorur. Bunun kökündə isə onun sərbəst oxuya bilməməsi dayanır. Bəlkə də ən ciddi problem tapşırıqların özlərinin deyil, şərtlərinin olduqca çətin anlaşılan və alternativdə asan bir-iki hecalı söz olsa da, çətin, üç-dörd hecalı sözlərdən ibarət olmasıdır. Aydın məsələdir ki, belə olduqda istər oxu olsun, istər hesab – uşaqların vəziyyəti çətinləşir [8. s.127].

“Güllünün şeirləri” bütün bu tələblər nəzərə alınaraq qələmə alınıb. Kitabda mövzular üzrə seçim edilməsə də, məktəbə hazırlıq yaşında olan uşağın “qolundan tuta biləcək”, onlara bilgi verə biləcək şeirlər toplanıb: əlifbaya aid şeirlər, rəqəmlərə, aylara, ilin fəsillərinə, uşaqlara, təbiətə aid və vətənpərvərlik mövzusunda şeirlər. Hansı ki, valideyn himayəsi olmadan da uşağın özü bu şeirləri oxuyub dərk etmək, onlarla “dil tapmaq” imkanında ola bilir. 2016-cı ildə nəşr olunmuş kitabın titul səhifəsində oxuyuruq: “…kitab bilavasitə körpə, fidan balalara şeir öyrədənlərə kömək məqsədi ilə qələmə alınmışdır. Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül hecalı şeirlər və 1-dən 10-dək rəqəmlərdən bəhs edən tapmacalar toplanmışdır. Kitab məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olmaqla yanaşı, ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə aid şeir əzbərləyin” tapşırığın da qarşılamaq iqtidarındadır” [7. s.4].

Z.Xəlil şeiriyyətinin ruhu

Z.Ustacın uşaq şeirlərində

Z.Xəlilin mükəddər uşaq poeziyası müstəvisində Z.Ustacın şeirlərini doğmalaşdıran, paralel tədqiqat müstəvisinə çıxaran hansı səbəblərdir?

Hər haldan öncə şeirlərindəki sadəlik, təbiilik, səmimiyyət, doğmalıq! 

Oxuyursan, baxırsan ki ilk baxışdan hamısı sənə tanışdır, amma bu zamanacan oxumadıqların, eşitmədiklərin, görmədiklərin təsiri bağışlayır. Hər kəlməsində sənə doğma olduğunu xatırlatmaqla hansı tərzdəsə təzə nə isə deyir, başa salır, öyrədir. O səmimiyyətlə ki, sənə “öyrədilən” bu “təzə nə isə”nin həqiqətən yeni olduğunu qəbul edirsən. Məsələn, “1” rəqəmi. Baxırsan ki, “1” rəqəmi sənə tanışdır. Amma yadında qalacaqmı ki, hansı hallarda “1” ilə qarşılaşa bilərsən? Bax, Z.Ustac məktəbə getməyə hazırlaşan uşağa bunu öyrədir. daha hər hansı bir ədəd əşyanı göstərib demir ki, “1” bu görkəmdə olur. “1”-i azyaşlının yaddaşında möhkəmlətməyin daha üstün vasitələrinə əl atır və bunun üçün toplama yox, yaddaşı daha çevik düşünməyə sövq edən “çıxma” əməlindən bəhrələnir.

Məsələn, üçdən iki çıxanda neçə qaldığının yolunu uşağa belə öyrədir:

Asan bir sual verim,

İnan, yoxdur beləsi.

Üçdən iki çıxanda

Söylə, qalır neçəsi?

Şeiri oxuyan azyaşlı da həmin sualı özünə verir: “Üçdən iki çıxanda neçə qalar?” Cavabı tapmaqda valideyn körpəsinə yardımçı ola bilər. Məsələn, hər hansı əşyadan üç ədəd stolun üzərində yerləşdirər, sonra onlardan ikisini kənarlaşdırıb övladından soruşar: “ Stolun üzərində neçəsi qaldı?” Uşaq stolun üzərində bir ədəd əşya qaldığını görüb sualı cavablandırar.

Şeiri oxuyanda ilk olaraq müəllifin “güman, bir də yəqin gələcəkdə nəvəm üçün yazmış olaram” kəlmələri xatirimə gəldi. Deməli, Zaur balaca Gülüzəsini məktəbə hazırlaşdırarkən qızına nələri və necə öyrətdiklərini qələmə alıb. Ki, bu kitabı oxuyan gənc ailə başçıları, yaxud məktəbəhazırlıq qruplarında, ya da birinci siniflərdə dərs deyən müəllimlər şair atanın üzləşdiyi çətinliklərlə üzləşməsinlər, ata Zaurun Gülüzəsini məktəbə hazırlaşdırarkən bəhrələndiyi cəhdlərdən örnək olaraq istifadə etsinlər.

Bəzi müəllimlərə haqlı olaraq həmişə irad tutmuşam ki, məsələn, riyazi hesablama zamanı uşağa aparılan əməlin nəticəsini, başqa sözlə, 2+2-nin hazır cavabının 4 olduğunu demək düzgün mövqe deyil. Məktəbli hesablamanı bu yöndə “öyrəndiyi” halda digər məqamlarda yenə kömək üçün kimə isə möhtac olacaq, ona əməliyyatın nəzəriyyəsi öyrədildikdə isə… Nəzəriyyə elmdir, qanundur – ömürlük yaddaşa yazılarsa, ömürlük əlindən tutmuş olacaq. İstəyirsən yüz yaşa, istəyirsən milyonlar üzərində hesablama apar, fərq etməz.

Adətən məktəbliyə hesablama plyusdan (üstəgəl əməlindən) istifadə etməklə öyrədilir. Hamının bildiyi və müəllimin də tədris prosesi zamanı ilk olaraq istifadə etdiyi bu variantdır. Z.Ustac isə fərqli mövqedədir. O, azyaşlıya azdan çoxa yox, çoxdan aza hesablamağı öyrətməyə səy göstərir.

Biliyə bu sayaq yiyələnmə isə insanı daha çevik düşünmək qabiliyyətinə, daha güclü məntiqi təfəkkürə sahib olmağa sövq edir.

“Təkrar biliyin anasıdır”. “1” rəqəminə həsr etdiyi ikinci şeirdə də şair həmin vasitədən bəhrələnir. Şeirdə daha iki rəqəmin adı çəkilir. Bununla azyaşlı oxucunun diqqətinə çatdırılır ki, ilk “1”, “2” və “3” rəqəmlərindən savayı nisbətən çətin tələffüz edilən “5”  və “6” rəqəmləri də var. Və “6”-nı nə qədər azaltmaq lazımdır ki, “5” alınsın?

İndi bir az da

Çətinləşdi iş.

Neçə azalsa

“Altı”,

qalar “beş”?          

Cavab yenə də “1”-dir (6-5=1).

…Uşaq yaddaşı ağ kağız kimidir, ora nəyi yazdın, necə yazdın, o cür də qəbul edəcək.

Z.Ustaca görə, rəqəmləri, hərfləri, dilaçma ərəfəsinin ilk kəlmələrini məktəb yaşına çatan uşağın yaddaşına “yazmaq” üçün rahat vasitələrdən biri də şeirdir. Axı şeir dilinin içində gizli pıçıltı ilə “oxunan” nəğmə var, bu nəğmənin adamın vücudunda cövlan edən ritmi var, bu ritmi “hərəkətə gətirən” musiqi var. Musiqi ilə öyrədilən söz isə yaddaşa tez həkk olur, asanlıqla və əbədilik hopur. Z.Ustac elə buna görə körpəsinə əlifbanı və rəqəmləri öyrətmək üçün poeziyaya üz tutub.

Z.Ustaca görə, “A” hərfi ən müqəddəs hərfdir. Hər haldan öncə ona görə ki, Azərbaycan övladı üçün insanlığın zirvəsində qərar tutan “ana” və “Azərbycan” kəlmələri “a” hərfi ilə başlayır:

“A” ilə “Ana” deyə

Aləmə səs salırıq.

“Azərbaycan” sözünə

“A” ilə başlayırıq.     [6. s.6].

Hələ bu azmış kimi, Z.Ustac Azərbaycan əlifbasının “A” hərfi ilə başlayıb “Z” ilə sonlandığı, həmçinin “ana”, “ata” kəlmələrində iki “a” hərfi olduğu və “a” hərflərinin “n” və “t” hərflərini əhatəyə aldığı haqqında da azyaşlı oxucusuya informasiya ötürür:

Baxın “ana” sözünə,

Hərfləri kim sayar?

“N” ortada tək durub,

Hər tərəfdə bir “A” var.

Ata, Ana tək sözlər

A-nın nəfis ilməsi.

A-dan Z-yə hərflər

Əlifbanın töhfəsi.

“N” hərfinə aid sözdə isə tədris prosesi zamanı əlifba sırasının pozulmasının səbəblərinə  aydınlıq gətirilir:

“N” iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki onu bilməsək

Yaza bilmərik “ana”.

“N” hərfinə aid başqa bir bəndlik şeirdə isə uşaq ona doğma olan daha üç sözlə (“ninni”, “nehrə” və “nəvə” sözləri ilə) özünün lüğət fondunu zənginləşdirmiş olur:

“N” nənəmin ninnisi,

“N” nənəmin nehrəsi,

“N” nənəmin şipşirin

Noğul kimi nəvəsi.

Z.Xəlil yaradıcılığındakı sayaq Z.Ustacın da rəqəmlərə aid tapmaca xislətli şeirləri var. Məktəbəqədər yaşda olan, hələ əlifbanı bilməyən, rəqəmlər haqqında bəsit təsəvvürə malik uşaqlar üçün yazılıb.

Müqayisə üçün diqqət yetirək: Z.Xəlilin tapmaca-şeirlərində cavab ya şeirin sərlövhəsində, ya da şeirin içində axtarılır, Z.Ustacda isə sual oxucuya müəllifin özü tərəfindən ünvanlanır. Həm də olduqca asan, hələ hesablama əməlindən zərrəcə anlayışı olmayan azyaşlının sualı dərk edə biləcəyi tərzdə:

Hansı qoçaq tez deyər,

Söyləyin, ay uşaqlar?

Xor-xor yatan pişiyin,

Neçə xumar gözü var?

İt və pişik uşağın ən çox sevgi, məhəbbətlə əhatə etdiyi ev heyvanlarındandır. “Pişiyin neçə gözü ola bilər?” sualını müəllifdən qəbul edən azyaşlı öncə hər gün evdə gördüyü pişiyi göz önünə gətirir. İnsanda da, pişikdə də iki göz olduğunu yəqin edir və beləliklə, cavab tapılmış olur.

Bu sıralanma 10 rəqəminə qədər davam edir.

Diqqət yetirək:

Eşitdim, öyrənmisən

İndi daha saymağı,

Adamın bir əlində

Neçə olur barmağı?

Artıq istiqamət verilib. Uşaq bir əlindəki barmaq­larını sayır və məlum olur ki, insanın bir əlində 5 ədəd barmaq var.

Yaxud, “6“ya aid şeir-tapmaca:

Cavabını kim verər,

Belə asan sualın;

Dörd ayağı, qulağı

Neçə edər ulağın?

Şeirdə ulağın ayaqlarının sayı müəllif tərəfindən artıq qeyd olunub (4), qalır ulaqda neçə qulaq olduğunu xatır­lamaq. Ulağı daha yaxından tanımaq imkanı olan kənd uşaqları ulaqda neçə qulaq olduğunu yaxşı bilir, şəhərli uşaqlar da bunu, güman, cizgi filmlərindən görməmiş olmaz­­lar. Beləliklə, uşaq 4-ün üstünə 2 rəqəmini gəlir və cavab məlum olur: 4+2= 6.

At yanında balası,

Gəzirdi otlaqları.

İkisinin bir yerdə

Neçədir ayaqları?

“8“-ə aid bu şeir-tapmacanı cavablandırmaq o qədər də çətinlik törətmir. Çünki 4-ə aid şeirdə dəvənin ayağının dörd olduğunu yəqin etmişdik. At da eynilə dəvəyə bənzər bədən quruluşunda olduğundan, uşaq atın da ayağının dörd olduğunu təxmin edir. Elə isə atın ayaqlarının sayı ilə balasının ayaqlarının sayı birlikdə nə qədər edər? 4+4=8.

Bir cəhətə də  diqqət yetirməyi unatmayaq. Z.Xəlilin yaradıcılığında uşaq poeziyasının tələbini ödəyən bütün şeir nümunələri ilə qarşılaşdığımız halda,  Z.Ustacın şeirləri əsasən bir bənddən (dörd misradan), yaxud iki, ya üç bənddən ibarət olur. Özünün ifadə tərzi ilə desək, uşağın şeiri daha rahat və tez qavraması üçün.

Yaradıcı ömrünü bütünlüklə uşaq ədəbiyyatına həsr etmiş Z.Xəlilin də hərflər və rəqəmlər haqqında əsərləri var: “Hərflər”, “İki yumurta”, “Hesab”, “Hesab dəftəri”, “2” əhvalatı” şeirləri və “Sıfırın nağılı” mənzum nağılı. Bu şeirlərdə hərflərdən və riyazi əməliyyatlardan, onların ümumi görünüşündən, bənzər, yaxud fərqli əlamətlərindən bəhs olunur. Yazıçı uşağa sadəcə bilgi verməklə kifayət­lən­mir, eyni zamanda məktəblini məntiqi cəhətdən düşün­məyə də sövq edir. Məqamı ikən qeyd edək ki, Z.Xəlilin bu kimi şeirləri zamanında Azərbaycan uşaq ədəbiyyatında yaranmış boşluğu dolduran azsaylı nümunələrdən olub və bu gün də əvvəlki təravətini, oxucu məhəbbətini qoruyub saxlamaqdadır.

Z.Xəlil şeirlərini əsasən XX əsrin 70-ci illərində qələmə alıb, Z.Ustac isə ondan illər sonra. İlk dəfə 2011-cu ildə nəşr olunan “Gülünün şeirləri” bağça və ibtidai sinif müəllimləri üçün dərs vəsaiti qismində tövsiyə edilmiş, 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən məktəbə­hazırlıq qrupları üçün nəzərdə tutulmuş 3 hissəli dərsliyin “Məktəbə hazırlaşırıq” adlı həmin dərsliklər üzrə 2 hissəli metodik vəsaitinin I və II hissələrinə daxil edilmişdir. 2016-ci ilə qədərki nəşrlər “Gülünün şeirləri”, 2019-cu və 2020-ci illərdəki təkmilləşdirilmiş nəşrlər isə “Güllünün şeirləri” adlandırılmışdır

Pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilov kitaba yazdığı “Ön söz”də müəllifi haqlı olaraq “novator şair” adlandırmış, kitaba daxil edilmiş şeirlərin “böyük dəyərə malik mütaliə materialı”, “müasir əhəmiyyətinə görə qiymətli” olduğunu qeyd etmişdir. T.Xəlilova görə, “vəsaitdə fənlərarası inteqrasiya da düzgün qurulmuşdur”. Məqalə müəllifi dərs vəsaitinə hərflərlə birlikdə rəqəmlə­rin də daxil edilməsini “Azərbaycan dili fənni ilə riyaziy­yat fənni arasındakı inteqrasiyanın bariz nümunəsi” qis­min­də dəyərləndirmişdir: “Vəsaitdə Azərbaycan əlifbası­nın hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir” [6. Xəlilov Taleh. “Ön söz” məqaləsi. s.3, 4 və 5].

Tənqidçi-ədəbiyyatşünas, doktor-professor Qurban Bayramov Z.Ustac şeiriyyətinin “sirlərini” incələyib onları “ədəbi ştamplardan uzaq” adlandırıb: “Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşçılıqla bərabər ən çox gələcəyə, perspek­tivə yönəlikdir. Onun yaradıcılığı həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür”, – yazır, – “bezdirici deyil, maraq doğurur”, “impultiv deyildir, ardıcıllıq, mütəmadi­lik, məqsədyönlülük, prinsipiallaq üslubunu, yazı-mövzu yönümünü-yönəmini” şərtləndirir. Müəllif, yazıçının “hər şeyi öz adı ilə çağırmaq”, türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla deyil, həm də şüurla bağlamaq missiya­sını, ənənəvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda)” şərh etmək bacarığını yüksək qiymətləndirir.

Z.Ustacın ümumən yaradıcılığı haqqında deyilən bu qənaətlər şairin uşaq şeirlərində də aydın müşahidə olunur. Həyatın çox gərdişlərindən bixəbər böyüyən uşaqlar sadəlövh olduqları qədər də ağıllı və düşüncəli; şıltaq və dəcəl olduqları qədər də təmkinli, qayğıkeş, bir-birini başa düşən, qəbul edəndirlər. Yayı sevirlər – heç vaxt görmə­dikləri yerlərə səyahət edəcəklər axı. Qışı da sevirlər – qartopu oynayacaqlarına, qardan şaxta baba, qar qız düzəldəcəklərinə, şaxtalı havada buz üzərində sürüşəcək­lərinə görə. Yazin, payızın da özünəməxsus özəllikləri var onlar üçün. Birində uca Tanrının rəngkarı olduğu özəl bir dünyaya vurğun kəsilirlər, digərində Ulu Yaradanın son “şah əsəri” olan insanı yaşatması üçün yoxdan var etdiyi nemətlərin ətrini, dadını çıxarırlar özləri üçün.

Bu sevgilər içərisində onları daha çox qayğılandıran Vətənə, Ana torpağa məhəbbətdir. Yanvarın, fevralın, martın öz özəlliyi olduğu kimi, payız aylarının da özünə­məxsus­luqlrı uşaqlar üçün cəlbedicidir. Onlar məktəbi, kitabı daha çox sevirlər. Axı yaxşı oxumasalar həyatda mükəmməl insan ola bilməzlər. Bunun üçünsə kimə minnətdar olmaq lazımdır? Müəllimlərinə, kitablara, hər kəsdən öncə isə ömrünü övladlarına fəda edən valideyn­lərinə.

Z.Ustacın uşaq şeirlərində gələcəyimiz olan balalara bunlar təlqin olunur. Və artıq qeyd etdiyimiz kimi, uşağın çox rahatlıqla dərk edəcəyi, qəbul edəcəyi anlamlı deyim tərzində.  

…Q.Bayramov Z.Ustacın yaradıcılığında bir cəhətə də xüsusi önəm yetirir. Yazıçının “baxımsız qalmış, gözdən-kö­nül­dən iraq salınmış, unudulmuş yox, unutdu­rulan mövzulara da ürəklə, cəsarətlə göz yetirməsinə, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarıb yaddaşları dirildən kitaba” çevirməsinə. Z.Ustacın belə yadigarlarından biri unudulmaqda olan “USTAC” istila­hına təzədən həyat verməsidir. Azərbaycan kişi adlarının izahlı lüğətində “sənətkar, öz peşəsinin bilicisi” mənasını daşıyır, Z.Ustacın öz qənaətinə görə isə, “qələmdar olmaq missiyası”nı.

***

Əvvəldə Z.Xəlilin “Uşaq ədəbiyyatının başlıca vəzifə­ləri” məqaləsinə istinad edərək XX əsrin 90-cı illərinin əvvəllərində uşaq ədəbiyyatının bütövlükdə yaşlı sənətkarların ümidinə qaldığını, sonralar yavaş-yavaş yeni qüvvələr yarandığını diqqətə çatdırmış və bu yeni qüvvələr sırasında Z.Ustacın özünəməxsus yeri olduğun qeyd etmişdik…

Z.Xəlil yaradıcılığından bəhs edəndə həmişə demi­şəm ki, o, xoşbəxt taleli yazıçılarımızdandır. Hər haldan öncə ona görə ki, Abdulla Şaiq yaradıcılığına, folklora, şifahi xalq ədəbiyyatına bağlılıq onu bu günkü uçalığında qərarlaşdırıb. Həmçinin bir də ona görə ki, Z.Xəlilin uğurla inkişaf etdirdiyi uşaq ədəbiyyatımız bu gün Z.Ustac kimi qələmdarların yaradıcılığında özünəməxsus yönümdə davam etdirilir.

Ədəbiyat siyahısı:

1. Belinski V.Q. Seçilmiş əsərləri. Bakı-1948.;

2. Həsənli Bilal Azərbaycan uşaq ədəbiyyatı. Bakı-“Müəllim” nəşriyyatı-2015, 522 səh.;

3. Xəlil Zahid, Əsgərli Füzuli. Uşaq ədəbiyyatı. Bakı-2007, 490 səh.;

4. Xəlil Zahid. Azərbaycan uşaq ədəbiyyatı. Bakı-2019, 306 səh.;

5. Şəfaqət Hədiyyə. Uşaq ədəbiyyatında obrazlar və dərsliklər. Problem. 2 iyul 2012-ci il [https://modern.az/az/news/25987;

6. Ustac Zaur. “Güllünün şeirləri”. Bakı-“Mücrü”-2020, 40 səh.;

7. Ustac Zaur. “Gülünün şeirləri”. Bakı-2016, 30 səh.;

8. Ustac Zaur. Qələmdar. Bakı-2020, 300 səh.

Ayətxan Ziyad – yazıçı-jurnalist, tədqiqatçı.

Ayətxan Ziyad (İsgəndərov)

Azərbaycan Yazıçılar

və Jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnalist, tədqiqatçı.

Dərc  olunub:

  1. İlk xəbər. 13yanvar 2021.
https://ilkxəbər.orq/news/php?id=51175;

2. Müstəqil.Az 13.01.2021.

3. Kultur.Az 15.01.2021.

http://kultur.az/?p=16218;

4.Fedai.az  20.01.2021

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QƏLƏMDAR OLMAQ MİSSİYASI

Zaur Ustac, şair-publisist.


Zaur Ustac – qələmdar olmaq missiyası

(Tənqidçinin xəfif eksklüziv münasibəti…)

Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:

Gəldin bu aləmə, ərkanı gözlə,

Yaxşı bax ətrafa, dövranı izlə,

Ustac əmanəti, aram ol sözlə,

Qələmlə elə yaz, qoy izi düşsün.

Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!

Qurban Bayramov – tənqidçi-ədəbiyyatşünas, doktor-professor.

QurbanBayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,“Fədakar alim” ,”Elm fədaisi”,“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,“SəmədVurğun mükafatı” laureatı,1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü

28.04.2020. – Bakı ş.

 MƏQALƏ  KİTABLARDA  ÖN  SÖZ  KİMİ:

Zaur Ustac “Qədimliyə bürünmüş yenilik” (şeirlər).

Qələndər Xaçınçaylı “Taclı şair” (Zaur Ustac haqqında).

MƏQALƏNİN  YAYIMLANDIĞI  MƏTBU  ORQANLAR:

ƏNƏNƏVİ  QAYDADA:

“TƏZADLAR” qəzeti N : 12 (2253) 5 may 2020-ci il. səh. 14.

“HƏFTƏ  İÇİ” qəzeti N : 42 (3280) 5-6 may 2020-ci il. səh. 8.

“ƏDALƏT” qəzeti N : 69 (5729) 16 may 2020-ci il. səh. 11 və 14.

“KREDO” qəzeti N : 35  (1015)  01 oktyabr  2020-ci il. səh. 10.

“ƏDƏBİYYAT  QƏZETİ”  N : 46 (5274) 17 oktyabr  2020-ci il. səh. 29.

ELEKTRON  QAYDADA:

moderator.az

ilkxeber.org

mustaqil.az

525.az

goyce.az

yazyarat.com

yenises.az

tezadlar.az

pravdainfo.org

kultur.az

hafta.az

ZAUR USTACIN İDARƏÇİLİYİNDƏ OLAN SAYTLAR:

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018.
2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018.3. Gülü “ZAUR  USTAC”        Bakı – 2020.
4.Qələndər Xaçınçaylı “TACLI  ŞAİR”   Bakı – 2020.

5. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru