Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.
“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisit Vaqif İsaqoğludur.
Kitab haqqında girişdə müəllif özü belə məlumat verir: “Bu monoqrafiyanı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi oxucular tərəfindən sevilən, şeirləri ilə ürəkləri ovsunlayan, yazıçı, şair, tərcüməçi və publicist, dəyərli ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm.”
Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdə təhlilindən ibarət olan kitab böyük bir auditoriya – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.
Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatıçısı Rahilə Qaralovadır.
Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Azərbaycanın Qurban Bayramov, Vaqif Yusifli, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.
Kitab “Zaur Ustac – 50” layihəsi çərçivəsində nəşr edilib.
“Yazarlar” olaraq, bu münasibətlə ZAUR müəllimi təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Böyük Allah dövlətimizin bayrağını daim uca etsin! Amin!
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustadan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Zaur Ustac, “Qərbin bağrında Şərq çiçəyi” (Müasir türk yazarı Karalina Laurent Turuncun söz dünyası), “Xalq qəzeti”, 17 aprel 2024-cü il, say: 76 (30480), s.10.
Cığırımız Yol oldu! – Zaur Ustac, “Olaylar” qəzeti, 19-25 aprel 2024-cü il, say: 13 (4992), s.16.
Zaur Ustac, “Santavik Əhməd” (hekayədən bir parça), “Xəzan” jurnalı, Mart – aprel – 2024, say: 03 (57), s.122-125.
Vaqif İsaqoğlu, “Sevgi dolu şeirlər”in işığında (Zaur Ustac yaradıcılığına bir nəzər), “Olaylar” qəzeti, 25-31 oktyabr 2024-cü il, say: 37 (5013), s.22.
Təranə Dəmir, “Səmimiyyətdən yoğrulan şeirlər” (Zaur Ustac yaradıcılığı haqqında), “Xəzan” jurnalı, sentyabr – oktyabr – 2024, say: 07 (61), s.64-65.
Zaur Ustac, “Hər səngər məbəddi, pirdi hər əsgər” (şeirlər), “Xəzan” jurnalı, sentyabr – oktyabr – 2024, say: 07 (61), s.66-69.
Vaqif İsaqoğlu, “Sevgi dolu şeirlər”in işığı, “525-ci qəzet”, 31 oktyabr 2024-cü il, say: 200 (6488), s.14.
Zaur Ustac, “Ermənistanın dəhşətli ekosid siyasəti haqqında yeni nəşr”, “525-ci qəzet”, 6 dekabr 2024-cü il, say: 224 (6512), s.13.
Əli Rza Xələfli, “Zaur Ustac – 50” (Adı ağl tacı, sözü gül tacı), “Kredo” qəzeti, 19 dekabr 2024-cü il, say: 75-76 (1253-1254), s.1-4.
Zaur Ustac, “Bayraq bizim bayrağımız” (şeirlər), “Kredo” qəzeti, 19 dekabr 2024-cü il, say: 75-76 (1253-1254), s.3.
Cahangir Namazov (Özbəkistan), “Milli dəyərləri qoruyan şair” (Zaur Ustac haqqında), “Həftə içi” qəzeti, 19-25 dekabr 2024-cü il, say: 47 (3560), s.7.
Cahangir Namazov (Özbəkistan), “Milli dəyərləri qoruyan şair” (Zaur Ustac haqqında), “Olaylar” qəzeti, 20-26 dekabr 2024-cü il, say: 45 (5021), s.17.
Vaqif İsaqoğlu, “Sevgi dolu şeirlər”in işığında (Zaur Ustac yaradıcılığına bir nəzər), “Xəzan” jurnalı, dekabr 2024 / 9 / 63, s.2-3.
Zaur Ustac, “Bəlkə də payızı biz uydurmuşuq?!” (şeirlər), “Xəzan” jurnalı, dekabr 2024 / 9 / 63, s.4-5.
“Xəzan” jurnalının redaksiya heyəti, “Zaur Ustac – 50” (təbriknamə), dekabr 2024 / 9 / 63, s.6.
*Davamı 2025-ci il siyahısında.
Xarici mətbuatda – 2024
Türkiyə. “Manşet – fethiye” qəzeti, 03 aralık 2024, salı, Yıl 4, Sayı: 172, s.6. “gönlümde biriken sözüm var benim”, Zaur Ustac – şair – Bakü – Azerbaycan.
Özbəkistan. “Маърифат ва ёшлар” qəzeti, 7 декабрь 2024 йил шанба № 24 (72), s. 3. Qardoshlar ijodidan – Zaur Ustac, Kezdim, Bu oqshom…
Antologiyalar – 2024
“Tənha çiçək tez solar”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 336 səh. Zaur Ustac s. 320-324.
“Yağışlı bir gün idi…”, (hekayələr toplusu) Bakı, “TEAS” Press Nəşriyyat evi, 2024-cü il, 436 səh. Zaur Ustac s. 185-192.
“Könül nəğmələri”, (ədəbi toplu) Bakı, “Borçalı”, 2024-cü il, 560 səh. Zaur Ustac s. 306-318.
“Hara gedir bu dünya”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 368 səh. Zaur Ustac s. 347-353.
“Analı, Atalı dünyam”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 384 səh. Zaur Ustac s. 366-371.
“Xəyallar dünyası”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 400 səh. Zaur Ustac s. 382-385.
“Ömür dastanının boyları”, (İbrahim Yusifoğlu – 70) Bakı, “Şirvannəşr”, 2024-cü il, 436 səh. Zaur Ustac s. 233-237.
“Zirvəyə gedən yollar”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2024-cü il, 384 səh. Zaur Ustac s. 370-373.
Müəllif əsərləri – 2024
1.Zaur Ustac, “Sevgi dolu şeirlər”, Bakı, “Adiloğlu” nəşriyyatı, 2024-cü il, 130 səh. (I, II, III nəşrlər)
Tərtibçilik – 2024
1.Zaur Ustac, “Ağ adam” (Rəşad Məcidin anadan olmasının 60 illiyi münasibətilə), Bakı, “Ustac.Az” ” nəşrləri, 2024-cü il, 100 səh. “Yazarlar dərnəyi” XXXV – KİTAB.
2.Zaur Ustac, “Hürriyyət elçisi” (Şəhidi-şühəda Nəcəfi Elxanın əziz xatirəsinə), Bakı, “Ustac.Az” nəşrləri, 2024-cü il, 40 səh. “Yazarlar dərnəyi” XXXVI – KİTAB.
Redaktorluq – 2024
1.“Damcı izi…”, (şeirlər) Təvəkkül Goruslu. Bakı, “Adiloğlu” nəşriyyatı, 2024-cü il, 160 səh.
2.“Qarabağda və Şərqi Zəngəzurda Ermənistann ekosid, urbisid və kultursid siyasəti” (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində) Ayətxan Ziyad İsgəndərov. Bakı, “El” kitab çapı mərkəzi, 2024-cü il, 68 səh.
Ön söz – 2024
1.“Üç qardaş”, (şeirlər) Məmməd Mərzili. Bakı, “Adiloğlu” nəşriyyatı, 2024-cü il, 236 səh.
Layihələr – 2024
1.“Top 100 in Azerbaijan” (şair kimi), Bakı, 2024-cü il.
Mükafatlar – 2024
1.“Ziyadar” mükafatı, “Yazarlar” jurnalının Yaradıcılıq Komissiyası tərəfindən, Rəşad Məcid haqqında olan “Ağ adam” kitabına görə (№ 171 – 14.11.2024 elan olunub), Bakı, 2024-cü il.
2.“İlin yazarı”, “Mücrü” nəşriyyatı tərəfindən (24.12.2024 elan olunub), Bakı, 2024-cü il.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.

BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!

Zaur Ustacın EYUDER AZƏRBAYCAN, ADPU, Türkiyənin Kayseri Universiteti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 29 avqust 2022-ci il tarixdə keçirilmiş “Məktəbəqədər təhsilə yeni baxış” mövzusunda beynəlxalq onlayn konfransda çıxış məqaləsi.
Salam, dəyərli qonaqlar və konfrans iştirakçıları! Bu görüşdə müasir uşaq ədəbiyyatının (məktəbəqədər səviyyədə) yaranmasında fəal iştirak edən, öz töhfələrini vermiş yaradıcı şəxs olaraq aşağıdakı dörd əsas istiqamət (sual) ətrafında öz fikirlərimi sizinlə bölüşəcəm: 1. Necə olub? 2. Necə var? 3. Necə olmalıdır? 4. Nəyə əsaslanırıq? Azərbaycan uşaq ədəbiyyatının ilk nümunəsi kimi böyük mütəfəkkir Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” (“Leyli və Məcnun” poemasından) qəbul edilir. Abbasqulu ağa Bakıxanovun “Nəsihətləri” də gənc nəslin təlim-tərbiyəsində mütləq istifadə olunmalı əhəmiyyətli vəsaitdir. Ancaq bugünkü konfrans mövzusunun predmeti məktəbəqədər səviyyə olduğuna görə biz sadəcə bu xatırlatma ilə kifayətlənir və relamenti də nəzərə alaraq birbaşa mətləbə keçirik. Söhbətimin birinci hissəsinə hamımıza yaxşı tanış olan “Uşaq və buz”, “Gəl, gəl a yaz günləri” (Mirzə Ələkbər Sabir), “Xoruz”, “Keçi” (Abdulla Şaiq) nümunələri ilə başlayaraq, “Necə olub?” sualını cavablandırmağa çalışacam (xahiş edirəm həm indi, həm də gələcəkdə istənilən məsələyə münasibət bildirəndə fikirlərin subyektivliyini qəbul edin – bütün alternativ münasibətlərə hörmətlə yanaşıram): “UŞAQ VƏ BUZ”, “GƏL, GƏL, A YAZ GÜNLƏRİ”, “XORUZ”, “KEÇİ” nümunələri təqdim olunur. Əminəm ki, yuxarıda sadaladığım nümunələr hamıya tanışdır. Elə məhz bu səbəbdən onların üzərindən (əsasında) söhbətimizə davam edəcəyik. Demək olar ki, bütün sonrakı problemlər bu nümunələr əsasında çözüləcək. Zamanla bizdən əvvəlki nəsil, biz, bizdən sonra gələn nəsillər fərqinə varmadan bu şeirlərlə dünyanı, ətraf aləmi tanıyıb, dərk edərək böyüyüb, böyüyür və böyüyəcəklər. İkinci sual söhbətimizin əsasını təşkil etdiyinə görə əsasən hal-hazırda (2011-ci ildən) istər məktəbəqədər təhsil müəssisələrində, istərsə də məktəb və liseylərin məktəbəhazırlıq qruplarında (4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsait əsasında – 2019-cu ildən) geniş istifadə olunan müəllifi olduğum “Güllünün şeirləri”, eyni zamanda Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirməklə bu barədə ətraflı danışacam. “Güllünün şeirləri” kitabı barədə: Kitabda əlifbamızda olan bütün hərflərə aid şeirlər və rəqəmlərə aid tapmaca-şeirlər toplanıb. Kitab 2011-ci ilin sentyabr ayından internet üzərindən tam pulsuz və təhlükəsiz şəkildə yayımlanır (istifadədədir). Kitabdakı şeirlərin böyük əksəriyyəti 2019-cu ildən Təhsil Nazirliyi (Təhsil İnsitutu) tərəfindən 4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsaitə daxil edilmişdir. 2011-ci ildən bu günə qədər dəfələrlə üzərində yenidən işlənərək (dəyişiklik zamanın tələbidir) nəşr olunmuşdur. Hal-hazırda internetdə mövcud olan (pulsuz) elektron variantı ilə yanaşı ənənəvi kitab formasında nəşr olunmuş variantları da kitab mağazalarında satışda var. Kitabdan nümunələr: “A”, “1”, “5”, “N”, “Ə”, “10”, “L” təqdim olunur. Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirmək istəyirəm. Kitab iki hissədən ibarətdir. Birinci hissədən: “OTAQ”, “ƏŞYALAR”, “İKİNCİ EVİM” nümunələr təqdim olunur. Və digər şeirlərlə uşaq ətraf aləmi tanıyır. Yəni tanıdıqlarının adını öyrənir və şeir vasitəsi ilə yaddaşına həkk edir. Sadəcə “tavan”, “döşəmə” və digər bu kimi sözlərin uşağın məktəbəqədər səviyyədə öyrənib, mənimsəyərək istifadə etməsinin əhəmiyyəti böyükdür (qarşıda bu məsələyə bir daha qayıdacam). İkinci hissədən: “MƏN BABƏKƏM”, “ŞAH İSMAYIL” nümunələr təqdim olunur. Olan nümunələrdə isə uşaqlar öz milli kimliklərini, əcdadlarını tanıyırlar. Belə misalları artırmaq, bu mövzuda söhbəti saatlarla davam etdirmək olar. Ancaq söhbət nə qədər uzun olsa da, onu bir yerdə müəyyən nəticə ilə yekunlaşdırmalı oluruq. “Buz”, “keçi”, “xoruz” –dan “tavan”, “döşəmə”, “Şah İsmayıl”-a qədər keçilən yol sonsuzdur və o hər gün yeni aşırımlar, döngələrlə zənginləşir. Şübhəsiz ki, müsair uşaq ədəbiyyatı təkcə Zaur Ustacdan, onun yazdıqlarından ibarət deyil. Hələ ötən əsrdən günümüzə körpü atan Zahid Xəlili, Qəşəm İsabəylini, Rafiq Yusifoğlunu, orta nəsil nümayəndələrindən Qəşəm Nəcəfzadəni, İbrahim Yusifoğlunu, Rəfiqə Qasımqızını, Mina Rəşidi və gənclərdən Əyyub Türkayı misal göstərmək olar. Yəqin ki, Rafiq Yusifoğlunun “Üçrəngli bayraq” şeiri hamınıza tanışdır (nümunə təqdim olunur). Bu üç bəndlik şeir bizim balaca dostumuza öz bayrağını sevdirir, tanıdır. Gənc uşaq yazarlarından məqsədyönlü şəkildə çalışan, yazıb-yaradan Əyyub Türkaydır. Onun yaratdığı nümunələr canlı təbiət lövhələrindən qaynaqlanır. Təbii və axıcıdır. Balacalar valideynlərinin və tərbiyəçi-müəllimlərinin köməkliyi ilə onlar üçün, onların diliylə yazılmış şeirlərlə ətraf aləmi tanıyır, dünyamızı öyrənirlər. Ədəbiyyatın (uşaq ədəbiyyatının) keçmişdə, indi və gələcəkdə də məqsədi birdir, öyrənməyi asanlaşdırmaq. Və bax elə bu “öyrənməyi asanlaşdırmaq” tezisi bizim bugünkü söhbətimizin üçüncü sualına keçid verir. Bu suala cavab verərkən hələ çox əvvəl (2016) yazdığım və hal-hazırda da internet üzərindən və ənənəvi formada kitabxanalardan (Zaur Ustac “Qələmdar”, Bakı, 2020.) əlçatan olan “Mütaliə niyə vacibdir? (Beşinci yazı) adlı məqaləmdən bir parçanı təqdim etmək istəyirəm (qeyd olunan məqalədən-internetdə var- əsas məqamlar dinləyicilərə təqdim edilir). Təlim, təhsil mədəniyyətə gedən yol, ədəbiyyat və incəsənət isə bu uzun yolda yol yoldaşı, vasitədir. Uşaq ədəbiyyatı dedikdə isə ən həssas məqam, ən incə məsələ anlayışı kimi qəbul edilməlidir. Mənim və yuxarıda adlarını sadaladığım şairlərimizin zaman-zaman misra-misra, bənd-bənd qələmə aldığı şeirlər toplanır, zamanın süzgəcindən keçir və nəhayətdə ədəbiyyata (uşaq ədəbiyyatına) çevrilir.
İstər mənim “Gülünün şeirləri”, “Güllünün şeirləri”, “Gülüzənin şeirləri”, “Uşaq boğşası”, “A1” və gələcəkdə olacaq uşaq şeirləri kitablarındakı şeirlər, istərsə də digər müəlliflərin yaratdıqları əsərlər bir məqsədə xidmət edir. Bu məqsəd isə konkret olaraq məktəbəqədər təhsildə və ibtidai təhsilin məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında biliklərin ötürülməsindən ibarətdir. XXI əsr insanına qoyulan tələbləri nəzərə alsaq xarici dil, kompüter biliklərini də şeir və hekayələrlə uşaqlara ilkin formada aşılamaq lazımdır. Vurğulamaq istəyirəm ki, müasir uşaq ədəbiyyatı nümunələri ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında ilkin anlayışlar kimi bilikləri mütləq özündə ehtiva etməlidir. Azərbaycan dünyanın ayrılmaz, inkişaf etməkdə olan bir hissəsi kimi dünyada, dünya təhsilində, təlim-tərbiyəsində gedən problemlərdən kənarda qala bilməz. Müasir dünyada insanın yiyələnməli olduğu kompetensiyalara nəzər salaq: 1. Ana dilində ünsiyyət, 2. Xarici dillərdə ünsiyyət, 3. Riyazi savad, elm və texnologiya, 4. Kompüterdən istifadə, 5. Öyrənməyi öyrənmək, 6. Sosial vətəndaşlıq, 7. Təşəbbüskarlıq və sahibkarlıq, 8. Mədəni məlumatlılıq və özünü ifadə etmək. Diqqət etsək görərik ki, birinci, ikinci, üçüncü sualları cavablandırarkən bütün istifadə etdiyimiz nümunələr və verdiyimiz açıqlamalar hamısı məhz bu əsas tələblərin ödənilməsinə, yəni insan yetişdirməyə xidmət edir. Gələcəkdə bütün yaradılacaq nümunələr də bu yöndə inkişaf etdirilməli, zamanla ayaqlaşmalı, zənginləşməlidir. Sonda kiçik yaşlı uşaqlar üçün maraqlı və əhəmiyyətli olan nümunələrdən bir neçəsini misal göstərmək istəyirəm (tövsiyə xarakterli): Rafiq Yusifoğlundan; “Nağıl qapısı”, “Yaddaş kitabı” (1-2), “Vətən ətri”, “Şuşa yolu”, Qəşəm Nəcəfzadənin; “Yatmış dəniz şəkli”, “Çiçəkli xalça”, “Şuşa qalxıb ayağa”, İbrahim Yusifoğlunun; “Futbolçu, topçu, gobçu”, “Arpaçayın uşaqları”, “Azərbaycan Vətənimdi”, “Vətən nəğməsi”, “Qıymayın uşaqlara”, Mina Rəşidin; “Böyüklər bizə baxsın”, “Balaca günəş”, “Meyvələrin şöhrəti”, “Jalənin əlləri” (Türkiyədə nəşr olunub), Əyyub Türkayın “Balacaların şeir çələngi”, Zaur Ustacın (mənim) “Güllünün şeirləri”, “Uşaq boğçası”, “Gülüzənin şeirləri”, “Gülünün şeirləri”, “A1”. Azərbaycan Respublikasının Təhsil İnstitutunun «Məktəbəqədər təhsilin inkişafı» şöbəsinin müdiri Laləzar Cəfərova (konfrans iştirakçısıdır) rəhbərliyi ilə ərsəyə gəlmiş və internetdə ümumi istifadədə olan metodiki vəsaitlər, müntəxəbatlar. Ümumiyyətlə, “Google” və digər anoloji axtarış sistemlərində “uşaq şeirləri”, “hərflərə aid şeirlər”, “rəqəmlərə aid şeirlər” və s. oxşar açar sözlərdən istifadə etməklə internetdən səmərəli şəkildə yararlanmaq olar. Təşkilatçılara və iştirakçılara təşəkkürümü bildirirəm. Uşaq ədəbiyyatı (məktəbəqədər təhsil səviyyəsində) mövzusu adı altında bir çox zəruri məsələlərə toxunduq. Bunun ümumi işə faydası olacağı qənaətindəyəm. Sağ olun.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
MÜTALİƏ NİYƏ VACİBDİR?
BEŞİNCİ YAZI
Salam çox dəyərli oxucum, bu yazını “beşikdən qəbrədək oxumaq lazımdır”, “oxumaq, oxumaq yenə də oxumaq” və s. çox məşhur olan buna bənzər digər mütaliəyə, elm öyrənməyə təşviqedici kəlamların açıqlaması kimi də qəbul etmək olar. Niyə görə elmdən, kitablardan bircə damla nəsə götürməyi bacarmış şəxslərin hamısı oxumağı, mütaliəni belə ciddi-cəhdlə məsləhət görmüş, təbliğ və təşviq etmiş, hətta bəzi hallarda əmr kimi buyurmuşdur? Bunun bircə səbəbi var. Necə ki, dövrümüzdə kimsə maraqlı, əyləncəli bir yerə səyahət edəndə və ya ucuz və sərfəli yerdə alış-veriş edəndə, yaxşı həkimə rast gələndə və s. bu siyahını ən xırda məişət problemlərimizi həll etdiyimiz yerlərin, kəslərin təbliğinə qədər uzatmaq olar. Bu barədə danışmağı, yaxın ətrafındakı dostu-tanışı, doğmaları məlumatlandırmağı, onlara xeyir verməyi, onlar üçün faydalı olmağı özünə borc bilir, oxumağın, mütailənin təbliği də eyni bu qəbildən olan həyati əhəmiyyətli bir hadisə olduğu üçün, bunun xeyrini, faydasını görmüş hər kəs onun təbliğ və təşviqini özünə borc bilmişdir. Bəs nədir mütaliənin faydaları? Bu kiçik yazıda mümkün qədər yığcam və sistemli şəkildə bir neçə kəlmə də mütaliənin, bilgili, məlumatlı olmağın faydası barədə mən danışmaq istəyirəm. Əvvəlcədən qeyd edim ki, çalışacam ancaq və ancaq praktik və həyati söhbət olsun. Sizi inandırım ki, bu ən ümdə, çox vacib məsələdir. Xüsusən də olduqca geniş imkan və resurslara malik müasir dövrümüzdə bu prosesdən kənarda qalmaq sadəcə olmaz! Bunu belə qəbul etmək lazımdır. Bir söz də əlavə etmək istəyirəm çoxumuzun tez-tez işlətdiyi “günahdır” kəlməsini…. Bəli, bəli kitab, jurnal, qəzetlərdən əlavə əlimizin əltında internet kimi çoxumuzun bəlkə də təsəvvür belə edə bilməyəcəyi informasiya zənginliyi dövründə oxumamaq, mütaliə etməmək, öyrənməmək, öz həyatını yüngülləşdirməmək sadəcə “günahdır”. Vəssalam! Keçək əsas məsələyə, nə verir mütaliə bizə? Birinci ən ümümi cavab, əlbətdə, məlumatlı olmaq ilk növbədə həyatımızı, gündəlik yaşam tərzimizi asanlaşdırır. Sizə deyərdim ki, əhəmiyyətli dərəcədə yüngülləşdirir. Bizi izafi xərclərdən qoruyur. Və başqa belə çoxlu həyati misallar gətirmək olar. İndi çalışacam ki, bu barədə mümmkün qədər sistemli və yığcam danışım. Bir insan ömrünü mütaliə baxımından beş hissəyə asanlıqla ayırmaq olar:
Uşaqlıq,
Yeniyetməlik,
Gənclik,
Orta yaş dövrü,
Ahıllıq.
Keçək açıqlamalara, uşaq hələ məktəbə getməzdən əvvəl indiki müasir vasitələrin zənginliyindən də istifadə etməklə, sözləri olmasa belə şəkilli kitablarla tanış olması, oynaması onlara baxıb öz-özünə hekayələr uydurması, danışması çox vacibdir. Çünki, o məktəbə gedəndə, artıq ilk kollektivə düşəndə danışmağa nəsə sözü olmalıdır. Sizi inandırım ki, nə qədər laqeyid, dəcəl uşaq olsa da o, oyuncaqlarının içində, stolun üstündə, televizorun, kompüterin, planşetin yanında hətta döşəmədə belə (qoy olsun onsuz da oyuncaqlar bütün günü əl-ayağa dolaşır) olsa şəkilli kitab görsə, (indi olduqca bahalı pultlu maşınların, helikopterlərin, gəlinciklərin və s. birinin qiymətinə 2-3 dənə yaxşı möhkəm materiallardan hazırlanmış, tez xarab olmayan şəkilli kitablar almaq olar) uşaq götürüb onunla da maraqlanacaq, baxacaq. 3-4 yaşlarında bütün normal uşaqlar (daha inkişaf etmiş, hazırlıqlı uşaqları çıxmaq şərti ilə, onlar artıq oxumağı bacarırlar) şəkilli kitablara baxıb hekayələr uydurmağı, ordakı oğlanın və ya qızın yerində olmağı bacarırlar, istəyirlər, sevirlər. Yetər ki, onlara bu abu-havanı yaradıb sərbəstlik verəsən. Bir müddət oynadıqdan sonra isə təbii olaraq uşaq yazmağa və oxumağa can atacaq. Məktəbi gözləmədən uşağın digər tələblərini ödədiyimiz kimi bu təlabatı mütləq qarşılamaq lazımdır. Bunun üçün sadəcə 4-5 ay planlı və məqsədyönlü şəkildə, məşğul olmaq uşağın bir ömür boyu qarşıda dayanmış əsas problemini kökündən həll etmək lazımdır. İnanın 3-5 yaş arasındakı bütün normal uşaqlara ən şoxu 1 il əziyyət, xərc çəkib sadəcə onu kitablarla, intrnetdəki axtarış sistemləri ilə tanış etməklə, kitablardan istifadə etməyi (yazıb oxumağı), sadə hesablamanı öyrətməklə məktəbə hazır şəkildə göndərsək onun bütün gələcək problemlərini həll etmiş oluruq. Məktəbə ən azı yuxarıda qeyd olunan dərəcədə hazırlıqlı və ondan daha yaxşı qaydada hazırlanmış şəkildə gedən (kitablardan istifadə etməyi, mütailəni bacaran), sərbəst çalışmaqda heç bir çətinliyi olmayan uşaq sizi bütün gələcək təhsil boyu izafi xərclərdən, təhsildən sonra (maşın almaq, işə düzəltmək, ev almaq, toy etmək kimi) isə daha böyük və vacib külli miqdarda sərfiyyatdan xilas edəcək. Burada söhbət qismən maiddiyyatdan gedir çünki, bizim mental alaraq öz dəyərlərimiz var. Ancaq, burda əsas məsələ odur ki, bu hazırlıqlı uşaq gələcəkdə özü ya bunları qəbul etmək istəməyəcək, ya da ona ehtiyacı olmayacaq. Birinci sinifə gedəndə tam hazırlıqlı olduğu üçün bütün məsələlər ona asan və adi gəldiyindən bütün həyatı boyu belə davam edəcək. Bura da böyüyün öhdəçiliyi və vəzifəsi sadəcə nəzarət etməkdən ibarət olacaq. Bura qədər biz sadəcə uşaq vaxtı mütaliənin nə qədər vacib və önəmli olduğundan danışdıq. Bütün ibtidai siniflər boyu və ondan sonra da yeniyetməliyə qədər uşağı nəzarətsiz qoymaq olmaz! Bu dövrdə uşaqlar lüğətlərdən istfadə etməyi mütləq bacarmalıdırlar. Uşaq vaxtı mütaliə etmək hamıya vacibdir, gələcəyin ustasına da, müğənnisinə də, aşbazına da, hərbiçisinə də hamıya. Mütaliə nəticəsində uşaq istənilən mühit və kollektiv içərisində tam sərbəst şəkildə, kompleksiz öz yerini tapır, öz kiçik dünyasını qurur, ətrafını formalaşdırır. Məlumatlı uşaq yeni mühitə tez inteqrasiya edir, uyğunlaşır. Belə uşağın dostları çox olur. Bütün kollektivin sevimlisi olur. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə, mütaliənin, oxumağın, araşdırmağın. Yeniyetməliklə uşaqlığın şərhəddinin harda bitib, harda başladığı dəqiq heç kimə məlum olmasa da uşaq böyüdükcə təbii proseslərin nəticəsində orqanizmdə istər fiziki, istərsə də mənəvi cəhətdən bir çox dəyişikliklər baş verir ki, məlumatlı və məlumatsız yaxud da bu dəyişiklikləri gözləyənlə, gözləməyən uşaq-yeniyetmənin hərəkətləri, özünü aparması, bu dəyişikliklərə reaksiyası da məntiqi olaraq müxtəlif olur. Elə bil bilirsən ki, dostun qonaq gələcək hazırlıqlı olursan. Ya da qəflətən qapı döyülür. Effekt təxminən eynidir. Məlumatlı yeniyetmə qeyri-adi heç nə yoxmuş kimi öz yaşam tərzini mütaliənin hesabına sakit şəkildə davam etdirir. Məlumatlı gənc (ancaq və ancaq davamlı mütaliə nəticəsində buna nail olmaq mümkündür) məktəbdən sonra ixtisas seçimində, təhsilin digər pillələrində, hərbi xidmətdə, ilk iş yerində də demək olar ki, heç bir çətinliklə üzləşmir. Məlumatlı gənclərin ailə həyatı da qat-qat daha uğurlu olur. Onlar kənar müdaxilələr və təbiətin maneçiliyi olmasa. Demək olar ki, seçimlərində çox az-az hallarda yanılırlar. Deyərdim ki, bu şeçim –gələcək ömür-gün yoldaşını seçmək dünyaya yenidən gəlmk qədər əhəmiyyətli bir hadisədir. Bu məqamda səhv etmək, doğuşu qəbul edən mamaçanın səni əlindən yerə salmasına bərabərdir. Bəlkə də daha artıq. Deməli, mütaliə sayəsində gənc bu sınaqdan da mümkün qədər az risklə keçir. Mütaliə sayəsində 25-30 yaş arası hər bir gənc heç bir kömək olmadan öz işini tapmağa və ya qurmağa, özünü maşınla, evlə təmin etməyə qadirdir. Mütaliə heç vaxt bitmir. Ailə həyatı, məişət problemləri, qidalanma, yaşam tərzi, istirahət, ixtisas artırma, orta yaşlı hamının gündəlik qayğılarıdır. Mütaliə sayəsində oxumuş, savadlı, bütün həyatını tam təmin etmiş şəxslər daha sağlam yaşayırlar. Belə şəxslərin ailə büdcəsi daha dayanıqlı, qidaları daha sağlam, istirahətləri daha keyfiyyətli olur. Mütaliə isə bitmir ki, bitmir…. İnsan daim axtarışdadır. O, fasiləsiz olaraq, oxuyur, axtarır, araşdırır, hər şeyin ən yaxşisini, ən ucuzunu istəyir və mütaliə nəticəsində buna nail olur.
Mütaliənin bir mənfi cəhəti var ki, onu da ahıllıqda hiss edirsən… Bir vaxt oyanırsan ki, məktəb yoldaşlarından, xidmətdə bir yerdə olduğun dostlardan, tələbə vaxtından əlaqə saxladığın adamlardan demək olar ki, heç kim qalmayıb. Yada salmağa çalışırsan, çoxları qəfil ölümlə (gecə yatıb, səhər oyanmayıblar), qəzada, həbsdə, müxtlif səbəblərdən dünyaların çoxdan dəyişiblər, ya da heç bir məlumat yoxdur. Sağ qalanları barmaqla sayırsan…. Bu şəxslərin demək olar ki, hamısı səinin həmsöhbətlərin, həmfikirlərin, həmişə kitab alıb-verdiyin, hansısa yeni bir məlumat-xəbər barədə həmişə mübahisə etiyin yoldaşlardır…. Günlər keçir bir də görürsən daha zəng edən, statuslarına şərh yazan dost-tanışdan heç kim qalmayıb…. İstər-istəməz nə vaxtsa dostlarla mübahisədə dediyin söz düşür yadına; – “mütailə orqanizmin kompleks müalicəsi və sağlam həyat deməkdir” – üzünə qeyri-ixtiyari təbəssüm qonduğunu hiss edirsən….. O vaxt dostlardan bir çoxu bunla razılaşmasa da izahat verəndən sonra ki, mütaliə yeganə vasitədir ki, həm ruhun hən də cismin bunla qidalanır, yekəqarın bankirdən başqa hamı bunla razılaşmışdı. Bankirin ki, isə sadəcə kor inad, həm də nankorluq idi. O, artıq çoxdan unutmuşdu ki, say – hesabını itirdiyi var dövlətini özü ilə qonşudan alib geyərək oxumağa gəldiyi nimdaş pencəyin cibində gətirməmişdi…. Ani olaraq onun lap çoxdan olmuş yas mərasimi gözünün önünə gəlir, yaziq şəhərin mərkəzində tək qaldığı mənzilində qəflətən dünyasını dəyişmişdi. Ancaq işdə bir-neçə gün görsənməyəndən sonra mənzilində cansiz tapmışdılar. Yekə adam bir az da şişmişdi, evin qapısından çıxmadı. Zalım oğlu qapını da elə düzəltdirmişdi ki, sökmək də mümkün olmadı. Həm də baxdılar ki, qapı sökülsə də oradan çıxmayacaq. Odur ki, pəncərələri söküb, kranla pəncərədən düşürdülər…. Təəssüf hissi ilə başını bulayıb, düşünürsən yəqin ki, ən çox mütaliə edən elə mən olmuşam…..
15.10.2016. Bakı.
QEYD:
Bu yazı bu yazı başqa-başqa saytlarda dərc olunmaqla yanaşı müəllifin “Usubcan əfsanəsi” və “Qələmdar” adlı kitablarında müstəqil məqalə şəklində yayımlanıb.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!