Fikrət Sadıq (1930)

16 noyabr şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990). Fikrət Sadıqın xatirə günüdür.

Fikrət Sadıq

Doğum tarixi: 30.05.1930

Vəfat tarixi: 16.11.2016

Həyatı- Fikrət Abbas oğlu Sadıqov 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. “Yumaq top”, “Bir parça vətən”, “Oğul” pyesləri, “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə” və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961-1975).

Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980).

Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Əməkdə igidliyə görə” medalı ilə (1986) təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləmişdir (1975-ci ildən). 2002-ci ildən prezident təqaüdçüsü olub.

16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir


Şair Fikrət Sadıq yazıçı, ssenarist Orxan Fikrətoğlunun atasıdır.

Şair Fikrət Sadıq yazıçı, ssenarist Aysel Fikrətin atasıdır.

Əsərləri:

Cığır. Bakı: Gənclik, 1963, 48 səh.

Ömrün bir günü. Bakı: Azərnəşr, 1965, 44 səh.

Dəniz küçəmizə gəlir. Bakı: Gənclik, 1968, 100 səh.

Cırtdan hara getmişdir? Bakı: Gənclik, 1970, 32 səh.

Sevgi yağışı, B., Gənclik, 1970, 230 səh., 9.000 nüs.

Bala kirpi. Bakı: Gənclik, 1972, 10 səh.

İşığın yaşı. Bakı: Gənclik, 1974, 200 səh.

Göydə nə var. Bakı: Gənclik, 1978, 80 səh.

Ağ cığır. Bakı: Yazıçı, 1979, 156 səh.

Yerdən göyə ümid. Bakı: Yazıçı, 1981, 232 səh.

Göydən alma düşmədi. Bakı: Gənclik, 1982, 52 səh.

Məndən soruşsalar. Bakı: Yazıçı, 1985, 342 səh.

Gəlin yuyaq dənizi. Bakı: Gənclik, 1988, 52 səh.

Dünya öz işindədir. Bakı: Yazıçı, 1989, 182 səh.

Seçilmiş əsərlər. Bakı: Gənclik, 1991, 381 səh.

Sirli əlifba. Bakı: Ayna mətbu evi, 1998, 32 səh.

Bir parça vətən. Bakı: Şirvannəşr, 1998, 20 səh.

Ömrün birgünü. Bakı: Şirvannəşr, 2002, 20 səh.

Sərhəddə səhər. Bakı: “Bilik” nəşriyyatı, 2002, 20 səh.

Gözlədiyim ömür. Bakı: Şirvannəşr, 2003, 264 səh.

Taleyin acığına. Bakı: “Qapp-Poliqraf” nəşriyyatı, 2003, 420 səh.

Filmoqrafiya:

Cırtdanın yeni sərgüzəşti (1973, animasiya filmi) – ssenari müəllifi

Fransa qəhrəmanı (1975, qısametrajlı sənədli film) – redaktor

Naxçıvan – 50 (1975, qısametrajlı sənədli film) – ssenari müəllifi

Süleyman Rüstəm (1976, qısametrajlı sənədli film) – ssenari müəllifi

İçəri Şəhər (sənədli film)

Tərcümələri- (rus və türk dilindən)

S.Marşak. Axmaq siçan balasının nağılı. Bakı: Gənclik, 1971, 15 səh.

Tofiq Fikrət. Şərmin. Bakı: Gənclik, 1972, 27 səh.

Mənbə: AYSEL FİKRƏT

“Məhəmməd Əmin Rəsulzadə” ordeni

“Məhəmməd Əmin Rəsulzadə” ordeni

Prezident Əbülfəz Elçibəy’in 11 aylıq hakimiyyəti zamanı Azərbaycan Respublikasının qurucu öndəri M.Ə. Rəsulzadə adına orden təsis edilib.

“Məhəmməd Əmin Rəsulzadə” ordeni

“Məhəmməd Əmin Rəsulzadə” ordeni prezident Əbülfəz Elçibə’yin 14 dekabr 1992-ci il sərəncamı ilə elm adamı, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1962), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957) Xudu Məmmədova verilib.

Əvvəl sevgi vardı…

Qəlbim sevgi dolu, eşq qadınıyam

Əvvəl sevgi vardı…
İçimi isidən,
ovuc içi kimi isti,
Günəş kimi yandıran
mərhəmət kimi bir sevgi.
Sonra… hər şey dəyişdi.
Ürəyim buz kəsildi
buz,
buz…
Hə… Buzovu deyirəm.
Öldü.
Sağalda bilmədim.
Mən nəyi bacardım ki?..

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Neytral haldan yaranan insanlığın xülyası

Neytral haldan yaranan insanlığın xülyası

        Yaşayan, yaşadığını hiss edən vücudumuzda ki şüur sistemi təkcə beyində yerləşmir. Orqanizmimiz vahid olaraq şüura sahibdir və həmin şüuru vahid olaraq  formalaşdırmaqdadır. Fiziki bədənimiz metafizik vücudumuzun maddi yansımasıdır. Mövzu barədə bioloq və kvant fizikası sahələrində professor olan Bruce H. Liptonun özünün qələmə aldığı “İnancın biologiyası” adlı kitabında bildirmişdir:

  • Genlərin öz-özlərinə ortaya çıxabilmə kimi özəllikləri yoxdur. Genlərin var olması üçün onların hərəkətlərinin ətraf fəza tərəfindən təcilə gətirilməsi gərəklidir.

        Bruce H. Liptonun qeyd etdiyi məlumata əsasən hüceyrəmiz daxilində yerləşən gen bilgilərimizin var ola bilməsi üçün ilk öncə həmin gen bilgisinin fəzada yaranmasının gərəkli olmasını açıqlamaqdadır. Fəzada bilginin enerji tezlikləri tipində yer aldığını nəzərə alsaq, yuxarıdakı ifadəni daha açıq tərzdə qeyd etmək olar:

  • Maddi orqanizmanın yaranması üçün ilk öncə ona xas enerji tezliyi yaranmalıdır. Hər şey enerjinin yansımasıdır.

        İlk öncə metafizik vücud yaranmalı və fiziki vücuda çevrilməlidir. Metafizik vücud dedikdə isə enerji tezliklərindən söz edilməkdədir. Bizlər kainat enerjisi daxilində olan özümüzə xas olan  tezliyə sahib varlıqlarıq. Vücudumuz da kainat fəzasında olan enerji tezliyimizin maddiləşmiş halıdır. Vücudumuz kimi hər bir düşüncəmiz də özünə xas enerji tezliyinə sahibdir və düşüncələr də maddiləşməyə meyillidir. Məqalənin bu yerində Bruce H. Liptonun həmin kitabından misal vermək yerində olacaq:

  • Vücudumuzu və zehnimizi genlər tərəfindən idarə edilən hormonlar və sinir sistemimiz idarə etmir. Əksinə, inanc və düşüncələrimiz vücudumuzu, zehnimizi və ümumi olaraq yaşamamızı idarə edir .

        Düşüncələrimiz maddi dünyaya yansımaqdadırsa, rahatlıqla iddia edə bilərik ki, vucudumuzun maddiləşməsi halı da öz başlanğıcını  düşüncədən götürməkdədir. Məqalənin bu yerində sual vermək istəyirəm:

  • Bizim vücumuzu yaradan düşüncə bizim öz düşüncəmizdir yoxsa,  valideynlərimizin düşüncəsidir?

        Bu suala cavabı bizim düşüncəmizdir – şəklində cavablasaq, biz olmamışdan əvvəl enerji tezliyimizin olduğunu demiş olarıq. Enerji qanuna əsasən isə enerji bir haldan başqa hala çevrilə bilir. Yəni, müəyyən tezlikdə enerjinin yarana bilməsi üçün, onun digər enerji tezlikləri tərəfindən var edilməsi, yəni bir haldan başqa hala gətirilməsi gərəklidir. Belə olan halda, suala ikinci cavabı doğru qəbul etməliyik. Bu dəfə isə yeni sual qarşısında qalırıq:

  • Belədirsə, yəni mənim enerji tezliyimin var ola bilməsi üçün valideynlərimin və digər insanların düşüncə məhsuluna ehtiyac varsa, o zaman ilk insanın enerji tezliyi üçün kimin düşüncəsi mənbə olaraq qəbul olunmuşdur?

        Bu sual qarşısında yalnızca Tanrını, Onun düşüncəsini cavab olaraq vermək olar. İslam dininə, Qurani-Kərimə nəzər etdikdə isə bu barədə olan qeydlərə rast gəlinir:

  • Mən yer üzündə bir canişin bərqərar edəcəyəm! (Quran 1:30)
  • Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “(canlı insan) ol!” dedi, o da oldu” (Quran 2:59)

        Qurani-Kərimdə olan yuxarıdakı qeydlərdən açıq-aydın görürük ki, insan hər şeydən əvvəl ilk öncə Tanrının istəyi, düşüncəsi olmuşdur. Düşüncələrin maddi həyata yansıması özəlliyinə uyğun olaraq da, Tanrının da düşüncəsi yansımış və Adəm varolmuşdur. Yəni, bizlər Tanrının düşüncəsindən, Onun yaradılışından gəlməkdəyik. Yaşadığımız dönəm çərcivəsində əlaqədə olduğumuz bütün maddi amillər isə bizim düşüncə məhsulumuzdur.

        Tam gerçəkdə isə maddiləşmək bizə görə, bizim nəzərimiz intervalında reallaşmaqda olan hadisədir. Tam həqiqətdə yalnız enerji vardır, maddə və maddəyə bağlı olan zaman isə yoxdur. Hər şeyi özümüz yaradır və yaratdığımız maddi dünya oyununu oynamağı sevirik. Hər şey reallıqda xülyadan başqa bir şey deyil və həqiqətən olan isə bizim özümüz, enerji tezliklərimizdir. Tanrı isə var olan canlılığın enerji tezliklərinin yarandığı, öz xülyalarını yaşadığı və sonda dönəcəyi olan neytral, sabit haldır. Elmin son dayanacağı ünvan budur.

Mənbə:

  1. Bruce H. Liptonun “İnancın Bioligiyası” adlı kitabının 23, 26-cı səhifələrindəki qeydlər.
  2. Qurani-Kərimin Bəqərə surəsinin 30 və Ali-İmran surəsinin 59-cu cümlələri.
  3. Son mənbə kimi mənim Astrobios nəzəriyyəmin fərziyyəsi.

Qeyd: Astrobios nəzəriyyəsi Məhəmməd Kərimov adına “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə müəlliflik hüququ qeydiyyata alınmışdır.

Müəllif: Yazar və Astrobios fərziyyəsinin sahibi Məhəmməd Kərimov

OSMAN BATUR

DOĞU TÜRKİSTAN DENİNCE İKİ MÜCAHİT ALPEREN GELİR AKLIMA BİRİ ALTAYLAR’IN KARTALI OSMAN BATUR VE DİĞERİ İSA YUSUF ALPTEKİN


ÇAPANDAZ

Bir yol bulub, birleşmeyince Türkler

Düşman ile, hırlaşmayınca Türkler

Uçkun gibi, gürleşmeyince Türkler

Ben ağlarım, sen ağlama desen de…

Beşer firanesinin ünvanıdır çapandaz

Hilkat hikayesinin, divanıdır çapandaz

Bozkurd teranesinin destanıdır çapandaz

Altay ile Alplarnın, volkanıdır çapandaz

Attilla’nın, Cengiz’nin, Cevlanıdır Çapandaz

Yav derdinin devası, dermanıdır Çapandaz

Türkü Turan,
GÖKTÜRK QRUPU

“Sevgi hardadırsa, Tanrı ordadır” hekayəsində sadəlikdən ilahi həqiqətə: Tolstoyun etik dünyagörüşü”

“Sevgi hardadırsa, Tanrı ordadır” hekayəsində sadəlikdən ilahi həqiqətə: Tolstoyun etik dünyagörüşü”

Lev Tolstoyun “Sevgi hardadırsa, Tanrı ordadır” hekayəsi səthi sadəliyin arxasında dərin etik-fəlsəfi iddialar yatır. Oxucu əvvəlcə Martin Avdeiçin adi, hətta məhdud həyatına daxil olur: zirzəmi otağı, tək pəncərə, ayaqqabıçı peşəsi. Martinın oğlu ilə bağlı itki səhnəsinə yalnız şəxsi faciə kimi baxmaq düzgün olmaz. Bu, Tolstoyun insanın sual vermə məqamını göstərmək üçün seçdiyi epizoddur: “Niyə?” sualı həm metafizik, həm də etik-hüquqi məna daşıyır. Tolstoyun “İnsan nə ilə yaşayır?” hekayəsi ilə bağlılığı da burada açılır: insanın həqiqi həyat mənbəyi intellektual institutlar yox, mərhəmət və sevgidir. “İnsan nə ilə yaşayır?” əsərində kasıb ayaqqabçı Simonla həyat yoldaşı Matryona bir dondurucu sahədə donmaq üzrə olan naməlum şəxsi evlərinə dəvət edirlər, həmin şəxs sonradan mələk olduğunu ortaya qoyur və məhz əhəmiyyətli üç sualın cavablarını öyrənir:
insanın içində nə yaşayır?
insana nə verilməmişdir?
insanlar nə ilə yaşayır?
İnsan içində “sevgi”nin yaşadığını və insanların əslində sevgiyə görə yaşadıqlarını mələk bu təcrübə vasitəsilə anlayır. Avdeiç, hekayəsi ilə bu strukturu tamamlayır. Simonla Avdeiçin ilkin mövqeyi “sosiomaterial yoxsulluq”dur: hər ikisi məhdud resurslarla yaşayır, gündəlik ehtiyaclar onları sıxır. Bu fakt Tolstoy üçün imkan verir ki, mərhəmətin dəyərini əsl sınağa salsın, çünki kiminsə xeyirxah olması asan halda deyil, məhdudluq və risk anında daha mənalıdır. İkincisi, hər iki hekayədə “sevgi” institusiya xaricində, gündəlik praktikada təzahür edir. Metafizik olaraq o, Tanrının varlığıyla ədaləti problemi ilə üz-üzə qoyur, hüquqi və etik cəhətdən isə soruşur: kimin hökmü üstün gəlir? Tanrının yoxsa insanın ağrısının? Avdeiç hekayəsində qəhrəman əvvəlcə ümidsiz, həyat qarşısında təslim olmuş adamdır, amma Tolstoyun cavabı budur ki, həll məhkəmə otaqlarında deyil, insanın öz vicdanında tapılır. Hekayə baş verdikcə bu məhdud məkanda Tolstoy insan varlığının iki əsas boşluğunu göstərir: cismən tək qalma və mənəvi tənhalıq. Bu tənhalıq Martin üçün təkcə şəxsi kədər və itki deyil, həm də hüquqi-məcburi dünyanın məntiqi ilə mənəvi həyat arasındakı uçurumu ifadə edir.

Martin obrazı Tolstoyun bədii-siyasi estetikasında tanış bir tipdir: maddi yoxsulluq, peşəkar ləyaqət və daxili vicdanla yaşayan, amma şəxsi itkilər üzündən ruhən əzilmiş bir insan. Onun ruhani dönüşümü iki mərhələdə inkişaf edir: əvvəlcə İncil oxumaq vasitəsilə baş verən kognitiv-yenidənqurma, sonra isə bu yenidənqurmanın gündəlik davranış forması olan konkret, bədii-sadə xeyirxahlığa çevrilməsi. Tolstoy burada “iman”ı abstrakt etika və ya məntiq söhbətindən ayırıraq inam, insanın başqasına etdiyi konkret yardım aktında təzahür edir. Martin öz evinin pəncərəsindən küçədə görüb tanıdığı insanların ayaqqabılarına baxaraq onları tanıyırdı. Bu vizual detal obrazın dünyagörüşünü simvolik olaraq ifadə edir. O, insanları “ayaqqabı” ilə, yəni həyat şəraiti, sosial rolu ilə yox, onların ehtiyacı və zəifliyi ilə görməyə başlayır. Bu dönüşüm Tolstoyun əsərlərində tez-tez rastlanan “görmə” metaforikasının bir davamıdır: əsl görmə ruhun gözünü açmaqdır. Pəncərə simvolu burada sərhəd funksiyası daşıyır. Evlə küçə, daxili ilə xarici, məskunlaşmış kədər ilə dünyadakı ehtiyacların kəsişmə nöqtəsi. Avdeiç pəncərədən yalnız insanların ayaqlarını yox, üzlərini də görməyə çalışaraq ilkin epistemik blokunu aşmağa çalışır: əvvəlcə o, ümidsizlik, özünəqapanma vəziyyətində idi, pəncərənin qarşısındakı diqqəti isə dünyaya qarşı açıqlıqdır. Diqqətin fəlsəfəsi təməl düşüncəni dəyişdirir: Avdeiçin diqqəti yön aldıqca onun dünyagörüşü də dəyişir. Obrazların yükü, onların ehtiyacları daha aydın görünür və etik reaksiyalar doğur.

Hekayənin strukturunda mühüm dönüş nöqtəsi Martinə gələn “məlumat”, xeyirxah olmağa çağıran, gözlənilməz bir vəd və ondan sonra baş verən üç səhnədir: soyuqda qalmış adam, soyuqda uşağı ilə qalmış bir qadın və yaşlı qadın ilə oğlan arasındakı münaqişə. Bu üç hadisə təsadüfi olmayan simvolik üçlüyə çevrilir: hər biri insan ehtiyacının müxtəlif üzünü göstərir. Bədən ehtiyacı, ana-uşaq zəifliyi və sosial ədalət məsələsi. Martin bu üç situasiyaya qonaqpərvərlik, yardım və vasitəçiliklə, yəni fərqli, amma daima mərhəmət prinsipi ilə yanaşır. Nəticədə gecə onun evinə həmin gün kömək etdiyi insanlar girir, Martin anlayır ki, həmin gün o, birbaşa olaraq Tanrını qəlbində daşıyıb. Tolstoy beləliklə məsələnin mahiyyətini açır: Tanrı “böyük” hallarda yox, gündəlik sevgi aktlarında görünür. Hekayədə bu məqam həm dini məntiqi, həm də etik praktikliyi uzlaşdırır. Tolstoy burada şəxsin iç dünyasını əxlaqi mühakimə üçün zəmin kimi istifadə edir: Martin özünü əvvəlcə dini formalizmə, daha sonra isə bu formalizmdən doğan şəxsi müəllimə çevrilməyə başlayır. ilk kömək istəyən, Martin üçün test kimi çıxış edir: evə dəvət, isti yemək və ruhani söhbət vasitəsilə Martin praktiki mərhəməti həyata keçirir, bu sadə qarşılıqlı münasibət onun ruhunu doyurur. Qadına edilən yardım olan isti paltar və pulla kömək Tolstoyun sosial realizmini göstərir: mərhəmət abstrakt yox, maddi kömək də olmalıdır. Oğlan-yaşlı qadın səhnəsi isə ədalət və tərbiyə mövzularını açır. Martin burada bir hakim kimi çıxış etmir, o, məsələni məhəbbətlə, amma prinsipial şəkildə həll edir, oğlana qayda öyrədərək qurbanın hüququnu tanıyır. Bu üç reaksiyanın birləşməsi Tolstoyun əxlaqi idealını, yəni, mərhəmət, qonaqpərvərlik, məsuliyyət, bütöv şəkildə ortaya qoyur. Kömək etdiyi insanların Tanrı adlandırdığı şəxsiyyətin təzahürü kimi evə girməsi, Tolstoyun teoloji mesajını poetikləşdirir: insan nə qədər az, amma səmimi sevgi göstərirsə, Tanrı bir o qədər yaxın olur.

Martinlə müqayisədə başqa ədəbi obrazlarla paralellər çəkmək Tolstoyun mesajını genişləndirir. Məsələn, Tolstoyun özünün “İvan İliçin ölümü” hekayəsində İvanın ölüm qorxusu, mənəvi iztirablardan keçməsi ilə Martinin daxilindəki sakit dönüşüm bir-birini tərsinə tamamlayır: İvan İliç varoluşun absurdluğu və sosial məna itkisi qarşısında panika keçirir, əks halda Martin həyatın məzmununu sadə xeyirxahlıqda tapır. Tolstoy burada iki mümkün ruh halını qoyur : birində ölüm qorxusu insanı dağır, digərində qəbul və sevgi insanı yenidən dirildir. Həmçinin, Dostoevskiylə müqayisədə, məsələn, Zosima atanın “Karamazov qardaşları”ndakı mərhəməti ilə müqayisə, Tolstoyun yanaşması daha praktiki, daha az mistikdir: Dostoevski daxili itki və kainatla hesablaşma üzərində fəlsəfi-dramatik dialoqlar qurur, Tolstoy isə gündəlik davranışın ruhani dəyərini göstərmək üçün daha sadə, amma məqsədyönlü ssenarilərdən istifadə edir.

Sonda, Avdeiçin hekayəsi əslində iki sualı birləşdirir: “Mən niyə yaşamalıyam?” və “Hüquq nə üçün mövcuddur?”. Tolstoy cavabı təcrübələrin nəticəsi ilə verir: yaşamaq Tanrı naminə olmaqdır, hüquq insanların bir-birinə qarşı sevgi və xidmətini təşkil etmək üçündür. Bu cavab həm sadə, həm radikaldır, çünki o, əxlaqın sözdə qalmamasını, hər günün kiçik əməllərində yaşamasını tələb edir. Avdeiçin həyatı bizə göstərir ki, paskalistik, intellektual izahlar əhəmiyyətli olsa da, həyati dönüşlər adətən gündəlik davranışların yenidən təşkilindən keçir və vicdanda möhkəmlənməsində tapılır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Adilə Nəzər – DAŞ DA ÇİÇƏK AÇAR…

DAŞ DA ÇİÇƏK AÇAR…

Məhəbbət çay.. – hərdən suyu kəsilər,
Quruyar dil-dodaq, qəlbin səs elər,
Bir damla su göydən yağış səsiylə
Enər üzərinə, cana bəs elər…
Daş da çiçək açar Allah istəsə…

Sis-duman qəfildən yolu alarsa,
Əllərin sinəndə yetim qalarsa,
Ümidin ürəkdə közə dönəndə-
Qaranlıq içinə işıq salarsa,
Daş da çiçək açar Allah istəsə…

Yaşlanan ağaclar mamır bağlayar,
Quru budağında sükut ağlayar.
Bir yaz nəfəsiylə dirilər yenə,
Torpaq canlandıqca könül çağlayar,
Daş da çiçək açar Allah istəsə…

Divardan asılan o saz lal olar,
Havalı nəğmələr yaslanar, solar.
Bir yeni pıçıltı, bir təzəcə səs
Ürəkdən süzülüb ürəyə dolar,
Daş da çiçək açar Allah istəsə…

14.11.2025

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

VAQİF OSMANLI YAZIR

VİCDANININ SƏSİNİ DİNLƏYƏN İNSAN

Çox zamanlar “ziyalılıq” anlayışını yerli-yersiz, sağa-sola işlədərək dəyərini kiçiltməkdəyik. Subyektiv düşüncəmə görə, vicdanlı, ədalətli, əqidəli, intellektli, səmimi, sadə, humanist, ləyaqətli, azadfikirli, cəsarətli, qürurlu, əyilməz, əzilməz, sınmaz, vətəndaş mövqeyini qorumağı bacaran, milli mənafeyini, xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutan, həqiqətin keşiyində dayanan və digər müsbət mənəvi keyfiyyətləri özündə cəmləşdirən insan olmaq ziyalılığın meyarıdır. İnsanlıq belə şəxsiyyətlərin çiynində yaşayır. Onlar Vətənini, yurdunu, millətini urvatlandıranlardır.
Professor Rafiq Əliyev belə ziyalılarımızdandır. Beş dildə kitablar yazan, Təbrizdə, ABŞ-da, Almaniyada, İsveçdə, uzaq Avstraliyada və başqa ölkələrdə Vətənimizi ləyaqətlə təmsil edən Rafiq müəllim təfəkkürü Qərbə, əxlaqı Şərqə uyğun gələn mənəviyyat adamıdır. Yaxından tanıyanlar onu “Şərqlə Qərb arasında möhtəşəm körpü”, yaxud “bir ölkədən başqa ölkəyə işə gedən” bilim adamı kimi təqdim edirlər.
Rafiq müəllimin fikrincə, “ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən, ağlı ilə xalqın yoluna işıq salan şəxsiyyətdir”. O, özü də “bunu bacaran, buna nail olan alimi, fikir adamını ziyalı adlandırır. Özünün şəxsiyyəti də bu kriteriyalara uyğun gəlir. Bir də professor tam əmindir ki, əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyəndir.
Rafiq müəllimin bu cəmiyyətdən istəyi nədir? Bunu bir müsahibəsində jurnalistə konkret deyir: “elə belə də yazın, normal yaşamaq istəyirəm!” Rafiq müəllimin normal yaşam ölçüsü azad, demokratik, ancaq qanunların şah olduğu, insanlara dəyər verilən, “dostluqda tarazlıq gözlənilən”, əhalisinin heç olmasa 2-3%-i əsl ziyalı olan, bütün eybəcərliklərə, özünə müxalif insanların düşüncələrinə sayğı ilə yanaşılan bir cəmiyyətdə yaşamaqdır. O, Vətənimizi belə görmək istəyir. Jurnalist Pərvizin gözəl deyimi var: “O, (Rafiq Əliyev-V.O.) Azərbaycandir. Təkcə buna görə Azərbaycanin bir parçası olmağa dəyər”. Professor vətənsevər, yurdsevər, torpağa bağlı, “vicdanının tələb etdiyini yerinə yetirən” (L.Tolstoy) İnsandır.
“Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kəsə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmişə invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki, sınmır. Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir sınır. Amma palıda külək dəyə bilmir”.
Bu izahda – 6-7 cümlədə elm də var, əxlaq da, ağsaqqal məsləhəti də, əsl ziyalılıq da…
Macar yazıçısı İmre Kertez əxlaqı insan varlığının xadiməsi adlandırır. Şeyx Məhəmməd Xiyabaninin “xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlayır” deyimində böyük həqiqət var. Professorun qənaətinə görə əxlaq təfəkkür kimi beyindən gəlmir, qandan gəlir. Rafiq müəllim “böyüklüyü sadəlikdə görən əxlaq, insanlıq nümunəsi, mənəviyyat adamıdır” (R.Tağızadə), “nəfsini yenməklə, ona qalib gəlməklə Allaha varan, Ali Məqama çatan hürufidir” (M.Yaqub), vicdanın və elmin həmişəyanar işığıdır.
Rafiq Əliyevin ziyalılıq meyarlarında dostluqda tarazlıq da mütləqdir. “Mən azad düşüncəli, sınmayan insanlarla dostluq edirəm” cümləsində onun dostlarının xarakteri, dostluq əyarı dəqiq bilinir.
Biz ətrafımızdakı örnək götürüləsi insanların dəyərini yetərincə bilmirik. Lütfizadə kimi böyük elm adamı Rafiq müəllimlə dostluğu özünə şərəf bilirdi. Mənəvi və bilim dünyası ilə nümunə olan Xudu Məmmədovun düşüncəsi ilə desək, elə qala tikəsən ki, hər yerdən görünə, izi qala. Rafiq Əliyev hətta məşhur amerikalı alim Ronald Yagerin təbirincə desək, uzaq ABŞ-dan – yeddi min mil uzaqlıqdan görünən əzəmətli qaladır – özünün tikdiyi qala…

14.11.2025

Hörmətlə:  VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

Mustafa Müseyiboğlu adına kitabxana

ALPAMIŞ DESTANI

ALPAMIŞ DESTANI

Eski Oğuz destanlarındandır. İlk kez 1939 yılında Bakşılardan derlenmiştir. Destan iki bölümden oluşur. Koşuk (nazım) ile düzyazının (nesirin) içiçe olduğu geleneksel Türk destanlarındandır. 16. yüzyılda biçimlenen bu destan, on altı boyun birleşmesinden ortaya çıkan Kongrat uruğunun yaşamını yansıtır.

Kongrat ilinde halka önderlik eden Baybörü ve Baysarı adlı iki kardeşten Baybörü’nün yaşlılığında bir oğlu, bir de kızı dünyaya gelir. Baysarı’nın ise bir kızı vardır. Baybörü’nün oğlunun adı Alpamış, kızının adı Kalgıraç’tır. Baysarı’nın kızının adı ise Barçınay’dır. Bir gün Baybörü ve Baysarı kavga ederler. Baysarı kendi obasını alıp Kongrat’tan ayrılır. Kalmuk iline göç eder.

Baybörü’nün oğlu Alpamış ile Baysarı’nın kızı Barçınay nişanlıdırlar. Alpamış ergenlik çağına geldiğinde nişanlısını aramaya gider. Ancak bu yolculuk sırasında başından bir dizi macera geçer ve pek çok felakete tanık olur. Bir ara 7 yıl esir bile kalır. Ama sonunda bu zorluklardan kurtulmayı başarır.

Baysarı’nın ülkesine vardığında aradan uzun yıllar geçmiş olduğundan Barçınay’la evlenmek isteyen öteki adaylarla kavgaya girer. Yarışmalardan biri de ok atma yarışmasıdır. Bu yarış Baysarı’nın dedesinin olan yay ile yapılacaktır.

Öteki tüm adaylar yay ile atış yapmaya çalışsa da ereği (hedefi) bulamazlar. Ancak Alpamış her attığında ereği vurur ve yarışmayı kazanır. Nişanlısıyla evlenmek isteyen öteki beyleri öldürür ve Barçınay ile evlenerek yurduna geri döner.

Bu destan Dede Korkut hikayelerinde de anlatılır. Burada Alpamış, Bamsı Beyrek olarak betimlenir. Alpamış destanı, Sümerlerin Gılgamış Destanı ile Homeros’un İliada Destanına benzerlik gösterir.

Benzerliğin nedeni, bu kültürlerin tümünün ortak bir kültür olmasındandır. Sümer uygarlığı bilinen en erken Türk uygarlığıdır. Homeros’un içinde yaşadığı toplum olan Pelasglar da bir erken Türk uygarlığıdır. Örneğin Oğuz Kağan destanının köklerini de Gılgamış destanında bulmak olanaklıdır.
Arif Cengiz Erman

Oğuz Kağan,

GÖKTÜRK QRUPU

Ağa Laçınlı – Göstərmə

“Uşaq vaxtı Oqtay bərk xəstələnmişdi. Atam da (təbii ki, biz hamımız) möhkəm sarsılmışdı. Atam cavan yaşında iki övlad itirmişdi – məndən sonra bir qardaşım, Azərdən sonra bir bacımız tələf olmuşdu. Buna görə övladın barmağına tikan batmağına da təhəmmül eləyə bilmirdi. Bu şeiri də Oqtayın xəstələnən vaxtı yazmışdı. Allaha yalvarırdı ki, ona bir daha övlad dağı göstərməsin. Allah onun fəryadını, iltimasını eşitdi.” – Fəxri Uğurlu

GÖSTƏRMƏ

Ulu Tanrı, yalvarıram adına,
Bir də mənə ciyər dağı göstərmə.
Al canımı, at cəhənnəm oduna,
Yaman günü, yaman çağı göstərmə.

Qoy mən olum dadamalın daş-başı,
Ayrı salma bu bacını, qardaşı.
Yollarıma gəl yağdırma göz yaşı,
Qollarıma qüssə bağı göstərmə.

Ömür-gün ver puçurlanmış zoğlara,
Qar yağmasın qanad açmış tağlara.
Təzə-təzə kök bağlayan bağlara
Budarlanmış qol-budağı göstərmə.

İnsaf elə övlad doğub-əkənə,
Od düşməsin gümanların kökünə.
Bir baxışla min bir dərdi bükənə
Ağlaşmalı kəfən ağı göstərmə.

Xətir elə, ta düşməyim xataya,
Tuş olmayım o tufana, o toya.
Bal istəkli, bala canlı ataya
Kilidlənmiş dil-dodağı göstərmə.

Heç nə bildim bütün qorxu-ürkünü,
Çəkəmmədim ciyərdağı yükünü.
Qurban olum, yenə göstər görkünü,
Qızılquşa qarğa lağı göstərmə.

Ulu Tanrı, çox dönmüsən loğmana,
Qoyma daha bağça yana, bağ yana.
İnsaf elə, Ağa kimi bağbana
İnnən belə sovmuş bağı göstərmə.

1985

Müəllif: Ağa Laçınlı

Mənbə:Fəxri Uğurlu

                                

"…yazarlar, ancaq yazarlar…"