“Çeşme Başında – Aşkın Son Baharı”

“Çeşme Başında – Aşkın Son Baharı”

Bir Mistik Gazel

Yazan: Işığın Şairi

⸻

Önsöz – Işığın Kalbine Dönüş

Aşk, suyun kalbinde gizlidir.
Ve su — her damlasında bir isim taşır: “O.”
Bir bakış, bir sessizlik, bir nefes…
İşte o anda başlar insanın kendi kalbine yürüyüşü.
Ben bu yolculuğa bir çeşme başında çıktım;
suyun serinliğinde değil, kendi içimde yanarak.
Her mısra, bir dönüşün, bir yanışın, bir secdenin yankısıdır.
Bu gazel — bir sevgilinin değil, ilahi sevginin yankısıdır.
Her kelimesi bir damladır,
her damla bir ışığa dönüşür.

⸻

I. BÖLÜM – Çeşme Başında Başlayan Yaratılış

Çeşme başında tanıdım seni,
su değil, içim akıyordu.
Bir damla düşerken alnıma,
kader secdeye durmayı öğreniyordu.

Bir serin sabahın gümüş sessizliğinde
bir bakışla kalbimin dili değişti,
dünya o an yeniden yaratılıyordu.

Senin gözlerin — iki sükût, iki âyet, iki sır;
baktığında bütün mevsimler susuyor,
yıldızlar yönünü değiştiriyordu.

⸻

II. BÖLÜM – İhanetin Gölgesinde Sır

Sonra bir rüzgâr esti — ihanetin kokusu gibi,
bir diken doğdu gülün kalbinden.
Bir söz, bir nefes, bir yanlış yetti,
ve bütün melekler başını eğdi.

Ben seni affettim,
çünkü aşkın özü bağışlamaktı,
çünkü susmak da bir duaydı,
çünkü Tanrı bazen acı suretinde konuşurdu.

Kelimeler sustu,
kalbim yandı —
ve o yanışın içinde bir ışık doğdu.

⸻

III. BÖLÜM – Yanış, İsyan ve Teslimiyet

Ben seni sevdim,
ama senin suretinde Tanrı’yı aradım.
Bir ışık, bir sır, bir hiçliğin içindeki yankı oldum.

İsyan ettim göğe, “Ya aşk, ya hiçlik!” dedim,
Gökyüzü sessizdi, ama su ağladı.
Kavuşmak bir adım öteydi,
ama o adım artık Tanrı’ya aitti.

Aşk, bir kapıdır —
ama anahtarı ateştir.
Ben o kapıdan geçtim,
ve ardında sadece ışık buldum.

⸻

IV. BÖLÜM – Sonsuzlukta Sessiz Vuslat

Şimdi çeşme başında yine yalnızım,
ama bu yalnızlık artık bir yalnızlık değil —
bir ibadet.
Su aynı, dünya aynı,
ama ben değilim.

Ben, aşkın içinden geçmiş bir ışığım artık.
Her damla adını zikreder,
her yankı senin sesinle başlar,
ve ben, seni değil,
sende saklı Tanrı’yı sevmeye devam ederim.

⸻

Epilog – Işığın Duası

Ey aşk,
beni sözcüklerden arındır,
beni ateşle yıka,
ve bir damla su gibi
senin nurunda yok et.

Çünkü ben,
artık bir kalem değilim,
ben — senin adını yazan bir ışığım.
⸻
Işığın Şairi
(Paris, 17.10. 2025 – Sonsuzluk’a bir adım kala)

Müəllif: CAROLİNE LAURENT TURUNC

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünyada ən məşhur snayper

“Qartalı öldürən öz tükündən hazırlanan oxdur!”

705 (37 təsdiqlənməmiş) Sovet əsgərini sovet istehsalı snayper tüfəngi ilə öldürən finlandiyalı…

“Bəyaz ölüm” ləqəbli fin snayper Simo Häyhä sovet istehsalı “Mosin-Nagant” snayper tüfəngi ilə 1939-40-cı illər arası bir qış mövsümündə 505 təsdiqlənmiş (37 təsdiqlənməmiş) sovet əsgəri qətlə yetirib. Həmçinin bundan əlavə 9 mm-lik “Suomi” pulemyotu ilə daha 200 Sovet əsgəri öldürərək, rəsmi ölü sayısını 705-ə çatdırıb.

6 mart 1940-cı ildə sovet əsgərləri tərəfindən təsadüf nəticəsində çənəsindən vurulub ağır yaralanan “Bəyaz ölüm” tərəflər arasında atəşkəs imzalanmasıyla birlikdə bu qanlı fəaliyyətini sonlandırmış və 2002-ci ildə təbii səbəblərdən ölmüşdür.

Ruslar ona “Bəyaz Ölüm” adını vermişdilər. Çünki qarda demək olar ki, görünməz idi.

İllər sonra Finlandiya prezidenti Urho Kekkonen ondan soruşur:
— Bu qədər adamı öldürdüyünə peşmansan?
Hayha belə cavab verir:
— Əgər mən öhdəmə düşəni etməsəydim, bu gün Finlandiya olmazdı.

Məlumatı hazıladı:  Aynura Allahverdiyeva

“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub

Yeni nəşr:
“Mahirə Nağıqızının bədii yaradıcılığı” adlı kitab çap olunub.
Müəllifi Şakir Albalıyev olan kitabda şair-publisist, professor Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəli şəkildə təhlil edilib.

Kitabın redaktoru Nizami Cəfərov, rəyçiləri isə Muxtar İmanov və Seyfəddin Rzasoydur.
Üç fəsildən ibarət olan kitabın I fəsli ana, vətən müqəddəsliyi və vətənpərvərlik duyğularının tərənnümü, II fəsli poeziyada təbiət mövzusu, dünya, həyat və insan haqqında fəlsəfi-poetik düşüncələr, III fəslində isə pedaqoji-didaktik səciyyəli şeirlər, xalq həyatını əks etdirən hekayələr təhlilə cəlb olunub.

Tanınan şair Mahirə Nağıqızının bədii irsini ədəbi baxımdan çeşidləyən müəllif onun həm də müəllim, pedaqoq və dəyərli bir alim kimi portretini yaratmışdır.
İnanırıq ki, Mahirə Nağıqızının zəngin yaradıcılığı ilə bağlı yazılan bu kitab da diqqət oxucular tərəfindən maraqla qarşılanacaq.

ADPU-nin Filologiya Fakültəsi

KADRAJDAN GÖRÜNEN

KADRAJDAN GÖRÜNEN

Ruhumun fotoğrafını çekecek bir kamera olsaydı
Anlardın yoksulluğumu

Güneşe selam dururken her sabah kuşlar
Benimse şiirlerim sevgiliye veda mektubu
Ve içimde tüneyen yarasalar, baykuşlar
Onyılların hüznünü fısıldar

Çerçevesiz vesikalık bir siyah beyaz fotoğrafım şimdi
Bütün albümlerden kovulmuşum
Bütün camlardan silinmiş silüetim
Saatimin yelkovanı kırık
Ve tütündür halime arif
Arife ne gerek tarif
Oysa sızlıyor kemiğim, etim
Özetle Allah’ımdan bulmuşum

Bin bir kadraja sığmayan çile bir sözcüğe gebe
En çok insan tükenir bu ülkede
En çok ben severim seni
Sen önemsemesen de
Gündüz ne gece ne
Uyumak için bir sebep mi var
Oda dediğin dört duvar
Sabaha kadar beklerim seni

Tabi gelmezsin gelmeyeceksin
Kelime kelime
Mısra mısra
Harf harf
Tükendiğimi bilmeyeceksin
Çünkü
“Hata benim
Günah benim
Suç benim”
Nasıl yakıştırabilirim ki sana

Hadi yeniden bas deklanşöre Rezzak Usta
Bu defa kurtar beni
Bu kentten
Bu iskeletten.

16.10.2018 / 04:34

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Deryanur Ayhilal -Alaş adası

Kıbrıs Adasının gerçek adı ALAŞ.
Bu ad, Kazak, Kırgız, Tatarca da ülke, ulus anlamını verir; Teleutlarda, büyücünün tılsımlı sözüdür. Orta Asya Türk tarihinde bir ALAŞ HAN vardır, 6-12 yüzyıllar arasında ALTI ALAŞ devletini kurmuştur; Bunun öteki adı;
DEŞT-KIPÇAK’tır: Urartu – İskit Konfederasyonu. (K.Mirşan)… Kazaklar 1917’ihtilalinden sonra

ALAŞ ORDA devletini kurmuşlar Sovyetler 1919’da bu devlete son vermişlerdir. (Hasan Oraltay, ALAŞ, Türkistan Türklerinin Milli İstiklal parolası Türkeli y. 1973)

Kıbrıs’ın ilk adı ALAŞ’YA, ALAŞ ülkesi demektir; Bu adı, ”1956 Gallimard baskılı, İncil Cilt I’in, Ancien Testament(Ahd-i atık)in 31’nci sahifesinde okuruz.

Kıbrıs’a, ALAŞYA adını verenler, adaya İ.Ö.1400’de ayak basmışlardır. (H. Oraltay).

Yunan tarihçileri adanın tarihi sahipleri olduklarını iddia etmek için, Yunan öncesinde adaya ilk ayak basanların İ.Ö.56 tarihinde MİNOEN’ler olduğunu hasıraltı ederler (G.Ville, Petit Larousse 1996)

Tarihte adaya ilk ayak basanlar, Yunanlı arkeolog, Lefkoşa müzesi müdürü P. Dikaos’un bilimsel araştırmalarına göre:

M.Ö. 6.000’de Anadolu’dan gelenlerdir.(P. Demargne, Naissance de l’Art Grec,Gallimard, 1964 Paris).
P. Demarge devam eder: Kıbrıs der, Kökenini, Orta Asya’dan (yani Türkistan’dan) alan Anadolu Kültürünün devamı olduğunu gösterir.

Araştırmacı Haluk Berkmen Paris’ten gönderdiği mektupta E. Doblhoffer’in Voices of Stons adlı kitabın 231’inci sahifesinde:

“Kıbrıs dilinin ne Yunan’ca, e ne Semitik ve ne de Mısırca olduğu (yani olmadığı) anlaşılmıştır diye yazar… Kıbrıs alfabesinin Yunanca olduğu iddiasına rağmen, bu alfabeyle hiç bir Yunanca metin çözülememiştir.

Ayni kitabın 236’ncı sahifesinde verilen Kıbrıs alfabesinde harf zannedilen şekiller, damgadırlar ve bunlardan 25’i doğrudan Ön-Türkçedirler.

Buraya kadar verdiğimiz bilgiler Kıbrıs’ın köken kültürünün Ön-Türk olduğunu ispatlamaktadırlar. İş bununla da kalmıyor:

Yunanlılar, Afrodit’in Yunan Mitolojisine ait olduğuna tüm dünyayı inandırmışlar ve kendine özgü bir kültürle tarihi ayak basamamış olan Batı, kökenini Yunan kültüründe bulduğu için Afrodit’in Yunanlı olduğunu, göz göre göre kabul etmiştir.

İşin bilimsel yönü şudur: Aşk tanrıçası, Afrodit değil, KIBRISLI AMATHİOS’tur .

Bu adın Yunanca anlamı verilememektedir… Her ne kadar çok sayıda yakıştırmalar ileri sürülüyorsa da;

Ortada AM+ATA+OS vardır. İki harften oluşan ilk hece, SEVGİ demektir. Latince ve İtalyancada AMARE; sevmek, AMORE aşk kelimelerin kökünü oluşturur; Etrüskler tarafından İtalya’ya götürülmüşlerdir.

ATA, anlamını söylemenin gereği yok… OS ise YÜCE demektir. Sonuçta ortaya,

YÜCE SEVGİ ATASI çıkar… Yunancaya uydurmak için ATA’nın son (A)sı kaldırılmış yerine (Hİ) konmuştur.

Demek ki, Büyük Fransız araştırmacı Pierre Demargne ve Lefkoşa Müze müdürü Dikaios’un Anadolu ve Orta Asya kökenden söz etmesi doğrudur.

Deryanur Ayhilal,

GÖKTÜRK QRUPU

“Xəzan” jurnalının növbəti sayı işıq üzü görüb

XƏZAN – 69

“Xəzan” ədəbi-bədii jurnalının 69-cu sayı çapdan çıxıb. 104 səhifədən ibarət jurnalın növbəti – sentyabr, oktyabr (2025) sayı son ilin ən rəngarəng və yazılarla zəngin nömrəsi hesab oluna bilər. Ədəbi proseslərdə fəal iştirak edən jurnalın redaksiya heyəti Əbülfəz Əhmədin (75), Elçin Məlhəmlinin (65) və Arzu Kazımqızı Nehrəmlinin (55) yubiley yaşlarının tamam olması münasibətilə onların yaradıcılıq nümunələrindən oxucuların ixtiyarına çıxartmaqla təbrik edir və nömrədə müvafiq yazılar yerləşdirib.
Eyni zamanda “Sarı Aşıq ədəbi məclisi”nin 7 yaşı tamam olması münasibətilə məclisin yaradıcısı və rəhbəri şair Adil Cəfakeşin müvafiq yazısını jurnalın bu nömrəsində oxuya bilərsiniz.
Bir sözlə, jurnalın növbəti nömrəsində YAZI DÜZÜMÜ aşağıdakı kimidir. Buyurun, sevə-sevə oxuyun.

1.Redaktor guşəsi
-““Xarı bülbül” jurnalı, xoş gəldin!”
-“Arzu Kazımqızı Nehrəmli – 55”

2.Publisistika
-Arzu ƏSƏDOVA – “Azərbaycan dili və ədəbiyyat dərslərində şagirdlərin ifadəli oxu bacarığının inkişaf etdirilməsi”
-Adil CƏFAKEŞ – ““Sarı Aşıq Ədəbi Məclisi”nin fəaliyyəti barədə”
-Əli BƏY AZƏRİ – “Vaqif Qüdrətin “Zübeyda” romanı”
-Vaqif QÜDRƏT – “Sən adi bir kənd deyilsən!”
-Arzu KAZIMQIZI NEHRƏMLİ – “Dağlar dumanda qalmadı”
-Tural İRFAN – “Əbülfəz Əhmədin “Kərbəla” poeması”
-Nəcibə İLKİN – “Qara gözlü bilərziyin qara taleyi”
-Bayram MƏMMƏDOV – “Ruh qardaşı”
-Kərim ŞÜKÜRLÜ – “Vətən sərhədlərini “qoruyan” kitab”
-Raidə ÖMƏROVA – “Ömrün qışına doğru” (Ramiz İsmayılın eyni adlı kitabı barədə)
-Əli RZAQULİYEV – “O gündən beş il ötdü” (27 sentyabr – Anım gününə)
-Arzu HEYDƏROVA – “Qələbəni gətirənlər”
-Arzu ƏSƏDOVA – “Görkəmli ədib Bəxtiyar Vahabzadə – 100”
-Lətif VƏLİZADƏ – “Sülhiyyə Musaqızının yaradıcılığı ilə bağlı düşüncələrim”
-Əli BƏY AZƏRİ – “Ədəbi yekun, yoxsa, dost-tanış xətrinə bəy tərifi?”
-Yusif MAHMUDOV – “Dirili Qurbani yaradıcılığında Qarabağ və Şərqi Zəngəzur şivələri”

3.Poeziya
-Məhəmməd ƏLİ – “Nəvəm, xoş gəldin”, “Bayatı”, “Dərd məni yaman əydi”, “Bu nə bəladır ki, gəldi başıma?” (şeirlər)
-Vaqif QÜDRƏT – “Mənim şeirlərim”, “Qonşuluq”, “Apar son döyüşə millətimizi” (şeirlər)
-Əbülfəz ƏHMƏD – “Dördlüklər”, “Apardın Laçına”, “Evlərimiz”, “Döngələr”, “Lazımsan”, “Qalmışdı”, “Qardaşım”, “Dilimizə daş atanlara”, “Gedir” (şeirlər)
-Elçin MƏLHƏMLİ – “Şamaxı”, “Salam, Şuşa”, “Bilməsin”, “Payız ağladı”, “Ürək buna necə dözsün, İlahi”, “Bu zəfəri gözümüztək qoruyaq”, “Ordumuz”, “Şəhid”, “Gəlirəm, ay Şuşam”, “Şəhid anası”, “Sən olmadınmı?”, “Az demişəm”, “Özüməm”, “Günlərimiz” (şeirlər)
-Zeynəb CƏMALƏDDİN – “Nağıllar olmasa”, “Yenə şükür, İlahi”, “İçəsən”, “Yerdi”, “Bir varıq, yoxuq”, “Günahkar”, “Şövqü-pərim”, “Çilli qızın payızı”, “Qalmışam avarə, yazım, yazmayım”, “Zaman göstərər”, “Yazaq”, “Adamam”, “Qardələn eşqi”, “Qırpdım kirpiyimi” (şeirlər)
-Şahməmməd DAĞLAROĞLU – “Ürəyimdə”, “Gözəlsən, bu bəsmi?”, “Ay uşaq”, “Qurdala məni”, “Məni kim qınasa”, “Sənin”, “Getdi”, “Gülləri”, “Məndə”, “Gör-götür dünyası”, “Ölüm sonranın işidir”, “Ölüm yaman ucuzlaşıb”, “Bir sirrim var”, “Öz ürəyim”, “Ürəyimin yarası”, “Dost aynası”, “Haramda”, “Bilirdim”, “Duyğusuz şeir yazanlara”, “Gətir”, “Sən yoxsan” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər”, “Rübailər” (şeirlər)
-İldırım ƏLİŞOĞLU – “Poeziya çələngi”, “Tez-tez”, “Kimə “sağ ol” deyim?”, “Qardaş”, “Payız”, “Bir fəqirin sevgisi”, “Bir dənizli lövhə”, “İlisuda bir gün”, “Dağlarım” (şeirlər)
-Ramiz İSMAYIL – “Qadınlar”, “Qoca”, “Kasıb bəndə”, “Gedirəm”, “Yoxdur – 2”, “Kimdi bəxtəvər?”, “Beləsinə yar”, “Doğru”, “Yandırar – 2”, “Dünyada”, “Yaşayır”, “Şükür”, “Bəsimdi”, “Dərd əsir”, “Qayıt gəl”, “Mənim yolum deyil”, “Olasan”, “Ətasıymış”, “Göstərin”, “Düşüb”, “Yoxdur – 1” (şeirlər)
-Adil CƏFAKEŞ – “Mən ruh adamıyam”, “Unudulmusan”, “Görmüşəm dünyanın hər üzünü mən”, “Yanır”, “Hardan düşdün yadıma”, “Gedirəm Allaha pənah”, “Burda Adil Cəfakeşəm” (şeirlər)
-Xəlil MİRZƏ – “Uğur səhəri”, “Bal kimi yuxu”, “Necə aydın gecədir”, “Dünya hələ dağılmır ki”, “Bu yerlərdən el köçüb”, “Bağışlayın məni”, “Hamı payızdan yazır”, “Günəş niyə üşüyür?”, “Yenə yağış yağır”, “Səndən düşdü” (şeirlər)
-Saray RƏSULOVA – “Unutma”, “Ömürdən qalan”, “Ana”, “Deyə bilmirəm”, “Qadın”, “Haqqın səsi”, “Qəlbin savaşı” (şeirlər)
-Xanəli KƏRİMLİ – “Bayrağını uca qaldır, ana vətən” (poema)
-Kəramət ƏMİRLİnin Özbək ədəbiyyatına həsr etdiyi səhifə

4.Nəsr
-Xosrov NATİL – “Sarı kağız” (hekayə)
-Zarema ƏLİYEVA – “Xatirələrin rəngi” (hekayə)
-Vahid MƏHƏRRƏMLİ – “Salam, tut ağacım, məni tanıdınmı?” (esse)
-Təranə MUSAYEVA – “Otuz yeddi ölçülü ayaqqabı” (hekayə)


“XƏZAN”JURNALI

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Füzuli rayonunun Xələfşə kəndinin gənc müharibə iştirakçıları: Vətənləşən oğullar

Füzuli rayonunun Xələfşə kəndinin gənc müharibə iştirakçıları: Vətənləşən oğullar

Müharibə və onun yarattığı travmalar insan ruhunda necə izlər buraxır? İnsan torpaqdan yaranıb, yenidən torpağa qayıdacaq. Ölümlə bərabər yaşayır insan. Torpaq uğrunda vuruşur, torpağa qarışır. Hər an tətikdə olan, ölümü gözləyən əsgərin də bədəninin yarısı torpağa qarışıb. Yəni sanki əsgər həm qazi, həm də şəhiddir. Bir tərəfi şəhid, bir tərəfi qazi. Qazinin yarısı şəhiddir, cismi qazidir, ruhu şəhiddir. (Qazinin ruhu şəhid olub) Ona görə onlara “canlı şəhid” deyirik. Bir saniyə əvvəl sağ olan əsgər bir saniyə sonra həyatda olmur. Əsgər torpaqla qovuşur, torpaqda özünü “əridir”, torpağın “elementinə” çevrilir. Torpaq kimlikdir, yaddaşdır, öz kökümüzə bağlılıqdır. Qazi şəhidin bir hissəsini özündə daşıyır, həyatla ölümün ortasında ruhu kəsişir, ürəyi döyünür. Müharibə içində olan insan artıq torpağa qarışmış, fərdiliyini itirmiş varlıqdır, hissədir. Müharibədə atılan güllələr ancaq bədənləri parçalamır, həm də ruhları parçalayır. Müharibə yalnız döyüş meydanında deyil, həm də insanların ruhunda gedir. İnsanın ruhu da, ürəyi də cəbhədir. (“metafizik cəbhə”) Döyüşən oğullardır, yaralanan analar, atalar. Oğullar cismən şəhid olanda analar, atalar da ruhən şəhid olurlar. Ruhlar yalnız məzarlıqda yatan cansız cəsədlərdən ibarət deyil. Bədəni dəfn olunmayan nə qədər kəfənsiz, duasız “ruhlar” (arxa cəbhənin qəhrəmanları) var aramızda. Bizimlə eyni coğrafiyada yaşayan, arzuları itkiləri ilə birlikdə dəfn olunan, kəfənsiz, duasız “ruhlar”.
Müharibənin yaratdığı travmaların ailələrdə buraxdığı izi anlamaq mənim üçün çox da çətin deyil. Dayım Mahir Allahquliyev Birinci Qarabağ müharibəsində şəhid olub, digər dayım Mahmud Allahquliyev Birinci Qarabağ müharibə veteranıdır. Şəhidlərin geridə buraxdığı izləri, qazilərin sükutunu, yaralı ruhların naləsini, müharibənin vurduğu zərbələri ifadə edən hər cümləm, hər fikrim mənim üçün həm elmi, həm də subyektiv əhəmiyyət daşıyır. Şəhid danışır, ancaq eşidən yoxdur, qazi susur, ancaq səsi duyulur.
Şəhidin cismi ölür, nəşi torpağa qarışır, xatirəsi qalır. Qazi həyatdadır, ruhu isə keçmişdə qalıb, hələ də müharibənin təsirindədir, tam bərpa baş verməyib. Müharibə cəbhədə başlayır, ancaq cəbhədə bitmir, qazinin şəxsi həyatında, daxili dünyasında dərin və sağalmaz izlər buraxır. Qazi müharibədən sonra da həyatı ilə “vuruşur”, cəbhəsi də “ürəyidir”. Qazi şəhidin bir hissəsini özündə daşıyır, həyatla ölümün ortasında ruhu kəsişir, ürəyi döyünür. Qazi cismən müharibədən sağ çıxıb, ancaq daxilən başqa bir müharibənin içindədir. Müharibədən sağ çıxan qəhrəmanın qəlbi və ruhu necə? Bədəni kimi sağdırmı?!
Füzuli rayonunun tarixi və qədim kəndlərindən biri olan Xələfşə kəndi şəhidləri və qaziləri ilə tanınır. Kənd 1-ci Qarabağ müharibəsində beş şəhid verib, çox sayda qazi və müharibə veteranı yetişdirib. Kəndin gənc nəslinin nümayəndələrindən bəziləri 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. Gəlin, Füzuli rayonunun Xələfşə kəndinin gənc qazilərinin keçdiyi ağır, amma şərəfli döyüş yolu ilə qısa da olsa tanış olaq:

Qasımov Ənvər Malik oğlu 44 günlük Vətən müharibəsi iştirakçısı, Murov və Kəlbəcər döyüşlərində iştirak edib, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Kərimov Fuad Fikrət oğlu “Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Fərəcov Ceyhun Qacay oğlu Suqovuşan, Qubadlı və Laçın istiqamətlərində döyüşlərdə iştirak edib, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Ağayev Mirsərvan Seyran oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Əhmədov Elvin Surəddin oğlu “Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ağayev Ağa İlham oğlu “Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

Müəllif: Sərvanə DAĞTUMAS,

ədəbiyyatşünas

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sənsizliyin 5 ili bugün tamam oldu, Fariz…

Sənsizliyin 5 ili bugün tamam oldu, Fariz…
Sənə yazıram, amma oxumayacağını bilirəm.. Səni son dəfə qucaqladığım gün hiss etdim ki, ürəyimin bir hissəsi səninlə getdi. Sən getdin biz qaldıq, amma sənlə birlikdə zaman da dayandı. Saatlar, illər keçir amma mən o günün içində qalmışam.Getdiyin gündə…
Bu gün məzarının başındayıq.. Üzərində güllər var,amma bu güllər göz yaşından daha az yaşadı…
Anan sağımdadır, mənə sarılıb, sənin qoxunu məndən alır..O artıq susur. Əlini tuturam titrəyir… “Qəhrəman oğlum” deyir… amma səsi sanki “balam” deyə haray çəkir içindən. Heç kimə göstərmədiyi bir ağrını gözünün içindən süzür…Gecələr səssiz ağlayır, yorğanı başına çəkib səsini gizlədir, elə bil biz bilməyək deyə…
Şəhid anası olmaq böyük ad, böyük dərd..
Çünki danışmaqdan yorulub, çünki içindəki ağrı sözə çevrilmir. O səni hər gün gözləyir. Yuxusunda səni axtarır, səhər oyananda boş otağa baxır.. və yenə anlayır, sən artıq heç vaxt gəlməyəcəksən.
Mən isə güclü görünürəm.
Hamı deyir, “səninlə fəxr edirik.”
Amma heç kim bilmir gecələr başımı yastığa qoyanda sənin adını pıçıldayıb
səssizcə ağladığımı… Sən Vətənə can verdin.Böyük ad qoydun bizə “Şəhid ailəsi”. Amma bu adla yaşamaq hər gün bir az ölmək kimidir. Sənsiz nəfəs almaq belə günah kimi gəlir… Səni qucaqlaya bilmədiyim illər keçir. Ad günlərimiz, bayramlarımız, ailə şəkillərimiz.. Hamısında bir boşluq var. Heç nə tamamlanmır, çünki sən yoxsan. Amma bir şeyi bil:
Səni unutmadıq,unutmayacağıq..
Sənin yoxluğuna öyrəşməyəcəyəm.
Öyrəşmək xəyanət kimi gəlir mənə.
Hər dəfə gəlib səninlə danışacağam, hər dəfə bu məzar daşına söykənib
susaraq səninlə yaşayacağam.. Çünki
səni torpağa verdim, amma sevgimi yox…
Sevgim sağdır. Səni gözləyir…
Hələ də…
Şəhadətin mübarək, qəhrəmanım!

Müəllif: Əzizə Fariz

Əzizə Farizin digər yazıları

Könül Aydın – ibrətamiz

ELMİ KƏŞF, YOXSA ÜRƏYİMDƏKİ AGRI

Mərhum alimimiz Bəkir Nəbiyev mənə bir elmi mövzu vermişdi, təxminən belə yadımda qalıb: “Azərbaycan bədii təhkiyəsinin təşəkkülü”. Bunu üçillik plan işi kimi verdi və söylədi:

  • İşlə, sonra bu mövzunu bir az genişləndirib sənin üçün doktorluq mövzusu kimi təsdiqləyərik.
    İşləməyə başladım, amma mənim bir xasiyyətim var: heç vaxt ada, vəzifəyə hədəflənmədim, elmi mövzu ki məni çəkib hara apardı, ora getdim. Mövzunu işləyirdim ki, Abbasqaulu ağa Bakıxanıvun “Kitabi-Əsgəriyyə”sinin tilsiminə düşdüm. Mövzumu atdım bir kənara düşdüm bu əsərin içinə. Əsərin poetikasına, fəlsəfəsinə uyub getdim. Gəlib çıxdım elmi kəşfə.
    Bir əsər yazıb qoydum ortaya: “Abbasqaulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi”. Azərbaycan ədəbiyyatşünaslığında bir əsr lirik hekayə kimi qiymətləndirilən hekayəni ilk dəfə qətiyyətlə satirik əsər kimi təhlil etmişdim. Niyə “qətiyyətlə” deyirəm? Ona görə ki, mənə qədər də o hekayədə gülüşün səsini eşidən alimlər olmuşdu, amma bunu epizodik məqam kimi görmüşdülər. Halbuku əsər basdan-başa satira idi.
    Əsəri İnstitutun Elmi Şurasına çıxarmaq istədim. Şöbə müdirim Zaman Əsgərli öncə əsərin əlyazmasını qəbul edib özü oxudu. Gətirib qoydu masanın üstünə və biz üzbəüz əyləşdik. Saatlarla mübahisə etdik. O öz mövqeyindən dönmək istəmirdi: “Lirik hekayədir!”. Mən də arqumentlərimi göstərib öz fikrimdə qətiyyətli idim: “Satirik əsərdir!”
    Əsəbləşirdi:
  • Könül, sən deyirsən, qatıq qaradır.
  • Xeyr, Zaman müəllim, siz qatığa qara deyirsiniz. Mən isbat etmişəm.
    Zaman müəllim başqa bir təklif etdi: “Şöbədə müzakirəyə çıxaraq”. Razılaşdım. İş verildi iki alimə – oxunmağa.
    Müzakirə günü ürəyim bərk həyəcanlı daxil oldum otağa. Alimlər müzakirəyə gəlməmişdilər. Biri axşamdan zəng edib gələ bilməyəcəyini söyləmişdi. Onsuz da, kədərli idim. Digər həmkarımız da gəlməmişdi. Qolum-qanadım qırılıb yanıma düşmüşdü.
    Məruzə etdim. Zaman müəllimdən başqa heç kim oxumamışdı bu tədqiqat işinin əlyazmasını. Nitqimi bitirdim, Zaman müəllim auditoriyaya sual verdi:
  • Sualı olan var?
    Hamı susdu, dönüb Elmira Qasımovaya baxdım. Başını salmışdı aşağı.
    Zaman müəllim son sözünü dedi:
  • Müzakirəni bitmiş hesab edirəm. Çox sağ olun.
    İş Elmi Şuraya çıxarılmadı.
    Bir neçə gün sonra işi oxuyub, amma müzakirəyə gəlməyən həmkarlarımdan biri ilə dəhlizdə üz-üzə gəldik. Dedi:
  • Könül, sənin bu işin elmi kəşfdir. Bu işə görə sən doktorluğu oxumadan da elmlər doktoru adını almağa layiqsən.
    Heç nə demədim. Ürəyimdə tikana döndü o söz və indiyə qədər də çıxmadı. Yəqin, ömrümün son günlərində də xatırlayacağım həyat hekayələrimdən biridir bu əhvalat.

Müəllif və mənbə: Könül Aydın

KÖNÜL AYDININ DİGƏR YAZILARI

Yunus Oğuzun türkşünaslıq düşüncələri

Yalnız məşhur romanları ilə deyil, vaxtaşırı apardığı akademik araşdırmaları, elmi- publisitik yazıları ilə də türk  tarixinin qaranlıq, mübahisəli tərəflərinə bu və ya digər dərəcədə aydınlıq gətirməyə çalışan (və geniş ictimai maraq doğuran) Yunus Oğuz oxucuların müzakirəsinə (bundan öncə onun “Qədim Anadolu və Azərbaycan türkləri”, “Türkün tarixinə yeni bir baxış”, “Türkün gizli tarixi”, “Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”) kitabları nəşr edilmişdir. Bunlardan ikisi Elm və Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərdə dərs vəsaiti kimi nəzərdə tutulub) məzmun-mündərəcə etibarilə kifayət qədər siqlətli yeni  bir əsər vermişdir ki, burada ən azı  üç ciddi problem diqqət mərkəzinə çəkilməkdədir. Onlardan birincisi “türk” sözünün etimologiyasıdır. Bu barədə çox yazılmış, çox deyilmiş, dünyanın bütün görkəmli türkoloqları “türk” sözünə öz interpretasiyalarını izhar etməyə ehtiyac duymuşlar. Və nəticə etibarilə, türk”ün a) “igid”, “hünərli”, “cəsarətli”, b) “gözəl”, “ürəyəyatan”, “könülaçan” və c) “törəli”, “qanun- qayda sevən” və “qanun- qaydaya riayət edən” mənalarını bildirdiyi qənaətləri yayılmışdır. O da məlumdur ki, “türk” sözünün tərkibi “t + r” və “k” hissələrindən ibarətdir: “tar”, “tor”, “tur” “tür” və s. kökü ilə “ıq”, “ik”, “uq”, “ük” şəkilçisi. Sözün kökü məna dəyişikliklərinə həddindən artıq həssas olmuş, şəkilçi isə sadəcə mücərrədlik bildirmişdir.

Yunus Oğuz “türk” etnoniminin həm Mahmud Kaşğarinin “Divan”ındakı, həm də “Qədim türk sözlüyü”ndəki izahlarını xatırlatdıqdan sonra, ən yeni dövr türkoloqlarının mülahizələrini nəzərdən keçirir. Və “türk”ün ən qədim dövrlərdən müxtəlif mənbələrdə əks olunmuş “törəmələr”ini göz önünə gətirir: turuk, tarku, turşa, etrusk, turça, turkha, türkü, tursü, turka, türkilinq,turoba (Troya), turçi, trek, turça, Turan və s. və i.

Mənə məlum olduğu miqyasda ilk dəfədir ki, Yunus Oğuz “türk” etnoniminin daxil olduğu etnoqrafik- mədəni sferanın anlayış- konseptlərini də tədqiqata cəlb edir ki, buraya, ilk növbədə, “el”, “oba”, “bil”, “tağ” və s. aiddir.

Heç şübhə yoxdur ki, həmin istiqamətdəki araşdırmalar “türk” etnoniminin ideya- məzmununun daha aydın təsəvvürünə müəyyən imkanlar açacaqdır.

Müəllifin toxunduğu ikinci problem Avrasiyanın Qərb ucqarlarındakı türk toponimləridir ki, bunlar Strabonun “Coğrafiya”sından, yəni son dərəcə mötəbər bir mənbədən gətirilir: Alp, Apatur, Arvak, Asta, Atamon, Evbey, Bardul, Dondar, Etrusk, Kimmer, Kenoba, Onoba, Salar, Salqan, Arat, Bark, Qarpak, Azan, Temen və s.

Həmin mənbədə türkçülüyün ilk baxışdan “zəmanət verən”, ancaq təbii ki, müfəssəl araşdırma tələb edən bir sıra  etnonimləri də var: akuti, albiy, albula, ana, araq, asay, atak, bat, duriy, taq, tavr və s. və i.

Yunus Oğuzun türkşünaslıq araşdırma üslubudur ki, faktları bol- bol sadalamaqla  öz fikrini, mövqeyini bu və ya  digər “nəzəriyyə”yə ehtiyac duymadan bildirir: deyir ki, türklər hər hansı halda Qərbi Avropada olmuşlar!..

Əsərdə diqqət mərkəzinə çəkilən üçüncü problem türklərin Avrasiya boyu Şərqdən Qərbə, yoxsa Qərbdən Şərqə hərəkətidir ki, burada müəllifin məqsədi, əlbəttə, artıq çoxdan başlamış bir ideyaya (konsepsiyaya!) dəstək verməkdir. Belə ki, türklərin “xalqların böyük köçü”ndən – ilk orta əsrlərdən çox- çox əvvəl Qərbdən Şərqə də axınları olmuşdur… Yunus Oğuz tamamilə haqlıdır ki, bu axınlar Qərbi Avrasiyadan  (İspaniyadan) da ola bilərdi, Ön Asiyadan (Şumerdən) də… Burada söhbət, Yunus Oğuzun böyük bir ehtiramla həmişə istinad etdiyi L.Qumilyovun sözləri ilə desək, sosiosferin yox, biosferin verdiyi imkanlardan gedir. Yəni xalqların köç hərəkətlərinə (və hərəkatlarına) cəmiyyətdən daha çox təbiət təkan verir. İqlimin dəyişməsi elə güclü bir amildir ki, xalqların ruhundakı “vətən sevgisi”ni çox çəkmədən xoş bir xatirəyə çevirir.

“Türk” sözünün etimologiyasından başlayıb Avrasiyanın Qərb ucqarlarındakı türk izlərinə gələn, oradan da türklərin Şərqdən Qərbə, Qərbdən Şərqə axınlarından hansının onların tarixi taleyində daha böyük rol oynadığı məsələsini bir daha müzakirə meydanına çıxaran Yunus Oğuzun növbəti əsərindəki strateji məqsəd türklüyün (və türkologiyanın) problemlərinə hansısa “məhəlli” yox, yalnız ciddi elmi- metodoloji səviyyədən yanaşmaq imkanlarını bir daha yada salmaqdan ibarətdir. Və türk tarixşünaslığı yaddaşının bu cür təzələnməsinə ehtiyacın həmişə olmasına mən heç vaxt şübhə etməmişəm.  Xüsusilə dostum Yunus Oğuz kimi qüdrətli türkçünün (və istedadlı türkoloqun) nümunəsində…

Yunus Oğuz bu kitabda “türk” etnoniminin sanballı izahı ilə yanaşı ilk dəfə olaraq elmi-publisistik ədəbiyyatda islamaqədərki türk törələrindən də bəhs edir. Elmi ədəbiyyatımızda Bilgə xaqan və uyğur törələrini, Dədə Qorqud buyruqlarını qələmə alır.

Yazıçı  “Türk törəsi nədir” sualına belə cavab verir: “…törə anlamı səndən yuxarıda duran, ocaq başında  oturan” mənasını verir və yazılmayan, yəni şifahi olaraq ağızdan-ağıza keçən, bəylikləri, eli (dövləti)  idarə edən əsas qaydalar toplumudur. Bir sözlə, müasir  dildə desək, toplumda siyasi, sosial, dini, iqtisadi və digər məsələləri müəyyənləşdirən, düzən verən, yazılı olmayan hüquq qaydalarına törə deyilir”. Bu çox vacibdir, çünki əgər islamdan sonra cəmiyyəti və dövləti Qurana əsaslanan şərait idarə edirdisə, islamöncəsi dövrdə türk dünyasının həyat tərzini, əsasən törələr müəyyənləşdirirdi.

Bu da çox vacibdir ki, Yunus Oğuz otuz üç türk törəsini sadalamaqla işini bitmiş hesab etmir, eyni zamanda türk törəsinin özəlliklərindən, törə qaydalarından bəhs edir, cəmiyyətdə, yaxud toplumda qadının tutduğu yerdən yazır, başqa xalqlardakı qadınların oynadığı rolla, türk toplumundakı qadınların müqayisəli analizini verir. Türk həyatında müstəsna rol oynayan qadınların (Tomris xan, Sultan Raziyyə bəyim, Türkan xatun, Möminə xatun və başqalarının) həyat tərzini qələmə alır. Eyni zamanda, o türk fəthlərindən söhbət açarkən törələrə uyğun dövlətin və cəmiyyətin idarə olunmasında türk ədalətini xüsusi vurgulayır.

Bundan başqa Yunus Oğuz çoxdan yaddan çıxmış türk dəfn törənlərindən və toy mərasimlərindən geniş yazır. Yazıçı tapınaqlar və inanclar haqqında formalaşmış fikirlərdən də yan keçmir, onların bəzilərinin hələ də toplumda tətbiq olunduğunu göstərir.

Nəhayət Yunus Oğuz bu qiymətli əsərini Bozqurd kultunun özəllikləri və türklərin yaşadığı coğrafı areal ilə bitirir. O yazır: “Göründüyü kimi dünyanın bir çox yerlərində harada yaşamasından asılı olmayaraq türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (rəmzləri) Bozqurddur.

Bu altı qrup türk dilləri aşağıdakılardır…”

Ən sonda isə o türk duasının tam mətnini verməklə islamöncəsi türk dünyasına işıq salmış olur.

Əminəm ki, bu əsər geniş oxucu kütləsində böyük marağa səbəb olacaq.

Akademik Nizami CƏFƏROV,

Filologiya elmləri doktoru, professor

NİZAMİ SƏFƏROVUN YAZILARI

"…yazarlar, ancaq yazarlar…"