Aqillər yurdunun pir övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf
  6. Sədulla Şirinov – “Kimdir xoşbəxt?” pdf
  7. Sədulla Şirinov – “Şəhid atası” kitabı – pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Ləbbadə

Ləbbadə

•ADI: Ləbbadə (Həmçinin “lavada” və ya “yarımqol çəpkən” adlanır. Türkiyənin Manisa bölgəsində analoji forması “libade” adlanır. Əlavə edilən qoruyucu qol elementləri “qolçaq”, qaraçay-balkarlarda “kolbaş”, “Fərhəngi-türki” əsərində isə “qolluq” adlanmışdır).
•Material: Mövsümdən asılı olaraq astar və üzü arasına pambıq doldurularaq sırınırdı. Bəzədilməsi üçün toxuma bafta, zərbafta, metal bəzəklər, qaytan, ilgəklər, habelə qızıldan hazırlanmış quşpara düymələr və qozalar istifadə olunurdu.
•Dövr: XIX əsrdə çox geniş istifadə olunmuş, qadın geyimlərindəki qolçaq hissəsi isə XX əsrin əvvəllərinə qədər öz varlığını qoruyub saxlamışdır.
•Cins: Qadın
•Haqqında:
•Biçimi və Qol Quruluşu: Çəpkən tipli geyimlərin bir nümunəsi olub, ondan qolunun formasına və qısalığına görə seçilir. Qolu düzbiçimli olub dirsəyə qədər çatır (yarımqoldur). Hərəkət sərbəstliyini təmin etmək üçün qoltuqaltı hissəsi açıq saxlanılırdı. Mövsümdən asılı olaraq yaxası həm açıq, həm də bağlı tikilə bilirdi. Manisa libadələrindən fərqli olaraq, Şəki ləbbadəsinə ehtiyac yarandıqda qolçaq əlavə edilirdi. Bu qolçaqlar açıq formada olur, qarşı-qarşıya tikilmiş ilgəklərə keçirilən qaytanla çarpaz şəkildə bağlanır və ya düymələnirdi.
•Bəzəkləri və İnanc: Digər qadın geyimləri kimi dekorativ-bəzək elementləri ilə zəngin idi. Bafta, zərbafta və metal bəzəklərin tətbiqi həm estetik, həm də dini-mifoloji (qoruyucu) xarakter daşıyırdı. Varlı ailələr arasında ləbbadənin yaxa kəsiyi boyunca quşpara düymələrin və qozaların düzülməsi geniş yayılmışdı.
•Tarixi Kontext: Ləbbadə Şəki bölgəsinin geyim dəstində əsas yer tuturdu. Eyni zamanda açıq qoltuqaltı quruluşu Naxçıvan, Lənkəran, Qazax-Borçalı arxalıqları (çəpkənləri) ilə oxşarlıq təşkil edir. Yaxa kəsiyinin hər tərəfində dörd ədəd olmaqla qızıl quşpara düymələr düzülmüş xüsusi bir ləbbadə nümunəsi Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Etnoqrafiya fondunda qorunub saxlanmaqdadır.

Müəllif və mənbə: Azərbaycan Milli Geyim Standartları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şuşa tək ocağın mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud Uşaq dünyası Zaur Ustacın gözü ilə

Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud Uşaq dünyası Zaur Ustacın gözü ilə

“Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud Uşaq dünyası Zaur Ustacın gözü ilə” tanınmış tədqiqatçı, yazıçı-jurnalist Ayətxan Ziyadın müasir Azərbaycan şairi və publisisti Zaur Ustacın (Zaur Mustafa oğlu Mustafayev) uşaqlar üçün yazdığı zəngin poetik irsinə həsr etdiyi fundamental elmi monoqrafiyasıdır. 2026-cı ildə Bakının “İmza” nəşrlər evində çap olunan bu 280 səhifəlik fundamental əsər, uşaq ədəbiyyatşünaslığına və müasir poeziyanın tədqiqinə dəyərli bir töhfə hesab olunur. [1, 2, 3]

Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi pedaqogika elmləri doktoru, professor Kamal Camalov, rəyçiləri isə ədəbiyyatşünas-tənqidçilər Həcər Atakişiyeva və Günnur Ağayevadır. [1]

Monoqrafiyada işıqlandırılan əsas elmi-nəzəri istiqamətlər və Zaur Ustacın uşaq poeziyasının sənətkarlıq xüsusiyyətləri aşağıdakı sistem üzrə qruplaşdırılır:

1. Bədii Sənətkarlıq Sistemi

Ayətxan Ziyad şairin uşaq poeziyasını elmi-nəzəri aspektdən araşdıraraq onun bədii sənətkarlıq elementlərinin mükəmməl bir sistem təşkil etdiyini göstərir: [1, 2]

  • Psixoloji Duyuş və Yaş Xüsusiyyətləri: Şair şeirlərini uşaqların yaş qruplarına, qavrayış imkanlarına və psixologiyasına tam uyğunlaşdırır. Burada məktəbəqədər dövrdən başlayaraq kiçik məktəblilərə qədər hər bir yaşın maraq dairəsi nəzərə alınır. [1, 2, 3]
  • Ritm, Qafiyə və Kompozisiya: Şeirlərin daxili musiqisi, ritmik quruluşu və qafiyə sistemi uşaqların yaddaşında asan həkk olunacaq şəkildə, olduqca axıcı və yüngül hecalarla qurulub. Məsələn, müəllifin məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan və Təhsil Nazirliyinin metodiki vəsaitinə daxil edilmiş “Güllünün şeirləri” kitabı bu poetik yüngüllüyün və dinamikanın bariz nümunəsidir. [1, 2, 3]
  • Dil və Üslub Aydınlığı: Poetik mətnlərdə uşaqlar üçün çətin anlaşılan, arxaik və ya ağır fəlsəfi ifadələrə yer verilmir. Dil sadə, canlı və obrazlı təfəkkürü inkişaf etdirən strukturdadır. [1, 2, 3]
  • Folklor və Milli Köklərə Bağlılıq: Zaur Ustac yaradıcılığında şifahi xalq ədəbiyyatından, nağıllardan, atalar sözlərindən və milli deyimlərdən sadəcə mövzu kimi yox, bədii-estetik düşüncənin təməl komponenti kimi bəhrələnir. [1]

2. Uşaq Dünyası Zaur Ustacın Gözü İlə

Tədqiqatçı şairin dünyaya böyüklərin soyuq məntiqi ilə deyil, məhz uşağın saf və təmiz baxışı ilə baxa bildiyini vurğulayır. Şairin poetik dünyasında uşaq baxışı bu xüsusiyyətlərlə səciyyələnir: [1]

  • Animistik Təsvir (Əşya və Təbiətin Canlanması): Uşaq təxəyyülündə cansız əşyalar, heyvanlar və bitkilər danışır, hiss edir. Zaur Ustac da uşaq dünyasındakı bu canlılığı “Ağıllı gülər”, “Tuncay” kimi şeirlərində ustalıqla əks etdirir.
  • Kəşfetmə Sevinci və Səmimiyyət: Şeirlərin mərkəzində uşaqların sualları, onların ətraf aləmi heyrətlə öyrənməsi və saf duyğuları dayanır.
  • Didaktik Sıxıcılıqdan Uzaq Tərbiyəvi Əhəmiyyət: Vətənpərvərlik, təbiətə qayğı, böyüklərə hörmət kimi fundamental insani keyfiyyətlər uşağa quru öyüd-nəsihətlə deyil, maraqlı poetik obrazlar və oyunvari tapmacalarla ötürülür. Kitablarında yer alan əlifba hərfləri və rəqəmlər haqqındakı əyləncəli şeirlər həm də kiçik yaşlı oxucularda ilkin riyazi və linqvistik bacarıqları formalaşdırır. [1, 2, 3, 4]

Ayətxan Ziyadın bu monoqrafiyası sübut edir ki, Zaur Ustac poeziyası uşaqların həm estetik zövqünün formalaşmasında, həm də onların mənəvi dünyasının zənginləşməsində müasir dövrün ən uğurlu ədəbi sistemlərindən biridir. [1]

Zaur Ustacın uşaq poeziyası estetik zövq aşılamaqla yanaşı, yeni nəslin təlim-tərbiyəsində mühüm pedaqoji və ədəbi vasitə rolunu oynayır. [1, 2]

Kitab haqqında ətraflı məlumatı və satış detallarını Kitabevim.az platformasından və ya AzərTAc xəbərindən oxuya bilərsiniz. [1, 2]

Uşaq dünyası Zaur Ustacın gözü ilə:

  • Təbiətə və əşyalara canlı münasibət: Uşaq dünyasında cansız əşyalar, bitkilər və heyvanlar canlanır; Zaur Ustac da uşağın təxəyyülündəki bu animistik (canlılaşdırıcı) baxışı əsas alaraq aləmi uşağın gözü ilə təsvir edir.
  • Səmimiyyət və saflıq: Şairin şeirlərində böyüklərin soyuq məntiqi deyil, uşaq təfəkkürünün təmizliyi, təəccübü, kəşfetmə sevinci və sualları ön plandadır.
  • Vətənpərvərlik və mənəviyyat duyğusu: Kiçik yaşlı oxucularda Vətənə sevgi, böyüklərə hörmət, təbiətə qayğı kimi təməl insani keyfiyyətlər didaktik sıxıcılıq yaratmadan poetik obrazlarla aşılanır.
  • İstəyirsinizsə, bu monoqrafiyada təhlil olunan konkret şeir nümunələrinə və ya Zaur Ustacın uşaqlar üçün yazdığı əsas mövzulara daha ətraflı nəzər salaq: [>>> Təlim-təhsil

Bu fundamental araşdırma təkcə müəllifin fərdi yaradıcılığını deyil, bütövlükdə çağdaş Azərbaycan uşaq ədəbiyyatının müasir inkişaf meyillərini öyrənmək istəyən mütəxəssislər, müəllimlər və tələbələr üçün qiymətli mənbədir. [1]

Əgər Sizə maraqlıdırsa kitabı oxuya bilərsiniz:

Ayətxan Ziyad – “Uşaq dünyası Zaur Ustacın gözü ilə” PDF

Bakı, “İmza” nəşrlər evi, 2026, 280 səh. İSBN: 978-9952-37-843-6

Salam olsun əziz yazarlar və oxucular! Buyurun oxuyun: Yazarlar 70

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf
  6. Sədulla Şirinov – “Kimdir xoşbəxt?” pdf
  7. Sədulla Şirinov – “Şəhid atası” kitabı – pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Ozanlar yurdunun sirr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Çağdaş Azərbaycan uşaq ədəbiyyatı yaradıcıları

“Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi, yaxud uşaq dünyası Zaur Ustacın gözü ilə”tanınmış tədqiqatçı, yazıçı-jurnalist Ayətxan Ziyadın (İsgəndərov) müasir Azərbaycan uşaq ədəbiyyatşünaslığına mühüm töhfə olan fundamental monoqrafiyasının adıdır. Elmi redaktoru və ön söz müəllifi professor Kamal Camalov olan bu geniş araşdırma işində müasir Azərbaycan uşaq poeziyasının tanınmış nümayəndələrindən biri, şair-pedaqoq və publisist Zaur Ustacın (Zaur Mustafayev) balacalar üçün yaratdığı zəngin ədəbi irs elmi-nəzəri müstəvidə təhlil olunur. [1, 2, 3]

Zaur Ustacın uşaq poeziyasındakı sənətkarlıq sistemini və onun gözü ilə formalaşan “uşaq dünyasını” aşağıdakı əsas elmi-bədii istiqamətlər üzrə səciyyələndirmək olar:

1. Uşaq Dünyası və Psixologiyasının İncəliklə Duyulması

Zaur Ustac ixtisasca müəllim olduğu üçün uşaq dünyasına, balacaların daxili psixoloji sferasına və dünyanı qavrama xüsusiyyətlərinə dərindən bələddir. Tədqiqatda vurğulandığı kimi, onun şeirləri sadəcə uşaqlardan bəhs edən əsərlər deyil; bu şeirlərdə uşaq dünyasının özü və o dünyanın içindəki uşaq obrazı bütün reallığı ilə görünür. Müəllif uşaqların yaş dövrlərini, onların maraq və duyğularını poetik mətnlərdə böyük həssaslıqla əks etdirir. [1, 2, 3]

2. Öyrədici və Didaktik Funksiya (İdrakı və Maarifçi Poeziya)

Şairin uşaq poeziyasının əsas sənətkarlıq prinsiplərindən biri “öyrənməyi asanlaşdırmaq” missiyasıdır. Onun xüsusilə kiçikyaşlı məktəblilər və məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş əsərləri bu baxımdan diqqət çəkir: [1, 2]

  • “Güllünün şeirləri” və “Gülüzənin şeirləri”: Bu kitablar ana dilimiz, hərflər, rəqəmlər, eləcə də ilin fəsilləri və aylar haqqında əyləncəli, öyrədici şeirlərdən və tapmacalardan ibarətdir.
  • Şeirlər uşaqların dil bacarıqlarını, obrazlı təfəkkürünü və estetik zövqünü inkişaf etdirmək məqsədi daşıyır. [1, 2, 3]

3. Bədii Sənətkarlıq Sistemi: Dil, Ritm və Poetik Dinamika

Monoqrafiyada Zaur Ustacın bədii ifadə vasitələrindən istifadə məharəti elmi cəhətdən əsaslandırılır. Onun poetik sisteminin əsas cəhətləri bunlardır: [1]

  • Dilin sadəliyi və təbiiliyi: Şeirlərin dili uşaqların nitq aparatına və qavrayışına tam uyğundur. Süni pafosdan və qəliz ifadələrdən uzaq olan bu dil olduqca səmimi və doğmadır. [1]
  • Ritm, qafiyə və kompozisiya: Şeirlərdəki daxili musiqililik, oynaq ritm və dinamika balacaların yaddaşında asanlıqla həkk olunmasını təmin edir. Təhlilə cəlb olunan “Ağıllı gülər”, “Tuncay” kimi şeirlər bu kompozisiya mükəmməlliyinin bariz nümunələridir. [1, 2]

4. İdeya-Estetik Dəyərlər: Millilik, Vətənpərvərlik və Ənənə

Zaur Ustacın uşaq dünyası həm də güclü mənəvi-tərbiyəvi təməllərə söykənir. Onun yaradıcılığında müasirlik, millilik, vətənpərvərlik (44 günlük Vətən müharibəsinin izləri) və mənəvi dəyərlərin sintezi ön plandadır. Şair uşaqlara doğma yurdu sevdirməyi, elmi, biliyi və faydalı əməyi təbliğ etməyi özünə yaradıcılıq qayəsi seçmişdir. [1, 2, 3, 4]

Xülasə: Ayətxan Ziyadın bu monoqrafiyası sübut edir ki, Zaur Ustacın uşaq poeziyasındakı bədii sənətkarlıq sistemi Azərbaycan uşaq ədəbiyyatının klassik ənənələri ilə müasir pedaqoji-psixoloji tələblərin harmonik və uğurlu vəhdətindən ibarətdir. [1, 2]

Uşaq Dünyası Zaur Ustacın Gözü İlə

Şair üçün uşaq dünyası sadəcə bir mövzu deyil, ətraf aləmi, təbiəti və insanı dərk etməyin ən saf nöqtəsidir: [1, 2]

  • Ətraf Aləmin Tanınması (Didaktika): Müəllifin məktəbəqədər və məktəbəhazırlıq səviyyəli şeirləri uşaqlara otağı, əşyaları, hərfləri və rəqəmləri əyləncəli şəkildə öyrədir.
  • Ailə və Doğmalıq Sevgisi: Şair uşaq poeziyasında ailə dəyərlərinə geniş yer verir. Valideynə hörmət, mərhəmət və doğmalıq hissləri uşaqların mənəvi dünyasını formalaşdıran mühüm mühit kimi təqdim olunur.
  • Milli Kimlik və Tarixi Yaddaş: Zaur Ustacın uşaq dünyasında milli ruh xüsusi yer tutur. Uşaqlar şeirlər vasitəsilə (“Mən Babəkəm”, “Şah İsmayıl”) öz əcdadlarını, tarixlərini və milli kimliklərini erkən yaşlardan mənimsəyirlər. [1, 2, 3, 4]

Zaur Ustacın uşaq poeziyası estetik zövq aşılamaqla yanaşı, yeni nəslin təlim-tərbiyəsində mühüm pedaqoji və ədəbi vasitə rolunu oynayır. [1, 2]

Kitab haqqında ətraflı məlumatı və satış detallarını Kitabevim.az platformasından və ya AzərTAc xəbərindən oxuya bilərsiniz. [1, 2]

Uşaq dünyası Zaur Ustacın gözü ilə:

  • Təbiətə və əşyalara canlı münasibət: Uşaq dünyasında cansız əşyalar, bitkilər və heyvanlar canlanır; Zaur Ustac da uşağın təxəyyülündəki bu animistik (canlılaşdırıcı) baxışı əsas alaraq aləmi uşağın gözü ilə təsvir edir.
  • Səmimiyyət və saflıq: Şairin şeirlərində böyüklərin soyuq məntiqi deyil, uşaq təfəkkürünün təmizliyi, təəccübü, kəşfetmə sevinci və sualları ön plandadır.
  • Vətənpərvərlik və mənəviyyat duyğusu: Kiçik yaşlı oxucularda Vətənə sevgi, böyüklərə hörmət, təbiətə qayğı kimi təməl insani keyfiyyətlər didaktik sıxıcılıq yaratmadan poetik obrazlarla aşılanır.
  • İstəyirsinizsə, bu monoqrafiyada təhlil olunan konkret şeir nümunələrinə və ya Zaur Ustacın uşaqlar üçün yazdığı əsas mövzulara daha ətraflı nəzər salaq: [>>> Təlim-təhsil

Bu fundamental araşdırma təkcə müəllifin fərdi yaradıcılığını deyil, bütövlükdə çağdaş Azərbaycan uşaq ədəbiyyatının müasir inkişaf meyillərini öyrənmək istəyən mütəxəssislər, müəllimlər və tələbələr üçün qiymətli mənbədir. [1]

Əgər Sizə maraqlıdırsa kitabı oxuya bilərsiniz:

Ayətxan Ziyad – “Uşaq dünyası Zaur Ustacın gözü ilə” PDF

Bakı, “İmza” nəşrlər evi, 2026, 280 səh. İSBN: 978-9952-37-843-6

Salam olsun əziz yazarlar və oxucular! Buyurun oxuyun: Yazarlar 70

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf
  6. Sədulla Şirinov – “Kimdir xoşbəxt?” pdf
  7. Sədulla Şirinov – “Şəhid atası” kitabı – pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

“ZƏFƏR YOLU” – Tarixə, mədəniyyətə və yaradıcılığa doğru unudulmaz səfər


“ZƏFƏR YOLU” – Tarixə, mədəniyyətə və yaradıcılığa doğru unudulmaz səfər
24 oktyabr 2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə “ZƏFƏR YOLU” adlı VI Qarabağ yaradıcılıq turu həyata keçirilib.
Azərbaycanın zəngin tarixi-mədəni irsinin tanıdılması, işğaldan azad edilmiş ərazilərimizin gözəlliklərinin nümayiş etdirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və yaradıcı insanların dünyagörüşünün zənginləşdirilməsi məqsədi daşıyan səfər iştirakçılar üçün həm maarifləndirici, həm də yaddaqalan təəssüratlarla yadda qalıb.
Səfər çərçivəsində iştirakçılar Azərbaycanın müxtəlif bölgələrindən keçərək tarixi məkanlarla, mədəniyyət nümunələri ilə, müasir yaradıcılıq ocaqları ilə və doğma torpaqlarımızın füsunkar təbiəti ilə yaxından tanış olublar.
Səfərin marşrutu və ziyarət edilən məkanlar
Salyan – “Xan Süfrəsi” restoranı
Səfərin ilk dayanacaqlarından biri Salyan rayonunda yerləşən “Xan Süfrəsi” restoranı olub. Burada iştirakçılar yolun davamına hazırlaşaraq səfərin ilk anlarını birlikdə keçiriblər.
Füzuli – Horadiz postu
İştirakçılar işğaldan azad edilmiş ərazilərə Horadiz postu vasitəsilə daxil olublar. Bu keçid səfərin ən əlamətdar mərhələlərindən biri olmaqla, iştirakçılarda doğma torpaqlarımıza qovuşmağın qürurunu və Zəfərimizin əhəmiyyətini bir daha hiss etdirib.
Şuşa – Tarixin və mədəniyyətin izləri
Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa səfərin əsas dayanacaqlarından biri olub. Şəhərin tarixi-memarlıq abidələri və mədəni irs nümunələri iştirakçılarda böyük maraq doğurub.
Şuşada aşağıdakı məkanlar ziyarət edilib:

-Xanlıq Muxtar karvansarası;

-Şirin Su hamamı;

-Saatlı məscidi;

-Güllələnmiş büstlər;

-Natəvan bulağı;

-Gəncə qapısı.
Bu məkanların hər biri Azərbaycanın zəngin tarixini, milli memarlıq ənənələrini, mədəniyyətini və xalqımızın yaddaşında yaşayan hadisələri özündə əks etdirir. Şuşanın tarixi irsi ilə yaxından tanışlıq iştirakçılara şəhərin mənəvi dəyərini daha dərindən duymaq imkanı yaradıb.
Laçın – Yaradıcılıq və təbiətin vəhdəti
Səfərin növbəti dayanacağı Laçın rayonu olub. Burada iştirakçılar “Gilabi” yaradıcılıq mərkəzini, “Yurd” qalereyasını ziyarət ediblər. Öz növbəsində Vüsalə Yunusova pianoda “Ay Laçın” və “Sarı gəlin” mahnılarını ifa edib.
Bunun ardınca iştirakçılar füsunkar təbiəti ilə seçilən Həkəri çayının sahilində piknik edərək mahnı oxuyub, rəqs ediblər. Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Zəngilan – Ağalı kəndi
Turun son dayanacaqlarından biri Zəngilan rayonunun Ağalı kəndi olub. Müasir kənd həyatının və quruculuq prosesinin nümunələrindən olan Ağalıda iştirakçılar doğma torpaqlarımızda aparılan bərpa və inkişaf işlərinin əhəmiyyətini bir daha dərk ediblər.
Ağalı kəndinə səfər Qarabağ və Şərqi Zəngəzur torpaqlarında həyatın yenidən canlanmasını, gələcəyə inamı və Böyük Qayıdışın mahiyyətini ifadə edən əlamətdar məqamlardan biri olub. Şair, publisist Zaur Ustac Əli Bəy Azərinin Zəngilan ətirli “Xəzan”ını Zəngilanda – Ağalıda Vusale Yunusovaya təqdim edib. Jurnalda şair Yunis Qaraxanlının Vüsalə Yunusova haqqında yazdığı “Vüsalə Yunusova – rənglərin harmoniyasını yaradan sənətkar və qayğıkeş pedaqoq” adlı oçerki yer almışdır.
Sonda Salyanda yerləşən “Yol Üstü” restoranında Rəsmiyyə Səmədova iştirakçılara tortla birlikdə çay axşamı qonaqlıq etdi.
Tur boyu xatirə fotoları çəkildi.
Yaradıcılıq, birlik və Zəfər ruhu “Təxəyyül Art Group”un təşkil etdiyi “ZƏFƏR YOLU” layihəsi yalnız səyahət deyil, həm də milli tariximizin, mədəni irsimizin və doğma torpaqlarımıza bağlılığımızın daha dərindən dərk olunmasına xidmət edən yaradıcı təşəbbüsdür.
Bu cür səfərlər rəssamların və digər yaradıcı insanların yeni təəssüratlar əldə etməsinə, təbiətin və tarixi məkanların gözəlliklərindən ilham almasına, gələcək sənət əsərləri üçün yeni mövzular kəşf etməsinə şərait yaradır. Eyni zamanda, iştirakçılar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və ortaq milli dəyərlər ətrafında birliyin güclənməsinə töhfə verir.
Layihənin həyata keçirilməsində əsas məqsədlərdən biri Azərbaycanın tarixi və mədəni sərvətlərini tanıtmaq, Qarabağ və Şərqi Zəngəzurun gözəlliklərini geniş auditoriyaya çatdırmaq, gənc nəslə və yaradıcı insanlara vətənpərvərlik ruhunu aşılamaqdır.
“Təxəyyül Art Group”un rəhbəri Natiq Nəcəfzadə, qrupun rəhbər müavini Vüsalə Yunusova olan yaradıcı kollektiv bundan sonra da sənət, mədəniyyət, tarix və turizmi birləşdirən layihələrlə fəaliyyətini davam etdirməyi hədəfləyir.
“ZƏFƏR YOLU” – hər addımında tarix, hər mənzərəsində Vətən sevgisi, hər xatirəsində Zəfər qüruru olan bir yol!
Azərbaycanımızın gözəlliklərini birlikdə kəşf edək, tariximizi tanıyaq və gələcək nəsillərə sevgi ilə ötürək!

“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!


Məqaləni hazırladı: Vüsalə Yunusov

Xatirə fotolarının müəllifləri: Murad Səmədov, Samirə Bayramova və Vüsalə Yunusov

Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov,  Zaur Ustac

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Hüseyn Cavidin doğumundan 144 il ötür

Hüseyn Cavidin doğumundan 144 il ötür

Bu gün zəngin yaradıcılığı ilə yanaşı, Stalin repressiyalarının qurbanı kimi də tarixdə iz qoyan Hüseyn Cavidin doğumundan 144 il ötür. Naxçıvanda dünyaya gələn şair və dramaturqun həyatı 1937-ci ildə həbs, ardınca Sibir sürgünü ilə faciəli istiqamət alıb. O, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində vəfat edib.

Əsl soyadı Rasizadə olan Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.

Səkkiz yaşınadək Şahtaxtıda yaşayan Cavid ilk təhsilinə kənddəki ikisinifli zemstvo məktəbində başlayıb. Daha sonra ailəsi ilə Naxçıvan şəhərinə köçərək təhsilini görkəmli maarifçi Məhəmmədtağı Sidqinin yaratdığı “Məktəbi-tərbiyə”də davam etdirib.

Sonrakı illərdə Təbrizdə və İstanbulda təhsil alan Hüseyn Rasizadənin “əbədi”, “həmişəyaşar” mənasını verən “Cavid” təxəllüsünü də həmin illərdə götürdüyü bildirilir.

Vətənə qayıtdıqdan sonra Cavid Naxçıvanda, Gəncədə və Tiflisdə müəllimlik edib. 1915-ci ildən Bakıda fəaliyyət göstərib. 1918-ci ilin mürəkkəb hadisələri zamanı Naxçıvana qayıdan Cavid burada Müşkünaz xanımla ailə qurub. Onların Ərtoğrul adlı oğlu və Turan adlı qızı dünyaya gəlib. 1919-cu ildə Cavid yenidən Bakıya qayıdıb.

Hüseyn Cavidin mətbuatda məlum olan ilk yazılarından biri 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. Müəllimi Məhəmmədtağı Sidqinin vəfatı münasibətilə Urmiyadan yazdığı məktub qəzetin 23 yanvar tarixli sayında dərc edilib.

1910-cu ildə “Ana” pyesini yazan Cavid dramaturgiyaya qədəm qoyub. Bunun ardınca “Maral”ı qələmə alıb, 1913-cü ildə isə Tiflisdə şeirlərindən ibarət “Keçmiş günlər” kitabı nəşr olunub. Daha sonra onun ən məşhur əsərlərindən biri olan “Şeyx Sənan” meydana çıxıb.

Cavid yaradıcılığının zirvələrindən sayılan “İblis” faciəsi Birinci Dünya müharibəsinin yaratdığı dəhşətlərin fonunda qələmə alınıb. Müharibəni, zorakılığı və insanın hakimiyyət ehtirasını sorğulayan əsər sonradan Azərbaycan teatrının ən məşhur tamaşalarından birinə çevrilib.

Sonrakı illərdə ədib “Uçurum”, “Peyğəmbər”, “Topal Teymur”, “Afət”, “Azər”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” və başqa əsərlərini yazıb. Onun əsərləri Bakı ilə yanaşı, müxtəlif şəhərlərin teatrlarında səhnəyə qoyulub.

Lakin Cavidin bəzi əsərlərinin taleyi öz taleyi kimi faciəli olub. “Atilla”, “Şəhla”, “Çingiz”, “Telli saz”, “İblisin ilhamı” kimi əsərlərinin əlyazmalarının həbsindən sonra müsadirə edildiyi və sonradan tapılmadığı bildirilir.

Həbs və Sibir sürgünü

1937-ci ildə SSRİ-də repressiyaların ən ağır dövrlərindən birində Hüseyn Cavid də həbs olunub. O, millətçilik, sovet hakimiyyətinə qarşı fəaliyyət və digər siyasi ittihamlarla günahlandırılıb.

İki ilə yaxın həbsdə saxlanıldıqdan sonra Cavid 1939-cu ildə səkkiz il müddətinə azadlıqdan məhrum edilib və Sibirə göndərilib.

Cavid vətənə bir daha sağ qayıda bilməyib. O, 1941-ci il dekabrın 5-də, 59 yaşında İrkutsk vilayətində vəfat edib və Tayşet rayonunun Şevçenko kəndində dəfn olunub.

Stalinin ölümündən sonra repressiya qurbanlarının işlərinə yenidən baxılarkən Hüseyn Cavidə də bəraət verilib.

41 il sonra Naxçıvana qayıdış

Cavidin nəşi ölümündən sonra 41 il Sibirdə qalıb.

1982-ci ildə şairin 100 illik yubileyi ərəfəsində onun Sibirdəki məzarının tapılması və nəşinin Azərbaycana gətirilməsi üçün iş başladılıb. Cavidin dəfn edildiyi yer müəyyənləşdirilib və nəşi Azərbaycana, daha sonra doğma Naxçıvana gətirilib.

Beləliklə, 1941-ci ildə Sibirdə həyatını itirən Hüseyn Cavid 41 il sonra doğma Naxçıvana qayıdıb.

Onun nəşi Naxçıvanda dəfn edilib. Daha sonra məzarı üzərində məqbərə ucaldılıb. Həyat yoldaşı Müşkünaz xanımın və oğlu Ərtoğrul Cavidin nəşi də buraya köçürülüb. Qızı Turan Cavid isə vəfatından sonra ailə məqbərəsində dəfn olunub.

Müəllif və mənbə: Gündəlik Naxçıvan

“Gündəlik Naxçıvan”dan digər xəbərlər

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vüsal Ağa yazır

HƏYATIN ACILARINDAN MƏNƏVİ UCALIĞA: “ŞANS MƏLƏYİ” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏRİM

Həyatda elə insanlar var ki, illər keçdikcə onların dəyəri daha aydın görünür, onlarla qurulan dostluq isə insan ömrünün mənəvi sərvətinə çevrilir. Mənim İbrahim Baba Nurla dostluğum da belə dostluqlardandır. Onu uzun illərdir tanıyıram və bu müddət ərzində yalnız yazıçı, dramaturq və qələm sahibi kimi deyil, hər şeydən əvvəl, gözəl insan, səmimi dost və etibarlı şəxsiyyət kimi tanımışam.

İbrahim Baba Nur ünsiyyətdə mehribanlığı, münasibətlərində səmimiliyi, dostluğa sədaqəti ilə seçilən insanlardandır. Onunla söhbətlərdə ədəbiyyatdan, həyatdan, insanlardan və cəmiyyətin qayğılarından danışmaq həmişə xoşdur. Qarşısındakı insana dəyər verməsi, münasibətlərindəki təbiilik və dostluğa xüsusi önəm verməsi onun xarakterinin mühüm cəhətlərindəndir.

Dostumun şəxsiyyətində xüsusi qiymətləndirdiyim xüsusiyyətlərdən biri də Vətənə bağlılığıdır. Onun üçün Vətən yalnız doğulub boya-başa çatdığımız torpaq deyil, xalqın taleyi, milli-mənəvi dəyərlərimiz və insanlarımızın gələcəyi ilə bağlı böyük bir anlayışdır. Məncə, Vətən sevgisi yalnız sözlərlə deyil, insanın düşüncəsində, münasibətində və gördüyü işlərdə təzahür edir. İbrahim Baba Nurun yaradıcılığında cəmiyyətin problemlərinə, insan talelərinə, ədalət axtarışına və mənəvi dəyərlərə diqqət yetirməsi də bu baxımdan düşündürücüdür.

Mən həmişə belə hesab etmişəm ki, yazıçının əsərlərini daha dərindən anlamaq üçün onun həyata və insana münasibətinə də diqqət yetirmək lazımdır. Əlbəttə, müəlliflə bədii obrazı eyniləşdirmək olmaz. Ancaq yazıçının hansı məsələlərə həssaslıqla yanaşması, hansı dəyərləri ön plana çıxarması onun dünyagörüşü haqqında müəyyən təsəvvür yaradır.

Dostum İbrahim Baba Nurun yeni nəşr olunan “Şans mələyi” romanının birinci kitabını oxuyub nəhayət, bitirdim. Kitabı bağlayanda anladım ki, bu əsər haqqında düşüncələrimi bölüşməyə dəyər. Çünki roman yalnız hadisələrin maraqlı inkişafı ilə deyil, insanın həyatda üzləşdiyi sınaqlar, ləyaqətini qorumaq mübarizəsi və dostluğun sirli tərəfləri ilə də diqqətimi çəkdi.

İndi isə uzunillik dostluq duyğularından ədəbi təəssüratlara keçərək “Şans mələyi” haqqında fikirlərimi oxucularla bölüşmək istəyirəm.

Müasir Azərbaycan nəsrində insan psixologiyasını, cəmiyyətin sosial-iqtisadi problemlərini və fərdin daxili sarsıntılarını bir araya gətirən əsərlər xüsusi maraq doğurur. İbrahim Baba Nurun “Şans mələyi” romanı da oxucunu ilk səhifələrindən özünə çəkən, həyatın ziddiyyətləri və insan taleyinin gözlənilməz dönüşləri haqqında düşünməyə vadar edən əsərlərdəndir. Müəllifin “168 saat” pyesindən sonra qələmə aldığı bu kitabda dramaturji təfəkkürün hadisələrin dinamikliyinə və dialoqların canlılığına təsiri hiss olunur.

Romanın mərkəzində dayanan Səməd obrazının taleyi həyatın insanı necə ağır sınaqlarla üz-üzə qoya biləcəyini göstərir. Bir zamanlar ali təhsilli, savadlı fizika-riyaziyyat müəllimi olan bir insanın səfillik həddinə düşməsi oxucunu ciddi düşüncələrə qərq edir. Bu faciə təkcə fərdi uğursuzluğun deyil, həm də insanı öz taleyi qarşısında köməksiz qoya bilən sosial şəraitin göstəricisidir.

Əsərin ən təsirli cəhətlərindən biri Səmədin ən acınacaqlı vəziyyətdə belə qürurunu və ziyalı ləyaqətini qorumasıdır. Zibil qutusunun yanında polisin onun qolundan tutmasına etiraz edərək:

“Burax qolumu! Burax! Mən sənin kimi dilənçi deyiləm!”

— deyə hayqırması onun zahiri miskinliyinin arxasında hələ də güclü bir mənliyin yaşadığını göstərir.

Səmədin üst-başı cırıq-sökük olsa da, daxili dünyası tamamilə dağılmayıb. O, yaşadığı faciələrin onu alçaltmasına imkan vermir. Səmra xanımla söhbətlərində də keçmişini hər kəsə açıb-tökmür, şəxsi həyatının sərhədlərini qoruyur.

Məncə, Səməd obrazının əsas mənəvi üstünlüyü məhz bundadır: maddi yoxsulluq insanın mənəvi yoxsulluğu demək deyil. Həyat insandan çox şey ala bilər, amma insan öz ləyaqətini qorumaq iradəsini itirmədikcə daxilindəki işıq sönməz.

Səmədin reabilitasiya prosesi, yaddaşının tədricən bərpası və yenidən həyata qayıtması romanın mühüm süjet xətlərindəndir. Bu mərhələdə uşaqlıq və tələbəlik dostu Arifin meydana çıxması hadisələrə yeni istiqamət verir.

Arifin Səmədi düşdüyü ağır vəziyyətdən çıxarması, ona mənzil və yaşayış şəraiti yaratması ilk baxışdan fədakar dostluğun nümunəsidir. Lakin onların arasında keçmişdən gələn bir soyuqluq, xüsusilə Ceyranla bağlı açılmamış məsələ var. Arifin qayğıkeş davranışları ilə bu müəmmalı münasibət arasındakı ziddiyyət oxucuda maraq yaradır.

Müəllif dostluğu yalnız sədaqət və qarşılıqlı etimad çərçivəsində təqdim etmir. O, keçmiş incikliklərin, unudulmayan xatirələrin və cavabsız sualların insan münasibətlərinə necə təsir etdiyini də göstərir.

Səmədin yaddaşının bərpası ilə keçmişin qapıları da tədricən açılır. Ceyranla bağlı xatirələr onun daxilindəki nisgili üzə çıxarır, Arifin davranışları isə bu hekayənin hələ tamamlanmadığını hiss etdirir. Oxucu anlayır ki, dostluğun arxasında gizlənən həqiqətlər romanın sonrakı inkişafında mühüm rol oynayacaq.

Səmədin analitik düşüncəsi və fizika-riyaziyyat təfəkkürü onun yenidən ayağa qalxmasında əsas rol oynayır. O, aldığı pulları diqqətlə hesablayır, xərclərinə nəzarət edir, tikinti sahəsində iş prosesini təhlil edir və problemlərin həllinə sistemli yanaşır. Nəticədə sıravi fəhlədən koordinatora, daha sonra baş koordinator vəzifəsinə qədər yüksəlir.

Bu yüksəliş müəllif tərəfindən təsadüfi uğur kimi deyil, bilik, zəhmət, müşahidə qabiliyyəti və məsuliyyətin nəticəsi kimi təqdim olunur. Səmədin timsalında insanın ağır sınaqlardan sonra da öz potensialını üzə çıxara biləcəyini görürük. Bunun üçün ona imkan verilməsi vacibdir, lakin həmin imkandan yararlanmaq üçün şəxsi iradə və bacarıq da tələb olunur.

Romanın sosial məzmununu gücləndirən digər istiqamət iş həyatında qarşıya çıxan problemlərdir. Rəsmi maaş və əlavə ödəniş sistemləri, vergidən yayınma halları, müəllimlərin maddi çətinliklər üzündən peşələrindən uzaqlaşması kimi məsələlər əsərdə cəmiyyətin real problemləri kontekstində təqdim edilir.

Nadejda İvanovna və Səmədin taleləri oxucunu düşündürür: savadlı və bacarıqlı insanların öz peşələri ilə layiqli yaşayışlarını təmin edə bilməməsi yalnız şəxsi problem sayıla bilərmi? Cəmiyyət öz ziyalılarının bilik və bacarığından lazımi səviyyədə yararlana bilmirsə, burada hansı sosial çatışmazlıqlar mövcuddur?

Tender uğrunda mübarizə isə əsərin ictimai-tənqidi xəttini daha da gücləndirir. Xəlilin güclü əlaqələrə malik şirkətlər qarşısında ruhdan düşməsinə baxmayaraq, Səmədin tenderdə iştirak etməkdə israr etməsi onun ədalətə inamını və prinsipiallığını göstərir.

Tender komissiyasının sədri ilə Səməd arasında baş verən dialoq romanın ən yaddaqalan səhnələrindəndir. Sədrin etirafı mövcud sistemin acı həqiqətini üzə çıxarır:

“Bizi o vəzifələrə Ədalət seçməyib, Səməd müəllim. Əgər Ədalət seçsəydi, heç şübhəsiz, Ədalətin yanında olardıq… Güclər dəyişib, Səməd müəllim. Dünən yanında olduğumuz gücü bu gün daha güclüsü əvəz edib. Və həmin güc sahibi bu gün sizin tərəfinizdədir…”

Bu sözlərdə ədalətin deyil, gücün meyar götürüldüyü bir mühitin mənzərəsi əks olunur. Prinsiplərin şəraitə uyğun dəyişdirilməsi, qərarların haqqla deyil, nüfuzla ölçülməsi cəmiyyətin mənəvi problemlərindən biridir.

Səmədin belə bir mühitdə susmaması, öz mövqeyini müdafiə etməsi onu yalnız bacarıqlı mütəxəssis deyil, həm də vicdanlı və prinsipial insan kimi səciyyələndirir.

Tenderin nəticəsində isə hadisələrə gözlənilməz bir qüvvə müdaxilə edir. Güclü əlaqələri olan rəqib şirkətə qalib gəlmək imkanı verilmədikdə Səməd yenidən Arifin sirli nüfuzunu xatırlayır və dodaqaltı pıçıldayır:

“Yenə də Şans Mələyi…”

Bu ifadə romanın adına yeni məna qazandırır. Şans burada yalnız təsadüf deyil, insanın ən çətin anında qarşısına çıxan fürsət, görünməyən dəstək və taleyin gözlənilməz dönüşü kimi də anlaşılır.

Romanın son fəsillərində Səmədin mənəvi portretini tamamlayan ən mühüm hadisələrdən biri onun polis rəisinə baş çəkməsidir. Artıq maddi imkanları yaxşılaşan Səməd keçmişdə ona göstərilən yardımı unutmur. O, mənzilin açarlarını və 2500 manatlıq zərfi rəisə qaytarmağa gəlir.

Səmədin sözləri onun mənəvi dünyasını açıq şəkildə ifadə edir:

“Bir vaxtlar bu zərfi Siz mənə vermişdiniz… Həmin vaxtlar mən doğrudan da çarəsiz bir durumdaydım. Arif və Siz məni yenidən həyata qaytardınız… İndi əlimdə olan imkanlarla mənə etdiklərinizin mənəvi tərəfini qaytara bilməsəm də, maddi tərəfinin bir hissəsini qaytarmaq iqtidarındayam. Lütfən, pulu və mənzilin açarlarını geri götürün.”

Bu səhnə mənim üçün əsərin ən mənalı məqamlarından biridir. İnsan çətin vəziyyətdə ona kömək edənləri unutmamalı, ayağa qalxdıqdan sonra da minnətdarlıq hissini qorumalıdır. Səməd ona edilən yaxşılığı özünə əbədi imtiyaz saymır. Əksinə, imkanları artdıqca keçmişini xatırlayır və borcunun heç olmasa maddi tərəfini qaytarmağa çalışır.

Onun mənəvi borcu pulla tam ödəməyin mümkün olmadığını etiraf etməsi isə səhnəyə xüsusi təsir gücü verir. Çünki çarəsiz insanın əlindən tutmaq, ona yenidən yaşamaq ümidi vermək heç bir məbləğlə tam ölçülə bilməz.

Səməd mənzildən çıxarkən cansız divarlara belə doğmalıq duyur və vaxt tapanda yenidən baş çəkəcəyini düşünür. Bu incə detal onun həssas qəlbini, xatirələrə bağlılığını göstərir. Səməd yalnız məntiqlə düşünən, işində uğur qazanan insan deyil; yaşadığı məkanlarda belə öz keçmişinin izlərini qoruyan duyğulu bir şəxsiyyətdir.

Romanın birinci kitabının finalı oxucunu gözlənilməz hadisə ilə qarşılaşdırır.

Səməd böyük həyəcanla Arifin gəlişini gözləyir. İllərdir qəlbində yaşatdığı Ceyran nisgili onu keçmişə qaytarır. Arif maşından enib arxa qapını açanda Səməd elə zənn edir ki, qarşısına uşaqlıq sevgisi çıxacaq. Həyəcanından gözlərini yumur və xəyalında Ceyranı canlandırır.

Bu zaman Səmranın səsi eşidilir:

“Ooo, Səməd müəllim, xoş gördük… Aç, aç gözlərini, biz gəldik!”

Səməd gözlərini açanda Arifi və onun qolundan tutduğu Səmra xanımı görür!

Müəllif məhz bu səhnədə oxucunu cavabsız suallarla baş-başa qoyur. Səmra ilə Arif arasında hansı münasibət var? Onlar həyat yoldaşıdırlar, yoxsa aralarında başqa bir bağ mövcuddur? Səmra Səmədin həyatına təsadüfən daxil olub, yoxsa Arifin planında xüsusi rolu var? Bəs illərdir xatirələrdə yaşayan Ceyran haradadır?

Bu sualların cavabı birinci kitabda açılmır. Müəllif isə əsəri elə bir nöqtədə yekunlaşdırır ki, oxucu hadisələrin davamını öyrənmək üçün ikinci kitabı səbirsizliklə gözləyir.

Məncə, finalın uğuru yalnız gözlənilməzliyində deyil. Bu səhnə Səmədin keçmişini, Arifin sirli davranışlarını, Səmranın ona olan marağını və Ceyranla bağlı yarımçıq qalmış hekayəni bir nöqtədə birləşdirir. Beləliklə, romanın əvvəlindən bəri inkişaf edən süjet xətləri yeni mərhələyə qədəm qoyur.

Etiraf edim ki, mən də kitabı bitirdikdən sonra bu suallar haqqında düşündüm. Arifin gizlətdiyi həqiqətlərin nədən ibarət olduğunu, Ceyranın taleyinin necə davam edəcəyini və Səmədin qarşısında hansı yeni sınaqların dayanacağını öyrənmək istəyirəm.

İbrahim Baba Nurun “Şans mələyi” romanının birinci kitabı haqqında əsas qənaətim budur ki, əsərin mərkəzində yalnız ağır həyat sınaqlarından çıxaraq yenidən yüksələn bir insanın taleyi dayanmır. Burada insan ləyaqəti, dostluğa sədaqət, keçmişin ağrıları, sosial ədalətsizlik və mənəvi borc kimi mühüm məsələlər də öz əksini tapır.

Səmədin taleyi göstərir ki, insanın həqiqi gücü yalnız maddi imkanları ilə ölçülmür. Bilik, iradə, vicdan və mənəvi bütövlük onun həyatını yenidən qurmasında mühüm rol oynayır. Əsərin əsas ideyalarından biri də budur: həyat insanı nə qədər ağır sınaqlara çəksə də, insan öz mənliyini və ləyaqətini qorumağı bacarmalıdır.

Romanın rəvan dili, canlı dialoqları, dinamik süjeti və sirli finalı oxucunun diqqətini saxlayır. Xüsusilə birinci kitabın sonunda yaranan suallar əsərin davamına marağı artırır.

Əziz dostum İbrahim Baba Nur!

Sizi “Şans mələyi” romanınızın nəşri münasibətilə ürəkdən təbrik edirəm. Uzun illərin dostu kimi Sizin səmimiyyətinizə, mehribanlığınıza, dostluğa sədaqətinizə və Vətənə bağlılığınıza həmişə dəyər vermişəm. Bu gün isə oxucu kimi yeni əsərinizdən aldığım təəssüratları bölüşməkdən məmnunluq duyuram.

Arzu edirəm ki, yaradıcılıq yolunuz daim uğurlu olsun, qələminiz yeni-yeni əsərlərə imza atsın, kitablarınız geniş oxucu auditoriyasına çatsın. Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və bol oxucu sevgisi arzulayıram.

“Şans mələyi”nin ikinci kitabını da səbirsizliklə gözləyirəm. İnanıram ki, Səmədin taleyinin davamı və açılmamış sirlərin cavabları oxucular üçün yeni ədəbi təəssüratlar yaradacaq.

Bəzən insanın həyatını bir şans dəyişir, bəzən bir dostun uzatdığı əl, bəzən də ən qaranlıq günlərdə sönməyən daxili işığı. Əsl böyüklük isə bütün sınaqlardan keçərkən insanlığını, ləyaqətini və vicdanını qoruyub saxlamaqdır.

Mənim üçün “Şans mələyi” romanının əsas mənəvi mesajı məhz budur.

Hörmətlə: Vüsal Ağa
Şair, publisist

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"