Hitler və Mussolininin yaradıcılıq nümunələri

Hitler və Mussolininin yaradıcılıq nümunələri
Bəzən diktatorlar, tiranlar da duyğusal olub qələmə əl atır, şeir yazır:

Benito Mussolini
(1883-1945)

Sonet

Sahillər gülürdü məsum rənglərdə,
Bir də ki, məxməri otlar içində.
Baharsa onlara su zanbağında
Sərin su verirdi parlaq biçimdə.

Sahillər gülürdü. Lap uzaqlardan
O gəldi, özüylə nəğmə gətirdi.
Çiçəklər şehlərlə yuyulan zaman
Almaztək parlayıb səpdi ətrini.

Sahillər gülürdü, baharsa yenə
Oxudu sehrli nəğmələrini.
Nağıla bənzəyən yaşıl vadidə
Sevinclə oxudu, atıb qəmini.
Dahi Bokkerini, zərif musiqi
Səsləndi, dilləndi- düşündük səni.

Adolf Hitler
(1889-1945)

(1915-ci il. Birinci cahan müharibəsi səngərlərində)

Mən tez-tez
Sərt gecələrdə əsrarlı cığırlarla
Meşənin içində gizlənmiş
Votan ağacına sarı gedirəm
Gedirəm lalların ittifaqını yaratmaq üçün
Misteriya qanında nəfəs alaraq
Taleyin faciəsini daşıyaraq
İnləyən qəlpələrin parçaladığı
Gecənin zülmətində batmaq üçün.
Və bizi
Yuxulardan oyadanların hamısı
Heçnəyə çevrildilər həmin gecə
İşıq onların qəlbini polad atəşdə əritdi,
İşıq onların bədəni parçaladı
Və şəhərlərin külünü örtən solğun parıltı
Stalamitlərin göz yaşları kimi
Birdəfəlik zülmətə gömüldü.
Və Layiqli düzlükdən ayırıb saxta Yalanı
Mən hər sözün tuta bildim məğzini, duydum həyatı:
Belə ki, ədalət alicənabların nəfinədir.
—Votan yalnız onlara verir ən ali mükafatı.

Mənbə: Firuz Mustafa

Tərcümə və təqdimat: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir