Yəhya Paşazadə – Kim keçə bilir ki, sən keçən yolu?

Kim keçə bilir ki, sən keçən yolu?

Ayaq da səhv salır, göz də seçməyir,
Hər dəfə bir duman, çən keçən yolu.
Özündən savayı kimsə keçməyir,
Kim keçə bilir ki, sən keçən yolu?

Keçdiyin yolunun zamanı olmur,
Nə gecə keçirsən, gündüz keçirsən.
Bir Allah bilir ki, bu əyri yolu,
Sən necə əyilib, dümdüz keçirsən.

Durduğun yer belə, öyrəncəlidir,
Hər səmtə gah arxan, qarşın fırlanır.
Əlini sıxırsan, bükülür belin,
Boynunu tutursan, başın fırlanır.

Torunu qurursan bulanıq suda,
Balığın göllərin lilindən çıxır.
Dünyada nə qədər ucuz sözlər var,
Hamısı tək sənin dilindən çıxır.

Elə zənn edirsən əyilmədikcə,
Qazancın azalır, batır mayan da.
Qərarın kəsilir, səbrin çatmayır,
Ürəyin dincəlmir yarınmayanda…

Yalandır baxışın, hər bir addımın,
Bürüyüb büsbütün yalan ömrünü.
Bu gündən belə də şərsiz, yalansız,
Çətin yaşayarsan qalan ömrünü.

Ayaq da səhv salır, göz də görməyir,
Hər dəfə bir duman çən keçən yolu.
Özündən savayı kimsə keçməyir,
Kim keçə bilir ki, sən keçən yolu?

Mənbə və müəllif: Yəhya Paşazadə 

A Y B-nin Qarabağ Bölməsi

Yəhya Paşazadənin digər yazarları

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir