Rəfaillə bir məktəbdə təhsil almışıq -Kəmərli kənd orta məktəbində.Bir yaş fərqimiz var,belə ki,o məndən bir sinif aşağı oxuyurdu.Rəfail çox dəyərli el-oba ağsaqqalı, dil-ədəbiyyat müəllimimiz Ağakişi İsmayılovin övladıdır.Onun bütün məziyyətləri müəllim ailəsində böyüdüyünü təsdiqləyirdi-nizam-intizamlı,tərbiyəli, məsuliyyətli və s. Orta məktəbdə oxuduğumuz illərdə onun bədii yaradıcılıqla məşğul olmasından xəbərsiz idim.Bakı mühiti ədəbi yaradıcılığın üzə çıxmasında bilavasitə vasitəçi olur,mətbuat,çap imkanları,müxtəlif tədbirlər və s.Bu mühit eyni zamanda insanları yaxınlaşdırır,doğmalaşdırır,isnişdirir…söz-sözə söykək olur.Onun söz dünyası əl-ələ tutmaq üçün qırılmaz bir halqa yaradır, mənəviyyatı cilalayır.Rəfail İncəyurd milli təəssübkeşdir,onun ünvanı zəhmətdir, and yeri Vətəndir,güvənci doğma Qazax mahalıdı.İncə dərəsinin təşnəsidir.Uşaqlığının həsrət yuvası,atalı-analı günlərin qım-qımalı,laylalı , bayatılı yaddaş xatirələri onu tez-tez yurda çəkir.Ayaq izlərini ot basmış,gözü yolda qalan ata evinə tələsir.Qəribliyin ağuşuna aldığı ev,həyət-baca indi yalnız acılı-şirinli xatirələrdən söz açır.:
Çoxdandı almırıq yol havasını, Gəl orda darıxan Qazağa gedək. Tale çox oldurur özü deyəni, Gəl hərdən dartınıb yasağa gedək.
(Gedək)
Hərdən şəhər sıxlığından təngə gələn ruh adamı başını götürüb harasa getmək istəyəndə yenə “sığınacaq yeri” ata-ana evini görür.Təsəlli yeri,qəlbinin rahatladığı ocaqdır o yurd…
Başımı götürüb kəndə gedəcəm, Beş-on duru adam tapmaqdan ötrü. Neynim, çalışıram boz niyyətlərin bəyaz əllərindən qopmaqdan ötrü.
(Bəlkə də)
Rəfailin şeirlərini gözdən keçirirəm,sözlər, misralar ürəyimə hopur və gözümün leysanına dönür.Çünki bu şeirlərdə yaşanmış insan taleləri var,aman Allah,bu “yoxluqlar”adamı necə yandırıb -yaxır.Bu qara yollar bitmir,tükənmir…
Kəndin ortasına düşüb gedirəm, Yolların gördüyüm adamı yoxdu. Bağı yerindədi, dağı yerində, Hayıf ki, o dadı, o tamı yoxdu.
(Yoxdu)
Hər günü imtahan,sınaq olan ömür,başın nələr çəkib,eh,bilsən nələr?! 70-i haqladım göz açammadım,indi sevinc yaşat yolu 100-ə var!
Səndən 70 yaş asılıb, Nələr çəkən baş asılıb. Kürəyimdən daş asılıb- Onu ordan itir, gedək.
(Gedək)
Rəfail “Xəyal” şeirində yazır ki,
Oturub bir əsər yazacam bir gün, Mən özüm olacam baş qəhrəmanım…
Əla,gərək çoxdan yazmağa başlayaydın, Rəfail.Yaşadığın ömür buna haqq verir.Ömür yolun uzun olsun, inşallah,yaxşı adam.Yaxşılıqlardan usanma,qocaldım demə,duman uca zirvələrə sinir…
Daha yoxuşlara dirənmir dizim, Daha bənd-bərəni dolanmır izim. Deyəsən, qocalıq yenir, əzizim, Yadımdan çıxanlar yadıma gəlmir.
(Deyəsən)
Bu gözəl dünyanı yaradanın bir adı da Salamdı.Salam olsun gələn günlərinə,Salam olsun varlığına,Rəfail!
Adam varsa, dünya da var,- kainata salam olsun. Axan çaya, açan gülə, solan ota salam olsun.
30 MAYTANINMIŞ ƏDƏBİYYATŞÜNAS ALİM, TƏNQİDÇİ, BÜTÜN ƏLİ QƏLƏM TUTANLARIN DOSTU VƏ YARDIMÇISI, EL AĞSAQQALI, YAZARLAR CAMEƏSİNİN FƏXRİ, QÜRUR MƏNBƏYİ, ƏSL ZİYALI QURBAN BAYRAMOVUN DOĞUM GÜNÜDÜR!!!
Bu münasibətlə QURBAN müəllimi təbrik edir, Uca Yaradandan sağlıqlı uzun bir ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun, QURBAN müəllim!!!
Festivalın açılış nitqində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Türk dünyasının sarsılmaz birliyinə, türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıb.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olunub.
Səkkiz gün davam etmiş festivalın hər günü bir ölkəyə – Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Festival çərçivəsində kitab və hədiyyələrin satış yarmarkası təşkil olunmaqla bərabər ədəbi-bədii kompozisiyalarla, türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunub. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni nəşrləri təqdim edilib.
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam edib.
“İşıq” fəaliyyətə başlaması nəyinki Azərbaycanda, ümumilikdə Şərqdə böyük hadisə idi.
“xanımlar qəzetəsi” kimi intişar edilmişdi.
Azərbaycan mətbuat tarixində ilk qadın mətbuat orqanı və həftəlik qəzet kimi adlandırmaq daha doğru olar.
“İdarədən əxabr” başlığı adı altında dərc olunan yazılarda qəzetin fəaliyyəti haqda məlumat verirdi.
Azərbaycan qadınlar üçün ilk qəzetin hamısı Hacı Zeynəlabdin Tağıyev, məhsul katibi isə onun həya yoldaşı Sona xanım idi.
“ İşıq “ qəzetinin baş redaktoru Xədicə xanım Əlibəyova, naşiri Mustafa bəy Əlibəyova.
“İşıq” nəşrə başladığı ilk gündən qadın təhsilinin, qadın hüquqlarının, qadın azadlıqlarının carçısına çevrildi. Azərbaycanın müxtəlif yerlərindən yazan qadın imzalarına rast gəlirik. Xədicə xanım “həmşirələrim” deyə müraciət etdiyi azərbaycanlı xanımlara durmadan yazmağa və öz hüquqlarına sahib çıxmağa səsləyirdi. “İşıq” jurnalı müasir cəmiyyətdə yeni düşüncə və hədəflər üçün axtarış edirdi.
Maddi sıxıntıdan və material çatışmazlığından fəaliyyətini dayandırmağa məcbur oldu. Bir neçə il sonra Azərbaycan Xalq Cümhuriyyət bu ideyaları – qadın təhsilli, ictimai işlərdə, idarəçilikdə fəal olmalarına, genderbərabərliyini həlli üçün mühüm imkanlar yaratdılar. 1918 – ci ildə İstiqlal bəyannaməsi ilə qadına seçmək və seçilmək hüququ verdi.
Müasir zamanda da qanların inkişafında , ailədəki rolunda müəyyən çatışmamazlıqlar var. Məişət zorakılığı, qızların bölgələrdə tez evləndirilməsi, təhsildən uzaqlaşdırılması hallarına rast gəlirik. Belə problemlərin aradan qalxmasında mətbuat da var gücü ilə çarpışır.
Azərbaycan Qadını tarixdə öz izlərini qoymuşdur .
Türk xalqlarının hökumdar qadın qəhrəmanı – Tomirsi .
Ağılı və uzaqgörənliyi ilə seçilən – Möminə xatun Vətənpərvər, millətinin qeydinə qalan diplomat – Sara xatun
Ədəbi və mədəni həyatın inkişafına böyük töhfə vermiş – Xurşidbanu Natəvan v. s
Nəzərə alsaq ki, həmin dövürdə qadınlar hüquqsuz vəziyyətdə idilər və belə bir şəraitdə dövlət məsələrində, ictimai həyatda öz mövqelərini tutmuşdular.
Qadın – Ana elə bir varlıqdır ki, dünyaya yeni insan bəxş edən, adət – ənənələrimizi öyrədən, vətənpərvər övlad yetişdirən, milli dəyərlərimizi uyğun tərbiyə verən uca bir varlıqdır.
Ümumiyyətlə Azərbaycan qadınında cəsarət, alicənablıq, səbir v. S ali keyfiyyətlər onların daxilində nə qədər zəngin olduğunu göstərir.
Qəzet 22 yanvar 1911-ci il – 21 aprel 1912 – ci il tarixləri arasında nəşr edilmişdir. Ümumlikdə 47 nömrəsi (34 say 1911-ci ildə, 13 say 1912 – ci ildə olmaqla) toplanmışdır.
“ İşıq “qəzetinin 68 sayının nəşr olunduğu haqqında məlumat verildiyinə baxmayaraq əlimizdə 47 sayı var.
Hətta Xədicə xanımın saxladığı və əlimizdə olan dəstədə də” İşıq “qəzetinin 1911 – ci ildəki saylarının tam dəsti və 1912 – cil il üzərə ilk 12 sayı vardır.
1911 – ci il sayları Haşım bəy Vəzirovun “Səda” mətbəəsində çap olunmuşdur.
Qəzetin İlkdəki saylarının son səhvlərindən
Rus dilində qeydə edilib : “Tip. Q. B. Vezirova, Bakı”
Azərbaycan dilində : “Bakı. Haşım bəy Vəzirovun “ Səda “ mətbəəsində çap olunub- sözləri yazılmışdı.
Qəzetin 1911 – ci il 5,6,7-ci sayları 12 səhifə, qalan bütün sayları isə 8 səhifə həcmində olmuşdur.
1912 – ci ilin yanvarında “ İşıq “ qəzeti Bakı şəhər polis idarəsinin mətbəəsində çap edilmişdir.
Materialın çox az hissəsi, xüsusilə sonuncu səhvə rus dilində verilir, 1-ci , 2-ci ,3-cü səhifələr çox az hallarda isə 4-cü səhifədə reklam və ya elanlar yerləşdirilirdi.
Hüquqi – müslim (müsəlman qadının hüququ) və ya Bacılarına bir neçə söz “,” Təbabətə dair “,” Ədəbiyyat “,” Evdarlıq”, “Xəbərlər”, “Elanlar”.
“Məktublar” daimi başlığı olmasa da hər nömrəsində məktublar dərc olunurdu.
Həlimə Axundova : “ Bəs bunların hamsı elimsizlikdəndir. Əgər bir övrət tayfasında elim ola, öz hüququmuzu başa düşüb, öz vəzifəmizi anlayıb bu cür bəlalara mübtəla olmarıq”.
Qadınları kölə vəziyyətinə düşməməyə, öz hüququ dərk etməyə çağırırdı.
İndiki dövürdə öz hüququna sahib ola bilməyən qadın ər evində xoşbəxtlik, səadət tapmır.
Əksinə, elə ki, uşaq oldu biçarənin günü qara olur. Həm ev işi, həm də uşaq saxlamaq, habele ər zülmü ona göz açmağa imkan vermir. Savadsız bir qadın övladına təlim- tərbiyə verə bilməz.
Qəzetin müxtəlif saylarında evdarlığa dair məsləhətlər dərc edilir, cürbəcür mürəbbə və yeməklərin hazırlanması qaydalarını öyrədirdi.
Qəzetin daimi müəlliflərindən biri olan Mustafa bəy Əlibəyovun “K jenşinam musulmanam” adlı və digər məqalələrində müsəlman qadınlarının savadsızlığın təəssüf ilə nəzərə çatdırır, uşaq tərbiyəsinin vacibliyindən söz açır .
Qəzet imkan daxilində ana dilinin təmizliyi uğurunda da mübarizə aparırdı. “İdarədən xəbər” başlığında getmiş bir neçəyazıda müəlliflərdən xahiş olunur ki mümkün qədər öz ana dilimizdə yazıb, ərəb, fars və Osmanlı sözləri işlətməsinlər.
“İşıq “ qəzetinin müxbirləri – Həlimə xatun Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə v. S kimi qadın müxbirlər yetişdirmişdi.
“İşıq” qəzetində Azərbaycan türkcəsindən başqa 3 dildə (ərəb, fars, rusca) məqalələr, kəlamlar və şeirlər də dərc olunmuşdur.
1.Ərəbcə mətnlər əksəriyyəti ayə və hədislərdən bir neçə şeir, atalar sözü, kəlamlardan ibarətdir.
2.farsca mətnlər məqalə içərisində istifadə olunmuş şeirlərdən, bir neçə aforizimlərdən ibarətdir.
3. Rusc mətnin əksəriyyəti qəzetin naşiri Mustafa bəy Əlibəyovun məqalələri daha sonra elanlar, müəllifin suallarına verilmiş cavabları əhatə edir.
1911
Nömrə 1 : Şənbə günü 1911 – ci il 22 yanvar.
Qəzetin idarəsi. Bakı, Çerkovnı və Spasski küçələrin küncündə, 44 nömrəli evdə.
İllik 3 manat, 6 ay 2 manat. Qeyri şəhərdə illik 4 manat, 6 aylıq 2 manat 50 q.
1 nömrənin başlığında yazılıb : İndilik həftədə bir dəfə şənbə günü nəşr olacaq, tərbiyeyi – ətfala*, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir.
QƏZETİN 1 – Cİ NÖMRƏSİNDƏKİLƏR :
İlk səhifədə Xədicə xanımın “Həmişərilərimizə ixtira”, “ Hüququmuz”, “Qadın (əski ağızda yeni söz) “, Şəhrəbanu xanım Şəbanzadə “Nəsil”, “ Oxumaq lazımdır”, Sona xanım Axundovanın”Kor dilənçi”, Minaxanım Məhəmmədzadə “Müsəlman qadınlarının öz uşaqlarına tərbiyəsi” əsəri çap olunub.
Daxili xəbərlər( Az tapılan fədakarlıq ) , Xarici xəbərlər (Türk xanımlarının halı) ,Portağal mürəbbəsini necə bişirməli ? , Tapmaca, sonucu səhifədə Mustafa bəy Əlibəyovanın “Müsəlman Analarına məktub” əsəri çap olunub.
1911 – ci il . N°= 1
1912
Nömrə 1 : Şənbə günü 21 yanvar 1912-ci il
Qəzetin idarəsi. Bakı, Çerkovnı və Spasski küçələrin küncündə, 70 nömrəli evdə. İllik 3 manat, 6 ay 2 manat. Qeyri şəhərdə illik 4 manat, 6 aylıq 2 manat 50 q.
1 nömrənin başlığında yazılıb : İndilik həftədə bir dəfə şənbə günü nəşr olacaq, tərbiyeyi – ətfala*, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir.
QƏZETİN 2-Cİ NÖMƏRSİDƏKİLƏR :
İdarə “İxtira”, “Agentlərə elan “ sonra Elan, Mustafa bəy Əlibəyovun “İnna Lillahi və İnna İleyhi Raciun”, Xədicə xanımın “Bacılarıma”, Əlişir “Ədəbiyyat”, Ə. M. S “Şərifə bacı” (xalalarıma hədiyyədir), Əxbərati – Daxilə sonra Elanlar.
1912 – ci il. N°= 1
Bir sözlə Azərbaycan mətbuatının qaranlıq gecəsində bir ulduz kimi parladı. Öz işığı ilə xalqa maarif yolu açdı.
Elmi nəşrlərdə onu gah qəzet, gah da jurnal adlandırırdılar.
Qəzet – İctimai şüurun, milli oyanışın dövründə savadsızlığa, fanatizimə qarşı çıxırdı , yeniliyə, inkişafa can atırdı. Övladların düzgün tərbiyə olunması, qızların təhsilə cəlb edilməsi, mədəni geriliyi qarşı ideoloji mübarizə uğurlu addımlar atmışdı.
Qadın ailənin təməl qoyuluşunda düzgün addım atması analıq vəzifəsini, ailənin, cəmiətin qarşısındakı məsuliyyətini dərk edə bilməz.
İndiki dövürdə həftədə bir dəfə, şənbə günləri nəşr olunacaq tərbiyeyi – ətfala, ədəbiyyat, təbabət və evdarlığa dair xanımlar qəzetəsi”.
Qəzetin məramı Qadınların elim, təhsil və tərbiyədən bixəbər qalmasın.
2021 – ci il yanvar ayının 22 – də Azərbaycanda ilk qadın mətbuatının :” İşıq “ qəzetinin 110 illiyi tamam oldu.
“İşıq” ın da 100 il sonra – 2012 – ci ildə jurnal formatında bərpası klassik dəyərlərimizə sadiqlik, keçmiş irsi dəyərlərimiz günümüzə gətirərək müasir oxuculara təqdimi əsas fəaliyyətdir.
Uzun illər qəzet brujua mətbuat orqanı kimi qiymətləndirilmiş, sovet dövrün ideoloji qəlibləri prizmasından baxılmışdır. Müstəqillik illərində Azərbaycanda qadın mətbuatının bayaqrqdarı kimi öz mövqeyini tutmuşdur.
Ölkəmiz ilə yanaşı digər ölkələrin kitabxana və arxivlərində qorunan “İşıq”ın orjinal saylarının foto – surətləri saxlanır.
Qəzetin Orjinal nüsxələrini redaksiya hədiyə edən Amalıya Qasımovadır.
“İşıq” qəzetinin yeni əlifba ilə nəşri Azərbaycan qadının inkişafı tarixinin öyrənilməsi baxımdan bariz nümunəsidir.
Xədicə xanım (baş redaktor) vəMustafa bəy (naşir)
Əvvəlki forma (1911-1912- ci illər)və Transliterasiya (əski əlifbadan latın qrafikasına çevrilmişolunmuş forması.
Cığır-cığır, çəpər -çəpər, Dəniz -dəniz, liman-liman, Ölkə -ölkə, şəhər -şəhər, Qaya-qaya , orman-orman Ürəyimdə kök atmısan, Dodağımın sözü Vətən, Həsrətimin özü , Vətən! Tarixlərin yaddaşında Ərən kimi qalan yurdum, Talan yurdum. Dərdlərində yanıb, yanıb Külündə bir də doğulan Qalam yurdum, Azərbaycan, Salam yurdum!! Kimlərə pay verməmisən Axı halal çörəyindən? Üzünə kim ağ olmayıb, Kimlər çəkib ətəyindən? Kimlər verib ürəyini, Kimlər vurub ürəyindən? Kimlər keçib ələyindən? Şərəfiylə , qeyrətiylə, Sevgisiylə , şəfqətiylə Dünyaya səs salan yurdum, Azərbaycan, Salam , yurdum! Hara getsəm çəkir məni Bu torpaq, bu su, bu hava, Bu duman, bu külək, bu çən, Bu yuva, bu el , bu oba, Anam Vətən, babam Vətən, İstəyirəm yağış olub Damcı -damcı torpağına hopam , Vətən! Minib arzu köhlənimə Səni dağ-dağ, çəmən -çəmən O baş , bu baş çapam , Vətən. Sərhəd -sərhəd tikələnib Şəhid-şəhid bütövlənən , Şeir -şeir hecalanan, Varaq-varaq çiçəklənən, Dilimizdə ən müqəddəs Kəlam, yurdum, Azərbaycan, Salam, yurdum!
“Xəzan” ədəbi-bədii jurnalının may, 2024 sayı çapdan çıxıb. Sayca əlli səkkizinci nömrəsi olan jurnal 120 səhifədən ibarətdir. Ötən illər ərzində müəyyən auditoriyanın rəğbətini qazanmış jurnalın növbəti nömrəsi maraqlı poeziya, nəsr nümunələri və publisistik yazılarla zəngindir. Jurnalın YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
Şəkil 1908-ci ildə Con Stüart Millin 102-ci doğum günü münasibətilə hazırlanmış xüsusi buraxılışa aiddir. Ölümündən illər keçsə də, Con Stüart Mill qadınların səsvermə hüququnun müdafiəsində göstərdiyi səylərə görə qəhrəman kimi xatırlanmağa davam etmişdir. Stuart Mill “On liberty” (Azadlıq haqqında) əsərində bu məsələyə toxunmuşdur: Stuart Millin fikrincə, insan öz həyatını çox fərqli yaşamağı seçirsə, cəmiyyət birbaşa müdaxilə etməsə də, bu zaman həmin şəxs başqalarının onun həyat tərzi haqqında daha az qürurverici baxışlarının ola biləcəyini qəbul etməlidir: İnadkarlıq, təkəbbür nümayiş etdirən, özünü incidəcək həzzlərdən kənarlaşa bilməyən, duyğu və zəka bahasına heyvani ləzzətlərin arxasınca qaçan insan başqalarının gözündə alçaldılacağını və onların müsbət hisslərindən daha az pay alacağını gözləməli, lakin bundan şikayət etməyə haqqının olmayacağını bilməlidir. Mill davam edərək “Mənim iddia etdiyim şey odur ki, başqalarının əlverişsiz mühakimələrindən tamamilə ayrılmaz olan narahatçılıqlar insanın öz davranışının və xarakterinin onun rifahına aid olan hissəsinə görə məruz qalmalı olduğu yeganə narahatlıqlardır, lakin bu onunla münasibətlərində başqalarının maraqlarına toxunmamalıdır”deyirdi.