Vaqif Tapdıq oğlu Qurbanov – 80

AZƏRBAYCANIN ELM VƏ TƏHSUL XADİMLƏRİ 

ДЕЯТЕЛИ НАУКИ   И ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНА  

FIGURES OF THE SCIENCE AND EDUCATION OF AZERBAIJAN      

Vaqif Tapdıq oğlu Qurbanov – 80

AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ METODİKASI ÜZRƏ GÖRKƏMLİ ALİM

          Doğulduğu rayonun dünəni və bu günü

Vaqif Tapdıq oğlu  Qurbanov 1943-cü il  may ayının 18-də də Əli Bayramlı rayonunun (hazırda Şirvan şəhəri ) Qarabağlı kəndində doğulmuşdur.

Əli Bayramlı rayonu 8 avqust 1930-cu il avqustun 8-də yaradılmışdı. Rayon 1952-ci il aprelin 3-dən 1953  aprelin 23-dək  Bakı vilayətinə daxil olmuşdu.  Əli Bayramlı 1963-cü ilədək rayon statusunda fəaliyyət göstərirdi. Kənd təsərrüfatı rayonu idi. Pambıqçılıq inkişaf etmişdi.  Mən də Əli Bayramlı rayonda doğulmuş, əvvəlcə 1 nömrəli, sonra 2 nömrəli məktəblərində təhsil almışam.  6-cı sinifdə oxuyarkən bizi də – 2 nömrəli məktəbin şagirdlərini də rayonun Qarabağlı kəndinə – Vaqif Qurbanovun anadan olduğu kəndə pambıq yığımına aparmışdılar. Təbii ki, o zamanlar Vaqifi tanımırdım, tanıya da bilməzdim. Həm də o məndən 7 yaş böyük idi və orta məktəbi artıq  bitirmişdi.

Vaxtilə pambıq palanını doldurmaq üçün kənd əməkçiləri ilə yanaşı rayon mərkəzində yaşayan, işləyən, məktəblərdə təhsil alan şagirdləri də bu işə cəlb edirdilər.

Əli Bayramlıda  eyni zamanda sənaye obyektləri yaradılmaqda, tikinti-abadlıq işləri genişləndirilməkdə  idi.  Bir yandan neft yataqlarının tapılması və neft, digər yandan  elektrik istehsalı rayonun əhəmiyyətini günü-gündən artırmaqda idi. Rayonda Avropada – birinci, dünyada ikinci yeri tutan ilk açıq tipli elektrik stansiyası fəaliyyət göstərirdi.  Stansiyanın I mərhələsinin inşasına 1959-cu ildə başlanmışdır. Dövlət elektrik stansiyasının istismara verilməsi respublikamızda elektrik enerjisinə olan tələbatı tam şəkildə ödəyirdi. 

Əli Bayramlı 1963-cü ilədək  rayon idi.  Sənayenin sürətli inkişafı, yeni-yeni iş yerlərinin açılışı rayonun şəhər statusu alması ilə nəticələndi. 1963-cü il yanvarın 4-də  Əli Bayramlı rayonu ləğv edildi, ərazisi Sabirabad və Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölüşdürüldü.   Həmin ildən etibarən Qarabağlı kəndi Salyan rayonunun ərazisinə daxil oldu.

Bu il Əli Bayramlının şəhər statusu almasının 60 illiyi qeyd olunacaq. Şəhərin adı dəyişdirilərək Şirvan şəhəri adlandırılmışdır. 

Respublikamızın müxtəlif rayon və şəhərlərindən  buraya işləməyə gəlir və burada fəaliyyət göstərməyə,  yaşamağa başlayırdılar. Əhali də artmaqda idi.

“Çataram mən sizə bir gün vaxt olar, arzular, şirin-şirin arzular” (bir mahnıdan)

Əli Bayramlı (hazırda Salyan) rayonunun Qarabağlı yeddiillik kənd məktəbində təhsilə başlayan Vaqif, Kərimbəyli kənd orta məktəbini bitirdi.  Hələ IX sinifdə oxuyarkən Azərbaycan dili və ədəbiyyat müəllimi olacağına qərar vermişdi. Doğma dilini də, ədəbiyyatını da çox sevirdi. Azərbaycan tarixinə və coğrafiyasına da sevgisi, məhəbbəti böyük idi. Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasının üzərində dayansa da, xalqımızın tarixi, adət-ənənələri, maddi və mənəvi sərvətləri, tarixi şəxsiyyətlər, dövlət xadimləri  barədə zəngin məlumatlara yiyələnməkdə idi.  Şirin-şirin arzularına çatmaq üçün  sənədlərini o zamankı V.İ. Lenin adına APİ-yə (indiki ADPU-ya)  verdi.  İmtahanlara yaxşı hazırlaşmışdı.  Gecəsini gündüzünə qatıb zəruri biliklərə yiyələnməsi onu arzusuna qovuşdurdu.

“Gələcəyə inanan, tələbə, tələbə, tələbə” (Cabir Novruzdan).

Vaqif instituta 1961-ci ildə qəbul olunmuş lakin ali təhsilini 1969-cu ildə başa vurmuşdu. Bu, səbəbsiz deyildi. Təhsil illərində ordu sıralarına çağırılmış, 3 il  orduda xidmət etmişdi. Ordudan qayıtdıqdan sonra təhsilini davam etdirmişdi.  İnstitutda oxuyarkən müxtəlif fənlər üzrə seminar məşğələlərinə ciddi, məsuliyyətlə hazırlaşaraq, şüurluluğu və fəallığı ilə seçilirdi.  Həm orta, həm də ali məktəbdə oxuyarkən tədris materialının əzbərlənməsi kimi hallara yol verməmiş, sonralar öz şagirdlərindən də bunu tələb etmiş, onları başa salmışdı ki, şurlu öyrənilməyən material, qiymət və  təriflənmək  xatirinə əzbərlənənlər həqiqi  bilik deyil, tez unudulur, o, bacarığa, vərdişə çevrilmir,  onu həyatda tətbiq etmək qeyri-mümkün, yaxud  çətin olur.

                “Müəllimlik sənəti şərəfli bir sənətdir” (Ümummilli Lider Heydər

                                       Əliyev demişdir)

Vaqif Qurbanov pedaqoji fəaliyyətə Bakı şəhəri 179 nömrəli məktəbdə başlamışdı. Məktəbdə  Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, öz bilik və bacarığını şagirdlərdən əsirgəməmiş, dərsləri canlı, əyanilik üzərində qurmuş, məktəblilərin müstəqilliyini, fəallığını, şüurluluğunu diqqət mərkəzində saxlamışdır. Hələ o zamanlar o, şagirdlərinə pedaqoji prosesin bərabərhüquqlu üzvləri kimi yanaşır, onlara təlim-tərbiyə prosesinin obyekti ilə yanaşı eyni zamanda subyekti kimi baxırdı. Bunun nəticəsi idi ki, şagirdlərin Azərbaycan dili və ədəbiyyat fənnindən bilik və bacarıqları hiss olunacaq dərəcədə fərqlənir, onlar yüksək nəticələr göstərir, ali və orta ixtisas məktəblərinə daxil olarkən çətinlik çəkmirdilər.

Vaqif Qurbanov işlədiyi müddətdə məktəbin, rayonun və şəhərin fəal müəllimi kimi tanınmış,  elmi-praktik konfranslarda və müşavirələrdə çıxışları ilə fərqlənmiş, ”Qabaqcıl maarif əlaçısı” fəxri adına layiq görülmüşdü.

1975-ci ildə o, respublika səviyyəli elmi-praktik konfransda dörd ən yaxşı müəllimdən biri kimi diqqəti cəlb etmişdi. Onun dərslərindən bəzi məqamlar lentə alınmış, 12 dəqiqəlik tədris materialı hazırlanmış, eyni zamanda Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda foto-sərgisi təşkil edilmişdi.

               “Elmi beşikdən qəbirədək öyrənin” (həzrəti Məhəmməd peyğəmbərin

                                           hədislərindən) 

Vaxtilə və hazırda  ali təhsil müəssisələrində, Milli Elmlər Akademiyasında,  digər elmi müəssisələrdə çalışan, yüksək elmi dərəcəyə və elmi ada yiyələnən şəxslər hamısı bu yolu keçib. Orta məktəbdə, hansısa müəssisə və idarədə çalışıb, sonra elmin enişli, yoxuşlu yolları onları cəlb etdiyindən, çətinliklərə baxmayaraq həmin yola çıxıb. Mənim kimi, Vaqif Qurbanov kimi.

Vaqif orta məktəblərdə tədrisini davam etdirməklə  yanaşı 1975-ci ildə o zamankı Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Təhsil İnstitutu) pənah gətirib, elmi işlə məşğul olmaq istədiyini bildirib.

İnstitutda işləməyə başlayanda professor N.M. Kazımov direktor vəzifəsini icra edirdi, Zahid Qaralov direktor müavini idi. 1976-cı ildən instituta   görkəmli pedaqoq Zahid Qaralov rəhbərlik etməyə başladı. Uzun illər bu vəzifədə işlərdi. Bir müddət Maarif nazirinin müavini,  daha sonralar ki çağırış Milli Məclisin deputatı, komissiya sədri oldu.

Vaqif müəllim professor görkəmli dilçi və Azərbaycan dilinin tədrisi metodikası üzrə   məşhur alim professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi şöbədə çalışırdı. Kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdu, sonralar həm də institutun dissertantı oldu, namizədlik (hazırda fəlsəfə doktoru) dissertasiya üzərində işlədi. Elmi rəhbər kimi professor Əziz Əfəndizadə təyin olundu.  Əziz müəllim bir çox elmlər namizədi, elmlər doktoru yetişdirmişdi. Onların arasında Vaqif müəllim seçilirdi. Tədqiqatçılıq səriştəsinə, şəxsiyyət bütövlüyünə görə, öz fikri, sözü olmasına, öz elmi mövqeyini, elmi ideyalarını müdafiə edə bilməsinə görə.  Vaqif Qurbanovu o zamanlar da, indinin özündə də professor Əziz Əfəndizadə məktəbinin layiqli davamçısı  hesab edirlər.

Professor Fikrət Xalıqov 2013-cü il may ayının 31-də “Azərbaycan müəllimi” qəzetində V.T. Qurbanova həsr və dərc etdirdiyi məqaləsinə məhz belə ad verib: “Əziz Əfəndizadə məktəbinin layiqli davamçısı”.

Vaqif müəllim özü bu haqda belə deyir: “Mən Əziz Əfəndizadə linqvometodika məktəbinin davamçısıyam; bu adı daşımaqla fəxr edirəm”.

Vaqif Qurbanov 1986-ci ildə “Azərbaycan dilinin sistematik kursunda söz birləşmələri tədrisinin linqvodidaktik əsasları” mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi, bir müddət sonra dosent elmi adı aldı.  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Təhsil İnstitutu) tədqiqatlarını davam etdirməkdə idi. Professor Əziz Əfəndizadənin məsləhəti ilə doktorluq dissertasiya mövzusu təsdiq etdirdi.

Hələ 1986-ci ildə Əziz müəllim Vaqif Qurbanovun  dissertasiyasına  elmi rəhbər rəyi yazarkən həmin rəydə belə bir fikir öz ifadəsini tapmışdı:   “Vaqif Qurbanov artıq didakt kimi formalaşmışdır”.

  Bu, təbii ki, gənc tədqiqatçı üçün böyük dəyər idi. Vaqif müəllim həmin rəyi xatırlayaraq deyir: “Bu mənim üçün həm yüksək qiymət oldu, həm də kredo, daim öyrənmək, öyrənmək, yenə də öyrənmək kredosu”.

Sonra Vaqif müəllim mənə müraciətlə dedi: “İndi də ki siz mənə layiq olduğum qiyməti verirsiniz, deməli, mən xoşbəxtəm və 80 ili, Ənvər müəllimin vaxtilə dediyi kimi,  küləyə verməmişəm. Həmçinin də sizin kimi dostlarım var”.

Vaqif Qurbanov 2015-ci ildə “Azərbaycan dili təlimində fəndaxili əlaqələrdən istifadə üzrə işin sistemi”  mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqogika elmləri doktoru elmi dərəcəsi aldı.

Müxtəlif vəzifələrdə işləməyə dəvətlər aldı 

Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (hazırda Təhsil İnstitutu) burada çalışan əməkdaşlar üçün “tramplin” rolunu oynayıb. Daha doğrusu, burada yüksək uğurlar qazandıqlarına görə çoxları müxtəlif ali məktəblərə, başqa nüfuzlu təhsil müəssisələrinə, rəhbər vəzifələrə, Maarif (hazırda Təhsil) nazirliyi sistemində işə  dəvət olunublar. SSRİ EA-nın müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, respublika EA-nın Fəlsəfə İnstitutunun direktoru olmuş  Aleksandr Osipoviç Makovelski, professor Komarovski,  akademiklər Mehdi Mehdizadə,   professorlar  Nurəddin Kazımov, Əhməd Seyidov, Mərdan Muradxanov, Əjdər Ağayev, Yusif Talıbov, Aben Kərimov və başqaları institutda işləmiş, sonralar müxtəlif təhsil müəssisələrində öz fəaliyyətlərini davam etdirmişlər.

Vaqif Qurbanov da diqqət mərkəzində idi. Odur ki, dəvətlərə əsasən, “Azərbaycan məktəbi” jurnalının baş redaktor müavini (1987-1999), “Ana sözü” jurnalının baş redaktor müavini (1990-1992), Azərbaycan Respublikası Prezidenti ya­nında Ali Attestasiya Komissiyasında Humanitar və ictimai elmlər şöbə­sinin rəis müavini (1992-1996) vəzifələrində işlədi.

Azərbaycan Müəllimlər İnstitutunda işə dəvət olundu 

Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan dilinin tədrisi metodikası ixtisası üzrə mütəxəssisə ehtiyac vardı. Rəhbərliyə Vaqif Qurbanovu məsləhət  gördülər. Vaqif müəllim dəvəti qəbul etdi və  burada dosent vəzifəsində (1999-2016) çalışmağa başladı. İnstitutda “Azərbaycan dili tədrisinin aktual problemləri”, “Azərbaycan dilinin tədrisi metodikası” və “Nitq mədəniyyəti” fənlərini tədris etdirdi.

 Pedaqoji kollektivin üzvləri də, rəhbərlik də, tələbələr də  Vaqif müəllimdən razılıq edir, onun səriştəli müəllim olduğunu, öz fənnini nəzəri və metodik baxımdan əla bildiyini, müəllimin etik davranış qaydalarını yüksək səviyyədə  yerinə yetirdiyini, müəllim-tələbə münasibətlərini, pedaqoji əməkdaşlıq  məsələlərini tələb olunan səviyyədə qurduğunu etiraf edirdilər.

Azərbaycan Müəllimlər İnstitutu fəaliyyətini dayandırdıqdan sonra Vaqif müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetinin   Azərbaycan dili və onun tədrisi texnologiyası kafed­ra­­sında (2016-cı ildən) çalışır.  “Oxu təlimi” və “Dil qaydaları təlimi” fənlərindən mühazirələr oxuyur.

                        Vaqif müəllimin elmi-pedaqoji yaradıcılığı

Vaqif Qurbanov  iki ay olardı ki,  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna işə qəbul olundu. Professor Əziz Əfəndizadə etimad göstərərək,  “Orta məktəbdə Azərbaycan dili tədrisi” adlı vəsaitin II hissəsində fel bəhsinin tədrisi ilə bağlı material hazırlamağı ona tapşırdı. Bu inamı, bu etimad Vaqif müəllimi elmi yaradıcılığa həvəsləndirdi, özünə inamı artırdı. 

O,  150-dən çox elmi-meto­dik əsərin müəllifidir. Təkcə doktorluq dissertasiyasının məzmunu, əsas elmi ideyaları və tədqiqatın nəticələri ilə bağlı   85 elmi-metodik əsər nəşr etdirmişdir. Həmin elmi əsərlərdən 16-sı Rusiya, Ukrayna və Qazaxıstan respublikalarının nüfuzlu jurnallarında çap olunub.

                  Əsas elmi əsərləri:

  1. Azərbaycan dilinin tədrisi metodikası: Dərslik. Bakı, 2015.
  2. Azərbaycan dili təliminin aktual problemləri. Bakı,  2009.
  3. Söz birləşmələri tədrisinin linqvodidaktik əsasları. Bakı,  2015.
  4. Dil tədrisinin aktual məsələlərinə dair. Bakı,  2010.
  5. Nitq mədəniyyəti və üslubiyyat.  Bakı, 2012,2013,20140cü il nəşrləri.

         Dərslikləri:

  1. Azərbaycan dili təlimində fəndaxili əlaqələr. Bakı,  2008.
  2. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin I sinifləri üçün.
  3. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin 7-ci sinifləri üçün.
  4. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin 8-ci sinifləri üçün.
  5. Azərbaycan dili: Təlim rus dilində olan məktəblərin 9-cu sinifləri üçün.
  6. Ədəbiyyat: Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün.

Vaqif Qurbanov hazırda Azərbaycan dili fənn kurikulumu metodologiyası sahəsində inteqrasiya problemi ilə məşğul olur.  Azə­r­bay­can Respub­likası Təhsil Na­zir­liyində yeni dərsliklərin yaradıl­ması üzrə şura üzvü kimi də ictimai fəaliyyət göstərir.

                            Professor Vaqif Qurbanovun etirafları:

”Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda çalışdığım ilk iki ildə buradakı alimlərdən, xüsusilə Əziz müəllimdən çox şey öyrəndim. Nizamlı-səliqəli cümlələr qurmaq, sərbəst və məntiqli danışmaq və yazmaq, tədqiqatçılıq səriştəsi,  xeyirxah əməllər, əvəzini gözləmədən yaxşılıqlar etmək, insanlar arasında fərq qoymamaq, gənclərə inanmaq, əsl elmi rəhbər, əsl yoldaş, əsl insanlığı zinətləndirmək o dövr alimlərinin həyat şüarı idi. Əziz müəllimin dediklərini həmişə nəzərə almışam və xeyrini görmüşəm. Ustadım məndən razılıq edirdi: “Vaqif müəllim iki ildən gec olmayaraq müdafiə etməlidir. Dərslərini çox bəyənmişik, yaxşı metodist alim olacaq”. Həmin sözləri indi həyəcansız dilimə gətirə, yaza bilmirəm .

Hazırda çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetin rəhbərliyindən də özümə qarşı hörmət və diqqət görürəm. Belə bir diqqət mənə vaxtilə Əziz müəllim Əfəndizadədən və sizlərdən olub, təbii ki.  Universitet rəhbərliyi mənim professor seçilməyimə şərait yaratdı, əmrlə professor vəzifəsinə təyin etdi. Heç kəsdən, heç nədən şikayətim  yoxdur. İmanlı insanlarla əhatə olunmuşam. Filologiya fakültəsinin təşəbbüsü ilə 80 illiyim qeyd olundu.

Nə şərəfə, nə şöhrətə meylim var. Mənə uğur gətirən “Nitq mədəniyyəti” fənni üzrə mühazirələrim olub. Kitablarımda “Natiqlikdə”, “Nizami Gəncəvi kursu” “İmaməddin Nəsimi kursu”, “Məhəmməd Füzuli kursu”, “Mirzə Ələkbər Sabir kursu”, “Hüseyn Cavid kursu”, “Səməd Vurğun kursu”, “Heydər Əliyev siyasi natiqlik kursu” kimi bölmələrim var. Hər biri də 2 dərs saatlıq. M.Ə. Sabir yaradıcılığından min misradan çox əzbər şeir deməyim də var. Tələbələrə öyrətmək üçün. Filoloq tələbələrə. Daha özünü tərifdən çıxıram… Metodist və didakt alimlərin elmə gətirdiklərindən də yazmışam. Onların dil təliminin qanunları, prinsipləri, metodları haqqında da fikirlərini də bir-bir sadalayıb, şərh edirəm. Mənim azdan-çoxdan başım çıxan bir şey varsa, o da dərs fəlsəfəsidir. Ona didaktika fəlsəfəsi deyilir.

  Klassik didaktikaya, “Böyük didaktika”ya da bələdəm. Y.A. Komenskiyə də, Nəsirəddin Tusiyə də. Nəsirəddin Tusi Aristotel davamçısıdır. Amma nə qədər sadə alim olub və yazıb:

                                     “Mən bəhs etdimsə, bir çox elmdən,

                                       Onları ürəkdən şərh etdimsə mən,

                                       Əqlimin gözü ilə baxanda gördüm,

                                       Dünyada heç bir şey bilməmişəm mən”. 

  İndi görürsən ki, mən nə üçün özünütərifdən uzağam. Şeyx Sədi pedaqogikası da belədir:

                                      “Alimlər o qədər sadə olurlar,

                                       Özlərinə alim demirlər onlar” .

            Eqoizmdən uzağam (başqalarına baxanda, əlbəttə).

Müasir təlim metodologiyasına dair didaktik mülahizələr söyləyə bilərəm. (Ancaq özünü tərifdən qorxuram).

                             Vaqif Qurbanovun didaktik fikirləri:

     1. Dil təliminin 4 məzmun xətti əsasında qurulması dərin metodologiyasıdır. Ənənəvi isə, bir məzmun xətti üzərində qurulardı. Odur ki, 4 at gücü bir at gücündən, əlbəttə ki, mükəmməl olmalıdır.

     2. Müasir dil təliminin nitq praktikası üzərində qurulması obyektiv reallıqdır. Dil dərsləri mətnlərlə, yəni nümunə kimi nitq parçası ilə başlayır. Mətnlər üzərində fonetik, leksik… üslubu işlər həyata keçirilir. Bu dinamik nitq-dil-nitq formulasıdır. Belə bir formula inkişafetdirici təlim nəzəriyyəsidir. Mən belə düşünmüşəm.

     3. Dil təlimində təlim məqsədi, nəticələri və standartları şagirdlərin nitqini zənginləşdirdikcə onların təfəkkürü zənginləşir, təfəkkürü dərinləşdikcə, dünyagörüşü genişlənir.

     4. Azərbaycan dilindən dərsliklərdə verilən əsas və dinləmə mətnləri, hesab elə ki, ifadə mətnidir. Onların nəticə etibarilə inşaya çevirmək şagirdlərin yaradıcı fəaliyyətini təmin edirsə, mətnlərin məna və məzmununun aşılanması tərbiyəedici təlim və ya müasir didaktika hesab olunur.

5. Dinləyib-anlama və danışma kurikulumda birinci məzmun xəttidir. Ona görə ki, dinləməsən anlamaz, anlamasan, danışa bilməzsən. (Nədənsə biz dinləməni-başqalarına qulaq asıb öyrənməyi mədəniyyət səviyyəsinə qaldıra bilmirik).

                  Vaqif Qurbanovla tanışlığım:

1973-1975-ci illərdə mən Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işləyirdim. “Azərbaycan müəllimi” qəzetində bir elana rast gəldim. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (hazırda Təhsil İnstitutu) yeni yaradılmış Tərbiyənin ümumi problemləri şöbəsində kiçik elmi işçi vəzifəsini tutmaq üçün müsabiqə elan etmişdi. Elmi işlə məşğul olmaq mənim də böyük arzum idi.  Sənədlərimi müsabiqəyə təqdim etdim və müsabiqədən keçdim. O vaxtdan bu institutda çalışıram. Az qala 50 il ola. Vaqif Qurbanovla burada tanış olmuşam. İllər keçdi. Münasibətlərimiz həmişə yaxşı olub. Vaqifi  xeyirxah, ədalətli, zəhmətkeş insan, gözəl alim, sədaqətli dost, bel bağlayası yoldaş,  güclü məntiqə, elmi təfəkkürə malik bir şəxs kimi tanımışam və tanımaqda davam edirəm.

İllərə nə var ki. İllər keçir, amma səni sınaya-sınaya. Çətinliyə sala-sala, iradəni yoxlaya-yoxlaya. Qoyub getdiyin izləri vərəqləyə-vərəqləyə. Xoşbəxt o adamdır ki, özündən sonra yaxşı iz qoyur. Bu mənada dostum, pedaqogika elmləri doktoru, professor Vaqif Tapdıq oğlu Qurbanov öyünə bilər. İllərin sınağından yaxşı çıxıb. İllərin arxasını yerə vura-vura gəlib 80 yaşına çatıb. Amma, göz dəyməsin ona,  heç 80 yaşında kişiyə oxşamır. Şuxdur, çevikdir, zarafatlarından qalmır, nikbindir, qayğıkeşdir. Övladlarını yerbəyer edib. Nəvələri var. Onlar da bir yandan xoşbəxtliyini artırır, həyatın gözəlliklərindən zövq almasına, ömrünün daha da uzanmasına kömək göstərir. İş yoldaşlarının da, dostlarının da bu sahədə özünəməxsus payı var.  Biz Vaqifin xətrini çox istəyir, bir dost, yoldaş, alim kimi onu çox sevirik. O bizi çox sevir. Deyir mən ailəmin, dostlarının əhatəsində xoşbəxtəm, ömrümün uzanmasının səbəbi, səbəbkarı da bunlardır.

Əziz dost 80 yaşın mübarək!!!

AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Afət Şahid – Şeirlər.

Yetimlik qüssəsi

Övladsız atalar…

Atasız övladlar….

Hər gün…

gün işığında bir ümid arar…

Qəlbini göz yaşıyla isladıb

telini küləklə darayar…

Nə qüssə əlini çəkib gedər…

nə də qəm ayrılar…

Nə göz yoldan çəkilər…

nə də səssizlik susar…

Boşluqda qalan əlləri

tək dualar sığallayar…

Ayrılıq qüssəsi dolar

Havadan asılmış  əllərə…

Xatirə şəkli çəkmiş gözlərin işığında

Qovuşmaq ümidi parlar…

Görüşmək ümidi ilə….

Hələlik….

***

Qazanclı gülüş…

İçinə nə tökdülərsə

yediyin odur…

bu qazan çox danqıldayacaq…

Ata nəsihəti…

Ana danlağı…

Qohum paxıllığı…

Qonşu qınağı…

Sevgi, nifrət…

Fitnə, fəsad və həsəd…

Hər gələn bir az duz, istiot qatıb

Sonra da dedilər:-bu, zəhər imiş…

Yeməli deyil bu tullayın getsin…

Getsin və gəlməsin bir daha geri…

Dərdin məngənəsi çox qəddar, zalım

Sayqısız hesablar, sonsuz qınaqlar

Bir parça ümidlə heç yola getmir…

Şuürsuz çəkilmiş şəklinin

bir ucun yandır…

küllər gülə dönsün qəhqəhə çəksin…

bu gülüş o gülüşdən deyil…

Bu gülüş qazanclı gülüş…

***

Qar yağsa…

Qar yağsa…

Buz kəsilmiş qəlbləri

İsidən bir cəhənnəm odu olsa barı…

Doğranmış cəsədləri yığıb

ət bazarında satanlar…

qazanclı çıxdılar ötən illərdən…

Qar yağsın isti qan üzərinə…

yağdığından utansın…

Qızarıb yerə girsin utandığından…

əriyib yox olsun bu kainat

körpə qışqırığı, körpə naləsi altında…

rəqs edən kahinlər

qovulmuş şeytandan betər

insan qanına

insan ətinə

susamış it kimi

qanlı dişlərini göstərən İblis

qəhqəhə çəkib gülmür daha…

Qar yağsın buz kəsilmiş daş ürəklələrə…

Cəhənnəm oduna odun qatılsın…

Cənnətə yüyürən körpə şəhidlər

Qartopu oynasın, qoy sevinsinlər…

***

Yumruq

Bir körpə yumruğu qalxdı dünyaya

Bombalanmış binaların altından

Qanlı yumruq zalmlara bir hədə

Yatmış ümmətəsə bir çağırışdır…

Gül körpələr gömüldükcə torpağa

Torpaq qan ağlayır, göylər üzülər

 Körpə qatilləri qoy sevinməsin

 Rəbbim birin alar, minin gətirər

Körpə qəbirləri Son gün Şahidi,

Canilər deməyə söz tapmayacaq

Qan tutmuş ğözlərə körpə yumruğu

 Şahidlik edərək son söz deyəcək

Ağırdı bir məsum körpə yumruğu

Son günün son sözü, son kəlməsindən

Yanaqlarda donmuş məsum ğöz yaşı

Boğacaq zalımı son kəlməsində…

***

Bilək…

Günahsız qanına batmış əlləri

Nə yuya bilərsə deyin biz bilək…

Cinayətə susub lal-dinməz olan

Vicdanlar neçəyə satılır, bilək…

Gecələr qatillər rahat yatırmı..

Tökdüyü qan boğazına axırmı

Yediyi, içdiyi cana yatırmı?

Nəfəsi neçəyə alır biz bilək…

Hər aldığı nəfəs bir məzlum ahı…

Hər yediyi yemək bir körpə qanı

Yuxuları xarabalıq meydanı

Ruhunu neçəyə satdı, biz bilək…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MARKSIN “GİZLİ” SEVGİSİ

MARKSIN “GİZLİ” SEVGİSİ
Engelsin dostuna və dostluqda böyük sədaqəti
Marksın oğlu da vardı…

Dahilərin, klassiklrin çoxu təkcə yazıb-yaratdıqları ilə deyil, həm də həyatları ilə maraqlıdır.
Karl Marks (Karl Henrix Marks) da həmin cərgədədir.
Ola bilsin, Kimsə Marksın adını eşidib(oxuyub) dodaq büzsün… Bu, olan işdir. Belələrinin haqqı da var Marksa müəyyən “əmma” qoymağa… Axı Marks özü də polemikanı sevirdi…
Mən uzun illər aspirantlara və tələbələrə “Marksizm- leninizm fəlsəfəsinin əsasları”ndan dərs demişəm. Amma özümü nə marksist, nə də leninçi hesab etmişəm. Zatən o vaxtlat başqa bir fəlsəfə dərsliyi də mövcud deyildi. Əslində həmin predmet fəlsəfə tarixi hesab oluna bilərdi. Və yenə əslində, nə Marks “bütöv” filosof olub, nə də Lenin. Marks iqtisadçı-tarixçi-hüquqşünas, Lenin inqilabçı-hüquqşünas-sosiloq idi. Onların hər ikisi özünü daha çox, “qəzetçi” və “jurnalist” hesab edirdi. Onların heç bir fəlsəfi nəzəriyyəsi olmayıb, baxmayaraq ki, SSRİ-də “Marksizm-leninizm fəlsəfəsi” dərsliyi də yazılıb. Orasını da deyim ki, bəzi mühazirə saatlarında və çıxışlarımda bu konuda fikirlərimə, həmin “klassikləri” arada tənqid etdiyimə görə töhmətləndirilmişəm də… Zira onlar Sovetlərdə canlı adamdan daha çox, büt kimi təqdim edilirdi. Mən isə canlı, yaşarı Marksı təqdim etmək fikrində olmuşam. Həm də filosof kimi yox, iqtisadçı kimi…
Bu bir başqa mövzu.
Şübhəsiz ki, onların hər ikisi nəhəng idi.
Bəli, həyatı maraq doğuran tarixi şəxsiyyətlərdən biri Karl Marksdır.
Mən bu kiçik qeydlərdə Marksın bütöv həyatı haqda deyil, sevgisi və sevgilisi haqda müxtəsər danışmaq istəyirəm.
Karlın arvadı Jenni Marks ərindən dörd yaş böyük idi. Onların arasında odlu-alovlu eşq yaşanmışdır. Jenni advokat qızı idi, aristokrat vəkil ailəsindən çıxmışdı.
Valideynləri razı olmasalar da, gənclər tez ailə qurdular. Onda Karlın cəmi 18 yaşı vardı. Ona rənginin tutqunluğuna, qatran rəngli saç-saqqalına görə “Mavr” deyirdilər. O, gəncliyində şeir yazırdı, məşhur şair Henrix Hayne (Heyne) ilə uzaq qohumluğu da var idi. Tezliklə gənc ailədə dörd uşaq dünyaya göz açdı. Onlardan biri –Foksik adlı oğlan uşağı dünyadan tez köçdü. Qızları- Jenni, Laura və Eleonora yaxşı tərbiyə aldılar, öz dövrlərinin məşhur simaları ilə ailə qurdular…
Bütün bunlar məlum.
Ailəsinə sədaqətli olan Marksın məşhur bir ifadəsi var, almancasını bilmirəm, ruscası belədir: “Я человек, и ничто человеческое мне не чуждо” (“Mən insanam, insana xas olan heç nə mənə yad deyil”). Bəli, Marks insan idi və özünün dediyi kimi insani səhvlərdən də xali deyildi.
İstərdim ki, proletariatın dahi rəhbərinin bir “səhvi” haqda söhbət açım. Məsələ burasındadır ki, Marsın gizli sevgisi də vardı. Həm də məsələ orasında idi ki, Marksların evində gənc bir xanım qulluqçuluq edirdi. Bu, Yelena Demut adlı qadın idi. Evdə onu Lenxen deyə çağırırdılar. Əlbəttə, qulluqçu saxlamağa Marksın maddi imkanı yox idi. Kitablardan çox cüzi qonorar alıdı. Onun ailəsinin qayğısını sadiq dostu Fridrix Engels çəkirdi. Çox güman ki, Engels olmasaydı Marks bizə məlum Marks olmayacaqdı. Amma…
Tezliklə Marksla ev qulluqçusu arasında gizli bir eşq macərası yaşandı. Qadın hamilə oldu və dünyaya bir oğlan uşağı gətirdi. Marks çıxılmaz vəziyyətdə qalmışdı. Jenni ərindən şübhələnməyə, ona eyhamlı işarələr vurmağa başladı. Məsələdən agah olan Fridrix Engels dostunun köməyinə çatdı. O, Jennini inandıra bildi ki, uşağın atası Marks yox, o, özüdür. Yəni Engelsdir. Jenni bir daha bu mövzuya qayıtmadı. Ailəni qorumağa çalışan bütün ağıllı qadınlar kimi, o, “Mavrın” üstünə gəlmədi. Sonralar həmin uşaq böyüdü. Və həyatının sonunacan Engelsi öz atası hesab etdi. Bu uşaq, sonralar fəhlə hərəkatının fəal üzvü olmuş Henri Frederik Lüis adlı inqilabçı idi. Nəhəng tekstil fabrikin sahibinin oğlu, sadiq dost Engels ömrünün sonunacan Marksın “gizli” sevgilisinə və uşağına qayğı göstərdi.
Bəzi tədqiqatçılar Engelsin həyatına kölgə salaraq onun Yelena ilə əlaqəsinin olduğunu iddia edirlər. Amma bu, səhv informasiyadır. Məsələ burasındadır ki, Engels Meri Börns adlı-soyadlı xanımı sevmişdir. Meri 41 yaşında vəfat etmiş və bu, Engelsə çox təsir etmişdi. Bir müddət tənha qalan Engels sonralar Merinin bacısı Lizzi Börns ilə birgə yaşamağa başlamışdır.
Engels yalnız öz əcəlinə bir neçə saat qalmış, yəni ölüm yatağında sevgilisi Lizzi ilə evliliyini, nigahını rəsmiləşdirmişdir…
O ki qaldı Marksın gizli sevgilisi Yelena Demuta, o, uzun bir ömür yaşadı və öləndə Marksın qəbrinin böyründə dəfn olundu…
Adətən, Marksın bioqrafiyasını yazanlar onun üç qızının olduğunu vurğulayırlar. Əslində isə, gördüyümüz kimi, Marksın oğlu da vardı.

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Şumerlər haqqında


Xanım alimin Şumerlər haqqında araşdırması məni çox mütəəssir etdi.O, həqiqətən də doğru olaraq şumerlərin türk olduğunu söyləyir.Bir şeyə təəssüf edirəm ki, Türkiyənin dilçi alimləri də dildə olan qədim sözlərin tanrıçılıqla bağlı olduğunu duya bilməmişlər.
Hansı əsasla şumerlərin türk olmasını sübut etmək olar?
Bu sualı yalnız Teolinqvistikanın köməkliyi ilə cavablandırmaq mümkündür.Qədim Oğuzların(yəni Qədim Türklər) kökləri Şamànlar olmuşdur.Şamanların tanrıları və inancları Gün Tanrısı idi.Bu ğün söylənilən Amon Tanrısının ilk adıdır.Türklərin ağac kultu olan şam(cam), yandırdıqları şam, gecəyə(“gec” sözündəndir) axşam deyilməsi də şam yanan vaxtla(yəni qaranlıq düşən vaxt) yaranan psixolinqvistik sözlərdir. Şam ağacının ğövdəsinin qırmızı olması və ağacın formasının tonqala oxşaması səbəbindən bu ağac kultu yaranmışdır.
Alim doğru olaraq bildirir ki, Sumer yer adıdır.Fonetik hadisə nəticəsində şam sözü sum, şum sözlərinə keçmişdir.Sözün 2-ci hecası “er” sözü yer sözündəndir. Yəni Şamanların yeri.Şaman sözünün 1-ci hecası şam-od , 2-ci hecası man adam mənasını bildirir.Əslində man ulu dilə aid söz olmaqla bütün dillərdə “mən, adam” mənasına gəlir”.Man” sözünün özü də Amon(şamon) sözündən yaranmadır.Dildə baş verən fonetik hadisələr nəticəsində sumer və şumer sozləri şam sözündən törəmədir.Deyimdə olan “ay aman” Amon tanrısını çağırmaqdan yaranmadır.
Alimin qeyd etdiyi “Bilqamış” sözü də qədim türk sözüdür.Teofordur.Gil və qamış sozündəndir.Qədim Türk sözü olan “yazmaq” sözü “qazımaq” sözündəndir.Qədim türklər yazını gilə qarğı (qamış) ilə həkk etmiş, sonra isə onu uzunömürlü etmək üçün odda yandırıb, keramitləşdirmişlər.”Kir” sözü də Ulu qədim Od tanrısının adlarındandır.Bilqamış sozünün özü də psixolinqvistikdir.Yəni “gili oxuya bilən” mənasındandır.Gil-bil.
O ki qaldı Kəngər sözünə, bu söz də teofordur.Inancın(totem) tərifınə əsasən tayfalar öz adlarını inanclarının adı ilə adlandırmışlar.Gün və Qor Tanrılarının adlarındandır.Qədim Türklərin tayfaları öz tanrılarını ona birləşən tayfanın tanrısının adı ilə qoşa yaşadırdılar.Yəni Kəngərlər həqiqətən də ən Qədim Türk tayfalarıdır.
Xanım alimə təşəkkür edirəm.Onun bu eşq ilə türkçülükdən danışması çox təsirlıdır.Bu səbəbdən mən ona öz minnətdarlığımı bildirmək istədim.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SATIŞDA OLAN YENİ KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

НАДЫРБЕКОВА МАЛИМБУ – КЫЗЫМА

КЫЗЫМА.

Кызым бар жалгыз менин тагдырымда,
Жароокер,укмуштуудай жайнаган.
Уну кубулжуп,сайраган булбулдун унундой,
Мен бактылуумун бул омурдо аны менен.

Жар салам баарысына жаңыртып ,
Кызым бар сөзүнө,топ келишкен өзү менен.
Бакырайган көздөрү ай шооладай,
Жарык берет апасына жандай коргон.

Журо берчи кагылайын тирек болуп,
Жүрөк болуп кыз-баландын маңдайында.
Жетелешип жарың менен кол кармашып.
Турмуштун таза жолун, таттуу жолун таңдай билип.

Автор: НАДЫРБЕКОВА МАЛИМБУ

FİRUZ MUSTAFANIN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Rza Xələfli – “BİR MUĞAM MƏCNUNU”…

“BİR MUĞAM MƏCNUNU”…
(Dünya yazana qaldı)

Vaqif Yusifli öz oxucularını daha bu ünvana çağırır.Özü də həmin üç kəlmə ilə. İki ecazkar aləmin -muğam aləminin və məcnunluğun birliyi vəhdəti daha bir qeyri-adi aləmin yaranmasından xəbər verir
Bir muğam Məcnunu… Kimdir o? Hardan gəlmişdir, yolu hayanadır? Bu yolların yorğunu kimi yarı yolda qalmayacaq ki? Axı bu yol… Bəli, Vaqif Yusifli yolun ağrılığını, qaranlığını yol- çunun işıqlı mənəvi aləmindən süzülən nuru.. Hər şeyi yaxşı gö- rür. Bəlkə də, elə buna əvvəlcə Yolçu müqəddəs yolun Məcnu- nu haqqında danışmazdan əvvəl yolun nə yol olduğunu, bu yolun hardan gəldiyini anlatmaq istəyir; Ancaq buna da tələsmir. Lap zirvədən başlayır. Daha qorxmur, bilir ki, arxasınca çağırdığı insan övladı onunla birgə bu yolu keçməkdən ötrü ayağının altına baxmadan, sıldırımları yuvarlanmaqdan çəkinmədən gə- ləcəkdir. Çünki onun danışdığı hekayətin özü elə muğamdır. Bü- tün sənətlərin şahı muğam Şahanə bir qürurla, ən başlıcası, daxili bir yanğı ilə oxunursa, onu eşidən dinləməyə məhkumdur.
Vaqif Yusiflinin “Bir muğam Məcnunu” əsəri elegiya-povesti müəllifin özü tərəfindən oxunan muğam dəstgahı təsirı bağıçlayır. Əsər gözəl muğam ifaçılarımından biri Zahid Quliyevin həyat va sənət yollarında başına gələnlər, öz istedadının gücüna qazandığı uğurlardan bəhs edir
Artıq qeyd etdiyimiz kimi, Zahid Quliyevin mənəvi aləminə daxil olmağa tələsmir Fikir və duşüncələrinin qanadında qalxdığı zirvədən – zildən başlayır. “Həyat, məhəbbət, insan, gö zəllik ali duyğuların ifadasi olan muğam, bu dörd bəşəri möνzunun fəlsəfi işarəsidir
Muğam artıq Şarq hadisəsi mahiyyətindən çıxıb ümumbəşəri estetik hadisəyə çevrilmişdir
Azərbaycanın qüdrətli filosofu Asif Ata yazırdı: “Hər bir muğam bir fəlsəfi konsepsiyadır. Çünki burada həyatın dərin fəlsəfi mahiyyəti öz dərin ifadəsini tapıb
Muğamda fəlsəfənin əsas məqsədlərindən biri olan özünü dərketmə çox parlaq şəkildə təzahür edir.
Muğamda özünüdərketmə dialektik bir proses şəklində baş verir. Muğam pillələr sənətidir. Hər pillə insan həyatının bir cəhətini əks etdirir. Hər yeni pilləyə qalxdıqca biz həyatın yeni bir tərəfini dərk edirik.
Har pillə – bir sonluqdur. Bütün pillələr bir yerdə sonsuzluqdur. Hər pillə – ömür illərinin bir fəslidir. Bütün pillələr ümumən ömürdür”.
Muğamın ilk dəfə harada və nə vaxt yarandığı barədə müxtəlif versiyalar və fərziyyələr mövcuddur. Lakin harada yaranır- sa-yaransın, muğam Şərq hadisəsidir”. (Vaqif Yusifli “Bir muğamın Məcnunu”. “Atilla” nəşriyyatı, Bakı 2003, səh.5).
Bundan sonra müəllif sözün həqiqi mənasında zəhmətə qat- laşaraq hamımızın bildiyimiz və heç birimizin bilmədiyimiz (bəl- kə elə bu da muğamın ecazkarlığına bir sübutdur) muğamın fəlsəfi mahiyyəti tarixi, məşhur muğam ifaçılarımız haqqında məzmunlu, elmi araşdırmalarla zəngin dəyərli və bitkin bir əsərlə – birinci söhbətlə bizi tanış edir. Həmin söhbəti oxuyanda adam bir qədər ürpənir. Bu ecazkar aləmə daxil olmağa cəsarət edən tapılarmı? Və elə həmin söhbətin sonunda belə bir cəsarət sahibi ilə bizi tanış edir. Bu, Zahid Abdulla oğlu Quliyevdir. Xeyr, Vaqif Yusifli məsələni sadəcə mürəkkəbləşdirmək, süni şəkildə Zahid sənət yolunun çətinliyini gözlərimiz önündə canlandırmaq istəmir. Zənnimcə, həqiqət budur ki, o özü də necə çətin və məsuliyyətli bir mövzuya can verməli olduğunu dərk etdiyindən çətin, ancaq uğur gətirən bir yol seçimidir. Təkcə elə həmin hissə kütləvi oxucu üçün dəyərli bir mənbədir. Həm də ən başlıcası oxucu əsərin qəhrəmanına yuxarıdan aşağı baxa bilməz. Çünki muğam aləmi, güclü qanadları istəyən əngin samadır. Bax müəllif əsərin əvvəlindəcə bu ovqatı yaratmaq istəmiş və buna nail olmuşdur. Onun tarixə maraqlı ekskursları bulaq suyu – dağ çeşməsi kimi içilir: “Muğam sənəti Füzulisiz yaşaya bilməz. XX əsrdə Füzuli qəzəli Azərbaycan musiqisinin əvəzsiz güvənc yerinə çevrilmişdir. Böyüklü-kiçikli bütün muğam oxuyanlar Füzulidən yararlanıblar. Bu işdə dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ənənələri. Füzuli aləmində söz (şer) və səs (musiqi) insanın öz surəti səviyyəsində mühüm rol oynayıb. “Rast”, “Segah”, “Çahargah”, “Zabul”, “Humayun” və başqa muğamlar Füzuli qəzəllərinin daha çox oxunduğu muğamlardır. “Humayun”a Rübabə Muradovanın, “Zabul-Segah”a Yaqub Məmmədovun, “Rast”a ustad Xan Şuşinskinin, “Bayatı-Şiraz”a Alim Qasımovun seçdiyi qəzəllər necə də yerindədir.
Füzulişünas alim Sabir Əliyev yazır: “Onun misilsiz bədii icadlarında, xüsusilə, musiqiyə hüdudsuz bir rəğbət və aşnalıq görürük. Şair ideal insan tipi yaratdığı Məcnunun ümdə müəyyənedici sifətindən birini də onun musiqiyə təşnə münasibətində – qeyri-adi səsində və avazında görürdü. tanıdığı sifət, nişanverici əlamətdir: Nofəl Məcnundan necə xəbər tutur? Məclisində Məcnunun “ürəkdağlayan” şeri oxunanda Leyli səhrada bütünlüklə üzülüb tanınmız olmuş Məcnunu necə tanıyır? Məcnunun sözünü və səsini eşidəndə. Füzulinin nəzərində musiqi, mahnı, melodiya söz səviyyəsinə bəyan vasitəsi, sözdən daha təsirli təlğin sənətidir. Füzulidə musiqi elə diffuziya vasitəsidir ki, dünyanı idarə eləyənlərin özlərini musiqi idarə eləyir, musiqi özü müxtəlif əhvalların əks-sədasıdırsa, müxtəlif əhvallar da çox zaman musiqinin törəmələridir. Musiqi bizim əhvalımızı təkcə qıcıqlandırmır, həm də idarə edir: ağladır, sevindirir, düşündürür, bizi ruhlandırır, öləzidir, soyudur, qızdırır:

Mütrib, ağlatma şürudinlə Füzuli xəstəyi,
Səyl-əşkindən saqın, qopmaya bünyadi-tərəb”.

(S.Əliyev. “Füzuli”. Azərnəşr, 1996, səh.60-61)
Ümumiyyətlə, bütün klassik şairlərimiz musiqini, muğamı yüksək qiymətləndirmişlər. Füzulidən sonra xanəndələrin ən çox müraciət etdiyi şair Seyid Əzim Şirvani olmuşdur. O da çox əsərlərində həyat nəşəsini, insan sevgisini zahidlərin tərkidünyalığına qarşı qoymuş, musiqinin, xüsusilə muğamın insan həyatına bəxş etdiyi sevinc hissini, estetik həzzi tərənnüm etmişdir. Seyid Əzimin dillər əzbəri olan məşhur müxəmməsinə nəzər yetirək:

Guş qıl ey ki, bilirsən özüvi vaqifi-kar,
Agah ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,
Nədir ol xüşk olan cibdə bu naleyi-zar-
Ki, sədasındən onun qarət olur səbri qərar,
Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.

…Ey könül, məhrəmi-raz eyləmə biganələri,
Vermə naəhl əlinə bu dolu peymanələri,
Çək rümuzat ilə zülfi-süxanə şanələri,
Seyyida, Mehdiyə yalvar ki, bu dürdanələri
Eyləsin məclisi-şəhvari-Kərim bəğdə nisar.

Seyid Əzimin öz dövrünün məşhur musiqiçiləri ilə dostluğu, ünsiyyəti, Şamaxıda təşkil olunan Mahmud ağanın musiqi məclislərində fəal iştirakı, öz qəzəllərində ayrı-ayrı görkəmli musiqi ifaçılarının adlarını çəkməsi bir daha sübut edir ki, o, hal əhli olmuşdur. Şərqin bir çox şəhərlərində ruhani təhsili alsa da, əksər din xadimlərinin əksinə olaraq musiqini, muğamatı haram saymamışdır”. (Vaqif Yusifli “Bir muğamın Məcnunu”. “Atilla” nəşriyyatı, Bakı 2003, səh. 7-10).
Sonra Vaqif Yusifli Ə.Vahidi yada salır və daha sonra yenidən tarixə qayıdaraq görkəmli muğam ifaçıları haqqında məhəbbətlə söz açır. Bir növ oxucunu hazırlayır…
Və hazırlıq başa çatan kimi pərdəni götürür, sanki oxucu ilə ədəbi qəhrəmanı Həyat adlı səhnədə tək buraxır. Buradaca bir qənaətimi demək istərdim. Məqamı çatmasa da… Hər kəs öz ömür yolunu, xüsusilə Zahid Quliyev kimi muğamın fəlsəfi mahiyyətini, müdrikliyini öz nəfəsi ilə canlandıra bilən bir xanəndə danışa bilər. Fəqət danışa bilər… Bunu yazıya gətirmək onun danışanın əhvalı ilə yoğuraraq oxucuya çatdırmaq necə də çətindir.
Mən müğənninin söhbətləri kimi verilmiş parçaları da xüsusi bir istəklə, ağrıdıcı, qəlb göynədən bir duyğu ilə oxudum. Doğrusunu deyim, həmin sətirlərin arasından anam yurdun, atam torpağın tanış nəfəsini duyurdum. Oxuduqca gözlərim önündə canlanırdı o mənzərələr. Cəbrayıldan Xələfliyə qalxıram, ordan Nüsüsə – Çaxmaq çayını düşürəm. İncə kəhrizini keçirəm. Hacı Qaramanı, Çələbilərin müqəddəs məzarlarını ziyarət edirəm, Sofulunu, Ənsari, Pirəsədi adlayıram.
Dağ Tuması, Başı kəsik Günbəzə çatıram, ot basmış, izi itmiş dağ yolları ilə Söyüdlüyə, Qazanzəmiyə, Xanağa bulağınacan getməliyəm…
Yox vallah, yollar burda qurtarmır. Bu yolların yiyəsi var. Bir gün baş qaldırar, yapışar mənim yaxamdan və deyər ki, axıracan gedə bilməyəcəyin yola çıxmayaydın.
Zahid Quliyev hansı mühitdə yetişə bilərdi. Onu muğamın çətin yollarında azmağa qoymayan hansı fəhmdir. Onun içindəki bələdçi kimdir?
Vaqif Yusifli problemi aydın qavradığı üçün sonralar belə sualların ortaya çıxdığını yaxşı bilirdi. Ona görə də qələminin istiqamətini, zəkasının işığını Zahidi ərsəyə gətirən mühitin üstünə yönəldir: “Atalı dünyam”- ikinci söhbət belə adlanır. Və Zahid Quliyevin dinləyiciləri, onun ecazkar səsinin pərəstişkarları Qarabağın – Cəbrayılın daha bir el sənətkarı Aşıq Abdulla ilə tanış olurlar: “Atam 1917-ci ildə anadan olub, 1982-ci ildə rəhmətə gedib. Qarabağda onu tanımayan yoxdu – Aşıq Abdulla deyəndə hamı minnətdarlıqla onu xatırlardı, elə indi də. Atamı bir aşıq kimi nəinki Qarabağda, ətraf bölgələrdə də sevirdilər. Atam aşıq havalarını çox gözəl bilirdi, tarda da çalırdı, balabançı da onu müşayiət edərdi”. (Vaqif Yusifli, “Bir muğam Məcnunu”. “Atilla” nəşriyyatı, Bakı 2003, səh.16).
Bir haşiyə: Aşıq Abdullanı mən də yaxşı tanıyırdım. İlk dəfə Hüseyn əmioğlunun toyunda görmüşdüm. 60-cı illərin axırları olardı (65-67-ci illər).
Həyətdə çox da böyük olmayan mağar qurdular. Dedilər Aşıq Abdulla gələcək, məcbur olub mağarı söküb imkan qədər böyütdülər. Həmin gecə Aşıq Abdulla həmin mağarda dövran sürdü. Tarda saz havalarını gözəl çalırdı. Balabançısı da vardı. Məclisdə ağırlıq yarananda adamlar Qurbaninin əhvalına uyğun kədərə bələnəndə dastanı saxlar, qəribə bir əhvalat danışar, balabançısına sataşardı. Gecə keçmiş dastan yarımçıq qalardı. Göz yaşımdan islanmış köynəyimi nənəm iki dəfə düyməsini bağlayıb açdı… Mən heç indi də dərk etmirəm ki, niyə ağlayırdım…
Yox, indi daha aydın olar mənim üçün, o dastandakı kədər, aşığın səsindəki qəm zəbanəsi və alov, od simlərdəki…
İndi bunların hamısının cavabı var. Qarabağ yoxdur, həmin ağrı, həmin kədər keçmiş yaraların göynərtisi imiş. Mənsə o vaxt ağlamağımın səbəbini indiki göynərtidən sonra dərk edirəm.
Müəllif ədəbi qəhrəmanını əzab yollarından keçirir, onun öz dili ilə onu danışdıra-danışdıra. Sevinirəm ki, Zahid Quliyevi yaşadığı iztirablar əzməyib, əzə bilməyib. Onun körpə cismi, kövrək qəlbi nə qədər ağır olsa da dözə bilib. Bu, onsuz, elə indinin özündə də bitib-tükənməyən ağrılar nəhayət, onu əhli-ka- mal eyləyib. Onun bir sənətkar kimi, bir muğam aşiqi – Məcnunu kimi formalaşmasında əvəzsiz rol oynayıb.
Aşıq Abdulla təkcə Zahid Quliyevin mənəvi aləminə təsir göstərməyib, eləcə də onun sənəti Cəbrayılda ərsəyə gələn çoxlu istedadlı gənclərin formalaşmasında, sənətdə dayanaqlı olmasında ciddi amil olub. İlk dəfə Aşıq Abdullanı gördüyüm toyda onun dəstəsində bir gənc qız da vardı. Həmin qız elə o vaxtdan hamının sevdiyi, əzizlədiyi, sonralar gözəl xalq mahnıları və muğam ifaçısı olan, musiqi sahəsində fədakar pedaqoq kimi tanın- mış Yaqut xanım Abdullayeva idi.
Həyatdan vaxtsız getmiş Hüseyn Əhmədoğlunun, Şamil Əhmədovun və başqalarının musiqi aləminə gəlməsində onun səsinin, onun sənətinin rolu danılmazdır.
Yeri gəlmişkən, əsərdə Yaqut xanımın söhbəti də verilib. “Xatırlayıram, Zahid Quliyevin M.Axundov adına Opera va Balet Teatrına gəlişi opera səhnəsində baş rolların ifaçısı sarıdan bir əminlik vəd edirdi. Hər halda, sınaq müddəti olmadan baş rollar üçün təsdiqlənməsi bunu deyirdi. Amma Zahid Quliyev bu səhnədə “məcnun”luqdan savayı bir nümunə göstərmədi – az sonra ərizə yazıb teatrdan getməsi ilə nə Zahid qazandı, nə teatr. Əslində bu müəmmalı gedişin aydın izahı mümkündür – Zahidin xarakterindən gələn həssaslıq. Amma Zahidlərin belə həssaslığı sənətə, onun inkişafına xidmət üçün vəzifə tutanların etinasızlığı ilə üzləşəndə sənət itirdi. Yeri gəlmişkən, burada Zahid Quliyevin “günahı” daha böyükdür. Zahidin ən böyük günahı özünə qarşı laqeydliyidir, belə demək mümkünsə, öz qədrini bilməməsidir. Zahid, bir çox insanlar kimi: sadəlövhdür, nədənsə bu gün də elə fikirləşir ki, kimsə onun əvəzinə o səsi, o ifanı təbliğ edəcək, qoruyacaq, efir və səhnə qapılarını səxavətlə bu səsin üzünə açacaq. Əslində, haqq qazandıra biləcək bu sadəlövhlüyün bir səbəbi də onunla izah oluna bilər ki, Zahid Quliyevi xarici ölkələrdə daha çox qiymətləndirirlər, bu səsin adi səs olmadığı qənaətinə bizdən əvvəl kənarda gəliblər. İkicə misal bu qənaətə haqq qazandırar, zənnimizcə: Mərakeşdə XIV əsr səyyahı İbn Batutaya həsr olunmuş tamaşada, onun Azərbaycanda olduğu dövrü əks edən musiqi parçalarını Zahid Quliyevin səsi müşayiət edir- di. Bu oxumanı dinləyən Şərif Xəzinədar (Fransa) onu “Dünyanın səsi” filminə salır. Nədənsə bu film Azərbaycan efirində bircə dəfə də nümayiş olunmadı.
Zahid Quliyevin qastrolda olduğu ölkələrin sayı uzun siyahı olardı, amma son illərin “unudulmaq” ağrısını qeyd etməmək olmur. Amma xanəndə Zahid Quliyevin ifasında diskin yaddaşına köçürülmüş “Bayatı-Şiraz”, “Bayatı-Kürd”, “Mirzə Hüseyn” segahı, “Mahur Hindi”, “Şur”, “Rast” dəstgahları deyir ki, unudulmaq, daha doğrusu, göz-görəsi unutmaq cəhdləri Zahid Quliyevə qarşı ədalətsizlikdir. Bu, xalqın sərvəti olan muğa- ma, musiqi mədəniyyətinə etinasızlıqdır. Və bu ittihamları sənətdən başqa maraqlara yönəltmək cəhdində bulunan xanəndənin özünə də aid etmək olar. Hər cür cəhdin arxasında vətəndaş hisslərinin durduğunu anlamaq mümkündür, amma başa düşmək haqq qazandırmaq demək deyildir. Çünki Zahid Quliyevə verilən səslə birgə bir məsuliyyət də var. Xalqa, Muğama xidmət etmək. Və bu səsin sahibinin bu missiyadan çox-çox aşağıda duran maraqlara, məşğuliyyətlərə yönəlməyə sadəcə, haqqı yox-
dur”. (Vaqif Yusifli, “Bir muğam Məcnunu”. “Atilla” nəşriyya tı, Bakı 2003, səh. 85-86).
Vaqif Yusiflinin bu əsəri məni düşündürür… Ədəbi qəhrəma nın öz şahidliyi ilə qələmə alınmış “Analı dünyam”, kəndim mənim – dünyam mənim sənət yolu, sənət uğurları müsahibə-söhbətlər çox maraqlı povestin fəsilləri kimi oxunur. Xüsusilə itirilmiş dünya – Analı dünyam, Analı dünyam kəndim mənim – dünyam mənim” fəsillərini ürək ağrısız oxumaq çətindir. Bilmirəm bu, bəlkə mənə belə gəldi…
Hər halda mən həmin hissələri ağrı ilə oxudum.
Muğam Məcnunu haqqında çoxları danışır. Azərbaycanın görkəmli incəsənət xadimləri, böyük mənəvi simalar Zahid Quliyev haqqında ürəklə, səmimiyyətlə danışırlar.
Dedim axı bu əsər məni düşündürür. Nə üçün? sualının isə üstündən keçdim. Azərbaycan ədəbiyyatının tarixini öyrənərkən qədim təzkirələr köməyimizə çatır. Kaş gözəl xanəndələrimiz haqqında öz zamanlarında yazılmış salnamələr də çox olaydı. Bu mənada, Vaqif Yusiflinin xidməti danılmazdır.
“Bir muğam Məcnunu” kitabı sənətə məhəbbətlə yazılıb. Sənəti, İlahinin bəxş etdiyi səsi qorumaq ciddi-cəhdlə qələmə alınıb – “Bir muğam Məcnunu”…
Ancaq çox arzu edərdim ki, Vaqif Yusifli oxucusunu əsərin əvvəlindəki zirvəyə sonluqda bir də qaytaraydı.
Məcnunluq məhəbbətdən keçə bilməməyin bəlasıdır. Bu bəlanın şahlıq quşu ancaq Məcnunların başında yuva qurar. Qayıdıram Qurbani yurduna – Diriyə, doğma kəndimizə. Qurbani məzarlığında uyuyan Dədə Qurbaninin ziyarətinə və eşidirəm Qurbani sədasını:
“Nə ola bir şadlıq xəbəri gələ,
Yüklənə barxanam ellərə doğru!
Naşı ovçu bərə bəklər, əylənər,
Marallar sayrışar yollara doğru.
…Qurbani der: “Naləm yandırar daşı,
Üstümə gəlməsin təbibi-naşı,
Ümmana dönəndə gözümün yaşı,
Axanda tökülər sellərə doğru”.
(Qurbani, Əsərləri, Bakı Universiteti nəşriyyatı, 1990, səh.117).
Son söz yerinə: Vaqif Yusiflinin “Yolun düşsə Şirvana” adlı bir kitabı da var. Muğam sərhəd tanımadığı kimi, Məcnun da sərhəd tanımır. Bir gün onun yolu düşsə Diriyə, Qurbani ruhunun səsini aydın eşidər. “Bir muğam Məcnunu’na pərəstar olduğuna görə…
Haqq aşiqlərinin səsini eşitmək hər kəsə nəsib olmaz…
12.12.2003.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


GÜNNUR AĞAYEVANIN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azërbaycan mədəniyyətinə ağır itki üz verib

Yazarlar Jurnalının baş redaktoru Zaur Ustac reaksiya heyəti, üzvləri və ümumilikdə yazarlar cameəsi adından Gulhuseyn Kazımovun ailəsinə, doğmalarına, yaxınlarına, onu sevənlərə, bu üzücü xəbərdən sarsılmış hər kəsə

Gülhüseyn Kazımovun

vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ondan bir də olmayacaq…

Ondan bir də olmayacaq…

Şair yaxşı söyləyib: “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Bu gün əbədiyyətə qovuşan Gülhüseyn Kazımovu yaxşı tanıyırdım. İçi dolu, məzmunlu və dəyərli dostlarımdan biri idi. Kim deyibsə düz deyib, həqiqətən də insanlar işdə, vəzifədə, fəaliyyətdə bir-birini əvəz edə bilsələr də, amma həyatda heç kim əvəz olunmur. Barmaq izləri bir-birini təkrarlamadığı kimi, insanlar da bir-birini təkirarlamırlar, fərqli-fərqli təyinatları icra edirlər. Onun da öz təyinatı vardı, varlığına biçilən, taleyinə yazılan İlahi təyinat…

1950-ci il fevralın 4-də Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya gəlmişdi. Dörd ali təhsili vardı. Muzey işçisi də olmuşdu, redaktor da işləmişdi, dövlət qulluğunda da çalışmışdı. Üstəlik dövri mətbuatda xeyli elmi-publisistik yazıları da çap olunmuşdu. Filologiya elmləri namizədi idi…

Deyirdi ki,- “Hara getsəm də filologiya, jurnalistika sahəsində qazandığım təcrübə həmişə əlimdən tutub. 10 il Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri işlədim, hökumət sənədlərinin dil-üslubuna, orfoqrafiyasına baxırdıq. Bir neçə il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri işlədim, orada da təxminən bu işlərlə məşğul idim, sənədlərin tərtibatı, sənəd dövriyyəsi, ərizə və şikayətlərə baxılması, kollegiyaların keçirilməsi və s.. Reyestr Xidmətində işlədiyim müddətdə mülkiyyət hüquqlarının qediyyatı haqqında qanunvericiliyi, torpaq qanunvericiliyini mənimsədim, bizim qanunvericiliyə görə əmlak üzərində olduğu torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qediyyata alınır, bunları öyrənməsəydim, nə işçilərlə, nə də müraciət edən şəxslərlə işləyə bilərdim. Xidmətdə çalışdığım müddətdə Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi ilə bağlı da müəyyən araşdırmalar aparmışam. Milli arxivimizdə bu sahədə xeyli bəlgələr var. Gözəl bir doktorluq işinin mövzusudur, həvəs göstərib yazan olsa, kömək etməyə hazıram. Mülkiyyət hüquqlarının tarixi xalqımızın ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Bu sahənin tədqiqinə çox ciddi ehtiyac var.
Ümumiyyətlə, mən təbliğatçı olmuşam, təbliğatçı qulluq etdiyi dövrün, zamanın ideologiyasını təbliğ etməlidir. Təbliğatçı bir günə yetişmir, nəyisə təbliğ etməyin özü də böyük bir istedaddır. Təbliğ edən təbliğ olunanı inandıra bilmirsə demək təbliğatçı deyil. Ona görə işlədiyim illərdə çalışmışam ki, təbliğatı elə aparım ki, insanlığa yönəlmiş təbliğat olsun”…

Şair, yazıçı, ictimai xadim Gülhüseyn Kazımov çox işgüzar adam idi. Yaşı yetmiş dördü keçsə də bir yerdə dayanmağı xoşlamırdı, necə deyərlər, civə kimi qaynayırdı.
Son illər özünü Azərbaycan musiqisinin şahı- muğama həsr etmişdi. Tez-tez korifey muğam ustalarının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edirdi. Doğrudur, bu tədbirləri Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində icra edirdi, amma böyük ürəklə, xüsusi həvəslə həyata keçirirdi. İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və s. sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil etmişdi. Onların arasından Kor Əhəd və Bülbülcan haqqında iki kitab da ərsəyə gətirmişdi…

1978-ci ildən üzü bəri ona yaxın həm nəsr və həm də nəzm kitabı işıq üzü görmüşdü. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnılar da bəstələmişdi. Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər ifa etmişdilər…

Marqlı insan idi. Səyahət etməyi xoşlayırdı. Ömrü boyu otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olmuşdu. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alırdı. Muğamın vurğunu idi. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarırdı. “Muğam mənim yaralı yerimdir”- söyləyirdi.

Arzuları çox idi. İstəyirdi ki, ata-baba yurdu Cəbrayıla rahat gedib gələ bilsin…

Deyirdi;- “Mən qarabağlıyam. O torpaqlar mənə çox əzizdir. Babalarımın ruhları orada toxtaqlıq tapıb. Kaş biləydiniz, dogma Cəbrayılım üçün nə qədər darıxıram. Ömrümün bir hissəsi orada qalıb. İnanın ki, Cəbrayıl, eləcə də doğma kəndim Kavdar məndən ötrü Məkkə-Mədinə qədər müqəddəsdir…”

Bəli, hər kəs varlığına biçilən taleyi yaşayır. Gülhüseyn Kazımov da öz taleyini yaşayıb, sonda əbədiyyətə qovuşdu. Ondan bir də olmayacaq. Yeri behişt olsun! Allah rəhmət eləsin!

Dərin hüznlə, ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoglu haqqında “Elmin, sənətin ucalığında” (2020) kitabından


Şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq YUSİFOĞLU, haqqında “Elmin, sənətin ucalığında” (2020) kitabından:

SÖZ SƏRRAFI

“O şəxs ki, sənətə tələbkar deyil, o, hünər göstərə bilməz.
Canını zəhmətə sal, hünər göstər, arzuna çat”!
(Ə.X.Dəhləvi)
Ömrünün 40 ildən artıq dövrünü ədəbi-bədii, elmi fəaliy-yətə həsr edən Rafiq Yusifoğlunun 65 yaşı tamam olur. Bu illər ərzində o, məhsuldar yaradıcılıq yolu keçərək onlarla kitab, yüzlərlə məqalə çap etdirmiş, filologiya üzrə elmlər doktoru, professor elmi dərəcə və elmi adını almış, fəxri və ədəbi mükafatlara layiq görülmüş, bir sıra yaradıcılıq birliyi və elmi şuralara üzv seçilmişdir. Lakin mən bu yazıda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, görkəmli ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, professor, “Qızıl qələm”, “Vətən”, “Araz”, “İlin ən yaxşı kitabı” və s. ədəbi mükafatlarının laureatı, gözəl tərcüməçi və gözəl pedaqoq, tanınmış publisist Rafiq Yusifoğlundan yox, şair Rafiq Yusifoğ-lundan bəhs açmaq istəyirəm. Çünki mənim aləmimdə şair Rafiq Yusifoğlu alim, publisist, pedaqoq, tərcüməçi Rafiq Yusifoğ-lundan öndə dayanır. Başqa bir formada ifadə etsək, onun “ömür kitabı”ndakı şairlik səhifələri, digər fəaliyyətini əks etdirən səhifələrdən daha qalın, daha cəlbedicidir. Bu qalınlıq (söhbət kəmiyyətdən gedir) bir daha onu təsdiqləyir ki, Rafiq Yusifoğlu başqa sahələrə nisbətən poeziyaya çox vaxt ayırmış, qalın-qalın şeir kitabları çap etdirmişdir. Ancaq Rafiq Yusifoğlu poeziyası ilə tanış olduqda oxucu onun zəngin poetik irsinin həm kəmiyyət, həm də keyfiyyət göstəricisi qarşısında heyrətini gizlədə bilmir. Təbii olaraq burada bir sıra vacib məqamların təsirini danmaq mümkün deyil. Böyük Şəhriyar “şair ola bilməzsən, anan doğmasa şair” deyərkən ruhun, fitrətin, ilkinliyin, istedadın və s. sənətdə oynadığı rola diqqət çəkirdi. 16 yaşdan başlayaraq şeirləri çap olunmağa başlayan Rafiq Yusifoğlunun ilk qələm nümunələrində belə şairlik ruhunun, şairlik vergisinin əlamətləri, o cümlədən istedad işartıları aydın şəkildə müşahidə olunur. Dağ çayları ümmana qovuşduğu kimi, zaman keçdikcə onun da özü ilə bərabər doğulan şairlik ruhu və istedadı poetik ucalıqda birləşə bildi.
Mən Rafiq Yusifoğlu şeirlərini təhlil edərkən bu şeirlərdə sözün və sənətin məsuliyyətini dərk edən bir şair obrazı ilə üz-üzə dayandım. Maraqlıdır ki, sənətdə məsuliyyəti ilə seçilən həmin şair çox yerdə əsərlərinin baş qəhrəmanı rolunda çıxış edir. Oxucunun nəzərində şairin bu məqamı Vətənə söykənib onun dünəni, bu günü və gələcəyi barədə düşüncələrini izhar edən qəhrəmanı xatırladır. Həmin qəhrəmanın (yəni şairin) həyata baxışı, görmək istədikləri, münasibət tərzi çoxlarından fərqlənsə də, bəzi dahilərin baxışları ilə üst-üstə düşür. Vətən timsalında Qubadlı dağlarının qaya-süxur möhkəmliyini, bu torpağın su-hava saflığını, insanlarının əqidə bütövlüyünü şeirlərinə hopduran Rafiq Yusifoğlunun poetik məni Gülhanə parkında ceviz ağacına çevrilən böyük Nazim Hikmətin və Heydərbaba dağı timsalında Azərbaycan ruhunu ifadə edən dahi Şəhriyarın poetik mənləri ilə paralelləşə bilir. Qeyd edək ki, Rafiq Yusifoğlunun şeirlərində həqiqi bir şair ömrünün səhifələrini vərəqləmək mümkündür. Onun tərcümeyi-hal xarakterli şeirlə¬rində haqqında bəhs açdığımız şair-qəhrəman obrazının taleyi nədənsə oxucu diqqətini daha çox özünə cəlb edir. Burada biz sevgi və Tanrı ilə üz-üzə dayanan müxtəlif taleli iki şairə rast gəlirik. Sevgi ilə üz-üzə qalan “mən öz taleyimdən razıyam, gülüm, yolumun üstündə bitirib səni” – deyib taleyindən razı olan şairlə, Tanrı ilə üz-üzə qalan şair arasında fərq böyükdür. Çünki Tanrı ilə üz-üzə qalan şairin yurd həsrəti (“Qərib diyar”, “Ay Allah”, “Tərəzinmi xarab olub, Pərvərdigar”, “Boz dünya” və s.), ata-ana, qohum qardaş nisgili (“Atamın mindiyi atlar”, “Ata qəbri”, “Ana qəbrindən qopan ah”), taledən şikayəti (“Dərd qəlbimin sakinidi”, “Həsrətimdən solan çiçək”, “Diktafona deyilən şeir” və s.), dünya nizamının pozulması ilə əlaqədar Allaha ünvanlanan sualları acı taleyin poetik ifadəsinə çevrilir:
Mənim həyatım
Qışdan başlayır.
Bəmbəyaz, sopsoyuq qar
Ömrümün ilk təməl daşına
Çevrilib.
Sonra o qar əriyib, əriyib,
gözlərimin yaşına çevrilib…
Elə ona görə də için-için ağlasam da,
dəli bəbəklərimin yaşı
tükənmir ki, tükənmir…
Bu parçada şair hisslərinin özünəməxsus təqdimi insan təsəvvüründə acı taleyin ümumi bir mənzərəsini yaradır. Bir anlıq oxucuda belə bir fikir formalaşır ki, sanki bu parçaların müəllifi “Gözlərim nur aşiqidi” şeir parçasında özünü “Allahın əsəri” hesab edən, eyni zamanda sevgi dənizinə baş vurub məhəbbətini qucan (“Sevgi dənizi”), “sevdalı sabahlar gözləyir bizi” deyən həmin şair deyil. Ancaq bu vəziyyətdə də Rafiq Yusifoğlu səmimi təsir bağışlayır. Çünki burada bir fərd olaraq konkret bir şəxsin – şairin ümumi talelərdən fərqli yaşantıları və tərcümeyi-halı ilə üz-üzə dayanırıq. Bu deyim həyatında sevgi ilə yanaşı, məhəbbət əzablarını da yaşayan, taleyin ona bəxş etdiyi əzabları yaradıcı-lığında (konkret olaraq “Necə keçdi ömrün?” şeirində) daha kəskinliyi ilə deməyi bacaran M.Şəhriyarla Rafiq Yusifoğlu arasındakı mənəvi-poetik rabitəni üzə çıxarır. M.Şəhriyarın acı taleyinə axıtdığı göz yaşları necə görünürsə, sanki Rafiq Yusifoğlunun da “için-için ağlayan gözlərinin tükənməyən yaşları” elə görünür. Bundan başqa hər iki şairin müqəddəs sandığı, sonsuz məhəbbət bəslədiyi ata itkisi ilə bağlı şeirlərində də deyim, ifadə və yanaşma müəyyən özünəməxsusluq daxilində verilsə də, buradakı oxşar ruhi-mənəvi üzüntünü duymaq çətin deyil:
…O öləndə gözlərdən nə qədər yaş süzüldü.
Onun varı, dövləti,
Məhəbbəti, hörməti
Sonsuz mirvarilər tək kipriklərə düzüldü.
Arxasınca hələ də ah çəkir el sinəsi,
Bir rəhmət qafiləsi, məhəbbət qafiləsi.
(M.Şəhriyar)
Hönkür-hönkür ağlayardıq, unutmaram o günü,
Üç ildir ki, torpaq üstə qəbrin olub daş ada.
Göz yaşları quruyubdur, zaman verib hökmünü,
Sənin qəlbin torpaq olub, mənim qəlbim daş, ata.
(R.Yusifoğlu)
Rafiq Yusifoğlunun poetik uğurları çoxdur. Maraq doğuran odur ki, o, bir çox məqamlarda fikirlərini oxucu ilə özü arasında olan gözəgörünməz əlaqə tipində çatdırmağı bacarır. Yəni şairin demək istədiklərini oxucu ağlın dediklərindən çox ruhi-mənəvi anlamda dərk edir. Bu cür nümunələr çağdaş şeirimizin yadda¬qalan və təsirli nümunələri hesab edilə bilər:
Ömür bir göz qırpımı,
Ömür bir qısa andı.
Məhəbbət atəşində
Kərəm qovruldu, yandı.
Göydəki ulduz deyil,
Sevənlərin ahıdı.
Biri varıdı,
Biri yoxudu…
Rafiq Yusifoğlu hiss və duyğularını ürəyindən keçirib poetik mənalandırmada təqdim etməyi bacaran şairdir. Görünür, nəyi düşünüb yazmaq yox, necə düşünüb yazmaq fərqliliyi də bu nüansda özünü göstərir. Buna görə də Rafiq Yusifoğlunun yaradıcılığı üçün xarakterik olan Vətən, məhəbbət, gözəllik və s. tabloların poetik təqdimatı tam fərqlidir. Bu sırada şairin yurd həsrətli şeirləri onun milli duyğu və milli təəssübkeşliyinin təzahüründə əhəmiyyətli yerlərdən birini tutur. “Qalx ayağa”, “Hara gedir bu millət”, “Qəlbimə dammışdı ki…”, “Ay Bərgüşad, ay Həkəri”, “Qubadlım”, “Qaçqın rübailəri”, “Bu ilin baharı”, “Vətən dərdi”, “Həsrət qaldığım yerlər” və s. şeirlərində Rafiq Yusifoğlunun qeyrət silahı taxmış təəssübkeş obrazı diqqətdən yayınmır. Torpaq itkisi, yurd tapdantısı ilə barışmayan, sönmüş ocaqların həsrəti ilə yanan şairin təəssüf və ağrıları bu tip şeirlərdə insanların milli duyğularını artırmış olur:
Yadıma dağların, düzlərin düşür,
Kül altda uyuyan közlərin düşür,
Yoluma dikilən gözlərin düşür.
Qubadlım, biz sənsiz sönmüş ocağıq.
Nə üzlə qoynuna qayıdacağıq?!
Və ya:
Həsrətdən saralıb soluram, Allah,
Göylər tək boşalıb, doluram, Allah.
Hər gecə evimiz yuxuma girir,
Gecələr bəxtiyar oluram, Allah!
Başqa misal:
Həsrət qaldıq doğma yurda,
Ayrı düşdük köçümüzdən.
Dərd çevrilib bir ac qurda,
Yeyir bizi içimizdən…
Göründüyü kimi, ağrı, acı ifadə olunan bu şeirlərin daxili qatında narahat insan ruhlarını bir araya gətirmək, yurd itkisinin ağır dərdləri fonunda düşmənə nifrət hissi oyatmaq aparıcı yer tutur. Yurd dərdi, Vətən həsrəti ifadə olunan bir qrup başqa şeirlərində isə “düşmənin əlindən bayraq salan sözləri” (M.Şəhriyar) ilə Rafiq Yusifoğlu Azərbaycançılıq ideyalarını, milli duyğuların ifadəsini, həmvətənlərimizin qələbə əzmini nümayiş etdirir.
Rafiq Yusifoğlu yaradıcılıcının bir cəhəti də ondan ibarətdir ki, o, toxunduğu bütün mövzulara ciddi yanaşır. Şair nə qədər səmimi və təvazökar olsa da, məhəbbət, sevgi şeirlərində də, yurd həsrətli, Vətən tərənnümlü şeirlərində də, tərcümeyi-hal, qohum-qardaş ovqatlı və s. şeirlərində də ciddi təsir bağışlayır. Bir cəhəti də qeyd edək ki, o, əksər hallarda mövzulara fəlsəfi təfəkkürlə yanaşır, şair ürəyi ilə qələmə alır. Təbii olaraq bu özünəməxsusluq daxilində şairin poeziyası yeni keyfiyyət çalarları qazanır. Bu tərz həm də şair yaradıcılığının lirik-fəlsəfi, lirik-psixoloji istiqamətinin formalaşmasına da təsirsiz qalmır:
Arabir ürək düşür dirilmək həvəsinə,
Mərmər qapım döyülür, yəqin başlayır yağış.
Aldanmışam deyəsən damlaların səsinə.
Baş daşıma söykənib bir gözəl ağlayırmış.
Demək olar ki, mövzu məhdudiyyəti tanımayan, sözləri inci kimi sapa düzməklə yanaşı, həm də iynənin gözündən keçirməyi bacaran Rafiq Yusifoğlu sənətin uca məqamında qərar tutur. Yaradıcılığında təvazökar, səmimi olan gözəl şairimiz Rafiq Yusifoğluna daha böyük sənət uğurları arzulayırıq.
Elman Quliyev,
filologiya elmləri doktoru, professor
“Sözün sehri”, №12 (03 dekabr 2014-03 yanvar 2015);
“Ədalət” qəzeti, 28 yanvar 2015.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Azadlıq.

AZADLIQ

Metronun içində qələbəlik idi. Elə bil bütün şəhəri yığıb tökmüşdülər bura. Böyükdən kiçiyə burdaydı hamı. Boyalı, boyasız qadınlar, qalstuklu, qalstuksuz kişilər, tələbələr, qocalar, cavanlar, anasının qucağında uyuyan körpələr -hamı, hamı burdaydı… Qatarlar dolurdu, boşalmırdı amma elə bil. Hər halda adama elə gəlirdi. Qapı açılan kimi bir-birini itələyib içəri atan adamlar elə qatar dayanan kimi də eyni sürətlə bir-birini çölə tullayırdı. Elə bil hamı öyrəşmişdi metronun bu basabas halına. Ona görə də heç kim narahat deyildi. Sanki elə belə də olmalı imiş. Əynində xəz palto, qulaqları və barmaqları qızılla dolu bir qadın bayaqdan qıraqda dayanıb gözləyirdi. Qatarlar bir -bir gəlib keçirdi. Amma qadın birinin də qapısına yaxınlaşa bilmirdi. Elə uzaqdan baxa-baxa qalırdı. Özü də nigaran, təəccüblə, küskün. Görünür gücü çatmırdı ki, insan selini yarıb qatara minsin. Üz-gözündə bərk narahatlıq və narazılıq vardı. Tez-tez qolundakı saatına baxırdı. Yəqin ki, harasa gecikməkdən qorxurdu. Saat da qızıldan idi deyəsən. Uzaqdan bərq vururdu, göz qamaşdırırdı. Qatarlarsa bir -bir gəlib keçirdi. Düz bir saat idi ki, qadın gözləyirdi. Hərdən cəsarətlənib bir addım irəli atanda, iki addım geri gedirdi. Yanından keçənlər arada təəcüblə bu qadına baxırdılar. Yəqin üst-başından sərnişinə bənzətmirdilər. Yəni ki, “bu geyimlə sənin burda nə işin var ?”-demək istəyirdilər yəqin. Üzlərinin ifadəsindən bunu sezmək elə də çətin deyildi. Qadın ona zillənən baxışların altında əzilsə də inadkarcasına gözləyirdi amma. Mədəni qadına oxşayırdı duruşundan, baxışından. Həm də sakit. Görünür gözləyirdi ki, metroda bir az sakitlik yaransın . Bu basabasa girmək istəmirdi yəqin. Heç girə də bilməzdi . Öyrəncəli deyildi axı .İş vaxtının qurtarması ilə bağlı insanlar getdikcə çoxalırdı metroda. Sərnişinlərin ardı -arası kəsilmirdi . İnsanlar çoxaldıqca qadın əl çantasından möhkəm-möhkəm yapışırdı .Qorxurdu ki, bu tünlükdə çantasını kimsə əlindən alıb qaçar. Şəhərdə o qədər olurdu ki, belə hadisələr. Az eşitməmişdi ki. Qıraqdan baxana elə gəlirdi ki, qadın neçə ildi metroya girmir və ya ömründə metroda olmayıb. Təəccüblü baxışlarından hiss etmək olurdu bunu. Axı hər gün metrodan istifadə edən adam yaxşı bilir ki, ucuz olduğu üçün insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsi metrodu və buna görə də bura hər gün basabas olur. Qadınınsa üzündə təəcübqarışıq təlaş vardı və ətrafdakılar anlayırdılar ki, o burda yenidi.Bilirdilər ki, heç dünyadan xəbəri yoxdu bu qadının. Qadınınsa narahatlığı getdikcə bir az da artmağa başlayırdı. Artıq ümidi itmişdi. Amma inadından da vaz keçmirdi. Bu qədər zaman gözlədikdən sonra metrodan çıxıb taksi axtarmağa da ərinirdi sanki. Ya da özünə sığışdırmırdı. Özündən də narazı olduğu bilinirdi. Bura gəldiyi üçün əməllicə peşman da olmuşdu deyəsən. Amma hər kəsə acıq verirmiş kimi dayanıb gözləyirdi.. Birdən nə fikirləşdisə durduğu yerdən aralandı, addım-addım irəli yeriməyə başladı. Növbəni yara-yara özünə yer eləməyə çalışdı. Nə olur olsun o bu gün bu qatara minəcəkdi. Başqa cür ola da bilməzdi. Gedənlər ondan artıq deyildi ki. Kimdən acizdi? Onun bu hərəkətindən narazı qalanlar qıraqdan söz atırdılar, söyən, qarğış edən də vardı. İtələyənlər də olurdu. Hiss olunurdu ki, hamı əsəbidi bu qadına. Qadınsa özünü eşitməməzliyə vururdu. Artıq heç nə vecinə deyildi.Gözləməkdən yorulmuşdu .Ayaqları sözünə baxmırdı artıq. Sakitliyi, kübarlığı da unutmuşdu . Bu dəfə də qatar yaxınlaşan kimi adamlar adəti üzrə itələyib qadını içəri atdılar .Səndirlədi, yıxılmadı. Qatara minə bildiyi üçün sevindi də hətta. Ətrafa baxdı. İçəri adamla doluydu. Əl atıb nədənsə tutmaq istədi. Heçnə gözünə dəymədi. Tıncıxdı . Havasız idi bura. Tər qarışıq kəskin qoxu gəlirdi qatardan. Ürəyi bulandı. Nəfəsini içinə çəkdi. Özünə təsəlli verməyə çalışdı. Hər nə olur olsun sakitliyini qoruyacaqdı. “Az qalıb, az qalıb” .Ən az on dəfə təkrarladı bunu özünə .Səsdən-küydən qulaqları gurlayırdı. Qatarda adamlar getdikcə artırdı. Hər stansiyada yeni-yeni sərnişinlər dolurdu qatara. Bir -birini itələyə-itələyə, əzə -əzə həm də. Hər dəfə də qadını sıxışdırıb irəli atırdılar. Qatar dolduqca yer daralırdı. Yer daraldıqca qadın daha çox sıxılırdı, utanırdı. Əynindən , başından , qızıllarından utanırdı . “Gərək belə geyinib çıxmayaydım evdən. Nə vacib idi axı? Elə bil cin buyurdu mənə. Yox e. Mənə deyən gərək sənin burda nə işin var axı? .İndi hamı qıraqdan baxıb mənə gülür yəqin” .Sonra ətrafına nəzər saldı. Heç kimin ona baxmadığını görüb bir qədər sakitləşdi. Hamı öz dərdində idi. Kim idi onu düşünən? . . Stansiyaları keçdikcə ürəyi rahatlanırdı . Bilirdi ki, çətini qatardan düşənəcən və metrodan çıxanacandı. Sonra bir də nə metroya girəcəkdi , nə də bu adamların üzünü görəcəkdi. Buna yüz faiz əmin idi. Bu fikirlərlə bir də gözünü açıb yumdu ki,qatar artıq doğma stansiyadadı. Çətinliklə də olsa gəlib mənzil başına çatmışdı. “Çatdım. Şükür. İcazə verin. Burda düşməliyəm. Xaiş edirəm. Yol verin. Çəkilin yoldan. Qolumu buraxın” .Hiss etdi ki, sözünü özündən başqa kimsə eşitmir. Səsini bir az da qaldırdı. Heç kimin vecinə deyildi qadın sanki. Hamı bir -birini itələyə-itələyə qatardan düşürdü. Başa düşdü ki, ona heç kim yol verməyəcək. Qatara daxil olanlar düşənlərə heç macal vermirdilər. Qadın həyəcanla əl-qol atırdı. Adamlar onu itələyib pəncərə tərəfə sıxışdırmışdılar artıq. Qadın çırpınırdı adam selinin içində. Boğulurdu. Artıq anlayırdı ki, burdan çıxmaq mümkün deyil. Heç yalvarışları da işə yaramırdı. Yorulmuşdu tamam. Amma hardasa bir ümid də vardı ürəyində . “Yox , nə olur olsun, çıxmalıyam”. Var qüvvəsini toplayıb adamları kənara itələməyə başladı. Artıq heç kim və heç nə vecinə deyildi.” Kim nə deyir, desin. Burdan çıxmalıyam. Vəssalam”. Birdən qulağına gələn səsdən diksindi: “Qapılar bağlanır. Növbəti stansiya “AZADLIQ”.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"