PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ,  “BAŞQALARININ HALINA FAYDALI OLAN”  İNSAN

Natiq Lyutfik oğlu Axundov – 70

          PEDAQOJİ ELMİN LAYİQLİ NÜMAYƏNDƏSİ,  “BAŞQALARININ HALINA FAYDALI OLAN”  İNSAN

          “Başqalarının halına faydalı olan”. Həzrəti Məhəmməd peyğəmbərin belə bir kəlamı var: “Ən yaxşı insan” başqalarının halına daha faydalı olandır”. Həmin kəlam rastıma çıxanda bir anlıq Natiq yadıma düşür. Hansı Natiqi deyirəm? Axundov Natiqi. Bizim institutun baş mütəxəssisi Natiqi. Niyə Natiqi xatırlayıram? O, elmlə məşğul olmaqla, ümumtəhsil məktəbləri üçün dərsliklər yazmaqla yanaşı həm də institut həmkarlar təşkilatının sədridir.

           Həmkarlar təşkilatı işçilərin pənahıdır, dayağıdır, iş yerində onların əmək, sosial, iqtisadi hüquqlarının qoruyucusu, qanuni mənafeyinin müdafiəçisidir. El arasında belə söz var: “Mən gözümü açandan…” Mən də gözümü açandan Natiq aparıcı elmi işçi, şöbə müdiri, baş mütəxəssis işləyə-işləyə həmkarlar təşkilatına da sədrlik edib və indi də təşkilatın sədridir. İşləri avand olsun!  Onun həmkarlar təşkilatındakı fəaliyyəti barədə çox da geniş danışmıram. Əsas fəaliyyəti kölgədə qalmasın deyə. Elm öyrənmək və onu başqalarına öyrətmək Peyğəmbərimizin belə bir kəlamı da var: “Ən dəyərli sədəqə müsəlmanın elm öyrənməsi və onu başqalarına öyrətməsidir”.

           Natiq müəllim uzun illərlədir bu yolu tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirərək (1974) təyinat üzrə Bakı şəhəri 67 nömrəli orta texniki peşə məktəbində  müəllimi işləmiş, 1979-cı ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu, hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) kiçik elmi işçi, Əmək təlimi və peşəyönümü şöbəsinin müdiri, Əmək təlimi və texniki peşə təhsili şöbəsinin müdiri, Ali və orta ixtisas şöbəsinin aparıcı elmi işçisi, Kurikulum Mərkəzinin İncəsənət və texnologiya fənlərinin təlimi bölməsinin müdiri vəzifəsində çalışmışdır.

          O,  hazırda Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Bu instituta onu elmi işə maraq gətirib çıxarıb.   Çelyabinsk şəhərində T.T. Şevçenko adına Dövlət Pedaqoji Universitetində “Orta məktəbin fizika kursunda “Mexaniki rəqslər” və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununun və tədrisi metodikasının təkmilləşdirilməsi‖ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək (1989) pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Daha sonra dosent elmi adına layiq görülmüşdür.

           Dissertasiya işində orta məktəbin fizika kursunda “Mexaniki rəqslər‖ və “Elektromaqnit rəqsləri‖ bölmələrinin məzmununa və tədrisi metodikasına ənənəvi yanaşma tamamilə yenilənmiş, rəqsləri və rəqsi sistemləri səciyyələndirən kəmiyyətlər kinematik, xarakteristik və parametrik olaraq qruplaşdırılmışdır; N.L. Axundov tərəfindən sürtünmə, ətalət, elastiklik kimi parametrik anlayışlara uyğun olaraq ilk dəfə sürtünmə müqaviməti, ətalət müqaviməti, elastiklik müqaviməti kimi politexnik anlayışlar daxil edilərək uyğun mövzular və onların təqdimatının yeni məntiqi şərhi hazırlanmış və rəqsi sistemlərin tədrisində vahid kəmiyyət qiymətləndirməsi üsulu öz əksini tapmışdır; Yeni daxil edilmiş parametrlər üzrə rəqsi və qeyri-rəqsi sistemlərin fərqləndirilməsi ideyası irəli sürülmüş, bunun təzahürü masa üzərindəki kitabın, lövhə üzərində tabaşirin, silindrdəki porşenin məcburi rəqsi hərəkəti ilə aydınlaşdırılaraq təsdiqlənmiş və yaylı rəqqas, avtomobil amortizatoru nümunələri ilə ümumiləşdirilmişdir.

        Dissertasiyada rəqsi sistemlərin kəmiyyət təhlili üçün tam və ümumi müqavimət əvəzinə “Kompleks müqavimət” kimi elmi anlayışdan istifadə olunmuş, hər bir paraqraf üçün faktiki materialın sistemləşdirilməsini və möhkəmləndirilməsini təmin etmək məqsədilə suallar hazırlanmışdır.

          Tədqiqatın praktik əhəmiyyəti ondan ibarət idi ki, təklif olunan metodika şagirdlərin elmi dünyagörüşündə tamamilə yeni keyfiyyət yaradır, onların fiziki, riyazi və qrafik təfəkkürünü inkişaf etdirərək politexniki hazırlığın elementləri ilə zənginləşdirir. 

          Natiq respublika Prezidentinin yanında AAK-ın ADPU-nun nəzdində fəaliyyət göstərən FD 02.061; FD 2.15 və B/D 02.061 dissertasiya şuralarının üzvü olmuşdur.  Tədqiqatları tutduğu vəzifədən asılı olaraq elmi yaradıcılığını şagirdlərin politexnik təhsilinə sərf edən Natiq müəllimin “Texnologiya fənninin tədrisində formativ qiymətləndirmə mexanizminin hazırlanması” adlı elmi tədqiqat işində şagirdlərin şifahi cavablarının, praktik işlərinin, praktik işi icra etdikdə təhlükəsizlik texnikası və sanitar-gigiyena qaydalarına əməl edilməsi tələbləri və layihələrin təqdimatının qiymətləndirilməsi üzrə meyarlar işlənilmişdir. Bu tədqiqat işində şagirdlərin bilik və bacarıqlarının test üzrə qiymətləndirilməsi meyarlarının işlənilməsi texnologiya müəllimlərinə qiymətləndirmə sahəsindəki çətinlikləri aradan qaldırmağa imkan verir.

           “İbtidai siniflərdə texnologiya fənninin tədrisində şagirdlərin estetik tərbiyəsinin inkişaf etdirilməsi” adlı əsərində alim şəxsiyyətin hərtərəfli inkişafında estetik tərbiyənin rolundan bəhs edərək, texnologiya dərslərində estetik inkişaf, estetik zövq, estetik ideal, estetik hiss kimi anlayışların izahını vermişdir. O, bu elmi işində ibtidai siniflərin texnologiya dərslərində şagirdlərin estetik tərbiyəsinin əsas şərtlərinin əlverişli iş şəraitinin yaradılmasından, işin məqsədinin müəyyənləşdirilməsindən, əmək obyektinin seçilməsindən və hazırlanacaq məmulatların estetik təhlilindən ibarət olması nəticəsinə gəlmiş və bu şərtlərin mexanizmini müəllimlərə izah etmişdir.

          Pedaqoji fəaliyyəti elmi işlə yanaşı eyni zamanda ümumtəhsil və ali məktəblərdə, Qərb Universitetinin nəzdindəki orta ümumtəhsil məktəbində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutlarında müəllimlik etmişdir. 

          Təhsillə bağlı müxtəlif təşkilatların təşkil etdikləri kursların iştirakçısı olmuşdur. Çoxsaylı sertifikatları vardır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şəhər və rayon müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi‖ layihələri üzrə 10 günlük kurslarda 2009-cu ildən etibarən təlimçi kimi fəaliyyət göstərmişdir.

           I sinif müəllimləri üçün yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı Bərdə, Hacıqabul, Kürdəmir, Salyan, Ağdam, İmişli, Sabirabad, Ucar, Göyçay, Tərtər, Ağcabədi, Qusar, Yevlax rayonlarında təşkil edilmiş kurslarda, eyni zaman da UNİCEF-in Bakı Avropa Liseyində, V-VI sinif şagirdlərinə texnologiya fənni üzrə dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumları üzrə Samux, Qazax, Goranboy, Yardımlı, Biləsuvar, Neftçala, Beyləqan rayonlarındakı təhsil kurslarında təlimçi olmuşdur (2012-2014).

           Təltifləri. Azərbaycan təhsilinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Qabaqcıl maarif xadimi”, SSRİ maarif əlaçısı, “Qabaqcıl maarif əlaçısı” Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adları almışdır.

          Dərsliklər müəllifi kimi Natiq Axundov 2006-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin texnologiya fənn kurikulumu üzrə işçi qrupunun sədridir, 254 sayda məqalə, dərslik, dərs vəsaiti, metodik vəsait, şagird üçün iş dəftəri və proqramların müəllifidir. Ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün “Texnologiya” dərsliklərinin və Texnologiya fənni üzrə müəllim vəsaitlərinin müəllifi və həmmüəllifidir. Dərslikləri Azərbaycan, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur. “Texnologiya” dərslikləri həmmüəlliflərlə (H.H. Əhmədov və b. ilə)   yazılmışdır.

           İ-IX siniflərin dərsliklərində özünə yer almış bəzi bölmələri diqqət mərkəzinə gətirək: “Məişət mədəniyyəti”, “Plastilinlə yapma”, “Aplikasiya”, “Mozaika”, “Kağızla iş‖ və s. (I sinifdə); “Kağızqatlama, hörmə, tikmə və naxıştikmə”, “Modelləşdirmə” və s. (II s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Sadə təmir işləri”, “Elektrotexniki işlər”, “Qida məhsulların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası‖” və s. (III s.); “Texnologiyalar və texnoloji vasitələr”, “Kağız və karton emalı”, “Müxtəlif materiallardan quraşdırma‖ və s. (IV s.); “Qrafik savad elementləri”, “Ərzaq məhsullarının emalı texnologiyası” və s. (V s.); “Oduncağın emalı texnologiyası”, “Metalların emalı texnologiyası”, “Parçanın emalı texnologiyası və naxıştikmə” və s. (VI s.); “Elektrotexniki işlər”, “Parçanın emalı texnologiyası” və s. (VII s.); “Ağac və metalın bədii emalı texnologiyası”, “Qida məhsullarının emalı texnologiyası” və s. (VIII s.), “Konstruksiya materiallarından məmulatların hazırlanması texnologiyası”, “Sadə təmir işləri” və s. (IX s.)

         Respublika Elm və Təhsil Nazirliyinin tapşırığı ilə gördüyü işlər  respublika Təhsil nazirinin əmri ilə dəfələrlə bir çox ali və orta ixtisas məktəblərində Texnologiya fənni üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuş, respublikamızın bir sıra rayonlarında Təhsil işçilərinin sentyabr (əvvəllərdə avqust) konfranslarında Təhsil Nazirliyin nümayəndəsi kimi iştirak və çıxış etmişdir. ictimai İşləri Natiq müəllim Azərbaycan Respublikası Uşaq fondunun “Təhsil və səhiyyə” qrupunun üzvüdür.

         Əsas əsərləri 1. Azərbaycan Respublikasının məktəblərinin təhsil standartları. “Texnologiya” (həmmüəlliflərlə). 2.Əmək təlimi: 5-ci siniflər üçün dərslik (həmmüəlliflərlə). 3. Texnologiya: I-IX siniflər üçün dərsliklər (müxtəlif illərdə, Azərbaycan, rus, gürcü və ingilis dillərində, həmmüəlliflərlə). 4. Texnologiya dərsliklərinə metodik rəhbərliklər (müəllim üçün vəsaitlər) – müxtəlif illərdə, həmmüəlliflərlə və s. 

         Təbrikimiz. 1953-cü il avqustun 15-də Göyçayda qulluqçu ailəsində doğulan Natiq Axundov 1970-cı ildə Bakıdakı 176 №-li məktəbi bitirmişdir. 1974-75-ci illərdə SSRİ Ordusunun Almaniyadakı Hərbi Hava Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur.  Onun 70 yaşı tamam olur.

         Biz pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Natiq Lyutfiq oğlu Axundovu yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, cansağlığı, uzun ömür arzulayırıq. 

AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent – Ağlıyor muyum?

Ağlıyor muyum? Gözyaşlarıma kimin için izin verdim?

Neden ruhuma hüzünlü bir acı yerleşti?
Rüzgarlar neden yamaçlarımda fısıldıyor?

Neden her esintide yalnızlığın kokusu burnuma geliyor?

Sanki yüzyılların anılarını sırtıma yüklemişler.

Uzaklardaki yoğun sisin içindeyim
Beni bir ağaç gibi sarsan sonbaharı bekliyorum

Mücadele çağına veda etmek nasıl bir duygu?
Büküm, büküm – Neden sebepsiz yere acele etmek istediğimi hissediyorum?

Hayal gücümün ortasında
Tenimin her yeri senin dokunuşlarına hasretken bu telaş nedir?

Hala hayatımın ufkundayım
Bakire ruhum gül tomurcukları gibidir

Ey yatağın kuşu
Ey seni saran limon çiçeği kokusu
Ey hayatın güzellikleri ve şafağın gülümsemesi
Ey hayatta kalmanın sonsuz alevi
Tüm endişelerin göz kapaklarımda bağdaş kurmuş şekilde oturduğunu hissediyorum

Özlemini çektiğim her arzudan kemiklerim ince bir keten ipliği gibi oldu

Sensizliğin yoksulluğu tüm organlarıma yayılmış
Karlı yokluğum dilsiz palmiye bahçelerine düştü

Gün batımıyla birlikte fakirleştim
Ülke içinde ülkeden ülkeye taşınıyorum

Düşüncelerin özlemiyle
Aldatıcıların kahkahalarıyla
Olmayacak şeylere deli gibi bağırıyorum
Sesin sesi tarihi sessizliğin derinliklerine ulaşıyor

Geriye dönüp gururuma bakıyorum
Gözyaşları perişan
Ve kokularından bir ruh akıyor

Avucumun içinde boş bir ateşle yanarım

“Kaburgalarımı kollarıyla çekecek kimsem yok.”
Ve sıcaklığı dudaklarımdan geçecek
Ellerinde güneşle bana gelecek kimsem yok

Boşlukta parlayan yanlarım
Benden habersiz, inatçılığım
Bütün korkularımı topluyorum

Hissettiğim şeye gözlerimi kapatıyorum
Hayatın yaraları benim yaralarımdan daha derindi

Rüzgarın esmesinden güneşin batmasına kadar her şeyin olmasına izin verdim
Sensiz ne tatiller ne de güzel günler keyifli olurdu.

Dudaklarım yine susayacak
Bu ıslaklık gözlerimde kalacak
Gönül bu hasretten hiçbir zaman kurtulamayacak

( Dün tüm anlaşmaları bozdum, Arzularımın ve sadakatimin samimiyeti bilerek yaşadı ve öldü))

Güzelliklerden mahrum kaldığım ve etrafımda sığınacak gölgem olmadığı için ağaç dikmek istiyorum.

Ayın köklerinden, arıların kanındaki baldan, Ürdün nehrinin saf suyundan, yağmur tanrılarının eşliğinde gözyaşlarımın beni yavaşça vaftiz etmesine izin verdim.

01/03/2024-Paris

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünən körpə qızcığaz…

Dünən körpə qızcığaz,
Bu gün anayam özüm…
Qardaşıma bacıyam,
Atam da mənə baxıb
Mənə “ay anam”deyir….
Atamın da anası
Elə mənim özüməm….
Onun gözündə körpə,
Həm də ağbirçəyəm mən.
Mənlə bölüşür dərdin
Mənlə bölüşür sərin…
Allah dərd, sər verməsin.
Körpəlikdən buyana,
Elə böyümüşəm ki…
Vallah nə yalan deyim
Uşaqlıq görməmişəm.
Anam çəkib nazımı
Anam böyüdüb məni.
İndi mən də anamın
Yollarını gedirəm…
Onun saçında ağ dən
Saçına qurban olum…
Mənim saçım qaradır…
Mən bu yaşda yoruldum.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“KİTABİ – DƏDƏ QORQUD” DASTANINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ FƏALİYYƏT NÖVLƏRİNƏ BAXIŞ

“KİTABİ – DƏDƏ QORQUD” DASTANINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR VƏ FƏALİYYƏT NÖVLƏRİNƏ BAXIŞ

KAMAL CAMALOV

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Müəllimlər İnstitutu

kamal.camalov@gmail.com

“Kitabi – Dədə Qorqud” dastanı Şərq tərbiyə sistemində tərbiyəçiyə və ya hər bir oxucuya öz fəa­liyyətində istifadəsi üçün zəngin material verir. Bu da tərbiyə sistemində ən qiy­mətli, ən zəngin mənbədir desək yanılmarıq. “Dədə Qorqud” dastanları üzərində tədqiqat aparan alimlər Dədə-Qorqudun şəxsiyyəti, dastanların məzmunu, əhəmiyyəti, əsərin dili, üslubu və sairə haqqında mülahizələr irəli sürmüşlər. Qeyd etmək yerinə düşər ki, bu əvəzolunmaz sənət abidəsi bir xalqın malı, sərvəti olmaqla məhdudlaşmamış, daha çox bəşəri ma­hiyyət kəsb edərək dünya mədəniyyəti xəzinəsinə qovuşmuşdur. Keçmiş irs təlim, tərbiyə və təhsil işində daim bizi müşayiət edir və etməlidir. Professor Əliheydər Həşimov yazır: “Təkcə bu günü deyil, sabahı-gələ­cəyi dərindən dərk etmək və qiymətləndirmək nöqteyi-nəzərindən də keçmişi yaxşı bilmək lazımdır. Çünki keçmiş, bu gün də olduğu kimi, gələcəklə də sıx əlaqədardır. Bu gün dünənin, sabah isə bu günün izləri olur; bir çox məsələlərdə gələcək üçün zəmin təşkil edən bu günün ağıllı, qabaqcıl fikirləri keçmişin mütərəqqi irsi ilə sıx əlaqədardır. Həmin irs bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir, eyni zamanda gələ­cək üçün perspektivləri daha yaxşı aydınlaşdırmaqda, tərbi­yənin daha düzgün üsul və vasitələrini tapmaqda ona yardım göstərir” (Kursiv bizimdir – K.C.).

Biz müəllifin fikri ilə tam şərikik. Doğrudan da “bulaq damcılardan, çaylar bulaqlardan, dənizlər isə çaylardan” yarandığı kimi, gələcəyin dolğun məzmunlu etnopedaqogikası da tərbiyə sahəsində ayrı-ayrı xalqların irsindəki qabaqcıl ide­ya, fikir və təcrübələrdən yaranacaqdır.

Uşaq ailənin hər bir üzvünün vəzifələri barədə ilk təsəvvürü ailədə alır. Gələ­cək ailə sahibinin tərbiyəsi bir çox amillərlə şərtlənir. Onların arasında ata-anaların həyat tərzi və davranışı mühüm əhəmiyyət daşıyır. Övlad böyü­yüb boya-başa çatdığı evdə ata və anası arasındakı münasibətləri müşahidə edir. Qar­şılıqlı anlaş­maya, səmi­miyyətə, hörmətə, etibara, qayğıkeşliyə və s. əsaslanan həmin münasibət­lər, ixtilafa yol verməmək bacarığı öz təsirini uşağa göstərir. Ata və ana oğlanlarda cəsurluq, ailə və övlad borcu, kişi qeyrəti, qızlara və qa­dın­­lara hörmət; qızlarda məğrurluq, cid­dilik, şəxsi ləyaqət hissi tərbiyə etmək­də böyük imkanlara malikdir. Bu xüsusda “Kitabi – Dədə Qorqud” das­ta­nında deyilir: “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə çəkməz”.

Xalqımız içərisində valideynin “üzünə qayıtmaq”, “üzünə ağ olmaq”, onun “bir sözünü iki etmək” böyük qəbahət sayılır. “Kitabi – Dədə Qorqud” dastanında bu barədə belə deyilir: “Ol zamanda (oğullar ataya müxalifət etməzdilər), oğul ata sözünü iki eləməzdi, iki eləsə, ol oğlanı qəbul etməzdilər”.

Evdə zabitəsi ilə tanınan atalar övladları üçün yeri gəldikdə analar qədər yan­mışlar. Məsələn, “Kitabi – Dədə Qorqud” dastanına nəzər salaq. Qazan xan kafirlərin əlində olan oğlu Uruzla görüşərək deyir: 

                                  Oğul, oğul, ay oğul!

                                  Qarşı yatan qara dağım yüksəyi oğul!

                                  Güclü belim qüvvəti, canım oğul!

                                  Qaranqulu gözlərim aydını oğul!

                                  Mənim  başım qurban olsun

                                  Canım oğul sənin üçün!

                                  Sən gedəli,

                                  Ağlamağım göydə ikən yerə endi.

                                  Gumbur-gumbur davullar döyülmədi,

                                  Ağır ulu divanım sürülmədi.

                                   Səni bilən bəy oğulları

                                  Ağ çıxardı, qara geydi.

                                  Qara bənzər qızım, gəlinim

                                  Ağ çıxardı, qara geydi.

                                  Qarıcıq anam qan-yaş tökdü…

Göründüyü kimi, lazım gələndə ürəyindəki övlad acısını öz övladı   qarşısında göz yaşı tökərək dilə gətirən atanı aftoritarizm, despotizm nümunəsi kimi qələmə vermək olarmı?

Həyatda müəyyən problemləri, çətinlikləri həll etmək üçün fiziki hazırlıq iradə, güclü, dözümlü olmağa ehtiyac vardır. Ona görə də ta qədimdən fiziki tərbi­yəyə xüsusi diqqət yetirmişlər. Professor Akif Abbasov haqlı olaraq qeyd edir ki, “uşaqların ailə həyatına hazırlanması məsələsinin dastanda qoyuluşu da diqqətəlayiqdir”. Ata-analar oğlan və qızlarını ev-eşik sahibi edərkən qarşı tərəfin fiziki xüsusiyyətlərini daim nəzərə almışlar. Məsələn, “Dədə Qorqud” dastanında göstərilir ki, Beyrək atasına evlənmək istədiyini söyləyərək belə deyir: “Baba mənə bir qız al ki, mən yerimdən durmadan o dursun. Mən qara qoç atıma minmədən o minsin. Mən qızıma varmadan o varsın…”.

Azərbaycan xalqının qədimliyini göstərən “Kitabi – Dədə Qorqud”dan mə­lum­­dur ki, azərbaycanlılar oğlan uşağını ailə həyatının bəzəyi, nəslin davam­çısı, vali­deynin sevinci və ümidi hesab etmiş, həmçinin sonsuzluğu böyük dərd və faciə saymışlar. Övladı olmadığına görə “qaraqayğular” içində qəhərlənən və ağlayan Bayburadan bunun səbəbini sorduqda cavab verir: “Necə ağlamayayım, necə bozlamayayım? Oğulda ortacım yox, qardaşla qədərim yox. Allah taala məni qarğayıb­dır… Bəylər, tacım taxtım üçün ağlaram.

Bir gün ola düşəm öləm, yerimdə-yurdumda kimsənə qalmaya… Mənim dəxi oğlum olsa xan Bayandırın qarşısın alsa dursa, qulluq eləsə, mən dəxi bax­sam, se­vin­­səm, qıvansam, güvənsəm – dedi” deməsi buna canlı misaldır. Yaxud, “Dir­sə xan oğlu Buğac” boyunda da ailə həya­tında övladın, əsasən də oğlan uşağının böyük rol oynadığına dair xalq fik­rini sərrast şəkildə ifadə edir.

Türk dünyasının qəhrəmanlıq dastanı sayılan “Kitabi – Dədə Qorqud”dan maraq­lı adətlər haqqında məlumat alırıq. Dədə Qorqud dastanından öyrənirik ki, gənc nəsli (oğlanları) vətənpərvərlik, qorxmazlıq, igidlik, düş­mə­nə qarşı mübarizlik, doğruçuluq, insana qayğı və məhəbbət ruhun­da tərbiyə edir və həmin tələblər baxımından da uşaqlara, oğlanlara ad qoyur­dular. Bu haq­da “Dirsə xan oğlu Buğacın boyu”nda deyi­lir ki, Dirsə xan oğlu Buğac uşaqlarda Bayandur xanın meydanın­da yoldaşları ilə aşıq oynadığı zaman qəflətən üzərinə hücum edən buğanın hücumunu dəf edib, onu öldürdüyü üçün oğuz bəyləri adqoyma mərasimi təşkil edib oğlana layiq ad qoymağı məsləhət görürlər. Qorqud ata adqoyma mərasi­min­də oğlana Buğac adı verir.

Yaxud Baybura xanın oğlu Beyrək Qara Dərbənd ağzında oğuz bəzir­gan­larının malını qarət, özlərini isə edən beş yüz kafirlə cəng edib onların üzərin­də qələbə saldığına görə ona Beyrək adı verirlər.

Qeyd etməliyik ki, hər bir ailədə ata öz oğluna və yaxud öz oğlanlarına  kişi qeyrəti, dəyanəti, cəsurluq, mərdlik, alicənablıq, igidlik, çətinliklərə sinə gərə bil­mək kimi nəcib sifətlər tərbiyə etməlidir. Xalqımızın möhtəşəm folklor nümunəsi olan “Kitabi – Dədə Qorqud” dastanı­na müraciət edək və “Qazan xanın oğlu Uruzun dustaq olduğu boy”a nəzər salaq: “Qazan sağına baxdı, qas-qas güldü. Soluna baxdı, çox sevindi. Qarşısına baxdı oğlan­cığını, Uruzu gördü, əlini-əlinə çaldı ağladı. Qazan oğlu Uruza bu iş xoş gəl­mə­di. Babasına dedi:

– Ünüm ünlə, sözüm dinlə, ağam Qazan

            Sağına baxdın, qas-qas güldün,

            Soluna baxdın, çox sevindin.

            Qarşına baxdın, məni gördün, qan ağladın,

            Səbəb nədir, degil mana.

           Qara başım qurban olsun, ağam sana – dedi:

Qazan dedi:

– Sağıma baxdım qardaşım Qaragünəyi gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.

Soluma baxdım dayın Aruzu gördüm. Baş kəsibdi, qan tökübdü, ad qazanıbdı.

 Qarşıma baxdım, səni gördüm. On altı yaş yaşladın. Bir gün ola düşəm öləm, sən qalasan. Yay çəkmədin, ox atmadın, baş kəsmədin, qan tökmədin.

Uruz buna cavabında dedi:

– A bəy baba! …Hünəri oğul atadanmı görər, öyrənər, yoxsa atalar oğuldanmı öyrənər? – dedi. …Mən səndən nə gördüm nə öyrənəyim? – dedi.

Qazan əlini-əlinə çaldı, qas-qas güldü:

– Uruz xub söylədi, şəkər yedi – dedi”.

Göründüyü kimi, oğlanlar kişilik etalonuna ataları ilə ünsiyyət sayəsində, onlardan nümunə götürərək sahib olurlar. Oğlanlar kişilik şəxsiyyətini ataya bən­zəməyə çalışaraq, onu təqlid edərək qazanır. Xalqımıza görə, oğlanların kişi kimi yetişməsi, onların sadəcə fiziki inkişafı ilə bağlı olub, kişi kimi görünməsi demək deyil. Professor Ə.Əlizadə xalqımızın təfəkküründə yer almış kişilik anlayışını belə xarakterizə edir: “Kişi xarakteri üçün iradə gücü, özünə sahib olma, kişi şərəfi və ləya­qəti, xeyirxahlıq, sözübütövlük, mərdlik və s. keyfiyyətlər xasdır. Qadına müna­sibət kişi ləyaqətinin ölçüsü sayılır. Uşağın oğlan olması hələ öz-özünə onu kişi etmir. Oğlan uşağı kişi kimi tərbiyə olunur”. Eləcə də “ana haqqı tanrı haqqı kimi başa düşülür”.

1500 il tarixi olan və “milli-mənəvi dəyərlərimizdən sayılan” “Kitabi – Dədə Qorqud” dastanında Oğuz yurdunun vali­deynləri qız uşağının da dünyaya gəlişindən şad olur və həm də onu qəhrəman, eləcə də gələcəkdə həyat yoldaşı olan ərinə sədaqətli qadın-ana kimi tərbiyə edirdilər. “Patriarxal düşüncənin əleyhinə olaraq buradakı qadınların əksəriyyəti (məsələn, Burla xatun, Banu Çiçək, Selcan xatun və b.) uşaqlıqdan aldıqları tərbiyənin, alışdıqları ilə ənənələrinin, qəbilə mühitinin təsiri nəticəsində elə formalaşır ki, lazım gələndə ailə namusu, nəslin şərəfi və ədalət uğrunda kişi kimi silaha sarılır, son dərəcə dözümlü, qoçaq, qüvvətli, mərd, eyni zamanda ağıllı, tədbirli, müdrik, alicənab qəhrəman kimi çıxış edirlər”.

Qeyd etdiyimiz kimi, oğuz qızları da cəsur və igiddir. Qızların Oğuz etnik-so­sial mühiti və psixologiyası ilə şərtlənmiş olan bu xarakter əlaməti etnik birlik daxi­lində cinslərarası münasibətdə, ünsiyyətdə ən mühüm rol oynayır. Budur Banu­çiçək Beyrək ilə yarışır, onunla at oynadır, ox atır və güləşir. Yalnız Beyrək bu sınaq­dan, yarışdan qalib çıxdıqdan sonra Banuçiçək onun məhəbbətinə cavab verir.

Qanturalı Selcan xatunu almaq üçün meydanda üç heyvanla vuruşmalı olur. İkisinə qalib gələndən sonra bir qədər yorulur. Buna görə də üçüncü hey­vanla – dəvə ilə çətinliklə vuruşur. Döyüşü hündür bir yerdən seyr edən Selcan xatun: “Dəvə burnundan əzilər” – deyə Qanturalıya xəbər göndərir və bununla dəvənin zəif yerini bildirir. Ancaq Qanturalı dəvəni qızın göstərdiyi üsulla əzməyi özünə sığışdırmır: “Oğuz ellərinə xəbər gedər ki, dəvə əlində girinc olmuşdu, qız xilas elə­di”. Və Qanturalı dəvəni öz üsulu ilə məğlub edir. Oğuz­larda belə bir qayda vardı ki, döyüşdə bir igidə başqası kömək etmək istəsə icazə almalıydı… Qanturalı düş­mənləri ilə vuruşarkən Selcan xatun onun köməyinə gəlir. Qız libasını dəyişdiyi üçün Qanturalı onu tanımır və düşmənlərinə hücum edən bu şəxsin hərəkəti ona toxunur, “izinsiz döyüşə girmək bizim eldə eyibdir” – deyə ona acıqlanır.

Göründüyü kimi, Banuçiçəyin, Selcan xatunun qılınc çalması, qılınc oynat­ması, at çapması valideynləri tərəfindən təlim-məşq zamanı öyrədilmişdir. Onu da qeyd etmək zəruridir ki, “Kitabi – Dədə Qorqud” dastanında Dədə Qorqud tərəfindən müqəddəs “Qurani-Kərim”dən sitatlar gətirilmiş, “əməyə, zəhmətə xüsusi diqqət yetirilmişdir”.

Sonda belə nəticəyə gəlirik:

  1. “Kitabi – Dədə Qorqud” dastanı həm uşaqların sağlam psixi inkişafı haqqında vali­deynlərə lazımi bilik verir, həm də bu materiallar uşaq psixikasının normal inki­şafına təsir edəcək imkana malikdir;
  2. “Kitabi – Dədə Qorqud” dastanından gətirilən materiallar min illərin təcrübə süzgəcindən keçərək bu günümüzə qədər gələn və bu gün də pedaqoq və psixoloqlar tərəfindən uşaqların pedaqoji-psi­xoloji inkişafının əsas göstəricilərindən olan şəxsiyyətlərarası münasibətlərin böyük rol oynadığı sübut olunan qaynaqlardır;
  3. “Kitabi – Dədə Qorqud” dastanında olan baxış və görüşlər cəmiyyətin qəbul etdiyi milli-mənəvi dəyərlər və fəaliyyət növləri bu gün də aparıcı rol oynayır;
  4. Oğlanların və qızların fiziki cəhətdən sağlam, igid, qüvvətli, ağıllı, saf  vətən övladı kimi tərbiyə olunmaları üçün “Kitabi – Dədə Qorqud” materiallardan istifadə etmək əvəzsiz imkan­lara malikdir.


KAMAL CAMALOVUN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

 “Ömür dastanının qıfılbəndləri” kitabı

Görkəmli şair Ramiz İsmayılın  “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub.

>>>>BUDAQ TƏHMƏZ

>>>>>>ƏLİ BƏY AZƏRİ

>>>>>>RAMİZ İSMAYIL

Budaq Təhməzin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində  işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.

Rafiq Əliyev haqqında kitab – PDF:

rafiq-aliyev-su-kimi-sakit-ve-guclu-e-standart

Download

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanlar Həmid – Bir şeir

DARIXDIRAR

Aranlısan, aranda qal,

Dağlar səni darıxdırar.
Dağ başına enən bulud,
Ağlar, səni darıxdırar.

Küləklər yanını kəsər,
Təpələr önünü kəsər,
Günəş də gününü kəsər,
Saxlar, səni darıxdırar.

Ha çırmala qollarını,
Dağlar sevdi qullarını,
Dar dərələr yollarını,
Bağlar, səni darıxdırar.

Güvənmə bizlərə, atam,
Nə yaxşı, azadsan, adam,
Burda hər gün Tanrım, Xudam,
Yoxlar səni, darıxdırar.

25.02.2024.

MÜƏLLİF: XANLAR HƏMİD

XANLAR HƏMİDİN YAZILARI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÖZÜ ÖZÜNƏ BƏNZƏYƏN ŞAİR

SÖZÜ ÖZÜNƏ BƏNZƏYƏN ŞAİR

Bu dəfə şair-publisist, neçə ildi “Ulduz”-un yükünü çiyinlərində sevə-sevə daşıyan Qulu Ağsəs haqda tamam fərqli yazı yazmaq istədim. Heç şeirlərindən də misal gətirmək fikrim yoxdu bu dəfə.. Sadəcə özündən danışmaq istəyirəm. Düşündüklərimi üzünə deyə bilmirəm( ayağı yer tutar deyə) , heç olmasa gizlində danışım. Heç Qulu da bu yazının fərqli olduğunu bilməyəcək. Bir az eynəyi güləcək, vəssalam. Bilirəm. Tanıyıram axı. Bəzən təlatümlü , bəzən sakit şairin çoxlarının düşündüyü kimi nə eqosu var, nə təkəbbürü. Bir özüdü, bir də sözü. Anlayançun uşaq kimi safdı, başa düşməyənçün daş, qaya. Əvvəlcə mən də onun içində gizlənən o uşağı duya bilmirdim. İnciyirdim, incidirdim. Sonra eynəyiylə, daha sonra səsiylə , ən sonda sözüylə tanıdım Qulu Ağsəsi. Özündən də yaxşı tanıdım. Hərf-hərf, heca- heca,sətir -sətir anlatdı özünü və anladım ki, nöqtədən sonra vergül olmur.
Qulu Ağsəs hər adama etibar etməz, etibar etdiyinəsə axıracan güvənər. Bacarmadığı işin qulpundan yapışmaz, amma söz verdisə edər. Dünya dağılsa da eləyər. Ona zorla heç nə etdirə bilməzsən.Gərək özü istəyə. Ürəyinə bir şey yatmadısa, vəssalam. Bircə dəfə deyər sözünü. Amma sözü də daşdan keçər.
Tərifi inandığı adamdan qəbul edər ancaq. Səsindən tutarsan ürəyindən keçənləri. Onun paltarı da, çantası da, eynəyi də adamla danışar. Özü də şeircə. Adamın üstü, başı şeirdi elə.. Gözlərində doğar əvvəlcə şeir, sonra ürəyində, daha sonra barmaqlarında. Sirrlidi. Yerişi, duruşu, gülüşü, baxışı -hamısı sirrdi. Özünü bircə özü çəkər, kimsəyə etibar etməz.Ya da qıymaz kiməsə.Bəlkə özünə qıymaz Qulu Ağsəs. Susa -susa danışar bəzən. Susa-susa qışqırar, susa-susa küsər, susa-susa barışar, susa-susa ağlayar, susa-susa gülər, susa-susa axtarar, susa-susa gözləyər. Səssizliyinin öz dili var şairin. Tənhalığında bircə özüylədi. Heç kimə borclu qalmaz. Bircə borcu Tanrıyadı. Ürəyindən keçənləri dilinə gətirməz. Hünərin var onu səssiz anla. Kiməsə bənzəməyi sevməz . Elə özünə bənzəyər həmişə. Çox dostu yoxdu . Ən yaxın dostu sözüdü. Sözüylə nəfəs alar sadəcə. Gizlində yazar, gizlində pozar. Hər kəs anlamaz quş dilini. Mükəmməliyə qaçar. Yazdığını min dəfə özünə oxuyar . Varağa oxuyar, divara, tavana, qapıya, pəncərəyə oxuyar. Pıçıltısını uzaqdan eşidərsən. Hay-küyü sevməz. Elə hamıyçun da yazmaz Qulu Ağsəs. Heç hamı kimi düşünməz də .Elə hamı da onun kimi düşünə bilməz. Eynəyindən oxuyarsan ürəyindən keçənləri. Zarafat deyil .Onun qəhrini o eynəkdi çəkən elə. İkisi də bir -birinə vəfalıdı. Bir də əl çantasıdı ona dözən.. Heç yanından əksik etməz. Hara getsə özüylə daşıyar. Nə o çantaya yükdü, nə çanta ona. Yollaşıb gedirlər .
Yeriyəndə qolları özündən qabaqda qaçar. Elə bil ki, ayaqlarına yol açar qolları. Sükutunun içində şeir doğular. Elə gözəl yiyə durar ki, sözünə. Sözünün ağasıdı axı. Onu özündən heç kim çıxara bilməz, bircə özündən başqa. Sözü balası kimi sevər, amma özünə deməz. Dedim axı, Qulu Ağsəs fərqlidi. Hərdən elə söz çıxar ki, ağzından məətəl qalarsan. Sözü bişirənlərdən deyil axı. Fərasəti yoxdu bu sarıdan. Bər-bəzəkdən uzaqdı. İnnən belə istəsə də bəzək vura bilməz fikirlərinə. Necə düşünürsə elə danışır . Uçurub dağıtdığını da özü yığışdırar. 55 ildi bir üzü var. Min şükür….
Bilmirəm yazı necə alındı. Amma bir az Qulu Ağsəsə bənzədi deyəsən.

Müəllif: Təranə DƏMİR

Qulu AĞSƏSi öz səsində buradan dinləyə bilərsiniz.

Qulu AĞSƏS digər mənbələrdə: /www.adalet.az/

QULU AĞSƏSİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İlkin İmambaxışovun şeirləri

İlkin İmambaxışov

Gənc yazar İlkin İmambaxışov 2002-ci il, iyul ayının 28-də Bakının Hökməli kəndində anadan olmuşdur.Hökməli tam orta məktəbini bitirib, peşə məktəbinə daxil olmuşdur.Ədəbiyyata marağı kiçik yaşlarından olan İlkinin yazdığı şeir və qəzəllər öz dərin mənası ilə oxucuların, ustad şairlərin diqqəti cəlb etmişdir.

Sıxıb öz qəlbini gündə, dayanıb güzgü önündə,
Saçı həsrətdən ağarmış qıza baxdıqca baxarsan,
Darıxarsan…

Ölərəm bir gün, əzizim, bəzəyər dövrəmi güllər,
Saçına qəbrimin üstdən götürüb lalə taxarsan
darıxarsan…

Bir məzartək sıxar hər dəfə divarlar səni evdə,
Gah qaçarsan çölə, gah eyvana səssizcə çıxarsan,
Darıxarsan…

Necə ki, qəlbimi həsrətlə sıxardın, o şəkildə,
Gözünü ağlamamüaqçün ya yumarsan, ya sıxarsan,
Darıxarsan…

Gecə bir isti yataqda üşüdər ruhunu heçlik,
Payızın boynuna aciz kimi hər dərdi yıxarsan,
Darıxarsan…

Dedin; ölsən də səninçün bu qadın bir də darıxmaz,
O darıxmaq düzələn şeydi, darxıma,
darıxarsan…
darıxarsan…

O qədər gözəl gedib, kaş, qayıdıb gedəydi bir də,
Bir ümid verəydi, sonra məni tərk edəydi bir də.

Boğub öldürəydi quştək son ümidimi əlində,
Ölüsün də basdıraydı ürəyində – ən dərində.

Yuxuya gedib yatanda, gecələr gəlib xəyalı,
Məni qorxudaydı hər gün qarabasmalar misalı.

Gözümə düşəndə əksi, gözümü sıxıb, yumaydım,
Onu göz qapaqlarımla bir ömür qucaqlayaydım..

Bir öpüş də istəyəydim məni qorxudan bu qızdan,
Saçını fikirlərimtək dağınıq tutan bu qızdan.

29 avqust, 2023.

Mən təkliyin zirvəsinə çatmışam,
Əli çatmaz, səsi çatmaz bu zirvəyə kimsənin…
Heç xəbərin var sənin? –
Bu zirvəyə çıxmaq üçün bütün ağır hisslərimi atmışam…

Darıxıram… məni bura çox yorub…
Gecə-gündüz bu zirvədə oturub,
Gəlib-keçən küləklərə bir ümidlə toxunuram;
bəlkə, sənin saçlarına məndən sığal apardı…
Neyləyim e, sevgilim? – mən də belə ovunuram.

Burda sənə toxunmayan əzalarım üşüyür…
Tutmadığın əllərimi buz tutur,
Öpmədiyin dodaqlarım çatlayır.
Sənsizlik at oynadır içimdə,
Ürəyimi tapdayır…

Bu zirvəyə çıxmaq mənim illərimi aparıb.
İndi isə burdan düşə bilmirəm.
Ən pisi də odur ki, siqaretim qurtarıb…

2 Dekabr 2023.

Müəllif: İlkin İmambaxışov

Təqdim etdi: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI…

MƏŞƏDİXANIM NEMƏT – 100

VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI…

Var idim İZİM qaldı,

Od idim KÖZÜM qaldı.

Əsrin DAŞ YADDAŞINDA

Mənim də SÖZÜM qaldı…

(Məşədixanım Nemət)

Tanınmış tarixçi-alimimiz Firdovsiyyə Əhmədova deyəndə ki, Məşədixanım Nemətin 100 illiyidir, istər-istəməz 25 il əvvələ qayıtdım, gözlərim önündə xoş xatirələr canlandı. Yüksək mövqeyinə baxmayaraq, seçdiyi peşəsi, sadəliyi, mehribanlığı, bir az da zarafatcıllığı ilə qəlbimdə özünə əbədiyyət qazanan “Şöhrət” ordenli AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, görkəmli epiqrafçı alim Məşədixanım Sədulla qızı Nemətlə bağlı xoş təəssüratlar onun haqqında yazı yazmaq istəyi yaratdı məndə. Lakin əvvəl tərəddüd etdim. Zərif çiyinlərində yüz illər boyunca haqsızlıqlar içində boğulan xalqının ağır yükünü daşıyan alimlərimizdən biri haqda yazmaq çox məsuliyyət tələb edir axı…

Azərbaycanımızın Amazonkası adlandırılan, “Əsrin daş yaddaşında mənim də sözüm qaldı…” deyən Məşədixanım Nemət öz dəyərini çox gözəl bilirdi… Bilirdi ki, qızmar yay günəşi altında ilanmələyən çöllərdə, qışın sərt soyuğunun insanın iliyinə işləyən çağlarında Vətənini qarış-qarış dolaşıb min bir əziyyətlə araya-ərsəyə gətirdiyi, hələliksə öz layiqli dəyərini almayan tapınt ıları nə zamansa xalqının, Dövlətinin əlində ən “kəskin silaha” çevrilib düşmənin və onun havadarlarının sinəsinə tuşlanacaq və əsrlər boyu zülm, zillət çəkən xalqı nəhayət ki, rahat nəfəs alacaq…

Və o gün gəldi… Bir az gec oldu, təəssüf… Bu günün gələcəyini səbirsizliklə gözləyən yurd həsrətli valideynlərim kimi, cəfakeş alimimiz də bu şərəfli, tarixi günlərin cismən şahidi ola bilmədi. Ruhlarınınsa azad Qarabağımızı bizdən də artıq sevincək ziyarət etdiklərinə əminəm…

Məşədixanım Nemətə Qarabağ xanlığının banisi Pənahəli Xan Cavanşir nəslinin kiçik bir nümayəndəsi kimi də mənim ayrıca təşəkkür borcum var. Və bu, məni daha da ürəkləndirdi yazı yazmağa. Bugünkü Böyük Qələbəmizin qazanılmasında məhz onun fundamental axtarışlarının, tapıntılarının rolu əvəzsizdir. Qarabağın, Zəngəzurun və zaman-zaman “qonşu­lara” pay-püş edilən digər ərazilərin Azərbaycana məxsus olduğunu, azərbaycanlıların isə ta əzəldən bu ərazilərin qədim-qayım sakinləri olduğunu sübut edən məhz bu cür dəlillər Dövlətimizin başçısına bütün dünyaya nəinki Qarabağın, indiki Ermənistanın belə Azərbaycanın qədim tarixi əraziləri olduğunu cəsarətlə söyləməsinə təkan verdi…

Bu təkzibolunmaz faktlar qarşısında erməni və onun havadarlarının susmaqdan başqa çarəsi qalmadı…

Yaxşı xatirimdədir… 1997-ci ildə tale mənə respublikamızın ən populyar elmi nəşri olan “Elm və həyat’’jurnalı redaksiyasında işləməyi nəsib etdi. Əvvəl yazıçı Cəmil Əlibəyovun direktoru olduğu “Elm və həyat” nəşriyyatında, sonradan isə “Elm və həyat” jurnalında. Ağır illər idi, xalqımız üçün də, elmimiz, təhsilimiz üçün də. Milli Elmlər Akademiyasının elmi nəşrləri siyahısında olmasına baxmayaraq, maddi məhrumiyyətlər içində olan jurnalın cəfakeş kiçik kollektivi – Ülkər Hüseynova, Maral Poladova, Mehparə Axundova, Binnət Süleyman öz hesablarına bu jurnalı tərtib edir, ədəbiyyatşünas alimimiz Şirindil Alışanovun rəhbəri olduğu “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya mərkəzində nəşr etdirirdilər. Bu cəfakeşliyin nəticəsidir ki, jurnal bu gün də fəaliyyətini davam etdirir.

Bu elm ocağının mənim həyatımda, bir vətəndaş kimi formalaşmağımda böyük rolu oldu. Demək olar ki, Azərbaycanın necə deyərlər, “qaymaqları” – tanınmış şairlər, yazıçılar, alimlər, bir sözlə, böyük bir ziyalı ordusu bu kollektivə gəlir, Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, bu ocağın istisinə yığışırdılar.

Mən məcburi köçkünlük səbəbindən təhsilimi axıradək davam etdirib yüksək təhsil ala bilməsəm də, burada böyük bir akademiya təhsili aldım. Həyatımda böyük rolu olan şəxsiyyətlərə yazılarımda dəfələrlə minnətdarlığımı bildirmişəm…

…Bir gün əməkdaşlarla birgə kompüter otağına zərif, çöhrəsindən nur yağan, gözləri gülən bir xanım daxil oldu. O dəqiqə tanıdım. Dedim ki, mən sizi tanıyıram. Ona xoş olsa da, dinmədi.

Bilirsiz sizi hardan tanıyıram? – soruşdum. Gülümsədi, – hardan?

Dedim Zəngəzurda aşkar etdiyiniz Urud abidələri haqqında 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qarşısında çıxış edəndə televiziyada görmüşəm sizi… Atamla birgə sonadək izləmişəm verilişi.

Əlavə etdim ki, o zaman üçün böyük siyasi əhəmiyyəti olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi ilə bağlı Heydər Əliyevin üzünü tarixçilərə tutub həyəcanla dediyi: “…Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi, populyar nəşrlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin…” – sözlərindən sonra siz tribunaya qalxıb Zəngəzurdakı Urud abidələri haqqında çıxış edərkən Heydər Əliyevin əlini çənəsinə dayayıb Sizə necə maraqla və fəxrlə baxdığının canlı şahidiyəm…

Bu sözlərim alimimizə çox xoş oldu. Xeyli danışdı o barədə. Ürəyi dolu idi…

Səmimi münasibətimiz yarandı. Sonra bizdə 85 illiyi ilə bağlı qızı – görkəmli tarixçimiz Vəfa Quliyevanın tərtibçiliyi ilə “Daşlaşan sirlərin sirdaşı” adlı kitabı capa hazırlandı. Onda daha da doğma münasibət yarandı. Kitab çap olunanda məni də unutmadı. Öz xətti ilə kitaba təşəkkür avtoqrafı yazıb göndərdi…

Ulu babalarım Cavanşirlərlə bağlı yazılarım qəzetlərdə, jurnalda dərc olunanda Vəfa xanım telefonla məni təbrik etdi, bildirdi ki, yazını oxuyub kövrəldim. Anam da, mən də təbrik edirik səni, uğurlar olsun.

* * *

Urud abidələrinin aşkar edilməsinin Dövlətçilik tariximizə necə böyük töhfə verdiyinin illər sonra şahidi olduq.

Zəngəzurda aşkarlanmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində 1961-1963-cü illərdə apardığı tədqiqatların nəticəsi olan bu tapıntılar Məşədixanım Nemətin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının zirvəsi hesab edilir. Onun bu tapıntısı Cənubi Qafqazda yeni tarixi konsepsiyanın əsasını qoydu.

…Tarixi dədə-baba torpaqlarımız olan İrəvan xanlığının ərazisinin ermənilərə məxsuz olmasını sayıqlayan erməni alimi Papazyana cavab məktubunda alimimiz əsaslı olaraq soruşur: “…əgər Urud qəbiristanlığı erməni abidəsi idisə, o qəbiristanlığı nəyə görə dağıtdınız, viranə qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz, bu gün də onu şüşənin içinə salıb bütün dünyanı gəzdirərdiniz ki, bu, bizim tariximizdir. Sübut edə bilmədiyiniz üçün dağıtdınız!”

Bu məntiqli cavabın özü bir dəlil, bir əsaslı sübut deyilmi?!

Məhz bu cür fundamental dəlillərin nəticəsidir ki, Azərbaycan Ordusu 44 günlük savaşla Dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, Dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.

Bu gün Zəngəzurun, Qarabağın, Təbrizin və digər tarixi torpaqlarımızın göyləri üzərindən gülümsər bir çöhrə məmnunluqla bizə baxır:

“Müqəddəs bir torpaq olan,

Haqqı, səadəti anan

Zəngəzur, Mehri, Qarabağ,

Təbriz, Şuşa, can Dilican,

Qalxmış artıq Azərbaycan!

Didərgindir ocağından,

Dədə-baba torpağından,

Xan, Bülbülün oylağından.

Müntəzirdir Göyçə, Qafan,

Qalxmış artıq Azərbaycan!” —

deyib sevincimizə şərik olduğunu bildirir… Bizi daha böyük qələbələrə səsləyir!..

Ruhunuz şad olsun! Böyük Xanım! Məşədixanım!

Qalxmış artıq Azərbaycan!

Aliyə CAVANŞİR,

tədqiqatçı

25.02.2024.

ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xəzan” jurnalının fevral (56), 2024 sayı çapdan çıxıb

“XƏZAN” JURNALININ ƏLLİ ALTINCI SAYI

“Xəzan” jurnalının fevral, 2024 sayı çapdan çıxıb. “İMZA” nəşrlər evi tərəfindən hazırlanan 130 səhifəlik jurnalın 56-cı nömrəsidir. Ədəbi dərgi fəaliyyətə 2016-cı ildən başlayıb, davamlı olaraq çıxır.

Jurnal poeziya, nəsr nümunələri, publisistik yazılarla zəngindir.

Mircəfər Bağırov irsinin araşdırıcısı Füzuli Baratovun Xaçmazın Nərəcan kəndi haqqında, Saadiyə Xanlarovanın Naxçıvan arxivində qorunub saxlanan əlyazmalar barədə araşdırma yazıları xüsusilə diqqəti cəlb edir. Ayaz İmranoğlunun “Uşaq ferması” romanından bir parça, poemalar, ümumilikdə nümunələrin böyük əksəriyyəti məharətlə yazılıb, ibrətamiz tapıntılarla zəngindir. Ümidvarıq ki, oxucuların marağına səbəb olacaq, ədəbi tənqidin diqqətindən kənarda qalmayacaqdır.

Jurnalda YAZI DÜZÜMÜ aşağıdakı kimidir:

1.Redaktor guşəsi

-Kitab oxumamağın fəsadları

-Ayaz İmranoğlu – 65

2.Publisistika

-Füzuli Baratov – “Xaçmazın Nərəcan kəndi” (əvvəli – ardı var)

-Kənan HACI – “Günahkar və günahsız qadınların taleyi”

-Balayar SADİQ – “Baharın yetmiş yeddinci çağında” (şair Hafiz Əlimərdanlının yaradıcılığı haqqında qeydlər)

-Ramiz İSMAYIL – ““Üç-dörd kəlmə”dən sonra bir neçə söz” (Əbülfəz Əhmədin kitabına)

-Rəna MİRZƏLİYEVA – “Günəş ömürlü bacım”

-Saadiyə XANLAROVA – “Naxçıvan əlyazmaları”

-Esmira GÜNƏŞ – “Babamın ocağı” (esse-xatirə)

-Təranə DƏMİR – “Davamı görünməyən mübarizə” (Əli bəy Azərinin “Erməni Borisov” povesti haqqında)

-Şıxamməd SEYİDMƏMMƏDOV – “Elxan Məcnunovun poetik dünyası”

-Nəzakət EMİNQIZI – “Laçından Xaşmaza köçən nənəm”

-Məhbubə ƏLİŞZADƏ – “Gənc müəllimin uğur pillələri”

3.Poeziya

-Böyükağa AĞA – “Azərbaycan bayrağı”, “Olana”, “Əsgər qardaşım”, “Həkim”, “Olmayacaq”, “Özündən küssün”, “Əkməz”, “Dünyanı”, “Qaldı ürəklərində”, “Özünə öyrətmə”, “Pomidor”, “Gətirər”, “Bu adam” (şeirlər)

-Zeynalabdin NOVRUZOĞLU – “Sözün içində”, “Qurğuşun yağışı yağdı Bakıya”, “Şair və şeir”, “Ümidsiz ölmək də istəmir adam”, “Mənim ömrüm mənə sahib çıxmadı”, “Böyüklük”, “Bəlkə göyərə”, “Axı qurd düşəcək göbələklərə”, “Salam”, “Sabir Rüstəmxanlısan”, “Ucuz ölüm axtarırsan”, “Təkcə mərdlər satılmır”, “Görüşərsiz”, “Nağıl ol”, “Bu torpaq düşmənə verilə bilməz”, “Haqqı danmayın” (şeirlər)

-Qara MƏMMƏDOV – “Kəndimə” (şeir)

-Zərifə AĞAYUSİFQIZI – “İsmayıllı şəhidləri” (poema)

-Hafiz ƏLİMƏRDANLI – “Azadlıq dastanı” (poema)

-Əbülfəz ƏHMƏD – “Var”, “Ötən illərin xronikası”, “Üç-dörd kəlmə”, “Fikrət Qocaya”, “Bakı metrosuna”, “Tarixin əksiyi”, “Xoruz ilinə”, “İzmir zəlzələsinə”, “Adam gördüm”, “Əli bəy Azəriyə”, “İşdir, şayət”, “Nikola” (şeirlər)

-Sevinc AZADLI – “Qəlbimin özüsən, xəbərin varmı?”, “Sonuncu nəfəsimsən”, “Bənövşə”, “Deyirdin mənsiz də bacaracaqsan”, “Elə bir yer ola, dünyadan uzaq”, “Eşq dolu bir qucaq pirdir, ocaqdır”, “Baxma, bu qatarın dalınca baxma”, “Çırpınıb durursan, ay ürək, niyə?”, “Toyuğun dərsi”, “Deyin ol yarə” (şeirlər)

-Çiçək XALIQOVA – “Bir nişan ver, yar özündən”, “Zəfərimiz mübarək”, “Müharibə olmasın”, “Sonet”, “Dünya, sus, hələ sus”, “Payız”, “Allahımı tanıdım”, “Zəfər günü”, “Yaz bayram oldu” (şeirlər)

-Çinarə NUR – “Ürəyim”, “Gənc yaşımda”, “İndi səni əvvəlkitək sevmirəm”, “Ürək səni sevmək üçün döyünür”, “Qovuşa bilməyənlər”, “Şəhid Ümman”, “20 yanvar”, “Xəyalıma gətirdim səni”, “Qadın”, “Yerin dolmur, ay ata” (şeirlər)

-Elmira MƏMMƏDQIZI – “Bilməsən”, “Dünya”, “Vaxtıdı”, “Nə olar”, “Analar”, “Kimi”, “Dağlara”, “Şəhidlər”, “Düşünürəm”, “Ata ocağı” (şeirlər)

-Maral ƏZİMOVA – “Ağaran saçına qurbanam, ana”, “Mən səninlə qürur duyardım, qardaş”, “Dərd üstünə dərd gətirmə”, “Dağtək ata nə acızdir”, “Bu gözəl həyatı hədər yaşama”, “Bəlkə bu, son yazım oldu” (şeirlər)

-Ramiz İSMAYIL – “Gedirəm”, “Üç rəngli bayrağım”, “Yoxdur”, “Dünyamızın dəli olan vaxtıdır”, “Mənim”, “Mən kiməm?”, “Daha şeir yazmıram”, “Sən demə” (şeirlər)

-Məhəmməd ƏLİ – “Düşmən xar olsun”, “Bilər”, “Donub”, “Qar yağır”, “İçimdə şimşəklər çaxır”, “Danışdım, söz oldu”, “Azaddır Xankəndi”, “Durmuşam mətin-mətin”, “Bilmədim”, “Gecələr”, “Dedim” (şeirlər)

-Budaq TƏHMƏZ – “Dağlara sözüm var” (poema), “Mən xoşbəxtəm”, “Əcəmi bağı”, “Yoldan çıxartdı məni”, “Mən şeir yazmayanda”, “Nə gözəlsən, Azərbaycan”, “Bu gecə” (şeirlər)

-Şövkət BƏYLƏRLİ – “Qarabağ poeması” (elegiya)

-Esmira GÜNƏŞ – “Qadınlar”, “Qəlbi əsir qadınlar”, “Yol süpürən qadınlar”, “Qadın qəhrəmanım”, “Qadın istərsə…” (şeirlər)

-Şərqiyə BALACANOVA – “Rəhbər dühası”, “Gülyazın”, “Xankəndi azaddır”, “Yenə bahar gələcək”, “Adi sürücüsən”, “Qəmərim”, “Ölsəm, ağlamayın”, “Ayanım”, “Müşfiqim”, “Sənan”, “İsmayıllı yazarları”, “Hamının sevimlisi”, “Gülərim”, “Arzuya çatmaq üçün”, “Onu izləməkdə gözəl bir həyat” (şeirlər)

-Elxan MƏCNUNOV – “Ana eşqi sönməz olur”, “Xalqımın inamı əziz Prezident”, “İyirmi Yanvar”, “Şəhid ailəsi”, “Tövsiyə”, “Darıxmışam, ata”, “Ağlayacaqsan”, “Həkim var olsun”, “Nə var ki”, “Azərbaycan polisi” (şeirlər)

-Həmzə ƏVƏZOĞLU HAQQANİ – “Sözü çox çeynəməyin”, “Mənim arzularım”, “Qurban olum”, “Uca göyə ucalanıq, dağıq biz”, “Mən şeir yazıram”, “Mən cahan mülkündə nadir inciyəm”, “Allahım” (şeirlər)

-Əbdüləziz CAĞARLI – “Vətən şəhidləri”, “Azərbaycan bayrağı”, “Əsgər olmusan”, “Dilim”, “Cağar kəndi”, “Ana, ağlama” (şeirlər)

4.Nəsr

-Ayaz İMRANOĞLU – “Uşaq ferması” (romandan bir parça – əvvəli, ardı var)

-Arzu HEYDƏROVA – “Oğurluq dərmanı” (hekayə)

-Məhərrəm MUSTAFA – “Qaranquşun Xocalı arzusu” (hekayə)

-Seymur SÖNMƏZ PAŞAYEV – “Bu sevginin ömrü bura qədərmiş”, “Nakam məhəbbətin başlanmamış sonu” (hekayələr)

-Əli BƏY AZƏRİ – “Dollardəyişən” (hekayə)


ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"