Ölkədə fəxri adlara, orden və medallara layiq olan yüzlərlə sənətkar var…
Deyəndə ki, bu dünyada haqq-ədalət axtaranlar DÜNYAnı hələ də olduğu kimi tanımayanlardır, sözümü qəribliyə salırlar. Ay qardaş, haqq da, ədalət də Habillə Qabilin dövründən bu dünyadan küsüb gediblər, yalnız adları qalıb…
Fəxri adlar, orden və medallarla təltif olunanların siyahisini ölkə rəhbərinə kim təqdim edir, bilmirəm. Amma onu bilirəm ki, həmin adam heç də insaflı iş görmür. Bir də görürsən ki, birinə 50 yaşında xalq artisti, 60 yaşında “Şöhrət” ordeni, 65 yaşında Prezidentin fərdi təqaüdünü, 70 yaşında “Şərəf” ordeni, 75 yaşında isə “İstiqlal” ordeni verirlər. Sual olunur, bu adamın 60 yaşından sonra xalq qarşısında heç bir əlahiddə xidməti olmayıbsa niyə bu mükafatları ona verirsiniz? Belə çıxır ki, həmin adam 100 il yaşayacaqsa hər beş ildən bir ona orden vermək lazımdır? O, çox yaşadıqca ölkənin bütün ordenlərini bir-bir almalıdır? Qardaş, hər bir cinayətin bir cəzası olduğu kimi, hər bir xidmətin də bir mükafatı olmalıdır. Belə getsə- birinə hamısı, digərlərinəsə heç nə- prinsipi Azərbaycanda uzun illər davam edəcək…
Ölkədə orden və medallara, fəxri adlara layiq olan yüzlərlə adam var, fəqət xidmətləri hələ də mükafatlandırılmayıb. Konkret bir neçə faktı göstərmək istəyirəm. Məgər cənab prezidentə həmin mükafatlandırma təqdimatlarını təqdim edən adam Kəmalə Abıyevanın gözəl şair olduğundan və sözlərinə bəstələnən mahnıların necə sevildiyindən xəbəri yoxdumu? Və ya şair Şahin Musaoğlunun vətənpərvərlik mövzusunda yazıb bəstələdiyi mahnıları heç eşitməyibmi? Şəmstan Əlizamanlının gitara ilə döyüşə çağıran ecazkar səsini dinləməyibmi? İllərlə milli musiqimizə xidmət edən professor Abbasqulu Nəcəfzadənin varlığından xəbərsizdirmi? Və s..
Bəli, yüzlərlə xidməti olan belə sənətkarlar bu işə məsul olan insanın ucbatından hələ də heç bir dövlət mükafatına layiq görülməyiblər…
…Siz Allah, ordenlərin hamısını bir sənətkara yox, xalq qarşısında xidməti olan hər bir sənətkara heç olmasa birini verin. Fəxri adları xalqın sevmədiyi adamlara verib dəyərdən salmayın…
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə YAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Sözün qəribliyə düşdüyü yerdi vətən, işlərin cəncələ… Adamı sevgisindən çəkirlər dara, torpağı zorla qoparırlar ayağının altından… Əlin göydən üzülür, ayağın yerdən. Çox çətindir havadan asılı qalmaq havasızlıq içində… Bir külək titrəyişinə tamarzısa nəfəsin… Ciyərlərin pörşələnir bir qətrə su üçün, bir dəniz dalğalanarkən ümidlərinin qürubunda. Batmış gəmidir həyat gözlərində, dünya,- sahibi ölmüş köhnə qayıq… Hər gecə yarasalar uçuşar damı qaçmış balıqçı daxmasının pərdilərində… Yaşamaq istərsən əl-qol atıb udquna-udquna uçqununda arzularının… Adam təkcə suda batmır ki, dostum, boğulmur ki, təkcə dəryaların sükutunda. Bunun səhra fırtınası var, dağ uçqunu, daş yağması… Fərqi yoxdur hansıdır qismətə düşən, batmaqdısa son dəyməz əllərinlə tutmağa göy üzünü… Axtarmağa dəyməz başını döyəcəyin daşı, özü tapacaq zamanında… Oysa ki, ən asan həll olunan daş-baş məsələsidir sağlığında, ölərkən baş-daş məsələsi… Susdum, sözün qəribliyə düşdüyü yerdir dərdi bizim, özü bizim olmayan…
Deyirdi ki;- ”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”
Qəribə adam idi. Sanki bu qəribəlik taleyinə yazılmışdı. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür, yazıb yaradırdı…
“Hələ uzun illər bundan əvvəl demişdim ki, mən ədəbiyyatımızın ögey balasıyam. O zaman mənim bacarığımdan istifadə olunmayıb. Uzun müddət adım qara siyahıda olub. Mənim stolum, mənim səngərimdir. Elə adamam ki, çağırılan yerə ərinmirəm, çağırılmayan yerdə görünmürəm. İndi-indi tədbirlərə dəvət eləyirlər. İnanın ki, üçüncü kursu bitirənə kimi Bakı kimi küləkli şəhərdə pencəkdə oxumuşam. Aldığım təqaüdün yarısını ev kirayəsinə ödəmişəm.”- söyləyirdi.
O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri olub. Bir vaxtlar elə bir ev tapılmazdı ki, onun “İtgin gəlin” kitabı həmin ailədə olmasın. Söhbət 1935-ci il, avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olan yazıçı Əlibala Hacızadədən gedir…
Deyirdi ki;- “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklğını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz şeyləri qəbul etmir, silkinib-çırpınıb gec-tez sahilə atır…”
Bəli, Əlibala Hacızadə bu fani dünyada belə bir ömür yaşayıb. Əməlləri ilə Allahın nə qədər xoşuna gəldiyi isə axirətdə məlum olacaq. Deyirlər ki, bu dünyada Allaha inamınla, imanınla yaşayanları, o dünyada mükafat gözləyir…
Yaşasaydı avqustun 28-i 88 yaşı tamam olacaqdı. On dörd il bundan öncə Allahın ölüm mələyi Əzrailə qoşulub əbədi dünyaya getdi. O dünyada sorğu-sualı asan, son mənzili rahat olsun!
Milli Qəhrəman Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn
1992-ci ilə olan dövrünün əslində salnaməsini yaratmışdır!
Çingiz Mustafayev torpağı Vətən edən oğullardan idi!
Xatirəsinin dərin hörmətlə anırıq!
Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü.
Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O, göstərdi dünyaya erməni hikkəsi nə!Məkri nə, hiyləsi nə!Soyqırım necə olur.Millətin körpəsinin qətli nə!Fərman verənlər verdi Çingizin də qətlinə!Özü çəkib öz qətlini, insanlara göstərdi ,O!Olan insan məkri nə!İnsanlığa düşmən olan,Milləti naməlum olan, O caninin məkri nə!
1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır. Şükürlər olsun Qarabağ torpağı işğaldan azad oldu !Vətən oğlu gözün aydın deyə bildik . 44 günlük müharibənin Qələbə ilə başa çatması üçün şəhid və qazi olan oğullar sənində intiqamını aldıla.Ruhunu təbrik edə bildik. Sənin zirvədə qərar tutan nigaran ruhunu məmnun edə bildik.
Torpaqlarımızı düşməndən azad edərik o zaman Qarabağda sənin əbədiyyətə
qovuşduğun, mübarək qanının axdığı o yerdə hörmətlə dayanıb, sevinc göz
yaşları içində deyə bildik:
-Gözünaydın Vətən oğlu, biz yurdumuzu yağılardan azad etdik!
Lacının azad olunması ad gününə hədiyyədir.
Xocalı Faciyəsi haqqında yazımı Çingiz Müstafayə ithaf etmişəm.(1992-ci il). Hər il onun doğum və şəhadətə qovuşduğu günlər respublika mətbuatında müntəzəm olarq yazılarım çap olunub. Biz nə yazsaq, nə etsək onun göstərdiyi rəşadəti olduğu kimi işıqlandıra bilmərik.
“Xocalı Faciyəsi, Soyqirimlar Zirvəsi” yazımdaÇingiz Müstafayevə həsr olunmuş misralarla Xalqının Qəhrəmanı Ruhun Şad Olsun deyirəm!!!
MİLLİ QƏHRƏMAN
(Çingiz Mustafayevə ithaf olunur)
Hamı kimi yaşayırdı, təminatlı insan idi!
İnsanların sağlamlığın qoruyan bir həkim idi!
Öz rühüna hakim idi!
O, sevirdi İnsanları, Vətənini, Elini…
Elin qürur yerini!
Qarabağda baş verən dəhşətli faciələr
Dözülməz etdi onu, od içinə atdı onu.
Bir əsgərə döndü, O!
Çağırışsız, filansız könüllü cəbhələrə getdi, O!
Əlində yox silahı, kameraydı onun olan silahı,
Bir də ki, vicdan səsi!
Harda çətin məqamdı, Çingiz orda olardı,
Haqsızlığa dözməyib, o necə hayqıraradı,
Bəzən də eləcə yalvarardı:
– “Atıb getməyin eli, tarix sizi bağışlamaz!
Mən qalıram yanınızda, çəkəcəyəm onları,
Mənim gücüm buna çatır” – deyirdi!
Xocalıda baş verən faciəni çəkən Çingiz hönkürürdü,
Namussuzluq ləkəsini üstümüzdən biz silək!(1992.Z.V)
Azərbaycanın hər bir vətəndaşı səfərbər oldu!Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları!Vətən yalnız ona görə böyük deyil ki, onun sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın,şəhidlərimizin ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır,müqəddəsdir.Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması, insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! İgid oğulların göstərdikləri rəşadətlərlə qürurlanırıq! Qürurluyuq Torpağı Vətən edən oğulların cərgəsində Çingiz Müstafayev də var! Ruhun Şad olsun Xalqının Qəhrəmanı ! Yeni yaşın mübarək!
Avqust ayının sonuncu bazar günü (2708.2023) “Palitra” Ədəbi Klubu mingəçevirli yazarlara növbəti dəfə qucaq açır. Hamıdan qabaq AYB Mingəçevir bölməsinə qədəm qoyan şair Namiq Zaman bölmə rəhbərinin “müşaviri” Rəşid Rəsulovun armudu stəkanda qarşısına qoyulan ətirli kəkotu çayı ilə “mükafatlandırılır”. Az sonra yazarlardan Bəsti Bərdəli, Mehman Rəsulov, Məmməd Mərzili, Ağabala Salahlı, Mahir Musa, Dağbəyi Elbəyi, Eyyub Cabbaroğlu…yazarların yaxın dostu, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı da gəlib çıxırlar. Tanınmış şair Elşən Əzimin gəlişi isə bu dəfə hamı tərəfindən təbəssümlə qarşılanır. Bölmə rəhbəri onun çöhrəsindəki dağ adamlarına məxsus qızartıya işarə ilə: “Bilirdim Kəlbəcərdə,-ata yurdundasan, səfərin necə keçdi, dağlar səni tanıdımı?”-deyib onun əlini sıxır. Namiq Zaman zarafatından qalmır: “Kəlbəcər dağlarının ab-havası Elşən müəllimin çöhrəsindən hiss olunur. Sağ əlin başımıza, yurd vüsalı köçkün yazarlarımızın hamısına qismət olsun! Dağlardan kəkotu, İstisudan bulaq suyu gətirməyə macalın olmasa da, yəqin ki bir həftəlik dən ürəyi dolu gəlmisən!..” Bölmə rəhbəri kitab rəfinin aşağı cərgəsindəki bir kağız bükülüsündən əntiq bir külqabı və alışqan çıxarıb Elşən Əzimə təqdim edir: “Əsil dosta bağışlanası hədiyyədir. Ancaq mənim kimi siqareti-siqaretin oduna calama ha… Hərdən canına yazığın da gəlsin!..
Söz məclisi başlar-başlamaz hüquqşünas-şair Bəhman Gülövşəli, onun ardınca cavan yazarlarımızdan ikisi,- Elçin Məhərrəmli və Nicat Hunalp da gəlib öz yerlərini tuturlar. Bölmə rəhbəri, yazarlara söz verməzdən qabaq növbəti ayda keçirilməsi nəzərdə tutulan bir sıra işlər barədə məlumat verir: “Şəhər İcra Hakimiyyəti başçısının vəd etdiyi kimi, İnşallah, sentyabr ayının sonuncu ongünlüyündə “Heydər Əliyev-100”-devizi ilə cari ilin aprel ayında keçirilmiş iki nominasiyalı müsabiqənin qalibləri mükafatlandırılacaq, elə bu istəklə də poeziya gecəsi düzənlənəcəkdir. Unudulmaz şair dostumuz Fəxrəddin Əzizin xatirəsinə həsr ediləcək sözlü-nəğməli gecənin keçirilməsini də nəzərdə tutmuşuq. Ola bilsin ki arada mənim bu yaxınlarda işıq üzü görmüş “Ömür muncuq düzümüdür” və “Hər çəməndən bir çiçək” (uşaqlar üçün) adlı kitablarımın təqdimat mərasiminə də qatılacaqsınız… Həmkarlarının təbirincə desək, yazarların “böyük Qağası”nın məlumat xarakterli çıxışından sonra yazarlar növbə ilə şeirlərini oxuyurlar. Əvvəlcə Bəsti Bərdəli üç yeni şeiri ilə həmişə olduğu kimi hamını məftun etməyi bacarır. Bəsti xanımın bikef olduğunu hiss edən bölmə rəhbəri onun könlünü almağı unutmur: “Bilirik, əvvəlki telefonun taksi maşınlarının birində qalsa da, o namərd sürücü kimdisə, onu yerli-dibli danıb. Yaramaz səni xeyli xərcə salsa da, keyfini pozma, ancaq bundan sonra diqqətli ol ki bir də nəyinisə salıb itirməyəsən. Keçmiş olsun, Bəsti abla!.. Növbə gənc şair-dramaturq, yerli teatrda ədəbi hissə müdiri işləyən Elçin Məhərrəmliyə çatanda, bölmə rəhbəri deyir: “Dostlar, gəlin cavan yazar dostumuzu birlikdə təbrik edək. Elçin bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Elçin, üzvlük vəsinqən üstündədirsə, onu nümayiş etdir və sonra şeirlərini oxu!” Elçin deyilən kimi də edir və həmkarlarının xeyir-dualarını məmnunluq hissiylə dinləyir və elə bu ovqatla da şeirlərini oxuyur. Yazarlardan Ağabala Salahlı, Bəhman Gülövşəli, Məmməd Mərzili, Bəhman Gülövşəli, Namiq Zaman, Mahir Musa, Dağbəyi Elbəyi, Nicat Hunalp, Elşən Əzim də oxuduqları şeirləri ilə məclisə çeşidli ab-hava, əlvan poetik notlar qatırlar. Uzun illər boyu partiya və icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrdə çalışan, hal-hazırda isə şəhər Əmək Veteranları Şurasında əmək fəaliyyətini davan etdirən, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı, Mingəçevir Dövlət Unuversitetinin dosenti Mehman Rəsulov və veteran müəllim Rəşid Rəsulov oxunmuş yazılara münasibət bildirir, bölmənin səmərəli fəaliyyəti naminə təkliflərini söyləyir və yazarlara uğurlar arzulayırlar. “Palitra”nın söz məclisi bölmə rəhbəri İsmayıl İmanzadənin qiraətində səslənən iki yeni şeiri ilə sonuclanır. Əvvəllər olduğu kimi bu dəfə də yazarlar özləri demişkən Mingəçevirdəki söz məbədini sevinc hissi ilə tərk edirlər.
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MİNGƏÇEVİR BÖLMƏSİ
Başqa cür olur sülh dövrünün əsgərləri… Üst-başları təmiz, geyimləri ağ boyunluqlu, uniformaları ütülü. Nizamlıdır hərbi yerişləri, həmahəngdir addım səsləri… “Düzlən” əmrinə ox tək düzlənərlər, “Fərəqət” deyəndə dayanarlar mil kimi… İşıq saçar epolitləri, par-par parıldayar poqonları… Şaxtaçı fanarları kimi işıldayar kokardaları… …Amma, döyüşçü çıxmaz əsgər geyimlilərin bəzilərindən… Bu səbəbdən döyüşçü əzəməti olmaz duruşlarında. Təlim poliqonu bir başqa, döyüş meydanı bir… Elə bir fərq var ki, döyüşçü ilə əsgər arasında… Yalnız yaylım atəşlərinin istisində anlatmaq olur, izah etmək minaların partlayışında… Bir başqadır dolu kimi yağan güllələrin çapovulu, tir hədəflərini aramla nişan almaq deyil bu… Hər saniyə ölümlə rəqs etməkdir döyüş tüstülənən tank qüllələrinin fonunda… Döyüşçü olmağın söyüş söyməyi var düşmən səngərinə düşən mərmilərin ardınca, baxıb şaqqanaq çəkməyi göyə sovrulan istehkam qurğularının uçuşuna… Bunun bombardmançı qaldırmağı, qırıcı endirməyi var, ey əsgər… Bir “HÜÜ-CCUM” əmrinə min can fəda etmək səngər-səngər böyüdükcə VƏ-TƏN… Yer üzünün ən gözəl qışqırığıdır, həm də ən vəhşicəsinə “QƏ-LƏ-BƏ” hayqırtısı… Ən bəhərli yaz əkinidir torpağa BAYRAQ əkmək, Əlbət, bir payız VƏTƏN yetişəcək bol-bol! Biz müharibə əsgərləriyik, səngər döyüşçüləri… Fərarini söyməyimiz var, düşməni döyməyimiz var, igidləri öyməyimiz var! Amma… Başqa cür olur sülh dövrünün əsgərləri, komutan, üstü-başı təmiz, intizamlı… Darıxdım “Əsgər, düzlən”, daha sonra ” Marş” əmri üçün… Dünyaya sülh gərəkdir, hər yerə, hər kəsə… Elə bizə də!
Anam yaşlı qadındır.Köhnə şəhərdəki ata-baba evimizdə qalır.Mən isə təzə şəhərdəki hökümət evində qalıram.Hərdən gedib anamın yanında iki-üç gün qalıram ki, çox darıxmasın.Amma həmişə buna imkanım olmur.Öz qayğılarım da var.Öz qayğı və problemlərimə də vaxt ayırmalıyam.Ona görə də bəzən iki-üç gün gedib anama dəyə bilmirəm.Anam narazı qalır.Təkliyə o qədər davamı yoxdur anamın.Uzun illər doğum evində qapıçı işləyib, daim adam arasında olub.İndi isə təqaüdə çıxdığı səbəbindən evdə oturmalı olub.Mən olmayanda evdə tək qalır.Sıxıntı keçirir.Yaş da öz sözünü deyib.Daha əvvəlki sağlamlığı da qalmayıb.
Qonşuluğumuzda yaşayan Çiçək ( ad şərtidir) adlı bir gəlin anama qayğı göstərməyə başlamışdı.Bunu görəndə xeyli sevinmişdim.Həmişə anamı evlərinə dəvət edirdi.Bildirirdi ki, o da təkdir ,darıxır.Qaynanası təzə rəhmətə gedib.Anam gəlib olarda otursun ,bir stəkan çay içsin,söhbət etsinlər.Anam hərdən gedirdi Çiçəkgilə.Hərdən də getişinə ara verirdi. Tez-tez qonşu evinə getməyə üzü gəlmirdi.Çiçək də buna görə onu qınayırdı.O özü də ara-sıra anama baş çəkməyə gəlirdi.Bəzən o gələndə mən də evdə olurdum.Çiçəyin anama hansı dərmanı, nə vaxt , nə qədər içmək lazım olmasını izah edib, öyrədirdi.Amma onun sözlərində nə isə bir etinasızlıq, baxışlarında bir laqeydlik var idi.Lakin anamın yanına heç kim gəlmədiyinə görə onun bu gizli etinasızlığına göz yumurdum.
Bir dəfə yolda mənimlə rastlaşan Çiçək bildirdi ki, narahat qalmayım ,mən olmaynda o anama baxacaq.Əslində bir qədər təəccübli idi onun belə deməsi.Onu anama baxmasını mən deməmişdim.Baxacam deməsi bir qədər böyük çıxırdı.Həm də süni .Axı o anamın yanına gəlməklə nə isə böyük ,ağır bir iş görmürdü.Sanki Çiçək bizi idarə etməyə başlayır, öz xırda qulluq göstərməsini böyük bir iş kimi qələmə verməyə çalışırdı..Buna baxmayaraq mən hərdən özümü saxlaya bilməyib, anamın mənə qarşı çox tələbkar olduğundan Çiçəyə gileylənirdim.O isə “-qoca arvaddı , nə edəsən”- deyirdi.
Çiçək anamın yanına gələndə onun hansı dərmanlər aldığı,nə qədər pul verməsi ilə də maraqlanırdı.Hərdən zarafatla anama deyirdi ki, “öləndə səni mən yuyacam”.Sanki anam bir müştəri gözü ilə baxırdı.Mən anama tapşırmağı lazım bildim ki, o Çiçəklə bir qədər ehtiyatlı olsun.Söz düşəndə Çiçəyin nəzərinə çatdırırdım ki, anamın ölməyinə hələ çox qalıb və o hələ tələsməısin.
Hərdən anam pulu olmadığını bildirirdi.deyirdi ki, pulum qurtarmışdı gedir qonşu Kamıldən 30 manat borc götürdüm ki, təqaüd alana qədər çatsın.Mən bundan təəccüblənirdim.Axı anam nə almıçdı ki, pulları yoxa çıxmışdı.Şübhələnirdim ki, bəlkə anam pulunu kiməsə verib.Aldadıb pulunu əlindən alıblar.Anam and aman edirdi ki, heç kəsə pul verməyib.Çiçək isə bunu eşidəndə sakitcə deyirdi ki, –“ pul harda olacaq ki, yəqin anam pulunu harasa qoyub və qoyduğu yeri un udub.Pul harad olsa burad olacaq”-
Bu cür anamın pulsuz qalması ardıcıl olaraq təkrarlanmağa başlamışdı.Mən pulun harada olmasını soruşanda anam deyirdi ki, pulunu xərcləyib.Amma nəyə xərcləyib soruşanda tutatlı bir cavab gəlmirdi.Bilirdim ki, anam nəyisə məndən gizlədir.Nəhayət bir gün anam ötən ay 400 manat pulunun evdən oğurlandığını etiraf etdi.Şörək pulu qalmadfığından gedib Çiçəkdən 30 manat borc rul almışdı.O pulunun oğurlanmasında qonşumuz İlhamdan şübhələnirdi.Çoxdan idi İlhamla aralarında narazılıq var idi.Güman edirdi ki, İlham qapımızın açarından bir nüsxə çıxartdırıb və xəlvəti evə daxil olaraq pulları oğurlayır.Mən anama bildirdim ki, bu İlhamın işi ola bilməz.İlham işləyirdi və kifayət qədər də pulu var idi. Anamın pulunu oğurlamaq onun nəyinə lazım idi? Evimizə gəlib- gedən adamları bir -bir gözümün önündən keçirdim.Bu vaxt Çiçək yadıma düşdü.Onun qapı açıq olanda gözlənilmədən gəlməsi.Etinasız baxışları,saymazyana hərəkətlərini xatırlayarkən şübhələrim baş qaldırmağa başladı.Anam qonşumuz İlhamdan şübhələnirdi, mən isə qayğıkeş, canıyanan obrazı yaratmış Çiçəkdən şübhələnirdim.
Sonuncu dəfə anamı tərk edib, evimizdən çıxanda tapşırdım ki, Çiçəkdən göz olsun.Onun hər bir hərəkətini izləsin.Anam təzəcə təqaüd almışdı.Tutulmadığını görən oğru şirniklənmişdi.O götürdüyü pulları xərclədikdən sonra yenidən ova gələcəkdi.Buna əmin idim. Onun şikarı isə anam idi.
Bir gündən sonra geri qayıtdım.Anam evdə yox idi.Harasa getmişdi.Qaz yanmırdı.Elə bildim umumi olaraq qaz sönüb.Qonşulardan soruşdum.Onların qazı gəlirdi.Küçəyə çıxdım ki, qaz xəttımızin açıq olub-olmadığını yoxlayım.Kim isə qaz xəttini dibdən bağlamışdı.Yəqin ki , kim isə anamı bütün günü qazsız qoymuşdu.Bilirlər ki. Anam belə işlərdən baş aça bilmir.Mən qaz təttimizi açıb həyətə gəlmək istəyəndə gördüm ki, küçənin o başından qızı ilə gələn Çiçək məni səsləyir.Dayanıb onu gözlədim.Tələsik mənə yaxınlaşıb anamdan şikayətlənməyə başladı.
–Daha ananıza baxmayacağam.(Guya ki, anama nə isə böyük bir iş görmüşdü.)Mən ona öz anam kimi baxırdım.O isə mənə deyir ki, pulumu sən oğurlamışam.Yaxşı deyil , camaat eşidər,birdən inanarlar .Onda mən nə edəcəm?
Mən onu dinlədim və dedim:
–Ay Çiçək anam pulu itəndə elə mənə də deyir ki, pulimi sən götürmüsən.Bu onun xasiyyətidir.Mən ona nə deyim?
-Hər halda tapşırın.Deməsin ki, pulunu mən oğurlamışam.Siz desəz eşidər.
Evə gəldim.Qaz gəlirdi. Yemək hazırladım.Bir azdan anam da gəldi.O gec gəldiyimi görüb dalımca yollanmışdı.Anam üçün də yemək qoydum.Onun üzündə bir neçə aydan bəri görmədiyim bir sakitlik və rahatlıq var idi.O diqqətlə ,sakit-sakit mənə baxıb , soruşdu:
–Çiçək sənə nə deyilrdi?
_Çiçək bildirdi ki,sən pulunun onun oğurladığını deyirsən.Yaxşı deyil.Sənə tapşırım ki , belə deməyəsən .O pul oğurlamayıb.Yəqin sən özün pulunu evdə harasa qoymusan,yadından çıxıb.Odur ki, səhfən Çiçəyi ittiham edirsən.
Anam fikrə getdi.Sonra asta-asta dedi:
–Oğru tapıldı, bala.Oğru Çiçək özüdür.Bu qədər vaxtda pullarımı oğurlayan o imiş.Özünü canıyanan , qayğıkeş göstərməklə şübhəni özündən uzaqlaşdırırmış.
Hadisə belə olmuşdu.Mən gedəndən sonra Çiçək anamın təqaüd aldığını bilərək onun yanına gəlib.Nə kömək lazım olması ilə maraqlanıb.Əslindəsə məqsədi bu dəfə da anamın pullarını oğurlayıb qaçmaq idi.Anamın ayağına yod çəkib.Deyib uzansın,dincəlsin.Özü isə içəri evə girib.Guya evi təmizləyirmiş.Bir az sonra çıxıb və tələsik getmək istəyiub.Mənim sözlərim anamın yadına düşüb.Anam Çiçəyin qəfil getməyindən şübhələnib.Mən ona tapşırmışdım –“Çiçəyə göz qoy” Anam da Çiçək çıxan kimi tez içəri evə keçib.Pulu gizlətdiyi yeri yoxlayıb.Pul yerində yox idi.Bu anamın bir aylıq təqaüdü idi.Çörək pulu idi.Gözünü dikdiyi çörək pulu idi.Onu da Çiçək hər dəfə gəlib xəlvəti oğurlayıb xərcləyirdi.Bu dəfə də belə etmişdi.Anam isə pulsuz qalırdı,ondan-bundan borc alırdı.Utandığından pulun oğurlanmasını mənə bildirmirdi.Çünkü mən ona hər dəfə tapşırırdım ki, Çiçək etibarlı adama oxşamır.O isə mənim sözümə məhəl qoymurdu.
Pulun yerində olmadığını görən anam tələsik,qışqıra-qışqıra Çiçəyin dalınca qaçır.Qapının ağzında onu yaxalayır.Qışqıra-qışqıra pulları verməsini tələb edir.Çiçək pulların onda olmamasını desədə anam əl çəkmir.Onun yaxasını-başını axtarır.Anam 300 manat pulunu Çiçəyin sinəsinin altından çıxarır.Onu həyətdən çıxararaq, bir də bu evə gəlməməsini tapşırır.İndi anam daha rahat olub.Çünkü kömək etmək adı ilə, bizim əzab-əziyyətimizə səbəb olan insanları qovmaqla həyatımızı xilas etmiş oluruq.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə YAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!