“PALİTRA”NIN YAY SOVQATI

“PALİTRA”NIN YAY SOVQATI
(Peportaj)

Avqust ayının sonuncu bazar günü (2708.2023) “Palitra” Ədəbi Klubu mingəçevirli yazarlara növbəti dəfə qucaq açır. Hamıdan qabaq AYB Mingəçevir bölməsinə qədəm qoyan şair Namiq Zaman bölmə rəhbərinin “müşaviri” Rəşid Rəsulovun armudu stəkanda qarşısına qoyulan ətirli kəkotu çayı ilə “mükafatlandırılır”. Az sonra yazarlardan Bəsti Bərdəli, Mehman Rəsulov, Məmməd Mərzili, Ağabala Salahlı, Mahir Musa, Dağbəyi Elbəyi, Eyyub Cabbaroğlu…yazarların yaxın dostu, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı da gəlib çıxırlar. Tanınmış şair Elşən Əzimin gəlişi isə bu dəfə hamı tərəfindən təbəssümlə qarşılanır. Bölmə rəhbəri onun çöhrəsindəki dağ adamlarına məxsus qızartıya işarə ilə: “Bilirdim Kəlbəcərdə,-ata yurdundasan, səfərin necə keçdi, dağlar səni tanıdımı?”-deyib onun əlini sıxır. Namiq Zaman zarafatından qalmır: “Kəlbəcər dağlarının ab-havası Elşən müəllimin çöhrəsindən hiss olunur. Sağ əlin başımıza, yurd vüsalı köçkün yazarlarımızın hamısına qismət olsun! Dağlardan kəkotu, İstisudan bulaq suyu gətirməyə macalın olmasa da, yəqin ki bir həftəlik dən ürəyi dolu gəlmisən!..”
Bölmə rəhbəri kitab rəfinin aşağı cərgəsindəki bir kağız bükülüsündən əntiq bir külqabı və alışqan çıxarıb Elşən Əzimə təqdim edir: “Əsil dosta bağışlanası hədiyyədir. Ancaq mənim kimi siqareti-siqaretin oduna calama ha… Hərdən canına yazığın da gəlsin!..

Söz məclisi başlar-başlamaz hüquqşünas-şair Bəhman Gülövşəli, onun ardınca cavan yazarlarımızdan ikisi,- Elçin Məhərrəmli və Nicat Hunalp da gəlib öz yerlərini tuturlar. Bölmə rəhbəri, yazarlara söz verməzdən qabaq növbəti ayda keçirilməsi nəzərdə tutulan bir sıra işlər barədə məlumat verir: “Şəhər İcra Hakimiyyəti başçısının vəd etdiyi kimi, İnşallah, sentyabr ayının sonuncu ongünlüyündə “Heydər Əliyev-100”-devizi ilə cari ilin aprel ayında keçirilmiş iki nominasiyalı müsabiqənin qalibləri mükafatlandırılacaq, elə bu istəklə də poeziya gecəsi düzənlənəcəkdir. Unudulmaz şair dostumuz Fəxrəddin Əzizin xatirəsinə həsr ediləcək sözlü-nəğməli gecənin keçirilməsini də nəzərdə tutmuşuq. Ola bilsin ki arada mənim bu yaxınlarda işıq üzü görmüş “Ömür muncuq düzümüdür” və “Hər çəməndən bir çiçək” (uşaqlar üçün) adlı kitablarımın təqdimat mərasiminə də qatılacaqsınız…
Həmkarlarının təbirincə desək, yazarların “böyük Qağası”nın məlumat xarakterli çıxışından sonra yazarlar növbə ilə şeirlərini oxuyurlar. Əvvəlcə Bəsti Bərdəli üç yeni şeiri ilə həmişə olduğu kimi hamını məftun etməyi bacarır.
Bəsti xanımın bikef olduğunu hiss edən bölmə rəhbəri onun könlünü almağı unutmur: “Bilirik, əvvəlki telefonun taksi maşınlarının birində qalsa da, o namərd sürücü kimdisə, onu yerli-dibli danıb. Yaramaz səni xeyli xərcə salsa da, keyfini pozma, ancaq bundan sonra diqqətli ol ki bir də nəyinisə salıb itirməyəsən. Keçmiş olsun, Bəsti abla!..
Növbə gənc şair-dramaturq, yerli teatrda ədəbi hissə müdiri işləyən Elçin Məhərrəmliyə çatanda, bölmə rəhbəri deyir: “Dostlar, gəlin cavan yazar dostumuzu birlikdə təbrik edək. Elçin bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Elçin, üzvlük vəsinqən üstündədirsə, onu nümayiş etdir və sonra şeirlərini oxu!” Elçin deyilən kimi də edir və həmkarlarının xeyir-dualarını məmnunluq hissiylə dinləyir və elə bu ovqatla da şeirlərini oxuyur.
Yazarlardan Ağabala Salahlı, Bəhman Gülövşəli, Məmməd Mərzili, Bəhman Gülövşəli, Namiq Zaman, Mahir Musa, Dağbəyi Elbəyi, Nicat Hunalp, Elşən Əzim də oxuduqları şeirləri ilə məclisə çeşidli ab-hava, əlvan poetik notlar qatırlar. Uzun illər boyu partiya və icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrdə çalışan, hal-hazırda isə şəhər Əmək Veteranları Şurasında əmək fəaliyyətini davan etdirən, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı, Mingəçevir Dövlət Unuversitetinin dosenti Mehman Rəsulov və veteran müəllim Rəşid Rəsulov oxunmuş yazılara münasibət bildirir, bölmənin səmərəli fəaliyyəti naminə təkliflərini söyləyir və yazarlara uğurlar arzulayırlar. “Palitra”nın söz məclisi bölmə rəhbəri İsmayıl İmanzadənin qiraətində səslənən iki yeni şeiri ilə sonuclanır. Əvvəllər olduğu kimi bu dəfə də yazarlar özləri demişkən Mingəçevirdəki söz məbədini sevinc hissi ilə tərk edirlər.

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MİNGƏÇEVİR BÖLMƏSİ

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

     

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir