Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ yorğanında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam borcumdur yoxlayım səni, Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!
Bu gün 44 günlük müharibənin qəhrəmanlarından biri olan, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Ağdam rayonunun Yusifcanlı kəndinin ziyalı ailələrindən Səfərovların nümayəndəsi Baş Leytenant Səfərov Hikmət ad günündə Bakı şəhəri – II Fəxri Xiyabanda yerləşən məzarı başında anılmışdır. Şəhidin adına dualar oxunmuş, Xətai rayon İcra hakimiyyəti, Ağdam rayon İcra Hakimiyyəti, Yusifcanlı kənd Ərazi nümayəndəliyi, doğmaları, yaxınları tərəfindən əklillər və gül-çiçək dəstələri qoyulmuşdur.
QISA ARAYIŞ
Şəhid Baş leytenant Səfərov Hikmət İldırım oğluhaqqında
11 iyul 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuş ehtiyatda olan Baş leytenant Səfərov Hikmət İldırım oğlu könüllü qeydiyyatdan keçərək elan olunmuş səfərbərliklə orduya çağrılmış və ilk gündən döyüşlərə qatılmışdır. Suqovuşan uğrunda gedən döyüşlərdə 10 oktyabr 2020-ci ildə ağır yaralanmış uzun müddət komada qaldıqdan sonra 8 dekabr 2020 – ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 9 dekabr 2020- ci ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, medalları ilə təltif olunub. Ailəli idi. İki oğlu yadigar qalıb. Allah Rəhmət eləsin. Ruhu şad olsun. Amin.
HACI VAHİD ÇƏMƏNLİNİN “MƏN EŞQ ATƏŞİYƏM” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB – bu münasibətlə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Uğurlarınız bol olsun, Vahid müəllim!
QISA ARAYIŞ
Hacı Vahid Çəmənli – Vahid Valeh oğlu Qasımov 27 iyun 1965 – ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. AYB – nin üzvüdür. “Dəli Çəmənli”, “Nə ömürdü yaşadım”, “Hər şey yaxşıya doğru”, “Bu yay da belə keçdi” … kitablarının müəllifidir. “Mən eşq atəşiyəm” adlı haqqında söhbət açdığımız bu kitab şairin özündən əvvəlki kitablarından hər cəhətdən fərqlənir.
Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ yorğanında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağ çiçəyim! * * * Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam borcumdur yoxlayım səni, Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!
Tarix yaşadacaq həmişə sizi, Şəhidlər ölməz,Vətən bölünməz. Müqəddəs tutacaq şəhidimizi, İgidlik yaşayar,igidlik ölməz, Şəhidlər ölməz,Vətən bölünməz. * * * Qanınızla yazdız siz adınızı, Vətən deyib tökdünüz qanınızı, Verdiz Vətən üçün son damlanızı, İgidlik yaşayar,igidlik ölməz, Şəhidlər ölməz,Vətən bölünməz. * * * Siz ellər oğlusuz,elin qurbanı, Qazandız müqəddəs şəhid adını, Lərziyə gətirdiz,dağı qayanı, İgidlik yaşayar,igidlik ölməz, Şəhidlər ölməz,Vətən bölünməz.
MƏNİM BAYRAĞIM
Yellən üç rəngli bayraq Vətənimin üstündə. Qoy düşmənlər kor olsun bayrağımı görəndə. And yeri olmusunuz mənim odlar elimdə, Elin qeyrət rəmzısız,gülüstan vətənimdə. Qoy düşmənlər kor olsun bayrağımı görəndə. * * * Mehridə uzaqlardan sənə baxsın fəxr etsin. Türk bayrağı səninlə səmaları hey dəlsin. Simvolusan yurdumun,qoy bunu ellər bilsin, Qalxsın bütün dünyada hey calınsın təbildə, Qoy düşmənlər kor olsun bayrağımı görəndə.
Sevgi dolu bir dünyamsan ay Vətən
Ana deyib torpağına sarıldım, Sevgi dolu bir dünyasan ay Vətən. Qucağında illər ötdü boy atdım, İlhamı vüqarımı aldım səndən, Sevgi dolu bir dünyasan ay Vətən. * * * Üç rəngli bayrağın and yerim oldu, İgidlər yolunda müntəzəm durdu, Ordum düşmənlərin gözünü oydu. İlhamı vüqarımı aldım səndən, Sevgi dolu bir dünyasan ay Vətən.
Mehri deyər ölüm haqdı yolunda, Neçə şəhid uyuyub torpağında, Bir əsgərəm məndə cəbhə boyunda. İlhamı vüqarımı aldım səndən, Sevgi dolu bir dünyasan ay vətən.
LAÇIN QARTALI ( Vətənin qəhrəman övladı Əsədov Toğrul Xankişi oğlunun şərəfinə itahv edirəm) Dağlara səs saldın, deyib gəlirəm, Elin şah vüqarı,Laçın Qartalı. Qəlbin yaralıydı yaxşı bilirəm, Dağlara şığadın Laçın övladı, Elin şah vüqarı,Laçın Qartalı. * * * Dolama yollardan zəfərlə keçdin, Dağlar bulağından sulardan içdin, Zəfər bayrağıyla elinə girdin, Dağlara şığadın Laçın övladı, Elin şah vüqarı,Laçın Qartalı. * * * Mehri heyran oldu şah vüqarına, Zəfərlə sən çatdın arzularına, Sən müjdə gətirdin öz torpağına, Dağlara şığadın Laçın övladı, Elin şah vüqarı,Laçın Qartalı.
Ağaran saçına mən qurban ana
Uca dağlar kimi ağarıb başın, Ağaran saçına mən qurban ana. Yaman qocalmısan artıbdı yaşın, Səni oxşayaram mən yana-yana, Ağaran saçına mən qurban ana. * * * Yaman tövşüyürsən yeriyəndə sən, İstərəm əlində əsa olam mən, Sinəndə yaradı bilirəm vətən. Mən qurban olaram ana adına, Ağaran saçına mən qurban ana. * * * Yanağına düşən yaşın olaydım, Ağaran saçına həna qoyaydım, Mehrinəm səninlə bir qocalaydım. Necə məlhəm qoyum sənin yarana, Ağaran saçına mən qurban ana.
Necə ağır oldü sizə bu ölüm. Yad torpağa əli açıq getdiniz. Qalmadı sizlərdə artıq bir dözüm. Fələk gəldi can vermək istəmədiz. Yad torpağa əli açıq getdiniz. * * * Arzu muradınız ürəkdə qaldı. Sizi qərib torpaq qoynuna aldı. Gedəndə gözünüz dağlara baxdı. Fələk gəldi can vermək istəmədiz. Yad torpağa əli açıq getdiniz. * * * Mehri deyər ürəklərdə dərd yatır. Neçə mələk neçə şəhid aparır. Bu həsrətdə məni yaman yandırır. Fələk gəldi can vermək istəmədiz. Yad torpağa əli açıq getdiniz.
DÜNYANI SEVDİRDİN MƏNƏ,SƏN GÜLÜM
Mən səndən öyrəndim haqqın yolunu, Dunyanı sevdirdin mənə,sən gülüm. Qəlbimdə yandırdın sevgi odunu, Dunyanı sevdirdin mənə,sən gülüm. * * * Sənin yollarınla bir oldu yolum, Haqq olub haqq yolun,mən səndə duydum. Nahaqq insanları yollarda qoydum, Dunyanı sevdirdin mənə,sən gülüm. * * * Sevgiylə doldurdun Mehri dünyasın, Tutdun qənşərimə həyat aynasın. Qurdum gül bağçamda sevgi qalasın, Dunyanı sevdirdin mənə,sən gülüm. Müəllif:Mehri AĞDAMLI (ƏLİYEVA)
VƏTƏN DAŞI “Yaşıl”ına yaşıl qatan, Dizi yaşıl oğullar var! “Göy”ün açıq olsun deyə, Göydən buludu qovdular! * * * “Qırmızı”na qanın qatan, Gözü yaşlı analar var! Sən beləcə dik dur deyə, Belini bükdü atalar! * * * Haqqın yoxdur; nə solmağa, Əyilməyə Vətən daşı! Vətənimin sözüsən sən, Yadelliyə Vətən daşı! 29.06.2022.- Bakı.
Salam olsun! İlk öncə onu xatırladım ki, bu mənim artıq Vahid Çəmənlinin söz dünyasına ikinci belə səyahətimdir. Eyni zamanda demək olar ki, artıq uzun illərdir hər gün olmasa da ən azı həftədə bir-birimizin yeni bir şeirini, yazısını oxuyuruq. Hacı Vahidin “Bu yay da belə keçdi” kitabı haqqında yazdığım yazını (02.08.2018. Ön söz.) əbəs yerə xatırlatmadım. Həmən yazını “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” belə bir arzu, istək, Böyük Allahdan təvəqqe ilə yekunlaşdırmışdım. Biz gec-tez bu arzuların reallaşacağına inanırdıq. Bizi yaşadan elə bu ümid dolu həyata, dünyaya baxış idi. Bütün bu hiss-həyacanın təsirləri də qələmimizə yansıyır, bizi gah kövrəldir, gah da sevindirirdi…
QISA ARAYIŞ
Hacı Vahid Çəmənli – Vahid Valeh oğlu Qasımov 27 iyun 1965 – ci ildə Azərbaycan Respublikası, Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. “Dəli Çəmənli”, “Nə ömürdü yaşadım”, “Hər şey yaxşıya doğru”, “Bu yay da belə keçdi” … kitablarının müəllifidir. “Mən eşq atəşiyəm” adlı haqqında söhbət açdığımız bu kitab şairin özündən əvvəlki kitablarından hər cəhətdən fərqlənir.
Qeyd etdiyim kimi şairin “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə yazmışdım. Artıq üstündən zaman baxımından üç ilə yaxın vaxt keçib. Bu 3 il tarix səhnəsində qısa zaman kəsiyi olsa da, ötən vaxt ərzində çox böyük dəyişikliklər baş verdi. Ozan dili yüyürək olar deyirlər. Arzularımız çin, niyyətlərimiz hasil oldu… Şairin söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutdu. Çiçək açdı. Bar verdi… Uzun illər Vətən, doğma yurd həsrəti ilə qovrulan, nisgilini, arzusunu ağ kağızlara köçürüb kitab edərək “Bu yaz da gələ bilmədik”, “Bu yaya da belə keçdi” deyən, yazan Hacı Vahid Çəmənli nəhayət “Biz gəlirik” barədə düşünməyə başladı… Onun söz bağçasına nəhayət Bahar gəldi. Bu baharın gəlişi Miladi ilə qanlı-qadalı 2020 (2+2=4, ölüm + ölüm = zəfər) – dən sonra, 2021-ci ilə təsadüf etdi. Hansı ki, hal-hazırda bu keşməkeşli mövsümü yaşayırıq…
Belə bir dövrdə Hacı Vahid yeni bir kitabla oxucuların görüşünə tələsir. Əvvəlki kitablarda zəmanədən şikayətçi olan şair bu dəfə yeni kitabını şövqlə “Mən eşq atəşiyəm” deyə adlandırıb. Elə oxucu ilə ilk qarşılaşmasındaca inamla;
Bu, eşq atəşidir, sönən yeri yox, Ayrılan yolların dönən yeri yox. Elə öyrənmişəm mavi göylərə, Ruhumun torpağa enən yeri yox…
deyən şair şanlı zəfərdən ruhlandığını, bihuş olub mavi səmanın ənginliklərinə daldığını, nə olur-olsun bir daha enməyəcəyini vurğulayır.
Və ya
Gəldin, yenə gördük gülər üzünü, Əlləri xonçalı, gözü nəm Bahar. Qocaman yurdumun övladlarını Tonqalın başında etdin cəm Bahar.
həmən ardınca, demək olar ki, büllür çil-çıraqlı göz qamaşdıran söz sarayının elə dəhlizindəcə şəhidlərimizin qanı bahasına əldə olunmuş qələbəni xatırladır… Bu bahardakı birliyi, vəhdəti tərənnüm edir.
Həqiqətən həddindən artıq sevincək görünən şair elə dəhlizdəcə ürəyini boşaltmaq, dilində nə var demək acələsi ilə;
Gəlişin çox ağır zamana düşdü, Ömrümüz naqafil dumana düşdü. Vahidin ürəyi gümana düşdü, Sevinci bir azca oldu kəm, Bahar!..
sanki, “Bu yay da belə keçdi” kitabı haqqında 2018-ci ildə bəndəniz tərəfindən qeyd olunmuş “…bu xəmir hələ çox su aparacaq…” fikrini xatırlayır və bu fikri oxucusu ilə bölüşməyə tələsir. Təəssüf hissi keçirir.
Ancaq,
Vahid, sözlərini nizama düz çək, Tikanın üstündə bitsin gül-çiçək… Ayıq ol, deməsin hər ağzıgöyçək, Şirini qatırsan şora yazırsan.
qeydi ilə söhbətinə çəki-düzən verən şair, ağır təbəddülatlı günləri, qapalı karantin günlərini, dost-tanışı bir-bir yada salıb xatırlayır. Gələcəyin ümidverici olduğuna, ən azından bu ilin bu gününün ötən ilin bu gönündən çox fərqləndiyini inamla, qürurla, fəxrlə oxucu ilə bölüşür. Hardasa qəlbin bir küncündə azacıq kədər gizlənsə də şairin gələcəyə ümidi böyükdür. Burada onu da qeyd etmək istəyirəm ki, Hacı Vahid Çəmənli sözünü bu imid işartısı, gələcəyə inam heç vaxt tərk etməyib. Məsələn hələ onunillər əvvəl işıq üzü görmüş kitablarından biri yuxarıda qeyd etdiyim kimi “Hər şey yaxşıya doğru” adlanır. Vahid Çəımənli yaradıcılığı həmişə (ən azı mən tanış olandan) haqqa söykənib, gələcəyə ümidlə baxıb. İndi isə demək olar ki, şair sevincinin pik nöqtəsindədir;
Mən bir od parçası, Sən bir ovuc su, Töküldün üstümə, cızdağım çıxdı. Olanım, qalanım bir can qorxusu, O da sönüb getdi, gözdağım çıxdı.
İçi boş olanda güyüm səs edər, Ürək güyüm deyil səs sala, gülüm. Odu söndürməyə suyun bəs edər, Qorxmursan, ürəyin boşala, gülüm?
Soyuq ilan kimi sarılar sənə, Qalan təpərin də candan tez çıxar… Mən eşq atəşiyəm,- Sönsəm də, yenə Külümün altından təzə köz çıxar.
deyən şair, artıq bütün çətinliklərin, ağrı-acının arxada qaldığına inanır və bunu oxucusuna çatdırmağa, onu da inandırmağa çalışır.
Bu kitabda toplanmış şeirlər də Hacı Vahid Çəmənli yaradıcılığına xas olan hər yerdən, hər şeydən söhbət açmaq xüsusiyyəti ilə yükümlü olsa da, artıq hiss olunr ki, söhbətin mövzusunun nə olmasından asılı olmayaraq şair hər dəfə keçənə şükür edir, gələcəyə isə ümidlə baxır. Ürəyində sönməyən eşq atəşi olan şair yazıb-yaratmaq eşqi ilə yanıb, tutuşur. Dilinə gətirmək istəmədiyi kiçicik bir incikliyi, narazılığı qəlbinin dərinliklərinə gömərək, sanki belə bir şey yoxmuş tək davranır. Uğurdan, xoş gələcəkdən söhbət açır.
Söhbətimin əvvəlində qeyd etdiyim kimi, Hacı Vahid Çəmənli özü də, sözü də mənə yaxın, doğma olan bir şəxsdir. Yəni sözün əsl mənasında bu kişini filan vaxtdan tanıyıram demək mümmkün deyil. Biz elə bir-birimizi söz yaranandan tanımışq ki, bunu da hər hansı bir zaman, məkan çərçivəsində məhdudlaşdırmaq mümkün deyil.
Qələm dostum, söz sirdaşım Hacı Vahid Çəmənliyə özünün arzuladığı, şeirlərində vəsf edib oxucusuna təlqin etdiyi o xoş günləri görməyi arzu edirəm. Hacı, yuxarıda qeyd etdiyim məlum yazının sonunda “… Sənin bu söz ağacının ən hündür budağının lap ucunda bir zəfər nəğməsinin tumurcuğu tutsun, İnşəAllah…” deyə arzu etdik, niyyət tutduq çin çıxdı. İnşəAllah bu çiçəklər bar tutar, barın dərərsən, bizlərlə bölüşərsən! İnşəAllah. Uğurlarınız bol olsun!!!
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir və sizləri əsl söz ziyafətinə dəvət edirəm. Hacı Vahid Çəmənlinin “Mən eşq atəşiyəm” deyə adlandırığı ziyafətə.
(Zaur Ustac şanlı zəfərdən sonra Dağlara) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
Azərbaycanın Milli Qəhrəmanı, Şəhid polkovnik İlqar Mirzəyev.
İLQAR
(İlqar Mirzəyevin əziz xatirəsinə)
Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı ş.