Etiket arxivi: Azərbaycan Milli Kitabxanası

Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon Milli Kitabxananın qonağı olub

Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon Milli Kitabxananın qonağı olub

24 aprel tarixində Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon və Kolumbiyanın Azərbaycandakı konsulu və mədəniyyət işləri üzrə məsul şəxs cənab Andres Felipe Giraldo Lopez Azərbaycan Milli Kitabxanasının qonağı olublar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.

Qonaqları salamlayan direktor Azərbaycanın Kolumbiya Respublikası ilə yaxın, dost münasibətdə olduğunu bildirərək, Milli Kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycan Milli Kitabxanasının dünyanın 65 Milli Kitabxanası ilə qarşılıqlı əmakdaşlıq haqqında memorandum imzaladığını, 90-dan artıq ölkə ilə kitab mübadiləsi apardığını, Kolumbiya Milli Kitabxanası ilə isə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun 2023-cü ildə imzalandığını bildirib.

Görüş zamanı direktor hər iki ölkənin Milli Kitabxanalarında milli Ədəbiyyat bölmələrinin açılmasının vacibliyi məsələsini xüsusi vurğulayaraq bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Kitab sərgisi zamanı Azərbaycan Milli Kitabxanasında Kolumbiya ədəbiyyatı guşəsinin təşkilini məqsədəmüvafiq hesab edib.

Səfir Nelsi Rakel Munar Xaramiyon səmimi qəbula görə təşəkkür edərək Kolumbiya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əlaqələrin, eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində öz dəstəyini göstərəcəyini bildirib. O, Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirərək gələn ilin aprelində Kolumbiya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açılmasına lazımi dəstək verəcəyini söyləmişdir.

Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub.

Direktor prof. Kərim Tahirov qonağa “İrs” nəşriyyat evinin çap etdiyi “Tükənməz xəzinə” kitabını və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və Azərbaycanın xəritəsini hədiyyə edib.

Sonda xatirə şəkli çəkilib:

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aliyə Sagimbayeva Milli Kitabxananın qonağı olub

Aliyə Sagimbayeva Milli Kitabxananın qonağı olub

22 aprel tarixində Qazaxıstan Respublikasının Astana şəhərində yerləşən “Atamnın amanatı-atalar əhdi” İctimai Birliyinin nümayəndəsi Aliyə Sagimbayeva Milli Kitabxananın qonağı olub.

Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılayıb. Qazaxıstan Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanasının əlaqələrindən bəhs edən direktor kitabxanalar arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmasından, “Ədəbiyyat guşə”lərinin açılışından söhbət açıb.

“Atamnın amanatı-atalar əhdi” İctimai Birliyinin nümayəndəsi Aliyə Sagimbayeva “Хикметы” Часть I: 1-85 хикметы, Приключения Бату и его друзей в поисках Золотой чаши, Приключения Бату и его друзей в звездной стране Айдала, Приключения Бату и его друзей в стране Барсакелмес adlı kitabları Milli Kitabxananın fonduna bağışlamışdır.

https://www.millikitabxana.az/news/atamnin-amanati-atalar-ehdi

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib

Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib

22 aprel 2026-cı il tarixində Milli Kitabxanada Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın yeni nəşr olunan “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbir iştirakçılarını salamlayıb, akademik Kamal Abdullanın Azərbaycan filologiyasının, əsasən də qorqudşünaslığın, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafındakı mühüm xidmətlərindən, Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən nadir incilərdən olan “Kitabi-Dədə Qorqud” eposunun görkəmli yazıçı, alim Kamal Abdullanın istər bədii, istərsə də elmi yaradıcılığında tutduğu mühüm yerdən danışıb, müzakirə və təqdimatı keçirilən kitabın Azərbaycan Yazıçılar Birliyi tərəfindən Azərbaycanın Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına bu ilin ədəbiyyat sahəsində dövlət mükafatına təqdim edildiyini diqqətə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan xalqının “ana kitabı” və milli kimlik rəmzi kimi dəyərləndirərək, onun öyrənilməsi və təbliğinə böyük önəm verdiyini vurğulayan direktor kitabın 1991-ci ildə ilk dəfə Bakıda, 1994-cü ildə Türkiyənin Bursa va İstanbul şəhərlərində ayrı-ayrı tərcümələrdə türkcə nəșr edildiyini, 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş yeni nəşrinin “Sirriçində dastan va yaxud gizli Dədə Qorqud-2” adı ilə, 2009-cu ildə isə yenidən işlənmiş və təkmilləşdirilmiş nəșrinin rus dilində çap olunduğunu, yeni bölmələrin əlavə olunduğu “Mifdən Yazıya va yaxud Gizli Dədə Qorqud” adlı tədqiqatın yenə də 2009-cu ildə Bakıda işıq üzü gördüyünü vurğulayaraq hazırda təqdim edilən kitabın bütün əvvəlki nəşrlərin labüd ümumiləşdirici variantı olmaqla yanaşı, bir sıra yeni fəsillər, bölmələr, əlavələrlə təkmilləşdirildiyini, əsər vasitəsilə oxucunun “Kitabi-Dədə Qorqud” mətninin dərin və gizli qatlarına nüfuz etmək, bu qatlardakı mənaların aşkar qata təsir və əlaqəsini müşahidə etmək imkanına malik olduğunu diqqətə çatdırıb.

Xalq şairi Sabir Rüstəmxanlı akademik Kamal Abdullanı böyük alim, böyük yazıçı adlandıraraq kitabı sanballı tədqiqat əsəri hesab etdiyini, kitabda dünya mifologiyası ilə müqayisələrin çox dərin elmi, bir az da poetik şəkildə təhlil edildiyini söyləyərək bu kitaba Dövlət mükafatının verilməsini bütövlükdə Dədə Qorqud adına, dastanına, Dədə Qorqud aliliyinə veriləcəyini bildirib.

Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova əsəri böyük qazax yazıçısı Oljas Süleymenovun “Az-Ya” əsəri ilə müqayisə edərək bu iki dahiyanə yazılmış əsərlər arasında paralellər aparmış akademik Kamal Abdullanın Dədə Qorqud mövzusuna sadiqliyindən danışıb, onun böyük ədəbi ənənələrin daşıyıcısı kimi dövlət mükafatına tam layiq olduğunu bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə nazirliyin dil və ədəbiyyat sahəsində olan bütün mütərəqqi addımları dəstəklədiyini diqqətə çatdıraraq akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabının Dövlət mükafatına təqdim olunmasını alqışladığını diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu Kamal Abdullanı unikal və ensiklopedik zəkaya malik alim və yazıçı adlandırıb, onun “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında” kitabından qaynaqlanan həm bədii, həm də elmi yaradıcılığı haqqında danışıb.

Milli Məclisin üzvü, yazıçı Aqil Abbas Kamal Abdullanın Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayıldığını söyləyib, təqdim edilən əsərin dövlət mükafatına tamamilə layiq olduğunu vurğulayıb.

Xalq şairi Vahid Əziz Kamal Abdullanın yaradıcılığında Azərbaycan ədəbi varlığının mükəmməl təhlil edildiyini, bu fundamental tədqiqatın müxtəlif rakurslardan öyrənilməsinin vacibliyini bildirib, kitabın Dövlət mükafatına tamamilə layiq olduğunu xüsusilə qeyd edib.

Akademik Muxtar Kazımoğlu-İmanov Kamal Abdullanın hələ gənc yaşlarından Dədə Qorqud mövzusu ilə Musa Adilovun rəhbərliyi ilə məşğul olduğunu qeyd edib, “Kitabi-dədə Qorqud” dastanının poetikasına giriş”, “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı”, “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabları, “Beyrəyin taleyi” dramı və digər əsərlərinin adlarını çəkib, onun Azərbaycan postmodernizminin banisi hesab edildiyini, ən müasir və ən arxaik mədəniyyət sirlərinə baş vuran yazıçı olduğunu vurğulayıb. Natiq alim və yazıçının əsərləri ilə Dədə Qorqudun fəlsəfəsini açdığını, Azərbaycan və yunan mifologiyalarını müqayisəli tədqiq və təhlil etdiyini, aparılan müqayisələrin oğuzların ana kitabının dünya mədəniyyət inciləri sırasında necə bir mötəbər yer tutduğunu ortaya qoyduğunu qeyd edib və kitabın Dövlət mükafatına layiq olduğunu söyləyib.

Tədbirin davamında Mətbuat Şurasının sədri Rəşad Məcid, ADPU-nin Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova, ADPU-nin professoru Təyyar Cavadov, ADPU Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri prof. Elman Quliyev, ADU-nin prorektoru prof. Həmidə Əliyeva akademik Kamal Abdullanın fundamental düşüncə sərgilədiyi çoxsaylı sanballı əsərləri haqqında, həmçinin müzakirə və təqdimatı keçirilən kitabın orijinallığı barədə danışaraq həmin əsərin Dövlət mükafatı almağa ən layiqli əsər olduğunu bildiriblər. Fotolar:


https://www.millikitabxana.az/news/gizli-dede-qorqud-yeni-menalar-axtarishinda

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxanada “18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü”

Milli Kitabxanada “18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü” virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18 aprel 2026-cı il tarixində Milli Kitabxanada tarixi abidələrin qorunması, xalqın yaddaşının, milli kimliyinin və mədəni irsinin təbliği, həmçinin onların gələcək nəsillərə ötürülməsi məqsədilə “18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü”nə həsr olunmuş virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə müxtəlif əsrlərə və dövrlərə aid tarixi abidələr, memarlıq nümunələri, eləcə də ermənilərin yaşamış olduqları ərazilərdə Azərbaycanın dağıntılara və saxtalaşdırmalara məruz qalmış, məhv edilmiş, adları dəyişdirilmiş və mənimsənilmiş abidələri haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş ədəbiyyatlar, tədqiqat işləri, dövri mətbuatda çap edilmiş məqalələr və digər materiallar nümayiş etdirilir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər aşağıdakı link vasitəsilə daxil ola bilərlər:
https://anl.az/el/vsb/Tarixi_Abidelerin_Muhafizesi_Gunu/index.htm

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi tarixi-mədəni irsin qorunmasının əhəmiyyətini diqqətə çatdırmaq, abidələrin bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətləri təşviq etməkdir. Bu münasibətlə dünyanın demək olar ki, bütün ölkələrində tarixi abidələrin qorunması, onların bərpası və turizm məqsədilə istifadəsi istiqamətində geniş tədbirlər həyata keçirilir.

Azərbaycanda tarixi abidələrin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tənzimlənir. Ölkə ərazisində yerləşən maddi-mədəni irs nümunələrinin uçotu və qeydiyyatı aparılır, abidələrin bərpası və konservasiyası üzrə layihələr hazırlanaraq həyata keçirilir.

Respublikamızda tarixi abidələrin qorunması üçün möhkəm hüquqi baza formalaşdırılıb. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi tarixi-mədəni irsin qorunması, abidələrin bərpası, mühafizə zonalarının dəqiqləşdirilməsi və şəhərlərin müasir, planlı inkişafı ilə onların tarixi simasının vəhdətinin təmin olunmasına yönəlmiş mühüm strateji addımdır. Dövlət proqramları vasitəsilə abidələrin bərpasına maliyyə dəstəyi göstərilir və bu sahədə yeni layihələr həyata keçirilir.

Azərbaycan zəngin tarixi və mədəni irsə malik ölkələrdən biridir. Ölkəmizdə yerləşən qədim şəhərlər, qalalar, məbədlər və digər memarlıq nümunələri milli sərvətimizdir. Tarixi abidələrin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Xaqani Şirvani: 900 illik ədəbi irs” və “Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvani”

Milli Kitabxana tərəfindən hazırlanmış “Xaqani Şirvani: 900 illik ədəbi irs” və “Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvani” adlı daycestlər onlayn rejimdə istifadəçilərə təqdim olunub

Bildiyimiz kimi, 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin və dünya şöhrətli memar, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyləri qeyd edilir.

Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nümayəndəsi dahi şair Xaqani Şirvani və möhtəşəm sənət əsərlərinin müəllifi olan Əcəmi Naxçıvaninin yubileylərinin qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb.

Milli Kitabxana tərəfindən “Xaqani Şirvani: 900 illik ədəbi irs” (https://anl.az/down/nesrler2026/04/Xaqani_Sirvani.pdf) və “Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvani (900 illiyinə həsr olunur)” (https://anl.az/down/nesrler2026/04/Ecemi_Naxcivani-900.pdf) adlı daycestlər hazırlanıb.

Daycestlərdə mövzu ilə bağlı 2024-2026-cı illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılıb.

https://www.millikitabxana.az/news/xaqani-shirvani-900-illik-edebi-irs-ve-azerbaycan-memarliginin-gorkemli-simasi-ecemi-naxchivani

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli – 110”

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli – 110” adlı kitab sərgisı istifadəçilərə təqdim olunub

16 aprel 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, milli musiqi irsimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan Qəmbər Hüseynlinin anadan olmasının 110 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli – 110” adlı kitab sərgisı istifadəçilərə təqdim olunub.

Ətraflı:https://www.millikitabxana.az/news/emekdar-incesenet-xadimi-qember-huseynli–110

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxanada “Kitabxanaşünas alim Elçin Əhmədov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Kitabxanaşünas alim Elçin Əhmədov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada görkəmli kitabxanaşünas alim, pedaqoq, pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədovun anadan olmasının 65 illik yubileyi münasibətilə “Kitabxanaşünas alim Elçin Əhmədov” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə alimin elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiyinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiyinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi haqqında rəsmi sənəd, müəllifi olduğu kitabxanaşünaslıq və informasiya elmlərinin nəzəri və təcrübi problemlərinin tədqiqinə dair monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan məqalələri, çoxsaylı fundamental elmi tədqiqatları, konfrans materialları, rəyçi və redaktoru olduğu kitablar, elmi fəaliyyəti haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Elcin_Ehmedov/index.htm linkindən istifadə edə bilərlər.

Elçin Yusif oğlu Əhmədov 1961-ci il aprelin 15-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Dərə kəndində anadan olub. O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsində təhsil alıb, 1989-cu ildə Moskvada Ümumittifaq Mədəniyyət İşçilərinin Təkmilləşmə İnstitutunda ixtisasartırma kursu keçib, 1994-1998-ci illərdə aspiranturada təhsilini davam etdirib. 2000-ci ildə “Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (tarixi inkişafı, müasir vəziyyəti və perspektivləri, 1901-1995)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, “Müstəqillik illərində uşaqlara və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb, eyni adlı monoqrafiyasını çap etdirib.

Əmək fəaliyyətinə 1979-cu ildə başlayan Elçin Əhmədov əvvəlcə Basarkeçər rayonunun Dərə kənd kitabxanasında müdir, 1988-1993-cü illərdə isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında baş metodist və metodik şöbənin müdiri vəzifələrində çalışıb.

1994-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərir və hazırda universitetin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent vəzifəsində fəaliyyətini davam etdirir.

Elçin Əhmədovun elmi fəaliyyəti kitabxanaşünaslığın ümumi metodologiyası, kitabxanaşünaslıq və informasiya elmlərinin nəzəri və təcrübi problemlərinin tədqiqinə yönəlib. Onun əsas araşdırma istiqamətləri Azərbaycanda uşaqlara və gənclərə kitabxana xidmətinin təşkili, kitabxanaşünaslığın elmi-fəlsəfi və pedaqoji əsaslarının öyrənilməsidir. Alim kitabxana xidmətinin tarixi inkişafını müasir tələblərlə əlaqələndirərək, bu sahədə modern yanaşmaların formalaşmasına töhfə verib.

Elçin Əhmədov “Kitabxanaşünaslığa və informasiya elmlərinə giriş”, “Dünya milli kitabxanaları”, “Azərbaycanda kitabxana işinin hüquqi təminatı” və digər fənləri tədris edir. O, eyni zamanda gənc tədqiqatçıların elmi rəhbəri olaraq doktorant, dissertant və magistrantların yetişməsində mühüm rol oynayır. Alimin elmi irsinə “Azərbaycanda kitabxana-informasiya işinin hüquqi bazası: Dərslik” (2012), “Uşaq və gənclərin kitabxana-informasiya təminatı: Monoqrafiya” (2016), “Dünya milli kitabxanaları:: Magistrantlar üçün dərs vəsaiti” (2008), “Multikulturalizm kitabxana-informasiya fəaliyyətində: Monoqrafiya” (2019) və s. əsərlər və 100-dən çox elmi məqalə daxildir. Onun elmi əsərləri əsasən “Kitabxanaşünaslıq və İnformasiya” jurnalı, müxtəlif ölkələrin yüksək indeksli elmi jurnallarında və digər ixtisas nəşrlərində dərc olunub.

Kitabxanaşünas alim Elçin Əhmədov elmi və pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Fəxri fərmanları ilə təltif olunub.

https://www.millikitabxana.az/news/kitabxanashunas-alim-elchin-ehmedov

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Milli Kitabxanasının ən qədim kitabı

Azərbaycan Milli Kitabxanasının ən qədim kitabı

Azərbaycan Milli Kitabxanasının ən qədim kitabı 1573-cü ilə aiddir. Latın dilində olan bu əsər Hollandiyada çap edilib. Bundan başqa, kitabxanada 1920-ci ilə qədər çap edilmiş 5 minə yaxın kitab saxlanılır. Məhz bu qədim eksponantlara görə turistlərin kitabxanaya marağı böyükdür.

Kitabaxanada saxlanılan ikinci ən qədim kitab isə 423 il əvvəl nəşr edilib. Almanca olan bu kitabda Osmanlı İmperyasından bəhs edilir.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəhərsalma və Memarlıq İli: tarixi irsdən dayanıqlı gələcəyə

Milli Kitabxana tərəfindən hazırlanmış “Şəhərsalma və Memarlıq İli: tarixi irsdən dayanıqlı gələcəyə” adlı metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edib. Bu sərəncam Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsinə verilən yüksək dəyərin və gələcəyə hesablanmış inkişaf strategiyasının ifadəsidir. Bu təşəbbüs həm müasir inkişafın, həm də milli-mədəni dəyərlərin qorunmasının birgə təmin olunması baxımından ölkəmiz üçün mühüm tarixi əhəmiyyət daşıyır.

İl ilə əlaqədar olaraq Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı kitabxanalarda keçiriləcək tədbirlərin planlaşdırılması, ideyaların sistemləşdirilməsi və yeni formatların təqdim olunması məqsədi daşıyır. Məqsəd yalnız memarlıq və şəhərsalma mövzularını təqdim etmək deyil, həm də bu sahələrin tarixi, mədəni və sosial əhəmiyyətini istifadəçilərə, xüsusilə gənclərə çatdırmaqdır.

Vəsaitdə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və bir sıra rəsmi sənədlər, bu tarixi hadisə ilə bağlı giriş məqaləsi və kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair metodik tövsiyələr verilib.

Metodik vəsait ilə https://anl.az/down/nesrler2026/sehersalma.pdf linkindən istifadə edərək tanış ola bilərsiniz.

https://www.millikitabxana.az/news/shehersalma-ve-memarliq-ili-tarixi-irsden-dayaniqli-geleceye

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Molla Nəsrəddin” dərgisi – 120

“Molla Nəsrəddin” dərgisi – 120

Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı, mətbuat və ədəbiyyatımızda məktəb yaratmış “Molla Nəsrəddin” dərgisinin nəşrə başlamasından 120 il ötür.

Görkəmli yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə ilə tanınmış maarif və mətbuat fədaisi Ömər Faiq Nemanzadənin birgə əsasını qoyduqları jurnal 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib.

Jurnalda şair və yazıçılardan M.Ə.Sabir, Ə.Qəmküsar, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, B.Abbaszadə, S.Mənsur, rəssamlar O.Şmerlinq Ə.Əzimzadə, İ.Rotter, H.Əliyev, Q.Qalıqov, İ.Axundov və başqaları fəaliyyət göstərib.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I