İlqar Fəhminin doğum günüdür

İlqar Fəhminin doğum günüdür

Bu gün sözə öz rəngini, qələmə öz nəfəsini verən, dəyərli şair, qəzəlxan, yazıçı və dramaturq İlqar Fəhminin doğum günüdür.
İlqar müəllim 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur. Şeirləri, qəzəlləri, nəsr və dramaturji əsərləri ilə ədəbiyyatımızda özünəməxsus yer tutub. Onun əsərləri səhnələşdirilib, ssenariləri ekranlaşdırılıb, yaradıcılığı müxtəlif mükafatlarla dəyərləndirilib. Yaradıcılıq yolu geniş və zəngindir. Onun yaradıcılığı, əsərləri və şeirləri haqqında çox yazılıb, çox deyilib və əminəm ki, bundan sonra da çox yazılacaq.
İlqar müəllim həm də çox savadlı, bilikli, zəngin dünyagörüşünə malik və güclü yaddaşı olan bir ziyalıdır. Müxtəlif mövzularda söhbət edərkən onun biliyinin genişliyi, yaddaşının gücü və hadisələrə fərqli baxışı dərhal hiss olunur.
İlqar müəllimlə bir neçə il əvvəl Şuşa, Quba, Şamaxı səfərlərində yol yoldaşı olmuşuq. Bu səfərlərin yaddaşımda qalan ən gözəl anlarından biri yol boyu onun öz dilindən söylədiyi gözəl şeirləri və qəzəlləri dinləməyimizdir. Şeiri müəllifin öz səsindən, öz nəfəsindən eşitmək tamam başqa hissdir. Sanki söz kağızdan ayrılıb canlanır, yolun səssizliyinə qarışaraq yaddaşımıza həkk olunur.
Deyirlər, insanın üzü onun xasiyyətinin aynasıdır. İlqar müəllimin simasında da onun daxili dünyasının sakitliyini, mədəniyyətini, təvazökarlığını görmək mümkündür. O, çox mədəni, diqqətcil, mehriban, təvazökar və ən əsası, təmənnasız, yaxşı insandır.
Bəzən həyat yolumuzda elə insanlarla qarşılaşırıq ki, bir neçə səfər, bir neçə söhbət belə illər sonra xoş xatirəyə çevrilir. İlqar müəllimlə tanışlığım da mənim üçün belə gözəl tanışlıqlardandır. Yaxşı ki, onu tanımışam.
Bu gün dəyərli qələm dostumu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılığında yeni-yeni uğurlar, qələminə tükənməz ilham, ailəsində xoşbəxtlik və könül rahatlığı arzulayıram.
Sözünüz daim işıqlı, qələminiz iti, yaradıcılıq yolunuz uzun və uğurlu olsun, İlqar müəllim!
Doğum gününüz mübarək!

HÖRMƏTLƏ: MƏLAHƏT HÜMMƏTQIZI

MƏLAHƏT HÜMMƏTQIZININ YAZILARI

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir