Təranə Məmməd – Qızıma

Qızıma

Gözlərinin şövgü Ay selınındir,
Saçların çiynində mələk telidir.
Köksündə çırpınan saf bır incidir,
Necə də gözəlsən gözümdə, qızım!

Ay adını verdi, Günəş qəlbini,
Tanrı pay göndərdi əlif qəddini.
Varlığım, ümidim sanıram səni,
Məni bu həyata bağlayan qızım!

Sən mənim canımın tən yarısısan,
Başımda parlayan paklıq tacısan.
Mənə rəfiqəsən, kiçik bacısan,
Ömrümün bəzəyi, mənası, qızım!

Ömür qatarında birgə gedirik,
Birgə sevilirik, birgə sevirik.
Bu sonsuz qatarda biz sərnişinik,
Mən düşsəm,yoluna davam et, qızım!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

𝑄𝐴Ç𝐴𝑄 𝑁Ə𝐵İ 𝑉Ə 𝐻Ə𝐶Ə𝑅 𝑋𝐴𝑁𝐼𝑀𝐴 𝐴𝑇𝐼𝐿𝐴𝑁 𝐵Ö𝐻𝑇𝐴𝑁𝐿𝐴𝑅𝐴 𝑇𝐴𝑅İ𝑋İ 𝐶𝐴𝑉𝐴𝐵

𝗧𝗔𝗥İ𝗫İ 𝗠Ə𝗡𝗕Ə𝗟Ə𝗥 𝗗𝗔𝗡𝗜Ş𝗜𝗥:
𝑄𝐴Ç𝐴𝑄 𝑁Ə𝐵İ 𝑉Ə 𝐻Ə𝐶Ə𝑅 𝑋𝐴𝑁𝐼𝑀𝐴 𝐴𝑇𝐼𝐿𝐴𝑁 𝐵Ö𝐻𝑇𝐴𝑁𝐿𝐴𝑅𝐴 𝑇𝐴𝑅İ𝑋İ 𝐶𝐴𝑉𝐴𝐵

Son illər Azərbaycan xalqının tarixdə yetişdirdiyi qəhrəmanlar barədə məqsədli şəkildə yayılan uydurmalar içində ən çox qıcıq doğuranlardan biri də Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım haqqında deyilənlərdir. Xüsusilə də “Həcər Nəbinin 40-ı çıxmamış erməniyə ərə gedib, sonra da 7 dəfə ərə gedib” kimi əsassız, heç bir sənəd və mənbəyə söykənməyən iddialar xalqımızın yaddaşına, milli dəyərlərinə atılan çirkabdır.

Əgər kimsə həqiqəti bilmək istəyirsə, ciddi mənbələrə baxmalıdır. Həcər xanım haqqında ən dolğun və dəqiq məlumatı Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi və maarifçi Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” əsərində tapmaq mümkündür.

Bu kitabı yazan şəxs Nəbinin və Həcərin müasiri olub, onların dövrünü görüb və çoxlu şahidlərin xatirələrini qeydə alıb. Orada bircə kəlmə də Həcərin “7 dəfə ərə getməsi” haqqında söz yoxdur. Əksinə, bütün yazılanlardan görünür ki, Həcər Nəbinin ən yaxın silahdaşı, həm həyat yoldaşı, həm fədakar ana, (bu barədə sonra) həm də mübarizə dostu olub.

Bundan başqa da həm sovet dövründə, həm də müstəqillik illərində alimlər və tədqiqatçılar Həcər xanımın həyatını yazıblar. Onlardan əsaslarını qeyd edirəm:

  1. Hüseyn Baykara – “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabında Qaçaq Nəbinin mübarizəsini izah edir və Həcəri onun ən yaxın silahdaşı kimi təqdim edir.
  2. Rəfail Rüstəmzadə – “Azərbaycan tarixi qəhrəmanlıq dastanları” əsərində Həcərin igidliyini, qadın qəhrəmanlıq ənənələrini zirvəyə qaldırdığını xüsusi vurğulayır.
  3. Füzuli Bayat – “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” (2019) monoqrafiyasında Həcərin xalq yaddaşındakı yerini geniş şəkildə göstərir, onu Azərbaycan qadınlarının qəhrəmanlıq simvolu kimi dəyərləndirir.
  4. P.Vostrikov – Qori müəllimlər seminariyasının məzunu, Zəngəzur məktəblərinin müdiri olmuş tədqiqatçı, Həcərin döyüşkənliyi və silah işlətməkdəki məharəti barədə yazır.
  5. “Qafqaz” qəzeti (1895-ci il, 25 oktyabr) – Həcərin həbsə salınmasına baxmayaraq mübarizəsindən dönmədiyini yazır.
  6. Məhəmmədhüseyn Şəhriyar – “Qaçaq Nəbi” şeirində Həcər xalqın qəhrəman qadın simvolu kimi tərənnüm olunur.
  7. Mehmet Əl Turan – Qaçaq Nəbi və Həcərin nəticəsi. AZƏRTAC-ın əməkdaşına verdiyi müsahibədə qeyd edir ki, Qaçaq Nəbi və Həcər xanım yalnız döyüş meydanında deyil, ailə həyatı və nəsil davamçılığı ilə də xalqın yaddaşında yaşayırlar. Qaçaq Nəbinin iki oğlu (Əhməd və Xəlil) və bir qızı (Zeynəb) olub; Həcər xanım oğullarına özünün toxuduğu kilimləri verərək yadigar saxlamış və onları Nəbinin yolunu davam etdirməyə təşviq etmişdir. Mehmet Əl Turan Avstraliyada yaşayır və hazırda nəvəsinə Nəbinin adını verib. O, iki il öncə Azərbaycana gələrək Aşağı Molluda Həcərin məzarını ziyarət edib. Onun dediklərinə görə, Həcər xanım Mehmet Əl Turana söyləyib ki, sovet dövründə onların adı hər yerdə yasaq edilib.
    Mənfur qonşuların (!) səyi ilə yaranan uydurma şayiələr – məsələn, Həcərin 7 dəfə ərə getməsi də buradan qaynaqlanır.

Sərdar Cəlaloğlunun Həcər xanım barədə səsləndirdiyi bu sözlər göründüyü kimi heç bir elmi qaynağa əsaslanmır. Onun cavabı isə bu idi: “Məndən deməkdi, gedin araşdırın də…”

Buyurun, Sərdar bəy, araşdırdıq.
Bunun adı məsuliyyətsizlikdir. Tarixi şəxsiyyətlər haqqında danışanda “dedim, oldu” prinsipi ilə yox, sənədlərlə, mənbələrlə danışmaq lazımdır. Sizin dediklərinizin əksinə, xalqın yaddaşında Həcər xanım həmişə mübariz qadın, Nəbinin silahdaşı kimi qalıb. Onun qəhrəmanlığı dastanlara, şeirlərə, mahnılara düşüb. Hətta “Qaçaq Nəbi” dastanında bəzi yerlərdə Həcərin obrazı Nəbidən də uca tutulur. Çünki xalq onun qəhrəmanlığını, sədaqətini yüksək qiymətləndirib.

Bütün ciddi mənbələrdən aydın görünür ki, Həcər xanım Nəbi şəhid olduqdan (bəli, məhz şəhid. Çünki tarixi mənbələr göstərir ki, Qaçaq Nəbi 1896-cı ildə arxadan pusquya düşürülərək öldürülüb. Bəhlul Behcət, Hüseyn Baykara və digər tədqiqatçılar qeyd edir ki, Nəbinin ölümündə məqsəd xalq arasında onun nüfuzunu azaltmaq və çar hökumətinə xidmət edən erməni və rus dəstələrinin intiqamını almaq idi.) sonra yalnız bir dəfə yaxın qohumuna ərə gedib. Bunun səbəbi də çox sadə idi: xalq arasında “dul qadın” damğasından yaxa qurtarmaq və düşmənlərin böhtanlarına son qoymaq. Bu, həmin dövrün sosial-ictimai mühitindən doğan bir hal idi. Əslində, bu da Həcərin yenə də öz qeyrətini, şərəfini qorumaq üçün atdığı addım idi.

“Həcər 7 dəfə ərə gedib” deyənlər isə xalqın qəhrəman qadın simvolunu aşağılamaq, onu gözdən salmaq istəyənlərdir. Bu, sadəcə, qara piar və xalqın mənəvi dəyərlərinə hücumdur.
*Tarixi faktlar yalnız keçmişi göstərmir, eyni zamanda bu gün üçün də mesaj daşıyır: Qaçaq Nəbinin arxadan pusquya düşürülərək şəhid edilməsi, onun azadlıq mübarizəsini dayandırmaq məqsədini əks etdirirsə, indi də onun və Həcər xanımın yolunu davam etdirənlərin qarşısına daş qoymaq istəyən qüvvələr mövcuddur. Sərdar Cəlaloğlunun uydurma iddiaları da elə bu məqsədə xidmət edir: xalq qəhrəmanlarını gözdən salmaq, onların nüfuzunu zəiflətmək və tarixi yaddaşı təhrif etmək.

Son söz olaraq demək istəyirəm ki, Qaçaq Nəbi və Həcər xanımın adı Azərbaycan xalqının milli yaddaşına qəhrəmanlıq, azadlıq sevgisi, mərdlik və fədakarlıq rəmzi kimi yazılıb. Onların obrazı heç bir yalanla, heç bir uydurma ilə zədələnə bilməz.
Sərdar bəy, unutmayın ki, xalqın yaddaşında yaşayan tarixi şəxsiyyətlər barədə danışmaq məsuliyyət tələb edir. Burada “deyilənlər” yox, yalnız sənəd və fakt danışa bilər. Siz isə Həcər xanım barədə söylədiyiniz cəfəng sözlərə hələ də heç bir mənbə, arxiv, kitab, səhifə göstərə bilməmisiniz. Bəs hanı sübut? Haradadır istinad etdiyiniz qaynaqlar?

Biz xahiş etmirik, tələb edirik: əgər iddianız düzdürsə, fakt gətirin. Əks halda, “Həcər yeddi dəfə ərə gedib” kimi uydurmaların bütün məsuliyyəti yalnız və yalnız sizin üzərinizdə qalır.

XÜSUSİ QEYD: Əslində, mənim Sərdar Cəlaloğluna hörmətim var, onun siyasi və ictimai fəaliyyəti bəzi sahələrdə dəyərlidir, amma tarixi faktları təhrif edən, xalq qəhrəmanlarını gözdən salan yanlış fikirlərinə etiraz etmək məcburiyyətindəyəm. Bu etiraz həm tarixi həqiqətin qorunması, həm də nəsillərə düzgün irs ötürülməsi üçün vacibdir.

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YADIMDAN ÇIXMIŞ ÜÇ ŞEİR

YADIMDAN ÇIXMIŞ ÜÇ ŞEİR

(Təranə Dəmirin yaradıcılığı haqqında)

Bu yaxınlarda yaradıcılığını həmişə böyük maraqla izlədiyim gözəl şairəmiz Təranə Dəmirin, hansısa saytda yayımlanan üç şeiri yenidən diqqətimi çəkdi. Vaxtilə oxuyub bəyəndiyim, ruhumu ovsunlayan bu şeirləri bir gün münasibət bildirəcəyəm düşüncəsi ilə vatsap səhifəmdə yerləşdirmişdim. Üstündən xeyli vaxt keçdiyindən, doğrusu, həmin şeirlər artıq yadımdan çıxmışdı.

Bu səhər telefonumda səhifəmi köhnə yazılardan təmizləyərkən həmin şeirlər yenidən qarşıma çıxdı. Onları bir daha oxudum və qəribədir ki, ilk oxunuşdakı duyğular yenidən qayıtdı. Bəzən insanın yaddaşından çıxan bir misra, bir şeir, bir poetik duyğu illər sonra yenidən qarşısına çıxanda onu əvvəlkindən də dərindən düşündürür. Təranə xanımın bu üç şeiri də məndə məhz belə bir təsir yaratdı.

Ümumiyyətlə, Təranə Dəmir müasir Azərbaycan poeziyasında özünəməxsus poetik düşüncə tərzi ilə seçilən şairələrimizdəndir. Onun yaradıcılığında zahirən sadə görünən sözlərin arxasında daha dərin mənalar, duyğular və düşüncələr dayanır. Şairə çox danışmaqdan, fikri söz yığınına çevirməkdən daha çox, az sözlə böyük mənalar yaratmağa çalışır.

Onun şeirlərində daxili tənhalıq, azadlıq arzusu, insanın özünü və öz həqiqətini axtarması, zamanın insan ruhunda yaratdığı mənəvi boşluq və bu boşluqla mübarizə kimi mövzular xüsusi yer tutur. Lakin bütün bunlar şeirdə birbaşa, açıq şəkildə deyil, daha çox duyğu, obraz və poetik işarələr vasitəsilə ifadə olunur.

Elə buna görə də Təranə Dəmirin şeirlərini sadəcə oxumaq kifayət etmir; onları duymaq, sətirlərin arxasındakı səssizliyi dinləmək, sözlərin görünməyən tərəfinə boylanmaq lazım gəlir.

İndi həmin üç şeirə bir daha nəzər salarkən, məndə yaranan duyğuları və düşündürdüklərini bölüşmək istəyirəm.

Sıra ilə paylaşılan birinci, “Kibrit çöpü boydadı azadlıq…” şeirindən başlamaq istəyirəm.
Bu şeir yuxarıda qeyd etdiyim kimi, ilk baxışda çox sadə görünür, amma dərin fəlsəfi qatlara malikdir.

“Ömür kələ-kötür,
Ayaqlarım çəlik.
Ürəyimi söz aparır,
Əllərimi təklik.”

Şairə həyat yolunu “kələ-kötür” adlandırmaqla ömrün hamar olmadığını göstərir. Burada “ayaqlarım çəlik” ifadəsi fiziki qüsuru yox, ayaqlarını həyatın ağırlığından yorulmuş ruhla eyniləşdirir.
“Ürəyimi söz aparır” misrası göstərir ki, onu yaşadan poeziyadır. “Əllərimi təklik” isə insanın həyat qarşısında köməksiz qalmasını ifadə edir.
Burada maraqlı bir qarşılaşdırma var:
ürək – sözlə doludur;
əllər – təklik içindədir.
Yəni düşüncə zəngindir, amma həyat boşdur.

“Təzə arzular, boyat misralar
Üşüyür varağın küncündə.”

Şairəmiz in bu misraları olduqca uğurludur. Burada, “Təzə arzular” gələcəyə inam, “Boyat misralar” isə köhnəlmiş sözlərdir.
Yəni, şairə bununla demək istəyir ki, arzular yenidir, amma onları ifadə edən sözlər köhnəlib.
Təranə Dəmirin bu şeirlərinə baxışda ona görə bu ifadəni, “Onun yaradıcılığında zahirən sadə görünən sözlərin arxasında daha dərin mənalar, duyğular və düşüncələr dayanır.”- kəlməsini işlətdim ki, həqiqətən onun şeirinin hər bir sözü çözülməlidir. Məsələn;”Üşümək” burada fiziki hal deyil.
Bu, şairənin öz düşünsinə görə bəlkədə yazılmayan şeirləri,
həyata keçməyən arzuları və səssiz qalan hisslərdir.
Növbəti misrada isə;

“Kibrit çöpü boydadı azadlıq,
Yandırsam alışacaq.”

deyən şairə üçün “Azadlıq” burada böyük meydan deyil. “Bir kibrit çöpü…” qədər balacadır. Onuda “Yandırsam alışacaq” deməklə bildirir ki, kibriti yandırmaq kifayətdir ki, böyük alov başlasın. Burada iki fikir düşüncədə özünə yer alır. Azadlıq çox kövrəkdir və eyni zamanda böyük dəyişiklik yarada bilər.
Şeirin sonluqun şairəmiz oxucunu ümüdləndirir;

“Çətini Tanrıya çatanacandı,
Yaxşı ki, ümid var.”

Bununlada şairə deyir ki, insan üçün ən çətin yol Allaha çatmaqdır. Bu ümüddi insanı ayaqda saxlayan.
Bu iki misra, həmdə şeirin bütün fəlsəfi nəticəsidir.

Təranə xanımın həmin saytda gedən ikinci şeiri” ÜŞÜYÜR ” adlanır. Bu şeir ritm üzərində qurulub.
Əsas söz, “üşüyür”dü. Şairə burada fiziki soyuqdan danışmır.
Mənəvi üşümədən danışır;

“Hərə bir rəngdə darıxır,
Hərə bir dadda üşüyür.
Hərə bir kökdə doğulur,
Hərə bir adda üşüyür.”

Şairə burada insan talelərinin müxtəlifliyi göstərir. Yəni, hamı eyni deyil. Hərənin ağrısı başqadır.
Dərdi də başqadır. O ağrıya, o dərdə görə “üşüyür”.

“Hərə bir sözə aldanır,
Hərə bir gözə aldanır,
Hərə bir közə aldanır,
Hərə bir odda üşüyür.”

Şeirin bu bəndində üçpilləli düşüncə var. Söz, Göz və Köz. Söz düşüncəni ifadə edir, göz sevgini, köz isə ehtirası göstərir. Amma, insan gah sözə, gah baxışa, gah da ehtirasına uduzub, ona görə yenə odda üşüyür.

“Qovhaqovdu, qaçaqaçdı,
Gəlhagəldi, köçəköçdü,
Küy-kələkdi, pıçapıçdı,
Hərə bir notda üşüyür.”

Təranə xanım şeirin bu yerində məharətlə səs harmoniyası üzərinə keçid edir.
Çünki, sözlərin ardıcıl axını insan həyatının qarışıqlığını canlandırır.
Həmdə, elə bil ki, şeirin bu bəndini oxuyarkən sanki insanın nəfəsi çatmır. Buda həyat ritminin göstəricisidir.
Şeir çox gözəl sonluqla bitir. Çünki insan nə olmasından, kim olmasından aslı olmayaraq, birinci vəzifəsi “öz mənini axtarmaqdır.”

“Hərə öz dənin axtarır,
Hərə öz mənin axtarır,
Hərə öz tənin axtarır,
Hərə bir yadda üşüyür.”

Bu artıq ekzistensial, yəni, insanın varoluşunu, həyatın mənasını, azadlığını və fərdi məsuliyyətini mərkəzə qoyan fəlsəfi yanaşmadır. Bu düşüncəyə görə, insan əvvəlcə var olur, sonra öz həyatının mənasını və mahiyyətini öz seçimləri ilə özü yaradır. Şairəmiz insanın kim olduğunu, niyə yaşadığını və
hansı yola aid olduğunu axtarışını verir. Şeir elə bu fəlsəfi axtarışla tamamlanır.

Təranə xanımın həmin saytda gedən üçüncü şeiri isə gecə obrazı üzərində qurulmuş mənəvi qaranlıq tablosudur.

“Bu axşam dəyməyib hələ,
Ulduzu kal, ayı kaldı.
Buludu kal , yağışı kal,
Sükutu kal, hayı kaldı.”

Bilirik ki, “Kal” sözü yetişməmək mənasında işlənilir. Şairə də bunu eyni mənada işlədib. Amma, göy səması cisimlərinin timsalında verməsi ilə demək istəyir ki, hələ, zaman özü yetişməyib. Göy də yetişməyib, kaldı, ulduzu, ayı, buludu, yağışı, hətta sükutu, hayı da kaldı.
Bu maraqlı poetik üsul oxucunu düşündürür. Axı, adətən “kal” meyvəyə aid edilir.
Şairə buludu, yağışı, sükutu “kal” adlandırmaqla təbiəti insanın daxili vəziyyətinə çevrir.
Şeirin ikinci bəndində isə hörmətli şairəmiz yaşadığımız cəmiyyətin tablosunu çəkir;

“Hər tərəf həsrət içində,
Hər yan töhmətin altında.
Yuxu da qaçıb gizlənib
Göyün yeddinci qatında.”

“Hər tərəf həsrət içində,
Hər yan töhmətin altında.” deməklə şairə göstərmək istəyir ki, insanlarda həsrətdə yaşayır, ittiham olunur, artıq rahat nəfəs ala bilmir.

“Yuxu da qaçıb gizlənib
Göyün yeddinci qatında.”
Bu obraz çox uğurlu obrazdı. Çünki, yuxunun qaçması insan rahatlığının itirilməsini göstərir. “Yeddinci qat” isə əlçatmazlıq rəmzidir.

“Yarı işıq, yarı zülmət,
Bilmirsən hardan baxasan.
Yoxdu qapısı, bacası
Durub gecədən çıxasan.”

Şairə gecəni adi zaman kimi yox, insanın mənəvi həbsxanası kimi təqdim edir. Yəni bu gecənin
qapısı yoxdur, pəncərəsi yoxdur.
İnsan bir çıxış yolu tapa bilmir.
Bu, ümidsizliklə ümid arasında qalmış ruhun bədii təsviridir.

Təranə Dəmir yaradıcılığın izləyən biri kimi deyə bilərəm ki, şairəmiz istənilən yaradıcılıq nümunəsində müxtəlif bədii vasitələrdən ustalıqla istifadə edir.
Məsələn, birinci şeirində “Kibrit çöpü boydadı azadlıq” və “Ürəyimi söz aparır”, üçüncü şeirində isə “Yuxu da qaçıb gizlənib” kimi bədii bənzətmələri çox orjinaldı.

Ümumiyyətlə götürdükdə Təranə Dəmirin bu üç şeirində insanın daxili dünyası, tənhalığı, azadlıq ehtiyacı və mənəvi axtarışları poetik-fəlsəfi dildə ifadə olunur. Şairə klassik emosional təsvirlərdən çox, simvolik obrazlara və yığcam bədii bənzətmələrə üstünlük verir. Xüsusilə “Kibrit çöpü boydadı azadlıq” misrası bütün silsilənin ideya mərkəzinə çevrilir. Bu misra göstərir ki, azadlıq bəzən çox kiçik görünə bilər, lakin insanın cəsarəti ilə böyük dəyişikliklərin başlanğıcına çevrilmək gücünə malikdir.

Şairəmizin bu şeirləri oxucunu hazır cavablarla deyil, suallarla baş-başa qoyur. Məhz bu xüsusiyyət onları müasir poeziyanın düşündürən və yadda qalan nümunələri sırasında dəyərləndirməyə əsas verir. Məncə, Təranə Dəmirin poetik uğuru da elə bundadır. O, adi görünən sözlərdən dərin fəlsəfi mənalar yarada bilir.

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü


ELXAS COMƏRDİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

AYB-nin Mingəçevir bölməsində

AYB-nin Mingəçevir bölməsində

15.08.2026-cı ildə AYB-nin Mingəçevir bölməsində şair və yazıçılayla növbəti tədbir keçirildi. Hər ay olduğu kimi, bu gün də yazarlar bir araya gəldilər.
Tədbiri açan AYB-nin Mingəçevir bölməsinin sədri, istedadlı şair Elşən Əzim yazarları salamladı. Avqustun 3-də Mingəçevir şəhərində, və 11-də Zaqatala şəhərində AYB-nin Zaqatala bölməsinin yazarları ilə keçirilən görüşdən danışdı. Belə görüşlərin başqa bölmələr ilə də keçirilməsini məqsədə uyğun saydı. Vurğuladı ki, yazarlar arasında belə görüşlər ədəbiyyatımızın inkişafına təkandı. Bu görüşlər zamanı kitab mübadilələri edildi. Yazarlar bir-birinin yaradıcılığı ilə maraqlandılar.
Zaqatala yazarları ilə görüşdə iştirak edən yazarlardan-şair Əhməd Əfsun, nasir Zümrüd Rəhimova, dramaturq Elçin Məhərrəm, şair Rahilə Hüseyn qızı, satirik şair Eldəniz Cəfər oğlu, şair-publisist Məmməd Mərzili bə başqaları öz təəssüratlarını danışdılar. Bu görüşlərdə iştirak edə bilməyən şair Namiq Zaman, Ağabala Salahlı, Zakir Ağdamlı, Mehman Rəsulov zaqatalalı yazarlarla görüşə bilmədiklərinə təəssüfləndilər. Sonra yazarlar öz yaradıcılıqlarından nümunələr səsləndirdilər.

Sonda xatirə şəkilləri çəkdirdilər.

Müəllif: Məmməd Gürşadoğlu,

Şair, publisist AJB-nin üzvü

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Etibar Həsənzadə Beynəlxalq mükafata layiq görüldü

Etibar Həsənzadə Beynəlxalq mükafata layiq görüldü

Azərbaycanlı Yazar Etibar Həsənzadə Beynəlxalq mükafata layiq görüldü.

Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.

Caspian EVENTS Group tərəfindən “Pearls Awards 2026” beynəlxalq mükafatına layiq görüldüm.

Mənim də fəaliyyətimi dəyərləndirdiyinə görə Caspian EVENTS Groupun rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Allah ömür versin Allah razı olsun sizlərdən var olun.

Bakıda “Pearls Awards 2026” beynəlxalq mükafat gecəsi baş tutub. Caspian Events Group tərəfindən təşkil olunan tədbirdə Azərbaycanla yanaşı, Türk dünyasının müxtəlif ölkələrindən tanınmış sənətçilər, sahibkarlar, media nümayəndələri və müxtəlif sahələrin uğurlu şəxsləri iştirak ediblər.

Gecə çərçivəsində öz fəaliyyəti və uğurları ilə seçilən şəxslər “Pearls Awards 2026” mükafatlarına layiq görülüblər.
Azərbaycanlı Yazar Etibar Həsənzadə də Türk Dünyasında Dostluğun qardaşlığın barışın və sülhün təbliğində uğurlu fəaliyyətinə görə “Pearls Awards 2026” Beynəlxalq mükafata layiq görülüb.

Qırmızı xalça, fotosessiyalar, media görüşləri və networking imkanları ilə yadda qalan tədbir Türk dünyasının nümayəndələrini bir platformada birləşdirərək yeni əməkdaşlıqlar üçün imkan yaradıb.

“Pearls Awards 2026” uğuru, istedadı və beynəlxalq əməkdaşlığı bir araya gətirən xüsusi gecə kimi yadda qalıb.
Qeyd edək ki mükafatlandırıma gecəsində Azərbaycan Türkiyə Qazaxıstan Özbəkistanin müxtəlif sənət sahələri üzrə uğurlu fəaliyyəti ilə fərqlənən insanları mükafata layiq görüldü.

Azərbaycanlı Yazar Etibar Həsənzadə Beynəlxalq mükafata layiq görüldü.

Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.

Caspian EVENTS Group tərəfindən “Pearls Awards 2026” beynəlxalq mükafatına layiq görüldüm.

Mənim də fəaliyyətimi dəyərləndirdiyinə görə Caspian EVENTS Groupun rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Allah ömür versin Allah razı olsun sizlərdən var olun.

Bakıda “Pearls Awards 2026” beynəlxalq mükafat gecəsi baş tutub. Caspian Events Group tərəfindən təşkil olunan tədbirdə Azərbaycanla yanaşı, Türk dünyasının müxtəlif ölkələrindən tanınmış sənətçilər, sahibkarlar, media nümayəndələri və müxtəlif sahələrin uğurlu şəxsləri iştirak ediblər.

Gecə çərçivəsində öz fəaliyyəti və uğurları ilə seçilən şəxslər “Pearls Awards 2026” mükafatlarına layiq görülüblər.
Azərbaycanlı Yazar Etibar Həsənzadə də Türk Dünyasında Dostluğun qardaşlığın barışın və sülhün təbliğində uğurlu fəaliyyətinə görə “Pearls Awards 2026” Beynəlxalq mükafata layiq görülüb.

Qırmızı xalça, fotosessiyalar, media görüşləri və networking imkanları ilə yadda qalan tədbir Türk dünyasının nümayəndələrini bir platformada birləşdirərək yeni əməkdaşlıqlar üçün imkan yaradıb.

“Pearls Awards 2026” uğuru, istedadı və beynəlxalq əməkdaşlığı bir araya gətirən xüsusi gecə kimi yadda qalıb.
Qeyd edək ki mükafatlandırıma gecəsində Azərbaycan Türkiyə Qazaxıstan Özbəkistanin müxtəlif sənət sahələri üzrə uğurlu fəaliyyəti ilə fərqlənən insanları mükafata layiq görüldü.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]