Etiket arxivi: BARƏDƏ

“Səmimi söhbət”in qonağı Kənan Hacıdır. Təranə Məmməd.

TƏRANƏ MƏMMƏDin KƏNAN HACIilə SƏMİMİ SÖHBƏTi

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı KƏNAN HACIdır. Bizimlə söhbətə qoşulanların hamısına əvvəlcədən təşəkkür edirəm.


Sual : “Biz özümüzün kim olduğunu özümüzə belə etiraf etmək istəmirik”,- deyir Kənan Hacı. Eyni zamanda mənimlə səmimi söhbətə razılıq verir. Sizcə səmimi söhbətimiz alınacaqmı?
Cavab: Mən bütün həyatım boyu dəfələrlə səmimiyyətimin cəzasını çəkmişəm. Amma düşünürəm ki, səmimiyyət insan üçün rahatlıqdır və əlbəttə, səmimiyyət sadəlik kimi gözəl və ali xüsusiyyətdir.
Sual:Kənan Hacı kimdir? Bu “Səmimi söhbətin” ənənəvi sualıdır.
Cavab: Mən bu suala yazdığım mətnlərdə cavab verməyə çalışmışam. Nə dərəcədə nail olmuşam, bilmirəm. Əslində, bu, “həyat nədir” sualı qədər mürəkkəb bir sualdır. Ağacdan soruşursan ki, yarpaq nədir, havadan soruşursan ki, külək nədir. Qazandıqlarım (əgər varsa) Allahın lütfüdür. Bundan artıq özüm haqqında nə deyə bilərəm? Başqalarının gözündə mən kiməm? Bu, mənim üçün daha maraqlıdır.
Sual: Yaradıcılıq həyatınızı üstələmir ki? Yaşamağa vaxtınız qalırmı?
Cavab: Yaradıcılıq elə yaşamaq deməkdir. Yaradıcılığa hobbi kimi baxan adamların sənət anlayışı kökündən səhvdir.
Sual: “Yaradıcı olmaq üçün Bir az mutsuzluk da önşərtdir”- deyir Serdar Turqut. Siz də belə hesab edirsiz? Bütün yaradıcılar mutsuzlarmı?
Cavab:Sizin nəyi nəzərdə tutduğunuzu anlayıram. Bəlkə əksinədir? Bütün yaradıcılar elə yer üzünün ən xoşbəxt insanlarıdır? İnsan xoşbəxt və ya bədbəxt olduğunu müəyyən edə bilməz. Bu, insanın həmin anlayışlara baxışından asılı olan bir məsələdir. Şair demiş, bəlkə də xoşbəxtik, xəbərimiz yox…
Sual: Həyatınızda və yaradıcılığınızda bir maraqlı şəxsin iştirakı olub. Bu haqda nə deyə bilərsiz?
Cavab:Həyatımda həlledici rol oynayan insanlar olub. Mən həmişə o insanları minnətdarlıq hissiylə xatırlayıram. Mənim ədəbiyyata sevgim anamdan gəlir. O, ədəbiyyat müəlliməsi idi və uşaqlıqdan mənə kitaba, mütaliəyə sevgi hissi aşılamışdı. Mən kitablar aləmində böyümüşəm. Kənd yerində oğlan uşaqlarının tərbiyəsiylə məşğul olmaq çox çətindir. Məhəllə mühiti qeyri-sağlam olanda uşaq təsir altına tez düşür və əksər hallarda valideynin uşağı o mühitdən ayırmağa gücü çatmır. Mən kənddə oğrusundan, əyyaşından, avarasından tutmuş hər cür insanlar gördüm, valideynlərimin tərbiyəsi ətrafımda bir çəpər yaratmışdı və məni zərərli vərdişlərdən, pis əməllərdən qoruyurdu. Anam müəllim karyerasının üstündən xətt çəkib bütün həyatını mənə sərf etdi. Oxuduğum kitablar da məni müəyyən mənada xilas etdi. Heyif ki, valideynlərim sonrakı uğurlarımı görə bilmədilər. Jurnalistikaya gəlməyimdə rəhmətlik ensiklopedist alim Rəhimağa İmaməliyevin böyük rolu olub. Mətbuatda ilk yazılarım onun xeyir-duasıyla çap olunub.
Sual: Çox məlumatlısınız. Dünya ədəbiyyatı, dünya incəsənəti ilə tanışsınız və sanki sizi bu qədər məlumat da qane etmir. Nə axtarırsınız?
Cavab: Axtarış ehtirası insanı həyata bağlayan ən vacib məqamdır. Mən sadəcə, öz işimlə məşğulam. Bu işin adı axtarış da ola bilər. Bu axtarış insanın ömrünə məna qatır. Yoxsa yaşamaq çox çətin olar.
Sual: Maler o qədər də çox dinlənilən bəstəkar deyil. Yəni Şopen, Bethoven, Vaqner deyil. “Onu dinlədikdə sanki tanrı yorğun düşmüş ürəyinə əbədiyyət laylası çalır,”- deyirsiniz. Sizin musiqi duyumunuz bu qədərmi fərqlidir? Musiqi sizin üçün nədir?
Cavab:Bizim ailəmiz musiqiyə çox bağlı olub. Dayım oğlanları da musiqiçidir, anam da muğamı mükəmməl bilirdi. Yeri gəlmişkən, deyim ki, mənim musiqi təhsilim də var. 19 saylı Musiqi Məktəbinin qarmon sinfini əla qiymətlərlə bitirmişəm. Hər gün evimizdə muğamat səslənib və bütün bunlar mənim ruhuma hopub. İndi də saatlarla muğam dinləyirəm. Amma Şopen və Maler düşüncənin fərqli qatıdır. Mən zehni yorğunluq zamanı o musiqini dinləyirəm və sanki yer üzündən tədricən qopub mistik bir məkana düşürəm. Ordakı dinclikdə Allaha nəfəs qədər yaxın olursan. Hər halda belə bir hislər keçirirəm.
Sual: Tarkovski adi deyil, fərqlidir və düşündürəndir. Sizin “Tarkovskinin bütün filmlərinin mənbəyi yaddaşdır” sözlərinizlə tam razıyam. Yaddaşınızdakıları silmək istəyərdiz yoxsa qoruyub saxlamaq?
Cavab: Yaşadığımız ömür sonda yaddaşdan ibarət olur. O yoxdursa, sən də yoxsan. Bəzən ondan xilas olmağa çalışırsan, bəzən naməlum gələcəyin qorxularından qaçıb ona sığınırsan. Bu haqda geniş bir essem də var. Yaddaş əslində sürüşkən, ələgəlməz bir məfhumdur. Biz yaddaşımızı itirəndə ölürük. İnsan yaşadığı ömürdən heç nəyi silə bilməz, o, buna qadir deyil. Bütün yaşananlar bizim taleyimizdir. Bir sözlə, yaddaş relikviyası son nəfəsimizəcən bizimlədir.
Sual: Van Qoqu mən də çox bəyənirəm. Rəsmləri ilə yanaşı həyatı da maraqlı və adi deyil. Niyə məhz o? Nədir sizi Van Qoqa bağlayan? Onun işlətdiyi rəngləri sevirsinizmi?
Cavab: Məni Van Qoqa bağlayan onun yaşadığı həyatın faciəviliyidir. Və bir də rəsmlərindəki bolluca işıq. Həyatındakı tünd boyalara rəğmən rəsmlərindən həyat eşqi fışqırır. Bax, bu təzad məni Van Qoqla doğmalaşdırır.
Sual:İnsanı həyatdan kitaba gətirmək asandır,- deyirsiniz Qəhrəmanlarınız həyatdan gəlib kitablarınıza?
Cavab: Bütün kitablar həyatın köçürülmüş üzüdür. Həyat olmasaydı, kitablar necə yazılardı? Bu gün həddən artıq çoxlu kitablar yazılır. Qədim Misir apokriflərində belə bir fikir var, insanlar həqiqətdən uzaqlaşdıqca kitabların (kitab yazanların) sayı artacaq. Bu fikir son zamanlar məni həddən artıq məşğul edir. Söz Allahın əmanətidir, onu yalanla kirləndirmək olmaz. Baxın, kitablar çoxalır, oxucular azalır. Bu paradoksu nəylə izah etmək olar?!
Sual: Yazıçı özünü bədii əsərlərindən daha çox xatirələrində gizlədir. Bu da sizin sözlərdir. Sizcə niyə?
Cavab: Ola bilsin nə vaxtsa belə yazmışam. Amma yazıçının gizlənməyinə ehtiyac yoxdur. Çünki hər söz, hər cümlə onun beynində yaranıb, sonra kağıza köçürülür. Yazan adam hansısa obrazı yaradanda da əslində özünü ifadə edir. Başqa cür mümkün deyil. Mən əksinə, bəzi hallarda hekayələrimdə acı həqiqətləri çılpaq formada yazmışam. Buna görə bəzən qınaq obyektinə də çevrilmişəm. Mətndə mənim üçün heç bir qadağa yoxdur. Çox insanlar var, özlərinə uydurma tərcümeyi-hal düzəldirlər. Bəli, məhz düzəldirlər. Mənim həyatımda həddən artıq ağır məqamlar olub, mən bunları da çılpaq formada yazmışam və qətiyyən utanmamışam. “Sonuncu dərviş” romanında mən həyatımın bütün gizlinlərini açmışam. Bu, mənim taleyimdir və Allahın yazısına müdaxilə etmək olmaz.
Sual: Sizin “Ədəbiyyat” qəzetində çap edilmiş bir yazınız məni yaxşı mənada heyrətləndirdi. Rus ədəbiyyatının müxtəlif dövrlərini ustalıqla qələmə almısınız. Hardandır bu sevgi? Yoxsa sadəcə, müşahidədir?
Cavab: Məndə rus ədəbiyyatına marağı gümüş dövr şairləri yaratdı. Mandelştam, Anna Axmatova, Marina Svetayeva, Pasternak və sair. Onlar həm də faciəvi taleləri ilə böyükdürlər. Poeziya ilə həyatın sərhədində yaşamış bu fikir zadəganları mütəmadi olaraq mənim ədəbi düşüncələrimi qidalandırıb. Əslində orta məktəbdə Lermontovu, Puşkini o qədər də sevməmişəm. Açıq deyirəm. Amma Yeseninin şeirləri məni həmişə cəlb edib. Xüsusən, “Qara adam”ı. Zaman-zaman bu poemanı dəfələrlə oxumuşam və uzun müddət məni öz cazibəsində saxlayıb. Mayakovskinin “Şalvarlı bulud”u da həmçinin. Ara-sıra tərcümələr də edirəm. Rus yazıçısı Andrey Platonovun hekayələrindən ibarət bir kitab hazırlamışam, yaxın günlərdə “Qanun” nəşriyyatında çıxacaq. O yazı isə spontan şəkildə alındı. Brodskinin şeirlər kitabını oxuyurdum, qəfildən belə bir yazı yazmaq istəyi yarandı və oturub yazdım.
Sual: Günəşə qar topası atmısınız.Sonra da
Bəlkə məni bu qışdan
Sən özün çıxarasan
Üstünə günəş düşən
Qar kimi yumşalasan…- demisiniz. Məncə, burda bir təzad var. Deyilmi?
Cavab: Ola bilər. Həyat necədirsə, hiss, duyğu da elədir. Təzad bizim mahiyyətimizdə var.
Sual: Arzularının qurbanı olan qadınlar var…
Xəyallarının qurbanı olan qadınlar var…
Ağ atlı oğlanın qurbanı olan qadınlar var..
Və… unudulan qadınlar var. Bu sizin sözlərdir.
Bütün bunlara səbəb kişilər deyilmi?
Cavab: Tez-tez qurbanların yeri dəyişir. Qadınla kişi bir-birini tamamlamayanda hər iki tərəf qurbana çevrilir. Səbəbi təkcə kişilərdə axtarmaq məsələyə birtərəfli yanaşmaqdır. Ən asan iş kimisə günahlandırmaqdır. Məsuliyyət və sevgi olmayanda qadın da, kişi də qurbana çevrilirlər.
Sual: “Tale elə qadın sözünün sinonimidir”- deyirsiniz. Maraqlı fikirdir. Bir az açıqlasaq?
Cavab: Bu fikir də hansısa kontekstdə yazılıb. Əslində həyat da qadın sözünün sinonimi kimi işlənə bilər. Həyat və tale bir medalın iki üzüdür. Hər ikisində qadının imzası var. Belə…
Sual: Azadlığını itirmək istəməyən bütün qadınları sonunda dəhşətli peşmançılıq gözləyir. Cəmiyyət də qadın kimidirmi?
Cavab: Cəmiyyət tamamilə başqa kateqoriyadır. Bir toplum azad deyilsə, məhvə məhkumdur. Qadın azadlığı isə başqa meyarlarla ölçülür. Bəzən bu ifadə təhrif olunur və əxlaqsızlıq kimi başa düşülür. Bu mövzu üzrə mütəxəssis olmadığım üçün geniş fikir bildirmək həddində deyiləm.
Sual: “Hiyləylə, kələklə dolu dünyanın içindən sakit bir çay kimi axıb gedə” bilirsizmi?
Cavab: Dünya ilə çoxdan barışmışam.
Sual: Ən çox nədən qorxursuz?
Cavab: Doğmaları itirməkdən.
Sual: Əgər siz mənə sual verəsi olsaydınız, məndən nə soruşardınız? Tam səmimi.
Cavab: Rus poeziyası haqqında yazdığım yazıya reaksiyanız məni sevindirdi. Qoy elə sual da bu mövzuda olsun. Rus poeziyasında ən çox sevdiyiniz şair kimdir?
Sual: Rusiya poeziyası fərqlidir. Bunu dünya poeziyası, xüsusilə şərq poeziyası ilə tanış olanlar yaxşı bilir. Bəlkə bir qədər qəribə səslənəcək, amma mən o qədər də çox şeir yazamayan bir şairin adını çəkəcəm. Çox sevirəm onun şeirlərini. Hətta cürət edib Azərbaycan dilinə də tərcümə etmişəm bir neçəsini. Bu Leonid Filatovdur.
Kənan bəy, dəvətimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm və yeni yaradıcılıq uğurları arzsu edirəm.
Cavab: Çox sağ olun. Mən də sizə təşəkkür edirəm.
Əziz dostlar, hörmətli oxucular, bizimlə bir yerdə olduğunuza görə hər birinizə təşəkkür edirəm. Güman edirəm ki, söhbətimiz səmimi alındı.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

KƏNAN HACININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QAZİ ŞAİRİN ŞEİRLƏRİ

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İstanbulda nəşr edilib

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İslambulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.

Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.

“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.

Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.

İlkin mənbə: /azertag.az/

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ


ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma cisimlərinə həsr olunmuş şeirlər. Cəvahir Tanrıverdi.

QAZAX, KƏMƏRLİ.

Səma cisimlərinə həsr olunmuş şeirlər
2003-cü ildə baş vermiş tutulma zamanı bu şeiri yazmışdım. Günəş tutulması onda cəmi 4 dəqiqə ərzində baş vermişdi və tam tutulma olmuşdu.
Bundan (2003 ) 7 il əvvəl (1996) olan tutulma bir də 50 il sonra baş verəcəyi proqnozu verilmişdi. Hamısını şeirdə qeyd edilmişdir.

ƏBƏDİ SEVGİ
Bu gün iki sevgili
Uzun həsrətdən sonra
Sevinclə görüşdülər.
Bu gün iki sevənlər – Ayla Günəş qovuşdu,
Sevən qəlblər alışdı.
Cənnət oldu onlara fəza- əngin sonsuzluq.
Bir çox sevən ürəklər
gizlin görüşür ikən,
Onlar aşkar görüşdü.
Çox qısa görüş idi.

Zaman sevən qəlbləri
yeddi il bir-birinə
möhtac qoyurkən niyə
Onlara görüş verdi
ancaq dörd dəqiqəliyə?..
Həyat necə amansız,
Zaman necə zamandır?..

İnsanlar böyük eşqə
Təlatümlə baxırkən
Buna bir ad verdilər-
“Gün tutulur”,- dedilər.
Ay Günəşi tutmadı,
Bu gün Ay da yatmadı,
Bu gün Gün də batmadı,
Bu gün onlar görüşdü.
Dörd dəqiqə vaxt keçdi.
Bu nə qısa görüşdü?

Hələ bu yetməz ikən
Tam əlli il ayrılıq verdilər sevənlərə.

Budur əbədi sevgi-
Ay həsrətdə qalsa da
Özgəsini sevməyir.
Günəş tel sığalını
Özgəsinə verməyir.
2003.

AY
Yenə görünürsən, axşam düşübdür,
İşığı uzaqdan sevgilin verir.
Toxunmur, toxunmur, toxunmur sənə,
Uzaqdan, uzaqdan, uzaqdan sevir.

BATAN GÜNƏŞİN
O al şəfəqləri süzülüb gedir,
Dünyadan ürəyi üzülüb gedir.
Arzusu qəlbində büzülüb gedir
batan Günəşin.

Göylərdən qaranlıq qoxusu gəlir,
Ürəyə ayrılıq qorxusu gəlir.
Gündüzdən yorulub, yuxusu gəlir
batan Günəşin.

İndi kölgə vermir yalqız duran ev,
Qaranlığa doğru o kölgələnir.
Yığışıb getdikcə qəlbi kövrəlir
batan Günəşin.

Son dəfə şəfəqlər suda bərq vurur,
Dalğalar içində itib qərq olur.
Yeni səhər üçün indi yox olur
Şeiri, şərqisi batan Günəşin.
13.03.2023.

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

СТИХИ ВЕРА ПОЛОЗКОВА


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Murad Məmmədovun “Ömrün payız duyğuları” adlı yeni kitabı işıq üzü görüb

MURAD MƏMMƏDOVUN YAZILARI

Söz sərrafı, gözəl insan, incə ruhlu şair Murad Memmedovun “Ömrün payız duyğuları” adlı yeni kitabı işıq üzü görüb. Şair bu münasibətlə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatına layiq görülüb. Təbrik edirik! Uğurlarınız bol olsun, Murad müəllim! Hər yeni saat yeni gün yeni il uğur gətirsin inşəAllah!

Ön sözün müəllifi Həzi Həsənli , dost sözünü əsirgəməyən qələm adamı isə, Avdı Qoşqar.

Müəllif: Murad MƏMMƏDOV
MURAD MƏMMƏDOV HAQQINDA

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALI N: 04 (28) APREL – 2023-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

YAZARLAR JURNALI N: 04 (28) APREL – 2023-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB. PDF:

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD. TALEYİMƏ DÜŞƏN PAYI YAŞADIM…

MÖVLUD AĞAMMƏDİN YAZILARI

TALEYİMƏ DÜŞƏN PAYI YAŞADIM…
Taleyimə düşən payı yaşadım,
Bundan artıq nə gələr ki, əlimdən.
Haqq deyirlər, qaçmaq olmaz, neyləyim,
Qismət adlı bir çəlimsiz ölümdən.
* * *
Hərə bir cür bədbəxtidi dünyanın,
Gətirməyən bəd bəxtidi dünyanın.
Xatirələr tac-təxtini dünyanın
Qurtarmazmı birdəfəlik zülümdən?
* * *
Həsrət nədir, Mövlud bilir, sən istə,
Çəkildikcə qalaqlanır üst-üstə.
“Alın yazım qismətimdir”–bu səs də
Ömür boyu düşməyəcək dilimdən.
16.01.2023. Bakı-Quba.

VAR…
Bu yuxunun gerçək adlı tərsi var,
Bu yuxuda ölüm dadı, tamı var.
Bu yuxumu istəmirəm çin olsun,
Bu yuxunun zəhər dolu camı var.
* * *
Kim gətirdi bu yuxunu yuxuma?
Qəm çiləndi, dərd ələndi ruhuma.
Bu yuxunun yozumunu oxuma,
Bu yuxunun pərvanəsiz şamı var.
* * *
Hər anında bir ömürlük xatirə.
Xəyalları, xülyaları gətirər.
Bu yuxuda Mövlud özün itirər,
Bu yuxunun üstü torpaq damı var.
2.03.2023. Zərdabi.

QOŞMA
Hər ağızın bir avazı, duası,
Kəramət var, inayət var, sözüm var.
Öz özünə bağışlanmaz günahlar,
Məlamət var, qiyamət var, közüm var.
* * *
Aşiqlərin yoxmu məgər dərdləri,
Göz yaşları uçurmazmı bəndləri?
Necə keçim bu keçilməz sədləri,
Mətanət var, dəyanət var, dözüm var.
* * *
Əssə əgər qara yellər dövrana,
Dağ çəkilər sinəsindən dörd yana.
Bağlayıban atın dərin zindana,
Həqiqət var, hidayət var, düzüm var.
* * *
Dünya, Mövlud, yaranışdan ələnir,
Gələni də, gedəni də bələnir.
Adəm oğlu Xaliqinə silənir¹,
Nəhayət var, bidayət var, lüzüm var.
1. burada qovuşmaq
7.03.2023. Zərdabi.

GETDİ
(yarızarafat)
Köhnəlib, ay lələ, öyüd-nəsihət,
Təzəsi bir anda bilindi getdi.
Yenicə modalar çıxıb meydana,
Köhnəsi-kürüşü ələndi getdi.
* * *
Fələk addım-addım atır addımın,
Öz adı yadından çıxır adamın.
Nə dadın bilirik, nə də ki, tamın,
Çatıb-çatdırmamış il indi getdi.
* * *
Çətin gəncliyimə bir də qayıdım,
Özümü yatdığım yerdə oyadım.
Taleyimə düşən bəxtdən yayındım,
Heyif yazdığıma silindi getdi.
* * *
Mövludun bəxtinə düşüb beləsi,
Yığılıb, hazırdı şələ-şüləsi.
Gedəcək, bir daha çətin gələsi,
Döz də ayrılığa gəl indi, getdi.
9.03.2023. Zərdabi.

BİRDİR
Sirlə dolu bir düyünü,
Açma, sirri pünhan birdir
Kilidlənib axıracan,
Cəhd eləmə, açan birdir.
* * *
Sığınmışam dühasına,
Dərd gətirən davasına.
Vallah, bu qəm havasına,
Ha alovlan, ha yan, birdir.
* * *
Tərif etmə bu gərdişi,
Tərk edib Mövlud vərdişi.
Əzrayılın yoxdu işi?
Can alacaq, o can birdir.
31.12.2022. Zərdabi.

İTİRƏM
Bəzən olur, xatirələr qarışır,
Daş yaddaşım iz, içimdə itirəm.
Dünya məni kölgəsində gizlədib,
Özüm sanki öz içimdə itirəm.
* * *
Kaş görəydim kimliyimi geridə,
Nələr qalıb o günlərdən bəridə.
Xəyallarım buz ömrümü əridə,
Alovlanır köz içimdə, itirəm.
* * *
Taleyimə qəm dəftəri yazılıb,
Çəkildikcə ötənlərim azalıb.
Deyir, Mövlud öz payına az alıb,
Həsrətinə döz içimdə itirəm.
9.12.2022. Zərdabi.

QOŞMA
Ala gözlüm, həsrət bir şey deyil ki,
Çəkmək ilə qurtarmaqdı qorxusu.
Nə xəyalın gəlsin yaxın, nə də sən,
İstədiyim tək bənövşə qoxusu.
* * *
Düşməyəsən dərdin dərin dibinə,
Nə bilirsən dərd üzü nə, dibi nə?
Hər görəndə dərdin səni sevinə,
Qalxa bilsin ərşə dərdin yuxusu.
* * *
Mövlud deyır, yalan acı, düz acı,
Dərd gətirər gülüş acı, söz acı.
Elə bil ki, təkcə mənəm möhtacı,
Nə gizlədim, belə deyir çoxusu.
25.02.2023. Zərdabi.

MÜƏLLİF: Mövlud AĞAMMƏD

MÖVLUD AĞAMMƏDİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. Detektiv ədəbiyyatı və ya macəra ədəbiyyatı.  İntellektual detektiv janrı.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

Detektiv ədəbiyyatı və ya macəra ədəbiyyatı.  İntellektual detektiv janrı.

Macəra ədəbiyyatına səyahətnamə, ov janrı, dənizçilik daxildir. Macəra ədəbiyyatında təhlükəsizlik orqanlarının işi ilə bağlı işlənən forması isə detektiv adlanır. Detektiv ədəbiyyat və ya kriminal nəsr bilavasitə cinayətə , onun açılmasına, cinayətkarların obrazlarına və motivlərinə diqqət  yetirən ədəbi janrdır. Bunu kim etdi? – cinayəti kimin törətdiyinə dair tapmacaya yönəlmiş detektiv hekayənin mürəkkəb süjet versiyasıdır. “Bunu kim etdi?” termini həm də qatilin şəxsiyyətinin tez aydın olmadığı bir işi təsvir etmək üçün qətl müstəntiqləri arasında istifadə olunur. Qətllərin çoxu qurbanın tanıdığı və ya qohum olduğu insanlar tərəfindən törədildiyi üçün “bunu kim edib?” məsələsinin həlli adətən daha çətindir. Detektivin bir janr kimi əsas xüsusiyyəti əsərdə hansısa sirli hadisənin olmasıdır, hansı şəraitdə baş verməsi məlum deyil və aydınlaşdırılmalıdır. Detektivin mühüm xüsusiyyəti ondan ibarətdir ki, hadisənin faktiki halları təhqiqat başa çatana qədər heç olmasa tam şəkildə oxucuya çatdırılmır. Əksinə, oxucu hər mərhələdə öz versiyalarını qurmaq və məlum faktları qiymətləndirmək imkanı əldə edərək, araşdırma prosesi vasitəsilə müəllif tərəfindən idarə olunur. Əsər əvvəlcə hadisənin bütün təfərrüatlarını təsvir edirsə və ya hadisədə qeyri-adi, müəmmalı heç nə yoxdursa, o, artıq sırf detektiv hekayəyə deyil, əlaqəli janrlara ( triller, polis romanı və s.) aid edilməlidir.

Detektivin tarixi. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”, Herodot “Rampsinit və oğru”, Daniel peyğəmbərin kitabından olan ” Susanna və Ağsaqqallar “, “Minbir gecə nağılları”na daxil olan “Üç almanın nağılı”. “Üç almanın nağılı”nda ilk dəfə süjet bükülməsi metodundan istifadə olunub. Süjet bükülməsi bədii əsərdə süjetin istiqamətini və ya nəzərdə tutulan nəticəsini kökündən dəyişdirən ədəbi alətdir. Bu, hekayənin sonuna yaxın baş verdikdə, buna gözlənilməz sonluq, və ya süjetin bükülməsi deyilir.

Detektivin növləri.

1.Qapalı detektiv, qapalı otaqda qətl, qeyri-mümkün cinayət, fövqəlinsanın törətdiyi cinayət. Edqar Allan Ponun “Morq küçəsində qətli” əsəri “qapalı otaqda qətl” süjetinə əsaslanan ilk detektiv əsər hesab olunur. Artur Konan Doyl “ Rəqs edən adamlar ”, “ Rəngli lent ”, Aqata Kristi “ On balaca hindli ”, “Sıçan tələsi” , “ Şərq ekspressində qətl”, Qaston Leru “Sarı otağın sirri”, hake Talbot “Çuxurun kənarı”, Robert Van Qulik “Çin labirinti cinayətləri”, Umberto Eko “Baudolino”  və s. qapalı otaq növünə aiddir.

Con Dikson Karr “Qapalı otaq sirrinin ustası” hesab olunur.

2.Rahat detektiv. Seks və zorakılığa daha az yer verildiyi və ya yumorla təqdim edildiyi, cinayətlərin və araşdırmaların kiçik, sıx bir cəmiyyətdə baş verdiyi bir detektiv  janr növüdür. Bu növ əsərlərdə detektivlər daha çox qadınlar olurlar.

3.Tarixi detektiv. Cinayətin tarixi tarixi hadisələr kontekstində baş verir. Məsələn, V.Eko “Qızılgülün adı “. Müasir müəllifin tarixi reallıqlara yerləşdirdiyi detektiv hekayəsi “ retro-detektiv ” adlanır. Məsələn, Dostoyevski “Cinayət və cəza”, Jan Riçep “İdeal cinayət”

4.Tərs çevrilmiş detektiv. Cinayətkar hekayənin əvvəlindən tanınır, bu cür əsərlərdə detektivin cinayətkarın təqsirini dəqiq necə sübut edəcəyi vurğulanır. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”.

5.Noir-“qara roman” detektiv.  Zorakılıq, jarqon ifadələr, cinsəl istismar və s.Noir janrının əsas xüsusiyyətləri arasında təqdimatın sərt realizmi , sinizm , personajların özünü məhv etməyə meyli, jarqonların bolluğu və süjetdə məcburi cinsi xətt var.

6.Polis detektivi. Polisin baş qəhrəmanlarının şəxsi həyatlarının, çox vaxt dramatik şəkildə nümayiş etdirilməsidir. Süjetin mövzusu ailə vəziyyəti, komandadakı münasibətlər və həyat üçün risk, eləcə də peşəkar fəaliyyətlə əlaqəli stresli mühit ola bilər.

7.Hüquqi və ya leqal detektiv. Hüquq-mühafizə və məhkəmə sistemi “baş qəhrəman” rolunu alaraq əsərdə mərkəzi yer tutur.

8. Casus detektivi, adətən hansısa xüsusi xidmətdə çalışan bir casusun nöqteyi-nəzərindən danışılan, hərəkətli hekayədir.

9. Cinayət romantikası detektivi. Cinayətkarın nöqteyi-nəzərindən danışılan hekayədir.

10.Psixoloji detektiv. Psixoloji konfliktə əsaslanan detektiv elementləri olan trillerin alt janrı.

11. İronik detektiv detektiv janrının postmodernizm izlərini daşıyan atipik növlərindən biridir. İronik detektivdə detektiv araşdırma yumoristik nöqteyi-nəzərdən təsvir edilir və bir sirri açmaq məqsədi daşıyır və hekayə adətən birinci və ya ikinci şəxs tərəfindən aparılır. Çox vaxt bu məcrada yazılan əsərlər detektiv romanın klişelərini parodiya edir. İronik detektiv hekayəsinin inkişafının ilkin mərhələlərində “ ironik ” anlayışı çox vaxt “reallığın cilalanması” rolunu oynayırdı.

12.Fantastik detektiv. Stanislav Lem “İstintaq”, Sergey Lukyanenko “Genom” və s.

13.Siyasi detektiv. Əsas intriqa siyasi hadisələr və müxtəlif siyasi və ya biznes xadimləri və qüvvələr arasında rəqabət ətrafında qurulur. Həm də tez-tez olur ki, baş qəhrəmanın özü siyasətdən uzaqdır, bununla belə, işi araşdırarkən “güclər” tərəfindən istintaqa əngəl törədilir və ya hansısa sui-qəsd üzə çıxır. Siyasi detektivin fərqli xüsusiyyəti (mütləq olmasa da) əsasdan başqa, tamamilə müsbət personajların mümkün olmamasıdır. Bu janra nadir hallarda saf formada rast gəlinir, lakin əsərin tərkib hissəsi ola bilər.

Detektivdə tipik simvollar. Peşəkar, şəxsi, həvəskar. Çexov “Ovda dram”, Aqata Kristi “On zənci balası” detektivlərdə qatillər fərqlidir.

Çağdaş Azərbaycan ədəbiyyatında realist detektiv romanları bir neçə qrupa bölmək olar:

– siyasi detektiv romanı;

– kəşfiyyat (şpion) detektiv romanı;

– sənədli detektiv romanı;

– macəra detektiv romanı;

– cinayətkarların və cinayətkar dairələrin həyatını əks etdirən detektiv romanlar;

– penitensiar müəssisələrdəki həyatı təsvir edən detektiv romanlar.

Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirovdur. Uzun müddət Cəmşid Əmirov təqiblərə məruz qalmış, əsərlərini oxumaq qadağan olunmuşdur. “Sahil əməliyyatı” əsəri əsasında “İstintaq davam edir” filmi, “Qara Volqa” əsəri əsasında eyni adlı film çəkilmişdir.

Aqata Kristinın “Şirazda ev” detektivinə baxış

Parker Pyne Yaxın Şərq turunda Şirazdadır. O, orada tamamilə tək yaşayan və fars olduğunu iddia edən bir ingilis qadın olduğunu öyrənir. Hamı onu dəli hesab edirdi. Parker Pyne maraqlıdır və ona öz xidmətlərini təklif edir. Personajlar: Cənab Parker Pyne, Cənab Şlaqal, Xanım Ester Karr (Ester-gizli,Karr-bataqlıq), Muriel King. Məkanlar. Tehran, İsfahan, Şiraz.

Əsərin qəhrəmanı qatil olaraq ittiham olunduğundan qorxur və xanımının yerinə keçir. Niyə o, üç il ərzində tamamilə fərqli bir insan kimi davranmağı bacardı? Həmçinin bütün qulluqçuların bu məsələdə kor olması da böyük bir məsələdir. Cənab Parker Payne romantikdir. İnsanların xoşbəxt olmasını istəyir və onlara kömək etmək üçün əlindən gələni edir. O, insanların həqiqətən necə olduqlarını və nəyə qadir olduqlarını görür, onların xarakterinə olan bu fikir-genetik biliklər və s. onu öz cavabına aparır.

İntellektual detektiv janrı

Detektivdən bir pillə yuxarı olan intellektual detektiv zəka,idrak üzərində qurulan detektivin bir növüdür. Bu növ detektiv əsərlər oxucunun intellektual səviyyəsini daha zəngin edir,məlumatlandırır, əsərlərdə müxtəlif rəsm əsərlərinə, bədii əsərlərə, film adlarına rast gəlmək mümkündür.

İngilis yazıçısı Den Braunun “Cəhənnəm”, “Başlanğıc”, “Yalan nöqtəsi”,”Rəqəmsal qala”,”Mələklər və iblislər”, ”Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” əsərləri intellektual detektivdir. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsərlər daha da qiymətə mindi. Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunurdu. Sanki uşaqlıqdan belə qeyri-adi sirlərlə böyüməyə kökləyiblər ki, böyüyəndə çaş-baş qalmasınlar, çətinlik qarşısında özlərini itirməsinlər. Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar kənara çıxmaz, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib. “Cəhənnəm” əsəri mistik-triller janrındadır. Əsas diqqət intizamsız insan artımı üzərinə çəkilir, insan artımı və onun da özü ilə bərabər gətirdiyi fəlakətlərin qarşısını almaq üçün bir bioloq-alim virus yaradır.ÜST və bir çox qurumlar bu virusu dayandırmağa çalışır, əsər boyunca onlar virusu və məqsədi tapmağa çalışırlar. Əsərdə belə bir ifadə var: “İnsanlığın gələcəyini xilas etmək üçün onun yarısının ölümünə razı olmalısınız”. Bu halda siz nə edərdiniz? İnsan artımı həndəsi silsilə ilə artır və dayandırılmasa, dünya məhv olacaq.Əslində əsərin ideyası bunun üzərində qurulub. Bəziləri virusları insan qətliamı hesab edir,bəziləri tək çıxış yolunun bu olduğunu qəbullanır. İnsan sayı mütləq nəzarətdə saxlanılmalıdır. İllərlə edilən müharibələr, laboratoriyalarda yaradılıb yayılan viruslar bu məqsədə xidmət edib. İnsan şüurlu varlıqdır, lakin o, gözünü yumub dünyaya bir neçə övlad gətirir və onlar ehtiyac, səfalət içində böyüyürlər. Buna mütləq nəzarət etməli, hamiləliyin qarşısını almalıdır, heyvan kimi şüursuz şəkildə cütləşib çoxalmamalıdır. Çexovun bir sözü var: “Bəzi insanlar ona görə dünyaya gəliblər ki, yeyirlər,yatırlar və çoxalırlar”.

Əsərin qadın qəhrəmanı, zəkalı Sienna öz problemlərinə yox, ətrafın, dünyanın problemlərinə yönəlir. Kimsəsizlərə əl tutur, bir dəfə də az qalsın ki, təcavüzə uğrayacaqdı. Onun olduğu Manila şəhərində uşaqların aclığı,alqı-satqısı,pedofillik,zorakılıq onu dəhşətə gətirir. Sienna (adının mənası narıncı-qırmızı)  dünyanın təkcə onun xilas edə bilməyəcəyini anlayır.Onun özü depressiya və saçtökülmə xəstəliklərindən əziyyət çəkib. Əsərin digər maraqlı qəhrəmanı Zobristdir. Zobrist kimi insanlar özlərini adi insanların hiss etdikləri kimi hiss etmirlər. Onlar özlərini Tanrı hesab edirlər. Ən çox da ateistlər dünyanı idarə edəcəklərini hesab edirlər. Necə ki, tarixdən bunu görmüşük. Napoleon, İskəndər, Çingiz xan, Hitler və s.kimi tarixi şəxsiyyətlər. Əsərdə müxtəlif rəsm əsərlərinin, bədii əsərlərin adları, muzeylər, “Dantenin maskası”, “Meduza” və s. oxucunun intellektual aləmini zənginləşdirir. Sirr virus vasitəsilə insan sayını azaltmaq planı idi. Burada əsas niyyət professor Robert Lenqdonu öldürmək illüziyası yaratmaqla onu sirrin açarını tapmağa məcbur etmək olub.

Ekzistensialist,norveçli yazıçı Yu Nesbö əsərləri də intellektual detektivdir.“Şeytanın ulduzu”(“Qarabasma”) əsərində Şeytanın ulduzu tapmacanın həllində açar kimi görünür.Pentaqram intellektuallığın simvoludur. “Qar adam” detektivi soyuq cinayətin, dondurulmuş,açılmamış silsilə qətllərin araşdırılması üzərində qurulub.

İngilis yazıçısı Alex Michaelidesin “Səssiz pasiyent” detektivində qadın çox sevdiyi ərinə qarşı atəş açır, onu öldürür, illərlə səssiz alır və terapevtlə qarşılaşır.  Qadının daxili sarsıntıları təsvir olunur.

İngilis yazıçısı Sidney Sheldonun “Oyunun ustası”, “Gecə yarısınını digər tərəfi”, “Mələklərin qəzəbi” əsərləri də intellektual detektivdir. “Mələklərin qəzəbi” əsərində mövzu elmi kəşflərlə bağlıdır.

Fransız yazıçısı, psixoanalitik Julia Kristeva eyni zamanda intellektual ədəbiyyatşünasdır. O, “Bizansda qətl” romanında tarixi və metafizik triller, serial qətllərin qaranlıq tarixi və Bizans şahzadəsi və tarixçisi Anna Komnenin izi ilə səyahət edərək immiqrasiya, kökündən qoparma mövzusuna toxunur.

İtalyan yazıçısı Umberto Ekonun “Qızılgülün adı” əsəri də  intellektual detektivdir. Əsərdə bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar, yəni Aristotelin “Poetika”sını . Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Kilsə  kitabxanada elmi həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Romanda Eko oxucuya “Kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?” deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.

Ədəbiyyatımızda psixoloq-yazar Rövşən Abdullaoğlu “Abaddon” romanı intellektual detektiv janrında yazılıb, psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük,əsərdə dissosiativ şəxsiyyət pozuntusu təsvir olunub.

Hər səviyyəli kitabın intellektual tərəfi var. İntellektual detektivdə yalnız rəsm əsərləri,muzeylər, incəsənət nümunələrinin adı çəkilmir, bu, mütləq deyil. Çingiz Abdullayevin əsərlərində silah növləri, təyyarə hissələrinin adları, müxtəlif cinayətlərin açılma üsullarını öyrənmək olar, elə bunun özü də intellektual dünyamızı zənginləşdirir.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!

ZAUR USTACIN YAZILARI

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustadan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas – İngilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” əsərində sevginin təcəssümü.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

İngilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” əsərində sevginin təcəssümü

Romanın ilk adı “İlk Təəssürat” idi. Əsər romantik ədəbi hərəkatın bir hissəsi olan sevgi romanıdır, sevgi romanının arxetipidir. Müəllif əsəri dövrün adətlərindən təsirlənərək yazır. Roman anonim şəkildə nəşr olundu, çünki zadəgan bir qadının karyera qurması qəbuledilməz idi. Xanımlar xəbərlərdən, aktual hadisələrdən təcrid olunmuşdu, bir xanımın sosial həyatının əsas məqsədi yaxşı, uğurlu bir evlilik idi. Lakin cəmiyyətin “uğurlu evlilik” anlayışına nələr daxil idi?

O dövrdə sərvət əmlakla ölçülürdü, statusa, imtiyaza önəm verilirdi. Qadınlar tam azad deyildilər, qız uşaqlarına yük kimi baxılırdı. O zaman sevdiyin insanla evlənməkdənsə,öz statusunda olan biri ilə evlənmək daha vacib idi. Zəngin ailədə qız doğulmasa, zəngin, varlı ər tapmaq mümkünsüz idi. Kişilər çox vaxt mövqelərindən istifadə edərək, qadınların qərarlarının çoxunu özləri verirdilər. “Qürur və Qərəz” romanında da eyni zamanda cəmiyyətin ailə birliyinə nə qədər dəyər vermədiyini görürük. Britaniya qanunları o zaman qadınlara əmlakın miras qalmasına icazə vermirdi. O vaxt qadın olmaq çətin idi, onların gələcəkləri üzərində az səlahiyyətləri vardı. Evliliklərdə sevgi az idi. Halbuki insanları ürəklərinə görə qiymətləndirmək daha vacibdir.

Elizabet bacısı kimi kor-koranə, hansısa məqsədə görə evlənmək istəmirdi. O, ağıllı idi. Sevərək, evliliyə hazır olan zaman evlənmək, səbrlə o günü gözləmək istəyirdi, evlənmək xatirinə və ya qarşı tərəfin sosial statusuna görə evlənmək Elizabetə absurd və gülməli gəlirdi. Elizabet Bennet və Cənab Darsinin ilk başda bir-birlərindən xoşları gəlməsə də, sonradan zamanla qarşılıqlı hissləri yaranır. Elizabetin Darsi ilə qarşılaşması onu çox qürurlu olduğuna inandırır, bu səbəbdən ona qarşı qərəzli olur. Cütlük birlikdə olmaq üçün fikir ayrılıqlarını həll etməlidir. Bir-birlərinə qarşı artan hisslər, birinin digərini yanlış şərh etməsi, sevginin insanı dəyişdirməsi əsərin süjet xəttini təşkil edir. Qürur və qərəzlərini dəf etməyi bacaran cütlüyün sevgi hekayəsi  bir çox  insanın arzuladığı xoşbəxt sonluq hekayəsidir. O, bu səbrinin mükafatını aldı və Darsi ilə xoşbəxt həyata qədəm qoydu. Çünki Elizabet evliliyə, münasibətə hazır idi, yalnız bioloji olaraq yox, həm də psixoloji olaraq, hazır idi.  Həyatımızı birlikdə keçirəcəyimiz insanın qüsurlarını mümkün qədər az bilmək daha yaxşıdır. Onunla ortaq dəyərlər yaratmağı bacarmalıyıq.

Adların da romanda simvolikası var.  Elizabetin adı “Allahım anddır, bolluqdur” mənalarını verir. Elişeva adının variasiyasıdır. Elişeva Harun peyğəmbərin arvadı idi. Darsi adı “tünd saçlı”, “qaranlığın nəsli” mənalarını verir.

Qürur romanın qəhrəmanlarını intim əlaqələr qurmaqdan saxlayan əsas mövzudur, həm də insanın qüruruna qalib gəlməyin mümkün olduğu göstərilir. Qərəz isə sevgi münasibətləri qurmaqda başqa bir maneədir.  Darsi Qürurun, Elizabet Qərəzin simvoluna çevrilir.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru