Etiket arxivi: FOTO

MƏN, QALİB XALQIN OĞLUYAM VƏ BUNUNLA FƏXR EDİRƏM

MƏN, QALİB XALQIN OĞLUYAM VƏ BUNUNLA FƏXR EDİRƏM

   Nurxan Elçin oğlu  Babazadə ilə söhbətləşdim, o, Sabirabad rayonundakı N.Nərimanov adına beynəlmiləl məktəb liseyin beşinci sinfində oxuyur. Fikirləri ciddi, həm də maraqlıdır. Özünəməxsusluğu ilə fərqlənir Nurxan. Ona verdiyim suallara düşünərək cavab verir, fikrini səlis və aydın bildirir. İndi uşaqların əksəriyyəti ünsiyyət problemi yaşayır, çəkingənlik, özünə güvən hissinin aşağı olması valideyni narahat edir. Əlac qalır psixoloqlara, o da bəzən istənilən nəticəni vermir, ya da həlli vacib məişət problemlərinin arasında itib batır… Beləliklə. Siz də söhbətə qoşulun, Nurxanı yaxından tanımağa çalışın.

1.Sual: Xahiş edirəm qısaca özün haqda məlumat verəsən.

Mən, Babazadə Nurxanam,  Sabirabad rayonunun 2011-ci il, aprelin 20-də Bulduq kəndində dünyaya gəlmişəm. Rayondakı 2 saylı uşaq bağçasına getmişəm. Ailəmizdə hamı ali təhsillidir, anam da kəndimizdə müəllim işləyir, ona görə məni də, qardaşım Akifi də nənəm hər gün işə gedəndə bizi də öz maşınıyla aparırdı. Nənəm onda İcra Hakimiyyətində müavin işləyirdi.  Sonra altı yaşım oldu, bağçanı bitirdim, məktəbə getdim. Məktəbim də 2 saylı oldu… İndi beşinci sinifdəyəm, əlaçıyam…

2. Müəllimləriniz, aldığınız təhsildən razısanmı?

Bəli, razıyam. Müəllimlər çox tələbkar və qayğıkeşdir. Məktəbin direktoru Elşad Şərifov hamıya qayğı ilə yanaşır. Mən rus dilində təhsil alıram, amma ingilis və alman dilləri də keçilir. Heyif ki, alman dilini istədiyimiz səviyyədə öyrənə bilmirik. Bəzən əvəzinə ingilis dili də keçirlər…

3. Ən çox hansı fənləri sevirsən, dərslərə fərq qoyursanmı heç, ya hamısını eyni həvəslə öyrənirsən?

Riyaziyyata, Həyat bilgisi fənlərinə marağım lap çoxdu. Babam deyir ki, riyaziyyat elə bir elmdir ki, onu biləndə başqa dərsləri də rahat öyrənmək olur. Həyat bilgisində isə həyatda bilmədiyim çox şeyi öyrənə bilirəm. Burda hər şey haqqında danışılır, son dərsimiz millətlər arası münasibətlər, dinlər haqqında idi. Bax onda bildim ki, bizim ölkəmiz tolerant ölkədir və burada bütün millətlərdən olan insanlar rahat yaşayır… 

4. Gələcəkdə kim olmaq, hansı peşənin sahibi olmaq fikrindəsən?

Mən, həkim olmaq, həm də ali təhsilimi xaricdə almaq istərdim. Bilirsiz, mən uzun müddət xəstə olmuşam, nənəm özü də uşaq həkimidir, o məni çox yerə aparıb, müalicə etdirib… Mən istəyirəm hamı sağlam olsun, ona görə də bu sənəti seçmişəm…

5. Nurxan, səncə dostluq nə deməkdir, buna münasibətin necədir, dost necə olmalıdır?

Dostluq etmək yaxşıdır, sinifdə mənimlə dost olmaq istəyən uşaqlar çoxdur. Hamsını sevirəm, dost dosta kömək etməli, həm də deyirlər ki, dost güzgü kimidir. Mənim nənəm bizim dostumuzdur. O, şairdir, kitabları var, onları oxuyuram, nəsə öyrənməyə çalışıram. Onunla söhbət çox maraqlı olur… Ailəmizdə hamımız, atam, anam, babam dostuq elə, qardaşım da mənim yaxşı dostlarımdandır… Qardaşımı həmişə qayğıkeş görmüşəm, evdə, məktəbdə. O, 7-ci sinifdə oxuyur, o da əlaçıdır, o məni hər yerdə qoruyur. Mən də onu sevirəm, sözündən çıxmıram. Nənəm deyir ki, siz ikiniz də bir-birinizin böyük qardaşısınız…

6. Qardaşın dedi ki, sən hətta qızdırmalı halda da dərs buraxmırsan, doğrudurmu?

Düz deyir, dərsdən qalanda özümü narahat hiss edirəm. Ona görə gedə bilməyəndə də qızdırma içində belə olsam hazırlaşıram ki, geri qalmayım… Ona görə nəticələrim həmişə yüksək olur, müəllimlər razılıq edir məndən..

7. Bilirsən ki, Azərbaycan Qarabağ uğrunda müharibədə zəfər qazandı, ölkəmiz də ordumuz da qalibiyyət sevincini yaşadı. 30 ilə qədər çəkən erməni işğalı bitdi, torpaqlarımız özümüzə qaytarıldı. Bu qələbə asan başa gəlmədi, şəhidlər verdik, qazilərimiz də oldu. Bu sevinci siz məktəblilər necə yaşadı?

Azərbaycanın qələbəsi biz uşaqların da ürəyini sevindirdi. Mən müharibə haqqınd az şey bilirəm, amma qürurluyuq , mən şəhərlərin azad edildiyi tarixləri əzbər bilirəm. Əvvəllər kədərli günlər anılırdı, indi artıq hamımızın başımızı uca edən qələbəmizlə öyünürük…

8. Səncə, qələbə qazanmaq üçün nə lazım idi?

Əlbəttə ki, birlik! Prezidentimizin yanında olan xalqımız, güclü ordumuz, əsgərlərimiz, döyüşçülər hamısı “dəmir yumruq” oldular, ona görə də qələbə çaldıq…

9. Nurxan, sənin jurnalımıza ürək sözlərin varmı, sualları bəyəndinmi?

Bəli, bəyəndim. Jurnala da sizə də uğurlar arzulayıram, bu söhbətimiz çıxan jurnalın yolunu gözləyirəm. Sağ olun, hələlik…

Söhbətləşdi: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AŞIQ ƏLƏSGƏRİN YARADICILIĞI TƏHSİLLƏNDİRİCİ VƏ TƏRBİYƏLƏNDİRİCİ AMİLLƏR KİMİ – Lalə  Akif qızı  Məmmədli

DƏDƏ ƏLƏSGƏR

AŞIQ ƏLƏSGƏR – 200

AŞIQ ƏLƏSGƏRİN YARADICILIĞI TƏHSİLLƏNDİRİCİ VƏ TƏRBİYƏLƏNDİRİCİ AMİLLƏR KİMİ

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunur.

1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində Alməmməd kişinin ailəsində dünyaya göz açan Aşıq Ələsgər  xalq şeirimizin çox görkəmli nümayəndələrindən biri kimi yetişmişdir.

Ələsgərdə şeirə-sənətə meyli təsadüfən yaranmamışdı. Atası dülgər olsa da,  ara-sra bədhətən şeirlər deyərdi. Bayatı, gəraylı, qoşma söyləməkdə də mahir idi. Təbii ki, bütün bunlar balaca Ələsgərdə təsirsiz ötüşməmişdi. Ailə mühiti, Ağkilsə kəndinin təbiəti onu ilhama gətirmişdi.

Ailələri böyük, dolanışıqları çətin olduğundan Ələsgər bir müddət Kərbəlayi Qurbanın həyətində nökərçilik etmişdi. O, təhsil ala bilməmişdi. El şənliklərində olarkən, aşıqların dastanlarını dinləyə-dinləyə, adlı-sanlı aşıqlardan dərs ala-ala aşıq sənətinin sirlərinə yiyələnmiş, sonralar özü də yetişən aşıqların pütxələşməsində önəmli rol oynamışdır.

Səməd Vurğun Aşıq Ələsgərin xidmətlərindən danışarkən deyirdi: “Hansı mövzuya əl atıram, hansı daşı qaldıram altında Dədə Ələsgərdən bir nişanə görürəm”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən, aşıq sənətimizin önəmli nümayəndəsi, qüdrətli söz ustası, aşıq yaradıcılığının qüdrətli nümayəndəsi   Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi planlaşdırılmışdır.  Bu, görkəmli sənətkara verilən dövlət qayğısının, xalq sevgisinin əlamətidir.

Aşıq Ələsgər çoxsaylı müxəmməs, təcnis, dodaqdəyməz, gəraylı,  cığalı, qıfılbənd, divani və s. müəllifidir. Həmin şeir nümunələrində təbiət gözəlliklərinin, gözəllərin vəsfi ilə yanaşı, şəxsiyyətin təşəkkül tapıb Vətənin layiqli və ləyaqətli övladları kimi formalaşmasına kömək göstərəcək tərbiyəvi fikirlər, nəsihətlər, məsləhətlər vardır. Onları nəzərdən keçirək:

Həcvlər və hərbi-zorbalar seriyasından qələmə aldığı “Xəbərin varmı?” həcvində deyilir:

Nə zaman ki, gəldim sizə,

Mail oldum qaşa, gözə,

Zibilin çıxıbdı dizə,

Külündən xəbərin varmı?!

Aşıq  pinti, tənbəl qadınları tənqid edir.  Qəfil gələn qonaq evdə “Zibilin dizə çıxdığını” görür. Həmin həcvdə eyni zamanda qeyd olunur:

                   O vədə ki, gəlin oldun,

Qabırğası qalın oldun,

Qaynanana zalım oldun,

Dilindən xəbərin varmı?!

Sən demə, haqqında danışılan qadın nəinki pinti və tənbəl imiş, eyni zamanda kobud və söz eşitməz, qanmaz (“Qabırğası qalın oldun”) imiş, qayınanasına zülm edirmiş (“Qaynanana zalım oldun”).

Aşıq Ələsgər insanları nikbin olmağa, bədbinliyə qapılmamağa çağırırdı. Elə şəxslər var ki, çətinliyə, dara düşəndə, şərlə üzləşəndə, necə deyərlər,  əl-ayağı yerdən üzülür, dünya başına dar olur. Aşıq Ələsgər belələrini nəzərdə tutaraq deyirdi:

          Yaxşı günün olurmuşsa yamanı,

Yaman günün yaxşı halı varıymış.

Dahi sənətkar haqqı nahaqdan, düzü əyridən, yaxşını pisdən ayırmağı, qiymətləndirmənin düzgün aparılmasını vacib bilirdi.  Fikir verək:

Haqq sözə gərəkdi, düz qiymət olsun,

Qiyməti vеrməyə mərifət olsun.

         Odur ki, insanlardan – insanlıq, hamıdan – səxavət tələb edirdi. Cah-cəlala əsasən insanları dəyərləndirməyi məsləhət görmürdü.

İnsanda insanlıq, səxavət olsun,

Nеylərəm ki, cah-calalı varıymış.

Yuxarıdakı misralar aşığın “Varıymış” qoşmasından götürülmüşdür.

           Aşıq Ələsgərin “Bu dünyada üç şey başa bəladır” qoşmasında   son dərəcə güclü tərbiyəedici imkanlara malikdir. Həmin üç şey hansılardır? Aşıq Ələsgərə müraciət edək:

                            Bu dünyada üç şеy başa bəladı;

                        Yaman oğul, yaman arvad, yaman at.

       Bəs bu üç “şey”lə necə davranmalı? Dahi sənətkar əlacı aşağıdakı tədbirlərdə görür:

                         İstəyirsən qurtarasan əlindən,

                      Birin boşla, birin boşa, birin sat.

         Lakin nəzərə almaq lazımdır ki, Aşıq Ələsgər yuxarıdakı tədbirləri irəli sürməklə hökm vermir.  Övladın da, arvadın da tərbiyəsi ilə məşğul olmaq lazımdır. Oğulu boşlamaq, arvadı boşamaq olmaz. Çalışıb dil tapmaq lazımdır. Bu, bizim qənaətlərimizdir. Aşıq Ələsgər də bizimlə razılaşardı. Heç o da övlada arxa çevirməyi, ciddi səbəb olmadan həyat yoldaşını boşamağa razı olmazdı.

Böyük sənətkar insanlardan mərifət, qanacaq umurdu. Onların nəzakətli, istiqanlı, mehriban, şirindil, qayğıkeş olmalarını istəyirdi. Bu xüsusda sazını sinəsinə basaraq səsini ucaldırdı. “Gərəkdi” qoşmasından:.

Aşıq olub, diyar-diyar gəzənin,

Əvvəl, başda pür kamalı gərəkdi.

Oturub-durmaqla ədəbin bilə,

Mərifət еlmində dolu gərəkdi.

O, həqiqət carçısı olanları, nəfsini basa bilənləri, şeytanın felinə uymayanları, el-obada alnı-açıq, üzüağ dolananları,  xoş sədası gələnləri xoşlayır, onları təqdir edir, bu xüsusda deyirdi:

Xalqa həqiqətdən mətləb qandıra,

Şеytanı öldürə, nəfsin yandıra,

Еl içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdi.

  Bu qoşmaya da diqqət yetirək (“Görmədim” qoşmasından):

                      Bivəfanın, müxənnəsin, nakəsin

Doğru sözün, düz ilqarın görmədim.

Namərdin dünyada çox çəkdim bəhsin,

Namusun, qеyrətin, arın görmədim.

      ?-dan göründüyü kimi,  bivəfalar, müxənnəslər, nakəslər, namərdlər Aşıq Ələsgərin gözünün düşməni idi. Ona görə ki, o, “bivəfada, müxənnəsdə, nakəsdə” heç zaman “doğru söz, düz ilqar görmür” və görə də bilməz.  Bu şəxslər xəbisdirlər, düzəlməzdilər.

Aşıq Ələsgər  dostluğa, həqiqi dosta yüksək qiymət verir, eyni zamanda “yеtəni özünə  dost еyləməyi” də məqbul sanmır. 

Bu misralar “Olmaz” qoşmasından götürülmüşdür:

Bir mərd ilə ağı yеsən, şirindi,

Yüz namərdlə şəkər yеsən, dad olmaz.

        ?-dən göründüyü kimi, dahi sənətkar mərdliyə xüsusi önəm verir, namərdliyi lənətləyirdi. Belə qənaətə gəlirdi ki:

                  Hеç namərdin adı gəlməz hеsaba,

Mərd bir olar, onda iki ad olmaz.

       Biz Aşıq Ələsgərin zəngin yaradıcılığının bəzi məqamlarını yada saldıq. Ümumi qənaətimiz belədir ki, görkəmli sənətkarın əsərləri həmişə özünün təhsilləndirici və tərbiyələndirici imkanlarını özündə saxlayır.

Müəllif:Lalə  AKİF QIZI  MƏMMƏDLİ

Pedaqogika  üzrə  fəlsəfə  doktoru, Azərbaycan Respublikasının Təhsil  İnstitutunun aparıcı  mütəxəssisi.

LALƏ  AKİF QIZI  MƏMMƏDLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRİDƏ ABDUL – QADIN

Fəridə ABDUL – şair, yazar, filoloq

QADIN
Qadın bir az başı dik
Dabanı dik,sözü dik
Əyiləndə qaməti,
Dikələndə boyu dik.
Hər insana deyilməz
Ruhu dərin qadına
Ucuz qiymət verilməz.
Ucuz ruhlar geyinməz
Gərçək qadın adına
Layiq olan xanımlar.
Hər qadın eyni deyil
Hər adam kişi deyil,
Bax eləcə hər qadın,
Hər dikdaban geyinən,
Bir az saçın uzadan,
Əxlaqı dırnağından,
Ətəyi qərarından qısa olan,
Hər qırağ yoldan keçən
Dəyərli qadın deyil.
Necəki namərdi var
Kişinin ağsaqallı
Bəzən bir el çaqqalı
Olduğu kimi, qadının da
Yaxşısı var, pisi var.

Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Cavanşir Atəşi mükaftalandırıldı

Cavanşır ATƏŞİ – şair, yazar.

Şair Cavanşir ATƏŞİ (Qocayev) mükafatlandırılıb.

Bu münasibətlə Cavanşir müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Cavanşir müəllim!

CAVANŞİR ATƏŞİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ – Akif Abbasov

                    İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ

  Müstəqil Azərbaycanımızın memarı, Ümummilli liderimiz Heydər Əliyev zirvəsi! Bu zirvədən baxanda Ulu öndərin saldığı və gələcəyə böyük inamın təntənəsi olan yollarda mətin addımlarla irəliləyən və millət atasının arzularını uğurla gerçəkləşdirən möhtərəm prezidentimiz İlham Əliyevi görürük!

Hakimiyyətdə olduğu illərdə o, Azərbaycanımızın şan-şöhrətini bütün dünyaya yayıb, iqtisadiyyatımızı dirçəldib və misli görünməmiş qüdrətə çatdırıb, ordumuzu gücləndirib, sənayemizi inkişaf etdirib.

İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın dövlət büdcəsi dəfələrlə  artmışdır və artmaqda davam edir. Dövlətlərin Azərbaycana böyük maraqları var, bir-birinin ardınca neçə-neçə ölkə rəhbəri, iş adamı respublikamıza gəlib müxtəlif sazişlər, müqavilələr imzalayır, diplomatik əlaqələr yaradırlar.  Hər dəfə bu böyük şəxsiyyətin – İlham Əliyevin  müxtəlif səviyyəli tədbirlərdə, ayrı-ayrı dövlət başçıları ilə görüşlərində məruzə, çıxış və nitqlərini dinləyəndə, məntiqli, aram-aram, təmkinlə, mahir diplomat və uzaqgörən siyasətçi kimi   söhbətlərini, mülahizə və mühakimələrini eşidəndə heyran qalır,  Azərbaycan vətəndaşı olmağımıza görə iftixar və qürur duyuruq.  

          Azərbaycan regionda lider dövlətdir. Bu xüsusda    cənab İlham Əliyev deyir: “Azərbayjan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir… İndi Azərbaycan bütün sahələrdə   bir ölkə kimi nümunə olubdur… Bizim iştirakımız olmadan   regionda heç bir məsələ həllini tapa bilməz. Nə iqtisadi, nə nəqliyyat, nə enerji, nə də siyasi məsələ”. 

          Həmin sözlərdə dərin həqiqət vardır.

         Cənab  İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu  kimi, təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya olunmasına da xüsusi diqqət və qayğı göstərmiş və hazırda da diqqət və qayğısını əsirgəmir.

          İnsan elm və təhsil sahəsində kamilləşir, onun dünyagörüşü genişlənir, cəmiyyətin həyatında yaxından iştirak edir, hörmət və nüfuz sahibi olur. Ölkəmizi savadlı, elmli adamlar irəlilədir, dünyaının qabaqjıl, inkişaf etmiş ölkələri sırasına çıxarır. İlham Əliyev insanın, cəmiyyətin həyatında təhsilin rolunu həmişə görmüş və yüksək qiymətləndirmişdir. Hələ 2000-ci ilin mart ayında Azərbayjan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işlərkən, millət vəkili kimi Bakı Dövlət Universiteti tələbələri ilə görüşündə demişdir: “Tələbəlik illərindən çox səmərəli istifdə etmək lazımdır. Çünki müasir həyatda hər şeyi bilik və təcrübə həll edir. Əgər 20-30 il bundan qabaq əsas məsələ – deyə bilmərəm ki, hamı üçün, amma bir qrup adamlar üçün – əsas məqsəd diplom almaq idisə, indi sənin lap 5-10 diplomun olsa da, biliyin, savadın yoxdursa o diplomlar sadəcə kağıza çevrilir. İlk növbədə bilik, təcrübə və həvəs olmalıdır – əsas amillər bunlardır”.

         Ona görə də cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan təhsilinin inkişafını diqqət mərkəzində saxlamaqdadır. Dövlət bücdəsindən təhsilə ayrılan xərcclərin artırılması, pedaqoji kadrların hazırlanması işinin   təkmilləşdirilməsi, şagird və tələbələrlə təlim və tərbiyə işlərinin səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırıması, istedadlı uşaqlara qayğı və onların qabiliyyətlərinin qiymətləndirilməsi, tədris ocaqlarının inşaası və əsaslı təmiri və s. deyilənlərə əyani sübutdur.

       Möhtərəm Prezident cəmiyyətin həyatında, ölkəmizin inkişafında və tərəqqisində, xalqın yüksəlişində, maariflənməsində təhsilin böyük imkanlarını görmək və qeyd etməklə kifayətlənmir, bu istiqamətdə konkret tədbirlər görür və əhalinin geniş təbəqəsinin, aidiyyəti şəxslərin və təşkilatların təhsilin təşkili və idarə olunmasındakı məsuliyyətini nəzərə çatdırır. Cənab Prezident göstərir: “Bütün işlər məhz məktəbdən başlayır və məktəbdə təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”.

            İlham Əliyev təhsilimizin inkişafında dünya tərcübəsindən bəhrələnməyi lazım bilir, müxtəlif ölkələrin ali məktəbləri ilə dostluq və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir və bu sahədə fəal təşəbbüs göstərir. Onun bu səyini xarici ölkələrin səlahiyyətli nümayəndələri də etiraf edirlər. Belə ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski İlham Əliyevə universitetin fəxri doktoru diplomu təqdim edərkən demişdir: “Azərbayjan Prezidentinin fəal dəstəyi sayəsində Azərbaycan və Ukrayna ali məktəbləri arasında dostluq əlaqələri və əməkdaşlıq genişlənmiş və dərinləşmişdir”.

          Belə dostluq və birgə əməkdaşlığın bariz nümunəsini Prezidentimizin Bakı şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında 15 yanvar 2008-ci ildə imzaladığı sərəncamda görmək mümkündür. Sərəncamda deyilir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə təhsil sahəsində genişmiqyaslı islahatlar proqramı həyata keçirilir, özəl sektor formalaşır, respublikanın beynəlxalq təhsil məkanına inteqrasiya prosesi sürətlənir. Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq istəyi respublikada yüksək səviyyədə tədris həyata keçirən mötəbər bir universitetin filialının açılmasına zərurət yaratmışdır”.

       Möhtərəm Prezidentimizin bu kimi xeyirxah, uzaqgörən və faydalı təşəbbüsləri xalqımızın, uşaq, yeniyetmə və gənclərin təhsilə yaxından bağlanmasına şərait yaratmaqla yanaşı, xarici dövlətlər tərəfindən də təqdir edilir və yüksək dəyərləndirilir. İlham Əliyev M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral, 2008), İordaniya Universitetinin (29 iyul, 2007), Macarıstanın nüfuzlu Korvinus Universitetinin (18 fevral, 2008), T. Şevçenko adına Kiyev Milli Universitetinin (2008) və başqa universitetlərin fəxri doktoru seçilmişdir.

         İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizin iqtisadi uğurlarından sosial məsələlərin, təhsilin problemlərinin və s. həllində səmərəli istifadə olunur. Bu, təsadüfi deyildir, çünki “bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. … Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir” (İlham Əliyev).

          Möhtərəm Prezidentimiz şagirdlərə məktəbdə tədris olunan bütün fənləri yaxşı öyrənməyi tövsiyə edir, Azərbaycan dili və ədəbiyyatın rolunu xüsusi qeyd edir. Cənab İlham Əliyevin sözləridir:  “Azərbaycan dili və ədəbiyyat kabineti uşaqların ana dilini mükəmməl öyrənməsi işində böyük rol oynayır. Bizim ədəbiyyatımız, ana dilimiz müstəqil Azərbaycan Respublikasının inkişafında çox böyük əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar ədəbiyyatımızı yaxşı oxusunlar, yaxşı tərbiyə alsınlar, yaxşı vətəndaş olsunlar”.

       Cənab İlham Əliyev ölkənin inkişafında elmi-texniki tərəqqinin, texnologiyaların əhəmiyyətini xüsusi vurğulayır. Prezidentimiz bu barədə deyir: “Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”. Odur ki, cənab Prezident ümumtəhsil məktəblərinin siniflərin komputerləşdirilməsinə ciddi əhəmiyyət verir. Bu barədə deyir: “Bilikli, savadlı uşaqlar, gənlər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Məktəblərdə kompüter sinifləri yaradılır və internetə qoşulur ki, uşaqlar bunu öyrənsinlər və dünyada gedən proseslərdən xəbərdar olsunlar”.  

             Möhtərəm Prezidentimiz xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirir (“Hər bir gənc xarici dilləri bilməlidir”). Cənab İlham Əliyev özü də xarici dilləri dərindən bilir, yüksək kürsülərdə, mötəbər məclislərdə, nüfuzlu görüşlərdə ingilis, türk və rus dillərində heyrət doğuracaq aydınlıqla, sərbəst, təmkinlə danışır, fikrini sərrast, məntiqli ifadə edir.

         Cənab Prezident müəllim şəxsiyyətinə böyük qiymət verir, onların şərəfli və yorulmaz, eyni zamanda çətin əməyini yüksək dəyərləndirir. Bu xüsusda deyir: “Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Vaxtilə mənim də müəllimlik fəaliyyətim olub və həyatımın bu dövrü mənə çox əzizdir… Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olnması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bu bilik səviyyəsindən asılı olacaqdır”.

       Qabaqcıl məktəblərin; nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa pedaqoji ustalığa malik olan, şagirdlər və valideynlər, pedaqoji ictimaiyyət arasında dərin hörmət və nüfuz qazanmış müəllimlərin fəaliyyətini qiymətləndirmək cənab Prezidentin xüsusi diqqət mərkəzində olan məsələlərdəndir.

       İlham Əliyev istedadlı uşaqları xüsusilə diqqət mərkəzində saxlayır, onların yaradıcı qabiliyyətlərini, istedad və bacarıqlarının hər vəchlə inkişaf etdirilməsinə qayğı göstərməyi və bunun üçün əlverişli şərait yaradılmasını vacib hesab edir, onların ruhlandırılması, həvəsləndirlməsi ilə bağlı tədbirlər görür.

            Ölkə Prezidenti məktəb tikintisinə də ciddi fikir verir və bu sahədə “Heydər Əliyev Fondu”nun səmərəli fəaliyyətini də xüsusi vurğulayır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Fondun xətti ilə 200-ə qədər yeni məktəb tikilibdir. Yəni bu, ümumi işimizdir, deyə bilərəm ki, ümumxalq işidir”.

       İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızda yüzlərlə yeni məktəblər tikilmişdir. Görülmüş işlərin faydasından danışarkən cənab Prezident göstərir: “Bu böyük nailiyyətdir və davam etməkdədir. Çünki hələ yararsız vəziyyətdə olan məktəblərin sayı kifayət qədərdir. Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər”.

       Cənab Prezident şagirdləri və tələbələri yaxşı oxumağa çağırır və göstərir ki, tələbə üçün əsas stimul oxumaq olmalıdır. Eyni zamanda qeyd edir: “Bilirsiniz, mən başa düşürəm ki, bəzi hallarda təqaüd çatmır. Mən özüm də tələbə olmuşam, mən də ayda 45 manat təqaüd alırdım və təqaüdlə yaşamağın nə demək olduğunu yaxşı bilirəm. Ancaq eyni zamanda təqaüdü əsas amil kimi götürmək, məncə, düzgün olmazdı. Siz həyatda ilk addımlarınızı atırsınız. Sizin əsas stimulunuz bu olmalıdır ki, yaxşı oxuyasınız, yaxşı bilik alasınız və gələcəkdə yüksək maaşlar alasınız”.

            Bu gün Azərbaycanımız dünya dövlətləri arasında şərəfli və öncül yer tutur. Respublikamız bütün sahələrdə sürətlə inkişaf edir. Elm, təhsil, mədəniyyət və incəsnətimiz də, sənayemiz, nəqliyyat, iqtisadiyyatımız da, hərbi qüdrətimiz də fərəh doğurur. Şəhərlərimiz, rayonlarımız abadlaşır, gözəlləşir.

Bütün bu uğurlarımızın çoxuna möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə nail olmuşuq!

30 ilə yaxın bir dövr idi ki, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan erməni faşist işğalçılarının  tapdağı altında idi. Dünya dövlətləri susurdu. ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) tərəfgördülük edir, ermənilərin mövqeyini müdafiə edirdilər. BMT-nin erməni işğalçılarının, erməni ordusunun qeydsiz-şərtsi Azərbaycan ərazisindən çıxmasını tələb edən 4 qərarı yerinə yetirilmirdi.

Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi  ilə Azırbaycan Ordusu hərəkətə gəldi. Ermənilərin 6 il ərzində işğal etdiyi torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu.

Buna görə cənab İlham Əliyevə minnətdarıq! İndi həmin şəhər, rayon  və kəndlərimizdə quruculuq işləri həyata keçirilir.

            Cənab İlham Heydər oğlu Əliyevin 60 yaşı tamam olur. Biz möhtərəm Prezidentimizi 60 illik yubileyi  münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi, suverenliyi, tərəqqisi, xalqımızın rifahı və təhlükəsizliyi yollarındakı səmərəli fəaliyyətinə görə  ona uğurlar diləyir, uzun ömür, cansağlığı arzulayırıq!!!

Cənab Prezidentimiz həmişə var olsun!!! 

Müəllif: Akif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikası Təhsil  İnstitutunun elmi  katibi, respublikanın Əməkdar müəllimi.

AKİF ABBASOVUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“KULİS.AZ”IN “İLİN HEKAYƏSİ” MÜSABİQƏSİNDƏ ilk 20 (20+) – liyin SİYAHISI

“KULİS.AZ”DA “İLİN HEKAYƏSİ” MÜSABİQƏSİ (2021)

Kulis.az “İlin hekayəsi”  müsabiqəsində 20-liyə (archive.vn) düşmüş hekayələri təqdim edir. Xatırladaq ki, aşağıdakı siyahı münsiflərin anonim səsverməsindən sonra 209 hekayə arasından seçilib.

Qeyd edək ki, münsiflərin adları müsabiqənin mükafatlandırılma mərasimində açıqlanacaq.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Xatırladaq ki, müsabiqədə onlayn səsvermə üçün 209 hekayə yarışır.

Müsabiqənin 20-liyi aşağıdakı kimidir (sıralanma şərtidir):

Tural Turan “Anamın vəsiyyəti”

Nizami Hüseynov (Adəm) “Kitabın Fleksiyası”

İlhamə Nasir “Qırmızı darvaza”

Sara İbrahim “Malyutka”

Furqan “Mustafa Həbibzadənin meyitini mən oğurlamışam”

Fəridə “Noa” qəbiləsinin qadınları

Sənan İsmayılov “Parçalanma hüdudu”

Bircə “Dağdağanın seyidliyi”

Günel Hacıyeva “Rəqs edən taxta qayıq”

Emin Əliyev “XY001”

Məryəm Sıla “Sükutun eyni tonu”

Nihat Pir “Bir kəndin manifesti”

Xəyyam Rəfili “Görünməyən kölgələr”

Məlik Rza “Kimyəvi yağışlar”

Qalib Şəfahət “Ölümlə zarafat”

Orxan Həsəni “Faciəvi hekayə”

Sərxan Sənan “At qarışqaları”

Dəniz Pənahova “Çiyələkli saqqız”

Xan Abdulla “Qarışqa, insanlar və pişik balaları”

Yusif Yusifzadə “Qasımın metamarfozu”

Çox bal toplayan, lakin “20”liyə düşə bilməyən iştirakçılar:

Zaur Ustac “BB”

Nargis “Əzgil ağacı”

Eyyub Məmmədov “Göl”

Vəli İlyasov “Ağ kəlayağı”

Fuad Novruzlu “Buxarlanma”

Vüsal Məmmədzadə “Torpaq”

Xatirə Kərimova “Yamaq dərdi”

Tural Atəş “Ayin”

Yaşar Bünyad “Qırx beşinci gün”

Günel Məcidova “Yuxu”

Xanım Aydın “Rəngbərəng kəpənəklər”

Babək Ağayev “Cəhənnəmdən gələn”

Təvəkgül Boysunar “Kibritsiz şamlar”

Vaqif İsaqoğlu “Mişel”

Oğuz Ayvaz “Qonşunun soyuducusu, arvadım, qızım”

Ceyhun Zərbəliyev “Sozalan arzular”

Murad Muradov “Qırın şüşələri kəpənək qurtulsun”

Rəşid Bərgüşadlı “Hormonal krizis”

Orxan Cuvarlı “Güzgü”

Sara Bağırova “Eşidilməyən səs”

Səməd Şıxı “Belaşda qiyam”

Vüsal Qocayurd “Narahat gecə”

Vüsal Oğuz “Əyalət şairinin bir günü”

Möminəxatun Məmmədova “Coşqun dəniz”

Orxan Saffari “Əjdər”

İlkin mənbə: KULİS.AZ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLHAM HEYDƏR OĞLU – AQŞİN HACIZADƏ

İLHAM HEYDƏR OĞLU
Sən dahisən, sən ərsən,
Sən hünərsən, zəfərsən.
Zülmət dalınca doğan,
İşıqlı bir səhərsən.
Azərbaycan xalqının
İgid oğlu, ər oğlu,
Ey İlham Heydər oğlu!
* * *
Düşmən burda qudurdu,
Qurdun güclü bir ordu.
Qətiyyətin, əzminlə,
Azad etdin bu yurdu.
Oldun ulu millətin
Yenilməyən nər oğlu,
Ey İlham Heydər oğlu!
* * *
Heyran olmuşuq sənə,
Diz çökdürdün düşmənə.
Qarabağdan çıxmağa,
Qol çəkdirdin düşmənə.
Qalib etdin yurdunu,
Yurdunun Öndər oğlu,
Ey İlham Heydər oğlu!
* * *
Məhv eylədin artsaxı, *
O Paşinyan sarsağı.
Azad etdin işğaldan.
Sən müqəddəs torpağı.
Əhsən söyləyir sənə,
Bu vətənin hər oğlu,
Ey İlham Heydər oğlu!
* * *
Sevinc ilə, gülüşlə,
Doğma yurdla görüşlə,
Tam otuz il sonradan,
Qarabağa dönüşlə,
Oldun xalqın gözündə,
Xalqın müzəffər oğlu,
Ey İlham Heydər oğlu!
* artsax- Qarabağda yaradılmış qondarma “respublika”
12.11.2020.

Müəllif:Aqşin HACIZADƏ

AQŞİN HACIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! – ZAUR USTAC

Ad gününüz mübarək olsun, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz!

ŞANLI ZƏFƏRİMİZİN MEMARINA İTHAF

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ədalət naminə yazan şair

Ədalət NAMİNƏ ( Əkbər Ağayev ) – Şair.

Ədalət naminə yazan şair

1. Xoş gördük Əkbər müəllim. Sizi tanıyaq?
Mən Əkbər Ağayev 1962- ci il fevralın 26 da Hacıqabul rayon Muğan qəsəbəsində anadan olmuşam.
orta təhsilliyəm ailəliyəm üç oğlum bir qızım var.

2. Orta təhsilliyəm dediniz qiymətləriniz necə idi?
O, da demək olar orta 5,4,3,

3. Necə oldu ədəbiyyata maraq yarandı? Ailə də ədəbiyyata marağı olan var idi?
Bəli atam, qardaşım bacım şeirlər yazırdılar. Mən də orta məktəb illərində şeirlər yazırdım. Lakin uzun müddət ara verməli oldum. 2006 -cı ildən sosial şəbəkəyə gələndən yenidən yazmağa başladım. dostluğuma demək olar ki şairləri qəbul edirdim. Abdulla Cəfər, Hacı Gülqardaş, Arif Cəfərov, Zahir Ağayev, Qafqaz Quruçaylının şeirlərini oxuduqca içimdəki şeiryyata olan həfəs oyanmağa başladı.

4. Üç oğul atası olmaq necə bir hissdir onların ədəbiyyata marağı var yoxsa peşələri ayrıdır?
Əvvalə onu deyim ki, oğul düşmən gözünə batan oxdur. Bir oğlum 14 ildir ki vətənin keşiyində durur. Kiçik oğlum şeir və qəzəl yazır. Üçü də qürur yerimdir…

5. Aranızda bir rəqabət olur təbii ki bir evdə iki yazan çətin olmur dadlı bir rəqabət təbii ki?
Yox, rəqabət olmur. Əksinə bir- birimizə lazım olanda məsləhət veririk.

6. Dostlarınız necə sizə qarşı vəfalıdır siz dostlarınıza qarşı necəsiniz?
Dar günümün dayağı olub dostlarım. Mən hər kəslə dostluq etmirəm, etdiyim kəslərə də sadiqəm…

7. Gənc yazarlarla münasibətiniz necədir qane edir sizi? Yazdıqları…
Nə deyim, gənc yazarların eləsi var ki, dünən başlayıb şeir yazmağa adının önündə şair filankəs yazıb, hansı ki, şeirlərinə baxanda adamı ağlamaq tutur heca səhvi, şəkilçidən qafiyə qurur heç bölgü nədir bilmir poeziyamızı məhvə aparırlar (gənc yazarlar içərsində ) xanımlar üstünlük tuturlar onlara münasibətim müsbətdir yaxşı yazırlar. Gərək hər şeyi Ədalət Naminə deyəsən:

Səsinə səs verən, həyan yoxdusa
Yazdığın şeiri, duyan yoxdusa.
Səni şair bilib, sayan yoxdusa,
Atılıb düşməyin, nə mənası var.

8. Kitab çapı necə düşünürsünüz yoxsa var kitablarınız?
Kitabım yoxdur, hələ mən ona hazır deyiləm, söhbət maddi tərəfdən getmir. Zehini tərəfdən hazır deyiləm, kitab rəfdə qalmamalıdır. Əldən ələ gəzməlidir.

9. Saxta təriflərə reaksiyanız necədir? Saxta təriflərə ehtiyac duymusunuz….
Bir zaman sosial şəbəkələrdə də saxta təriflərə qarşı çıxdım, amma xeyri olmadı, tərifdən çox tənqidə önəm verirəm. Çünki tənqid mənim püxtələşməyimə stimul, verir təkan verir…

10. Sərt tənqid sizi üzər yoxsa maraqlıdır?
Sərt tənqid insanı ruhdan salar, həmçinin məni də, sərt tənqid edən sənə paxıllıq edəndir ki, O, əsəbi şəkildə deyir səhvlərimi sadə və yumşaq deyən mənim dostumdur.

11. Sizi çox yormayaq sizi bilib tanıyanlara dostlarınıza son sözünüz nə olardı, bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz?
Hər kəsə ədalətli olmağı arzu edirəm, məhz buna görə də Ədalət Naminə, özümə təxəllüs götürdüm, haqq ədalət yolunda mübariz olmaq şərəfli işdir. Sizə də təşəkkür edirəm. Mənə görə dəyərli vaxtınızı ayırmısız, çox sağ olun.

Əkbər Ağayevdən (Ədalət NAMİNƏ) bir neçə şeir:

Mən şair deyiləm şeir yazıram,
Şər böhtan yazmıram, xeyir yazıram,
Haqdan bir səs gəlir, deyir yazıram,
Ədalət Naminə qanun naminə .
* * *
Hərdənbir həddimi mən də aşıram,
Düz yoldan çıxıram yolu çaşıram,
Xəyalən kimləsə hey dalaşıram,
Ədalət Naminə qanun naminə.
* * *
Sevmədim heç zaman qanun pozanı ,
Ayağlar altını eşib qazanı,
Sevirəm ölçünü düzü mizanı,
Ədalət Naminə qanun naminə.
* * *
Ömrümü yarıdan ötürmüşəm mən,
Cavanlıq çağımı bitirmişəm mən,
Əkbərəm təxəllüs götürmüşəm mən,
Ədalət Naminə qanun naminə .

Bilməsin
Quran mənim imam mənim can, mənim ,
Şəhid mənim şərəf mənim qan mənim,
Sabah mənim şəfəq mənim dan mənim,
Bilən bilir kimsə bilmir bilməsin.
* * *
Vətən mənim torpaq mənim yurd mənim,
Aslan mənim pələng mənim qurd mənim,
Ləzgi mənim Talış mənim Kürd mənim,
Bilən bilir kimsə bilmir bilməsin.
* * *
Qeyrət mənim namus mənim ar mənim,
Yaxşı mənim yaman mənim xar mənim,
O tay bu tay çox millətim var mənim,
Bilən bilir kimsə bilmir bilməsin.
* * *
Ürək mənim atəş mənim köz mənim,
Abır mənim həya mənim üz mənim,
Şeir mənim cümlə mənim söz mənim,
Bilən bilir kimsə bilmir bilməsin .

Qardaşım
Çox müsübət zillət çəkibdir başım,
Bilməzdim bu qədər ağırmış daşım.
Kefimdən çıxmadım uca dağlara
Mənə bəxtəvərsən deyən qardaşım.
* * *
“Haqq deyən şairi sərpa soydular”.*
Nə olsun sonra da heykəl qoydular,
İndi dı çox olur hoydu- hoydular,
Mənə bəxtəvərsən deyən qardaşım.
* * *
Şairin həyatı dərbədər olur,
İçində ah nalə dərd kədər olur,
Sevincli günləri bir qədər olur,
Mənə bəxtəvərsən deyən qardaşım.
* * *
İlhamı qəm qüssə dərd olur qardaş,
Günləri pərişan pərt olur qardaş,
Yayı da qış kimi sərt olur qardaş,
Mənə bəxtəvərsən deyən qardaşım.
* * *
İndiki zamanda dpnəmdə mənim,
Dağ boyda dağım var sunəmdə mənim,
Düşmən at oynadır binəmdə mənim,
Mənə bəxtəvərsən deyən qardaşım.

*Nəsimidən gedir söhbət.

Dağların
Hey baxdıqca qəlbim yanır odlanır
İsti olur yayı bizim dağların.
Bir yeri var haramı dağ adlanır
Çox da deyil sayı bizim dağların.
* * *
Yamacları yaşıl olmur boz olur,
Yay uzunu hər tərəfi toz olur,
Aran yeri şoran olur duz olur,
Toz torpağdı layı bizim dağların.
* * *
Şəlalədən danışmağa lüzüm yox,
Tərif üçün bircə kəlmə sözüm yox,
Bulağında nə çayında gözüm yox,
Lilli axır çayı bizim dağların.
* * *
Şeytan deyir ev eşiyi ” sat” getsin,
İstəyinə muradına “çat” getsin,
Kəs ayların onbirini “at ” getsin,
Gözəl olur mayı bizim dağların.
Yoxdu vallah tayı bizim dağların.

Ps : Şairin oğlu da şeirlər qəzəllər yazır ona da yeni yaradıcılıq uğurları arzulayıram.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

ƏDALƏT NAMİNƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Kulis.az”da “İlin hekayəsi” müsabiqəsindəki bütün hekayələrin siyahısı

“KULİS.AZ”DA “İLİN HEKAYƏSİ” MÜSABİQƏSİ (2021)

Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən bütün hekayələrin (archive.vn) siyahısını təqdim edir. Bu siyahıdan hər iştirakçı öz hekayəsini asanlıqla tapa və linkə daxil ola bilər.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Xatırladaq ki, müsabiqədə onlayn səsvermə üçün 209 hekayə yarışır. Bu siyahıda sıralama şərtidir.

Zaur Ustac “BB”

Aygül Feyziyeva “Mənim qoca xatirəm”

Aminə Mahmudova “Qar kürəsi”

Cavad Salmanlı “Koma”

Çinarə Beydullayeva “Ağ kəpənək əməliyyatı”

Əli Nadirli “Qısa hekayə”

Furqan “Mustafa Həbibzadənin meyitini mən oğurlamışam”

Oğuz Ayvaz “Qonşunun soyuducusu, arvadım, qızım”

Rövşən Əziz “Bacıya çörək”

Mahir Rəsuloğlu “Etiraf”

Məmmədov Eşqin “Qarmon səsi”

Selcan Kərimli “Quş yuvası”

Simran Qədim “Zamanını amanı”

Təranə Musayeva “Bir qış günü və ya qu-quşu”

Ülviyyə Xəlilova “Balaca çinar”

Nemət Mətin “Uçulmuş ev”

Yaşar Bünyad “Qırx beşinci gün”

Dəniz Pənahova “Çiyələkli saqqız”

Nizami Hüseynov (Adəm) “Kitabın Fleksiyası”

Emin Əliyev “XY001”

Fərid Muradzadə “Cücərən ümidlər”

Hümbət İsmayılov “Köz”

Günel Məcidova “Yuxu”

Aqil Bəkir “Mütləq səssizlik”

Aysun Bağıyeva “Füzulinin 27 illik həsrəti”

Elman Rüstəmov “Bomj seçici”

Əsmər Hüseyn Xan “Qan qoxusu”

Günəş Əkbərli “Ranut”

Mahir Əyar “Həbsxana xatirələri”

Malik Atilay “Ölümü gözləyən küçənin adamları”

Nuray Axundova “Səndə alınacaq”

Bircə “Dağdağanın seyidliyi”

Leyla Yaşar “Leysanda yuyulan günah”

Afiyaddin Gülaliyev “Keçmişdən boylanan xoşbəxtlik”

Akif Cabbarlı “Karina, korona və evtanaziya…”

Ceyhun Zərbəliyev “Sozalan arzular”

Fariz Yunisli “Bircə dəfə”

Çinarə Ömray “Sarı kişi”

Orxan Məmmədov “Elyanın parlaq istəyi”

Orxan Saffari “Əjdər”

Səadət Sultan “Hərislər”

Pərvanə Fərhadqızı “Günün qəhrəmanları”

Siraclı Natəvan “Qorxu”

Nigar Zeynalova “Ağ saçlı qadın”

Tural Turan “Anamın vəsiyyəti”

Əziz Sultan “Ümid”

Xanım Aydın “Rəngbərəng kəpənəklər”

Vaqif İsaqoğlu “Mişel”

Xavər Şəfiyeva “Heykəl qadın”

Xəyyam Rəfili “Görünməyən kölgələr”

Nübar Eldarqızı “Qurban”

Nuranə Mürşidli “Betadin məhlulu”

Nurlan Abdurrahmanov “Eşqin cəbri”

Nurlanə Vəliyeva “Acı həyat hekayəsi”

Pərvanə Nizaməddin “Çaqqal və it”

Ramin Abbasquliyev “Uğura gedən yol”

Rəşad Qasımov “Astral səyahət”

Rəşid Bərgüşadlı “Hormonal krizis”

Samir İmanov “Bir barmağın dəyəri”

Tural Cəfərli “Bukovskini oxuyan fahişə”

Səid Nəsirli “Zabitin arzusu”

Ülviyyə Əlizadə “Novruz axşamı”

Amin Əliyev “Döngü”

Aqil Çeurin “Ağ qurbağa”

Nəzrin Axirova Mobil “Kaş”

Əminə Babayeva “Yaxşı ki”

Fatimə Əliyeva “Gerçəkliyə bir addım”

Fidan Hüseynova “Tütək çalan oğlanın musiqisi”

Gülər Əliyeva “Xoşbəxtlik axtarışı”

Gülşən Adışova “Aya aparan yol”

Hökumə Əmiraslanova “Çağırılmamış qonaqlar”

İlahə Həbibova “Boşluqdakı şəxsiyyətlər”

Maya Ağamirzəqızı “Yuxulara köçən ömür”

Mina Rəşid “Maneken dostum”

Nərmin Məmmədova “İntiqam cinayəti”

Ofeliya Məhəmmədqızı “Pis adamlar üçün salınmış qəbiristanlıq”

Aytac Ağayeva “Böyüyən qisas”

Rəşid Qarayev “Leytenantın gündəliyi”

Elcan Elşənoğlu “Xudayar təsnifi”

Elçin Tarverdiyev “Yazılmamış hekayə”

Mirzəfər Qurbanov “Arzusuna çatan xoşbəxt şəhid”

Mülayim Hümmətova “Titi”

Ömər Elşənoğlu “Nakam sevginin xatirəsi”

Rufina Ali “Sonuncu intihar”

Sevinc İbrahimzadə “Vaqif və Xarıbülbül, ya da Leyli və Məcnun”

Rüqəyyah Şükürova “Solmuş qərənfil”

Xəlil Salahlı “Nirvana”

Yaşar Əmiraslanov “Daltonun gözləri”

Sərxan Sənan “At qarışqaları”

Xəzər Əlizadə “Dörd nöqtə”

Şahsənəm “Əhməd kişi”

Vüsal Oğuz “Əyalət şairinin bir günü”

Orxan Cuvarlı “Güzgü”

Güşvər Şərifova “Mavrı”

Vüsal Nadiroğlu “Ömürlük məhbusun həyat hekayəsi”

Şamxal İbrahim “Sığınacaq”

Vüsal Məmmədzadə “Torpaq”

Sara Bağırova “Eşidilməyən səs”

Təbriz İsmayılzadə “Yollarda azan arzular”

Sərəstan Bəşirov “Ümid”

Elvin Rzayev “Tapşırıq”

Eyyub Məmmədov “Göl”

Samir İsaqov “Mənasızlığın təntənəsi”

Sevil Gül Nur “Zəfərin əlləri”

Tağı Türk “Şüşəgöz”

Tural İlyas “Növbədəki adam”

Aydan Dəniz “Ağıçılar kəndi”

Tural Atəş “Ayin”

Səməd Şıxı “Belaşda qiyam”

Nihat Pir “Bir kəndin manifesti”

Babək Ağayev “Cəhənnəmdən gələn”

Möminəxatun Məmmədova “Coşqun dəniz”

Orxan İsmayıl “Əbədi günahkarlıq”

Nargis “Əzgil ağacı”

Lamiyə Məmmədova “Gözlənilməz hədiyyə”

Yeqzar Cəfərli “Günəşdən qabaq”

Cümşüd Aydəmirov “Həmin kişini yenə gördüm”

Vahid Aslan “İlyas Tapdığın kompüteri”

Aynurə Abbaszadə “Cənnətdən çiçək”

Azər Musaoğlu “Hacı Qara”

Cahandar Cabbarov “Tələbənin qış kapriççiosu”

Əlişükür Cavadov “Sığınacaq”

Elmin Sərdarlı “Şahidin Tanrıdan istəyi”

Günel Hacıyeva “Rəqs edən taxta qayıq”

Xatirə Kərimova “Yamaq dərdi”

Hafiz Hacxalıl “Mən necə noutbuk aldım”

Hamlet Cəfər “Dəmir xatirə”

İlhamə Nasir “Qırmızı darvaza”

İlqar Abasov “Portret”

İlqar Şirinov “Ölə bilməyən erməni”

Leyli Xəlilova “Girdab”

Mənsur Həsənzadə “Top”

Murad Muradov “Qırın şüşələri kəpənək qurtulsun”

Vəli İlyasov “Ağ kəlayağı”

Xumar Quliyeva “Sarı bənizli bənövşə”

Zeynəb Məmmədzadə “İlin hekayəsi”

Zeynəb Rzaquluyeva “Şəhid ilə Xarıbülbülün məhəbbəti”

Əzimə Abasova “Möhtəşəm paralelə səyahət”

Aysel Vəlizadə “Aybikə xalanını sınağı”

Əfsanə Osmanova “Dost”

Məmməd Məmmədli “İşıqdan gözləri qamaşanlar”

Qalib Şəfahət “Ölümlə zarafat”

Rəhiməxanım Əmiraslanova “Göyqurşağı”

Anar Yaşaroğlu “Romadan Ağdama”

Aqil Yaşaroğlu “Təsadüf”

Aysel Aslan “Gur işıq”

Sara İbrahim “Malyutka”

Orxan Həsəni “Faciəvi hekayə”

Hikmət Cəfərov “Bəlkə də bu həqiqətdir”

Fuad Novruzlu “Buxarlanma”

Fuad Qəhrəmanlı – “İlk cinayətim: Erməniyə xalça satanın evini necə daşladıq?”

Məlik Rza “Kimyəvi yağışlar”

Elvin Rizvangil “Qaranquş yuvası”

Sarışan Adışova “Azadlıq müqabilində”

Səid Həmzəyev “Burhaniye”

Fuad Səyyah “Miras qalan talelər”

Təranə Arifqızı “Keçid”

Tural Comərdoğlu “Mənfur qonşu”

Vaqif Abbasov “Tənhalığın sonu”

Əhlim Sadıqbəyli “Sonuncu addımlar”

Anar Şamil “Mənimlə danış”

Coşqun Kərimov “Tənhalığın qoxusu”

Aydan İbrahimli “Qəlblərdə yaşayan qəhrəman”

Fərhad Kərimli “Sənin oğlun”

Gülay Əsgərli “Qorxmaz gizir”

Günay Hacıyeva “Ana Vətənim”

Günel Həsənova “Talesiz xanım”

Naiq Babayev “Meqabaytın varsa, atmosferə uyğun mahnı qoy”

Nərgiz Rəhimli “Miras”

Nərmin Kazımzadə “Tənha göyərçin”

Təhmasib Rəhimov “Qızıl teşt”

Sülhiyyə Şirinova “Son nəfəs”

Hicran Əliyeva “Bir dəstə bənövşə”

Mahir Mədətov “Sevimli sevgili dostum”

Səkinə Hüseynli “Gecə gözəli”

İslam Əlicanov “Xilaskar?!”

Elmira İbrahimli “Səni sən edən”

Günəş Mərdiyeva “Missiya”

Mədət Quliyev “Kuryer”

Nəzrin Quliyeva “Ulduzlar sönməz”

Nübar Kərimova “Zəfərə gedən yol”

Samit Nuriyev “Son nəğmə”

Rizvan Fikrətoğlu “Son Əlvida”

Nuriyeva Sona “Bir şəklin tarixçəsi”

Sahilə Sultanova “Əmanət”

Seyidməsmə Niftəliyeva “İllərin arxasında”

Gülanə Əliyeva “İnam”

Rəsul İsaqov “Təkrar”

Safura Əlizadə “El bir olsa dağ oynadar yerindən”

Bahar Əzizova “Mənim dalğam”

Təvəkgül Boysunar “Kibritsiz şamlar”

Cəlil Cavanşir “Müharibə rapsodiyası”

Vüsal Qocayurd “Narahat gecə”

Fəridə “Noa” qəbiləsinin qadınları

Sənan İsmayılov “Parçalanma hüdudu”

Xan Abdulla “Qarışqa, insanlar və pişik balaları”

Yusif Yusifzadə “Qasımın metamarfozu”

Məryəm Sıla “Sükutun eyni tonu”

Xanım Əliyeva “Yaşamaq sənəti, ölmək sənəti”

Elçin Nicat “Yaşatmaq ümidi”

Leylaxanım Talıbova “Əsir düşmüş ruhlar”

Rəna Həsənova “Xudayar təsnifi”

Rəna Vəliyeva “Dişçıxaran”

Saray Cəlilova “Həmin gecə”

Könül Seyidova “Susqun qəzəb”

Konül Nuriyeva “Yemişan kolunun aclığı”

Nilufər Hüseynzadə “İkinci şans”

Misir Məmmədov “Vətəninə ac böyüyən”

Şəhriyar İbrahimov “Santa Claus”

İlkin mənbə: KULİS.AZ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru