Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ…
Qarabağ ağrı idi…
Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…
Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…
Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.
Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.
Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Tarix yazan Sərkərdənin – Ali Baş Komandanımızın bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.
Milli davamız – Vətən savaşımız Ali baş komandanımızın dəmir yumruğu, məğrur xalqımızın yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Tarix yazan müzəffər Sərkərdənin rəşadətini və Azərbaycan Ordusunun misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.
Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini təmizləyən, qanıyla Tarix yazan oğulların hər birinin döyüş yolunu qələmə almaq, canını fəda edib yaddaşlarda canlı əfsanəyə çevrilən igidlərin vətənə can vermək, vətəni cana gətirmək üçün etdikləri fədakarlığı cansız kağızın yaddaşında ölümsüzləşdirmək istəyirəm. Bu niyyətlə hər birinin ailə üzvləri ilə, döyüş yoldaşları ilə, komandirləri ilə həmsöhbət oluram. İgidlərin döyüş yoluna şahidlik edə-edə, bu söhbətləri dinləyə-dinləyə, o Anaların çoxundan bu sözləri eşidirəm: “Xəyalə, qızım, bizim oğullarımıza yanan təkcə biz – onları öz bətnində böyüdüb dünyaya gətirən analar yox, Vətənimizin qeyrətli, böyük ürəkli, fədakar bir qızı da Ana oldu – Mahirə xanım. Həm dərdimizə şərik, göz yaşımıza həmdəm, hər an yanımızda hiss elədik Mahirə xanımı. Balalarımıza ürəyinin yanğısıyla, qələminin yazısıyla ana oldu Mahirə xanım…
Mahirə xanım Nağıqızı… Təqdimata və izaha ehtiyacı olmayan Adam… Mənə elə gəlir ki, Mahirə xanımın işıqlı insan, alim, müəllim, pedaqoq adlarından, alın təriylə qazandığı bütün titullarından daha ucada dayanır bu ad: bütün şəhid balaların Anası… Şəhid analarının isə ömrünə həmdəm, yaralarına məlhəm ola bilməsi Mahirə xanımın böyük ürəyindən və elə ürəyi böyüklükdə fədakarlığından xəbər verir… Mahirə xanım hər kəlməsindən vətən sevdalı qələm adamı, vətəndaş ziyalıdır. Balası Vətən yolunda şəhid olan analardan Onun ünvanına deyilən alqış nidalarını sözə çevirib yazmağa isə sözlərimin gücü yetmir. Sadəcə ürəkdən “Var olun! O ülvi hisslərlə döyünən ümman boyda ürəyiniz var olsun, Mahirə xanım! -deyə bilirəm. Sizin Ana Vətən üçün ömrünü fəda edən igidlərimizə fədakar bir Ana ola bilməyiniz bütün şəhid analarımıza sözlə izaholunmaz bir təskinlikdir.
Ana olmağı bacarmaq – ən böyük şəxsiyyət, ən böyük şair, ən böyük müəllim ola bilməkdi…
Ana olmağı bacarmaq – bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…
Ana olmağı bacarmaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə ala bilməkdi… Mən Sizin bu ucalığınız, Ana adınız – Ana müqəddəsliyiniz qarşısında baş əyirəm, dəyərlim Mahirə xanım!
Bu vətən deyilən torpaq deyil ki,
İnsanın ürəyi, canı Vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, Vətəndir.
-yazan adamın sinəsi bu gün saysız şəhid analarının ovunduğu Vətən qədər müqəddəs bir yerdir… Nə yaxşı ki, bu dünyada dərdə dərman, ömrə həmdəm, acılara məlhəm olmağı bacaran, köksü Vətən böyüklükdə sizin kimi İnsan var…
Millətin taleyüklü məsələlərində Mahirə xanımın susmaması, sözünün yetdiyi, gücünün çatdığı bütün məqamlarda milli təəssübkeşlik hissi təkcə yazılarında deyil, hətta müsahibələrində də özünü açıq-aydın göstərmiş olur:
Müsahibələrinin birində jurnalistin: “Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?” – sualına şairə belə cavab verir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının − özü elə böyük olmayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə − türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca, o qan laxtalanmayacaq”.
Bəli, bu ləyaqətli bir Azərbaycan qadının “Xocalıya ədalət” hayqıran narahat ruhunun, vicdanının səsidir.
Elə bir həssas qəlb, elə bir kövrək ürək, elə bir yanımcıl Ana ki, bu torpağın üstündə yavaş-yavaş addımlayın deyir hər kəlməsinin başında. Sanki hər sözünün əvvəlində-axırında bu torpağa qanı qarışanlara layiq yaşamalı olduğumuzu xatırladır bizə…
Burdan yavaş gedin, astadan keçin,
Qəbirlər titrəyər, daş dinə bilər,
Bir güllə gücünə sükut olanlar,
Bir addım səsinə diksinə bilər.
Mahirə xanım alnımızın ləkəsini silən, ilahi ədaləti bərqərar edən, milli qürur hissimizi özümüzə qaytaran, dünyaya gücümüzü, bütövlüyü, birliyimizi sübut edən, Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün öz talelərini yarıyolda qoyan gənclərə həssas ana qəlbiylə yanmaqla bərabər həm də onların cəsarəti ilə qürur duyur:
Yerə qan tökdülər, ruh göyərtdilər
Tarixi yazdılar vətən daşında.
Minillik xalqlara dərs öyrətdılər
Bu ərən oğullar cavan yaşında.
“Şəhid nəğməsi” adlı şeirdən nümunə gətirdiyimiz bu misralarda isə müəllif şəhidlərimizin Ana torpağa əmanət olunduğu yeri sadəcə bir ziyarətgah hesab etmir, həm də millətin ən müqəddəs məbədgahı, qutsal ünvanı kimi uca dəyərləndirir:
Şəhidlər! Şəhidlər! Öz canınızla,
Bizə yol açdınız, dövran verdiniz.
Millətə diz çöküb baş əymək üçün,
Şərəfli, müqəddəs ünvan verdiniz.
Adını zəfər tariximizə, səsini isə bütün xalqımızın ürəyinə, ruhuna yazan şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr etdiyi şeir isə Mahirə xanımın yaradıcılığında xüsusi yer tutur.
Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova ilə həmsöhbət olduğum zaman bütün qəlbimlə duyuram ki, ailəsi üçün, əzizləri üçün Xudayarın ölümündən sonra cənab prezidentimiz tərəfindən təltif olunduğu “Azərbaycan bayrağı” ordeni qədər qürur yeridir Mahirə xanımın Xudayara həsr etdiyi şeir… Radə ana söyləyir ki, Mahirə xanımın şeirinə qulaq asdıqca, elə bilirəm ki, Xudayarın qoxusunu duyuram… Sənətin böyüklüyünü bundan daha təsirli ifadə edə biləcək cümlə düşünə bilmirəm.
Vətən sevdalı böyümüşdü Xudayar.. Vətən sevgisi ürəyinə ana şəfqəti ilə bərabər hopmuşdu sanki… Elə ona görə də dar gündə hamıdan qabaq Vətənin harayına yetişmişdi… Mahirə xanımın yazdığı kimi:
Göydən Allah baxır, haqq divanı var Soraq məqamı var, sorğu anı var Hərənin qəlbində qəhrəmanı var Minlərin gözündə mizana döndün.
Özün manşırladın qismət oyununu Yuva tək seçib də Vətən qoynunu Anan el içində bükməz boynunu Dərdindən əriyib dərmana döndün.
Bilirdin bu Vətən nədən yaxşıdır? Qoynunda göyərən bitən yaxşıdır Övladda havara yetən yaxşıdır Havara yetişib aslana döndün.
Nahaq yerə demirlər ki, “Oğul düşmən çəpəridir.” O müqəddəs savaşda bütün varlığıyla bunu sübuta yetirdi Xudayar… Vətənin hər qarışını qorumaq üçün kürəyini çəpər, sinəsini sipər elədi düşmən həmlələrinin qarşısında… Son nəfəsinə, sonuncu gülləsinə qədər çəpər kimi dayandı düşmənin qabağında… Bu cavan ömrünü ər kimi yaşadı… Anasının arzularını gözündə, gözünü yollarda qoydusa da, milyonların ürəyindəki Vətən yarasına yaralı canıyla, qanıyla məlhəm oldu…
İndi Xudayar milyonların ürəyində müqəddəs bir ünvana – könüllərdə dastana dönüb… İndi ona Radə Anamızla bərabər Mahirə Anamız və Vətən böyüklükdə Anamız – Ana Vətənimiz “Oğul!” deyir…
Nə qədər istəyə yerbəyer yaza Ürəyi üçuna nə deyir yaza Mahirə şəninə yüz şeir yazar Bəs etməz, yazdığın dastana döndü.
Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmişlər olduğuna ürəkdən inanıram. “İstiqamət Şuşa… Xankəndi” deyib baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində, qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə səbəbkar olan Toğrullar, Azərlər, Tofiqlər, Daşqınlar, Xudayarlar – qan qardaşlarımız məhz o seçkin insanlardan, seçilmişlərdən idi…
Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu, bütövlük ideologiyası məhz ordan – Sultanlar, Toğrulların, Aşurların, Yüksəllərin, Azərlərin, Babəklərin şəhadətindən başladı…Xudayarlar o müqəddəs yolun başında Haqq savaşçısı kimi dayanıb bütöv bir məmləkəti bir bayraq altında cəm elədi, “Dünya birliyi”nə bütövlüyün, milli birliyin nə olduğunu göstərdilər…
Vətən boyda ürəklərindəki müqəddəs amal Cəbrayıldan, Füzulidən başlayıb Şuşaya yol almaqdı ki, o Haqq yolunda şəhadətə yüksəldilər, döyüş yoldaşlarından qabaq Şuşaya çatdılar. Zəfər günü Şuşaya girən təkcə o bizim gördüyümüz müzəffər ordunun əsgərləri deyildi, onların başı üstündə Şuşanın dağlarının başındakı dumanı dağıdan, Şuşanın azad, aydın səmasında pərvazlanan məğrur, qalib ruhlar var idi – yuxarıdan qoruyurdular döyüş yoldaşlarını, Xudaya yar, Tanrıya yoldaş olub Haqqın – Xeyirin şər üzərində qələbəsinə sevinirdilər…
İlahi ədalət bərqərar olmuşdu…
Haqq savaşında Xeyir – İşıq zəfər çalmışdı…
Ocağı sönmüş yurd yerlərimizdə işıq yanırdı…
Xarıbülbül əsirlikdən azad olmuşdu, üzü Günəşə doğru gülümsəyirdi…
Azad Qarabağın aydın səmasında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı…
Bütün dünya Tarix yazan Sərkərdənin dəmir yumruğundan danışırdı…
Mahirə Ana bütün şəhid balalarına layla deyirdi, başının dumanı dağılmış Şuşa dağlarında Mahira xanımın ana laylası ucalırdı…
Təbəssümü üzündə Xudayar…
Xudayar Tanrı qatında “Vətən yaxşıdır” zümzümə edirdi…
Vətən Cənnətə dönmüşdü…
*****
… Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Mahirə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Mahirə xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.
Yaxşı ki varsınız, Mahirə xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…
Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Hamının sevimlisi, sidq ürəklə sevdiyi, ürəklərdə sevgi, rəğbət, doğmalıq qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Mahirə xanım!
Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Sizin kimi öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Mahirə xanım Nağıqızı ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…
Həqiqətləri deyən diliniz, yazan qələminiz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, Mahirə xanım! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı ailənizə, yavrularınıza, bizlərə – bütün Sizi sevənlərə doyunca versin!
Böyük Adam… Böyük hərflərlə Adam… Böyük ürəkli Anam…
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!
Qurban Bayramov – tənqidçi-ədəbiyyatşünas, doktor-professor.
QurbanBayramov,
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,“Fədakar alim” ,”Elm fədaisi”,“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,“SəmədVurğun mükafatı” laureatı,1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü
QƏLƏM Şükür Yaradana, bəxş etdi səni, Xəstə könüllərə şəfasan, Qələm… And gəldi adına ucadan uca, Neçə acı dərdə davasan, Qələm… * * * Həsrətlilər intizardan qurtarar, Kimi özün bu dünyadan qoparar, Əlacsızlar sənə pənah aparar, Qəmədən, qılıncdan yavasan, Qələm… * * * Ustac körpəlikdən tapınıb sənə, Qəmli də, xoşbəxt də sığınıb sənə, İllahi bir qüvvət verilib sənə, Göydən Yer üzünə töhfəsən, Qələm. 02. 10.2016. Bakı.
SÖZ MÜQƏDDƏSDİR Dostum, kəmənd ilə tutmazlar sözü, Cələ qur, dilinə qoy özü düşsün… Oynama, qələmlə huydurma – ağac, Elə tut, əlinə qoy izi düşsün… * * * Qələm müqəddəsdir, müqəddəsdi söz, Onların nazın çək, möhnətlərə döz, Gör, sənin ağzına baxır neçə göz, Qələmlə uslu ol, qoy üzə düşsün… * * * Gəldin bu aləmə, ərkanı gözlə, Yaxşı bax ətrafa, dövranı izlə, Ustac əmanəti, aram ol sözlə, Qələmlə elə yaz, qoy izi düşsün… 01.05.2017. Şamaxı.
OLACAQ…
(…sözünüz ağzınızda qalmasın…) Ağzındakı söz olmasa, Ürəyində köz olacaq… Dediyin söz düz olmasa, Boğazında qoz oacaq… * * * Ağız dilə dar olarsa, Düz əyriyə yar olarsa, Haqq nahaqdan xar olarsa, Silinməyən iz olacaq… * * * Məncə yox, bundan betəri, Dəyər, hamıya xətəri, Heç nəyə baxma ötəri, Yatağında biz olacaq… * * * Dünyanın ən acı dərdi, Sındırıbdı, neçə mərdi, Hamı dinmədikcə, mərddi, “Quş uçurtsa, qaz olacaq…” * * * Ağızda söz gəvələmək, Ən acı dərd, böylə bilək, Nəsimidən alaq örnək, Ustac desə, az olacaq… 05.04.2018. Bakı.
5 il öncə gözəl bir bahar səhəri idi… Universitetdəydik. Həyat yoldaşım bizim kafedraya gəlib təbəssümlə „indicə mətbuatdan oxudum. Zərrab əmiyə əməkdar kənd təsərrüfatı işçisi“ fəxri adı adı verilib – deyə müjdələdi. Qanadım olsaydı, həmin an Bakı Dövlət Universitetindən birbaşa Naxçıvana uçardım… Gücüm sadəcə yazmağa, mətbuatdan oxuduğumuz bu xoş xəbərlə bağlı Atamı elə mətbuatda təbrik etməyə çatdı… Bu sabah qəzetin elektron arxivi həmin yazımdan 5 il ötdüyünü xatırladır… o günü xatırladım, gözlərim yaşardı…
Atam həyat yolumun başında dayanan İşıq və hər addımından örnək götürdüyüm Böyük İnsandı…
Atam mənə alın təri ilə çalışmağın və alın açıqlığı ilə yaşamağın bu həyatda ən uca dəyər olduğunu öyrədən Adamdı…
Bu gün insanların bir il, beş il bir idarədə, təşkilatda sözsüz, söhbətsiz işləməyə təhəmmül edə bilmədiyi bir zamanda Atam düz 40 il eyni idarədə – Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində zəhmətkeşliyi, əmək fəaliyyəti ilə hər kəsə örnək olacaq bir yol keçib. Bu həyatda təkcə təmiz adını yox, Əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Atam sözün həqiqi mənasında işlədiyi bu 40 il ərzində bu ləyaqəti qoruya bilib, işini övladları kimi sevib, üzərinə düşən bütün vəzifələri vicdanla haqqa gətirib, hesabında, kitabında, yazısında, pozusunda, münasibətlərində, verdiyi sözündə, tutduğu əməlində son dərəcə dəqiq olub, dürüst olub, gördüyü hər işə məsuliyyətlə yanaşıb, fədakarlıqla çalışıb…
Dəyərli ağsaqqal, müdrik ziyalı, rəhmətlik cənnətməkan Fəttah müəllim bir söhbətimizdə Atam haqqında dediyi bu fikirləri heç unutmuram: „Qızım, dedi, biz fiqurların yerinin səhv düşdüyü bir şahmat taxtasının üstündə yaşayırıq. Amma böyük Səməd Vurğun deyib ki: Günəşi örtsə də, qara buludlar. Onun Günəş adlı bir qüdrəti var. Mən Zərrab müəllimə Günəş ömrü arzulayıram. Bütün şüurlu ömrünü, həyatını, sağlamlığını dövlətimiz və dövlətçiliyimiz yolunda vicdanla xidmət edib. Tanrı O böyük İnsanın başının üstünü, addımladığı yolunu qara buludlardan – qaramat düşüncələrdən hifz eləsin! Özü kimi işıqlı insanlar çıxsın qarşısına!“…
Allah Fəttah müəllimə qəni-qəni rəhmət eləsin, dəyərli insanlar, dəyərli fikirlər heç vaxt unudulmur. Elə Fəttah müəllimin arzuladıqlarını diləyirəm Atam üçün… Əslində, valideynin oyandığı hər sabah övladın Tanrıya şükranlığıdır. Bundan böyük səadət nə ola bilər ki?! Ata var, söykənəcəyin dağ, qürur duyacağın zirvən var… Allah o Zirvəmi qorusun!
Bu günə qədər doğma Naxçıvanımızın çiçəklənməsi üçün çalışıb, demək olar ki, cahanın nəqşi olan bu ulu diyarın bütün guşələrində Atamın zəhmətinin, əllərinin izi var.
Xəyalə xanım və Zərrab müəllim.
İnnən belə Atam üçün və Atamın kölgəsində özüm üçün bir müqəddəs diləyim var: Azad Qarabağımızın yeni həyat quruculuğunda Sənin əllərinin izi, əməyin olsun, Ata! Şuşada, Xankəndində, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə… bayrağımız qədər müqəddəs torpağımızın cana gəlməsində Sənin də iştirakın olsun, Ata! O torpağa həyat verən bəxtiyar adamlardan – kənd təsərrüfatı işçilərindən biri də Sən olasan, Ata! Bunu ürəkdən arzulayıram və ümid edirəm ki, o müqəddəs günə addım – addım yaxınlaşırıq…
ZAUR USTACIN UŞAQLAR – BİRİNCİLƏR ÜÇÜN DƏRS KİTABI
Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül hecalı şeirlər və rəqəmlər haqqında olan tapmacalar toplanmışdır. Bütün bunlardan əlavə aylar, fəsillər və başqa uşaqlar üçün vacib anlayışlar barədə şeirlər də var.
2011- ci ildən məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər, ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrədən ibtidai sinif müəllimləri tərəfindən əlavə tədris vəsaiti kimi istifadə olunan kitab 2019 cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş 3 hissəli dərsliyin “Məktəbə hazırlaşırıq” adlı həmin dərsliklər üzrə 2 hissəli metodik vəsaitinin I və II hissələrinə daxil edilmişdir. Orta məktəb və liseylərin məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimləri üçün əvəzsiz vəsait olmaqla hələlik təkdir və bu vəsaitin alternativ variantı yoxdur.
ZAUR USTAC – ŞAİR-PUBLİSİST.
Onu da əlavə edim ki, bu kitab yalnız məktəbəhazırlıq qruplarında deyil, eyni zamanda əvəllki illərdə olduğu kimi yenə də məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olaraq qalır. İbtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə və ya rəqəmə aid şeir əzbərləyin” – kimi tapşırıqlarını da qarşılamaq iqtidarındadır.
Vəsaitdəki hərf və rəqəmlərə aid şeir – tapmacaların düzülüşü məktəbəhazırlıq qruplarında və orta məktəb-liseylərin birinci siniflərində hərf və rəqəmlərin proqramla keçilmə ardıcıllığına uyğun gəlir.
Bu kitabdan (vəsaitdən) istifadə etməyin müəllimlərə, valideynlərə və şagirdlərə nə kimi faydası var?
Müəllimlər üçün əvəzedilməz vəsaitdir ona görə ki, onların metodiki vəsaitdə hissə-hissə və pərakəndə halda rastlaşdığı şeirlər, tapmacalar bu kitabda yığcam və ardıcıllıqla Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqrama uyğun şəkildə verilmişdir.
Valideyinlər hal-hazırkı vaxtda olduqca münasib qiymətə yalnız bir kitab almaqla məktəbə hazırlaşan balacanın və ya artıq birinci sinifdə oxuyan birinci sinif şagirdinin hərf və rəqəmlərə aid şeir, tapmaca təlabatını ödəmiş olur.
Şübhəsizki, müəllim və valideyinin səyləri nəticəsində uşaqlar bu vəsaitdən öyrəndikləri şeir və tapmacaların köməyi ilə həm şeir əzbərləmə, söyləmə, həm də məntiqi təfəkkürünü, sadə hesablama bacarıqlarını inkişaf etdirərək daha çox onlar qazanmış olurlar. Uşaqların hərtərəfli inkişaf etdirilməsi, gələcək üçün kamil şəxsiyyətlər yetişdirilməsi, insan kapitalına sərmayə qoyuluşu və başqa bu kimi ümdə məsələlər isə hal-hazırda dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarətində olan, eyni zamanda uşaqların hamisi Birinci vitse-pezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatələnmiş prioritet məsələlərdən biridir.
Bütün bu yuxarıda sadaladıqlarımızdan belə nəticəyə gəlirik ki, bu vəsait hal-hazırda məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimlərinin stolüstü kitabı olmaqla bərabər, gələcəkdə məktəbə gedəcək balaca uşaqları olan hər bir ailə üçün də vacib kitabdır.
ÜLVİYYƏ HÜSEYNOVA – NƏRİMANQIZI – FİLOLOQ.
Ülviyyə Hüseynova
filologiya üzrə fəlsəfə doktoru, BAU və ADU –nin baş müəllimi
Azərbaycan ədəbiyyatının sovet mərhələsi nəsrinin ən görkəmli, müqtədir ədiblərindən biri olan Bayram Bayramov böyük ədəbiyyata öz yaşıdlarına nisbətən gec gəlsə də, hədsiz yaradıcılıq zəhməti və bənzərsiz isdedadı hesabına ədəbi aləmdə ləyaqətli yerini sürətlə zəbt etdi. Bu da ondan irəlı gəlirdi ki, tale elə gətirmişdi Bayram Bayramov yazıçılığa başlamazdan öncə böyuk və zəngin həyat təcrübəsi qazanmişdı, başqa sözlə həyat universiteti keçmişdi.
Azərbaycan xalq yazıçısı (1984), Azərbayan Dövlət Mükaftı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) Bayram Bayramov 1918-ci il dekabrın 11-də ( aprelin 7-də göstərilir) Gəncə guberniyasının Ağdam bölgəsinin Şıxavənd kəndində ( Əlimədədli adlanır) Məşədi Qurban oğlu Salman bəyin ailəsində doğulmuşdur. Atası dövrünün seminariya təhsili almış, ərəb, fars, rus, erməni, türk dillərini bilən, Cümruhiyyət dövründə Müsavat partiyasının bölgə üzrə idarə heyətinin üzvü olan, buna baxmayaraq sovet dönəminin başlangıcında mühüm dövlət işlərinə cəlb edilən, erməni böhtanları nəticəsində 1937-ci ilə qədər iki dəfə həbs edilən, sonda isə 1938-ci ilin martın 5-də Bayıl türməsində güllələnən repressiya qurbanlarındandır… Talelərinə belə qismət düşənlər bilər ki, bü nədir,bu nə deməkdir?!..
Və keçən əsrin 50-ci ıllərinin sonlarına qədər jazıçı Bayram Bayramov sovet quruluşunun xofundan və məngənələrindən özünün bacarığına, istedadına,mübarizliyinə,vətənpərvərliynə sığınaraq qoruna-qoruna həyatda irəliləyə bilmiş, apelasiyadan sonra nisbətən daxilən rahatlanmışdır.
Müştərək taleli,bəy oğlu, tanınmış yazıçı-publisist Cəmil Əlibəyov yazır:
“Bayram müəllim mənim nəinki yzıçı aləmində, şəxsiyyət kimi polad iradəsi ilə mənəviyyatımda da iz buraxıb. Salman bəyin oqlunu mən, onün əlli illik yubileyində Şıxavənd kəndinə gedərkən tanıdım desəm, təəccüblənməyin. Ona qədər əkinçi oğlu Bayramı tanıyırdım. Və hər bir agayana hərəkətində (cod, sözü şax deyən, saxta sığal-tərif xoşlamayan adam kimi) məndə şübhə oyadardı. Haradandır bu ağa amirliyi?! Və kənddə xəbər tutdum ki, rəiyyət və ya Qarabağın “pambıq” bəylərindən yox, köhnə bəylərindən imiş Bayramın nəcabət siqləti”.
Yazıçı Bayram Bayramov həyatının bu sıxıntılarını, fərəhli-fərəhsiz çağlarını xatirə-memuar janrında yazdığı “Üzlü-astarlı günlər”(1991) romanında realist, ancaq kövrəklirik bir üslubda, ətraflı bir şəkildə qələmə almışdır. Ömürlüyündən məlum olur ki, o, yeddillik kənd məktəbini bitirib, Aqdam Pedaqoji məktəbində təhsilini davam etdirmiş (1934-1938) və müəllim ixtisasına yiyələnərək Tərtər rayonundakı Hüsənli kənd natamam orta məktəbində müəllimlik fəliyyətinə başlamış və göndərişlə müxtəlif kənd məktəblərində 1942-ci ılə – müharibəyə çağrışa qədər müəllim,tədris hissə müdiri, məktəb direktoru vəzifələrində çalışmış, müharibədə faşızmə qarşı ağır döyşlərdə iştirak etmiş, Mozdok uğrundakı döyüşlərdə yaralanaraq müalicə ücün arxa cəbhəyə – Yevlaxda yerləşən hərbi xəstəxanaya göndərilmişdir.
Natamam sağaldiqdan sonra müəllimə entiyaca ğörə Yevlağın Qoyunbinəsi kənd məktəbində alti ay müəllim işləmiş, özünün təkidi ilə 1943-cü ilin aprelində cəbhəyə qayitmiş, yenidən yaralanmış 1944-cü ildə ordudan tərxis edilmişdir.Sonralar yazıçı müharibədə müşahidə etdiyi, çiyin-çiyinə vuruşduğu azərbaycanlı döyüşcülərinin şücaətindən, ağır həyatlarından, onların döyüş yollarından bəhs edən “Üç gün, üç gecə”( 1967) romanını qələmə almışdır.
Ordudan tərxis edildikdən sonra 1945-ci ilə qədər doğma kəndində müəllimlik etmiş, sonra ali təhsil almaq üçün Bakıya gələrək Azərbaycan Dövlət Universitetnin filologiya fakültəsinə daxil olmuş, 1950-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərin çox maraqlı faktlarindan birini – diplom işi ilə əlaqədar faktı xüsusi fəxarətlə, gülümsəyrək belə xatirlayardı: “Tələbə yoldaşarimin,demək olar ki, hamısından yaşlıyıdım. Əksinə, müəllimlərimizin bir çoxu ilə həmyaşıydım.Müharibədə olmağım,ictimai fəaliyyətim, yaxşı oxumagım, yazı-pozuya meylim,müəllimlərim arasında mənə xüsüsi mövqe və hörmət qazandırmışdı. Əli Sultanlı, Mirzə Feyzulla, Həmid Araslı, Məmmədhüseyin Təhmasib, Muxtar Hüseyinzadə kimi müəllimlərimin xoş,həlim, qayğılı münasibətlərini unutmağmı olar?!.. Xüsüsən, o vaxtlar artıq mötəbər yazıçı, tənqidçi, ədəbiyyatşünas kimi tanınmış, məşhürlaşmış, bizə dərs deyən professor Mir Cəlal müəllim Paşayevin mənə fərqli rəğbətini həmişə hiss edirdim. Bu hisslər bizim aramızda mərhəm münasibətlər yaratmışdı və bu sonralar da, davamlı şəkildə olduğu təkin qaldı, yaradıcılıq dostluğuna çevrildi.
Yazıçı olmaq qənaətim qətiləşməyinə baxmayaraq dilçilik ürəyimə yaman yatirdı.Elə ona görə də, diplom mövzuları təqdim olunanda “Mir Cəlal yaradıcılığının ədəbi dil normaları” mövzusunda diplom işini göturdüm və yerinə yetirdim. Elmi rəhbərim də çox dəyərli dilçi Muxtar Hüseyinzadə idi… Samballı bir elmi iş alınmşdı və bəh-bəhlə təqdir olundu. Hətta namizədlik təkin müdafiyə etməyim məsləhət görüldü.” Sonra gülümsəyərək, zarafat tərzi ilə əlavə edərdi: — Təklifdən şirnikmişdim. Amma hiss etdim ki, yazıçılıqla bu tutmaz. Dilçi alim dostlarimızın xətrinə dəyməsin, bəxtləri gətirdi ki, bu işin arxasnca düşmədim…
Xalq yazıçısı Bayram Bayramov “Körpü” adlı hekayəsi ilə ədəbiyyata gəlib.Onun bu ilk qələm təcürbəsinin üzə çıxması faktı da maraqlıdır.Yazıçı bununla əlaqədar müsahibələrinin birində deyir:
“1949-cu ildə “Azərbaycan gəncləri” qəzeti ən yaxşı hekayələr müsabiqəsi elan etmişdi. Mən o vaxtlar son kursda oxuyurdum və Bakı kitabxanaçılıq texnikumunda ədəbiyyatdan dərs deyirdim. Müsabiqədə iştirak etmək qərarına gəldim, ancaq bunu heç yerdə demədim, hətta evdə də bildirmədim. Hekayənı yazıb redaksiyaya göndərdim. Bir qədər gözlədim, deyəsən, müsabiqəni də unutmuşdum.
Günlərin birində işlədiyim texnikumun o vaxtki direktoru Yaqub Həsənzadə məndən soruşdu ki, Bayram müəllim, siz ədəbi yaradıcılıqla da məşqul olursunuz? Dedim ki, necə bəyəm? Cavab verdi ki, qəzetdə hekayənizi oxumuşam. Bu şad xəbəri eşidəndə qulaqlarima inanmadim. Həmin illərdə Bakının meydanlarında radiolar qoyulardı.Bir gün şəhərdə gəzərkən radiodan eşitdim ki, hekayəmi səsləndirəcəklər. Durub gulaq asırdım. Mənə elə gəlirdi ki, hamı mənə baxır. Bərk sıxılır, həyəcan keçirirdim…
Hekayə çapdan çıxandan sonra hörmətli və qayğıkeş yazıçımız Mehdi Hüseyn məni yanına çağırdı. Hekayəmi oxuduğunu və bəyəndiyini dedi. Bu məni ədəbi yaradıcılığa daha da ruhlandırdı”.
Beləliklə, həmin vaxtdan Bayram müəllim dövrü mətbuatda hekayələri, povestləri, romanları, problematik publisist məqalələri, oçerkləri ilə müntəzəm çıxış edir. Ümumiyyətlə, ədəbi mühitdə Bayram Bayramovu ən məhsuldar və istedadlı, əsərlərində həmişə mühüm ictimai-sosial problemlər qaldıran yazıçı kimi tanımışlar.
Onun yaradcılığının birinci mərhələsində “Tək adam”, “Müqəddəs vəzifə”, “Cehiz məsələsi” povestləri (1950-1956) , “Ayrılıq”(1957), “Yarpaqlar”(1961) romanları ədəbi-tənqid tərəfiindən çox yuksək qiymətləndirilmiş, oxucuların geniş marağına səbəb olmuş, onu yeni fikirli, maraqlı mövzuları qələmə alan, istedadlı bir yazıçı kimi tanıtmışdır.
“Körpü” yazıçının ilk hekayəsı olduğu təkin, “Ayrılıq”da onun ilk romanıdır. Adın özü sətiraltı məna yükündə başlığa çıxarılan simvoldur, məcazdır, xalqımızı daima sıxıntıda saxlayan siyasi-sosial dərdə işarədir.
Romanin fabulasının alt qatında da, üst laynda da ayrılıq insanın ən böyük mənəvi, sosial, siyasi faciəsi hesab edilir. Bütün faciələr ayrılıqdan başlayır. Bütün məhəbbət dastanlarında sevənlərin faciəsinə səbəb ayrılıq olur. Bütün millətlərin faciəsi ayrılığın nətıcəsidir. Və bu sözü, belə bir anlayış yükündə nəsrə, epik ədəbiyyata, roman janrına hamıdan öncə gətirən Bayram Bayramov oldu!.. Onda hələ “Ayrılıq” mahnısı yaranmamışdı, ona görə də, yanıqlı-yanıqlı, yandıra-yandıra oxunmurdu … Onda hələ “ayrılıq” kəlamı ədəbi fikrə bu mənada daxil edilməmişdi, sətiralti məna yükündə başlığa çixarılmamışdı… “Ayrılıq” romanının baş qəhrəmanının adının Ümid olması da təsadüfi deyil. Hər məqamda həyat uğrunda çətin mübarizələr aparmalı olan, həyatı boyu sixışdırlan, sındırılmağa cəhd edilən, məhəbbəti əlindən alınan bu yenilməz Ümid qəhrəman, əslində məcazi mənada zəmanənin, dövranın sıxıntılarına məruz qalan xalqımızın ümididir ki, “Ayrilıq” romanini başlığında ehtiva olunurdu…
Bayram müəllimin bacarıgını və yaradıcılıq ugurlarını nəzərə alaraq o, 1954-cü ildə Azərbaycan Yazıcılar İttifaqına üzv qəbul edilir.O çağlar üzvülüyə götürmək üçün iki nəfər tanınmış yazıçının zəmanəti tələb olunurdu. XX əsr Azərbaycan ədəbiyyatının hələ canlı ikən klassikləri olan Süleyman Rəhimovun və Mir Cəlalın zəmanətləri, inam və etimadları ilə bu iş başa gəlir. Və Bayram müəllim bu faktı da, xoş ovqatla, bir az da fəxarətlə xatırlardı. Qeyd etdiyim təkin o, yaradıcılığının ilk mərhələsindəcə bu nəhəng ustad sənətkarların onun istedadına olan inam və etimadını doğruldub. Onlara qürur gətirib…
Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Bayram müəllimin ən yaxın qələm dostü və gayğıkeşi olan, azman ədib Süleyman Rəhimov yazırdı: “Bayramın hər bir əsəri mənə, ədəbiyyatımıza töhfə təsiri bagışlayır.Onun özü və əsərləri ilə qürur duyuram.
Geniş ürək sahibi, xeyirxah insan, böyük yazıçı, ədəbiyyatşünas, tənqidçi, professor Mir Cəlal Yazıçılar İttifagının 1959-cu ildə kecirilən plenar iclasında “Yarpaqlar” romanının jürnal variantının müzakirəsində söyləmişdi: “Mən Bayramın “Yarpaqlar” romanını diqqətlə, özü də maraqla oxudum. Yaxşı əsərdir. Yaxşı yazılıb. Onun əvvəlki əsərləri də ( “Tək adam”, “Müqəddəs vəzifə” povestləri və “Ayrılıq” 1957 / romanı nəzərdə tutulur-Q.B.) məndə xoş təəssurat oyatmışdı. “Yarpaqlar”ı tezliklə kitab şəklində görməyi arzulardım. Onun yazıçılıq istedadının gələcəyinə və inkişafına inanıram.” Bu arzunun dəyərini bilənlər bilir…
Bu fikirlər təkcə ustad sözləri deyildi, ustad istəyi, xeyirxahlığı və ustad xeyir-duası idi… Və bu günlərimiz üçün əvəzsiz örnəklərdir…
Bayram Bayramov öz masştabli, geniş spektirli, zəngin yaradıcılıqı ilə nəinki genişürəkli ustadların, həmnəsil qələm dostlarının, ədəbi mühitin, eləcə də, geniş oxucu siferasının rəğbətini, xalqının məhəbətini qazandı. Bu isə, son dövr, müstəqillik dövrü oxucusunun–Gültəkin Ağdamlının mətbuatda dərc edilmiş fikirləridir, olduğu təkin təqdim edirəm: “Adam var ki, doğulduğu torpağa da, böyüdüyü ailəyə də, mənsub olduğu millətə də, həmişə başucalğı və şərəf gətirir. Adam da var əksinə. Bayram Bayramov torpağımız üçün də, xalqımız üçün də şərəf gətirənlərdən idi.
Gözümü açandan Qarabağın saf havasını udub, təmiz suyunu içmişəm. Bu yerlərin musiqisi də, şeri, nəğməsi, bayatısı da ürəyimə, qəlbimə onun müdrik , istedadlı adamlarının dillərindən süzülübdür.
Bir də onun bu qədim diyarın milli koloriti ilə dolu əsərlərini oxuya-oxuya o torpağa bir könüldən, min könülə yenidən vurulmuşuq. Qarabağa məxsus dad-duz, torpağa bağlılıq, yanmcıllıq Bayram müəllimin demək olar ki, bütün əsərlərində duyulurdu. Biz bu torpaqda doğulsag da, böyüsək də, bəzən o torpağı təkrarən Bayram Bayramovun əsərlərindən öyrənirik.
“Karvan yolu” təkcə unudulmaz Mirzə Cəlilin və onun vəfalı ömür- gün yoldaşı Həmidə xanımın həyatı deyil. Bütün külli Qarabaqın dünəni, bu günü, sabahıdır. Onun neçə-neçə ogullarının , qızlarının , əbədiyyətə uzanan karvanıdır. Bu karvan indən belə həm də Bayram Bayramovun bizə qalan yaradıcılıq ömründən keçir.
Bayram Bayramov bütün Azərbaycanı ürəyinə sıxan , onun sevgisi ilə yaşayan , qəmi ilə qəmlənən yazıçı ıdı. Təsadüfi deyildi ki, qayğılı illərin dalğalarında üzə çıxan balaca formatlı, səkkiz səhifəli ilk müstəqil qəzetin adı da “Azərbaycan” və onun əsas yaradicilarından biri də Bayram Bayramov idi.
Xeyli vaxtdır Qarabağın bərəkətli torpaqları, buz bulaqları , oylaqları, yaylaqları düşmən tapdağı altındadır. Bu yerlərin əsl sahiblərinin taleyinə isə qaçqınlıq nəsib olubdu. İnanirıq ki, o yerlərə qayıdacağıq. İnanırıg ki, hər kəndi, hər obası, uşağı, böyüyü Bayram Bayramovu bu qayıdış karvanında ruhən öndə görəcək. Axı, Bayram müəllim bu nisgili yaşayan narahat qarabağlıların ən narahatı idi.” Məncə oxucu məhəbbətinin,istəyinin və müstəqil düşüncə tərzinin və qənaətinin əlavə şərhinə və izahına ehtiyac yoxdur…Həm də bu sadə oxucu fikri ustadların fikir karvanının davamıdır…
Xronologiyani pozsag da, həssas oxucunun məktubunda “Karvan yolu” romanı xatrlandiğından bu monumental tarixi roman barəsində fikrimizi buradaca bildirmək istərdik.
Xalq yazıçısı Bayram Bayramov öz dövründə, əsasən müasir mövzular müəllifi kimi taninmışdı. “Karvan yolu” onun tarixi roman janrında yazdığı və milli iftixarımız olan, dahi sənətkar Mirzə Cəlil Məmmədquluzadənin, onun ömür-gun yoldaşı və məslək dostu Həmidə xanim Cavanşirin—bu böyük tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin fərəhli,sevincli, iftixarlı çağları ilə yanaşı, əzablı, müsibətli günlərindən bəhs edən, onların parlaq bədii obrazlarını yüksək sənətkarlıgla canlandıran ilk monumental , geniş epik vüsətli, ayri-ayrı , iki cilddən ibarət 60 x 90 formatda 1986 və 1993-cü illərdə çap edilən, 1230 səhifəlik kitablardir. Bu, Bayram Bayramovun samballı roman yaradıcılığının sağlığında çap üzü görən sonuncu romanıdır. Yeri gəlmişkən qeyd edək ki, mətbutda bir-iki kiçik parçası dərc olunan “Qırmızı güllə”(1993-94) sənədli-sübutlu roman adlandırdığı iki cilddən ibarət sonuncu tarixi-xronikal əsəri müəllifin özü tərəfidən tam çapa hazirlanmış tərzdə nəşrini gözləyir.
“Karvan yolu” romanı təkcə yazıçının yaradıcılıgında deyil, ümümiyyətlə ədəbiyyatımızda ən dəyərli nümünəvi əsər təkin ən müxtəlif ədəbi nəsil nümayəndələri tərəfindən total şəkildə, yekdil fikirlə qiymətləndirilmiş, bütöv ədəbi mühitdə yaxşı mənada əks-səda doğurmuşdu. Onlardan birini, ən səciyyəvisini nümunə təkin misal gətirirəm. Qocaman ədəbiyyatşünas,ədəbiyyatimizin yorulmaz təəssübkeşi,professor Abbas Zamanov bu əsəri belə qiymətləndirmişdi: “Bayram Bayramovun “Karvan yolu” romanını ölməz Mirzə Cəlilə ucaldılan ən layiqli abidə hesab edirəm!”.
Təsadüfi deyildir ki, bu roman olduqca istedadlı yazıçı-publisist, bacarıqlı tərcüməçi Elmira xanım Axundovanin rus dilinə mükəmməl çevirməsində kitab şəklində çap edilmiş,alınan çoxlu oxucu məktublarından məlum olur ki, rus dilli oxucular tərəfindən geniş rəğbətlə qarşılanmışdı.
Lakin, bu romana qədər 45 illik uzun və zəngin bir yaradıcılıq və fəaliyyət yolu varıdı… Müasir oxucuda təsəvvür yaratmaq üçün yenidən yazıçının ömürlüyünün xronologiyasna qayıdırıq…
Bayram Bayramov 1956-cı idən fəaliyyət sahəsini dəyişir-Azərbaycan Dövlət radiosunda ədəbi dram verilişləri üzrə məsul redaktor (1956-1958), Yazıçılar İttifaqının orqanı “Azərbaycan” jurnalında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963) işləyir… Sonra üç il dövləti vəzifələrdən uzaglaşmış, bu müddətdə sərbəst bir şəkildə ancaq yaradıcılıqla məşgul olmuş, özünü və ailəsini qələmi ilə dolandırmışdır…
Bu müddətdə,yəni yaradıcılığının 60-cı illərində zəhmətkeş yazıçı “Qocalar”(1960),”İlk məğlubiyyət”(1960), “Cümləqayğı”(1961), “Tağızadə yoldaşını işə buraxmır” (1961), “Köhnə tanışlar” (1962), “Caxmaq daşı” (1962), “Xüsusi qonaq” (1962), “Qibtə” (1964), “Köhnə portfel” (1967) … qəbildən onlarla klassik tipli hekayələr; “Sənsiz”- 1957, (bu əsərdə Azərbaycan nəsrində ilk dəfə dahi Üzeyir bəyin cox parlaq, xüsusi məhəbbətlə bədii obrazı yaradılıb), “Onun gözləri” (1958), “Mən ki, gözəl deyildim” (1959), “Gördüyüm günlər” ( 1960), “Sərinlik”- 1962 (“Firəngiz” adı ilı də taninir), “Sevirsə qayıdacaq” (1964), “Bələdçi” (1965), “Qoz agacı” (1966) təkin məşhur povestlərini, ilk romanlari olan “Ayrılıg” (1957) və “Yarpaqlar”ın (1957-1960) ardınca “Xəzinə” (1964), “Bəlalı sevgim” (1965), “Üç gün üç gecə” (1966-67), iki cilddən, dörd kitabdan ibarət iri həcmli “Arakəsmələr” (1959-66; 1970) təkin maraqlı və problematik romanları qələmə alıb nəşr etdirir. Hələ biz bura müəllifin bu dövrdə yazdığı bir çox məzmunlu, aktual oçerklərini, silsilə bədii – publisistik məqalələrini, sissenarilərini , radio-pyeslərini də əlavə etsək yazıçının istedadının və zəhmətinin miqyasi haqqinda təsəvvür daha da aydin olar…
Yeri gəlmişkən, xatırladaq ki, Bayram Bayramovun “Mən ki, gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı məhəbbəti” sissenariləri əsasında, görkəmli aktyorların və çəkliş qrupunun iştiraki ilə baxımlı, təsirli bədii filmlər çəkilmiş və uzun müddətdir ki, ekranlarımızda vaxtaşırı nümayiş etdirilir..
İş elə gətirmişdir ki, bu mərhələdə Bayram Bayramova mətbuat sahəsində məsul bir təşkilati sahə tapşırılır, 1966-cı ildə Azərbaycan Dövlət Nəşriyyat Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilir və 1971-ci ilə qədər o, bu vəzıfədə çalışmış, sonra 1989-cu ilə gədər yenə də, heç bir yerdə işləmədən sərbəst, azad yaradıcılıqla məşğul olmuşdur…
Bayram Bayramovun yaradicılığını müntəzəm izləyən qələm və ürək dostu, taninmış yazıçı-publisist, ləyagətli və prinsipial tənqidçi-alim, filologiya elmlər doktoru, BDU-nun professoru Qulu Xəlilov (Xəlilli) yazırdı: “İnsanın bütün hissi, fikri,arzusu,qayəsi,fəaliyyəti,sevinci, kədəri, məhəbbəti – bir sözlə, yaşayışı, varlığı ilə əlaqədar bütün sahələr yazıçının mövzu mənbəyidir. Kənd həyatının müxtəlif və rəngarəng sahələri, arxeoloqlarımızın, memarlarımızın, geoloqlarımızın, həkimlərimizin, sevən-sevilən adamlarımızın, yaradan-quran ziyalılarımızın mənəvi dünyası Bayramın ilham mənbəyidir. Onun bütün əsərlərinin mərkəzində müasir inan və onun əməlləri, daxili varlığı dayanır”.
Göründüyü kimi, görkəmli sənətkarın mövzu və maraq dairəsi olduqca geniş və əhatəlidir. Elə buna görə də, yazıçı maraqlı, rəngarəng, müxtəlif xarakterli, realist, hamımızın müasirləri olan, tanıdığımiz, sevdiyimiz, yaxyd nifrət etdiyimiz, xoşlamadığımız insanların tipikləşdirilmiş, ümumiləşdirilmiş, yadda qalan , maraq doğuran obrazlar və surətlər qalareyasını, silsiləsini yaratmışdır.
Belə ki, sözün həgigi və geniş mənasında Bayram Bayramov bir sənətkar kimi bəədiyyatın bütün istiqamətlərində müasir yazıçıdır. Bu müasirlik təkcə onun əsərlərinin mövzularında deyl, təsvir etdiyi adamlarin bir-birinə münasibətlərində, həmçinin yazıçının özünün fakt və hadisələrə orjinal, bənzərsiz münasibətində, təsvirlərində, şirin, oxunaqlı lirik təhkiyyəsində, ədəbi-bədii üslubunda, gerçəkliyə modern-realist baxışlarında, yeni, dəyərli estetik yozumlarında da özünü parlaq,aydın bir şəkildə göstərir. Bir çəhəti xüsusilə vurğulamaq lazımdr ki, Bayram Bayramov bütün irihəcmli əsərlərinin- povest və romanlarının, demək olar ki, hamısında namuslu, qeyrətli, agıl və dərrakəli, mənən və fikrən intellektual səviyyəli, örnək milli ənənələrin daşıyıcıları olan, müasir təfəkkürlü gadın qəhrəmanlarına, obrazlarına, surətlərinə daha çox üstünlük və yer verirdi. O, Azərbayçan qadınının yerini, mövqeini “nənəmin cəhrəsi” mühitində, siferasnda yox, Məhsəti, Natəvan, Möminə Xatun, Həmidə xanım Cavanşir mühitində, haləsində görürdü.
Həmçinin, o millətimizin, xalqımızın inkişafını da, gələcəkli olmasını da, yeni təfəkkürlü, milli xarakterli yeni nəslin yetişməsinin də əsas bünövrəsini, özülünü bu tipli qadınlarımızın cəmiyyətdə çoxluğunda, üstün mövqedə olmasında görürdu və bütün ziyalılıq gücü ilə bunun tərəfində-təbliğində idi.
Ümumiyyətlə, bu qüdrətli yazıçının əsərləri bütövlükdə “dəyərsizlik kompleksindən” uzaqdır. Streotip, gəlmə, yad, həyatdan uzaq, imitasiyali mövzu və süjetlər tamamilə onun yaradıcılığına yaddır.Heç vaxt, heç vədə nə özünü, nə də özgələrini təkrarlamadı!.. Bütün mövzüları və yaratdığı xarakterlər bir-birindən fərqldir, orjinaldır, ilkindir, yetgindir… Antey gücü, qüvvəti torpaqdan aldığı təkin, Bayram Bayramovun yaradıcılıq gücünün sirri də, bu orjinallıga, ilkinliyə və bu yetginliyə baglıdır… Bütün bu yaradicılıq keyfiyyətləri və fəalliğı ilə o, 60-cı illər ədəbi prossinə davamlı dinamika, yetgin və milliliyə söykənən müasirlik gətirdi…
XX əsr Azərbaycan ədəbi fikrinin, tənqidinin və ədəbiyyatşünaslığının digər azman nümayəndələrindən biri, akademik Məmməd Cəfər müəllim “Mənalı konfliktlər” məqaləsində Bayram Bayramovun 70-ci illərə qədərki yaradıcılığının birinci mərhələsinin mühüm cəhətlərini müəyyənləşdirərək, bir növ, yazıçının ədəbi fəliyyətinin bu mərhələsinin yekunu təkin onun bədii- estetik qiymətini belə ymumiləşdirir: “Sənətdə canlı həyat müşahidələrinə əsaslanmaq Bayram Bayramovun yaradıcılığı üçün səciyyəvidir.Bay-ram müşahidələrində diqqətli, ayıq və təmkinlidir. Onun təsvir etdiyi adamlara, hadisələrə münasibəti aydın və anlaşıqlıdır”.
Xalq yazıçısi, akademik Mirzə İbrahimov da, qələm dostunun yaradıcılığındakı həyatiliyi və konfliktin təbiiliyini görərək yazırdı: “Bayram Bayramovun əsərləri canlı həyatiliyi, konfliktinin təbiiliyi ilə secilir.Onun povestlərinin süjetinin mərkəzində müasir həyatın inandırıcı lövhələri durur”.
Belə ki, görkəmli yazıçının tapındığı ən böyük və müəddəs mehrab Azərbaycan və Azərbaycan həqiqətləri idi… Yaşadığı mühıtin,müasirlərinin həyatı, qayğıları, əxlaq və mənəvyyatları onun bədii düşüncəsini ən çox məşğul edən sahə idi… Bayram müəllim yaradıcı ziyalıya məxsus bu mənəvi-əxlaqi enerjini ən çox Üzeyir bəydən alırdı. Üzeyir bəy Hacıbıyli onun üçün milli,vətənpərvər ziyalı etalonu idi və Üzeyir bəyin ağ mərmərdən düzəldilmiş kiçik büstü bəxt amuleti təkin daima onun yazı masasının üstündə, gözlərinin qənşərində olardı. Bu kiçik büst sanki, yazıçının qələminə güc, qüvvət, qüdrət, dəyanət və dözüm verirdi…
Belə bir ədəbi missiyanı çiyinlərinə götürən ədibin 70-ci illər mərhələsində yaradıciliq siferası, mövzu əhatəsi daha da genişləndi və bu illərdə böyük yaradıcılıq potensialına malik Bayram Bayramov bir-birinin ardınca “Sarı baba”, ”Qaşsız üzük”, “Çəpər”, “Ürəkdə yaşayanlar”, “Bizim kəndin axşamları”, “Quru çayın sahillərində”, “Bahar soyuğu”, “Oğul həsrəti” təkin müxtəlif , orjinal mövzularda, müasirlərin həyatından bəhs edən povestlərini, “Fəhlə qardaş”, “Yazılmamış kitab”, “Cıdır düzü”, dörd cilddən, iki kitabdan ibarət “Arakəsmələr” romaninin bir kitabda cəmlənən 3-4-cü cildləri təkin böyük, həcmli, ictimai-sosial məzmunlü , analitik bədii təfəkkürün məhsulu olan , təsirli xarakter və obrazlar silsiləsinə malik romanlar qələmə almışdır…
Müasirlik və müasir həyat hadisələrinə müraciət onun estetik idealının mahiyyəti və cövhəri idi. Bayram Bayramov müasirlərini olduqca dərin məhəbbətlə sevirdi və onlari böyük sevgi ilə də əsərlərinə gətirirdi. Hətta o mənfi obrazlarına da humanizm mövqeyindən yanaşirdı, onlarin mənfilikləini nifrətlə deyil, onlari düzəltmək, yola gətirmək xatirinə edirdi. Sırf satirik janrda yazdığı “Kərəməlinin sərgüzəştləri” hekayələr silsiləsində belə, janrın tələblərindən qismən uzaqlaşır, boyalari qatılaşdırmır, elə orjinal məzahlar, eyhamlar tapırdı ki, bunlar mənfiliklərin islahına sərt tənqiddən daha təsirli olurdu.
Müasirlik və müasir mövzuya müraciət etmək yazıçıdan xüsusi, deyərdim ki, əlahiddə istedad, fəhm, dəqiq müşahidə, sürəkli təhlil, dürüst nətiçələr çxarmaq, həqiqəti təhrif etmədəh dərin ümumiləşdirmələr aparmaq bacariğı tələb edir. Çünki, həyat ətrafda sürətlə davam edir, gözləmir, həmçinin baş verən hadisələrin hamısının çanlı şahidləri var, Sən bir sənətkar kimi bunları elə təsvir etməlisən ki, hami sənə inansın və baş verənlərin mənalandırılmasinda da orjinal olmalisan, hamının gördüyündən haminin görmədiyini tapıb, deyərdim ki, kəşf edib yazıya gətirməlisən.
Keçmiş hadisələrə, əhvalatlara, tarixi mövzulara müraciət nisbətən asandır.
Düşünüb-daşınmaqa , təhlil və tədqiqata imkan, sərbəst seçim etməyə vaxt olur. Müasir mövzularda isə bunlarin heç biri olmur…
Yazıçının bu mərhələdə yazdiğı və tamamladığı əsərlərin içində “Arakəsmələr”, “Fəhlə qardaş” və “Cidir düzü” romanlari xüsusən fərqlənir, dövrün ədəbi hadisəsinə çevrilərək diqqəti cəlb edir,nümunəvi ədəbi-bədii fakt təkin tənqidin, ədəbi mühitin müzakirə obyektinə çevrilir, müxtəlif rakurslardan təhlil və tədqiq olunur… Bunun ən ümdə səbəbi o idi ki, bu əsərlərdə müəllif müraciət etdiyi mövzuların tamamilə fərqli və orjinal bədii şərhini tapmişdi…
“Arakəsmələr” romanı ayır-buyur, çəpərləmə əxlagına (müəllifin “Çəpər” adlı hekayəsi də var), həyatda, məişətdə, sosial-mənəvi mühitdə olan və cəmiyyəti gözəgörünməz mənəvi iflasa aparan “arakəsməçiliyə” qarşı yazılan, ciddi sosial məzmunlu, monumental epikliyə malik romandır.
Görkəmli ədəbiyyatşünas-tənqidçi, Bayram Bayramovun yaradıcılığını ardicıl izləyərək onun haqqında bir sıra maraqlı nəzəri-estetik dəyərdə məqalələr qələmə alan professor Pənah Xəlilov yazır: “Arakəsmələr” romanında müasir şəhər quruculuğunda memarlığımızın bugünkü nailiyyəti, keçmiş ənənələrə münasibəti və gələcək perspektivləri, üslub rəngarəngliyi, maddi rifahın artması ilə bağlı olarağ yaşayış komplekslərinə verilən tələblər, indiki məişət tələblərinə uyğun gələn mənzillər tikintisi və s. problemlər bədii mətndə mühüm yer tutur”.
Göründüyü təkin romanda şəhərsalma problemi, Bakının yenidənqurma məsələləri (təsadüfi deyildi ki, əsərin baş qəhrəmanlarından biri, həmişə şəhərsalma işinə böyük ürəklə cəlb edilən, qüdrətli memar-qurucu, tarixi şəxsiyyət olan Əliş Ləmbərənski idi ) bu romanın süjet xəttində əsas yer tutsa da, alt qatda şərəf gətirən Azərbaycanğurma, cəmiyyətgurma problemləri laylanırdi və bu əsər yeni oxunuşda müasir, çağdaş ictimai –sosial məsələlərlə səsləşdiyindən daha müasir səslənir, daha lazımlı olduğu görsənir…
“Fəhlə qardaş” romanını bir çoxları adına görə o vaxtların tənqid anlayışlarına uyğun olaraq “istehsalat romanı” təkin qəbul edir və bu istiqamətdə də təhlillər aparırdılar. Elə bununla da yanılırdılar, romanın estetik məna və mahiyyətini dürüst təyin etmirdilər, bəlkə də, bilərəkdən, o dövrün tələblərinə uyğun olaraq bu cür təhlillə güya, yazıçıya uğur qazandırmaq istəyirdilər. Məram xoş niyyət daşısa da, əsərin daşıdığı məram örtlü qalırdı.
Romanin baş qəhrəmanı Ziyadaxan cəmiyyətdə elitar bir mövqe tutmuş böyük bir ailənin övladıdır. Bu ailənin , demək olar ki, bütün üzvləri “ailə birliyi” yaradaraq yaradı-yaramadı, istedadı oldu-olmadi hamısı idarəetmənin yüksək pillələrinə qaldırılmalıdı… Ziyadxan öz ailə prinsiplərinə qarşi üsyan edir, zavoda yollanir, adi fəhləliyi secir və beləliklə də, tituliyar bir ailənin prinsiplərini təhdid edən fəhlə qardaşına çevrilir.
Əslində, bu “fəhlə qardaş” adında ciddi bir sosial məzmunlu ironiya vardı. Fəhlə hökuməti və fəhlə hakimiyyəti adlanan bir guruluşda gizli garşıdurma səviyyəsinə çatan bir sosial təbəqə yaranmışdı. Yuxarılar nəinki aşağıları bəyənmirdi , hətta gizlidə, arxada onlara nifrət edir, aşağı eşalonu qoruq elan etdikləri siferalarına yaxın belə buraxmırdılar. Bu ailənin gələcəyinin ümid yeri olan sonbeşiyin adini da, elə belə Ziyadxan qoymayiblar və ona xanlığa bərabər ziyadə hakimiyyət kreslosu yaratmaq istəyindədilər.
Romanin süjeti və ədəbi estetik qayəsi bu sosial-siyasi bəlanin ifşasına yönəlib və fabula belə bir sosial problemin yaratdığı həyati konflikt üzərində qurulub. Vaxtilə bir çoxlari bu mətləbdən yayınmış, romanın adnı “sinifiliyə baglayarag onu “istehsalat romanı” təkin qəbul etmişlər…
Romanın adının “Fəhlə qardaş” adlandırılmasının özü yazıçı tərəfindən qəsdən yaradılmış aldadıçı zahiri effekt idi, şahmat terminologiyası ilə desək “at gedişi” idi… Bir də, bu fəhlə qardaş, elə müəllifin öz obrazına daha çox yaxın idi. O, istedadlı, zəhmətkeş və məhsuldar bir romançı kimi əsərlərinin və yüksək ədəbi, insani ideallarının həm memarı idi, həm fəhləsi!.. Iyirmi altı il sovet dövlətinin idarələrində işləmək imkanından məhrum olan, məvacib almayan, öz qələmqardaşlarının arasında – onların yazıçı-fəhlə qardaşı idi, Bayram müəllim!.. O, elə əsl insanı da belə düşünürdü, belə qəbul edirdi – işinin-gücünün fəhləsi İNSAN! Başqa sözlə, Bayram Bayramova görə İNSAN bir sosium kimi mənəviyyatının, əxlaqının, həyatının halallığa dirənişli FƏHLƏSİ olmalıdır!.. Şəxsiyyətinin fəhləsi olan şəxsiyyət olur!! Özünütanımağın, özünüdərkin, özünütəsdiqin yolu bu cür fəhləlıkdən keçir!!..
Bu sıradan “Cıdır düzü” romaninn mövzusu, məzmunu və ideyası daha aktualdır. Və bu günümüz üçün – Şuşamızın, igidlər meydani, gözəllər seyrangahı Cıdır düzünün erməni yağmaçılarının tapdağı altında olan bir məqamda müasirlərimiz üçün cox dəyərli bir əsərdir bu roman …
“Cıdır düzü” romani 1979-cu ilin sonlarında isıq üzü gördü və sonra görəcəyimiz məşum illərə hələ düz 10 il qalırdı və Bayram Bayramov ağlının, fəhminin gücü ilə Şuşanin, Garabağın faciəsini öncədən gördüyundən, bu faciəni önləməkdən ötəri haray çəkirdi və bu romanı yazmaqla bütün Azərbaycan cəmiyyətinin yatmış, soyumuş diqqətini Azərbaycanın içərisindəcə ermənilər tərəfindən təklənmiş lacivərd Şuşaya yönəltmək istəyirdi… Təkcə bu romanlamı?!
Yazıçı bədii-publisitik məqalələrində də, ardıcıl olaraq Qarabağ – Şuşa problemlərini ciddidən-ciddi qaldırırdı, bu problemlərin həlli yollarını “karlara və korlara” eşitdimək, göstərmək istəyirdi. Məqsədinə çatırdimi, bu başqa məsələ…“Qarabağda bağ olar”- 1977, “Daglar gözəli Şuşa”- 1977, “Şəhər qayğıları”(Şuşa şəhəri haqqında) – 1978,“Gələcəyə gedən yollar” -1985, “Hər daşın da qədir, qiyməti var”-1987, “Şuşanın qayğıları”-1987, “Qarabaqın tacı – Cıdır düzü”- 1988 bu silsilədən olan məğalələrin bir qismidir…
Yeri gəlmişkən deyim ki, Bayram Bayramov külli Qarabağı, onun paytaxtı hesab etdiyi Şuşani canından artıq sevirdi. Şuşanı tək qoymaq istəmirdi, hər ıl yay aylarında vaxtini orada keçirərdi. Dostları, qohumları da ora səsləyirdi ki, qoy ermənilər görsünlər Şuşa yiyəsiz deyil, onun ziyalıları həmişə onunla birlikdədir. Özü də bunlar sadə gediş-gəlişlər deyildi. Yazıçı öz nüfuzundan istifadə edərək Şuşa şəhərinin ictimai həyatında yaxından iştirak edirdi, yeri düşəndə daşnak xislətli Gevorkovlarla qoç kimi döyüşməkdən çəkinmirdi…
Qarabağ problemləri ilə yaxından məşğul olmaq üçün onün əlinə daha konkret fürsət düşür. Azərbaycan xalqının müsibətləri başlarkən, Qarabağın başının üstündə erməni-daşnak buludları sıxlaşanda bu müdrik, mübariz, yuxarıdan, aşağıdan heç bir təmənnası, umaçağı olmayan xalq ağsaqqalını qələm və əqidə dostlarının təklif və təkidlərilə özünün xəbəri və iştirakı olmadan yeni təsis edilmiş Qarabağa Xalq Yardımı Komitəsinə (1989) sədr vəzifəsinə seçirlər. Bu illərdə (1994-cü ilə qədər) o, zavala düçar olunmuş xalgına, millətinə, qaçqın və köçkünlərin bütün qayğılarına vəzifəsinin yetəri imkanları çərçivəsində əlindən gələn köməklikləri etmiş, Sabir Rüstəmxanlının təbirincə desək “ ictimai təşkilat səviyyəsində, zahiri görüntü xatirinə dövlət tərəfindən yaradılmış bu kiçik komitəni o, böyük enerji ilə işləyən ən nüfuzlu nazirlik səviyyəsinə yüksəltdi”.
70 yaşında olan bu qoca nər ( yazıçının “Qoca nər” adında hekayəsı də var) bütün varlığı ilə Xalqı ilə, Qarabağı ilə birgə idi və hər cür siyasi konyukturalardan çox-çox uzağlarda dayanırdı, heç buna vaxtı da yox idi. Yazıçı bütün bu çətin, qarışıq, ağrılı prosesləri “Qırmızı güllə” (1993-1994) sənədli-sübutlu iki cildlik romanında əks etmişdir…
80-90-cı illərdə Bayram Bayramovun yaradiciliq tempi eyni ritmdə davam edir, yaradıcılıq imkanları daha da, müdrikləşə-müdrikləşə genişlənir. O, bir-birinin ardınca “Gün batanda”,”Şəhərdən gələn qız”, “Üzlü-astarlı günllər” (xatirə-memuar), “Çox sözdən sonra”, dörd cilddən, iki kitabdan ibarət “Karvan yolu” romanlarini yazır, üç cilddən ibarət “Seçilmiş əsərlər”ini çap etdirir…
Xalq yazçısı Bayram Bayramovun yaradıcılığı lirik-epık üslubu, şirin, oxunaqlı təhkiyyəsi, zəngin həyat materialı ilə həmişə fərqlənmiş, müasirlik ruhunda olmuş, mövzuları və ideya-estetik qayələri günün, dövrün milli-əxlagi, sosial – iqtisadi problematikasını qaldırmış, xalqımızı indi də düşündürən, əhəmiyyətini bu gün də itirməyən istək və arzularını əks etdirmiş, ümümiyyətlə Azəbaycan həyatı onun çoxşaxəli zəngin yaradıcılığının aparıcı tematikasını təşkil etmişdir.
Nəzəri-ədəbi təfəkkürünə hamının qibtə və hörmətlə yanaşdığı akademik Yaşar Qarayev ədibin yaradıcılığını və şəxsiyyətini belə qiymətləndirirdi: “Onun romanları onun öz şəxsiyyətinə bənzəyir – sərt və kövrək, təmkinli və əzəmətli, təbii və məğrur, milli və müasir…”.
Professor Pənah Xəlilov isə yazıçının ədəbi-bədii dilinin lirik-emosional keyfiyyətlərini nəzərdə tutaraq yazırdı: “Bayram Bayramovun əsərlərinin zəngin dili vardır. O, ümumən canlı danışıq dilinin əlvan imkanlarina arxalanır, surətləri fərdiləşdirməkdə dil materialından yaxşı istifadə edir, xalq hikmətindən, atalar sözlərindən, kənd camaatının işlətdiyi ifadələrdən gen-bol istifadə edə bilir.” Yazıçının ədəbi dilinin məhz bu cür zənginliyinə görə ədəbi dil normalarından danışan, üslubiyyati tədqiq edən əksər məşhur dilçilər, izahlı lüğətçıliklə məşqul olan alimlərimiz ardıcıl olaraq onun yaradıcılığına müracıət etmiş, ondan çoxlu dürlü misallar gətirmişlər…
Böyük və müqtədir yazıçı Bayram Bayramovun ədəbi yaradıcılığı həmişə ədəbi tənqidin və ədəbiyyatşünaslığın diqqət mərkəzindədir. Fikirlərinə müracıət etdiyim ədib və tənidçilərdən başqa ədəbiyyatımızın tanınmış və məşhür nümayəndələrindən, ədiblərindən olan Mehdi Hüseyin, İmran Qasımov, Rəsul Rza, Əli Vəliyev, Məmməd Rahim, İlyas Əfəndiyev, Ğasım Ğasımzadə, Nəbi Xəzri, İsmayıl Şıxlı, Salam Qədirzadə, İslam İbrahimov, Teymur Elçin, Şixəli Qurbanov, Əlfi Gasımov, Fami Mehdi, Ayaz Vəfalı, Çingiz Hüseyinov və başqaları, ədəbiyyatşünas- tənqidçilərdən Məmməd Arif, Mehdi Məmmədov, Əkbər Ağayev,Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yəhya Seyidov, Nazim Axundov, Məsud Bəliyev, Seyfulla Əsədullayev, Kamran Məmmədov, Rasim Tağıyev, Xalid Əlimirzəyev, Camal Əhmədov, Təhsin Mütəllibov,Cahangir Məmmədov, Tofiq Hüseynov, Elməddin Məmmədov (yazıçının yaradıcılığına həsr edilmiş “Həyat nəfəsli nəsr” samballı monoqrafiyanın müəllifi), Əhəd Hüseynov, Elçin, Akif Hüseynov, Şamıl Salmanov, Qəzənfər Kazımov, Abbas Hacıyev, Xeyrulla Əliyev,Vilayət Quliyev, Nizaməddin Şəmsizadə, Muxtar İmanov, Vaqif Yusifli və digərləri (bu natamam biblioqrafik məlumat olduğundan adlarını çəkmədiklərim məni üzürlü hesab etsinlər) Bayram Bayramovun əsərləri haqqında dəyərli məqalələr yazmışlar, fikir və mülahizələrini söyləmişlər…
Məsələn, Əli Vəliyev onu “Vətəndaş sənətkar” adlandırırdı, Məmməd Rahim isə onu “poetik lövhələr müəllifi” kimi görürdu, Süleyman Rəhimov isə Bayram müəllımi “Yaradıcı – fədai” hesab edirdi…
Pənah Xəlilov onun yazıcı həyatına “axtarışda keçən ömür”, Sabir Rüstəmxanlı isə “ Ümumi ışı öz mövqeyindən üstün tutmaği bacarirdi, demokratik adamıydı Bayram Bayramov!”—deyirdi. Ayaz Vəfalı onun bədii sözünün sambalını nəzərdə tutaraq məgaləsinə “Sözün siqləti” başlığını qoymuşdu. Vilayət Quliyev ədibin əsərlərini “həyatın kamil bədii əksi” təkin şərh edir, Nizaməddin Şəmsizadə isə “yazıçının əsərlərini oxuyarkən özünü nikbin adamlar arasında hiss etdiyini” yazırdı… Və bütün bunlar Xalq yazıçısı Bayram Bayramovun yazıçı şəxsiyyəti, yaradıcılığı barəsində söylənən, həqiqəti əkc edirən fikir xəzinəsidir…
Olduqca istedadlı, qüdrətli söz ustasi, ədəbi zəhmətkeş, qələmini söz -tişəsinə çevirən nasir Bayram Bayramov 40-a qədər roman və povestdən, yüzlərlə hekayə və məqalələrdən, 50-dən çox kitablardan ibarət zəngin ədəbi irs qoyub getmiş, şəxsiyyəti və yaradıcılığı ilə xalğının yaddaşında və doğmadan-doğma ədəbiyyatının tarıxındə əbədiləşmişdir. Onun əsərlərindən nümunələr ,demək olar ki, kecmiş SSRİ-də yaşayan əksər xalqlarin və eləcə də türk, bolqar, macar, monqol, çin, polyak, rumın, çex, alman, fars, ərəb dillərinə tərcümə olunub yayılmışdı. Bu proses Türkiyədə davam etməkdədir…
Xalq yazıçısı Bayram Bayramov sovet dönəminin “Şərəf nişani”(1968), “Xalqlar dostluğu” (1978), “Qırmızı Əmək Bayrağı” ( 1988 ) ordenləri ilə təltif olunmuşdu.
Bayram Bayramov 1994-cü il noyabrin 9-da uzun sürən xəstəlikdən sonra Baki səhərində vəfat etmiş, Fəxri Xiyabanda qələm dostlarının sırasında dəfn olunmuşdur. Allah hamısına rəhmət eləsin!..
Famil Mehdi “Ədəbiyyat qəzeti”ndə dərc olunan vida sözündə haqlı olaraq yazırdı: “Bayram müəllim öldü. Onu Allahdan aşağı Qarabağ dərdi öldürdü. Bayram Bayramov Qarabağ şəhididir!”.
Bayram müəllimin rühünün dili olsaydı deyərdi: – Allah Qarabağı şəhid etməsin!!..
Qurban BAYRAMOV – tənqidçi-ədəbiyyatşünas, doktor-professor.
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
“Yazarlar” cameəsi olaraq, bizim üçün çox dəyərli olan, hörmətli yazarımız Leyla xanımı doğum günü münasibəti ilə “Nizami Gəncəvi” diplomu ilə təltif edirik. Doğum gününüz qutlu olsun, Leyla xanım!
O gün havada sərin meh var idi. Hər tərəf sanki, səssizliyə qərq olmuşdu. Elə küçəmizdə sakit idi. Adətən məhlədə yaşayan uşaqların səsindən evdə oturmaq olmurdu. Amma indi havanın sərin olmasına baxmayaraq, heç bir uşaq məhlədə gözə dəymirdi. Məndə eyvanda oturub, gözlərim mürgü vura-vura kitab oxuyurdum. Bəzəndə eyvandan küçəyə boylanırdım ki, görüm məhləmizdə kim var. Amma gözlərimin yorğunluğu, kitaba olan marağıma üstün gəldiyi üçün, evə keçib divanda uzandım. Bir az yatmışdım ki, oğlum qonşu uşaqlardan biri səni çağırır deyərək anam məni yuxudan oyatdı. Qapını açdım. Qonşu uşaqlarından biri mənə baxaraq, tez gəl onlar bizi daşa basır deyib, küçəyə qaçdı. Məndə onun arxasınca qaçdım. Doğurdanda o biri küçənin uşaqları, bizim küçəni daş atəşinə tutmuşdular. Məndə fikirləşmədən yerdən götürdüyüm daşlardan onlara atmağa başladım. Sankı müharibə idi. Təxminən on-on beş dəqiqədən sonra biz onları öz məhlələrinə sıxışdıra bildik, amma onların məhləsi hündürdə olduğu üçün biz onları bınalarına qədər qova bilmirdik. Onların hündür də olması, bizim işimizi çətinə salmışdı. Elə bu an daşlardan biri mənim gözümə dəydi. Bir anlıq gözümdə qırmızı rəng əmələ gəldi. Həyəcanla qışqırdım. Qışqırmağımla hər kəs daşı yerə atdı, hətta qonşu məhlə uşaqları da evlərinə qaçmağa başladı. Gözümün ağırısından binamıza tərəf qaçdım. Bir dəstə uşaqda arxamca gəlirdi, sankı biz məğlub olmuş ordu kimi geri çəkilirdik. Binanın qarşısında atamla qarşılaşdım, Onu görən kimi gözümün ağrısı yaddan çıxdı. Özümü itirdim. Atam isə mehribanlıqla, hə de görüm, yenə nə etmisən? deyə mənə baxdı. Qonşumuzun oğlu, əmi onlar bizi daşa basırlar dedi və hadisədən atamı agah etdi. Atam tez məni qucağına götürüb poliklinkaya tərəf qaçdı. Bir neçə saat sonra mənim gözümdə ağrı qalmamışdı. Sən demə daş gözümün altına dəydiyinə görə az miqdarda qan gəlmişdi. Bəlkə də atamı da həyacana gətirən o qan idi. Gözümə ilk tibbi yardım olandan sonra məhləmizə qayıtdım. Məhləmizə daxil olan zaman özümü qəhrəman kimi hiss edirdim, sanki yarasını müalicə edib döyüşə qayıdan əsgər idim. Amma atamın yanında tutduğum işdən də peşmançılıq çəkirdim. Bir tərəfdən də peşmançılıq çəkməyimə səbəb, o biri məhəllənin uşaqlarına bu daş döyüşündə uduzmağımız idi. O, ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Orta məktəbdə təhsil aldığım vaxt dərslərimi yaxşı oxuyurdum, demək olar ki fəal şagirdlərdən idim. Lakin atamın cəbhəyə getməsi, həyatımda yeni mərhələnin başlanmasına səbəb oldu. Çünki mən ailənin böyük övladı idim. Buna görə də, ailənin bəzi yükləri mənim çiyinlərimə düşürdü. Yaxşı yadımdadır, atamın anama qəfil “Mən cəbhəyə gedirəm” deməsi, anamın bu xəbərdən gizli, səssiz ağlaması və mənim həmin gündən uşaqlıq həyatımın sona çatması. O gün mən uşaqlığıma “əlvida” dedim. Sonralar atamla görüşlərimizin birində “Sənə güvənirəm, oğlum” deməsi, çiyinlərimə düşən yükün məsuliyyətini daha da artırdı. Əslində daxilimdə atamla çiyin – çiyinə döyüşmək istəyi vardı. Onun yanında ola bilmədiyim üçün özümü qınayır və utanırdım. Atamın vaxt tapdıqca məktəbə gəlməsi və mənim təhsilimlə maraqlanması məni, bu hisslərin ağırlığından qurtarırdı. Anlayırdım ki, mənim yaxşı təhsil almağım, müəllimlərimin mənim haqqımda verdikləri, müsbət rəylər atamı qürürlandırır. Müharibə dövrünün başqa ailələri kimi bizim ailəmizin də çəkdiyi əzab – əziyyətlərə baxmayaraq, hər kəsin atama “Sizinlə fəxr edirik” deməsi bütün əziyyətlərimizi unutdururdu. Mən əsgər formasının və bu formanı üzərində daşıyan şəxsin xalqımız üçün nə qədər dəyərli olduğunu dərk etmişdim. Həqiqətən də, çətin illər idi. Anamın göz yaşları, hər dəfə qapı döyüləndə qapıya səksəkəli baxması mənim uşaq qəlbimi göynədərdi. Bir yandan da maddi ehtiyac, hər şeyin qıtlığı daha da dözülməz idi. Bir neçə şagirdin 1 kitabdan dərs hazırlaması da, müharibənin gətirdiyi çətinliklərdən biri idi. Mən dərslərimi yaxşı oxuduğum üçün əldə etdiyim kitablara da məsuliyyətlə yanaşırdım. Bəzən kitablarımı qonşu uşaqlarına dərs hazırlamaq üçün verəndə bərk – bərk tapşırırdım ki, kitabla ehtiyatlı davransınlar. Düzdür, onlar bu hərəkətimdən hərdən inciyərdilər. Amma bu inciklik çox sürməzdi. Çünki, bu hərəkəti nə üçün etdiyimi məndən yaxşı anlayırdılar. Ona görə ki, o zaman ailələrin dərdi də eyni idi. Saatlarla çörək növbələri də yadımdadır. Insanların gecə yarısından növbəyə dayanması və bəzən də çörək almadan evə dönməsi qəlb ağrıdan hadisələr kimi yaddaşıma həkk olunub. Çörəyin bizə çatmadığı günlərdə isə, anam qaz sobasının üstünə su ilə dolu bir vedrə qoyardı və bu vedrənin ağzına aşsüzən yerləşdirərdi. Sonra dəsmala bükülmüş quru çörəkləri aşsüzənə qoyardı. Su qaynadıqca, yuxarıya qalxan isti buxar çörəyi yumşaldardı və biz həmin gün o çörəklə qidalanardıq. O illərdə əsgər ailələrinə növbədən kənar çörək almaları üçün xüsusi vəsiqə verirdilər. Vəsiqədə həmin əsgərin ailəsi ilə bağlı məlumatlar da yazılırdı. Qeydiyyat vəsiqəsinin hər zaman cibimdə olmasına baxmayaraq, mən də növbəyə dayanardım və növbədə dayananların məni tanımaması üçün başımı aşağı salardım. Çox vaxt növbədə dayananlardan kimsə məni tanıyar və satıcıya işarə edərək deyərdi “Bu, əsgər ailəsindəndir”. Onların mehriban baxışları altında, mən xəcalət çəkərdim. Əsgər ailəsi olmağıma baxmayaraq, çörəyi növbədən kənar almağım məni utandırardı. Qadınların, qızların növbədə dura – dura növbəsiz çörək almağımı uşaq qüruruma sığışdıra bilmirdim. Amma satıcı qadın mənim daxili dünyamdan xəbərsiz idi. O çox vaxt məni qəzəblə çağıraraq, “Pulunu ver, neçə çörək istəyirsən?” deyərdi, mənə səslənərdi. Mən də sakitcə çörəyimi alıb evə dönərdim. Evə çatanda isə qapının ağzında anamın qəmli baxışları ilə rastlaşardım. O, baxışların önündə qürürla dayanardım. Qürurumun səbəbi isə, əlimdə tutduğum çörəklər olardı. Sonra dərs oxumağa keçərdim, çünki qarşıma çıxan çətinliklərin və sınaqların elm ilə həll olunacağını bilirdim. Amma bəzən fikirlər məni öz ağuşuna alırdı. Beyinimdə o qədər fikirlər var idi ki, bu fikirlərdən biri anamın bu dərdlərə sakitliyi və çətin güzaranımız idi. Bəzən də, qapımıza qorxa-qorxa baxardım. Çünki son vaxtlar qapımızın aramsız döyülməsi məni də səksəkəyə salmışdı. Hər qapı döyüləndə, həyəcanla və təlaşla qapıya tərəf gedərdim. Bu dəfə də gələn şəxsin atam deyil, başqasının olduğunu görəndə, narazılıqla O, şəxsin üzünə baxardım. Məndən fərqli olaraq, anam evimizə gəlib-gedənləri, xoş üzlə qarşılayardı. Gələnlər arasında qohumların atam haqqında mənfi, bəzilərinin isə, əksinə müsbət fikir söyləməsinin şahidi olardım. Bəzilərinin də, “bu müharibəyə gətmək nəyə lazım idi?” deməsi, mənim uşaq qəlbimdə bu sözü deyənlərə qarşı qəzəb hissi oyadardı. Anam isə sadəcə, təmkinlə gülümsəyərək deyərdi,”bu getməsin, O, getməsin, bəs kim getsin?” Mən isə danışılan söhbətlər əsnasında yerimdə qurdalanardım. Nə isə demək istəyərdim. Anamın xoş baxışları isə, mənə sakit olmağı əmr edərdi. Sanki, Qarabağ bizim evimizdə idi. Atamı görə bilməyənlər, anama elə suallar verirdilər ki, sanki anam da atamla bərabər cəbhədə döyüşür. Amma mən bəzən qohumların bizə gəlməsinə sevinərdim. Çünki, ən azından anamın qəmli baxışlarından xilas olardım. Qəribə hal bu idi ki, orta məktəbdə qiymətlərim ”5” olduğu halda, anamın mənəvi dərslərindən, ”2” alardım. O, mənə hər zaman deyərdi. ”Sən güclü olmalısan, əsl kişi olmalısan”. Bu sözlərdən sonra isə, güclü, yoxsa zəif olduğumu xəyal edərdim. Anamın nə üçün mənim güclü olmağımı istəməsi, mənim üçün böyük bir sual olaraq qalırdı. Müharibə dövründə bəziləri də, var idi ki, insanların bu ağır günlərindən istifadə edərək, yaşayışını yaxşılaşdırmaqla məşğul idi. Onların övladları da, özlərinin tayı idi. Qəribə burasında idi ki, atam erməni daşnaqlarına qarşı vuruşduğu halda, mən “özündən razı” uşaqlarla söz savaşına çıxardım. Bəzən onlar məni ələ salır, yeri gələndə də, rişxəndlə sancırdılar. Amma onların qarnı tox, mənim qarnım isə ac idi. Onlar özlərini, mən isə ətrafda yaşayan acları fikirləşirdim. Anamın ”heç kəsə pislik etmə, pislik yaxşı iş deyil, həmdə pislik etməyə nə var ki, əsil insan odur ki, pislik edənə də, yaxşılıq etsin” deməsi, məni pislikdən çəkindirir, yaxşılığa tərəf meyl etməmə səbəb olmuşdu. Bəzən anamın sözlərinə, ürəyimdə haqq da qazandırırdım. Çünki, onsuz da dərdi çox olan qadına, bir tərəfdən də mənim dərd verməyim, onun mənəvi əzabını daha da artırardı. Gecələr isə evimizin qapısının döyülməsi, məni yox, anamı narahat edərdi. Çünki hansısa qonşunun çörəyinin qurtarması, bizim evdə çörəyin azalmasına səbəb olardı. Gecələrin birində belə hadisələrin biri ilə, rastlaşdım. Qəfil səslənən taqqıltıya, qəfil ev yiyəsi kimi çıxmışdım. Bu qapı taqqıltısına isə, anam gecikmişdi. Mən isə gecə qapını döyən şəxsə, adımıza yaraşmayan kobudluqla, ”daha bizdə çörək yoxdu”, demişdim. Qəfil gələn, qəfil getsə də, anamın heyrət dolu baxışları gözümdə qalmışdı. Utanıb, sıxılsam da, daha iş-işdən keçmişdi və mən həmin gün anamın mənəvi dərslərindən yenə də “ 2” qiymət almışdım.
YUXARIDAN BAXIŞ Bir az yuxarıdan, qlobal baxanda insan bu dünyadan nə oğurlaya bilər ki? Axı sən özün bu dünyanın içindəsən, hara çıxıb, gedə bilərsən, oğurladıqlarınla birlikdə? Nəyinsə yerini dəyişə bilərsən, yanında durub, mənimdir deyə bilərsən. Ancaq o sənin olmur axı, ay alaqanmaz, lüt zəngin, çoxbilmiş məcnun.. Məsələn dəniz qırağını, dağı, meşəni çəpərləyən, bunlar hardan, necə sənin olur? Ümumiyyətlə bir qum dənəsi, ağac yarpağı, necə sənin ola bilər? Eynşteyn qum dənəsinin sirrini aça bilmədi, Timrzayev fotosintezdən, Navaşin ikiqat mayalanmadan vəcdə gəldi. Anlamaq üçüm deyim ki, sən bütün bunlara necə sahib ola bilərsən? Nə yaratmamısan, nə onu sənə verməyiblər, nədə ki, dərk etmirsən o nədir, niyə mövcuddur. Elə gəlib durub, yanında mənimdir deyirsən. Dünyada nə varsa ümumidir, İnsan üçün yaradılıb, məxsusi tək bir fərd üçün deyil. Dənizi yaradan harda dedi ki, bunu sən biokütləyə verib? Məsələn günəş, ay, ulduz, hava, su… Demək ki, meşəni zəbt edən gücü çatsa günəşi də torbasına atıb, “mənimdir” deyər. Anlamırlar ki, yəni öz ürəyini, böyrəyini görməyən, dərk etməyən, bir sözlə sahib ola bilməyən , özü nə qədər görünən, görünməyən canlıların oylağı olan, nələrsə tərəfindən “çəpərlənmiş” anlamır ki, bu dünyada heç nə onun ola bilməz, bu mümkün deyil axı. Sənin onu götrüb getməyə yerin yoxdur, hara getsən elə bu dünyanın içindəsən. Uşaq oyuncağının yanında durub, mənimdir deyən kimi, özününkü bilərsən. Ancaq birazdan əzrayıl əmi gəlib deyər ki, ” ta böyümüsən, at bu oyuncağı gedək, xötəy!”. Elə bu vaxt öz ən yaxınların tökülüşüb üstünə nəyin var əlindən alar, hətta paltarını soyundurub, dişin zadın bahalıdırsa söküb, çıxardarlar. Deyim ki, sağ olsan, bərk- bərk paltarını tutarsan… Təzədən ürəyin partlayar, ki ayə bu görməmişlər niyə belə edirlər ki… Məzarın da ölçüsü “mənimdir” dediyin torpaq, meşə, dəniz və s. dən çox kiçikdir, çox. Ancaq bu da sənin deyil, ümumidir, ilanı çayanı var torpağın, qurdu, böcəyi var yerin- yurdun… Bu dünyada insanın şəxsən özünə məxsus, onun olanı mənəviyyatı ola bilərdi, boğuşursansa, zəbt edirsənsə, oğurlamağa cəhd edirsənsə, demək o da yoxdur, bu görünməyən nəsə də sənin deyilmiş… Acınacaqlı dərəcədə kasıbsanmış… Səfil gündə, çarəsiz , səhradasan, dəniz qırağında, meşədəsə. Qum adam, su adam, meşə adam… Səs eşidirsən… İtlər sümüyü öz qabağına çəkmək üçün boğuşurlar… Bu sənin aləmlər, oğurlayıb getmək istədiyin məkanlar arasında öz- özünü görməyin, səsini eşitməyindir. Müəllif: Sadıq QARAYEV
Şair Zaur Ustacı neçə müddətdir ki, şair kimi tanıyır və yaradıcılığını izləyirəm. Lakin son vaxtlar onun “Oriyentir ulduzu” adlı povestinə gec də olsa, rast gəldim (povest 2011-ci ildə yazılıb) və onu həm də nasir kimi tanıdım. Əsərin həcmi kiçik olsa da, (cəmi 30-35 səhifə) hadisələrin dramatik gərginliyi, konkret situasiyalar, baş qəhrəmanın keçirdiyi psixoloji hallar, ön cəbhədəki vəziyyət, əsgərlərimizin həyatı və s. oxucuya həcmli əsər təsiri bağışlayır.
Povestin qəhrəmanı hamımızın yaxşı tanıdığı və sevdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Əlbəttə, yazıçı igidimizi yalnız cəbhənin ön xəttində təsvir edir. Lakin hərdən fürsət tapıb Mübarizin öz dili ilə bizi onun keçmişi ilə tanış etməyi bacarır. Aydın olur ki, hərbi xidməti başa vurmuş bu 22 yaşlı gənc vətənin tikə-parça vəziyyəti ilə barışa bilmir, vətənpərvərlik duyğusu onu yenidən ön cəbhəyə – əsgərlik həyatına çağırır. Müəllif Mübarizin dili ilə deyir; “Nə bilim e, vallah, bir şeyi başa düşə bilmirəm ki, bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? Qrajdanskidə dözmək olmur, deyirsən, gedim orduya. Orduda dözmək olmur. Deyirsən, ön cəbhəyə. Burda heç dayanmaq olmur. Şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar. Lap dəli oluram. Ya Allah, sən özün səbr ver!”.
Zaur Ustaclı bu gənc oğlanın blindajdakı bir günlük həyatını, eləcə də, əsgərlərimizin həyatını, döyüş xəttini, 1-ci, 2-ci, 3-ü oriyentirləri, səngərləri, düşmən tərəfin mövqeyini və s. olduqca inandırıcı təsvir edir. Düşmən tapdağında olan kəndlərimizin, çaylarımızın, dağlarımızın dəqiqliklə verilən adları oxucuda döyüş mövqeyi haqqıda geniş təəssürat yaradır. Gizir Mübarizin hərbi qaydalara necə diqqətlə əməl etdiyini, özündən rütbəcə aşağı olan əsgər yoldaşları ilə isti münasibətləri, təbii ki, oxucunun gözlərində qəhrəmanımızın unudulmaz portretini yaradır. Mübariz qarşısına məqsəd qoymuşdur; düşmənlə təkbətək üz-üzə durmaq, əsrlərlə bizə qənim kəsilən, torpaqlarımızda at oynadan, Xocalı kimi dəhşətli qırğınlar törədən erməni faşizminə dərs vermək, onlardan xalqımızın intiqamını almaq.
Əsərdə təsvir olunan sonrakı hadisələr Mübarizin silahlanaraq təkbaşına düşmən tərəfə keçməsi ilə davam edir. Gücünə və ləyaqətinə arxalanan Mübariz ata-anasına məktub qoyur. O, bu məktubda bir seyid kimi Allaha sığındığını, ermənidən qisas alaraq şəhid olmaq arzusunu ifadə edir. Axı Mübariz üçün tarixi örnəklər var. Axı Çanaqqala savaşında Seyid Çavuş 200 kiloluq mərmini topa yeritməklə döyüşdə ciddi dönüş yaratmışdı.
Ədib düşmənlə təkbaşına döyüşən qəhrəmanın keçirdiyi hissləri, düşmənə nifrətini, onlarla amansız döyüşünü, saysız-hesabsız erməni faşistlərini məhv etdiyini elə dolğun təsvir edir ki, oxucu qəhrəmanı ilə qürurlanır, onun apardığı döyüşü həyəcanla izləyir. Yazıçı Mübarizin dili ilə deyir; “Həmişə bu yolla düşmən mövqeyinə ya əsgər gələr, ya da yoxlama. Həmişə onların tərkibində çoxlu generallar, polkovniklər olan komissiyalar yoxlayıb “5” verərdilər. İndi bu yolla onları “yoxlamağa” Azərbaycan ordusunun peşəkar giziri gəlirdi. Özü də bu yoxlama qəfil yoxlama idi. Görəsən, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədir, neçə alacaqlar bu imtahandan?
Yoxlamaya bizim Mübariz gedirdi, “Mübariz”
(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edirəm)
Zirvədə yurd salan qartallar kimi Səngərdə düşməni izləyirdi o. Qəlbinə yığmışdı qəzəbi, kini, Vulkan püskürməsi gözləyirdi o.
Hələ iyirmi iki yaşı var idi, Hələ iyirmi iki bahar görmüşdü. Hələ qəlbində eşq körpə bar idi, Həm də bu yaşda o, nələr görmüşdü.
Onun qan yaddaşı haray salaraq Bütöv bir tarixi deyirdi ona. Yurda “qonaq” gələn erməni alçaq İndi sahib çıxıb Qarabağıma.
Ey Milli Qəhrəman, alqış bu ada Adına yaraşır bu fəxri adın. Mübariz adını atan qoysa da, Qəhrəman adını özün qazandın.
Yurdun bütövlüyü dinin imanın Gec-gec yox olacaq bu duman, bu çən. İndidən görürəm, ey qəhrəmanım, Şuşada ucalan heykəlini mən.
Mübariz “məğlubedilməz erməni ordusu” mifinə son qoydu. Öz ölümü ilə belə düşməni lərzəyə saldı.
Povest qəhrəmanın həlakı ilə başa çatsa da, yazıçı onun əbədiyaşar insan olduğunu oxucuya təlqin etməyi bacarır.
Ancaq bir oxucu kimi məni qane etməyən bəzi məqamları da diqqətə çatdırmaq istəyirəm. Düşmən kazarmasına girən Mübarizdə hərdən mərhəmət hissi də baş qaldırır, hətta bəzi düşmən əsgərini öldürməkdən vaz keçir. Məncə, bu, inandırıcı deyil. Xocalı dəhşətini oxuyub öyrənən, televiziya vasitəsi ilə bu faciəni izləyən Mübariz amansız olmaya bilməzdi.
Bir də istərdim kİ, Mübarizin düşmənlə qarşılaşdığı zaman konkret erməni obrazı olsaydı, yaxşı olardı. Məsələn; erməni komandiri, erməni zabiti və s.
Povest yüksək ideya daşıyıcısı kimi dəyərə malikdir.Yeniyetmə və gənclərimizin Mübariz kimi qəhrəmanlarımızı öyrənməyə böyük ehtiyacı var. Axı qarşıda Böyük Qarabağ Savaşı durur.