GÜLÜ – GÜLÜZƏ MUSTAFAYEVA – (619 bal) Bakı Dövlət Universitetinə (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə) qəbul olunmuşdur. Tələbə adı qazanması münasibəti ilə Gülü xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik. Uğurlarınız bol olsun, Gülü xanım!!!
Qısa arayış:
Gülü – Güzüzə Mustafayeva Zaur qızı 11 dekabr 2004-cü ildə Bakı şəhərində anadan olub. Musiqi təhsili var. Rəssamlıq qabiliyyəti var. Bakı şəhər 20 nömrəli məktəb-liseyin məzunudur (2022).
Gülü xanım “Oxumağa nə var ki…” (2011), “Duyğular” (2014), “Rənglərin dili” (2016) və “Zaur Ustac” (2020) kitablarının müəllifidir.
UŞAQ ƏDƏBİYYATI (Məktəbəqədər səviyyədə) Zaur Ustacın EYUDER AZƏRBAYCAN, ADPU, Türkiyənin Kayseri Universiteti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 29 avqust 2022-ci il tarixdə keçirilmiş “Məktəbəqədər təhsilə yeni baxış” mövzusunda beynəlxalq onlayn konfransda çıxış məqaləsi. Salam, dəyərli qonaqlar və konfrans iştirakçıları! Bu görüşdə müasir uşaq ədəbiyyatının (məktəbəqədər səviyyədə) yaranmasında fəal iştirak edən, öz töhfələrini vermiş yaradıcı şəxs olaraq aşağıdakı dörd əsas istiqamət (sual) ətrafında öz fikirlərimi sizinlə bölüşəcəm: 1. Necə olub? 2. Necə var? 3. Necə olmalıdır? 4. Nəyə əsaslanırıq? Azərbaycan uşaq ədəbiyyatının ilk nümunəsi kimi böyük mütəfəkkir Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” (“Leyli və Məcnun” poemasından) qəbul edilir. Abbasqulu ağa Bakıxanovun “Nəsihətləri” də gənc nəslin təlim-tərbiyəsində mütləq istifadə olunmalı əhəmiyyətli vəsaitdir. Ancaq bugünkü konfrans mövzusunun predmeti məktəbəqədər səviyyə olduğuna görə biz sadəcə bu xatırlatma ilə kifayətlənir və relamenti də nəzərə alaraq birbaşa mətləbə keçirik. Söhbətimin birinci hissəsinə hamımıza yaxşı tanış olan “Uşaq və buz”, “Gəl, gəl a yaz günləri” (Mirzə Ələkbər Sabir), “Xoruz”, “Keçi” (Abdulla Şaiq) nümunələri ilə başlayaraq, “Necə olub?” sualını cavablandırmağa çalışacam (xahiş edirəm həm indi, həm də gələcəkdə istənilən məsələyə münasibət bildirəndə fikirlərin subyektivliyini qəbul edin – bütün alternativ münasibətlərə hörmətlə yanaşıram): “UŞAQ VƏ BUZ”, “GƏL, GƏL, A YAZ GÜNLƏRİ”, “XORUZ”, “KEÇİ” nümunələri təqdim olunur. Əminəm ki, yuxarıda sadaladığım nümunələr hamıya tanışdır. Elə məhz bu səbəbdən onların üzərindən (əsasında) söhbətimizə davam edəcəyik. Demək olar ki, bütün sonrakı problemlər bu nümunələr əsasında çözüləcək. Zamanla bizdən əvvəlki nəsil, biz, bizdən sonra gələn nəsillər fərqinə varmadan bu şeirlərlə dünyanı, ətraf aləmi tanıyıb, dərk edərək böyüyüb, böyüyür və böyüyəcəklər.
İkinci sual söhbətimizin əsasını təşkil etdiyinə görə əsasən hal-hazırda (2011-ci ildən) istər məktəbəqədər təhsil müəssisələrində, istərsə də məktəb və liseylərin məktəbəhazırlıq qruplarında (4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsait əsasında – 2019-cu ildən) geniş istifadə olunan müəllifi olduğum “Güllünün şeirləri”, eyni zamanda Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirməklə bu barədə ətraflı danışacam. “Güllünün şeirləri” kitabı barədə: Kitabda əlifbamızda olan bütün hərflərə aid şeirlər və rəqəmlərə aid tapmaca-şeirlər toplanıb. Kitab 2011-ci ilin sentyabr ayından internet üzərindən tam pulsuz və təhlükəsiz şəkildə yayımlanır (istifadədədir). Kitabdakı şeirlərin böyük əksəriyyəti 2019-cu ildən Təhsil Nazirliyi (Təhsil İnsitutu) tərəfindən 4 hissəli “Məktəbə hazırlaşırıq” dərslikləri üçün nəzərdə tutulmuş eyni adlı metodik vəsaitə daxil edilmişdir. 2011-ci ildən bu günə qədər dəfələrlə üzərində yenidən işlənərək (dəyişiklik zamanın tələbidir) nəşr olunmuşdur. Hal-hazırda internetdə mövcud olan (pulsuz) elektron variantı ilə yanaşı ənənəvi kitab formasında nəşr olunmuş variantları da kitab mağazalarında satışda var. Kitabdan nümunələr: “A”, “1”, “5”, “N”, “Ə”, “10”, “L” təqdim olunur. Təhsil İnstitutunun tərtib etdiyi məktəbəqədər təhsildə böyük qruplar (4-5 yaş) üçün “Müntəxəbat”a da daxil edilmiş şeirlərin yer aldığı “Uşaq boğçası” adlı kitablardan misallar gətirmək istəyirəm. Kitab iki hissədən ibarətdir. Birinci hissədən: “OTAQ”, “ƏŞYALAR”, “İKİNCİ EVİM” nümunələr təqdim olunur. Və digər şeirlərlə uşaq ətraf aləmi tanıyır. Yəni tanıdıqlarının adını öyrənir və şeir vasitəsi ilə yaddaşına həkk edir. Sadəcə “tavan”, “döşəmə” və digər bu kimi sözlərin uşağın məktəbəqədər səviyyədə öyrənib, mənimsəyərək istifadə etməsinin əhəmiyyəti böyükdür (qarşıda bu məsələyə bir daha qayıdacam). İkinci hissədən: “MƏN BABƏKƏM”, “ŞAH İSMAYIL” nümunələr təqdim olunur. Olan nümunələrdə isə uşaqlar öz milli kimliklərini, əcdadlarını tanıyırlar. Belə misalları artırmaq, bu mövzuda söhbəti saatlarla davam etdirmək olar. Ancaq söhbət nə qədər uzun olsa da, onu bir yerdə müəyyən nəticə ilə yekunlaşdırmalı oluruq. “Buz”, “keçi”, “xoruz” –dan “tavan”, “döşəmə”, “Şah İsmayıl”-a qədər keçilən yol sonsuzdur və o hər gün yeni aşırımlar, döngələrlə zənginləşir.
Şübhəsiz ki, müsair uşaq ədəbiyyatı təkcə Zaur Ustacdan, onun yazdıqlarından ibarət deyil. Hələ ötən əsrdən günümüzə körpü atan Zahid Xəlili, Qəşəm İsabəylini, Rafiq Yusifoğlunu, orta nəsil nümayəndələrindən Qəşəm Nəcəfzadəni, İbrahim Yusifoğlunu, Rəfiqə Qasımqızını, Mina Rəşidi və gənclərdən Əyyub Türkayı misal göstərmək olar. Yəqin ki, Rafiq Yusifoğlunun “Üçrəngli bayraq” şeiri hamınıza tanışdır (nümunə təqdim olunur). Bu üç bəndlik şeir bizim balaca dostumuza öz bayrağını sevdirir, tanıdır. Gənc uşaq yazarlarından məqsədyönlü şəkildə çalışan, yazıb-yaradan Əyyub Türkaydır. Onun yaratdığı nümunələr canlı təbiət lövhələrindən qaynaqlanır. Təbii və axıcıdır. Balacalar valideynlərinin və tərbiyəçi-müəllimlərinin köməkliyi ilə onlar üçün, onların diliylə yazılmış şeirlərlə ətraf aləmi tanıyır, dünyamızı öyrənirlər. Ədəbiyyatın (uşaq ədəbiyyatının) keçmişdə, indi və gələcəkdə də məqsədi birdir, öyrənməyi asanlaşdırmaq. Və bax elə bu “öyrənməyi asanlaşdırmaq” tezisi bizim bugünkü söhbətimizin üçüncü sualına keçid verir. Bu suala cavab verərkən hələ çox əvvəl (2016) yazdığım və hal-hazırda da internet üzərindən və ənənəvi formada kitabxanalardan (Zaur Ustac “Qələmdar”, Bakı, 2020.) əlçatan olan “Mütaliə niyə vacibdir? (Beşinci yazı) adlı məqaləmdən bir parçanı təqdim etmək istəyirəm (qeyd olunan məqalədən-internetdə var- əsas məqamlar dinləyicilərə təqdim edilir). Təlim, təhsil mədəniyyətə gedən yol, ədəbiyyat və incəsənət isə bu uzun yolda yol yoldaşı, vasitədir. Uşaq ədəbiyyatı dedikdə isə ən həssas məqam, ən incə məsələ anlayışı kimi qəbul edilməlidir. Mənim və yuxarıda adlarını sadaladığım şairlərimizin zaman-zaman misra-misra, bənd-bənd qələmə aldığı şeirlər toplanır, zamanın süzgəcindən keçir və nəhayətdə ədəbiyyata (uşaq ədəbiyyatına) çevrilir. İstər mənim “Gülünün şeirləri”, “Güllünün şeirləri”, “Gülüzənin şeirləri”, “Uşaq boğşası”, “A1” və gələcəkdə olacaq uşaq şeirləri kitablarındakı şeirlər, istərsə də digər müəlliflərin yaratdıqları əsərlər bir məqsədə xidmət edir. Bu məqsəd isə konkret olaraq məktəbəqədər təhsildə və ibtidai təhsilin məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında biliklərin ötürülməsindən ibarətdir. XXI əsr insanına qoyulan tələbləri nəzərə alsaq xarici dil, kompüter biliklərini də şeir və hekayələrlə uşaqlara ilkin formada aşılamaq lazımdır. Vurğulamaq istəyirəm ki, müasir uşaq ədəbiyyatı nümunələri ətraf aləmlə tanışlıq, milli dəyərlər, ana dili və hesab haqqında ilkin anlayışlar kimi bilikləri mütləq özündə ehtiva etməlidir. Azərbaycan dünyanın ayrılmaz, inkişaf etməkdə olan bir hissəsi kimi dünyada, dünya təhsilində, təlim-tərbiyəsində gedən problemlərdən kənarda qala bilməz. Müasir dünyada insanın yiyələnməli olduğu kompetensiyalara nəzər salaq: 1. Ana dilində ünsiyyət, 2. Xarici dillərdə ünsiyyət, 3. Riyazi savad, elm və texnologiya, 4. Kompüterdən istifadə, 5. Öyrənməyi öyrənmək, 6. Sosial vətəndaşlıq, 7. Təşəbbüskarlıq və sahibkarlıq, 8. Mədəni məlumatlılıq və özünü ifadə etmək. Diqqət etsək görərik ki, birinci, ikinci, üçüncü sualları cavablandırarkən bütün istifadə etdiyimiz nümunələr və verdiyimiz açıqlamalar hamısı məhz bu əsas tələblərin ödənilməsinə, yəni insan yetişdirməyə xidmət edir. Gələcəkdə bütün yaradılacaq nümunələr də bu yöndə inkişaf etdirilməli, zamanla ayaqlaşmalı, zənginləşməlidir. Sonda kiçik yaşlı uşaqlar üçün maraqlı və əhəmiyyətli olan nümunələrdən bir neçəsini misal göstərmək istəyirəm (tövsiyə xarakterli): Rafiq Yusifoğlundan; “Nağıl qapısı”, “Yaddaş kitabı” (1-2), “Vətən ətri”, “Şuşa yolu”, Qəşəm Nəcəfzadənin; “Yatmış dəniz şəkli”, “Çiçəkli xalça”, “Şuşa qalxıb ayağa”, İbrahim Yusifoğlunun; “Futbolçu, topçu, gobçu”, “Arpaçayın uşaqları”, “Azərbaycan Vətənimdi”, “Vətən nəğməsi”, “Qıymayın uşaqlara”, Mina Rəşidin; “Böyüklər bizə baxsın”, “Balaca günəş”, “Meyvələrin şöhrəti”, “Jalənin əlləri” (Türkiyədə nəşr olunub), Əyyub Türkayın “Balacaların şeir çələngi”, Zaur Ustacın (mənim) “Güllünün şeirləri”, “Uşaq boğçası”, “Gülüzənin şeirləri”, “Gülünün şeirləri”, “A1”. Azərbaycan Respublikasının Təhsil İnstitutunun «Məktəbəqədər təhsilin inkişafı» şöbəsinin müdiri Laləzar Cəfərova (konfrans iştirakçısıdır) rəhbərliyi ilə ərsəyə gəlmiş və internetdə ümumi istifadədə olan metodiki vəsaitlər, müntəxəbatlar. Ümumiyyətlə, “Google” və digər anoloji axtarış sistemlərində “uşaq şeirləri”, “hərflərə aid şeirlər”, “rəqəmlərə aid şeirlər” və s. oxşar açar sözlərdən istifadə etməklə internetdən səmərəli şəkildə yararlanmaq olar. Təşkilatçılara və iştirakçılara təşəkkürümü bildirirəm. Uşaq ədəbiyyatı (məktəbəqədər təhsil səviyyəsində) mövzusu adı altında bir çox zəruri məsələlərə toxunduq. Bunun ümumi işə faydası olacağı qənaətindəyəm. Sağ olun.
BÜTÖVLƏŞƏN VƏTƏN ÜÇÜN AYRILDIQ Otuz il həsrətlə dözdük, gözlədik, Hər ilin anında zəfər, gözlədik. Bildik ayrılıq var, amma, dönmədik, Bir cahanda qocalmadan, ayrıldıq. Bütövləşən Vətən üçün, ayrıldıq… * * * Başını dik saxla, şəhid yoldaşı, Cəsur Coşqun üçün tökmə, göz yaşı. Ümüdü, İncimi sən qoru, yaxşı , Qoşalaşıb böyütmədən, ayrıldıq. Bütövləşən Vətən üçün, ayrıldıq… * * * Mələk üzlü, gül bənizli, İncimi, Ümüdünü böyüt qoxla, bircəmi. Unutdurma bircə ata kəlməni, Ana torpaq sevgisiylə, ayrıldıq, Azadlığa sevinc qatıb, ayrıldıq… * * * Vətənə əmanət mən sizi,qoydum, İndi azad olub o, ana yurdum. Coşqun şəhid oldu var olsun, ordum , Azad Zəngilanım, Ağdam, Xocalım. Azadlıq şərbətin içdim, ayrıldıq… * * * Bilirsən nə qədər sevirdim səni, Canımdan can verdim iki, körpəmi. Qoru əmanətdir unutma, məni, Böyük dərgahına bağışla, məni. Bütövləşən Vətən üçün, ayrıldıq…
UCALDI ZİRVƏYƏ PƏRVİN BALAMIZ Əli qələm tutdu ali dərs, aldı, İlləri ötdükcə savadı artdı. Vətən sevdasıyla qol-qanad açdı, Pərvin körpə ikən zirvəyə qalxdı. Medallar qazandı Ali yer, aldı… * * * Ucaldı zirvəyə müqəddəs adlar, Vətənin yolunda canlar qoydular. Vətənin adıyla şəhiddir, onlar, Yeni ad qazanıb dastan, oldular. Vətənə silinməz bir iz, qoydular.,.. * * * Bir can ilə min can aldı, yağışdan, İti qovan kimi qovdu torpaqdan. Vətənin yolunda düşmədi, ruhdan, Alqış sədaları gəldi hər yandan. Ucaldı ən ali zirvəyə, Pərvin…. * * * Düşmən qorxub qaçdı ordu ,gücündən, Ordumuz güc aldı, vətən eşqindən. Qovdular yağını bizim, ellərdən, Aldılar qisası yağı düşməndən. Azadlıq müjdəsi aldıq, Pərvin dən…
VƏTƏN OĞLU VAR QƏHRƏMAN POLADI Səmalardan qara tüstü yox, oldu, Düşmənlərin gözlərinə ox oldu. Bir Poladdı neçə mini doğuldu, O bir idi indi yeni, doğuldu. Vətən oğlu var qəhrəman, Poladın… * * * Vətənindir hər daş, hər dağ, hər qaya, Polad kimi səs salıbdır, dünyaya. Müqəddəs ad qazandı bir, daha, Bir inamdır, min ünvanda, min adda. Vətən oğlu var qəhrəman, Poladın… * * * Azərbaycan deyib gəldi haqq, səsi, Heyran etdi hünəriylə hər, kəsi. Onun hürriyyəti haqq quran, səsi, Ata ocağında vətən, sevgisi, Vətən oğlu var qəhrəman, Poladın…. * * * Hünəriylə xidmət etdi xalqına, Xələl gətirməsi heç vaxt, adına. Hər an sadiq qaldı odlar, yurduna, Millət səcdə edir vətən, oğluna, Vətən adlı var qəhrəman, Poladın…
ŞƏHADƏT ŞƏRBƏTİN İÇDİ CAVADIN Elimdən yox oldu qaranlıq, zülmət, Bitdi sona yetdi bu acı, həsrət. Sevinsin şad olsun bu gündən, millət, Otuz il çox çəkdi əzab, əziyyət. Azadlıq şərbətin içdim, nəhayət… * * * Bir daha yüksəldi enməz, bayrağım! Azaddır Xankəndim, Şuşam, Ağdamım. Üç rəngli bayrağa hopubdur, qanım , Vətənə fəsadlar ana bu, canım. Cavadam vətənə halaldır, qanım… * * * Bir daha axmasın igidin, qanı, Alındı şəhidin düşməndən, qanı. Tanıdı bütün dünyaya, Azərbaycanı, Şəhidlər vəsf etdi bütün, cahanı. Unudulmaz heç vaxt ana, Cavadın… * * * Vətənə əmanət anamı, qoydum, İndi azad oldu ana, torpaqım. Uca zirvələrdə üç rəng, bayrağım, Azad Zəngilanım, Ağdam, Xocalım. Unudulmaz heç vaxt, qəhrəmanlarım…. * * * Şəhadət şərbətin içdim, ağlama, Vətən azad olub yasım, saxlama. Bu gündən anacan, qara bağlama! Sevinc göz yaşıyla toylarda, oyna. Şəhadət şərbətin içdi, Cavadın….
AÇILIB SƏRXANA CƏNNƏT QAPISI Sil gözün yaşını adına, qurban, İlham qazi oldu haqqına, qurban. Vətənə can verdi mərd oğlun Sərxan, Səninlə fəxr etdi bütün bu, cahan. Adın müqəddəsdir adına, qurban… * * * İlham balan bizə qəhrəman, gəldi, Ulu torpaqlardan düşməni, sildi. Döndü qəhrəmanlıq, səlnamsinə, Sərxan şəhid oldu vətən, naminə. Adın müqəddəsdir adına qurban… * * * Deyirdi Lalənin qisası qalıb, Lalə tək necə min şəhidin, qanı. Ulu babaların torpaq haqqını, Neçə min şəhidin qanı, alınıb. Adın müqəddəsdir adına qurban…. * * * Vətən torpağına göz dikən, yağı, Qovuldu torpaqdan alındı, haqqı. Qalmadı düşməndə şəhidin qanı, Xalq azad etdi, Qarabağını. Tanıdı bu dünya, Azərbaycanı… * * * Xalqıma əmanət şəhid, anası, Adına qurbanam əsgər, anası. Ağlama, ağlama şəhid anası! Açılıb Sərxana cənnət, qapısı. Xalqıma əmanət şəhid, anası. Bizlərə əmanət İlham qardaşı!…
ƏSGƏR ANASI Fikir səni yaman üzür. Ürək daşdır, yenə dözür… Qələm təkcə səndən yazır, Möhkəm dur, əsgər anası! * * * Yurdu qoruyan balan var , İkinizə Allahdı yar… Adın xoşbəxt ana olar, Möhkəm dur əsgər anası! * * * Sağ qayıdar qəmin keçər, Gözün gülər işıq saçar… Xoşbəxtliyə yollar açar, Möhkəm dur əsgər anası!
QAZİMİZİ OYANDIR! (128 gün komada olan qazimiz Tacəddinə ithaf edirəm) Allah qoru, bəd xəbərdən amandır, Zülmət çəkən, qazimizə şam yandır. İnancımız, imanımız “Quran”dır, Yatıb, yuxusundan, qəflət oyandır..! * * * Düzüm-düzüm həftəsi var, ayı var, Yatan gündən, desək üç ayı aşar. Vətənimin zəfərində, payı var, Allah, qoru qazimizi amandır! * * * Alan alır, verən verir, fərmanı, Allah! səndədir bəlanın dərmanı. Allah qoru, qazi olan balanı, Sən sevindir, gözü yaşlı ananı… * * * Tacəddinin, özün qoru amandır, Zülmət çəkən, yuxusuna şam yandır. Dinimiz, imanımız da “Quran”dır! Yalvarıram, qazimizi oyandır! * * * Dövran başqa, zaman başqa, zamandı, Xilas oldu, vətən darda qalmadı. Zaman bizi, bu yolda da sınadı, Çox İgidlər, şəhidliyə ucaldı… * * * Möcüzələr, şölələnir əlində, Hikmətlər var, saatında, anında. Möcüzənə möhtacdır, bir yatanda, Yatmış olan, qazimizi oyandır… * * * Hünərlidir, arzuludur, ürəkdir, Belə, cəsur igid elə gərəkdir. Vətənimə belə oğul dirəkdir, Allah, qoru qazimizi, oyandır… Müəllif: Leyli NOVRUZOVA LEYLİ NOVRUZOVANIN YAZILARI
Görünür həyatın, öz sirlərini insana açmadığı fəlsəfəsi var. O sentyabr ayının birində anadan olmuşdu. Yaxın keçmişə qədər həmin gün bilik günü adlanırdı, həmin gün hamı məktəbə gedirdi. 1963-cü ildə o da hamı kimi sentyabr ayının birində məktəbə getdi. 1973-cü ildə ali məktəbdə – Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) tələbə kimi ilk mühazirə məşğələsində iştirakı da sentyabr ayının 1-nə təsadüf etdi. Gecəsini gündüzünə qatıb, müəllim peşəsinə yiyələndi və 1978-ci ilin yenə sentyabr ayının 1-də əlinə jurnal alıb sinif otağına daxil oldu, şagirdlərə dərs deməyə başladı. 1994-cü ilin sentyabr ayının 1-də ali məktəb auditoriyasına girib, mühazirə deməyə, seminar məşğələləri aparmağa başladı. Bu sentyabr ayının birinci gününün Hikmət Əbdül oğlu Əlizadənin həyat yoluna gətirdiyi sevinclərdir.
Tanışlığımın tarixi
Mənim Hikmət müəllimlə tanışlığımın önəmli tarixi var. Ondan xeyli əvvəl atası – görkəmli Azərbaycan psixoloqu, psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə ilə tanış olmuşam. Hələ tələbəlik illərimdən, sonradan mən təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi, sonralar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışarkən professor Əbdül Əlizadənin professor Əkbər Bayramovla yazdığı “Psixologiya” dərsliyini, psixologiyanın müxtəlif məsələlərinə, o cümlədən yeniyetmələrin cinsi tərbiyəsi probleminə aid sanballı əsərlərini oxuyur, Əbdül müəllimin pedaqoji və elmi fəaliyyəti barədə ürəkaçan sözlər eşidirdim. Təhsilin müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə, konfranslarda görüşür, bir-birimizdən hal-əhval tuturduq.
İş elə gətirdi ki, professor Əbdül Əlizadə ilə birlikdə “Ailə” dərsliyi (IX sinif üçün), “Ailə həyatının etika və psixologiyası” (müəllim üçün vəsait), “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (şagirdlər üçün) dərs vəsaitləri, bir neçə kitab və kitabça, tədris proqramı, 15 məqalə yazdıq.
Belə günlərin birində professor oğlunu – Hikməti mənə təqdim etdi. Biz tanış olduq. Əbdül Əlizadə oğlu Hikmətlə əllərimizi birləşdirib: “Siz bir-birinizdən muğayat olun. Hər ikiniz pedaqogika üzrə mütəxəssisiniz. Bir yerdə dərslik, məqalələr yazın” – dedi.
40 ildən çoxdur ki, Hikmət Əlizadə ilə yaxın dost, yoldaşıq, bir-birimizə etibar edirik. Birlikdə “Pedaqogika” dərsliyi yazmışıq. Bir-birimizə “əmioğlu” deyirik. Hikmət müəllim namizədlik dissertasiyasını məndən əvvəl yazıb müdafiə etmişdi. Doktorluq dissertasiyasını isə, mən ondan əvvəl müdafiə etdim (1995), hətta “əmioğlu”mun müdafiəsi zamanı rəy yazıb, onun rəsmi opponenti kimi çıxış etdim.
Tələbəlik illəri
Ümumtəhsil məktəbində oxuyarkən (1963-1973) yaşıdları kimi onun da ən böyük arzularından biri ali məktəb tələbəsi olmaq idi. Dərslərinə ciddi hazırlaşar, özündə məsuliyyət hiss edirdi. Düşünərdi: “İnstituta, universitetə daxil olmasam, utanaram, ailə üzvlərimin, müəllimlərimin ümidlərini doğrultmaram”. Bu arzu, bu diləklə orta məktəbin son siniflərindən qəbul imtahanlarına səylə hazırlaşmağa başladı.
Zəhməti hədərə getmədi, özü də sevindı, ailəsini də, təhsil aldığı məktəbin pedaqoji kollektivini də sevindirdi. O vaxtkı V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (hazırda ADPU) qəbul olundu.
Haşiyə: Yadıma düşür, həmin illərdə böyük şairimiz Cabir Novruz “Tələbəlik illəri” adlı bir şeir yazmışdı. Bəstəkar Telman Hacıyev həmin şeirə mahnı bəstələdi, müğənni Elmira Rəhimova da mahnıya qol-qanad verdi. Qısa müddət ərzində bu mahnı az qala tələbə himninə çevrildi. Mahnı tələbə gəncləri təhsil almağa, tələbəlik illərindən bəhrələnməyə, gələcəyə səsləyirdi. Həmin mahnının sözlərini bütün tələbələr, səsi olan da-olmayan da, züm-zümə edirdi. Mahnı indi də Hikmət müəllimin qulaqlarında səslənir:
Çox-çox adi dolanan,
dünyaya, cahana, insana,
Gələcəyə inanan,
tələbə, tələbə, tələbə.
Mahnı hamını ovsunlamışdı, o dövr tələbələri bu mahnıdan ibrət götürür, daha məsuliyyətlə təhsil almağa səy göstərirdi. Tələbə Hikmət professor oğlu olsa da, tələbəlik dövrünün qayda-qanunlarını gözləyir, elmin sirlərini səylə öyrənirdi. Çox şərəfli bir peşəni seçmişdi. Həmin peşənin layiqli nümayəndəsi olmalıydı.
Təhsil aldığı illərdə həm də ictimai işlərlə məşğul olurdu. Sinif nümayəndəsi idi. Amma öz ictimai fəaliyyətini təkcə oxuduğu qrupda deyil, həmçinin fakültədə də davam etdirirdi. Tezliklə qrup tələbələri ilə yanaşı fakültə tələbələri arasında da hörmət qazandı, fərqlənən tələbələrdən birinə çevrildi. Fakültə və institut konfranslarında maraqlı məruzələrlə çıxış edirdi. Bunun nəticəsi idi ki, IV kursda təhsil alarkən ona respublika tələbələrinin konfransında plenar iclasda çıxış etmək şansı verildi. O özünəməxsus şövqlə öz məruzəsini təqdim etdi. III kursda təhsil alarkən fakültə komsomol təşkilatının büro üzvü, IV kursda isə sədr müavini seçildi. Beləliklə, təhsil aldığı illərdə o təkcə müəllim kimi formalaşmırdı, onda həm elmi yaradıcılıq və idarəetmə keyfiyyətləri təşəkkül tapırdı
Ali təhsilini 1978-ci ildə başa vurdu. İnstitutu fərqlənmə diplomu ilə bitirmişdi. Sevincinin hədd-hüdudu yox idi. Amma fərqlənmə diplomu almaq hələ heç nə demək deyildi, qarşısında hamı kimi onu da daha ciddi sınaqlar gözləyirdi. Nüfuzlu bir müəllim kimi özünü doğrultmalı idi. Təyinatla müəllim işləmək üçün 9 saylı internat məktəbinə göndərildi.
Elmin enişli-yoxuşlu yollarında inamlı addımlar
Beləliklə, o pedaqoji fəaliyyətə 9 saylı internat məktəbində başladı. Burada iki il çalışdı. İnternatda təhsil alan uşaqların çoxunun valideyni yox idi, ya dünyasını dəyişmişdi, ya da boşanmışdılar. Uşaqlar öz dəcəlliklərinə görə “fərqlənirdilər”. Bu səbəbdən internatda onlara qarşı müəllimlərin kobud münasibəti formalaşmışdı. Hikmət bir müəllim kimi bu münasibətdən razı deyildi. O, müxtəlif demoqrafik problemlərə malik olan bu uşaqlarla işləməyin pedaqoji yollarını axtarırdı. Dərs dediyi müddətdə empirik təcrübəsində bəzi yollar tapdı, tətbiq etdi. Amma bu təcrübə onu qane etmirdi. Bu məqsədlə 1980-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda pedaqogika üzrə aspiranturaya qəbul olundu və “IV-VIII sinif şagirdlərinin təlimə məsuliyyətli münasibətinin formalaşmasına demoqrafik amillərin təsirlərinin neytrallaşdırması” mövzusu üzərində tədqiqat aparmağa başladı.
Qeyd etmək lazımdır ki, mövzu aktuallığı ilə seçilirdi və ölkədə ilk dəfə idi ki, bu problem tədqiqata cəlb olunurdu. Problemin bu və ya digər məsələsi heç namizədlik səviyyəsində də araşdırılmamışdı. Mövzunun mürəkkəbliyini və problem istiqamətində SSRİ məkanında tədqiqat aparılmadığını nəzərə alaraq, kafedra müdiri, professor Aban Kərimovla yanaşı, 70-ci illərdə SSRİ-də ilk olaraq tərbiyənin sosioloji problemlərini tədqiq edən məşhur sovet alimi professor Renata Qriqoryevna Qurova ona elmi rəhbər təyin edildi. Dissertasiya işinin nəzəri hissəsini və metodikasını Moskvada hazırlayan Hikmət Əlizadə Bakı və Sumqayıt məktəblərində pedaqoji eksperimentlər həyata keçirdi. Tədqiqatda maraqlı nəticələr əldə etdi. Respublika mətbuatında tədqiqatları ilə bağlı məqalə və tezislərdən bu aydın görünürdü. Amma o təkcə Azərbaycanda deyil, SSRİ-nin müxtəlif respublika və şəhərlərində keçirilən konfranslarda məruzələri ilə çıxış edirdi. 1985-ci ildə Tbilisi şəhərində N. Qoqebaşvili adına Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi (indiki qaydalara əsasən – pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi aldı.
Aspiranturanı bitirdikdən sonra o 1984-cü ildə Bakı Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasında çalışmağa başladı. Kafedranın müəllimi, dosenti, professoru oldu. Onun dediyi mühazirə və seminar məşğələləri özünəməxsusluğu ilə fərqlənirdi.
Namizədlik dissertasiyasının müdafiəsindən sonra o Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda Təhsil İnstitutu) elmlər doktoru proqramı üzrə doktorant oldu. “Tərbiyənin demoqrafiq problemləri” mövzusunda tədqiqatlarını davam etdirdi. Bunun nəticəsi kimi,1996-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda “Tərbiyənin demoqrafiq problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək, pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görüldü. Dərslərində apardığı tədqiqatların materiallarından istifadə etdiyi üçün onunmühazirə və seminar məşğələləri həm nəzəri, həm də tətbiqi xarakter daşıyır.
2000-ci illərdə onun elmi yaradıcılığında yeni, bənzərsiz səhifələr açıldı. Oğlunun tədqiqatlarının dərinliyindən və nəticələrindən razı qalan professor Əbdül Əlizadə ona birgə tədqiqatlar aparmağı təklif etdi. Bu, Hikmət Əlizadəyə böyük etibar idi. Onlar təxminən 15 il ərzində birlikdə psixopedaqogika istiqamətində maraqlı tədqiqatlar aparmağa başladılar. Bu tədqiqatların nəticəsi kimi, onların birlikdə bir neçə kitabı işıq üzü gördü. Əbdül Əlizadə dünyasını dəyişdikdən sonra da o, bu tədqiqatları davam etdirir. Respublika mətbuatının səhifələrində hər birimiz bu tədqiqatların nəticələri ilə tanış oluruq.
Bu gün Hikmət Əbdül oğlu Əlizadə çağdaş Azərbaycan pedaqogikasının layiqli və ləyaqətli nümayəndəsidir. Müəllim və alim ailəsində böyüyüb boya-başa çatıb. Psixologiya elminin korifeylərindən olan, psixologiya elmləri doktoru, professor, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Əbdül Əli oğlu Əlizadənin övladıdır. Ailə özünün elmi-pedaqoji fəaliyyəti ilə fərqlənir. Əbdül müəllimin bacısı, Hikmət müəllimin bibisi Məryəm Əli qızı Əlizadə Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professordur.
Hikmət müəllimin qızı Səbinə də babasının və atasının yolunu davam etdirir, psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Hazırda elmlər doktoru proqramı üzrə doktorantdır.
Hikmət Əlizadə həm də çox yaxşı ailə başçısıdır. İki övlad atasıdır. 4 nəvəsi var. Övladları ataları, nəvələri babaları ilə fəxr edirlər. Hikmət müəllim də öz övladlarını, nəvələrini çox sevir, onların sevincini öz sevincləri hesab edir.
Elmin enişli-yoxuşlu yollarında inamla irəliləyən pedaqogika elmləri doktoru, professor Hikmət Əbdül oğlu Əlizadə öz fəaliyyətini dissertasiya və elmi əsərlər yazmaqla, mühazirələr oxumaqla məhdudlaşdırmır. Elmi rəhbərliyi ilə neçə-neçə fəlsəfə doktoru yetişdirib, fəlsəfə və elmlər doktoru proqramları ilə dissertasiya müdafiə edən bir çox gəncin rəsmi opponenti olub, dissertasiya şuralarında üzv olub, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının pedaqogika və psixologiya ixtisası üzrə eksperti olub. O, təhsil sahəsində ictimai fəaliyyəti ilə də fərqlənir. Tez-tez məktəblərdə aktual mövzularda mühazirələr oxuyur, seminarlar keçirir.
Professor Hikmət Əbdül oğlu Əlizadə 200-dən artıq elmi əsərin – monoqrafiyanın, kitabın, dərslik və dərs vəsaitinin, tədris proqramının, metodik tövsiyənin, məqalə və tezisin müəllifidir.
Əsas əsərləri bunlardır: “Tərbiyənin demoqrafik problemləri” (monoqrafiya), “Sosial pedaqogikanın aktual məsələləri”, “Pedaqogika” (dərs vəsaiti, prof. A.N. Abbasovla), “Əsrin meqameylləri psixoloji problemləri” (monoqrafiya, III cilddə, prof. Ə.Ə. Əlizadə ilə), “Pedaqoji psixologiya (dərslik, prof. Ə.Ə. Əlizadə ilə),”Pedaqoji psixologiya (dərslik, II cilddə, prof. Ə.Ə. Əlizadə ilə), “Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş” (kitab,prof. Ə.Ə. Əlizadə ilə), “Təhsilin sosial pedaqoji məsələləri (dərs vəsaiti, Q. Abbasova, R. Mahmudova ilə), Tələbələrdə “qalıq biliklərin” formalaşmasının metodologiyasına dair (kitab, A. Kazımzadə, Q. Abbasova, R. Mahmudova, R. Məmmədova ilə), “Sosial pedaqogika” (dərslik, R. Mahmudova ilə), Psixopedaqogika (Ə.Ə. Əlizadə və S.H. Əlizadə ilə) və s
Təltifləri
Professor Hikmət Əbdül oğlu Əlizadə 2006-cı ildən son günlərədək (2022) Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı vəzifəsində işləyib. Hazırda universitetin Pedaqogika kafedrasının professorudur.
Nümunəvi idarəetmə mədəniyyətinə yiyələndiyinə, təcrübəli, səriştəli ali məktəb müəllimi olduğuna görə, istər universitetin rəhbərliyi, istərsə də dövlətimiz tərəfindən Hikmət Əbdül oğlu Əlizadənin əməyi yüksək qiymətləndirilmişdir. O, “Tərəqqi” medalına, “BDU-nun 100 illiyi” medalına, “Şöhrət” ordeninə layiq görülmüşdür.
Arzumuz
2022-ci ilin sentyabr ayı. Sentyabrın 1-i pedaqogika elmləri doktoru, professor Hikmət Əlizadənin sevincli günü. Onun üçün özəl olan bu əlamətdar günü ailə bir yerə yığışıb qeyd etdilər. Sonra da dost-tanış onu təbrik etdi.
Bu ilin sentyabrın 1-i. Hikmət Əlizadənın doğum günü.
Belə xoş günlərdə professor Hikmət Əlizadənin sevincinə qoşulub deyirik:
Xətayi və Nizaminin Azərbaycan türkü olması, Avropa alimlərinin dilindən…
Biz Şah İsmayıl Xətayinin və digər klassiklərimizin azərbaycan türkü olmasını Avropa alimlərinin öz dillərindən sübut edə bilərik. Belə ki, qərb alimləri şərq intibahına “islam renessance” adını vermişdilər. Yəni İslam dininin qızıl çağının yaşadığı dövr. Bu qızıl çağ Abbasi xəlifəsi Harun ər-Rəşiddən başlamış XIV əsrə(bəzi alimlərə görə XVI əsr) qədər davam etmişdir. Qeyd etmək lazımdır ki, İslam dinində milliyyətçilik anlayışı olmadığı üçün( fars, ərəb, türk və.s) millətlərin ədəbiyyat və mədəniyyəti İslam ədəbiyyatı və intibahı olaraq qeyd edilir. Həmçinin onu da qeyd edək ki, Avropa tədqiqatçılarının bu məsələyə baxışında bir paradoksal hadisə vardır. Çünki, qərb alimləri Nizami Gəncəvini, eləcə də digər fars dilində yazan şairləri “persian” olaraq qələmə verirlər. Sözügedən alimlərin bu məsələyə dair sübutları budur ki, Nizami Gəncəvi və digər şairlər əsərlərini fars dilində yazdıqları üçün onlar “perisan poet” olaraq tanıdılmalıdırlar. Bu baxışda iki problemli məsələ vardır.
1. Əgər Nizami Gəncəvi və digər farsca yazan ədiblərin əsərləri və eləcə də baş qəhrəmanları fars idilərsə, bu zaman biz ingilis dilində əsər yazan, lakin türk olam Nobel mükafatı laureatı Orhan Pamuku ingilis ədibi kimi qələmə verməliyik. Həmçinin də V. Şekspirin əsərlərinin baş qəhrəmanları ya italyan(Romeo və Cüliyetta), ya danimarkalı (Hamlet) idi. Məgər Şekspir italyan və dan qarışığı insan idimi?!
2. Əgər qərb alimləri əsərin məzmunu və yazılma dilinə önəm verirdilərsə, bu zaman nəyə görə əsərlərinin 70%i Azərbaycan dilində olan Şah İsmayıl Xətayi və Məhəmmədin Füzulini “persian sophy” olaraq qələmə verirlər?!
Əgər biz klassiklərin əsərlərində eşq mövzusuna fikir versək, məsələ bizə tamamilə aydın olur. Belə ki, Nizami Gəncəvinin Xosrov və Şirin poemasındakı Şirin obrazı azərbaycanlı, Xosrov obrazı isə Sasani şahı idi. Və maraqlısı budur ki, bu mövzuda fars ədəbiyyatında Əbülqasem Firdovsi də əsər yazmışdır. Lakin Şirin həmin əsərdə fars gözəli olaraq təqdim edilirdi. Hər iki əsərdə qadın obrazına diqqət edək. Çünki klassik ədəbiyyatda qadın məhəbbəti məsələsi çox önəmlidir. Ona görə ki, bir qadına aşiq olan kişi istər şah olsun, istər nökər aşiq olduğu qadının təsiri ilə katarsisə məruz qalır və eşq onu dəyişir. Bu məsələdə məntiq məfhumundan istifadə etməliyik. Belə ki, türk gözəli olan Şirin Sasani(fars) şahı olan Xosrovu tamamilə dəyişdirmişdir. Yəni problemi sadə dildə izah etsək, azərbaycanlı bir qız, fars hökmdarını eşqlə manipulyasiya edərək təsir altına salmışdır. Qərb alimlərinin əksəriyyəti klassikləri “persian poet” olaraq qeydə edirlər. Maraqlısı budur ki, “persian” sözündə bir paradoks vardır. Belə ki, biz bu sözün etimologiyasına nəzər yetirsək türk sözü olduğunun şahidi olarıq. Filoloqların fikrincə “persiya” sözünün kökü türk tayfası olan “barsil” tayfasının adı ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, barsil tayfasının ismi persia ilə yanaşı Fransanın paytaxtı Parisə, İspaniyanın Kataloniya ərazisinin paytaxtı Barselonaya, həmçinin qədim Azərbaycan torpağı olan Borçalıya da təsir etmişdir. Yəni,etimoloji aspektdən məsələyə yanaşdaq “persian poet və ya persian sophy” dedikdə türk tayfası olan barsil tayfasının ismindən törəmiş persiyanın şairi, sufisi fikri irəli sürülür. Yəni ki, etimoloji cəhətdən Nizami Gəncəvinin türk olduğunu persia məsələsindən sübut edə bilirik. Qeyd edək ki, “pars” etonimi də dilçi Çingiz Qaraşarlının tədqiqatlarına əsasən qaraqalpaq türklərinin ismi olmuşdur. Lakin sonradan ərəb işğalları ərəfəsində ərəblər Sasanilərin yerli xalqına “fars” deyə xitab etmişdirlər. Belə ki, pars sözündəki “p” hərfi ərəb dilində olmadığı üçün ərəblər p hərfini f hərfi ilə əvəz etmiş və sasani xalqına nəzərən istifadə etmişdirlər. İran ərazisinin persiya adlandırılmasının səbəbi isə Heredotla əlaqələndirilir. Belə ki, o öz tarix əsərində yunan-iran müharibələrini Yunanıstan-Persiya olaraq qeyd etmişdir. Sonradan Avropa tarixçiləri bu ənənəni davam etdirmiş və tarixdə İran və iranın müstəmləkəsində olduğu ərazilər Persiya olaraq qeydə alınmışdır. Halbuki, tarixçilərin fikrincə persiya ərazisi bir ostanın adı idi ki, Heredot o adı bütün İrana şamil etmişdir. Biz bu fikirdən bir problemli mövzu ortaya qoya bilərik. Belə ki, Nizami Gəncəvinin yaşadığı illər heç də fars imperiyasının tüğyan etdiyi illəri əhatə etmir. Əksinə Avropa tarixçisi Clifford Edmundun The New İslamic Dynstante əsərində 1136-1225-ci illərdə hakimiyyətdə olmuş Eldənizlər sülaləsi qıpçaq türkü olaraq qeyd edilir. Və Nizami Gəncəvi də (1141-1209) türksoylu olan Eldənizlər dövründə yaşamışdır. Onu da qeyd edək ki, biz Gəncə şəhərinin tarixi demoqrafiyasına nəzər yetirsək şəhərdə əhalinin əksəriyyətinin türk olduğunun şahidi olarıq. Məgər Dünya tarixşünaslığı bu faktları görmürmü?
MƏRKƏZİ POÇTXANA Mərkəzi poçtxana, əlac et yenə Havayı düşməyib buraya yönüm. Pənah gətirmişəm könlümü sənə, Bir gör neyləyirsən gözünə dönüm. * * * Bu payız küsəcək məndən Qarabağ, Yollarda qalacaq gözü yolların. Payım budaqlardan özün asacaq, Bağrı çatlayacaq gülöyşə narın. * * * Üstə dizin-dizin iməklədiyim Torpağın könlünü nə təhər alım? Anamdır, bəs ona nə təhər deyim, Yanına gəlməyə yoxdur macalım. * * * Mənə kod göstər ki, zəng vura bilim Dağların marala qalan çağına. Pərişanlığımı çatdıra bilim, Otların sarala qalan çağına. * * * Morze əlifbanı tanrı bilərəm, Bu işi boynuna götürə bilsən. Tamarzı könlümü bu saat, bu dəm Bir acı yovşana yetirə bilsən. * * * Olarmı təcili teleqram verim, Qönçə balaları solan güllərə. Sovqat öpüşüm var, necə göndərim Çörəkli çöllərə, barlı çöllərə? * * * Bir quşam mənimki gətirib belə, Çıxmaz ürəyimdən Əppəkli dərə. Həsrətim çatarmı görən poçt ilə Qızıl kövşənlərdə bildirçinlərə?! * * * Mərkəzi poçtxana sifarişim var, Amandır qoyma ki, gec eləsinlər! Xəbər ver, cənuba köçən durnalar Bu gecə qəlbimdə gecələsinlər. * * * İndeksi olmayan bu məktubları Yalqız yuvalara çatdır bir təhər. Həsrətim oranı isitsin barı Sahibi qürbətdən gələnə qədər. * * * Payız sularının layla səsini Anamın ətrini hardan alım bəs? O yerə burnumun göynərtisini Teleqraf telləri apara bilməz. * * * Mərkəzi poçtxana, əlac et yenə Havayı düşməyib buraya yönüm. Pənah gətirmişəm könlümü sənə, Bir gör neyləyirsən gözünə dönüm! Müəllif:Şahmar ƏKBƏRZADƏ
Məqalə formatı: Məqalələr A4 formatda, 14 ölçüdə, 1,5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır.
Məqalənin həcmi: 10-25 səhifə olmalıdır.
Müəllif: Məqalədə müəllifin adı, atasının adı və soyadı /məs.: Əli Məmməd oğlu Vəliyev/, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, şəxsi elektron ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir.
Xülasə: Məqalənin əvvəlində Azərbaycan və ingilis dillərində 7-8 cümlədən ibarət Xülasə yazılmalıdır. İngilis dilində yazılan Xülasənin əvvəlində müəllifin adı, ata adı və soyadı ingilis dilində qeyd olunmalıdır.
Açar sözlər : 5 sözdən az olmayaraq Azərbaycan və ingilis dillərində yazılmalıdır.
Giriş
Nəticə
Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmalı, məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə həmin dillərdə yazılmalı, digər dillərdə olarsa latın qrafikasına transliterasiya edilməlidir.
Ədəbiyyat siyahısı əlifba sırası ilə, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.
Nümunə: Rəcəbli, Ə. (2006). Qədim türk yazısı abidələrinin dili. Bakı: Elm.
İstinadlarməqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Rəcəbli, 2006: 56)
İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s.
Tərtibçi müəllif tərəfindən hazırlanan kitablar məqalə daxilində kitabın adının qısaldılmış forması, ili və səhifə nömrəsi ilə göstərilməlidir. Nümunə: (DTS, 1969: 56)
Elmi dərəcəsi olmayan müəllif məqalənin sonunda göstərilən ardıcıllıqla rəyçinin elmi dərəcəsini, adını və soyadını qeyd etməlidir.
VƏTƏN ŞEİRİ (“Və-Tən”) Sui-qəsd ediblər şan-şərəfinə! Edam olunubdur beş hərfin də! “Və” keçib sərhəddin o tərəfinə, “Tən”qalıb sərhəddin bu tərəfində! * * * İmkan yox tikanlı sətri pozmağa, Pozanım olsa da, poza bilmirəm. Ürəyim gəlməyir bütöv yazmağa, Mən səni bitişik yaza bilmirəm. * * * Sən iki hecalı bir sözsən “və-tən!” Sətirdən-sətrə ķecirilmisən!!! 1966. Müəllif: Şahmar ƏKBƏRZADƏ